Məhkəmə qərarları › İş №1(101)-153/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-153/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-153/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri, məsləhətçi X15 və hakim köməkçisi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Qadir qızı və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs X5 və nümayəndəsi (əri) Nümayəndə3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, X17, Zərərçəkmiş şəxs7 Nurəddin qızı, İsmayılov X11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs13, Təqsirləndirilən şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Qazax rayonu, Daşsalahlı kəndində pasport qeydiyyatında olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42də pasport qeydiyyatında olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan qardaşı 01.06.2005-ci il təvəllüdlü X12 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 avqust 2018-ci il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, 10 saylı mənzilinin pəncərəsindən qanunsuz mənzilə daxil olub oradan 60 manat pul, 01 ədəd 170 manat dəyərində “Pirat” markalı ov bıçağı, 01 ədəd 1090 manat dəyərində “HP Pavilion 1-cor 7” markalı noutbuk, 01 ədəd 765 manat dəyərində “Tissot” markalı qol saatı, 01 cüt 120 manat dəyərində qızıl sırğa, 01 ədəd 2000 manat dəyərində qadın qol saatı, 01 dəst 200 manat dəyərində sırğa, qolbağ, sırğa, sep və üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 4405 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 fevral 2019-cu il tarixə saat 06 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanda yerləşən ərzaq mağazasının plastik pəncərəsini özü ilə gətirdiyi vint açanla açmaqla pəncərədən mağazaya qanunsuz daxil olaraq oradan ümumi dəyəri 1365 manat 40 qəpik olan müxtəlif növ tütün məmulatları, kassa aparatından 150 manat məbləğində pulu, 30 manat dəyərində «Min X25» firmasına məxsus kolbasaları, 160 manat dəyərində «Bestbif» firmasına məxsus kolbasa məhsulları, ümumi dəyəri 85 manat olan «Ancor» firmasına məxsus yağ, hər birinin qiyməti 15 manat 40 qəpik olmaqla ümumi dəyəri 46 manat 20 qəpik olan 3 qutu «Atena» firmasına məxsus pendir, hər birinin qiyməti 17 manat 90 qəpik olan olmaqla ümumi dəyəri 71 manat 60 qəpik olan 3 qutu «Vesgold» firmasına məxus yağ, hər birinin qiyməti 5 manat 50 qəpik olmaqla ümumi dəyəri 11 manat olan 2 qutu «Calinca» firmasına məxsus yağ, hər birinin qiyməti 10 manat 50 qəpik olmaqla ümumi dəyəri 21 manat olan 2 qutu «Zelandiya» firmasına məxsus yağ məhsullarını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1940 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 fevral 2019-cu il tarixdə saat 04 radələrində Bakı-Şamaxı yolunda üzü Şamaxı rayonu istiqamətində yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs12 məxsus ərzaq mağazasının qapısının arasına dəmir parçası salıb açaraq mağazaya qanunsuz daxil olaraq oradan 400 manat nağd pulu, 120 manat dəyərində qəpik pulları, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” qalın-ağ siqaretləri, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” qalın-qara siqaretlərini, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” qalın-göy siqaretlərini, 16 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 52 manat 80 qəpik olan “Sobraniya” ağ-nazik siqaretlərini, 17 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 53 manat 10 qəpik olan “Sonraniya” göy-nazik siqaretlərini, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” göy-nazik siqaretlərini, 18 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 54 manat olan “Kent - 1” nazik siqaretlərini, 22 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 66 manat olan "Kent - 4” nazik siqaretlərini, 9 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 27 manat olan “Kent - 4” qalın siqaretlərini, 13 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 39 manat olan “Kent - 8” qalın siqaretlərini, 17 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 51 manat olan “Kent mentol” nazik siqaretlərini, 18 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 54 manat olan “Kent - kompakt” nazik siqaretlərini, 09 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 25 manat 20 qəpik olan “winston” ağ-qalın siqaretlərini, 10 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 28 manat olan “winston” qara-qalın siqaretlərini, 10 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 28 manat olan “winston” göykompakt siqaretlərini, 13 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 36 manat 40 qəpik olan “winston” kompakt siqaretlərini, 07 ədəd hər biri 1 manat 90 qəpik dəyərində ümumilikdə 13 manat 30 qəpik olan “rotmans” boz siqaretlərini, 10 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 30 manat olan “Davidoff” ağ siqaretlərini, 09 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 27 manat olan «davidov» göy siqaretlərini, 17 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 51 manat olan “davidov” qırmızı siqaretlərini, 08 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 24 manat olan “winston” ağ-qalın siqaretlərini, 05 blok hər biri 30 manat olan ümumilikdə 150 manat dəyərində “Kent - 4” nazik siqaretlərini, 04 blok kər biri 28 manat olan ümumilikdə 112 manat dəyərində “winston” qalın-nazik siqaretlərini, 03 blok hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində «sobraniye» ağ-nazik siqaretlərini, 02 blok hər biri 30 manat olan ümumilikdə 60 manat dəyərində “sonraniye” göy-nazik siqaretlərini, 03 blok hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində “sobraniye” qara-nazik siqaretlərini, 02 blok hər biri 16 manat olan ümumilikdə 32 manat dəyərində “west” boz-kompakt siqaretlərini, 01 blok hər biri 19 manat olan ümumilikdə manat dəyərində "vinikestr” göy-nazik siqaretlərini, 03 blok hər biri 19 manat olan ümumilikdə 57 manat dəyərində “vinikestr” boz-nazik siqaretlərini, 02 blok hər biri 14 manat olan ümumilikdə 28 manat dəyərində “klass” göy-nazik siqaretlərini, 02 blok hər biri 19 manat olan ümumilikdə 36 manat dəyərində “west” ağ-nazik siqaretlərini, 16 ədəd «Azercell»-lə məxsus 1 manatlıq ümumilikdə 16 manat dəyərində sim danışıq kartlarını, 8 ədəd “Azercell”-lə məxsus 2 manatlıq ümumilikdə 16 manat dəyərində sim danışıq kartlarını, 04 ədəd “Azercell”-lə məxsus 5 manatlıq ümumilikdə 20 manat dəyərində sim danışıq kartlarını, 08 ədəd “Azercell”-lə məxsus 3 manatlıq ümumilikdə 24 manat dəyərində sim danışıq kartlarını, 07 ədəd “Bakcell”-lə məxsus 5 manatlıq ümumilikdə 35 manat dəyərində sim danışıq kartlarını, 09 ədəd "Bakcell”-lə məxsus 3 manatlıq ümumilikdə 27 manat dəyərində sim danışıq kartlarını, 12 ədəd “Bakcell”-lə məxsus 2 manatlıq ümumilikdə 24 manat dəyərində sim danışıq kartlarını, 17 ədəd “Bakcell”-lə məxsus 1 manatlıq ümumilikdə 17 manat dəyərində sim danışıq kartlarını, 05 ədəd “Nar”-a məxsus 5 manatlıq ümumilikdə 25 manat dəyərində sim danışıq kartlarını, 09 ədəd “Nar”-a məxsus 2 manatlıq ümumilikdə 18 manat dəyərində sim danışıq kartlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 2207 (iki min iki yüz yeddi) manat 80 (səksən) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 mart 2019-cu il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs11 işlətdiyi ünvan 2 ünvanında yerləşən “Vip Smoke” ticarət köşkünün qapısının qıfıllarını sındıraraq saxlanc yeri olan həmin köşkə qanunsuz daxil olub sonuncuya məxsus 2000 manat dəyərində müxtəlif növ siqaretləri, 1 ədəd 85 manat dəyərində "Mersi Baku" markalı konyakı, 1 ədəd 70 manat dəyərində "Chivas 12" markalı viskini, 1 ədəd 75 manat dəyərində "Chivas 18 markalı viskini, 1 ədəd 40 manat dəyərində «Mac Baren» markalı tütünü, 4 ədəd cəmi 300 manat dəyərində tütünü bükmək üçün nəzərdə tutulmuş xüsusi kağız rulonlarını, 4 ədəd cəmi 210 manat dəyərində müxtəlif markalı «Elektron siqaretlərini» və 5 ədəd cəmi 25 manat dəyərində elektron siqaretlər üçün nəzərdə tutulmuş yağları gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 2805 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 mart 2019-cu il tarixə keçən gecə Zərərçəkmiş şəxs10 işlətdiyi ünvan 3 ünvanında yerləşən ərzaq mağazasının qapısını dəmir parçası ilə açaraq qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 213.10 manat təşkil edən müxtəlif markalı siqaretləri və 5 manatlıvq qəpik pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 218.10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 aprel 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 4 ünvanında yerləşən “Şah Abbas” hamam kompleksinə aid köşkə nəfəslikdən qanunsuz daxil olaraq bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 57 qutu olmaqla dəyəri 155 manat təşkil edən Kent markalı, bir qutusunun qiyməti 3 manat olan 50 qutu olmaqla dəyəri 150 manat Sobranie, bir qutusunun qiyməti 1 manat 70 qəpik olan 40 qutu olmaqla dəyəri 68 manat təşkil edən «Pall Mall» markalı bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 50 qutu olmaqla dəyəri 125 manat trəşkil edən Vinston markalı, bir qutusunun qiyməti 1 manatr 70 qəpik olan 50 qutu dəyəri 85 manatr təşkil edən Vest markalı, bir qutusunun qiyməti 1 manat 40 qəpik təşkil edən 27 qutu olmaqla dəyəri 37 manat 80 qəpik olan Classik markalı,bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 12 qutu olmaqla dəyəri 32 manat 40 qəpik təşkil edən Davıdoff markalı, bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 11 qutu LD nazik markalı, bir qutusmunun qiyməti 2 manat 20 qəpik olan 16 qutu LD markalı qalın markalı,bir qtusunun qiyməti 1 manat 60 qəpik olan 13 qutu Viceroy markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik olan 15 qutu Vinçester markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik olan 6 qutu Vinçester nazik markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik olan 2 qutu Keno markalı siqaretləri və 15 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 795 manat 70 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyun 2019-cu il tarixdə tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 85K mənzilinə vanna otağında olan nəfəslikdən qanunsuz daxil olmaqla həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, 4 ədəd hər birinin dəyəri 250 manat olan qızıl üzüklər, 3 ədəd hər birinin dəyəri 300 manat olan qızıl boyunbağı, 1 ədəd 100 manat dəyərində qızıl kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 3020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 iyun 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs7 Nurəddin qızının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi 11A saylı evin 4-cü mənzilinə plastik pəncərəni sındırıb qanunsuz daxil olmaqla 1000 manat dəyərində qızıl-zinət əşyaları, 120 manat pul, bir ədəd 250 manat dəyərində 5 qram çəkidə qızıl ulduz medal, 37 manat dəyərində rusiya istehsalı olan konyak, 150 manat dəyərində İPHONE-5S markalı üzərində 5 manat dəyərində ***-***-**- ** nömrəsi olan mobil telefon, bir ədəd 100 manat dəyərində “Lenovo” markalı üzərində nömrə olmayan mobil telefon, 2-ci mərtəbədən bir ədəd 1190 manat dəyərində «Canon- RS-50» markalı fotoaparat, 300 manat qəpik pullar, ümumi dəyəri 500 manat təşkil edən 5 ədəd müxtəlif markalı ətirlər, evdə quraşdırılan videokameranın 400 manat dəyərində yaddaş bloku gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 4047 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 iyun 2019-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs8 Soltanəhməd oğlunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi 9 saylı evin 37-ci mənzilinin qapısının kilidini sındırmaqla qanunsuz daxil olub oradan 1 ədəd 500 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 1000 manat dəyərində qızıl qolbaq, 1 cüt 2000 manat dəyərində briliant qaşları olan qızıl sırğa, 1 ədəd dəyəri 800 manat təşkil edən briliant qaşlı üzük, 1 ədəd 2000 manat dəyərində qızı təkqaşlı üzük, 1 ədəd 300 manat dəyərində qızıl üzük, 300 manat dəyərində qızıl dişlər, 1 ədəd 500 manat dəyərində «Orient» markalı qol saatı, 1 ədəd 200 manat dəyərində «Seiko» markalı qol saatı, 1 ədəd 50 manat dəyərində «Luc» markalı qol saatı, 1 ədəd 100 manat dəyərində «Orient»markalı qol saatı, 1 ədəd «Smart» markalı qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 7950 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və qardaşı yetkinlik yaşına çatmayan 01.06.2005-ci il təvəllüdlü X12 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 avqust 2019-cu il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs3 yaşadığı Sabunçu rayonu Yavər Əliyev küçəsi 78 saylı evə eyvanın giriş qapısını dəmir parçası ilə açıb qanunsuz daxil olub evin ikinci mərtəbəsindən X7 məxsus 3500 manat dəyərində firuzəyi və briliant qaşlı qızıl kolye boyunbağı, 4000 manat dəyərində briliant qaşlı qızıl kolye, 1500 manat dəyərində sünbül formalı qızıl qolbağı-boyunbağı dəsti, 8000 manat dəyərində yaqut və briliant qaşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində göy daşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində qızıl qolbağı-boyunbağı dəsti, 1500 manat dəyərində briliant qaşlı üzük-sırğa dəsti, 4000 manat dəyərində briliant qaşlı üzük, 300 manat dəyərində arı formalı qızıl üzük, 1500 manat dəyərində briliant qaşlı qızıl bilərzik, 500 manat dəyərində briliant qaşlı qızıl üzük, hər birinin dəyəri 500 manat olan 4 ədəd qızıl 10-luq pul, hər birinin dəyəri 300 manat olan 3 ədəd qızıl 5-lik pul, 1000 manat dəyərində briliant qaşlı qızıl medalyon, 1000 manat dəyərində zəncir formalı boyunbağı, 1000 manat dəyərində yaşıl qaşlı qızıl üzük, 1000 manat dəyərində ``RADO`` markalı saat, 3000 manat dəyərində ``MAKTAYM`` markalı qızıl saat, 300 manat dəyərində ``RAKETA`` markalı qızıl üzük, o cümlədən üçüncü mərtəbədə yataq otağından dəyəri 700 manat olan ``PORCHE`` markalı və dəyəri 800 manat olan ``FERRARİ`` markalı saat, 700 manat dəyərində qızıl sikkə, pencəyin cibində olan 400 ABŞ dolları pul, o cümlədən evin mansardında olan 2000 manat dəyərində İJ16K markalı F40607 nömrəli ov tüfəngi hər birinin dəyəri 1000 manat olan 3 ədəd ceyran dərisi, 200 manat dəyərində müxtəlif növ spirtli içkiləri gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 45780 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək 10 sentyabr 2019-cu il tarixdə saat 13:10 radələrində X8 məxsus ünvan 5 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan saxlanc yeri sayılan əraziyə hasardan aşıb qanunsuz daxil olaraq həmin sahədə yerləşən iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən plastik pəncərəsini vintaçanla açıb içəri daxil olaraq, oradan milli manat məzənnəsinə nisbətdə 34.000(otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 17.000(on yeddi min) manatı, bir ədəd 500 (beş yüz) manat dəyərində olan İphone 6+ markalı mobil telefonu, bir ədəd 700 (yeddi yüz) manat dəyərində İphone 7+ markalı mobil telefonu, bir ədəd 1000 (bir min) manat dəyərində İphone 8+ markalı mobil telefonu, ümumilikdə 5000 manat dəyərində olan bir ədəd «Faro» markalı qolbağ, bir ədəd «Boucheron» markalı boyun bağı, bir ədəd briliant qaşlı boyun bağının hər birinin dəyəri 800 manat olan iki ədəd “Amouge” markalı ətir, 1500 manat dəyərində iki ədəd “Kilian” markalı ətir, 1500 manat dəyərində bir ədəd “Sheyx” markalı ətir, 4000 manat dəyərində “Boucheron” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 4000 manat dəyərində “Chopart” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ dəsti, 2210 manat dəyərində “Atasay” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 8500 manat dəyərində “Folli- Folli“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Majorika“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Faro” markalı qolbağ, 1800 manat dəyərində “Fergamo” markalı qol saatı, 1000 manat dəyərində “Stührling” markalı qol saatı, 500 manat dəyərində “Bretling” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı və əlavə olaraq ona məxsus 30 manat dəyərində 5 ədəd corablar, 500 manat dəyərində olan “Louis Vuitton” markalı qara rəngli canta, 500 manat dəyərində “Stefano Ricci” markalı pul kisəsini gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 91.040 manat külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək 11 sentyabr 2019-cu il tarixdə saat 09:50-dən saat 12:20-dək olan müddət ərzində X3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəllə 3 saylı evin 4-cü mənzilinə pəncərənin kilidini sıxıb açma yolu ilə qanunsuz mənzilə daxil olub oradan K.Rəhimovaya məxsus 10.000 manat dəyərində, ağsarı rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, badamı şəkilli üzük, sırğa; 12.000 manat dəyərində, yaşıl rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, oval şəkilli üzük, sırğa; 3.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, dairəvi şəkilli sırğa; 1.800 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, 750 əyyarlı, brilyant kulonlu boyunbağ; 13.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, boyunbağı və qolbağ dəsti; 500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış, sarı rəngli, 750 əyyarlı, qızıl kulonlu (Vitraj firmalı) boyunbağı; 3.000 manat dəyərində, səma rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, sırğa və üzük dəsti; 6.500 manat dəyərində, sarı-qara rəngli qızıldan hazırlanmış, (Roberto-Bravo firmalı) 585 əyyarlı, sırğa, üzük və boyunbağı dəsti; 2.800 manat dəyərində, sarı-ağ rəngli qızıldan hazırlanmış 750 əyyarlı qolbağı; 3.500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış 925 əyyarlı boyunbağı; 100 manat dəyərində, ağ rəngli, qırmaızı qaşlarla olan 33 qramlıq gümüşdən ibarət qolbağ; 20 manat dəyərində, ağ rəngli, xamiliyon olan 5 qramlıq gümüşdən ibarət üzük və həmin dövrun məzənnəsi ilə 6460 manat olan 3.800 ABŞ dolları tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs Kifayət Rəhimovaya ümumilkdə 62.680 manat külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyun 2019-cu il tarixdə tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 85K mənzilinə vanna otağında olan nəfəslikdən qanunsuz daxil olmaqla həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, 4 ədəd hər birinin dəyəri 250 manat olan qızıl üzüklər, 3 ədəd hər birinin dəyəri 300 manat olan qızıl boyunbağı, 1 ədəd 100 manat dəyərində qızıl kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 3020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə təkrarən 06 iyun 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs7 Nurəddin qızının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi 11A saylı evin 4-cü mənzilinə plastik pəncərəni sındırıb qanunsuz daxil olmaqla 1000 manat dəyərində qızıl-zinət əşyaları, 120 manat pul, bir ədəd 250 manat dəyərində 5 qram çəkidə qızıl ulduz medal, 37 manat dəyərində rusiya istehsalı olan konyak, 150 manat dəyərində İPHONE-5S markalı üzərində 5 manat dəyərində ***-***-**-** nömrəsi olan mobil telefon, bir ədəd 100 manat dəyərində “Lenovo” markalı üzərində nömrə olmayan mobil telefon, 2ci mərtəbədən bir ədəd 1190 manat dəyərində «Canon-RS-50» markalı fotoaparat, 300 manat qəpik pullar, ümumi dəyəri 500 manat təşkil edən 5 ədəd müxtəlif markalı ətirlər, evdə quraşdırılan videokameranın 400 manat dəyərində yaddaş bloku gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 4047 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetikinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 iyun 2019-cu il tarixdə saat 05-06 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən “Şərab evi” adlanan saxlanc yeri olan mağazasına qanunsuz daxil olaraq oradan, mağazadan müxtəlif növ spirtli içkilər olan viskiləri və siqaretləri, həmçinin kassadan 184 manat 40 qəpik nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs13 ümumilikdə 4.289 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan 01.06.2005-ci il təvəllüdlü X12 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 avqust 2019-cu il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs3 yaşadığı Sabunçu rayonu Yavər Əliyev küçəsi 78 saylı evə eyvanın giriş qapısını dəmir parçası ilə açıb açaraq qanunsuz daxil olub evin ikinci mərtəbəsindən X7 məxsus 3500 manat dəyərində firuzəyi və briliant qaşlı qızıl kolye boyunbağı, 4000 manat dəyərində briliant qaşlı qızıl kolye, 1500 manat dəyərində sünbül formalı qızıl qolbağı-boyunbağı dəsti, 8000 manat dəyərində yaqut və briliant qaşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində göy daşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində qızıl qolbağı-boyunbağı dəsti, 1500 manat dəyərində briliant qaşlı üzük-sırğa dəsti, 4000 manat dəyərində briliant qaşlı üzük, 300 manat dəyərində arı formalı qızıl üzük, 1500 manat dəyərində briliant qaşlı qızıl bilərzik, 500 manat dəyərində briliant qaşlı qızıl üzük, hər birinin dəyəri 500 manat olan 4 ədəd qızıl 10-luq pul, hər birinin dəyəri 300 manat olan 3 ədəd qızıl 5-lik pul, 1000 manat dəyərində briliant qaşlı qızıl medalyon, 1000 manat dəyərində zəncir formalı boyunbağı, 1000 manat dəyərində yaşıl qaşlı qızıl üzük, 1000 manat dəyərində ``RADO`` markalı saat, 3000 manat dəyərində ``MAKTAYM`` markalı qızıl saat, 300 manat dəyərində ``RAKETA`` markalı qızıl üzük, o cümlədən üçüncü mərtəbədə yataq otağından dəyəri 700 manat olan ``PORCHE`` markalı və dəyəri 800 manat olan ``FERRARİ`` markalı saat, 700 manat dəyərində qızıl sikkə, pencəyin cibində olan 400 ABŞ dolları pul, o cümlədən evin mansardında olan 2000 manat dəyərində İJ16K markalı F40607 nömrəli ov tüfəngi hər birinin dəyəri 1000 manat olan 3 ədəd ceyran dərisi, 200 manat dəyərində müxtəlif növ spirtli içkiləri gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 45780 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 avqust 20198-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Baksol yolunda yerləşən yeni yaşayış massivində evin daş hasarından qanunsuz olaraq həyətə daxil olub evin hamam otağınının nəfəsliyindən evə daxil olkb oradan 5000 manat pul, 15000 manat dəyərində qızı-zinət əşyaları və 200 manat dəyərində video çəkiliş aparan aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 20200 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək 10 sentyabr 2019-cu il tarixdə saat 13:10 radələrində X8 məxsus ünvan 5 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan saxlanc yeri sayılan əraziyə hasardan aşıb qanunsuz daxil olaraq həmin sahədə yerləşən iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən plastik pəncərəsini vintaçanla açıb içəri daxil olaraq, oradan milli manat məzənnəsinə nisbətdə 34.000(otuz dörd min) manat təşkil edən 20.000(iyirmi min) ABŞ dolları, 17.000(on yeddi min) manatı, bir ədəd 500(beş yüz) manat dəyərində olan İphone 6+ markalı mobil telefonu, bir ədəd 700(yeddi yüz) manat dəyərində İphone 7+ markalı mobil telefonu, bir ədəd 1000(bir min) manat dəyərində İphone 8+ markalı mobil telefonu, ümumilikdə 5000 manat dəyərində olan bir ədəd «Faro» markalı qolbağ, bir ədəd «Boucheron» markalı boyun bağı, bir ədəd briliant qaşlı boyun bağının hər birinin dəyəri 800 manat olan iki ədəd “Amouge” markalı ətir, 1500 manat dəyərində iki ədəd “Kilian” markalı ətir, 1500 manat dəyərində bir ədəd “Sheyx” markalı ətir, 4000 manat dəyərində “Boucheron” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 4000 manat dəyərində “Chopart” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ dəsti, 2210 manat dəyərində “Atasay” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 8500 manat dəyərində “Folli- Folli“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Majorika“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Faro” markalı qolbağ, 1800 manat dəyərində “Fergamo” markalı qol saatı, 1000 manat dəyərində “Stührling” markalı qol saatı, 500 manat dəyərində “Bretling” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı və əlavə olaraq ona məxsus 30 manat dəyərində 5 ədəd corablar, 500 manat dəyərində olan “Louis Vuitton” markalı qara rəngli canta, 500 manat dəyərində “Stefano Ricci” markalı pul kisəsini gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 91040 manat külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetikinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan ilə cinayət əlaqəsinə girərək təkrarən 11 sentyabr 2019-cu il tarixdə saat 09:50-dən saat 12:20-dək olan müddət ərzində X3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəllə 3 saylı evin 4-cü mənzilinə pəncərənin kilidini sıxıb açma yolu ilə qanunsuz mənzilə daxil olub oradan K.Rəhimovaya məxsus 10.000 manat dəyərində, ağ-sarı rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, badamı şəkilli üzük, sırğa; 12.000 manat dəyərində, yaşıl rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, oval şəkilli üzük, sırğa; 3.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, dairəvi şəkilli sırğa; 1.800 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, 750 əyyarlı, brilyant kulonlu boyunbağ; 13.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, boyunbağı və qolbağ dəsti; 500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış, sarı rəngli, 750 əyyarlı, qızıl kulonlu (Vitraj firmalı) boyunbağı; 3.000 manat dəyərində, səma rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, sırğa və üzük dəsti; 6.500 manat dəyərində, sarı-qara rəngli qızıldan hazırlanmış, (Roberto-Bravo firmalı) 585 əyyarlı, sırğa, üzük və boyunbağı dəsti; 2.800 manat dəyərində, sarı-ağ rəngli qızıldan hazırlanmış 750 əyyarlı qolbağı; 3.500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış 925 əyyarlı boyunbağı; 100 manat dəyərində, ağ rəngli, qırmaızı qaşlarla olan 33 qramlıq gümüşdən ibarət qolbağ; 20 manat dəyərində, ağ rəngli, xamiliyon olan 5 qramlıq gümüşdən ibarət üzük və həmin dövrun məzənnəsi ilə 6460 manat olan 3.800 ABŞ dolları tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs K.Ə.Rəhimova ümumilkdə 62.680 manat külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası vəfat etmiş, ona bir müddət atası baxmış, lakin sonradan atası da ondan imtina etmişdir. Ona görə də küçələrdə qalmaqla yatmağa yeri, yeməyə çörəyi olmamış, getdiyi yerlərdə yaşının azlığı ilə əlaqədar işə götürməmişlər. Ona görə də o, məcbur qalıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2la müəyyən bir müddətdir tanış olmuş, o da onun kimi yetim və evsiz eşiksizdir, Anar da çarəsizlikdən onunla birlikdə arada oğurluq etmişdir. Onun özündən yaşda balaca qardaşı Xəyal da onunla birlikdə oğurluq edirmiş. Dostu Anarla birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində dostu Anarla birlikdə oğurluq etmiş, sonradan bilmişdir ki, həmin ev futbolçu Zərərçəkmiş şəxs1 məxsusdur, Anarla o, həmin evdən pul oğurlamış, lakin Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın həddindən artıq çox göstərmişdir. Onlar bir o qədər pul və qızıl aparmamışlar, lakin dəqiq nə qədər olub deyə bilmir. Onlar ABŞ dolları oğurlamamışlar. Digər oğurladıqları pulları restoran, kafe və barlarda xərcləmişlər. Sonradan tutulduqdan sonra oğurladıqları əşyalardan saxladıqları bəzi əşyaları polisə təhvil vermişlər. Bundan başqa o, Nərimanov rayonu ərazisində yerləşən «Şah Abbas» hamam kompleksinə aid həmin köşkdən siqaret məmulatlarını oğurlamışdır, həmin oğurluğu o tək özü etmişdir, oğurladığı siqaretləri özüdə istifadə etmiş qalanını da müxtəlif tanımadığı şəxslərə dəyər dəyməzinə satmışdır və pulunu öz ehtiyaclarına xərcləmişdir. 2018-ci ildə Xətai rayonu, məhəllə 2944, 10 nömrəli ev kimi bildiyi mənzilin pəncərəsindən girib oradan saatlar, noutbuk və bir neçə qızıl əşyalarını qardaşı Xəyalla birlikdə oğurlamış, oğurladıqları əşyaları dəyər dəyməzinə tanımadığı şəxslərə satmış, qardaşına da bir qədər pul vermişdir. Bundan başqa o Sulu Təpə qəsəbəsi, Bakı-Şamaxı yolunda üzü Şamaxı rayonu istiqamətində solun sağ tərəfində yerləşən bir ərzaq mağazasında daxil olub oradan siqaretlər və sim kartlar oğurlamışdır, nə qədər dəyərdə olub o və həmin mağazadan oğurluq etdiyi tarix yadında deyil. Bundan başqa 02 fevral 2019-cu il tarixdə səhər tezdən Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən ərzaq mağazasına daxil olaraq mağazadan xeyli sayda yağlar və kolbasalar, siqaretlər oğurlamış, həmin cinayəti o tək törətmişdir oğurladığı yağları, kolbasaları və siqaretləri dəyər dəyməzinə 20 Yanvar metrosu və Neftiçilər metrosu yaxınlığında tanımadığı şəxslərə satmışdır. Bundan başqa 2019-cu ilin mart ayında səhər tezdən ünvan 7 ünvanında yerləşən "VİP Smoke" ticarət köşkünə daxil olub oradan müxtəlif növ siqaretləri, 1 ədəd "Mersi Baku" markalı konyakı, 1 ədəd "Chivas 12" markalı viskini, 1 ədəd "Chivas 18 markalı viskini, 1 ədəd «Mac Baren» markalı tütünü, 4 ədəd tütünü bükmək üçün kağızları oğurlamış və hamısını ucuz qiymətə tanımadığı şəxslərə şəhərin müxtəlif yerlərində satmış və pulu xərcləmişdir. Bundan başqa o, 2019-cu ilin mart ayında gecə saatlarında Badamdar qəsəbəsində yerləşən ərzaq mağazasına daxil olmaqla oradan ümumi dəyəri 200 manat olan siqaretləri götürmüş, siqaretləri özü istifadə etmiş və tanımadığı şəxslərədə satmışdır.Bundan başqa 09 iyun 2019-cu il tarixə keçən Xətai rayonu Azadlıq küçəsində mənzilə plastik pəncərəni sındırıb daxil olmuş, oradan pul və qızıl əşyalarını oğurlamış, həmin cinayəti o dostu Anarla birlikdə etmişdir. Oğurladığı qızılları Neftçilər metrosunun yanında təsadüfən rastlaşdığı tanımadığı bir nəfər şəxsə satmışlar və pulu bölüb xərcləmişlər. Bundan başqa 21 iyun 2019-cu il tarixdə saat 17 radələrində o Xətai rayonu N.Əliyev küçəsi 9 mənzil 37-ə mənzilin qapısını sındırıb daxil olmaqla oradan bir ədəd «Orient» markalı, bir ədəd «Seiko» markalı və bir ədəd «Xiaomi» smart saatlarını oğurlamışdır və saatları dəyər dəyməzinə tanımadığı şəxslərə satıb pulu xərcləmişlər. Bundan başqa o 2019-cu ilin iyun ayının əvvəlində Xətai rayonu M.Hadi küçəsi 85K saylı evə vanna otağında olan nəfəslikdən daxil olmaqla 600 ABŞ dollarını pulu və az miqdarda qızılı Anarla birlikdə oğurlamışlar və Neftçilər metrosu yaxınlığında tanımadığı bir nəfərə yaxınlaşııb ucuz qızıl satdıqlarını deyib satmışlar, pulu da Anarla bölüşdürüb xərcləmişlər. Bundan başqa o, Yasamal rayonu Z.Xəlilov küçəsində evə pəncərənin kilidini sıxmaq yolu ilə açıb daxil olmuş, oradan Anarla birlikdə çox sayda qızıl əşyalarını oğurlamışlar və həmin qızılları Anarın əvvəldən tanıdığı Pənah adlı şəxsə satmışlar. Bu cinayətdən ona 2.150 manat pul qalmışdır. Pənahı o, yaxından tanımamış, onu Anar tanımış və Pənaha yalnız bu evdən oğurlduq zamanı əldə etdikləri qızılları satmışlar. Pənah qızılların oğurluq olmasnı bilmişdir. Bundan başqa 09.06.2019-cu il tarixə keçən gecə ünvan 8 ünvanında yerləşən «Şərab» evi»nə qanunsuz daxil olmaqla oradan müxtəlif spirtli içkilər və siqaretləri dostu Anar və qardaşı Xəyalla birlikdə oğurlamışlar. Bundan başqa dostu Anar və qardaşı Xəyalla birlikdə 22.08.2019-cu il tarixdə ünvan 9 ünvanına qapıdan daxil olub oradan pul, qızıl və saatları, o cümlədən ov tüfəngini oğurlamış, bəzi oğurladıqları qızılları satmışlar, silah və bəzi əşyaları saxlamışlar, sonradan polis onları tutanda təhvil vermişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o imkansızlıqdan, evsizlikdən küçələrdə qalırmış və ona görə də məcbur qalıb oğurluq etmişdir. Oğurluğu dostu Nicat və onun qardaşı Xəyalla birlikdə etmişdir. Dostu Nicatla birlikdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində futbolçu Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmişdir. Nicatla o həmin evdən pul oğurlamışlar, lakin Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın həddindən artıq çox göstərmişdir, onlar bir o qədər pul və qızıl aparmamışlar, lakin dəqiq nə qədər olub bilmir.Onlar ABŞ dolları oğurlamamışlar. Bundan başqa dostu Nicatla birlikdə 05 iyun 2019-cu il tarixdə Xətai rayonu Azadlıq küçəsi 11 A mənzil 4-ə plastik pəncərəni sındırıb daxil olmaqla oradan pul və az miqdarda qızıl oğurlamışlar, oğurladıqları qızılları Neftçilər metrosu üstündə təsadüfən rastlaşdıqları tanımadıqları bir nəfər şəxsə satmışlar və pulu bölüb xərcləmişlər. Bundan başqa dostu Nicatla 04.06.2019-cu il tarixdə Xətai rayonu M.Hadi küçəsi 85K saylı evə vanna otağında olan nəfəslikdən daxil olmaqla 600 ABŞ dolları pul və qızıl-zinət əşyalarını oğurlamışlar. Qızıl əşyaları Neftçilər metrosu yaxınlığında tanımadığı bir nəfərə satıb, pulu Nicatla bölüşdürüb xərcləmişlər. Bundan başqa dostu Nicatla birlikdə 11 sentyabr 2019-cu il tarixdə ünvan 10 ünvanına pəncərənin kilidini sıxmaq yolu ilə açıb daxil olmaqla oradan dostu Nicatla birlikdə mənzildən qızıl əşyaları aparmışlar və qızılları dəyər dəyməzə Nicatla birlikdə əvvəllər tanıdığı Pənah adlı şəxsə satmışlar. Ona 2.150 manat pul qalmış, həmin pulu o öz ehtiyaclarına xərcləmişdir. Pənaha qızılları satan zaman o, həmin qızılların oğurluq olduğunu bilmişdir. Bundan başqa dostu Nicat və qardaşı Xəyalla birlikdə 22.08.2019-cu il tarixdə ünvan 9 ünvanına qapıdan daxil olmaqla oradan oğurluq etmişlər, qızıl-zinət əşyalarını 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxslərə satıb 500 manat pul əldə edib bölüşdürmüşlər. Qalan əşyaları isə ov tüfəngi və sair əşyaları Bakıxanov qəsəbəsində gizlətmişlər, sonradan polis əməkdaşları onları tutan zamanı onlara təhvil vermişlər. Bundan başqa 08.06.2019-cu il tarixdən 09.06.2019-cu il tarixə keçən gecə ünvan 8 ünvanında yerləşən «Şərab» evi» mağazasına qanunsuz daxil olmaqla oradan müxtəlif spirtli içkilər və siqaretləri oğurlamış və tanımadığı şəxslərə satıb pulları bölüşdürüb xərcləmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun yaşadığı ev beş sot torpaq sahəsində, iki mərtəbəli, səkkiz otaqlı evdən ibarətdir. Evin birinci mərtəbəsində sağ tərəfində avtomobil üçün duracağ mövcuddur. Evin dam örtüyü dəmir örtüklüdür. Həyət dörd tərəfdən mişar daşı ilə hasara alınmış, üç tərəfi qonşularla, bir tərəfi isə dəmir darvaza olan hissə yola baxır. Evin giriş qapısnın hər iki tərəfində müşahidə kameraları vardır. 10 sentyabr 2019-cu ildə saat 15:40-da sürücüsü Asif Abdinov həyətə gəlmişdir. Asif evin qapısı açmış və içəri daxil olmuşdur. Evin giriş hissəsində olan dəhlizlə bir qədər irələdikdə otaqların qapılarının açıq olduğunu görmüşdür. Bu zaman Asif ikinçi mərtəbədən uca tonla onu çağırmış və mənzilin otaqlarının dağınıq vəziyyətdə olduğunu söyləmiş dərhal ikinçi mərtəbəyə qalxmış və orada otaqların dağıldığını aşkar etmişdir. İlkin olaraq evdə kiminsə olduğunu ehtimal etmiş və Asiflə birgə evi axtarmağa başlamışdır, lakin heç kimi tapa bilməmişdir. Bundan sonra başa düşmüşdür ki, evinə oğrular daxil olub. Dərhal baş vermiş hadisə ilə əlaqədar olar DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra anası Elnurə Mədətovaya zəng edərək evə gəlməsini xahiş etmişdir. Bir müddətdən sonra polis əməkdaşları ilə birgə evə baxış keçirən zaman ikinci mərtəbədə yataq otaqında ağ rəngli paltar dolabının içərisindən 20.000 ABŞ dolları, 17.000 manat pul vəsaitinin, həmin otaqda kiçik dolabın içərisindən bir ədəd 500 manat dəyərində İphone 6+, bir ədəd 700 manat dəyərində İphone 7+, bir ədəd 1000 manat dəyərində İphone 8+ markalı mobil telefonların və ümumilikdə 5000 manat dəyərində olan bir ədəd Faro markalı qolbağ, Boucheron markalı boyun bağı, bir ədəd briliant qaşlı boyunbağının, hər biririn dəyəri 800 manat olan iki ədəd “Amouge” markalı ətir, 1500 manat dəyərində iki ədəd “Kilian” markalı ətir, 1500 manat dəyərində bir ədəd “Sheyx” markalı ətir, 4000 manat dəyərində “Boucheron” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 4000 manat dəyərində “Chopart” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ dəsti, 2210 manat dəyərində “Atasay” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 8500 manat dəyərində “Folli-Folli“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Majorika“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Faro” markalı qolbağ, 1800 manat dəyərində “Fergamo” markalı qol saatı, 1000 manat dəyərində “Stührling” markalı qol saatı, 500 manat dəyərində “Bretling” markalı qol saatı, 500 manat dəyərində “Ulysse Nardin” markalı qol saatı və əlavə olaraq ona məxsus 30 manat dəyərində 5 ədəd corablar, 500 manat dəyərində olan “Louis Vuitton” markalı qara rəngli canta, 500 manat dəyərində “Stefano Ricci” markalı pul kisəsinin oğurlandığını aşkar etmişdir. O, daha sonra göstərmişdir ki, ona dəymiş maddi ziyan qismən ödənilmiş, lakin onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. 07 avqust 2018-ci il tarixdə saat 09 radələrində yaşadığı evi tərk etmiş, ailə üzvləri başqa yerdə olduğundan, evdə heç kim olmamışdır. Həmin gün təxminən saat 19:30-da evə qayıdan zaman qonaq otağının pəncərəsinin açıq olduğunu, evin dağınıq olduğunu və müəyyən əşyaların yerində olmadığınıi görmüşdür. Evə baxan zaman görmüşdür ki, evdə ona məxsus olan bir ədəd 170 manat dəyərində Pirat markalı ov bıçağı, 1090 manat dəyərində bir ədəd HP Pavilion ş7 markalı noutbuk, 765 manat dəyərində bir ədəd Tissot markalı qol saatı, 120 manat dəyərində Nike loqolu qızıl sırğanın bir tayı, 2000 manat dəyərində bir cüt Aqua Marine daşla bəzədilmiş yarpaq formalı bronza rəngli sırğa, ümumi dəyəri 400 manat təşkil edən gümüşü qolbaq, sırğalar və 01 ədəd üzük oğurlanmışdır. Bu oğurluq nəticəsində ona ümumilikdə 4745 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Sulutəpə qəsəbəsindən keçən Bakı-Şamaxı yolun sol tərəfində yerləşən ərzaq mağazasını işlətmişdir. 23 fevral 2019-cu il tarixdə saat 04 radələrində naməlum şəxs mağazanın qapısının arasına dəmir parçasını salaraq qapını açıb mağazaya daxil olmuş və mağazadan 120 manat dəyərində qəpik pullar və müxtəlif əskinaslar olmaqla 400 manat nağd pul, 10 ədəd hər biri 3 manat 30 qəpik olmaqla ümumilikdə 33 manat olan Sobraniya qalın ağ siqaretlər, 10 ədəd hər biri 3 manat 30 qəpik olmaqla ümumilikdə 33 manat olan Sobraniya qalın qara siqaretlər, 10 ədəd hər biri 3 manat 30 qəpik olmaqla ümumilikdə 33 manat olan Sobraniya qalın göy siqaretlər, 16 ədəd hər biri 3 manat 30 qəpik olmaqla ümumilikdə 52 manat 80 qəpik olan Sobraniya ağ nazik siqaretlər, 17 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 53 manat 10 qəpik olan “Sobraniya” göy-nazik siqaretləri,10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” göy-nazik siqaretləri, 18 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 54 manat olan “Kent - 1” nazik siqaretləri, 22 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 66 manat olan “Kent - 4” nazik siqaretləri, 9 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 27 manat olan “Kent - 4” qalın siqaretləri, 13 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 39 manat olan “Kent - 8” qalın siqaretləri,17 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 51 manat olan “Kent - mentol” nazik siqaretləri, 18 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 54 manat olan “Kent - kompakt” nazik siqaretləri, 09 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 25 manat 20 qəpik olan “winiston” ağqalın siqaretləri, 10 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 28 manat olan “winiston” qara-qalın siqaretləri, 10 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 28 manat olan “winston” göy-kompakt siqaretləri, 13 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 36 manat 40 qəpik olan “winston” kompakt siqaretləri, 07 ədəd hər biri 1 manat 90 qəpik dəyərində ümumilikdə 13 manat 30 qəpik olan “Rotsmans” boz siqaretləri, 10 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 30 manat olan “Davidoff” ağ siqaretləri, 09 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 27 manat olan “Davidoff” göy siqaretləri, 17 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 51 manat olan “Davidoff” qırmızı siqaretləri, 08 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 24 manat olan “winston” ağ-qalın siqaretləri, 05 blok hər biri 30 manat olan ümumilikdə 150 manat dəyərində “Kent - 4” nazik siqaretləri, 04 blok hər biri 28 manat olan ümumilikdə 112 manat dəyərində “winston” qalın-nazik siqaretləri, 03 blok hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində “Sobraniye” ağ-nazik siqaretləri, 02 blok hər biri 30 manat olan ümumilikdə 60 manat dəyərində “Sobraniye” göy-nazik siqaretləri, 03 blok hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində “Sobraniye” qara-nazik siqaretləri, 02 blok hər biri 16 manat olan ümumilikdə 32 manat dəyərində “west” boz-kompakt siqaretləri, 01 blok hər biri 19 manat olan ümumilikdə 19 manat dəyərində “Vinikestr” göy-nazik siqaretləri, 03 blok hər biri 19 manat olan ümumilikdə 57 manat dəyərində “Vinikestr” boz-nazik siqaretləri, 02 blok hər biri 14 manat olan ümumilikdə 28 manat dəyərində “klass” göynazik siqaretləri,02 blok hər biri 19 manat olan ümumilikdə 36 manat dəyərində “west” ağnazik siqaretləri, 16 ədəd “Azercell”-lə məxsus 1 manatlıq ümumilikdə 16 manat dəyərində sim danışıq kartları, 8 ədəd “Azercell”-lə məxsus 2 manatlıq ümumilikdə 16 manat dəyərində sim danışıq kartları, 04 ədəd “Azercell”-lə məxsus 5 manatlıq ümumilikdə 20 manat dəyərində sim danışıq kartları, 08 ədəd “Azercell”-lə məxsus 3 manatlıq ümumilikdə 24 manat dəyərində sim danışıq kartlar, 07 ədəd “Bakcell”-lə məxsus 5 manatlıq ümumilikdə 35 manat dəyərində sim danışıq kartlar, 09 ədəd “Bakcell”-lə məxsus 3 manatlıq ümumilikdə 27 manat dəyərində sim danışıq kartlar, 12 ədəd “Bakcell”-lə məxsus 2 manatlıq ümumilikdə 24 manat dəyərində sim danışıq kartlar, 17 ədəd “Bakcell”-lə məxsus 1 manatlıq ümumilikdə 17 manat dəyərində sim danışıq kartlar, 05 ədəd “Nar”-a məxsus 5 manatlıq ümumilikdə 25 manat dəyərində sim danışıq kartlar, 09 ədəd “Nar”-a məxsus 2 manatlıq ümumilikdə 18 manat dəyərində sim danışıq kartlar oğurlanmışdır. Oğurluqla bağlı ona ümumilikdə 2207 manat 80 qəpik maddi ziyan dəymişdir. O, daha sonra göstərmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir, cəza ilə bağlı şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, sahibkarlıqla məşğul olmuş, ünvan 12 ünvanında yerləşən «Vip Smoke» ticarət köşkünü icarəyə götürüb işlətmişdir. Həmin köşkdə müxtəlif növ siqaretlər, tütün məmulatları, spirtli və sərinləşdirici içkilər satmışdır. Köşkün içərisində video müşahidə kamerası quraşdırılmışdır. 03.03.2019-cu il tarixdə saat 04 radələrində köşkün qapısını bağlayıb yaşadığı Sumqayıt şəhərinə getmişdir. Evə yenicə çatmışdır ki, Nəsimi RPİ-nin 22-ci PŞ-dən ona zəng edib naməlum şəxsin köşkdən oğurluq etdiyini bildirmişlər. O təcili olaraq köşkə qayıtmış və görmüşdür ki, köşkdə ona məxsus olan ümumi dəyəri 2000 manat təşkil edən siqaretlər, 1 ədəd 85 manat dəyərində olan «Mersi Baku» markalı konyak, 1 ədəd 70 manat dəyərində «Chivas 18» markalı viski, 1 ədəd 75 manat dəyərində «Chivas 18» markalı viski, 1 ədəd 40 manat dəyərində «Mac Baren» markalı tütünlər, 4 ədəd ümumi dəyəri 300 manat olan tütünü bükmək üçün xüsusi kağız rulonlar, 4 ədəd ümumilikdə 210 manat dəyəri olan müxtəlif növ elektron siqaretlər, 5 ədəd ümumi dəyəri 25 manat olan elektron siqaretlər üçün nəzərdə tutulmuş yağlar oğurlanmaqla ona ümumilikdə 2805 manat maddi ziyan dəymişdir. Həmçinin, Zərərçəkmiş şəxs11 ifadə verərkən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, onları bağışlamaqla barışdıqlarını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, ünvan 13 ünvanda yerləşən Mini marketi 2019-cu ilin yanvar ayından icarəyə bibisi oğlu X2 götürmüşdür. Həmin mağazada olan məhsullar ona məxsusdur. 10 mart 2019-cu il tarixdə saat 22 radələrində marketi bağlayıb evə getmişdir. 11 mart 2019cu il tarixdə saat 05:30-da ona polis əməkdaşları zəng edib mağazadan oğurluq olduğunu demişlər. O dərhal marketə gəlmiş və mağazanın kilidinin açıq vəziyyətdə olduğunu görmüşdür, içəri daxil olduqda mağazadan ona məxsus olan 200 manat dəyərində müxtəlif markalı siqaretlər və 5 manat pul oğurlanmışdır.Zərərçəkmiş şəxs10 əlavə olaraq bildirmişdir ki, ona ümumilikdə 218,10 manat maddi ziyan dəymişdir, oğurlanmış siqaretlər ona qaytarıldığından heç kimdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Nurəddin qızı ifadəsində göstərmişdir ki, onun yaşadığı ev 2 mərtəbədən ibarətdir. 05 iyun 2019-cu il tarixdə oğlu və bacısı Cəmilə ilə birlikdə saat 15 radələrində Balakən rayonuna getmişdir. 23 iyun 2019-cu il tarixdə saat 07 radələrində evinə gəlmiş, qapını açmaq istəyən zaman qapının açılmadığını görmüşdür. Qapı açılmadığından o qızının evinə getmiş, saat 18 radələrində yenidən evinə gəlmiş və içəri daxil olan zaman evdən oğurluq olduğunu aşkar etmişdir. Evə baxan zaman müəyyən etmişdir ki, 1-ci mərtəbədə yerləşən yataq otağından 1000 manat dəyərində qızıl-zinət əşyaları, 120 manat pul, bir ədəd 250 manat dəyərində 5 qram çəkidə qızıl ulduz medal, 37 manat dəyərində olan konyak, 150 manat dəyərində İPHONE-5S markalı mobil telefon, bir ədəd 100 manat dəyərində Lenovo markalı üzərində nömrə olmayan mobil telefon, 2-ci mərtəbədən bir ədəd 1190 manat dəyərində «Canon- RS-50» markalı fotoaparat, 300 manat qəpik pullar, ümumi dəyəri 500 manat təşkil edən 5 ədəd müxtəlif markalı ətirlər, evdə quraşdırılan videokameranın 400 manat dəyərində yaddaş bloku oğurlanmışdır. Bu oğurluq nəticəsində ona 4047 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs7 daha sonra ifadəsində ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Soltan- Məcid oğlu ifadəsində göstərmişdir ki, o, 21 iyun 2019-cu il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxmış və işlərinin arxasınca getmişdir. Saat 19:30-da qayıdan zaman qapını açmaq istədikdə qapı açılmamışdır. Bundan sonra o eyvandan öz mənzilinə daxil olmuş və mənzildə əşyaların dağınıq olduğunu görmüşdür. Mənzilə baxan zaman 1 ədəd 500 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 1000 manat dəyərində qızıl qolbaq, 1 cüt 2000 manat dəyərində briliant qaşları olan qızıl sırğa, 1 ədəd dəyəri 800 manat təşkil edən briliant qaşlı üzük, 1 ədəd 2000 manat dəyərində qızı təkqaşlı üzük, 1 ədəd 300 manat dəyərində qızıl üzük, 300 manat dəyərində qızıl dişlər, 1 ədəd 500 manat dəyərində «Orient» markalı qol saatı, 1 ədəd 200 manat dəyərində «Seiko» markalı qol saatı, 1 ədəd 50 manat dəyərində «Luc» markalı qol saatı, 1 ədəd 100 manat dəyərində «Orient»markalı qol saatı, 1 ədəd «Smart» markalı qol saatı oğurlandığını aşkar etmişdir. Bu oğurluq nəticəsində ona ümumilikdə 7950 manat maddi ziyan dəymişdir. O, daha sonra göstərmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 21 avqust 2019-cu il tarixdə saat 12 radələrində evdə işləyən Nicat adlı usta ona zəng edərək işlə əlaqədar olaraq qapını açarla bağlayıb evdən çıxdığını bildirmişdir. 22 avqust 2019-cu il tarixdə saat 10 radələrində Nicat adlı həmin usta ona yenidən zəng etmiş və bildirmşdir ki, evin birinci mərtəbəsi dağıdılmış vəziyyətdədir. Oğurluq olmasından şübhələnərək həmin ünvana gəlmişdir. Evi müşahidə edərək oğurluq olmasını yəqin etdikdən sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxslər tərəfindən evin ikinci mərtəbəsindən yataq otağında çarpayının döşəyinin altında olan 3500 manat dəyərində firuzəyi və briliant qaşlı qızıl kolye boyunbağı, 4000 manat dəyərində briliant qaşlı qızıl kolye, 1500 manat dəyərində sünbül formalı qızıl qolbağı-boyunbağı dəsti, 8000 manat dəyərində yaqut və briliant qaşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində göy daşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində qızıl qolbağı-boyunbağı dəsti, 1500 manat dəyərində briliant qaşlı üzük-sırğa dəsti, 4000 manat dəyərində briliant qaşlı üzük, 300 manat dəyərində arı formalı qızıl üzük, 1500 manat dəyərində briliant qaşlı qızıl bilərzik, 500 manat dəyərində briliant qaşlı qızıl üzük, hər birinin dəyəri 500 manat olan 4 ədəd qızıl 10-luq pul, hər birinin dəyəri 300 manat olan 3 ədəd qızıl 5-lik pul, 1000 manat dəyərində briliant qaşlı qızıl medalyon, 1000 manat dəyərində zəncir formalı boyunbağı, 1000 manat dəyərində yaşıl qaşlı qızıl üzük, 1000 manat dəyərində ``RADO`` markalı saat, 3000 manat dəyərində ``MAKTAYM`` markalı qızıl saat, 300 manat dəyərində ``RAKETA`` markalı qızıl üzük, o cümlədən üçüncü mərtəbədə yataq otağından dəyəri 700 manat olan ``PORCHE`` markalı və dəyəri 800 manat olan ``FERRARİ`` markalı saat, 700 manat dəyərində qızıl sikkə, pencəyin cibində olan 400 ABŞ dolları pul, o cümlədən evin mansardında olan 2000 manat dəyərində İJ16K markalı F40607 nömrəli ov tüfəngi, hər birinin dəyəri 1000 manat olan 3 ədəd ceyran dərisi, 200 manat dəyərində müxtəlif növ spirtli içkilər oğurlanmışdır. Bu oğurluq nəticəsində ona 45780 manat maddi ziyan dəymişdir. O, daha sonra göstərmişdir ki, oğurlanmış əşyalardan ona ov tüfəngi, heyvan dəriləri, qızıl üzük və bir ədəd saat qaytarılmışdır. Digər əşyalar ona geri qaytarılmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 85K-da arvadı X6 və oğlu X9 birlikdə yaşayır. 04 iyun 2019-cu il tarixdə saat təxminən 19 radələrində arvadı və oğlu ilə birlikdə Şamaxı rayonuna getmişlər. 05.06.2019-cu il tarixdə saat təxminən 01 radələrində evə gəldikləri zaman evin hamam otağının pəncərəsindən naməlum şəxs və ya şəxslərin evə daxil olaraq evin yataq otağında dolabdan pencəyinin cibindən 600 ABŞ dolları və yataq otağındakı dolabdan 4 ədəd hər birinin dəyəri 250 manat olan 1000 manat dəyərində qızıl üzüklər, 3 ədəd hər birinin dəyəri 300 manat olan qızıl boyunbağı, 1 ədəd 100 manat dəyərində qızıl kulonun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 2000 manat qızıl-zinət əşyalarına görə və 1020 manat təşkil edən 600 ABŞ dolları maddi ziyan dəymişdir. O, daha sonra göstərmişdir ki, evindən oğurlanan əşyalardan heç nə qaytarılmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanında yerləşən “Şərab evi” adlanan obyekti işlətmişdir. Obyekt hər gün səhər saat 09 radələrində açılıb gecə saat 02 radələrində bağlanır. 09.06.2019-cu il tarixdə səhər radələrində Nurlan adlı işçi ona zəng vurub bildirmişdir ki, obyekti açmağa gələndə görübdür ki, obyektin qapısı sındırılaraq içəri daxil olunub və içəridən müxtəlif növ spirtli içkilər oğurlanıbdır. Bundan sonra o dərhal obyektə gəlmiş və görmüşdür ki, həqiqətən də naməlum şəxs və ya şəxslər obyektə daxil olub müxtəlif növ siqaretləri, spirtli içkiləri və kassadan pulu oğurlayıblar. Onun obyektindən kassadan 184 manat 40 qəpik nəğd pul, bir ədəd 300 manat dəyərində bir litirlik “Kruvayzer Xo” markalı konyak, bir ədəd 75 manat dəyərində 12 illik 0.7 litirlik “Gold Baku” markalı konyak, bir ədəd 120 manat dəyərində 0.7 litirlik “Gol Baku Alov” markalı konyak, bir ədəd 100 manat dəyərində 15 illik 0.7 litirlik “Gol Baku XO” markalı konyak, bir ədəd 350 manat dəyərində 0.7 litirlik “HNESSY XO” markalı konyak, bir ədəd 300 manat dəyərində 0.7 litirlik “Renmartino XO” markalı konyak, bir ədəd 250 manat dəyərində 0.7 litirlik “Camus XO” markalı konyak, bir ədəd 170 manat dəyərində 0.7 litirlik “Bossard XO” markalı konyak, bir ədəd 160 manat dəyərində bir litirlik “Civas 18” markalı viski, bir ədəd 270 manat dəyərində 0.7 litirlik 21 illik “Royal Slayut” markalı viski, hər biri 75 manat dəyərində 4 ədəd hər biri bir litirlik “Civas” 12 illik viskilər, hər biri 70 manat dəyərində 2 ədəd, hər biri bir litrlik “Cekdens” markalı viskilər, bir ədəd 60 manat dəyərində bir litirlik “Cekdens” markalı viski, bir ədəd 55 manat dəyərində yarım litirlik “Civas” markalı 12 illik viski, bir ədəd 120 manat dəyərində 0.7 litirlik “Dalimore” markalı viski, bir ədəd 280 manat dəyərində 0.7 litirlik “Conu volker XR” markalı 21 illik viski, bir ədəd 350 manat dəyərində 0.7 litirlik “Blu lable” markalı viski, hər biri 3 manat 30 qəpik dəyərində 5 ədəd Sabrani ağ nəzik, hər biri 3 manat 30 qəpik dəyərində 14 ədəd Sabrani ağ qalın, hər biri 3 manat 30 qəpik dəyərində 17 ədəd Sabrani göy nəzik, hər biri 3 manat 30 qəpik dəyərində 2 ədəd Sabrani qara qalın, hər biri 3 manat dəyərində 19 ədəd Kent 4 nəzik, hər biri 3 manat dəyərində 5 ədəd Kent 1 nəzik, hər biri 3 manat dəyərində 8 ədəd Kent mentol nazik, hər biri 3 manat dəyərində 6 ədəd Kent 4 qalın, hər biri 3 manat dəyərində 8 ədəd Kent 8 qalın, hər biri 2 manat 80 qəpik dəyərində 11 ədəd Vinston XS kompakt, hər biri 2 manat 80 qəpik dəyərində 10 ədəd Vinston XS nəzik, hər biri 2 manat 80 qəpik manat dəyərində 3 ədəd Vinston XS mentol, hər biri 2 manat 80 qəpik manat dəyərində 12 ədəd Vinston XS kompakt göy, hər biri 2 manat 80 qəpik manat dəyərində 6 ədəd Vinston nazik göy, hər biri 2 manat dəyərində 13 ədəd Rotmans göy, hər biri 2 manat 40 qəpik dəyərində 15 ədəd LD nəzik, hər biri 2 manat 30 qəpik dəyərində 12 ədəd LD kompakt ağ, hər biri 2 manat 30 qəpik dəyərində 7 ədəd LD kompakt boz, hər biri 3 manat dəyərində 3 ədəd Dividoff Slm, hər biri 3 manat dəyərində 9 ədəd Dividoff Slm nəzik, hər biri 2 manat dəyərində 12 ədəd Vinçestr göy qalın, hər biri 2 manat dəyərində 7 ədəd Vinçestr göy nəzik, hər biri 2 manat dəyərində 17 ədəd Vinçestr boz nazik, hər biri 2 manat dəyərində 8 ədəd Vinçestr boz qalın, hər biri 1 manat 50 qəpik dəyərində 6 ədəd Cavallo göy, hər biri 1 manat 50 qəpik dəyərində 14 ədəd Cavallo ağ nəzik, hər biri 1 manat 50 qəpik dəyərində 15 ədəd Cavallo qara nazik, hər biri 2 manat dəyərində 5 ədəd Senator qırmızı nəzik, hər biri 2 manat dəyərində 16 ədəd Senator göy nazik markalı siqaretləri oğurlanmışdır. Ümumilikdə ona 4.289 manat 60 qəpik dəyərində maddi ziyan dəymişdir. O, daha sonra göstərmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilməmiş, lakin onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 4 mərtəbəli binanın 2-ci mərtəbəsində əri Nümayəndə3 ilə birlikdə yaşayır və 20 nömrəli orta məktəbdə müəllimə işləyir. 11 sentyabr 2019-cu il tarixdə saat 08:00 radələrində əri Rəfail evdən çıxaraq işə, o isə saat 09 radələrində evdən çıxaraq məktəbə getmişdir. O evdən çıxanda evin qapısını açarla bağlamışdır. Həmin gün saat 12 radələrində məktəbdən evə qayıtmışdır. O evin qapısını açaraq evə daxil olmuş və görmüşdür ki, yataq otağının qapısı açıqdır, otağın işığı yanılı və otaq dağınıq vəziyyətdədir. Həmçinin görmüşdür ki, evin həyətə baxan pəncərəsi açıqdır. O evdə qoyduğu qızıl-ziynət əşyalarına nəzər salmış və bu zaman görmüşdür ki, gündəlik istifadə etdiyi kamodun üst dolabında və yataq otağında paltar dolabının içində saxladığı qızıl-ziynət əşyaları, həmçin 3.800 ABŞ dolları pulu oğurlanıb.Həmin hadisə zamanı seyfdən ona məxsus aşağıdakı qızıl – zinət əşyaları oğurlanmışdır:10.000 manat dəyərində, ağ-sarı rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 problu, badamı şəkilli üzük, sırğa,12.000 manat dəyərində, yaşıl rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 problu, oval şəkilli üzük, sırğa, 3.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 problu, dairəvi şəkilli sırğa, 1.800 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, 750 problu, brilyant kulonlu (sep)boyunbağ,13.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 problu, boyunbağı və qolbağ dəsti,500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış, sarı rəngli, 750 problu, qızıl klonlu (Vitraj firmalı) boyunbağı,3.000 manat dəyərində, səma rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 problu, sırğa və üzük dəsti, 6.500 manat dəyərində, sarı-qara rəngli qızıldan hazırlanmış, (Roberto-Bravo firmalı) 585 problu, sırğa, üzük və boyunbağı dəsti,2.800 manat dəyərində, sarı-ağ rəngli qızıldan hazırlanmış 750 problu qolbağı,3.500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış 925 problu boyunbağı, 100 manat dəyərində, ağ rəngli, qırmızı qaşlarla olan 33 qramlıq gümüşdən ibarət qolbağ, 20 manat dəyərində, ağ rəngli, xamiliyon olan 5 qramlıq gümüşdən ibarət üzük. O, daha sonra göstərmişdir ki, ona dəymiş maddi zian ödənilməmiş, bəzi qızıl-zinyət əşyalarını polis əməkdaşları ona qaytarmış, bir ədəd qızıl zinyət əşyasını isə o, özü sosial şəbəkədə satılan zaman görüb polislərə xəbər vermiş və polis əməkdaşları həmin qızıl dəstini ona qaytarmışlar. Mülki iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Təqsirləndirilən şəxslər ağır cəza təyin olunmasını tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 02 fevral 2019-cu il tarixə keçən gecə saat 06 radələrində naməlum şəxs onun yaşadığı ünvan 15 ünvanda yerləşən ərzaq mağazasına plastik pəncərəni açmaq yolu ilə daxil olmuş və oradan dəyəri 1365 manat 40 qəpik olan tütün məmulatları, 150 manat pul, 30 manat dəyərində 1000 Bərəkət Halal Nemət firmasına məxsus kolbasalar, 160 manat dəyərində Bestbil firmasına məxsus kolbasalar, dəyəri 85 manat olan Anchor firmasına məxsus yağ, Athena firmasına məxsus olan hər birinin qiyməti 17 manat 90 qəpik olan 4 qutu yağ, Calinca firmasına məxsus olan hər birinin qiyməti 5 manat 50i qəpik olan 2 qutu yağ, 2 qutu hər birinin dəyəri 10 manat 50 qəpik olan Zelandiya yağı oğurlamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, 30 avqust 2019-cu il tarixdə saat 14 radələrində o ailəsi ilə birlikdə qaynanası gilə getmişdir.Evdən çıxanda o bütün qapıları bağlamışdır.31 avqust 2019-cu il tarixdə saat 09:30-da o ailəsi ilə birlikdə evə gəlmişdir. Evə daxil olan zaman otaqlarının işıqlarının yandığını görmüşdür.Qonaq otağına daxil olan zaman görmüşdür ki, videoyazan aparatın yaddaşı yerində deyil.Bundan sonra o yataq otağına daxil olmuş və ona məxsus olan 5000 manat pulun və 15000 manat dəyərində qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmişdir.Bu oğurluq nəticəsində ona 20200 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Pərviz adlı şəxsin işlədiyi Nərimanov rayonu Ata Türk prospekti 2A ünvanında yerləşən qızıl alqı-satqızı dükanında qızılların sosial şəbəkələr vasitəi ilə satışı ilə məşğul olmuşdur. Həmin qızıllar Pərvizə məxsus olmuşdur. Pərvizin ona verdiyi qiymətdən əlavə də o həmin qızılın üzərinə qiymət qoyaraq satmışdır. Üzərinə qiymət qoyduğu məbləğ onun özümə qalmışdır. Qalan pulu isə Pərvizə vermişdir. O həmin şəbəkələrdə özünə məxsus -***-***-**-** saylı mobil nömrəni qoymuşdur. 17 sentyabr 2019-cu il tarixdə bir xanım ona zəng edərək İnstaqram səhifədə gördüyü sarı-qara rəngli qızıldan hazırlanmış, (Roberto-Bravo firmalı) 585 problu, sırğa, üzük və boyunbağı dəstini almaq istəməsini qeyd etmişdir. O həmin şəxslə danışmış və 18.09.2019-cu il tarixdə görüşməyi razılaşmışlar. O Pərvizdən qızılları götürmüş və 18.09.2019-cu il tarixdə gündüz saat 01 radələrində həmin qadınla «28 MALL» da görüşmüşdür. Həmin qadın ona yaxınlaşmış və həmin vaxtı polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı PB-yə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, həmin qızıllar onunla görüşə gələn qadının bacısı Kifayətə məxsus qızıldır və həmin qızıllar da Kifayətin mənzilindən oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin qızılları Pərviz qeyd etdiyi ünvanda yerləşən qızıl dükanından Rövşən adlı şəxsdən almışdır. Bildiyi qədəri isə Rövşən həmin qızılları Pənah adlı şəxsdən almşdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017ci ildən Nərimanov rayonu Ata Türk prospekti 2A ünvanında yerləşən qızıl alqı-satqısı dükanında qızılların alqı-satqısı ilə məşqul olmuşdur. Satdığı qızılların bəzilərini Türkiyə Respublikasından, bəzilərini isə işlədiyi dükana gələn şəxslərdən alıb satmışdır. Qızılları aldığı şəxslərin kimliyi barədə dəftərçəsində qeydiyyat aparmışdır. Təqribən 2019-cu ilin sentyabr ayının 13-14 tarixlərində qeyd etdiyi ünvanda yerləşən qızıl dükanında Rövşən adlı şəxsdən sarı-qara rəngli qızıldan hazırlanmış (roberto-Bravo) markalı 585 əyarlı sırğa, üzük və boyunbağı dəstini almışdır. O həmin qızılların satışını təşkil etmək üçün Elnarəyə demiş, həmçinin Elnarəyə qızıl satışından faiz vermişdir. 18.09.2019-cu il tarixdə Elnarə həmin dəsti müştəriyə göstərmək üçün ondan götürmüşdür. Təqribən 2-3 saat sonra onu Yasmal RPİ-nin 26-cı PB-nə çağırmışlar. O bölmədə bildirmişdir ki, həmin qızılları Rövşəndən 1130 manat almışdır. Rövşənin deməsinə görə qızılı Rövşənə Pənah adlı zərgər satıb, Rövşən də ona satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Nərimanov rayonu Ata Türk prospekti 2A ünvanında yerləşən qızıl alqı-satqısı mərkəzinin çöl hissəsində dükanda qızılların alqı-satqısı ilə məşğul olmuşdur. Həmin dükana gələn müştərilərdən qızılları almış və içəridə dükana üzərinə qiymət qoyaraq satmışdır. 12.09.2019-cu il tarixdə zərgər kimi tanıdığı Şahid4 ona 585 əyarlı sırğa, üzük və boyunbağı dəstini satmaq istədiyini bildirmişdir. O həmin qızıllara baxdıqdan sonra 970 manat pul verə biləcəyini demişdir. Pənah onunla razılaşmış və onun şəxsiyyət vəsiqəsinin surətini almaqla öz qeydiyyatını aparmışdır. Daha sonra həmin qızılları Şahid2 satmışdır. Pənah ona qızılı bazar qiymətindən az ucuz satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 ildir ki, qızıl-alqı satqısı ilə məşğul olur. Hazırda Nizami rayonu Neftçilər ərazisində «Nikoil bank»ın yanında yerləşən ticarət mərkəzində gümüş alqı-satqısı ilə məşğul olur. 11 sentyabr 2019-cu il tarixdə saat 21:00 radələrində kirayədə qaldığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Dərə adlanan ərazidəki həyət evində olarkən əvvəllər bir neçə dəfə qızıl ziynət əşyaları aldığı Anar adlı şəxs tanışı Nicatla evinə gəlmişlər. Onlardan 2019-cu ilin avqust ayının sonlarında bir neçə dəfə qızıl ziynət əşyaları almışdır. Onların ona satdığı qızılları ilk dəfə alanda qızlların oğurluq olmasını bilməmişdir. Lakin onlar dəfələrlə ona qızıl gətirdikdikdə qızılların oğurluq olduğunu bilmişdir. Lakin pula ehtiyacı olduğu üçün bu yola əl atmış və onlardan ucuz qiymətə aldığı qızılları yararsız hala salaraq tanıdığı yerlərə lom halında satmışdır. Həmin gün, yəni 11 sentyabr 2019-cu il tarixdə saat 21:00 radələrində Anar və Nicatdan yenə qızıl qəbul etmişdir. Anar ona həmin günü sarı-qara rəngli qızıldan hazırlanmış, 585 problu, sırğa, üzük və boyunbağı dəsti, seplər, sırqalar və üzük vermişdir. O həmin qızıllara görə onlara 2.150 manat pul vermiş və onlar çıxıb getmişlər. Bundan sonra Anardan bir neçə dəfə də qzıl zinyət əşyaları alsa da, onlara nə qədər pul verməsini xatrlamır. O, həmin qızıl dəstini 12 sentyabr 2019-cu il tarixdə saat 12:00 radələrində Nərimanov rayonu Ata Türk prospekti 2A ünvanında yerləşən qızıl alqı-satqısı dükanında qızıl alveri ilə məşğul olan tanışı Rövşənin yanına gətirmiş və həmin qızılı ona göstərərək satmaq istədiyini demişdir. Rövşən qızllara baxdıqdan sonra 970 manat pul verəcəyini demişdir. O qızıl dəstini Rövşənə vermiş və ondan 970 manat pul alaraq çıxıb getmişdir. Həmin günü qızılın müəyyən hissəni əridərək 300 manata işlədiyi yerlə üzbə-üz zərgər işləyən Pərvinə satmışdır. O, daha sonra göstərmişdir ki, Anaradan cəmi 4-5 dəfə qızıl-zinyət əşyaları almış, son dəfə aldığı qızılın çəkisi 60 qram olmuş, əvvəllər aldıqlarını tam xatırlamır. Qızılların bahalı olmasını o, sonradan bilmiş, ona polis İdarəsində bildirmişlər ki, ekspertiza bir qızıla 6.500 manat dəyər qoyub, o, isə həmin qızılı 900 manata satmışdır. O, qızılları «Neftçilər» metro stansiyası yaxınlığınla yerləşən mağazasında çəkib almış, bir dəfə də evində qızıl almış, qızılları alanda Anardan heç bir sənəd tələb etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 göstərmişdir ki, 02 mart 2019-cu il tarixdə saat 19 radələrində bacısı Şahid6 onun işlədiyi Vip çay evinə gəlmişdir. Daha sonra bacısının əvvəlldən tanıdığı Nicat və Oruc adlı şəxslərlə birlikdə masaların birinə əyləşdiklərini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Nicat və Oruc Vəliyev qardaşlarıdır. Bir qədər sonra o, bacısı Çinarə, Nicat və Oruc Binəqədi rayonu ərazisində yerləşən çay evlərinin birinə getmişlər. Bir qədər oturduqdan sonra Çinarə Torqovuya gəzməyə getməyi təklif etmişdir. Torqovuda gəzdikdən sonra bacısı ayaq yoluna getmiş, Nicat isə yaxınlıqda olan tanışından pul almaq üçün 2 dəqiqəlik getməli olduğunu demişdir. Ayaq yolundan çölə çıxan zaman Nicat və Orucun onları gözlədiklərini görmüş, daha sonra 4-ü birlikdə tanımadıqları otelə getmişlər. Taksidən düşərkən Nicatın avtomobilin yük hissəsindən 2 ədəd iri selofan kulyok görmüşdür. O Nicatdan kulyokda nə olduğunu soruşduqda, Nicatın ona paltarlarının olduğunu demişdir.Oteldə otaqlarının birində oturan zaman otelin qapısı döyülmüş və qapını Nicat açmışdır. Qapını açan zaman polis əməkdaşları içəri daxil olmuş və onların hamısını polis bölməsinə aparmışlar. Polisdə məlum olmuşdur ki, Torqovuda gəzən zaman Nicat dostundan pul almaq adı ilə gedib oğurluq etmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq olunarkən onun Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təstiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli 27464/27465 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye və bilərzik dəsti-üzərində «750» əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, qaşları briliyantdr, 1 ədədin ölçüsü 0,050 karat, 7 ədədin hər birinin ölçüsü 0,045 karat, 40 ədədinin hər birinin ölçüsü 0,035 karat, 88 ədədinin hər birinin 0,020 karat, 45 ədədəinin hər birinin ölçüsü 0,011 karat, 3\3 kefiyyətlidirlər, ümumi çəkisi 29,22 qramdır. 1 ədəd sarı rəngli metaldan boyunbağı-üzərində «583» əyar damğası həkk edilmişdir, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 33,85 qramdır. 1 ədəd sarı rəngli metaldan üzərində ürək formalı elementləri və ağ şəffaf qaşları olan 3-lü üzük dəsti-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 9,81 qramdır qaşları qiymətli qaşlara aid deyil. Təqdim olunan məmulatlar kustar üsulla hazırlanmışdır.Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş zərgərlik məmulatların, 20 iyun 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir. Bir ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf briliant qaşları olan, metalı 750 əyarlı, çəkisi 29,22 qram, 1 ədədinin ölçüsü 0,050 karat, 7 ədədinin hər birinin ölçüsü 0,045 karat, 40 ədədinin hər birinin ölçüsü 0,035 karat, 88 ədədinin hər birinin 0,020 karat, 45 ədədəinin hər birinin ölçüsü 0,011 karat, 3\3 kefiyyətli qızıl kolye və bilərzik dəsti 6042,00 manat, 1 ədəd sarı rəngli metaldan metalı 583 əyarlı çəkisi 33,85 qram qızıl boyunbağı 2031,00 manat, 1 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementləri və ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 9,81 qram, qaşları qiymətli qaşlara aid olmayan 3-lü üzük dəsti 10,00 manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin 16.10.2019-cu il tarixli 25452 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3300,00 manat müəyyən edilir. Həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2019-cu il tarixli 7072 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 21 adda siqaretlərin 2019cu ilin mart ayına olan orta bazar qiymətləri təxminən 213,10 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2019-cu il tarixli 27563/27564 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunan məmulatların orta bazar qiyməti 89,0 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2019-cu il tarixli 17331 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1,2a,b saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyəttin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3,4,5,6,7,8,9,10,11,12,13,14,15 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yarasızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağından toxunma nəticəsində qalmışdır.Təqdim edilmiş 2a, b saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs1 əl-barmaqlarından qalmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2019-cu il tarixli 25342 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki «c» əl-barmaq izi, 9 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1, 4, 5, 6, 7, 17, 19, 21, 22, 23, 24, 25 saylı daktilolentlə 10, 11, 13, 14, 15, 16 daktiloplyonkanın səthlərindəki əl-barmaq və papilyar naxış izləri, 2, 18 saylı daktilolentlərin səthlərindəki digər yayılmış əl-barmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığından, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilm üçün yararsızdır. Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki «c» əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağından qalmışdır. Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri 8,18,20 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 12 saylı daktiloplyonkanın səthindəki əl-barmaq izi, 9 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs tərəfindən qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2020-ci il tarixli 31127 nömrəli ekspert rəyi ilə tədqiqat obyektlərinin orta bazar qiymətləri aşağıdakı kimi müəyyən olunmuşdur: Bir ədəd 1952-ci ildə zavod üsuslu ilə hazırlanmış 16 kalibrli, «ZK» modelli, «F40601» №-li patronluğunun uzunluğu 70mm olan, xarici çaxmaqlı, hamar (yivsiz), texniki cəhətdən saz, atəş açmaq üçün yararlı tək lüləli odlu ov tüfəngi 1000,00 manat. 11 ədəd 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləi) odlu ov tüfənglərində döyüş sursatı kimi istfiadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı patronlar 22,00 manat. Bir ədəd «Porsche Desinp» markalı siferblatı dairəvi formalı, üzərində günü göstərən illik təqvim yuvacığı olan, siferblatın üzərinə üç ədəd xronoqraf yerləşdirilmiş, xarici görünüşünə görə istifadə edilmiş qara rəngli kauçuqdan olan qolbaq ilə birlikdə kişi qol saatı 700 manat. Bir ədəd istismar edilmiş, hündürlüyü 70sm, 25x40sm qabarit ölçülü, aşağı hissəsi iki təkərli, metal dəstəyi olan, süni dəri ilə üzlənmiş göy rəngli yol çantası 10 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd başı üstündə olan xəz ilə birlikdə ayı dərisi və bir ədəd başı və ayaqları üstündə olan xəz ilə birlikdə ceyran dərisi istehlak bazarında satışı nəzərdə tutulmadığından, eləcədə həmin heyvanların qanunvericilik ilə ovlanması qadağan edildiyindən, onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2019-cu il tarixli 31112/31113 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bir ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük-üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,46 qramdır, qaşları qyimətli qaşlara aid deyil. Təqdim olunan bir ədəd üzüyün 2019-cu ilin avqust ayına olan bazar qiyməti 173,0 manat müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2019-cu il tarixli 28781/28782 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bir ədəd sarı-qara rəngli metaldan kulonlu boyunbağı, sırğa cütü və üzük dəsti-üzərində “585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 21,19 qramdır. Təqdim olunan kulonlu boyunbağı, sırğa cütü və üzük dəstinin hazırki orta bazar qiyməti 1271,0 manat müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2019-cu il tarixli 13798 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş siqaretlərin bazar qiymətləri təxminən 33,50 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş kompleks ambulator məhkəmə- psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 25.02.2020-ci il tarixli 378 saylı rəyində göstərilmişdir ki, hal-hazırki psixiatrik müayinənin nəticəsi olaraq Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət iş materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətləriniq faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadlır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı, intelektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25.02.2020-ci il tarixli 379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət iş materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətləriniq faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadlır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, intelektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır.Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərinin xarakter və mənasnı anlaya bilərdi. Təqsirləndirilən şəxs2 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törədərkən və hazırda da yetkinlik yaşına çatmadıqlarını, əməllərindən səmimi peşman olmalarını, vurulmuş ziyanın qismən ödənilməsini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin olunmalı, onlara təyin ediləcək cəzanın əvvəli tutulduqları tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış video disklər və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut olan bir ədəd “Mersi Baku” konyakı, bir ədəd “Chivas 12” viski, bir ədəd “Chivas 18” viski, bir ədəd “Macbaren” markalı tütün, 60 ədəd “Kent 4”, yetmiş ədəd “Sobranie”, əlli ədəd “Vest”, dörd ədəd tütün bükmək üçün kağız, əlli ədəd “Kent 8”, altmış ədəd “Vinston”, dörd ədəd elektron siqaret, beş ədəd elektron siqaret üçün yağlar, iyirmi ədəd “Maqna” və iki ədəd “LD” siqaretlərin Zərərçəkmiş şəxs11, “Kilian”, “Shayx” ətirləri, “Stefano Richi” pul kisəsi və bel kəməri, İphone 6 və 7 markalı mobil telefonlar, “Louis Vuition” bel çantası və qol saatlarının Zərərçəkmiş şəxs1 bir ədəd sarı rəgli metaldan qızıl boyunbağı, bir ədəd gümüşü rəngli briliant qaşları olan bilərzik dəstinin zərəçəkmiş Kifayət Rəhimovaya, 213.10 manat dəyərində olan müxtəlif siqaretlərin Zərərçəkmiş şəxs10, on dörd ədəd gümüşü üzüklər, üç ədəd qolbağlar, üç ədəd boyunbağıları, dörd ədəd sırğalar, beş ədəd tək olan sırğaların Zərərçəkmiş şəxs6, bir ədəd “Porche” markalı qol saatı, bir ədəd “İJ” markalı təklüləli F40607 nömrəli ov tüfəngi, bir ədəd patron, bir ədəd dəri qabı ilə birgə xəncər, bir ədəd ağ qaşlı üzük, üç ədəd heyvan xəzləri, bir ədəd göy rəngli çantanın zərərçəkmiş Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadıqlarını nəzərə alıb onlar məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). İş üzrə zərər çəkmiş şəxs və mülki iddiaçı Kifayət Rəhimova, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 20.893,33 manat maddi ziyanın və 10.000 manat mənəvi ziyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Kifayət Rəhimovanın iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, cinayət işinin materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində Kifayət Rəhimovaya 62.800 manat məbləğində maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, mülki iddiaçı Kifayət Rəhimovanın iddiası mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə qismən təmin edilməli və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən maddi ziyanın əvəzi kimi 20.893,33 manat cavabdeh Kifayət Rəhimovanın xeyrinə ödənilməlidir. Mülki iddiaçı Kifayət Rəhimovaya mülki iddiasının mənəvi ziyana aid hissəsi təmin olunmamalı və mənəvi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə digər zərər çəkmiş şəxslərə gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X19 tərəfindən 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkillər X16 oğlu tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış video disklər və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanılması üçün bir ədəd “Mersi Baku” konyakı, bir ədəd “Chivas 12” viski, bir ədəd “Chivas 18” viski, bir ədəd “Macbaren” markalı tütün, 60 ədəd “Kent 4”, yetmiş ədəd “Sobranie”, əlli ədəd “Vest”, dörd ədəd tütün bükmək üçün kağız, əlli ədəd “Kent 8”, altmış ədəd “Vinston”, dörd ədəd elektron siqaret, beş ədəd elektron siqaret üçün yağlar, iyirmi ədəd “Maqna” və iki ədəd “LD” siqaretlərin Zərərçəkmiş şəxs11, “Kilian”, “Shayx” ətirləri, “Stefano Richi” pul kisəsi və bel kəməri, İphone 6 və 7 markalı mobil telefonlar, “Louis Vuition” bel çantası və qol saatlarının Zərərçəkmiş şəxs1 bir ədəd sarı rəgli metaldan qızıl boyunbağı, bir ədəd gümüşü rəngli briliant qaşları olan bilərzik dəstinin zərəçəkmiş Kifayət Rəhimovaya, 213.10 manat dəyərində olan müxtəlif siqaretlərin Zərərçəkmiş şəxs10, on dörd ədəd gümüşü üzüklər, üç ədəd qolbağlar, üç ədəd boyunbağıları, dörd ədəd sırğalar, beş ədəd tək olan sırğaların Zərərçəkmiş şəxs6, bir ədəd “Porche” markalı qol saatı, bir ədəd “İJ” markalı təklüləli F40607 nömrəli ov tüfəngi, bir ədəd patron, bir ədəd dəri qabı ilə birgə xəncər, bir ədəd ağ qaşlı üzük, üç ədəd heyvan xəzləri, bir ədəd göy rəngli çantanın zərərçəkmiş Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsunlar. Mülki iddiaçı Kifayət Rəhimovanın mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası qismən təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən maddi ziyanın əvəzi kimi 20.893,33 manat cavabdeh Kifayət Rəhimovanın xeyrinə ödənilsin. Mülki iddiaçı Kifayət Rəhimovaya mülki iddiasının mənəvi ziyana aid hissəsi təmin olunmasın. Mülki iddiaçı Kifayət Rəhimovaya mənəvi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə digər zərər çəkmiş şəxslərə gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar