Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-153/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərcəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs2, zərəşəkmiş şəxsin nümayəndəsi Nümayəndə1, zərərşəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə2, zəzərşəkmiş şəxsin nümayəndəsi Şahid2, tərcüməçi X7 iştirakı ilə 23 may 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bio Plast şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 10, mənzil 6-da qeydiyyatda olan və yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi, xx xxxxxx 1985-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Gəlmə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, fərdi həyət evində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyası istiqamətinə doğru 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı, burun sümüyünün çoxqəlpəli yerini dəyişmiş sınığı, sol qaşüstü nahiyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyəsinin, sağ çanaq nahiyəsinin yan səthinin və sol iç topuq nahiyəsinin sıyrıqları, sol ayağın üst pəncə nahiyəsinin və sol çiyin qurşağının ön səthinin qançırları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən başın küt travması nəticəsində kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Porsche Cayenne” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyası istiqamətinə doğru 60-70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3- cü hissəsinin tələblərini pozaraq, yəni sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olmasına dair tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanda ondan qarşıda hərəkət edən Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində “Khazar LX” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 alının şişkinlik halında əzilməsi və hematoması, dərəcəsinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirilməsinə səbəb olmuş, bundan sonra həmin ünvanda sürücü Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsi ilə vurması nəticəsində yolun hərəkət hissəsində yıxılaraq yerdə arxası üstə uzanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs1 üzərindən idarə etdiyi “Porsche Cayenne” markalı avtomobillə keçərək ehtiyatsızlıqdan sonuncuya döş sümüyünün xətti sınığı, hər iki körpücük sümüklərinin azacıq yerini dəyişmiş, sağ və sol qabırğaların İ-Vİİ qabırğaların orta körpücük xətlər üzrə, sağ İV-Vİİ və sol İİİ-V qabırğaların isə onurğayanıxətlər üzrə xətti və azacıq yerinidəyişmiş sınıqları, sağ bazu və sol saidin ön səthlərinin qançırları, dərəcəsinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuş, toqquşma nəticəsində “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun hərəkət hissəsinin kənarında dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi Zərərçəkmiş şəxs3 MMC-yə məxsus “Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Rexton” markalı avtomobil isə ondan qarşıda dayanmış vəziyyətdə olan Şahid2 idarə etdiyi “OTOKOÇ AZƏRBAYCAN“ MMC-yə məxsus “Volksvagen Polo” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində həmin avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 MMC-yə 10.800 manat, “Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 MMC-yə 3.060 manat, “Volksvagen Polo” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə “OTOKOÇ AZƏRBAYCAN“ MMC-yə 662,19 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verərək göstərmişdir ki, 2020-ci ilin may ayından “Bio Plast” şirkətində sürücü işləmiş və şirkət tərəfindən ona etibarnamə ilə həvalə edilmiş **-OA-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobili idarə etmişdir. 04 dekabr 2020-ci il tarixdə saat 21:45-də idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmək üçün Heydər Əliyev prospekti ilə saatda 80 km/saat sürətlə hərəkətdə olarkən, hava yağışlı olmuş və yolun sol hərəkət hissəsi ilə orta zolaqla hərəkət etmiş və Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanda “Hummer” markalı avtomaşın piyadanı vurmamaq üçün sağ zolağa doğru manevr etdikdə, həmin avtomaşının arxasından çıxan, orta zolaqda yolu sağdan sola doğru keçmək istəyən piyadanı idarə etdiyi “Ford Transit” markalı avtomaşının qabaq sağ güzgüsü ilə vurmuşdur. Piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili sola döndərərək səkiyə vursa da, yolun hərəkət hissəsi yaş olduğu üçün avtomobili saxlaya və hadisədən yayına bilməmiş, yolu keçən piyada Zərərçəkmiş şəxs1 vurmuş, zərbənin təsirindən piyada yolun hərəkət hissəsinə yıxılmışdır. İdarə etdiyi “Ford Transit” markalı avtomaşını qarşıda saxlayıb düşərək, vurduğu şəxsə yaxınlaşıb nəbzini yoxladıqda ürək döyüntülərini və əlini burnuna yaxmlaşdırdıqda nəfəs aldığını hiss etmişdir. Dərhal 103 Təcili Tibbi yardıma məlumat vermək üçün avtomaşına getmək istəyərkən, tormoz səsi eşitmiş və yolda dayanmış vəziyyətdə olan “Azsamand” markalı avtomobili arxadan ağ rəngli “Porshe Cayenne” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomaşının vuraraq, yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 baş və sinə nahiyyəsindən keçib qarşıda olan başqa maşına dəyərək dayandığını görmüşdür. Dərhal Zərərçəkmiş şəxs1 yaxınlaşdıqda sonuncunun qulaq nahiyyəsindən qan gəldiyini görmüşdür. Hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs1 morqa aparıb təhvil vermişdir. Həmin yerdə yeraltı piyada keçidi olsa da, piyada yolu piyada keçidi olmayan yerdən keçmişdir. Hadisə baş verən zaman idarə etdiyi avtomaşını 80 km/saat sürətlə idarə etmiş və piyadanı görən zaman tormoz əyləcini basaraq surəti 50 km/saat surətə endirmişdir. İdarə etdiyi avtomobildə tək olmuş, RF-da aldığı sürücülük vəsiqəsini dəyişmək lazım olduğunu bilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verərək göstərmişdir ki, 04 dekabr 2020-ci il tarixdə saat 20:30 radələrində, həyat yoldaşı X8 adına olan və baş etibarnamə ilə idarə etdiyi “Porsche Cayenne” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Xəzər rayonunun Buzovana qəsəbəsinə gedərkən, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə əsas yolun orta zolağı ilə saatda 60-70 km/saat sürətilə hərəkət etmişdir. Saat 20:50-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvana, yəni metropolitenin “Koroğlu” stansiyasının qarşısına çatan zaman, qarşısında hərəkət edən “Azsamand” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın anidən əyləci basdığından, idarə etdiyi avtomobilin tormoz əyləcini bassa da hadisədən yayına bilməmiş və “Azsamand” markalı avtomaşını idarə etdiyi avtomaşınla arxa hissədən vurmuş və zərbənin təsirindən idarə etdiyi avtomobil istiqamətini birinci zolağa doğru dəyişmiş və idarə etdiyi avtomobillə yolda uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 üzərindən keçmişdir. Toqquşmanın təsirindən idarə etdiyi avtomobilin sükanında olan təhlükəsizlik şarı açıldığı üçün qarşısını görə bilməmiş və avtomobili sağa çəkərək saxlamışdır. İdarə etdiyi avtomobillə vurduğu “Azsamand” markalı avtomaşın fırlanaraq yolun kənarında dayanmış “Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. İdarə etdiyi avtomobildən düşən zaman yolun hərəkət hissəsində Zərərçəkmiş şəxs1 uzanmış vəziyyətdə olduğunu görmüşdür. Ondan əvvəl hərəkət edən “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 vurduğundan sonuncu yolun hərəkət hissəsində uzanıqlı vəziyyətdə olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bacısıdır. Sonuncu Gənclik metrostansiyasının yaxınlığında tək yaşamış, ailəsi və uşağı olmamışdır. Ruhulla əvvəllər Bakıxanov qəsəbəsində 13 saylı poliklinikada diş həkimi işləmişdir. 07 dekabr 2020-ci il tarixdə Ruhullanı axtarmış, telefonuna zəng çatmadığı üçün Ruhullanı tapmaq üçün 102 xidmətinə müraciət etmişdir. 102 xidmətindən Nizami rayon MTE və PA birliyinə getməsi xahiş edilmiş və həmin yerə getdikdə qardaşının meytinin morqda tanımışdır. Təqsirləndirilən şəxslar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, onlarla barışmışdır, onlara qarşı şikayətivə tələbi yoxdur. Məhkəmə zamanı Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 04 dekabr 2021ci il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektində yolun ikinci zolağı ilə saatda 70 km sürətlə yaşadığı Zabrat qəsəbəsinə, yəni üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən, idarə etdiyi avtomobildən təxminən 50 metr irəlidə hərəkətdə olan avtomobillərin sürücülərinin əyləcdən istifadə etdiklərini və yolun hərəkət hissəsində uzanıqlı vəziyyətdə adam gördüyü üçün sürəti azaltmış və saatda 60 km sürətlə hərəkətdə olarkən arxadan zərbə hiss etmiş və avtomobilə arxadan dəyən “Porsche Cayenne GTS” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərbəsinin təsirindən avtomobilin arxa hissəsi sola doğru sürüşdüyü üçün avtomobili 180 dərəcə fırlanıb yanaki sürüşərək yolun sağdan birinci zolağında olan “Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə avtomobilinin arxa, qabaq və sol hissələri zədələnmişdir. Avtomobildə tək olmuş, hadisə nəticəsində alın nahiyəsindən xəsarət almışdır. “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq aylıq Zərərçəkmiş şəxs4 MMC-yə pul ödəmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs “Azərmaş MMC”-nin nümayəndəsi Nümayəndə2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs4 lizinq şirətində hüquqşünas vəzifəsində işləyir. Şirkətə məxsus “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil aylıq etibarnamə əsasında ilk əvvəl 26 noyabr 2019-cu il tarixdə X2 verilmiş, daha sonra X1, Nicat Baxışov və Zərərçəkmiş şəxs2 ilə aralarında avtomobili sonuncuya verməyə razılaşmış və 385 manat olmaqla 17% 36 aylıq 13.862 manat ödəmək şərti ilə avtomaşın 03 avqust 2020-ci il tarixdən Zərərçəkmiş şəxs2 verilmişdir. Sonuncu həmin avtomaşına görə aylıq 385 manat pul ödəmişdir. 04 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və Zərərçəkmiş şəxs4 MMC-nin servisi tərəfindən “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilib akt tərtib edilmişdir. Həmin akta əsasən “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdə olmuşdur. Hadisə nəticəsində şirkətə 10.800 manat ziyan dəymiş, həmin ziyandan 7.705 manat 85 qəpik ödənilməmiş və ödənilməsini tələb edirlər. Məhkəmə zamanı zərərçəkmiş şəxs “OMEGA MMC”-nin nümayəndəsi Nümayəndə1 ifadə verərək göstərmişdir ki, "xxxx" avtomatlaşdırılmış idarəetmə və təhlükəsizlik sistemləri idarəsinin texniki vəzifəsində işləyir. Şirkətdə yeddi ədəd xidməti avtomobil vardır. Həmin avtomobillərdən biri gümüşü rəngli “Sangyong Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobili yol vərəqəsi əsasında şirkətdə işləyən mühəndis Şahid1 idarə etmişdir. 04 dekabr 2020-ci il tarixdə axşam saatlarında Şahid1 idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat vermiş və şirkətə məxsus “Sangyong Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair “Azərtexservis MMC”-dən alınmış qüsur aktına əsasən avtomobilə 3.060 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Vurulmuş zayan təqsirləndirilən şəxs Səftər Quliyev tərəfindən tam ödənilmişdir, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə zamanı Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs5 MMC-də satış supervayzeri vəzifəsində işləmişdir. Şirkətdə olan 1.298 ədəd avtomobildən biri ağ rəngli “Wolksvagen Polo” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobili Şahid2 idarə etmişdir. 04 dekabr 2020-ci il tarixdə axşam saatlarında Şahid2 idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsinin baş verdiyi haqqında şirkətə məlumat vermişdir. Şirkətə məxsus “Wolksvagen Polo”markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alınmış qüsur aktına əsasən avtomobilə 662,19 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Həmin ziyan təqsirləndirilən şəxs Səftər Quliyev tərəfindən tam ödənilmişdir, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3ndə mühəndis işləmiş və şirkətə məxsus “Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. 04 dekabr 2020-ci il tarixdə evə gedərkən “Rexton” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə əsas yolun orta zolağı ilə saatda 70 km/saat sürətilə hərəkət etmiş və avtomobildə tək olmuş, qarşıda tıxac olduğu üçün sürəti azaldaraq avtomobili yolun hərəkət hissəsinin sağına çəkib saxlamışdır. Onun qarşısında olan "Volksvagen” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığı üçün hərəkətini davam etdirə bilməmişdir. Bu zaman arxadan gələn “Azsamand” markalı **-PD- *** dövlət qeydiyyat nişanlı avtomaşın onun dayandığı yerin sol hissəsində surəti azaldaraq dayanmaq istəmiş və bu zaman arxadan gələn “Porsche Cayenne” markalı **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azsamand” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vurmuş, “Azsamand” markalı avtomaşın onun idarə etdiyi “Rexton” markalı avtomobilə arxa hissədən çırpılmış, onun idarə etdiyi avtomobil isə qarşısında dayanmış “Volksvagen” markalı avtomobilə dəymişdir. Hadisə nəticəsində idarə etdiyi “Rexton” markalı avtomobilin arxa hissəsi əzilmiş, qabaq hissəsi isə cızılmış və avtomobilə 3.060 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və mıhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “X26 LTD” şirkətində satış təmsilçisi işləmiş və "xxxx" tərəfindən verilmiş etibarnamə əsasında MMC-yə məxsus “Volksvagen Polo” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 04 dekabr 2020-ci il tarixdə Volksvagen Polo markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə gedərkən avtomobildə tək olmuş və Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə əsas yolun orta zolağı ilə saatda 50 km/saat sürətlə hərəkət etmiş, hava yağışlı olmuş və qarşıda hərəkət edən “Ford Transit” markalı avtomaşın piyadanı vurduğu üçün qarşıda tıxac olduğunu görüb sürəti azaldaraq avtomobili yolun hərəkət hissəsinin sağına çəkib saxlamışdır. Avtomobildən düşərək xəsarət alan şəxsə kömək etmək üçün yaxınlaşmış və “Ford” markalı avtomobilin sürücüsü orada olmuşdur. “Ford” markalı avtomobilin sürücüsü əlini piyadanın boğazına vuraraq yaşadığını demişdir. Piyada yerdə arxası üstə uzanıqlı vəziyyətdə olmuş və baş nahiyyəsi qanamışdır. Təcili tibbi yardıma zəng vurmaq üçün telefonu götürmək üçün maşına gedərkən, prospektlə hərəkət edən “Azsamand” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolun hərəkət hissəsində surəti azaldaraq dayanmaq istəmiş və bu zaman arxadan gələn “Porsche Cayenne” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azsamand” markalı avtomaşını arxadan vurmuş, “Azsamand” markalı avtomaşın “Rexton” markalı avtomobilə arxadan çırpılmış və “Rexton” markalı avtomobil isə onun idarə etdiyi avtomaşına arxadan çırpılmış və “Volksvagen Polo” markalı avtomobilin arxa hissəsi əzilmişdir. Hadisə nəticəsində idarə etdiyi “Volksvagen Polo” markalı avtomobilə 662,19 manat məbləğində maddi ziyan dəymişdir (2-ci cild iş vərəqi 2-7). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 11 dekabr 2020-ci il tarixli 952 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət - alının şişkinlik halında əzilməsi və hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 04 dekabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (1-ci cild iş vərəqi 39, 63-65). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 05 dekabr 2020-ci il tarixli 171 saylı ekspert rəyindən görünür ki, X3 meyitində, baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı, burun sümüyünün çoxqəlpəli yerinidəyişmiş sınığı, döş sümüyünün xətti sınığı, hər iki körpücük sümüklərinin azacıq yerinidəyişmiş, sağ və sol qabırğaların 1-Vİİ qabırğaların orta körpücük xəttlər üzrə, sağ İV-Vİİ-ci və sol 111-V qabırğaların isə onurğayani xətlər üzrə xətti və azacıq yerinidəyişmiş sınıqları, sol qaşüstü nahiyəsinin səthi əzilmiş yara, sol gözaltı nahiyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyəsinin, sağ çanaq nahiyəsinin yan səthinin və sol iç topuq nahiyəsinin sıyrıqları, sağ bazu və sol saidin ön səthlərinin, sol çiyin qurşağının ön səthinin, sol ayağın üst pəncə nahiyəsinin qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 04 dekabr 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür. Xəsarətlər dərəcələrinə görə şərti olaraq aşağıdaki qruplara bölünmüşlər: 1-ci qrupda: baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən alın sümüyünün xətti sınığı dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. İİ-ci qrupda: bumun sümüyünün çoxqəlpəli yerinidəyişmiş sınığı, döş sımüyünün xətti sınığı, hər iki körpücük sümüyünün azacıq yerinidəyişmiş sınığı, sağ və sol qabırğaların xətti və azacıq yerinidəyişmiş sınıqları dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. İİİcü qrupda: sol qaşüstü nahiyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyəsinin, sağ çanaq nahiyəsinin yan səthinin və sol iç topuq nahiyəsinin sıyrıqları, sağ bazu və sol saidin ön səthlərinin, sol çiyin qurşağının ön səthinin və sol ayağın üst pəncə nahiyəsinin qançırları canlı şəxslərdə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar. Zərərçəkmiş şəxs1 Rafık oğlunun ölümünə səbəb başın küt travması nəticəsində kəllə əsasına keçən alın sümüyünün xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 12-14 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 3,0 % qalığında etil spirti aşkar edilmişdir. Bu miqdar canlı şəxslərdə güclü dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, İA benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş bir qrup xəsarətlərin (baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən alın sümüyünün xətti sınığı, burnun sümüyünün çoxqəlpəli yerinidəyişmiş sınığı, sol qaşüstü nahiyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyəsinin, sağ çanaq nahiyəsinin yan səthinin və sol iç topuq nahiyəsinin sıyrıqları, sol ayağın üst pəncə nahiyəsinin qançırları) lokalizasiyası, xarakteri və əmələ gəlmə mexanizminə istinad edərək, eləcə də qərarın təsviri hissəsində olan məlumatları nəzərə alaraq demək olar ki, bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan “Ford Transit” markalı avtomobilin sağ yan güzgüsü ilə Zərərçəkmiş şəxs1 yol örtüyündə vertikal vəziyyətdə olarkən onun baş nahiyəsinə yetirilmiş zərbə və sonrakı etapda yol örtüyünə dəymə nəticəsində yarana bilərdirlər və bu xəsarətlərin Zərərçəkmiş şəxs1 ölümü ilə bilavasitə səbəbli əlaqəsi olmuşdur. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun gövdəsində aşkar edilmiş xəsarətlərin (döş sümüyünün, hər iki körpücük sümüklərinin, sağ və sol qabırğaların sınıqları, sağ bazu və sol saidin ön səthlərinin, sol çiyin qurşağının ön səthinin qançırları) lokalizasiyası, xarakteri və əmələ gəlmə mexanizminə istinad edərək, eləcə də qərarın təsviri hissəsində olan məlumatları nəzərə alaraq demək olar ki, bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni “Porche Cayenne GTS” markalı avtomobilin yol örtüyündə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 göydəsinin üzərindən keçməsi nəticəsində yarana bilərdi və bu xəsarətlərin onun ölümü ilə bilavasitə səbəbli əlaqəsi yoxdur (1-ci cild iş vərəqi 38, 66-71). İşdə olan kompleks məhkəmə-trasoloji, mikrohissəciklər və lifli materialların tədqiqi ekspertizası üzrə 08 yanvar 2021-ci il tarixli 6/2784-85-86 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş növbədə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən paltarların üzərində avtonəqliyyata aid lak-boya sürtünməsi qatı və ya mikrohissəcikləri yoxdur. “Porsche Cayenne GTS” markalı **-SA-*** dövlət nömrə nişanlı avtomobil təqdim edilmədiyi üçün həmin avtomobilin üzərində X4 məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən olub-olmaması müəyyən edilmədi. Tədqiqata təqdim olunmuş üzərində Nizami rayonu MTE naməlum kişi meyiti 05 dekabr 2020-ci il rəy 171, Maddi sübutlar: meyitdən götürülmüş paltarlar yazıları olan 01 ədəd karton qutuda aşkar edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən paltarların üzərində sürtkü materiallarına məxsus izlər yoxdur (1-ci cild iş vərəqi 58-59,118-123). İşdə olan kompleks məhkəmə-tibb ekspertizası üzrə 26 aprel 2021-ci il tarixli T 56/2021 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş sənədlərə, cinayət işi materiallarına və qərarda göstərilən suallara uyğun komisiya nəticəyə gəlir: Mərhum Zərərçəkmiş şəxs1 baş beyin yarımkürələri, qişaları, mədəcikləri və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasının orta çuxuruna sağa keçən alın sümüyünün xətti sınığı, hər iki körpücük sümüklərinin yerdəyişmiş, döş sümüyünün orta hissəsində köndələn, burun sümüklərinin çoxqəlpəli yerdəyişən sınığı, sol qaşüstü nahiyənin əzilmiş yarası, sol gözaltı, üst dodağın sol yarısının, çənəaltı nahiyədə solda, çanaq nahiyəsində sağda, sol iç topuqda sıyrıq, sol ayağın üst səthində qançır, sağ və sol İ-Vİİ qabırğaların orta körpücük xətti üzrə, sağ İV-Vİİ və sol İİİ-V qabırğaların onurğayanı xətt üzrə azacıq yerdəyişmiş sınığı, sağ bazu, sol saiddə, sol çiyin qurşağında qançır olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla böyük fiziki qüvvə təsirindən yaranmış, xəsarətlərin xarakteri, yerləşmə nahiyələri və xüsusiyyətlərinə görə onların yaranma mexanizmini belə izah etmək olar. Zərərçəkmiş vertikal vəziyyətdə olarkən yolu sağdan sola doğru keçərkən üzü hərəkətdə olan “Ford Transit” markalı avtomaşına yönəlmiş vəziyyətdə sağ yan güzgüyə dəymə nəticəsində sol qaşüstü nahiyənin əzilmiş yarası, sol gözaltı, üst dodağın sol yarısının, sağ çanaq nahiyəsinin sıyrıqları, sol ayağın üst səthinin və sol çiyin qurşağının ön səthinin qançırı yaranmış, sonrakı etapda onun zərbə ilə yol örtüyünə üzü üstə çırpılmasından alm nahiyəsində solda yumşaq toxumaya qansızma, baş beyin yarımkürələri, qişaları, mədəcikləri, beyinciyə qansızma, alm sümüyünün orta kəllə çuxuruna keçən xətti sınığı, burun sümüklərinin çoxqəlpəli sınığı əmələ gəlmişdir. Bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir və bilavasitə ölümə səbəb olmuşdur. Qeyd edilən xəsarətləri aldıqdan sonra Zərərçəkmiş şəxs1 hər-hansı aktiv hərəkətlər etmək iqtidarında olmamışdır. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı qeyd edilən sağ və sol İ-Vİİ qabırğaların orta körpücük xəti üzrə sağ İV-Vİİ və sol İİİ-V qabırğaların onurğayani xətt üzrə, hər iki körpücük sümüyünün, döş sümüyünün orta hissəsində köndələn sınıq, sağ bazu və sol saiddə qançır yol örtüyündə perpendikulyar vəziyyətdə arxasıüstə uzanmış piyadanın gövdəsi üzərindən soldan sağa doğru “Porshe Cayenne GTS” markalı avtomobilin keçməsi nəticəsində yaranmasına uyğun gəlir, ümumilikdə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı sürümə üçün xarakterik xəsarətlər müəyyən edilməmişdir. İş üzrə istər “Ford Transit”, istərsə də “Porshe Cayenne GTS” markalı avtomobilin sürücülərinin verdiyi ifadələr hadisənin baş vermə şəraitinə ümumən uyğun gəlir (2-ci cild iş vərəqi 77-81, 220-227). İşdə olan məhkəmə avtotexniki ekspertiza üzrə 7 iyun 2021-ci il tarixli 8/1060 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Ford Transit yük markalı, 99 0A 942 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Porsche markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (1-ci cild iş vərəqi 230-231, 245-249). İşdə olan əlavə kompleks məhkəmə-kriminalistik, lifli materialların, sürkü materialları və mikrohissəciklərin tədqiqi ekspertizasının 19 aprel 2021-ci il tarixli 8/342-6/664 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Ford Transit” markalı, **-OA-*** qeydiyyat nişanlı avtomobildən lif mikrohissəciklərinin götürüldüyü nəm süngərlərin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, “Porche Cayenne” nişanlı avtomobildən lif mikrohissəciklərinin götürüldüyü nəm süngərin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqdim edilmiş “Ford Transit” markalı, **-OA- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər formasına, yerləşmə yerinə, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin (insanın, piyadanın) təsirindən yaranmasına uyğun gəlir. Təqdim edilmiş “Porche Cayenne GTS” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq sağ qanadda) olan zədələr hər hansı maneyəyə dəyməsi nəticəsində, qabaq bamperin alt sol hissəsində və avtomobilin alt hissəsində olan izlər isə hər hansı bərk olmayan predmetin (insanın, piyadanın) üzərindən keçməsi nəticəsində yaranması mümkündür. Təqdim edilmiş nəqliyyat vasitələrin üzərindən olan zədələr izlər qərarın təsviri hissəsində qeyd olunan şəraitdə yarana bilər (1-ci cild iş vərəqi 124-125,214-219). İdə olan məhkəmə-bioloji ekspertiza üzrə 13 aprel 2021-ci il tarixli 154/2021 MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu B /lll/dir. (təqdim olunan sənədin kserourətinə əsasən) Ekspertizaya təqdim edilmiş "Porche Cayenne GTS” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı olan avtomobil (ön bamper və ön alt hissədə) üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda B antigeni alındı. Bu qan ləkələri B-alfa/İİl/ qruplu şəxsə, o cümələdən mərhum Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş “Porche Cayenne GTS” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı olan avtomobil üzərində hər hansı bir yararlı hüceyrə, dəri, toxuma elementi (bioloji mənşəli material) və tükə bənzər obyekt aşkar olunmadı (2-ci cild iş vərəqi 156, 209-213). İşdə olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında görünür ki, hadisə yerində 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanda sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkət edən zaman vətəndaş Zərərçəkmiş şəxs1 avtomobilin sağ yan hissəsi ilə vurduğu və sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Porsche Cayenne GTS” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 üzərindən keçməsi müəyyən olmuşdur (1-ci cild iş vərəqi 4-19). İşdə olan “DVD” diskə baxış keçirilməsi haqqında 12 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, videogörüntüdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə piyadanı vurması, vurduqdan sonra piyadanın üzü üstə yerə dəyməsi, çevrilməsi və “Porche Cayenne” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 **-OA-*** dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobillə piyadanın üzərindən keçməsi aşkar edilmişdir (1ci cild iş vərəqi 43, 72, 89, 2-ci cild iş vərəqi 25). İşdə olan baxış keçirilməsi haqqında 6 iyul 2022-ci tarixli protokoldan görünür ki, “Ford Transit” markalı avtomobilin arxa və ön hissəsində yerləşdirilmiş videoqeydiyyatçı ilə qeydiyyata alınmış daha sonra DVD diskə köçürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə avtomobilin işə salınmış şüşəsilənləri ilə hərəkət etməsi, yolu sağdan sola keçmək istəyən piyadanı gördükdə avtomobili sola istiqamətləndirərək sağ yan hissəsi ilə piyadanı vurması və daha sonra avtomobili tam dayanıqlı vəziyyətə gətirməsi və “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkət etməsi, avtomobili sola istiqamətləndirməsi və daha sonra avtomobili tam dayanıqlı vəziyyətə gətirərək avtomobildən düşüb yerdə uzanıqlı vəziyyətdə olan piyadaya yaxınlaşması aşkar edilmişdir (2-ci cild iş vərəqi 26). İşdə olan sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif olunması haqqında 6 iyul 2021-ci il tarixli qərardan görünür ki, 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (2-ci cild iş vərəqi 27-40). İşdə olan 5 dekabr 2020-ci il tarixli 2/12993 saylı tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs1 ayıq olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir (1-ci cild iş vərəqi 23). İşdə olan 5 dekabr 2020-ci il tarixli 2/12994 saylı tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs2 ayıq olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir (1-ci cild iş vərəqi 24). İşdə olan DİN BDYPİ Qİİ-dən verilmiş 29 iyun 2021-ci il tarixli 016-75493-1221 saylı məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında Təqsirləndirilən şəxs2 9 iyul 2020-ci il tarixdə AF seriyalı 041595 nömrəli "BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır (1-ci cild iş vərəqi 255). İşdə olan DİN BDYPİ Qİİ-dən verilmiş 29 iyun 2021-ci il tarixli 016-75502-1221 saylı məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilmədiyi qeyd olunmuşdur (1-ci cild iş vərəqi 256). İşdə olan 29 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitəsinin idarə etmək hüququnun olub-olmaması ilə bağlı DİN BDYPİ Qİİ-dən verilmiş 29 iyun 2021-ci il tarixli 016-75506-1221 saylı məktubdan görünür ki, ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35- 1-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həimn icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.Odur ki,Təqsirləndirilən şəxs1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sürücülük vəsiqəsi almadığından onun nəqliyyat vasitəsinin idarə etmək hüququ olmamışdır (1-ci cild iş vərəqi 254). İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətininin Vətəndaşlıq Məsələləri Baş İdarəsindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən ləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* saylı 01 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında “Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir (2ci cild iş vərəqi 1, 8-9). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 8 iyun 2007-ci il tarixdə verilmiş AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin statusu hal hazırda aktivdir (2-ci cild iş vərəqi 24). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 25 yanvar 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və X14 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 109,110). İşdə olan sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif olunması haqqında 6 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus paltarlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin MSK-na təhvil verilmişdir (2-ci cild iş vərəqi 27-40). İşdə olan sənədlərdən görünür ki, 6 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və 7 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 71-73, 101-103). İşdə olan mülki iddiadan görünür ki, Zərərçəkmiş şəxs4 MMC-nin direktoru R.A.İsmayılov tərəfindən 7.705 manat 85 qəpik maddi zərərin və 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi 7.736 manat 25 qəpik vəsaitin mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs4 MMC-nin hesabına ödənilməsi xahiş edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin komisyon məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə qərarı ilə təyin edilmiş 11 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Rufıq oğlu yolu sağdan sola doğru keçərkən üzü hərəkətdə olan “Ford Transit” markalı avtomaşına yönəlmiş vəziyyətdə sağ yan güzgüyə dəyməsi nəticəsində sol qaşüstü nahiyənin əzilmiş yarası, sol gözaltı, üst dodağın sol yarısının, sağ çanaq nahiyəsinin sıyrıqları, sol ayağın üst səthinin və sol çiyin qurşağının ön səthinin qançırı yaranmış, sonra onun zərblə yol örtüyünə üzü üstə çırpılmasından alın nahiyəsində solda yumşaq toxumaya qansızma, baş beyin yarımkürələri, qişaları, mədəcikləri, beyinciyə qansızma, alın sümüyünün orta kəllə çuxuruna keçən xətti sınığı, burun sümüklərinin çoxqəlpəli sınığı əmələ gəlmişdir. Qeyd edilən xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir və bilavasitə ölümə səbəb olmuşdur. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsilə və təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair cinayət təqibinə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilməlidir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021 -ci il tarixli qərarının 8-ci bəndinə əsasən, bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxs X9 törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərərçəkmiş şəxsin yaxın qohumu olan zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən ziyanı tam ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Vaqif Omarovun törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərərçəkmiş şəxsin yaxın qohumu olan zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinə, zərərçəkmiş şəxslər "xxxx" MMC-yə və "xxxx" MMC-yə ziyanı tam ödəməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X10 cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair cinayət işinə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilməsinə görə onun barəsində təsiri altına düşdüyü Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş hüquq nəticələr yaranmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında əlavə cəza növü kimi nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmənin imperativliyi nəzərdə tutulmuşdur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 7 oktyabr tarixli 2 №-li qərarına əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmənin tətbiqi qanunla məcburi olduğu hallarda, məhkəmə həmin əlavə cəzanı yalnız CM-in 62-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Məhkəmə təqsirləndirilən şəxs Vaqif Omarovun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmədən cəza təyin edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrindən nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamısını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzanı məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını və həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 263.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair cinayət təqibinə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilməsini cəza siyasətinə, qanunvericiliyinin normalarına və tələblərinə uyğun hesab edir. Qanunuvericiliyin müddəalarına əsasən barəsində amnistiya aktı tətbiq edilmiş təqsirləndirilən şəxs törətdiyi cinayətin nəticələrinin aradan qaldırılmasından, o cümlədən vurulmuş maddi ziyanın ödənilməsindən və digər yaranmış hüquqi nətiəcələrdən azad edilmir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. İş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC-nin direktoru R.A.İsmayılov tərəfindən verilmiş mülki iddia təmin edilməli və vurulmuş 10.800 manat ziyandan ödənilməmiş 7.705 manat 85 qəpik maddi zərər və 30 manat 40 qəpik dövlət rüsumu, cəmi 7.736 manat 25 qəpik mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs4 MMC-nin hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X11 vurulmuş ziyan tam olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 vəX15 tərəifndən ödənilməsi, zərərçəkmiş şəxs "xxxx" MMC-yə və "xxxx" MMC-yə və Zərərçəkmiş şəxs2 vurulmuş ziyan təqsirləndirilən şəxs X15 tərəfindən ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Nizami RPİ-də saxlanılan Zərərçəkmiş şəxs1 məxsus paltarlar onun qohumlarından birinə qaytarılmalı, 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatın dəyəri 475 (dörd yüz yetmiş beş) manat 2 (iki) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilsin. Zərərçəkmiş şəxs4 MMC-nin direktoru İsmayılov R.A. tərəfindən verilmiş 7.705 manat 85 qəpik maddi zərərin və 30 manat 40 qəpik dövlət rüsumunun ödənilməsinə dair mülki iddia təmin edilsin, 7.705 manat 85 qəpik maddi zərərin və 30 manat 40 qəpik dövlət rüsumu, cəmi 7.736 manat 25 qəpik mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC-nin hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X11 vurulmuş ziyan tam olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X15 tərəfindən ödənilməsi, zərərçəkmiş şəxs "xxxx" MMC-yə və "xxxx" MMC-yə və Zərərçəkmiş şəxs2 vurulmuş ziyan təqsirləndirilən şəxs X15 tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar onun qohumlarından birinə qaytarılsın, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası üzrə tədqiqatın dəyəri 475 (dörd yüz yetmiş beş) manat 2 (iki) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Mahmud Ağalarov