Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1530/2021 20.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 07 iyun 1964-cü ildə İmişli rayonu, Bəhrəmtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, X10 veteranı olan, əvvəllər məhkum olunmayan, İmişli rayonu, Bəhrəmtəpə kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalılıq massivi, M.Namazov küçəsi, ev 8-də yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlamış, habelə tərkibində narkotik vasitələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədilə çətənə bitkisi toxumlarını əldə edərək, həmin toxumların bir qismini 2021-ci ilin aprel ayının əvvəllərində, xeyli miqdarını, yəni 11 (on bir) ədədini isə 2021-ci ilin may ayının sonlarında yaşadığı ünvan 1 ünvanının həyətində qanunsuz olaraq əkib həmin bitkilərə aqrotexniki qaydada qulluq etməklə 2021ci ilin aprel ayının əvvəllərində qanunsuz olaraq əkdiyi çətənə bitkisi kollarından 1005 qram və 5,614 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 1010,614 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı qurudaraq həmin ünvanda saxlamış, 02 iyun 2021-ci il tarixdə, saat 20:35-də Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin satışında, eləcə də istifadəsində şübhəli bilinərək Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, M.Namazov küçəsində saxlanılaraq Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində şəffaf rəngli yağlı kağıza bükülmüş cüzi miqdarda olduğundan çəkisinin və müqayisəli tədqiqatının aparılması mümkün olmayan marixuana hissəcikləri olan papiros aşkar edilərək götürülən zaman həmin marixuananı yaşadığı evin həyətində əkərək yetişdirməsini bildirdiyindən həmin gün, saat 22:10-da yaşadığı ünvan 3 ünvanına təxirəsalınmaz baxış keçirilmiş və bu zaman evin həyətində əkərək xüsusi qulluq etməklə kultivasiya etdiyi xeyli miqdarda, yəni 11 (on bir) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 880 qram çətənə (kannabis) bitkisi, orada olan ağ rəngli plastik torbadakı bir müddət əvvəl qurudaraq şüşə balona yığdığı təmiz çəkisi 1005 qram bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana, evin içindən isə ayrı-ayrı bükümlərə bölünmüş təmiz çəkiləri 1,952 qram, 0,978 qram, 0,310 qram, 0,260 qram, 0,352 qram, 0,488 qram, 0,332 qram, 0,312 qram, 0,248 qram, 0,382 qram olmaqla 5,614 qram, ümumilikdə külli miqdarda, yəni 1010,614 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, marixuanadan 20 ildən artıqdır ki, istifadə edir. Axtarış zamanı onun üzərindən aşkar olunaraq götürülümüş siqaret qutusunun içərisində olan şəffaf rəngli kağıza bükülmüş narkotik vasitə marixuananı o, yaşadığı ünvan 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində əkib yetişdirmişdir. O, kənddə gəzən zaman marixuana toxumu tapmış və qərara gəlmişdir ki, həmin toxumları yaşadığı evin həyətində əksin. Bundan sonra o, yaşadığı evin həyətində marixuana toxumlarını əkmiş və əkdiyi toxumlara kultivasiya qaydalarına uyğun olaraq qulluq etmişdir. Sonra o, əkdiyi marixuana kollarını toplayaraq qurutmuş və evdə olan balona yığmışdır. O, qurutduğu marixuananın bir hissəsini bükümlərə ayırmaqla evdə saxlamışdır. Daha sonra, yəni 2021-ci ilin aprel ayında o, yenidən 11 (on bir) ədəd marixuana toxumlarını əkərək əkdiyi toxumlara xüsusi qaydada qulluq etmişdir. Onun həmin narkotik bitkini əkib yetişdirməkdə məqsədi ağrıları olan zaman həmin vasitədən istifadə etmək olmuşdur. O, 02 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalılıq massivi, M.Namazov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən siqaret qutusunun içərisində olan şəffaf rəngli yağlı kağıza bükülmüş, içərisində marixuana olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. O, həmin marixuananı yaşadığı evin həyətində əkib becərərək qurutduğunu polis əməkdaşlarına bildirmişdir. Sonra onun razılığı ilə yaşadığı evin həyətinə baxış keçirilmiş və evə keçirilən baxış zamanı evin həyətində 11 (on bir) ədəd çətənə bitkisi, 1 (bir) ədəd şüşə balonun içərisində qurudulmuş halda olan marixuana və evin dəhlizində qutunun içərisində olan 10 (on) ədəd büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Həmçinin o, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə, eləcə də Cinayət Məcəlləsinin 237.1-ci maddəsi üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsində sahə inspektoru vəzifəsində işləyir. 02 iyun 2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə öz rəisinə raportla məruzə etmişdir. Polis şöbəsinin rəisi tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Həmin gün o, digər polis əməkdaşı Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsinə getmişdir. Saat 20:35 radələrində onlar Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn şəxsi müəyyən edib sonuncuya yaxınlaşmışlar və xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər. Onlar həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs də adının Əlirza olduğunu onlara bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz əldə etməsində və üzərində saxlamasında şübhəli olmasını bildirib sonuncunu 23-ci Polis şöbəsinə dəvət etmişlər. Əlirza adlı şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Polis şöbəsinə getmişdir. Polis şöbəsinə Əlirza adlı şəxsin hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin və təhqiqatçı Fariz Məmmədovun iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində şəffaf rəngli yağlı kağıza bükülmüş 1 (bir) ədəd «Maqna» markalı siqaret qutusunu çıxararaq onlara təqdim etmiş və həmin qutunun içərisində 1 (bir) bükümün, bükümün də içərisində narkotik vasitə marixuananın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin bükümdə saxladığı narkotik vasitə marixuananı yaşadığı evdə yetişdirdiyini bildirərək evə baxış keçirilməsi üçün onları dəvət etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd büküm qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Onlar həmin gün təxminən saat 22:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə baxış və axtarış aparılması üçün getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olarkən evin həyətində olan 11 (on bir) ədəd çətənə bitkisini və 1 (bir) ədəd şüşə balonun içərisində olan marixuananı, eləcə də evin dəhlizində qutunun içərisində 10 (on) ədəd bükümlərə ayrılmış marixuananı aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin vasitələrin bir hissəsini öz istifadəsi, qalan hissəsini isə satmaq məqsədi ilə bükümlərə ayırdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evində aşkar edilmiş həmin narkotik vasitələr zərfə qoyularaq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən “Əlirza” adlı şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22-23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 33-35) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində şəffaf rəngli yağlı kağıza bükülmüş 1 (bir) ədəd «Magna» markalı siqaret qutusunu çıxarıb təqdim etmiş və təqdim etdiyi qutunun içərisində bükümdə narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində yerləşən 8 nömrəli evin həyətində yetişdirdiyini və yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 (bir) büküm qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli axtarış, baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən evdə və həmin evin həyətində axtarış və baxış keçirilməsi, habelə götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 47-50) görünür ki, axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin girişinin sağ tərəfində əkilmiş pomidor bitkilərinin yanında hasara tərəf hissədə narkotik tərkibli çətənə bitkiləri əkilmişdir. Həmin çətənə bitkiləri torpaqdan çıxarıldıqdan sonra 11 (on bir) ədəd çətənə bitkisinin olması müəyyən edilmişdir. Daha sonra həyətin girişinin sol tərəfində yerləşən su çəninin yanında şüşə balonun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə də axtarış və baxış keçirilmiş, evin dəhlizindəki qutunun içərisində aşkar olunmuş 10 (on) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Yataq otaqların birində sağ tərəfdə olan masanın üzərində qırmızı rəngli plastik ləyənin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evində aşkar edilmiş həmin narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və maddi sbüut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 51) görünür ki, həmin gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, M.Namazov küçəsi ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətinə baxış keçirilmiş və baxış zamanı evin həyətinin girişinin sağ tərəfində əkilmiş pomidor bitkilərinin yanında hasara tərəf hissədə narkotik tərkibli çətənə bitkilərinin əkildiyi məlum olmuşdur. Bitkilərə aqrotexniki qulluq edilmiş və kultivasiya tədbirləri göstərilmiş, habelə damcı ilə suvarılmışdır. Çətənə bitkiləri kökü ilə birlikdə torpaqdan çıxarılmış və bitkilərin sayının 11 (on bir) ədəd olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/519 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 65-66) görünür ki, tədqiqata təqdim edilmiş ağ rəngli sintetetik torbadakı 1 (bir) ədəd şüşə balonda təmiz çəkisi - 1005 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş və üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs yazısı və imzalar olan kağız paketdəki 10 (on) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,952 qram, 0,978 qram, 0,310 qram, 0,260 qram, 0,352 qram, 0,488 qram, 0,332 qram, 0,312 qram, 0,248 qram, 0,382 qram, ümumi çəkisi - 5,614 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbadakı sayı 11 (on bir) ədəd yaş vəziyyətdə, ümumi çəkisi - 880 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yazısı və imzalar olan kağız paketdəki «Maqna» adlı siqaret qutusunda 1 (bir) ədəd papirosun içərisində çəkisi - 0,612 qram qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı, cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Həmin marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş ağ rəngli sintetik torbadakı qırmızı rəngli plastik ləyənin içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 65 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və həmin kütlə narkotik vasitələrə aid deyildir. Həmin bitki mənşəli kütlə narkotik vasitələrə aid olmadığı üçün təqdim edilmiş marixuanalar ilə müqayisəli tədqiqat aparılmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 77-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DSMF-nin İmişli rayon şöbəsi tərəfindən verilmiş 046094 nömrəli vəsiqənin surətindən (cild 1, iş vərəqə 93) görünür ki, Təqsirləndirilən şəxs övladı X12 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış və ona ömürlük İ qrup əlillik dərəcəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xəstəlik haqqında şəhadətnamədən (cild 1, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs övladı X12 Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmış, ona kəllə və beyinin odlu silah yaralanması, beyinin sağ alın-təpə paylarının zədələnməsi nəticəsində sağ yuxarı monoplegiya, aşağı dərin monoparez, mərkəzi sinir sistemi funksiyasının mühüm dərəcədə pozulması diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 99) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 105) görünür ki, 11 (on bir) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 880 qram təşkil edən çətənə bitkisinin, 1 (bir) ədəd şüşə balonun içində təmiz çəkisi 1005 qram təşkil edən bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananın, təmiz çəkiləri 1,952 qram, 0,978 qram, 0,310 qram, 0,260 qram, 0,352 qram, 0,488 qram, 0,332 qram, 0,312 qram, 0,248 qram, 0,382 qram olmaqla, 5,614 qram təşkil edən bitki mənşəli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 111) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1839 nömrəli rəyindən (cild 1, iş vərəqə 117) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 118-124) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrindən həmin Məcəllənin 234.4.3 və 237.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələr üzrə ona yenidən ittihamın elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1010,394 qram təşkil edən narkotik vasitə marixuananın, 0,592 qram təşkil edən qarışıq kütlənin, 11 (on bir) ədəd çətənə bitkisinin, 64,8 qram təşkil edən bitki mənşəli kütlənin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 128-129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 169) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X5, oğlu X6, gəlini X2, nəvələri X13 və X7 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2021-ci il tarixli X15 Xəstəlikləri İnstitutu tərəfindən verilmiş spirometriyadan (cild 1, iş vərəqə 170) görünür ki, Təqsirləndirilən şəxs qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsi tərəfindən verilmiş arayışdan (cild 1, iş vərəqə 171) görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 1992-ci il tarixdən 25 noyabr 1992-ci il tarixə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən keçmiş və 25 avqust 1992-ci il tarixdə “Şiş Qaya” əməliyyatında iştirak edərək sağ ayağından və sol əlindən yaralanmışdır. Həmçinin o, Qarabağ Müharibəsi veteranıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş vəsiqənin surətindən (cild 1, iş vərəqə 180) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş vəsiqənin surətindən (cild 1, iş vərəqə 181) görünür ki, Azadov X3 rayonunun torpaq və kəndlərinin qorunmasında iştirak edən “Küdrü Qartalları” müdafiə dəstəsinin üzvü olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli tərəfindən verilmiş arayışdan (cild 1, iş vərəqə 173) görünür ki, X12 İ qrup əlildir, ona verilmiş əlilliliyin səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunması zamanı yaralanması olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, o cümlədən ona qarşı irəli sürülmüş ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə) qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedidkə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 12-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Bundan başqa, Siyahıların (3-cü Siyahı) 1.2-ci bəndinə əsasən – 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və həmin evin həyətindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə edərkən (əkdiyi çətənə bitkiləri yetişdikdən sonra onları qurutmaq vasitəsi ilə) və çətənə bitkilərini kultivasiya edərkən, habelə çətənə bitkiləri yetişdikdən sonra həmin bitkiləri qurudaraq üzərində, yaşadığı evdə və evin həyətində saxlayarkən, eləcə də həmin narkotik vasitəni üzərində daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməllərinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə, təxminən saat 20:35 radələrində Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilindiyinə görə saxlanılmış və Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə aparılmışdır. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində şəffaf rəngli yağlı kağıza bükülmüş marixuana hissəcikləri olan papiros aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuananı yaşadığı evin həyətində əkərək yetişdirdiyini etiraf etmişdir. Bundan sonra onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və baxış zamanı evin həyətindən 11 (on bir) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 880 qram təşkil edən çətənə (kannabis) bitkisi və təmiz çəkisi 1005 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, evdən isə ayrı-ayrı bükümlərə bölünmüş və təmiz çəkiləri 1,952 qram, 0,978 qram, 0,310 qram, 0,260 qram, 0,352 qram, 0,488 qram, 0,332 qram, 0,312 qram, 0,248 qram, 0,382 qram olmaqla, 5,614 qram, ümumilikdə külli miqdarda, yəni 1010,614 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında sərbəst şəkildə ifadə verərək bəyan etmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, satış məqsədi ilə çətənə bitkilərini əkməmiş və heç kəsə narkotik vasitə satmamışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqında sərbəst şəkildə ifadə verdikdən sonra cinayət prosesi tərəflərinin suallarına cavab verərkən hərdən tanıdığı şəxslərə əvəzli qaydada, yəni pul müqabilində əkib-becərdiyi narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini satdığını bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və həmin evin həyətindən aşkarlanmış narkotik vasitələri öz istifadəsi üçün əkib-becərdiyini bildirməklə yanaşı, həmin narkotik vasitələrin bir hissəsini tanıdığı şəxslərə pul müqabilində satdığını bildirmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması hissəsində məhkəmə istintaqında verdiyi ifadəsini ağlabatan və inandırıcı hesab etmir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi protokollarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şəbhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində ifadə verərək narkotik vasitələrdən istifadə etdiyini, o cümlədən narkotik vasitələri satıb qazanc əldə etdiyini bildirmişdir. Hətta Təqsirləndirilən şəxs vermiş olduğu ifadələrdə 1 (bir) büküm narkotik vasitəni 10 (on) manata satdığını da göstərmişdir. Təqsirləndirilən şəxs qeyd edilən protokolları imzalamaqla həqiqətən də aşkarlanmış narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığını, eləcə də həmin narkotik vasitələrin bir hissəsini başqa şəxslərə pul müqabilində satdığını etiraf etmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkarlanmış narkotik vasitələrin çoxlu sayda bükümlərdə olmasını və həmin bükümlərdə olan kütlənin müxtəlif çəkilərdə olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib saxlamış və daşımışdır. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlamış, habelə tərkibində narkotik vasitələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət, həmin Məcəllənin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və həmin maddələr üzrə ona ayrı-ayrılıqda cəza təyin edilməli, təyin ediləcək cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qismən toplanmaqla ona ədalətli şəkildə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşlı və evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xəstə olmasını, 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmasını, o cümlədən X10 veteranı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin onun oğlu X9 da Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı kəllə və beyin nahiyəsindən odlu silahla yaralanmasını, bundan sonra oğlu Vasif Azadovun İ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus də Təqsirləndirilən şəxs 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən X4 iştirak edərək yaralanmasını və onun oğlu X9 da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman kəllə və beyin nahiyəsindən odlu silahla yaralanmasını, bundan sonra sonuncunun İ qrup əlil olmasını, başqa sözlə, onların hər ikisinin Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi həmin maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsi üzrə də ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailə üzvlərinə (ələlxüsus da İ qrup əlil olan oğluna) mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri üzrə cəza növü kimi məhz azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsinin məqbul sayarkən ilk növbədə onun əməlində çoxsaylı cəzanı yüngülləşdirən halların məcmusunu əsas tutmuşdur. Məhkəmə hesab edir ki, bir ailənin iki üzvünün (təqsirləndirilən şəxsin və onun oğlunun) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinin ölkəmiz üçün hazırki həssas zamanda nəzərə alınmaması ədalətli sayıla bilməz. Odur ki, qeyd edilən hallar müstəsna hallar kimi ona Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməklə cəza təyini zamanı nəzərə alınmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün ilə hesablanır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1-də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan 11 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1839 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1010,394 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,592 qram təşkil edən qarışıq kütlə, 11 (on bir) ədəd çətənə bitkisi, 64,8 qram təşkil edən bitki mənşəli kütlə məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi üzrə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablamaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş qəti olaraq 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Bu hissədə hökmün icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1010,394 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,592 qram təşkil edən qarışıq kütlə, 11 (on bir) ədəd çətənə bitkisi və 64,8 qram təşkil edən bitki mənşəli kütlə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1530/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1530/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver