Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1531/2024 16.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X13 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X4, zərər çəkmiş şəxs X5, zərər çəkmiş şəxsin nümayəndəsi – Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1970-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Kəlbəcər şəhəri, A.Alı küçəsi, ev 10-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya Bakı şəhəri, Nəsimi rayonu, R.Rza və Füzuli küçələrinin kəsişməsində inşa edilməkdə olan çox mərtəbəli yaşayış binasından sahəsi böyük olan mənzil almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib, onu inandırıb aldadaraq, 12 avqust 2014-cü il tarixdə İlqar Süleymanovun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 25.000 (iyirmi beş min) manat, 18 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 35.000 (otuz beş min) manat, 07 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 10.000 (on min) manat, 17 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 25.000 (iyirmi beş min) manat, 11 dekabr 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 10.000 (on min) manat, 16 fevral 2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 15.000 (on beş min) manat, 24 fevral 2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 31.000 (otuz bir min) manat, 12 mart 2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 5.000 (beş min) manat, 14 mart 2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 23.000 (iyrmi üç min) manat, 15 aprel 2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 11.000 (on bir min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, cinayət əməlini başa çatdırıb vədinə əməl etməyərək zərərçəkmiş şəxs X7 ümumilikdə 190.000 (yüz doxsan min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan suiistifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxs X1 miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən imtina edərək göstərdi ki, 15 fevral 2022-ci il tarixdə Yasamal Rayonu Polis İdarəsində cinayət işi başlanmasından CPM-in 53.1-ci maddəsində nəzərdə tutulan halların mövcüd olmaması səbəbindən 05 yanvar 2024-cü ilə kimi iki il ərzində o, cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Onun cinayət məsuliyyətindən qaça bilməsi üçün elə bir toxunulmazlığı və ya imkanları olmamış, onun axtarışını çətinləşdirən bir hal olmamışdır. Bu ondan irəli gəlirdi ki, zərərçəkmiş şəxs İlqar Süleymanov hal hazırda AR İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti orqanının hüquq idarəsinin rəisidir, yüksək vəzifəli şəxsdir. Onun birbaşa və dolayı təsirləri ilə istintaq hərəkətləri qərəzli aparılıb. İlqar Süleymanovla onun arasında pul mübadiləsi olmuşdur. İlqar Süleymanov ifadəsində dediyi kimi onun İlqardandan vahid niyyətlə bağlı deyil, İlqar ona müxtəlif təyinatlar üçün pul vermişdir. İlqarın ona ümumilikdə, 2014-cü ildə 2015-ci ilin iyun ayınadək 125 min pul verib. Həmin 125 min manatın 20 min manatını sonuncu epizod kimi məhkəmənin nəzər diqqətinə çatdıracaqdır. Ona maşın verməsi ilə əlaqədar 105 min manat öz xəttilə İlqar Süleymanova 2015-ci ilin iyun ayının 10-15-i tarixlərində statiska komitəsinin yanındakı çayçıda öhdəçilik sənədi yazıb vermişdir. Həmin vaxt o, İsrailə turist səfərinə getmiş, dostluq-yoldaşlıq, inam-etibar xətrinə özü yazıb vermişdir. Pulların təyinatı və tarixləri barədə məlumat belədir: 18 avtqust 2014-cü il tarixdə Fizuli küçəsi ilə Səməd Vurğun küçəsində tikilməkdə olan binadan evin verilməsinin təşkil etmək məqsədi ilə İlqar Süleymanov ona avans olaraq 40 min manat pul vermişdir. Belə ki, “Qış parkı” ilə üzbəüz tikilən binanın 2 və ya 3-cü mərtəbəsində olan evə görə o, İlqardan 40 min manat pul almışdır. Həmin binanı tikən tikinti kooperativinin müəyyən şəxsləri ilə onun tanışlığı olmuşdur. Oranın kv.metri 3000-3500 manatdan, mənzil sahəsi isə 180 kv.metrdən az olmamışdır. X19 küçəsi ilə üzü Fizuli küçəsinə gedən yolda, memorial üslubda tikilən bina olmuşdur. Həmin mənzilin 200 min manata başa gələcəyini o, İlqara demiş, İlqar da razılaşmışdır. İlqarla hər hansı müqavilə bağlanmamış, aralarında etibar olduğundan şifahi danışmış, İlqarın pullarını ələ keçirmək niyyəti olmamışdır. Tikinti gedərkən onlar içəri buraxılmamış, gedib layihəyə və kənardan binaya baxmış, layihəni İlqara göstərməmişdir. 17 sentyabr 2014-cü il tarixdə İlqarın Musa adlı yaxın qohumunun vergilər naziriliyində test müsabiqəsindən keçirilməyinə kömək etmək məqsədi ilə İlqar Süleymanov ona 20 min manat pul vermişdir. O, şəxsən Musa adlı şəxslə görüşməmişdir. 10 noyabr 2014-cü il tarixdə əlavə olaraq 5 min manat pul verib. Üstüstə Musa adlı şəxsdən 25 min pul almış, lakin Musanı üz-üzə görməmiş, hər şey İlqar vasitəsi ilə olmuşdur. Həmin 25 min manat sırf onun dələduzluq hərəkəti olmuşdur. O, cəzaçəkmə müəssisəsində çəza çəkərkən 2017-ci ilin mart və ya aprel ayında aralarında olacaq pul məsələləri ilə bağlı Musa adlı şəxsin mobil telefonuna zəng vurmuşdur. Bu, cəza çəkən məhkumların telefon əlaqələri üzrə kartoçkalarında qeyd olunmuşdur. Onun telefon nömrəsi 050 200-lə başlayan nömrə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 28 yanvavr 2015-ci il tarixində “Ağ şəhər”də obyekt alınmasına görə ondan 10 min manat pul almış, həmin 10 mini həmin işlərin təşkili ilə məşğul olan Vahid adlı şəxsə vermiş, 2016-cı ilin sentyabr ayında isə Vahid ölmüşdür. 14 mart 2015-ci il tarixdə isə 25 min manata onun həyat yoldaşı Vüsalə xanıma Almaniyadan Q5 markalı nəqliyyat vasitəsi gətirilməsini təşkil etmək üçün İlqar ona pul vermişdir. Maşının onun tanışları vasitəsi ilə gətirilməsi nəzərdə tutulmuşdur. Sonra maşın gətirilmiş, Gürcüstanda zədələnmiş, o da onu İlqara məruzə etmişdir. İlqar da ona “eybi yox, onsuz da aramızda haqq-hesablaşma var, sən o maşını gətirmə” cavabını vermişdir. 15 aprel 2015-ci ildə isə onun özünün nəqliyyat vasitəsinin karobkasında (sürətlər qutusunda) nasazlıq yarandığından İlqar şəxsən onun özünə 5 min manat borc pul vermişdir. 25 iyun 2015-ci il tarixdə İlqar Süleymanov ona özünə nəqliyyat vasitəsi alınmasını təşkil etmək məqsədi ilə pul vermiş, pul verdiyi günün sabahısı faktiki olaraq dövlət qeydiyyat nişanı ** MX *** olan faktiki sahibliyi onun əvvəlki qohumu X2 məxsus olan cipi baş etibarnamə ilə X6 alıb satışın təşkil etmişdir. İlqarın hal hazırda istifadəsində olan maşını ona o, almışdır. Yekunda İlqar ona cəmi 125 min manat pul vermişdir. 20 min manat maşına verilib deyə, qalıq məbləğ 105 min manat olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, cəzaçəkmə müəssisəsində olduğu dövrdə, 04 avqust 2015-ci ildə İlqar Süleymanov onunla əlaqə saxlamış, ona aralarında etibar olduğunu demiş, pul məsələsinin rəsmiləşdirilmədiyini bildirmişqdir. 2021-ci ildə İlqar onunla telefon əlaqəsi saxlamış, ona “ailəm ağır vəziyyətdədir, mən sənə kağz yazıb göndərəcəm, sən imza et, sənin də çıxmağına az qalıb, sən çıxdığın vaxt biz hesablaşaq” demişdir. Pula görə İlqarla qohumluq və ya qonşuluq münasibətlərində olan Fərid adlı şəxs gəlmiş, siyahını mənə təqdim etmiş və o, İlqardan 190 min manat aldığına dair sənəd yazıb Fəridə vermişdir. Lakin nüsxəsini özündə saxlamamışdır. Aradan bir ay keçəndən sonra isə İlqar ondan şikayət edəcəyini ona demişdir. O, İlqara ona qarşı dələduzluq niyyəti olmadığını, ondan pul aldığını danmayacağını bildirmişdir. Bundan sonra istintaq hərəkətləri başlamış, Fuad Bağırov adlı müstəntiqə İlqarın ona pul verdiyini etiraf etmişdir. Sonra isə məlum olmayan əsaslarla cinayət işi dayandırılılmışdır. 05 yanvar 2024-cü ildə onu Ceyhun adlı müstəntiq çağırmış, cinayət işinin təzələnməsi haqqında ona məlumat vermiş və ondan ifadə almışdır. O, ifadəsini məhkəmədə verdiyi kimi danışmış, sonra isçə üzləşmə olmuşdur. Ayın 5-də isə müstəntiq sənədləri toplu şəkildə ona göstərmiş, “dediklərin yazılıb” deməklə qol çəkməsini istəmişdir. O da sənədlərə toplu şəkildə oxumadan qol çəkmişdir. Yasamal Rayon Məhkəməsində onun haqqında həbs qətimkan tədbiri seçilən vaxt müstəntiq ittihamı oxuyanda, o, orda ittihamla razılaşmamışdır. Müstəntiq onun barəsində qərəzli istintaq apardığından onun hazırda məhkəmədə verdiyi idafəsinin sübut kimi qəbul olunmasını və yekunda ədalətli cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, onun İlqarın maddi imkanları barədə məlumatlı olmamış, onun tam imkansız da olmadığını, lakin böyük vəsaitə sahib olmsadığını bilmişdir. İlqarın maddi vəziyyəti ondan yaxşı olmuşdur. O, məsuliyyətdən yayınmmış, heç nəyi də gizlətməmişdir. İlqarı 1995-ci ildən tanımış, vergidə bir yerdə işləmişlər. Əvvələr bir-birindən borc alıb qaytarmış, işgüzar fəaliyyətləri olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələrinin tədqiqi ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs həmin ifadələrində əməlini tam etiraf edib özünü təqsirli bilmiş və göstərmişdir ki, X8 təxminən 1995-ci il tarixdən tanımış, əvvəllər onun İlqar ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 2014-cü ilin avqust ayının əvvəllərində İlqar özü üçün sahəsi böyük olan mənzil almaq istədiyini bildirmiş, o da İlqara ev satan tanışları olduğunu və mənzil təşkil edə biləcəyini demişdir. İlqar da onunla razılaşmış ki, o mənzil tapsın. Bundan sonra, yəni 2014-cü ilin avqust ayında o, İlqara Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və R.Rza küçəsinin kəsişməsində yerləşən, inşa edilməkdə olan yaşayış binasında bazar qiymətlərinin yüksək olmasını, lakin öz əlaqələri hesabına həmin binadan 140.000 (yüz qırx min) manat müqabilində mənzil təşkil edəcəyini, bunun isə sənədləşmə işləri ilə əlaqədar bir müddət aparacağını İlqara demişdir. Bundan sonra 2014-cü ilin avqust ayının ortalarından 2015-ci ilin aprel ayının ortalarına kimi olan müddət ərzində günlərini dəqiq xatırlamadığı vaxtlarda o, İlqara qeyd olunan ünvandan mənzil təşkeil etməyi üçün İlqarın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında İlqardan hissə-hissə olmaqla ümumilikdə 190.000 manat pul almışdır. Onun niyyəti əvvəldən İlqara mənzil təşkil etmək olmamışdır, Belə ki, onun niyyəti İlqara məxsus 190.000 manat pulunu ələ keçirtmək olmuşdur. O, İlqara həmin vaxt mənzilin sənədləri verə bilməyəcəyini və ən azı 6 ay keçdikdən sonra mənzilin sənədləri ilə birlikdə təqdim edəcəyinə vəd vermişdir. 2015-ci ildə o, Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2018-ci il tarixdə isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. İlqarın ona həmin pulları verməsi ilə bağlı İlqar ilə birlikdə sənəd də imzalamışlar. Hazırki vaxta kimi İlqara hər-hansı bir məbləğdə pul qaytarmamışdır. Törətdiyi əməldən peşmandır(iş vərəqə: 229-231). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən X11 cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələrini bir daha təsdiq edib məhkəmədəki ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 1995-ci ildə tanış olmuş, onunla ailəvi, yaxın münasibətləri olmuşdur. İsmayıl rəsmi olaraq işləməsə də, özünün deməsindən onun uzun illər daşınmaz əmlak və avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu öyrənib bilmişdir. O, İsmayılı uzun müddət tanıdığından İsmayılın ona qarşı hər hansı mənfi hərəkət edə biləcəyini ağlına belə gətirməmişdir. X9 ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, 2014-cü ilin yay aylarında o, sahəsi nisbətən böyük olan mənzil almaq üçün daşınmaz əmlak agentliklərinə, bu işlə məşğul olan vasitəçilərə müraciət etmişdir. İsmayıl bu barədə bilmiş, ona tanımadığı şəxslərə etibar etməməyi tapşırmış və özünün də daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmasını, özünün əlaqələri və tanışları vasitəsilə onun üçün münasib qiymətə və sahəsi böyük olan mənzil təşkil edəcəyinə vəd vermişdir. O da İsmayıla etibar etdiyindən və ondan şübhə etmədiyindən digər əmlak vasitəçilərindən imtina edib İsmayılla razılaşmışdır. 2014-cü ilin avqust ayında isə İsmayıl ona Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış Parkı” istirahət parkının yaxınlığında inşa edilməkdə olan yaşayış binasında bazar qiymətlərinin yüksək olmasını, lakin öz əlaqələri hesabına həmin binadan 140.000 (yüz qırx min) manat müqabilində ona mənzil təşkil edəcəyini demiş, bunun isə sənədləşmə işləri ilə əlaqədar bir qədər müddət aparacağı ilə onu xəbərdar etmişdir. İsmayıl hətta onunla birlikdə həmin ünvana gedib, inşa edilməkdə olan yaşayış binasını ona göstərərək həmin binanın ya üç və ya dördüncü mərtbəsində yerləşən üç otaqlı mənzili onun üçün təşkil edəcəyinə yenidən vəd verərək onu inandırmışdır. O, binaya daxil olub ona təşkil edəcəyi mənzilə baxmağı İsmayıla təklif etsə də, İsmayıl hazırda tikinti işlərinin davam etdiyini demiş, binaya daxil olmağın məqsədə müvafiq olmadığını bildirmişdir. Təkrarən qeyd etdiyi kimi o, İsmayıla inandığından binaya daxil olmaqda təkid etməmişdir. Bundan sonra 12 avqust 2014-cü il tarixdən başlayaraq mənzilə görə Təqsirləndirilən şəxs ödənişlər etməyə başlamışam. Daha doğrusu İsmayıl özü həmin mənzilin alınması, əlavə təmir işlərinin aparılması, sənədləşmə proseslərinin həyata keçirilməsi üçün hissə-hissə olmaqla pulu verməli olduğunu ona izah etmişdir. Odur ki, o, İsmayıla inandığından sonuncunun vəd verdiyi mənzilin alınması üçün ilkin olaraq 12 avqust 2014-cü il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 nömrəli binanın qarşısında 25.000 (iyirmi beş min) manat məbləğində pulu əlbəəl İsmayıla vermişdir. Növbəti dəfə isə İsmayılın təşəbbüsü ilə 18 avqust 2014-cü il tarixdə yenidən eyni məqsəd üçün yaşadığı ünvanın qarşısında İsmayıla əlbəəl 35.000 (otuz beş min) manat məbləğində pul vermişdir. İsmayıl özü əvvəlcədən pulların hissə-hissə veriləcəyini ona bildirdiyindən İsmayılın hərəkətlərinə şübhə etməmişdir. Növbəti dəfə isə yenidən İsmayılın özünün təşəbbüsü ilə 07 sentyabr 2014-cü il tarixdə yenidən bu məqsədlə yenə də yaşadığı ünvanın qarşısında əlbəəl İsmayıla 10.000 (on min) manat pulu vermişdir. Bundan sonra eyni məqsədlə eyni yerdə 17 sentyabr 2014-cü il tarixdə 25.000 (iyirmi beş min) manat, 11 dekabr 2014-cü il tarixdə 10.000 (on min) manat pulu birbaşa İsmayılın özünə vermişdir. Bununla da 2014-cü il ərzində o, mənzil alınması məqsədi ilə İsmayıla 105.000 (bir yüz beş min) manat məbləğində pul vermişdir. X9 ifadəsinin davamında göstərdi ki, bundan sonra təxminən bir ay ərzində isə İsmayıl ondan heç bir məbləğdə pul istəmədiyindən o, ödədiyi 105.000 (bir yüz beş min) manat məbləğində pulun və mənzilin aqibəti ilə maraqlandıqda İsmayıl müəyyən sənədləşmə işləri ilə əlaqədar əlavə ödənişlərə ehtiyac olacağını və bir müddət də gözləməli olduğunu bildirmişdir. 2015-ci ilin fevral ayında isə İsmayıl yenidən pulların verilməli olmasını bildirmişdir. O da İsmayıla inandığından ödənişlər etməyə davam etmişdir. Odur ki, İsmayılın vəd verdiyi mənzilin alınması məqsədi ilə yenidən 16 fevral 2015-ci il tarixdə yaşadığı ünvanın qarşısında 15.000 (on beş min) manat, 24 fevral 2015ci il tarixdə 31.000 (otuz bir min) manat, 12 mart 2015-ci il tarixdə 5.000 (beş min) manat, 14 mart 2015-ci il tarixdə 23.000 (iyirmi üç min) manat, 15 aprel 2015-ci il tarixdə 11.000 (on bir min) manat İsmayıla əlbəəl pul vermişdir. Ona vəd verilmiş mənzilin alınması üçün İsmayıla ümumilikdə 190.000 (yüz doxsan min) manat məbləğində pul vermişdir. İsmayıl mənzilin qiymətinin 140.000 manata olmasını bildirsə də, sonradan mənzilin qiymətinin 190.000 manata başa gələcəyini deyib ondan hissə-hissə olmaqla ümumilikdə 190.000 manat pul almışdır. Həmin vaxtı onun əlində 190.000 manat pul tam şəkildə olmadığından o, İsmayıl ilə qarşılıqlı olaraq həmin pulu hissə-hissə verəcəyinə dair razılaşmışlar. İsmayıl sonuncu pulu da ondan aldıqdan sonra qısa müddət ərzində mənzilin sənədləşmə işlərinin yekunlaşacağını və yalnız bundan sonra həmin mənzilə köçməyinin mümkün olacağını bildirmişdir. O da heç şübhə etmədən İsmayıla inanaraq gözləmişdir. Zərər çəkmiş İlqar Süleymanov arayış verib göstərdi ki, onun oğlu xəstələnmiş, oğlunu xəstəxanaya aparıb-gətirmək lazım olmuşdur. Odur ki, həyat yoldaşıaa maşın almaq istəmişdir. İsmayıl da belə bir maşın məsələsini həll edəcəyinə söz verdiyindən o, 2015-ci ilin mart ayının 23-də qeyd etdiyi puların bir qismini maşın alınması üçün İsmayıla verilmişdır. Amma maşın gəlməmiş, İsmayıl maşın gətirilərkən Gürcüstanda qəzaya düşdüyünü bildirmişdir. Sonradan isə İsmayıl evin qiymətinin qalxdığını bəhanə gətirərək onun maşın üçün verdiyi pulları da alacağı evin dəyərinin üstünə gəlmişdir. X9 ifadəsinin davamında daha sonra göstərdi ki, 2015-ci ilin dekabr ayında İsmayıl Azərbaycan Respublikası CM-in 216-cı maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra isə o, İsmayıl ilə əlaqə saxlayıb ona vəd verdiyi mənzillə və İsmayıla verdiyi pullarla bağlı maraqlandıqda İsmayıl onu aldatdığını və verdiyi 190.000 (yüz doxsan min) manat pulunu ələ keçirdiyini etiraf etmiş, lakin qaytarmağa çalışacağını bildirmişdir. İsmayıl həbs olunduqdan sonra o, sonuncunun saxlanıldığı Cəzaçəkmə Müəssisəsinə getmiş, İsmayıl onun tərtib etdiyi, kompyuterlə yazılaraq çap edilmiş yazılı mətnin alt hissəsində öz xətti ilə yazaraq həmin öhdəliyi, yəni yeni msənzil alması məqsədilə ondan hissə-hissə 190.000 (yüz doxsan min) manat pul aldığını təsdiq etmiş və həmin pulu tezliklə qaytaracağını qeyd etmişdir. Lakin həmin vaxtdan hazırki vaxta kimi olan müddət ərzində İsmayıl müxtəlif bəhanələrlə pulları qaytarmaqdan yayınmış, hazırki vaxta kimi ona heç nə qaytarmamışdır. Xahiş etməsinə baxmayaraq İsmayıl vəd verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində tikilməkdə olan 7 mərtəbəli yeni yaşayış binasını ona kənardan göstərmiş, bina təhvil verilmədiyindən, mənzilin sənədi hazır olmadığından mənzilin ona əyani olaraq göstərilməsini məqsədə müvafiq hesab etməmiş, həmçinin mənzilə dair heç bir rəsmi sənəd göstərməmiş və ya ona verməmişdir. Lakin İsmayıl ona vəd verdiyi mənzilin sənədlərinin bir il müddətinə hazır olduqdan sonra ona təqdim edəcəyinə vəd vermişdir. Həmin binada İsmayıla aid heç bir mənzil olmadığı sonradan ona məlum olmuşdur. X9 ifadəsinin davamında daha sonra göstərdi ki, o, İsmayılla həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə İsmayılın istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlamışdır. Lakin ***-***-**-** saylı mobil nömrə hazırda İsmayılın istifadəsindədir. İsmayılın istifadəsində olan ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı mobil nömrələr ilə 2014-cü ildən 2015-ci ilin iyun ayına kimi olan müddət ərzində anten məlumatları götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs X5 ifadəsinin yerində yoxlanılması haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs İlqar Süleymanov iş üzrə sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyvni olaraq bir daha təsdiq etmişdir. Tədqiq olunan protokoldan görünür ki, istintaq hərəkəti keçirilərkən müvafiq fotoşəkllər çəkilərək protokola və iş materiallarına əlavə edilmişdir (iş vərəqə: 149-156). İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, iş üzrə zərər çəkmiş şəxs X11 onun qardaşıdır, Təqsirləndirilən şəxs isə 2014cü ildən tanıyır, onunla İsmayılın Mingəçevirdən tanışlığı və münasibətləri olmuşdur. O, rayonda təsərrüfat işinə baxmış, özünün şəxsi təsərrüfatı olmuş, Rusiyaya mal vurmuşdur. 2014-cü ilin sentyabr və ya oktyabr ayında o, İlqarın yaşadığı Yasamal rayonu, Ə.Oaqverdiyev küçəsindəki mənzildə olarkən İsmayılı da orada görmüş, İsmayıl getdikdən sonra İlqar ondan borc pul istəmiş, İsmayıla verəcəyini demiş, İsmayılın ona daha böyük sahəli mənzil verəcəyinə vəd verdiyini bildirmişdir. Həqiqətən də qardaşınin kiçik sahəli bir evi olmuş, ona görə də evini genişləndirmək istəmişdir. O da qardaşının xahişini nəzərə alıb 2014-cü ildən 2015-ci ilin mart ayına kimi olan müddət ərzində qardaşı İlqara ümumilikdə 65.000 manat pul vermiş, lakin qardaşının həmin puldan İsmayıla verdiyini görməmişdir. Qardaşının sonradan ona deməsinə görə İsmayılın Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış Parkı” istirahət parkının yaxınlığında inşa edilməkdə olan yaşayış binasından öz əlaqələri hesabına nisbətən ucuz qiymətə üç otaqlı mənzil təşkil edəcəyini vəd verdiyi üçün hissə-hissə olmaqla o, İsmayıla ümumilikdə 190.000 manat pul vermişdir. Amma o, qardaşından İsmayıla nə qədər pul verdiyini soruşmamışdır. Qardaşının deməsinə görə İsmayıl vədinə əməl etməmiş, İlqara vəd verdiyi mənzili verməmiş, əksinə aldığı pulları ələ keçirmişdir. İlqarın ona deməsinə İsmayıl hazırki vaxta kimi aldığı 190.000 manat puldan ona heç nə qaytarmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 zərər çəkmiş əri İlqar Süleymanovun və qaynı – Şahid2 ifadəsinə uyğun ifadə verib göstərdi ki, o, hələ İlqarla ailə qurmazdan əvəvl İlqarla İsmayıl dost olmuş, İsmayıl dəfələrlə onların evində olmuş, onların ailəvi gediş-gəlişi olmuşdur. X15 iş yoldaşı olmuş, hər ikisi vergidə işləmişlər. İlqar hazırda da Vergilər Nazirliyində hüquqşünas vəzifəsində işləməkdədir. Onların ailəsinin yaşadığı mənzil 40 kv.metrlik mənzil olmuş, onlar mənzhillərini dəyişmək üçün almağa ev axtarmışlar. İlqarla evi satıb, borc-xərc edib, böyük ev almaq qərarına gəlmişlər. İsmayıl özü onlara istədikləri mənzili təklif etmiş, mənzillə bağlı kömək edə biləcəyini demiş, İlqarı buna inandırmışdır. Lakin İsmayıl ona olunan etibardan sui istifadə etdmiş, onun ərindən bir il ərzində mənzil üçün hissə-hissə 190.000 manat pul almış, illər ərzində onları gözlətmiş, lakin verdiyi vədə əməl etməmişdir. Sonra İsmayıl özü tutulub həbsxanaya düşdüyündən onlar şikayət etməmiş, İsmayılın türmədən çıxıb söz verdiyi evi alıb onlara verməsini gözləmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, İsmayılın həyat yoldaşı ilə görüşmüş, vəziyyəti ona danışmışdır. Lakin İsmayılın yoldaşı ona bku söhbətlərin ona aidiyyatının olmadığını bildirmiş, ona qaba və təhqiramiz cavab vermiş, uşaqlarına ataları ilə danışmalarına icazə vermədiyini bildirmişdir. Şahid1 ifadəsinin davamında, həmçinin göstərdi ki, mənzil almaq üçün hissə-hissə pul verdikləri ərəfələrdə onun uşağı xəstələnmiş, onu ora-bura aparmaq üçün maşın lazım olmuş, onlar maşın almaq istəmişlər. İsmayıl onların maşın almaq istədiklərini eşitmiş, Almanıyada adamı olduğunu, ucuz və yaxşı maşın gətizdirə biləcəyini bildirmiş və bildiyi qədər buna görə də onlardan 27 min manat pul almışdır. İsmayıl maşina görə onlardan aldığı pulları da, guya onlar üçün alacağı mənzilin dəyərinə qatmışdır. İsmayıl hazırkı vaxtadək onlara heç bir məbləğdə pul qaytarmamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs sabiq həyat yoldaşı Şahid3 ifadəsində göstərdi ki, İsmayıl barədə hər şeyi bilməsə də 2005-ci ilə qədər, yəni ondan boşanmazdan qabaq İsmayılın əziyyət çəkdiyini, borcları olduğunu bilmiş və hiss etmişdir. İsmayıl evdə çox danışan olmadığından tam her şeyi bilməmişdir. İsmayıl Vergidə işləmiş, lakin onun nə vaxt işdən çıxdığını yadında saxlamamışdır. İsmayılın borclarına görə evləri satılmış, ondan sonra özünün anasının köməkliyi ilə ev tikmişlar. Evin inşasını İsmayıl özü idarə eləsə də, evin tikintisini anası maliyələşdirmişdir. Anası evi malliyələşdirən vaxtlarda İsmayıl tikinti şirkətində işlədiyini bildirsə də, o, bunu dəqiq bilməmişdir. Lakin 2021-ci ildə o, İsmayıldan boşanmışdır. Boşanana qədər İsmayılı narahat edən şəxslər barədə xəbəri olsa da, o, səbəbini bilməmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, X10 bir yerdə işləmiş, onlar dost olmuş, ailəsini də tanımışlar. İsmayıl məhkum olunan dövrdə onlar bəzi şeyləri öyrənib bilmişlər. 2014-2015-ci illərdə İsmayılın İlqardan pul alması barədə onun məlumatı olmamışdır. Bu barədə görüşərkən İlqarın yoldaşı ona danışmışdır. İsmayılla birgə nikahdan iki övladları olmuş, lakin onları böyütmək üçün böyük pullara ehtiyacları olmamışdır. İlqarın borca düşməsinin səbəblərini o, dəqiq bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs X11 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, istintaq hərəkəti keçirilərkən İlqar Süleymanov sərbəst ifadəsində göstərdiyi və sonradan da məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (iş vərəqə: 169-175). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilən xx.xx.2021-ci il tarixli “öhdəlik” sənədindən görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs İlqar Süleymanovdan 190.000 (yüz doxsan min) manat məbləğində pul götürərək Bakı şəhərində inşa edilməkdə olan çox mərtəbəli yaşayış binasından sahəsi böyük olan mənzil almaqda köməklik göstərəcəyinə dair yalandan vəd verib, onu inandırmaqla aldatmışdır. Tədqiq olunan “Öhdəlik” sənədi 01 vərəqədə iş materiallarına əlavə edilmişdir(iş vərəqə: 8). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi haqqında» 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Hadisə yerinin 06 ədəd foto şəkli çəkilərək baxış keçirilməsinə dair protokola və iş materiallarına əlavə edilmişdir(iş vərəqə: 49-53). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 433 saylı rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dörk etmək iqtidarında olmuşdur(iş vərəqə: 255-258). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma, yəni dələduzluq yolu ilə təkrarən ələ keçirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə baxılan cinayət işi üzrə cinayət hadisəsinin 12 avqust 2014-cü il tarixdən 15 aprel 2015-ci il tarixədək olan müddət ərzində baş verməsinin təsdiq olunduğunu qeyd edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli 20 dekabr 2017-ci il tarixdə qəbul edilmiş və 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Belə ki, cinayət hadisəsinin baş verdiyi 2014-2015-ci illərdə 01 may 2012-ci il tarixdən 01 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Lakin həmin Məcəllənin 10.3-cü maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyri etirafedici ifadələrini onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından, məhkəmə baxışı zamanı əldə olunan müvafiq məhkəmə hökmlərdən və aidiyyatı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmü üzrə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən, həmçinin iş üzrə tərtib olunan ittiham aktında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin cinayətlərin residivinin yaratmasının müəyyənləşdirilməsi göstərilsə də, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs X7 faktiki yetirilmiş maddi zərər ödənilməmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmamış, zərər çəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında barışıq əldə edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə zərər çəkmiş şəxs X1 miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirilməsi cinayətini 12 avqust 2014-cü il tarixdən 15 aprel 2015-ci il tarixədək olan müddət ərzində, yəni həm Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli və həm də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmündən əvvət törətmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, mövcud hüquqi vəziyyətdə hər iki hökm üzrə təyin olunan cəzalar cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından toplanmalı olduğundan, təqsirləndirilən şəxsin barəsində residivin və məhkumluğun müəyyən edilməsi istinsna təşkil edəcəkdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır (burada: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi) cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yəni Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Lakin işdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü üzrnə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilməsi məsələsi ilə bağlı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 iyul 2022-ci il tarixli Qərarnda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Konstitusiya Məhkəməsi Plenumu, həmçinin qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə cəza təyini ilə bağlı məsələyə münasibət bildirib belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə hazırda baxılan iş üzrə təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü üzrə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə təyin olunduğundan və bu zaman birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı olduğundan, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, müvafiq məhkəmənin 03 fevral 2024-cü il tarixli qərarına əsasən əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmaqla onun barəsində «həbs» qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs fasiləsiz olaraq qanuni əsaslarla həbsdə saxlanılmışdır (iş vərəqə: 201-204, 239-241). Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunması nəzərə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 190.000 (yüz doxsan min) manat, mənəvi zərərə görə 20.000 (iyirmi min) manat pul tələbinə dair mülki iddia qaldırmışdır. Məhkəmə qaldırılan mülki iddiaya dair məsələni müzakirə edib aşağıdakı nəticəyə gəlmişdir: -iş üzrə zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 190.000 (yüz doxsan min) manat və mənəvi zərərə görə 20.000 (iyirmi min) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilməli; -maddi ziyana görə 190.000 (yüz doxsan min) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs X7 ödənilməli; - mülki iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmünə əsasən çəkilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs kimi tutulduğu 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddiaya dair məsələ aşağıdakı qaydada həll edilsin: - zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 190.000 (yüz doxsan min) manat və mənəvi zərərə görə 20.000 (iyirmi min) pul tələbinə dair mülki iddiası qismən təmin edilsin; - maddi ziyana görə 190.000 (yüz doxsan min) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs X7 ödənilsin; - mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1531/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1531/2024
16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver