Məhkəmə qərarları › İş №1(101)-1531/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1531/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1531/2025 31.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən-02 yaşayış massivi, 29/A nömrəli evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə günorta saatlarında özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə bacanağı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qonaq qismində getdiyi zaman, Zərərçəkmiş şəxs ona verdiyi kostyumu yataq otağında geyinərkən, qapının örtülü olmasını fürsət bilərək həmin otaqdakı dolaba qanunsuz daxil olmuşdur. Təqsirləndirilən şəxs dolabın içərisindən 25 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 3.750 manat dəyərində bir ədəd sünbül formalı qızıl boyunbağını, 10 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1.500 manat dəyərində bir ədəd Zefir üzüyü, 8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1.300 manat dəyərində bir ədəd gül formalı qızıl üzüyü, 50 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı, 9.700 manat dəyərində bir ədəd qızıl boyunbağını və 18 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı, 3.750 manat dəyərində bir ədəd qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs bu epizod üzrə ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2024-cü ildə axşam saatlarında özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə qohumu Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə əvvəlcədən bildiyi qapı kodunu yığmaqla daxil olmuş, daha sonra isə birinci və ikinci mərtəbələrdəki plastik pəncərələri özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq evə qanunsuz daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs paltar dolabının içərisinə yerləşdirilmiş taxta seyfdən 43,51 qram çəkidə, 750 əyarlı, üzərində damla formalı naxışlı elementləri olan, 5.874 manat dəyərində bir ədəd qızıl boyunbağını, 27,33 qram çəkidə, 750 əyarlı, oval formalı elementləri olan, 3.689 manat dəyərində bir ədəd qızıl boyunbağını, 59,22 qram çəkidə, 583 əyarlı, 6.514 manat dəyərində, bir ədəd qızıl boyunbağını, 78,63 qram çəkidə, 583 əyarlı, 8.649 manat dəyərində bir ədəd qızıl qolbağı, 20,67 qram çəkidə, 583 əyarlı, 2.274 manat dəyərində bir ədəd qızıl qolbağı, 19,86 qram çəkidə, 583 əyarlı, 2.185 manat dəyərində bir ədəd qızıl qolbağını, 25,24 qram çəkidə, 583 əyarlı, üzərində iki ədəd qırmızı rəngli qaş olan, 2.776 manat dəyərində bir ədəd qızıl qolbağını, 65,81 qram çəkidə, 583 əyarlı, içərisində “Mak Taym” yazısı, alt tərəfində 250554 seriya nömrəsi olan, 6.700 manat dəyərində bir ədəd qızıl saatı, 9,30 qram çəkidə, 585 əyarlı, ağ şəffaf qaşları olan, 1.023 manat dəyərində qızıl sırğa cütü-üzük dəstini, 3,23 qram çəkidə, 585 əyarlı, 355 manat dəyərində gül formalı qızıl sırğa cütü-kulon dəstini, 12,61 qram çəkidə, 583 əyarlı, üzərində böyük ölçülü, yaşıl rəngli daş olan 1.387 manat dəyərində qızıl sırğa cütünü, 4,78 qram çəkidə, 583 əyarlı, qara rəngli minalı hissəsi və üzərində ağ şəffaf qaşları olan, 766 manat dəyərində qızıl sırğa cütünü, 7,89 qram çəkidə, 583 əyarlı, səbət formalı, 868 manat dəyərində qızıl sırğa cütünü, 3,07 qram çəkidə, 583 əyarlı, səbət formalı, 338 manat dəyərində qızıl sırğa cütünü, 6,67 qram çəkidə, 585 əyarlı, ürək formalı elementi olan, 734 manat dəyərində qızıl sırğa cütünü, 2,65 qram çəkidə, 585 əyarlı, üzərində sarı, gümüşü, qırmızımtıl sarı rəngli, kürə formalı elementləri olan, 291 manat dəyərində qızıl sırğa cütünü, 6,11 qram çəkidə, 585 əyarlı, ulduz formalı, 672 manat dəyərində qızıl sırğa cütünü, 5,67 qram çəkidə, 750 əyarlı, üzərində şəffaf qaşları olan, 804 manat dəyərində bir ədəd qızıl üzüyü, 4,30 qram çəkidə, 750 əyarlı, üzərində ağ şəffaf qaşları olan, 658 manat dəyərində bir ədəd qızıl üzüyü, 7,81 qram çəkidə, 583 əyarlı, üzərində bir ədəd qırmızı rəngli və ağ şəffaf qaşları olan, 859 manat dəyərində qızıl üzüyü, 10,82 qram çəkidə, 583 əyarlı, üzərində ağ şəffaf qaşları olan, 1190 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 2,20 qram çəkidə, 585 əyarlı, üzərində ağ şəffaf qaşları olan, 242 manat dəyərində bir ədəd qızıl üzüyü, 6,42 qram çəkidə, 900 əyarlı, 850 manat dəyərində bir ədəd qızıl “5”-lik sikkəni, 3,30 qram çəkidə, 750 əyarlı, açar formalı, 445 manat dəyərində bir ədəd qızıl kulonu, 12,74 qram çəkidə, 750 əyarlı, gümüşü rəngli hissəsinin üzərində ağ şəffaf qaşları olan, 1.784 manat dəyərində bir ədəd qızıl kulonu, 104,35 qram çəkidə, 18 manat dəyərində sapa düzülmüş mirvari muncuqlardan ibarət bir ədəd boyunbağını, 100 manat dəyərində gümüş boyunbağı və kulon dəstini, həmçinin taxta seyfin üzərindən, bir ədəd zərfin içərisində olan 34.000 manat nəğd pulu gizli olaraq talayıb oradan çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs fərdi evin birinci mərtəbəsinə, plastik pəncərəni özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq qanunsuz daxil olub paltar dolabından 10,23 qram çəkidə, 750 əyarlı, üzərində oval formalı elementləri olan, 1.381 manat dəyərində bir ədəd qızıl boyunbağını, 2,18 qram çəkidə, 585 əyarlı, halqa formalı, 240 manat dəyərində qızıl sırğa cütünü, 2,02 qram çəkidə, 585 əyarlı, üzərində ürək elementi olan, “Tiffani Co”, 222 manat dəyərində qızıl sırğa cütünü, 3,81 qram çəkidə, 750 əyarlı, qaş yeri boş olan, 514 manat dəyərində bir ədəd qızıl üzüyü, 5,74 qram çəkidə, 925 əyarlı, üzərində bir ədəd firuzəyi və ağ şəffaf qaşları olan, 29 manat dəyərində bir ədəd gümüş üzüyü, 3,08 qram çəkidə, üzərində bir ədəd qara rəngli və ağ şəffaf qaşları olan, 02 manat dəyərində qiymətsiz əlvan metaldan hazırlanmış bir ədəd üzüyü, 7,15 qram çəkidə, üzərində bir ədəd qara rəngli daş olan, dəmir əsaslı ərintidən hazırlanmış, 05 manat dəyərində bir ədəd üzüyü, 5,37 qram çəkidə, üzərində bir ədəd qırmızı rəngli daş olan, dəmir əsaslı ərintidən hazırlanmış, 04 manat dəyərində bir ədəd üzüyü və 41 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs A.Zərərçəkmiş şəxs bu epizod üzrə ümumilikdə 88.483 (səksən səkkiz min dörd yüz səksən üç) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində xalası qızının toy məclisinə ailəlikcə gedəcəkləri üçün oğlu Alimi arvadının bacısı Gülşəngilin evinə aparmış, daha sonra evə qayıtmış və hamıdan əvvəl çıxaraq şadlıq sarayına öz avtomobili getmiş, ailə üzvləri isə ondan bir qədər sonra gəlib çatmışlar. Toy mərasimində iştirak edib saat 23:00 radələrində ailə üzvləri ilə birlikdə evə qayıtmış, bacısı İlahə ilə arvadı Aysel evin birinci mərtəbəsinə daxil olduqdan sonra dərhal onu və atasını çağıraraq evə kənar şəxsin daxil olduğunu və evi axtarıb əşyaları qarışdırdığını bildirmişlər. O, ilk növbədə evin birinci mərtəbəsinə baxmış, mətbəxin, qonaq-otağının və yataq otağının dağınıq olduğunu, kiminsə evdə nəsə axtardığını, anasıyla atasının yataq otağındakı paltar dolabının içərisindəki qutuda 3 müxtəlif qablarda olan qızıl-zinət əşyalarının orada olmadığını görmüşdür. O, həmçinin evin yataq otağında olan döşəyin açıldığını və anası Kəmaləyə borc kimi verdiyi və sonuncuya məxsus gödəkçənin cibində olan 41 manat məbləğində pulun götürüldüyünü müəyyən etmişdir. Bundan sonra o ailə üzvləriylə birlikdə ikinci mərtəbəyə qalxmış və evin yataq otağında olan ağ rəngli paltar dolabının içərisindəki taxta seyfdə olan qızıl-zinət əşyalarının, həmçinin avtomobil satdıqdan sonra əldə etdiyi 34.000 (otuz dörd min) manat pulun yerində olmadığını aşkar etmiş, dərhal bu barədə 102 xidmətinə zəng edib məlumat vermiş, evə polis əməkdaşları gəlmişdir. Evin birinci mərtəbəsində olan yataq otağındakı dolabın içərisindən bir ədəd «Buta» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Cartier» markalı qadın üçün qızıl üzük, bir ədəd «Ağ gül» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşlı formalı kişi üçün qızıl üzük, bir ədəd «Zefır» markalı qırmızı daşı olan qadın üçün qızıl üzük, dörd ədəd üzərində müxtəlif daşları olan qadın üçün gümüş üzüklər, bir cüt «Halqa» formalı qızıl sırğa, bir cüt «Dağlı» formalı böyük həcmli qızıl sırğa, bir cüt «Dağlı» formalı xırda həcmli qızıl sırğa, bir cüt «Razdora» markalı qızıl sırğa, bir cüt «Tiffani» markalı qızıl sırğa, bir cüt «Yaşıldaş» formalı sırğa, bir cüt «Gül» formalı qızıl sırğa və bir ədəd «Gül» formalı qızıl üzük, 40 manat pul, evin ikinci mərtəbəsindən isə bir ədəd «Kardinal» markalı kişi üçün qızıl boyunbağı, bir ədəd «Zəncir» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Aypara» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Ulduz» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Nazik» formalı qadın qızıl üçün boyunbağı, bir ədəd mirvari üslubunda qadın üçün boyunbağı, bir ədəd «Maxtime» markalı kişi qızıl saatı, bir ədəd xırda qızıl açar, bir ədəd «Beş manatlıq» qızıl sikkə, bir ədəd «İlan» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Buta» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Şəbəkə» formalı qadın üçün qızıl qolbaq, bir ədəd üzərində «Allah» sözü yazılmış qızıl kulon, bir ədəd «Tək qaş» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşsız formalı qadın üçün qızıl üzük, bir cüt «Ulduz» formalı qızıl sırğa, bir cüt «Love» markalı qızıl sırğa, bir cüt «Gül» formalı brijyant sırğa, bir cüt «Vanklif» markalı qızıl sırğa və bir ədəd qızıl kulon, həmçinin 34.000 (otuz dörd min) manat pul oğurlanmışdır. Daha sonra həmin qızılları və pulları evindən bacanağı Təqsirləndirilən şəxs götürdüyü müəyyən olunmuş, sonuncu həmin qızılları satdığı zərgərləri müstəntiqə və ona göstərmiş, lakin zərgərlər qızılları aldıqlarını boyunlarına götürməmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü ildə onun ad gününü qeyd edirmişlər. Həmin günü onlara Təqsirləndirilən şəxs və yoldaşıda gəlmişdir. Elə həmin günü də o, özünə məxsus təzə kastyumunu Təqsirləndirilən şəxs vermişdir. Sonuncu əynini dəyişmək üçün ikinci mərtəbədə yerləşən yataq otağına girmiş, paltarını dəyişərək orada olan qızılları götürmüşdür. Həmin gün o, işə çağırıldığından getmiş Təqsirləndirilən şəxs isə yoldaşı birlikdə onlarda qalmışlar. Seyfdə olan pullar isə tərəfindən 13 və ya 14 dekabrında “ASAN xidmət” Mərkəzində satdığı 3 ədəd maşının satışdan əldə edilmiş və maşınların satılması barədə Təqsirləndirilən şəxs söhbət zamanı bildirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu 54.342 (əlli dörd min üç yüz qırx iki) manat zərəri ödəsə əvvəlkindən şikayətçi olmayacaqdır. Təqsirləndirilən şəxs seyfi qardirobda olan açarla açmışdır. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu 54.342 manat məbləğində ziyanı tələb edərək, lakin ailə vəziyyətini və azyaşlı uşağının olmasını nəzərə alaraq sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ondan əvvəl zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü ildə ailəlikcə bacanağının qızının toyuna getdiklərindən oğlu Zərərçəkmiş şəxs uşağını baxmaları üçün Təqsirləndirilən şəxs evinə aparmışdır. Həmin gün xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində o, ailəsi ilə birlikdə toy məclisinə getmiş, oğlu Zərərçəkmiş şəxs isə onlardan bir qədər tez evdən çıxmışdır. Onlar toydan evə qayıdandan sonra evin birinci və ikinci mərtəbəsi dağınıq vəziyyətdə olduğunu, evdəki qızılların və pulların oğurlandığını, hətta yoldaşının paltarının cibindən 40 manat 75 qəpik pulun da götürüldüyünü görmüşlər. Hadisədən sonra onun nəvələri hələ də qorxu içindədirlər və işıqsız otaqda yata bilmirlər.

5. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü ildə ailəlikcə bacanağının qızının toyuna getdiklərindən oğlu Zərərçəkmiş şəxs uşağını baxmaları üçün gəlini Ayselin bacısı Gülşən və əri Təqsirləndirilən şəxs evinə aparmış, həmin gün xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində o, ailəsi ilə birlikdə toy məclisinə getmiş, oğlu Zərərçəkmiş şəxs isə onlardan bir qədər tez evdən çıxmışdır. Onlar toy məclisindən saat 23:00 radələrində evlərinə qayıtmış, qızı İlahə və gəlini Aysel evin birinci mərtəbəsinə daxil olduqdan dərhal sonra onu və oğlu Zərərçəkmiş şəxs çağırmış və evə kənar şəxsin daxil olduğunu və evi axtarıb əşyaları qarışdırdığını bildirmişlər. O, ilk növbədə evin birinci mərtəbəsinə baxmış, mətbəxin, qonaq-otağının və yataq otağının dağınıq olduğunu, kiminsə evdə nəsə axtardığını, onun yataq otağındakı paltar dolabının içərisindəki qutuda 3 müxtəlif qablarda olan qızıl-zinət əşyalarının orada olmadığını görmüşdür. O, həmçinin evin yataq otağında olan döşəyin açıldığını və arvadı Kəmaləyə məxsus gödəkçənin cibindən 41 manat məbləğində pulun götürüldüyünü müəyyən etmişdir. Bundan sonra o ailə üzvləriylə birlikdə ikinci mərtəbəyə qalxmış və evin yataq otağında olan ağ rəngli paltar dolabının içərisindəki taxta seyfdə olan qızıl-zinət əşyalarının, həmçinin oğlu Zərərçəkmiş şəxs avtomobil satdıqdan sonra əldə etdiyi 34.000 (otuz dörd min) manat pulun yerində olmadığını aşkar etmiş, dərhal bu barədə 102 xidmətinə zəng edib məlumat vermiş, evə polis əməkdaşları gəlmişdir. Yaşadıqları yaşayış evinin birinci mərtəbəsində olan yataq otağındakı dolabın içərisindən bir ədəd «Buta» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Cartier» markalı qadın üçün qızıl üzük, bir ədəd «Ağ gül» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşlı formalı kişi üçün qızıl üzük, bir ədəd «Zefır» markalı qırmızı daşı olan qadın üçün qızıl üzük, dörd ədəd üzərində müxtəlif daşları olan qadın üçün gümüş üzüklər, bir cüt «Halqa» formalı qızıl sırğa, bir cüt «Dağlı» formalı böyük həcmli qızıl sırğa, bir cüt «Dağlı» formalı xırda həcmli qızıl sırğa, bir cüt «Razdora» markalı qızıl sırğa, bir cüt «Tiffani» markalı qızıl sırğa, bir cüt «Yaşıldaş» formalı sırğa, bir cüt «Gül» formalı qızıl sırğa və bir ədəd «Gül» formalı qızıl üzük, 40 manat pul, evin ikinci mərtəbəsindən isə bir ədəd «Kardinal» markalı kişi üçün qızıl boyunbağı, bir ədəd «Zəncir» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Aypara» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Ulduz» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Nazik» formalı qadın qızıl üçün boyunbağı, bir ədəd mirvari üslubunda qadın üçün boyunbağı, bir ədəd «Maxtime» markalı kişi qızıl saatı, bir ədəd xırda qızıl açar, bir ədəd «Beş manatlıq» qızıl sikkə, bir ədəd «İlan» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Buta» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Şəbəkə» formalı qadın üçün qızıl qolbaq, bir ədəd üzərində «Allah» sözü yazılmış qızıl kulon, bir ədəd «Tək qaş» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşsız formalı qadın üçün qızıl üzük, bir cüt «Ulduz» formalı qızıl sırğa, bir cüt «Love» markalı qızıl sırğa, bir cüt «Gül» formalı brijyant sırğa, bir cüt «Vanklif» markalı qızıl sırğa və bir ədəd qızıl kulon, həmçinin 34.000 (otuz dörd min) manat pul oğurlanmışdır. Oğurluq nəticəsində onlara ümumilikdə 100.000 (yüz min) manat məbləğində ziyan dəymişdir. Bundan başqa təxminən oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda yaşadıqları evdən 25 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 3.750 manat dəyərində 1 ədəd sünbül formalı qızıl boyunbağı, 10 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1.500 manat dəyərində 1 ədəd Zefir üzük, 8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsal 1.300 manat dəyərində 1 ədəd gül formalı qızıl üzük, 50 qram çəkidə, 750 əyarı, İtalya istehsalı, 9.700 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 18 qram çəkidə, 750 əyarlı İtaliya istehsalı, 3.750 manat dəyərində 1 ədəd qızıl boyunbağı oğurlanmışdır. Həmin qızıl-zinət əşyaları onun mərhum anasına məxsus olmuş, anası isə onları Zərərçəkmiş şəxs bağışlamışdır. Həmin oğurluq nəticəsində isə daha 20.000 (iyirmi min) manat maddi ziyan oğlu Zərərçəkmiş şəxs dəymişdir.

6. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2012-ci il tarixdə ailə həyatı qurmuşdur və onların iki övladı var. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində o, ailəsi ilə birlikdə toy məclisinə getmiş, əri Zərərçəkmiş şəxs isə onlardan bir qədər tez evdən çıxmışdır. Həmin toy məclisindən saat 23:00 radələrində evlərinə qayıtmış, evin birinci mərtəbəsinə daxil olduqda mətbəxin, qonaq otağının və yataq otağının dağınıq olduğunu, kiminsə evdə nəsə axtardığını görmüş, evə kənar şəxsin daxil olduğunu və əşyaları qarışdırdığını anlayaraq əri və qaynatasını səsləmişdir. Daha sonra onlar birlikdə qaynatasının yataq otağına daxil olmuş, paltar dolabının içərisində olan qutuda üç müxtəlif qablarda olan qızıl-zinət əşyalarının orada olmadığını, həmçinin evin yataq otağındakı döşəyin açıldığını, qaynanası Kəmaləyə məxsus gödəkçənin cibindən 41 manat pulun götürüldüyünü müəyyən etmişlər. Bundan sonra birlikdə ikinci mərtəbəyə qaxlmış və evin yataq otağında olan ağ rəngli paltar dolabının içərisindəki taxta seyfdə olan qızıl-zinət əşyalarının, həmçinin Zərərçəkmiş şəxs avtomobilini satdıqdan sonra əldə etdiyi 34.000 (otuz dörd min) manat pulun yerində olmadığını aşkar etmişlər. Sonuncu dərhal bu barədə polis orqanlarına zəng edib məlumat vermiş və bir az sonra yaşadıqları evə polis əməkdaşları gəlmişlər. Yaşadıqları yaşayış evinin birinci mərtəbəsində olan yataq otağındakı dolabın içərisindən bir ədəd «Buta» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Cartier» markalı qadın üçün qızıl üzük, bir ədəd «Ağ gül» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşlı formalı kişi üçün qızıl üzük, bir ədəd «Zefır» markalı qırmızı daşı olan qadın üçün qızıl üzük, dörd ədəd üzərində müxtəlif daşları olan qadın üçün gümüş üzüklər, bir cüt «Halqa» formalı qızıl sırğa, bir cüt «Dağlı» formalı böyük həcmli qızıl sırğa, bir cüt «Dağlı» formalı xırda həcmli qızıl sırğa, bir cüt «Razdora» markalı qızıl sırğa, bir cüt «Tiffani» markalı qızıl sırğa, bir cüt «Yaşıldaş» formalı sırğa, bir cüt «Gül» formalı qızıl sırğa və bir ədəd «Gül» formalı qızıl üzük, 40 manat pul, evin ikinci mərtəbəsindən isə bir ədəd «Kardinal» markalı kişi üçün qızıl boyunbağı, bir ədəd «Zəncir» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Aypara» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Ulduz» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Nazik» formalı qadın qızıl üçün boyunbağı, bir ədəd mirvari üslubunda qadın üçün boyunbağı, bir ədəd «Maxtime» markalı kişi qızıl saatı, bir ədəd xırda qızıl açar, bir ədəd «Beş manatlıq» qızıl sikkə, bir ədəd «İlan» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Buta» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Şəbəkə» formalı qadın üçün qızıl qolbaq, bir ədəd üzərində «Allah» sözü yazılmış qızıl kulon, bir ədəd «Tək qaş» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşsız formalı qadın üçün qızıl üzük, bir cüt «Ulduz» formalı qızıl sırğa, bir cüt «Love» markalı qızıl sırğa, bir cüt «Gül» formalı brijyant sırğa, bir cüt «Vanklif» markalı qızıl sırğa və bir ədəd qızıl kulon, həmçinin 34.000 (otuz dörd min) manat pul oğurlanmışdır. Oğurluq nəticəsində onlara ümumilikdə 100.000 (yüz min) manat məbləğində ziyan dəymişdir. Bundan başqa təxminən oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda yaşadıqları evdən 25 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 3.750 manat dəyərində 1 ədəd sünbül formalı qızıl boyunbağı, 10 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1.500 manat dəyərində 1 ədəd Zefir üzük, 8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsal 1.300 manat dəyərində 1 ədəd gül formalı qızıl üzük, 50 qram çəkidə, 750 əyarı, İtalya istehsalı, 9.700 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 18 qram çəkidə, 750 əyarlı İtaliya istehsalı, 3.750 manat dəyərində 1 ədəd qızıl boyunbağı oğurlanmışdır. Həmin qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs mərhum nənəsinə məxsus olmuş və həmin xanım ölməzdən əvvəl qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs bağışlamışdır. Həmin oğurluq nəticəsində isə daha 20.000 (iyirmi min) manat maddi ziyan Zərərçəkmiş şəxs dəymişdir.

7. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 27).

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 60-62).

9. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır (İ cild i/v 117-120).

10. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır (İ cild i/v 173-176).

11. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır (İ cild i/v 236-238).

12. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 18-19).

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/538-9/981 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə umumi dəyəri təxminən 54.342 (əlli dörd min üç yüz qırx iki) manat, təqdim olunmayan məmulatların 15 dekabr 2024-cü il tarixə olan nəzəri qiyməti ilə ümumi dəyəri təxminən 13.910 (on üç min doqquz yüz on) manat müəyyən edilmişdir (İ cild i/v 92-96). Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir (İ cild i/v 93).

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1486 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malik olmuşdur. Sonuncuda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmək və onlar barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir(İ cild i/v 187-189).

15. xx.xx.2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 15 dekabr 2025-ci il tarixdə oğurladığı qızıl-zinyət əşyalarını yaşadığı ünvan 2 ünvanında evin həyətində bankanın içərisində torpağa basdırdığını bildirmişdir. Bundan sonra həmin yerə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yeri qazaraq 1 kiloqramlıq şüşə bankanı çıxarıb təqdim etmişdir. Həmin bankanın içərisinə açılıb baxıldıqda bir ədəd «Buta» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Cartier» markalı qadın üçün qızıl üzük, bir ədəd «Ağ gül» formalı qadın üçün brilyant üzük; bir ədəd qaşlı formalı kişi üçün qızıl üzük, bir ədəd «Zefir» markalı qırmızı daşı olan qadın üçün qızıl üzük, dörd ədəd üzərində müxtəlif daşları olan qadın üçün gümüş üzüklər, bir cüt «Halqa» formalı qızıl sırğa, bir cüt «Dağlı» formalı böyük həcmli qızıl sırğa, bir cüt «Dağlı» formalı xırda həcmli qızıl sırğa, bir cüt «Razdora» markalı qızıl sırğa, bir cüt «Tiffani» markalı qızıl sırğa, bir cüt «Yaşıldaş» formalı sırğa, bir cüt «Gül» formalı qızıl sırğa və bir ədəd «Gül» formalı qızıl üzük, bir ədəd «Kardinal» markalı kişi üçün qızıl boyunbağı, bir ədəd «Zəncir» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Aypara» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Ulduz» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Nazik» formalı qadın qızıl üçün boyunbağı, bir ədəd mirvari üslubunda qadın üçün boyunbağı, bir ədəd «Maxtime» markalı kişi qızıl saatı, bir ədəd xırda qızıl açar, bir ədəd «Beş manatlıq» qızıl sikkə, bir ədəd «İlan» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Buta» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Şəbəkə» formalı qadın üçün qızıl qolbaq, bir ədəd üzərində «Allah» sözü yazılmış qızıl kulon, bir ədəd «Tək qaş» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşsız formalı qadın üçün qızıl üzük, bir cüt «Ulduz» formalı qızıl sırğa, bir cüt «Love» markalı qızıl sırğa, bir cüt «Gül» formalı brilyant sırğa, bir cüt «Vanklif» markalı qızıl sırğa və bir ədəd qızıl kulon aşkar edilərək götürülmüşdür (İ cild i/v 39-41).

16. xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci ildə saat 15:00-dan 15:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə əvvəlkinin ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs əli ilə hadisə yerini göstərmiş və ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (İ cild i/v 83-86).

17. 20.06.2025-ci il tarixli qəbzdən görünür ki, «Buta» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Cartier» markalı qadın üçün qızıl üzük, bir ədəd «Ağ gül» formalı qadın üçün brilyant üzük; bir ədəd qaşlı formalı kişi üçün qızıl üzük, bir ədəd «Zefır» markalı qırmızı daşı olan qadın üçün qızıl üzük, dörd ədəd üzərində müxtəlif daşları olan qadın üçün gümüş üzüklər, bir cüt «Halqa» formalı qızıl sırğa, bir cüt «Dağlı» formalı böyük həcmli qızıl sırğa, bir cüt «Dağlı» formalı xırda həcmli qızıl sırğa, bir cüt «Razdora» markalı qızıl sırğa, bir cüt «Tiffani» markalı qızıl sırğa, bir cüt «Yaşıldaş» formalı sırğa, bir cüt «Gül» formalı qızıl sırğa və bir ədəd «Gül» formalı qızıl üzük, bir ədəd «Kardinal» markalı kişi üçün qızıl boyunbağı, bir ədəd «Zəncir» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Aypara» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Ulduz» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Nazik» formalı qadın qızıl üçün boyunbağı, bir ədəd mirvari üslubunda qadın üçün boyunbağı, bir ədəd «Maxtime» markalı kişi qızıl saatı, bir ədəd xırda qızıl açar, bir ədəd «Beş manatlıq» qızıl sikkə, bir ədəd «İlan» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Buta» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Şəbəkə» formalı qadın üçün qızıl qolbaq, bir ədəd üzərində «Allah» sözü yazılmış qızıl kulon, bir ədəd «Tək qaş» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşsız formalı qadın üçün qızıl üzük, bir cüt «Ulduz» formalı qızıl sırğa, bir cüt «Love» markalı qızıl sırğa, bir cüt «Gül» formalı brilyant sırğa, bir cüt «Vanklif» markalı qızıl sırğa və bir ədəd qızıl kulon, alüminium materialdan olan iki ədəd pəncərəni zərurət yarandığı üçün Zərərçəkmiş şəxs tərəfindən qəbul edilərək götürülmüşdür (İ cild i/v 217).

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 69 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzası 6 ay azadılmış və o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən çəkilməmiş 01 (bir) ay 28 (iyirmi səkkiz) gün cəzadan şərti vaxtından əvvəl azad edilmişdir (İ cild i/v 15).

19. Cinayət işinin materiallarına əlavə edilmiş müdafiə tərəfinin təqdim etdiyi, təqsirləndirilən şəxsin qaynanası və sonuncunun qızı, yəni zərərçəkmiş şəxsin arvadı arasında olan danışıqların əks olunduğu flaşkarta məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin qaynanası zərərçəkmiş şəxsin arvadına, yəni qızına “kaş pulu deməyəydiz, olmayan şeyi niyə deyirdiz?” deyə bildirmiş, zərərçəkmiş şəxsin arvadı isə pul məbləğini qeyd etmədikləri halda cinayət işinə başlanmayacağının onlara bildirildiyini qeyd etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

20. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, cinayət əməlinin törətməsinin səbəbi onun maddi durumunun acınacaqlı olmasıdır. Hadisədən əvvəl “Seabreez”də və parking bələdçisi kimi işləmiş, lakin daimi işi olmamışdır. Zərərçəkmiş şəxs bacanağı olduğundan onların münasibətləri yaxşı olmuş, tez-tez sonuncunun evinə qonaq getmiş, xx.xx.2024-cü ildə Zərərçəkmiş şəxs evində olsa da, həmin gün pul və ya qızıl oğurlamamışdır. Onun yoldaşı Gülşən öz bacısının qızıllarını alıb istifadə etdiyindən bacanağının evində qızılların olduğunu ordan bilmişdir. Lakin o, bacanağında pul olmasını ümumiyyətlə bilməmiş və sonuncunun evindən pul oğurlamamışdır. O, Zərərçəkmiş şəxs evinə xx.xx.2024-cü ildə qızılları götürmək üçün girmiş, sep, saat, üzük, qolbaqdan ibarət olan həmin qızılları götürmüşdür. Müstəntiq ondan 2 min manat pul istəmiş, lakin o, pul vermədiyi üçün əvvəlki onun işini ağırlaşdıraraq oğurlamadığı qızılları və pulları da ittihama əlavə etmişdir. O, oğurladığı qızılları heç kimə satmayaraq evinin həyətinə basdırmış və polis əməkdaşları onu tutduqdan sonra həmin qızılların yerini göstərərək təhvil vermişdir. O heç vaxt qumar oynamamış və ümumiyyətlə o, bacanağının evindən pul oğurlamamışdır.

21. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, əvvəllər müxtəlif yerlərdə işləsə də, təxminən üç aya yaxın müddət ərzində «İnşaatçılar» metrostansiyasının yaxınlığında avtomaşın dayanacağında gözətçi işləmişdir. Zərərçəkmiş şəxs onun bacanağıdır və hər dəfə sonuncunun ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən evinə qonaq gedəndə xoş və mehriban qarşılanmışdır. Toy məclislərinə gedən zaman həyat yoldaşı Gülşən bacısı Şahid1 toyda geyinmək üçün qızıl əşyalarını götürəndə bacanağının evində çoxlu qızıl əşyası olduğunu görmüşdür. Lakin bacanağının evində pulun olubolmaması barədə heç bir məlumatı olmamış, yalnız bir dəfə söhbət əsnasında Zərərçəkmiş şəxs və sonuncunun qardaşının avtomaşınlarını satıb pul əldə etdiklərini öyrənmişdir. O, həyat yoldaşı ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ad gününü qeyd etmək üçün sonuncunun evinə gedən Zərərçəkmiş şəxs ona verdiyi kostyumu geyinmək üçün 2-ci mərtəbədəki yataq otağına daxil olaraq qapını bağlamış, bu zaman həmin otaqdakı dolabdan iki ədəd qızıl boyunbağı və iki ədəd qızıl üzük oğurlamış və bundan heç kimin xəbəri olmamışdır. Təxminən 2-3 gün sonra 1 ədəd yapışqan formalı qızıl boyunbağı ilə 1 ədəd üzərində yaşıl qaşı olan üzüyü «Moskva» univermağının qarşısında işləyən tanımadığı zərgərə 3.500 (üç min beş yüz) manata, digər 1 ədəd kərpic formalı qızıl boyunbağını və 1 ədəd halqa şəkilli qızıl üzüyü isə «Moskva» univermağının qarşısında işləyən başqa tanımadığı zərgərə 3.000 (üç min) manata satmışdır. Əldə etdiyi pulun əsas hissəsini əvvəlcədən olan borclarına, evin aylıq kirayəsinə və pal-paltara xərcləmişdir. Birinci oğurluqdan əldə etdiyi pullar tam qurtardıqdan sonra yenidən bacanağının evindən oğurluq etmək qərarına gəlmişdir. O Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə xx.xx.2024-cü ildə öz xalası qızının toy məclisinə gedəcəyini bildiyindən həmin tarixdə saat 21:00 radələrində əvvəlcədən bildiyi 3,7,9 rəqəmli qapı kodunu yığaraq və həyətə daxil olmuşdur. Əl-barmaq izləri düşməsin deyə ipəkdən olan qara rəngli əlcəkləri əllərinə geyinmiş, bundan sonra tez evin bayır hissəsində olan pilləkəndən ikinci mərtəbəyə qalxıb mənzilin giriş qapısının yanında olan plastik pəncərəni özü ilə götürdüyü dəmir parçası ilə açmış və mənzilə daxil olmuşdur. Əvvəl qonaq otağı ilə uşaq otağını axtarmış, lakin orada heç nə tapa bilmədiyindən dəhlizdə olan iri dolabdakı qabın içərisindən Zərərçəkmiş şəxs məxsus seyfin açarını götürüb yataq otağına keçmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs evində qonaq olan zaman sonuncunun hərəkətlərinə diqqət yetirmiş və seyfin və digər zəruri yerlərin açarlarını dəhlizdəki dolabda saxladığını görmüşdür. Yataq otağına daxil olduqdan sonra oradakı ağ rəngli taxta dolaba yaxınlaşmış, həmin dolabın içərisində taxtadan hazırlanmış ağ rəngli seyfi açarla açmış və orada üç ədəd qutu görmüşdür. Hər bir qutudakı qızıl və brilyant əşyaları qutuların birində olan ağ kisəyə yığmış, bundan sonra ikinci mərtəbəni tərk edib həyətə düşmüşdür. Zərərçəkmiş şəxs yaşadığı evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında evin içərisindən giriş olmadığından o, birinci mərtəbəyə keçmək üçün mətbəxin giriş qapısının yanında olan plastik pəncərəni özü ilə götürdüyü dəmir parçası ilə açmış və birinci mərtəbədəki mətbəxə daxil olmuşdur. Daha sonra mətbəxdən yataq otağına keçib orada olan qəhvəyi rəngli iri paltar dolabından 41 manat pul, bir ədəd qızıl üzük və dörd ədəd gümüş üzük götürmüşdür. Həmin otaqda olan çarpayının döşəyini açıb içərisində pulun olubolmadığını yoxlamış, lakin oradan heç nə tapa bilməmiş və bundan sonra evdən çıxmış, özü ilə gətirdiyi dəmir parçanı da piyada qayıdan zaman yol kənarına atmışdır. O, Zərərçəkmiş şəxs evindən oğurladığı həmin qızıl əşyalarını götürüb kirayə qaldığı evin həyətinə getmiş, orada 1 kiloqramlıq bankanın içərisinə oğurladığı əşyaları yığıb daş hasarın yanında torpağa basdırmışdır. Bir müddət sonra polis əməkdaşları onun oğurluq hadisəsinə görə saxlamış, o törətdiyi əməli etiraf etmiş və polis əməkdaşlarına basdırdığı bankanı içərisində olan qızıl-zinət əşyaları ilə birlikdə təqdim etmiş, lakin Zərərçəkmiş şəxs yaşadığı evdən 34.000 (otuz dörd min) manat məbləğində pul oğurlamamışdır. Daha sonra barəsində ədalətli qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

22. Maddə 177.3.2. Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 18.1. qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 26.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. 28.Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

29. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

30. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

31. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir.

32. Maddə 83.3.4. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir.

33. Maddə 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.

34. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

35. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

37. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 38.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

39. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 40.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 41.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

42. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 43.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 44.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 45.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarı:

46. Maddə 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

47. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

48. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

49. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

50. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətməsini qismən etiraf etsə də, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ifadənin yerində yoxlanılması, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolları, fotoşəkillər, ekspert rəyi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 35-ci bəndi).

51. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, yəni evdən hər hansı pul vəsaitini oğurlamaması, ümumiyyətlə puldan məlumatsız olması, evə yalnızca bir dəfə girərək qızılları oğurlaması, həmin qızılları satmaması və ekspert rəyində qızılların dəyərinin şişirdilmiş şəkildə göstərldiyi barədə verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

52. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

53. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə, baxışın keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə verdiyi ifadələrində xx.xx.2024-cü ildə bacanağının evindən iki ədəd qızıl obyunbağı və iki ədəd qızıl üzük oğurladığını, “Moskva Univermağının qarşısında olan tanımadığı zərgərlərə bir ədəd boyunbağını 3.500 manata, bir ədəd üzüyü isə 3.000 manata satdığını, birinci oğurluqdan əldə etdiyi pullar bitdikdən sonra xx.xx.2024-cü ildə növbəti dəfə bacanağının evindən oğurluq etdiyini bildirmiş, tərtib edilən sənədləri imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir (İ cild, i/v 37- 38, 39-40, 50-52).

54. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o, qızılları götürməkdə özünü təqsirli bilmiş, lakin evdən pul götürmədiyini, qızılları əksəriyyətini qaytardığını, qalanlarını ailə xərclərini ödəmək üçün 6-7 minə satdığını bildirmişdir (İ cild i/v 117-120).

55. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/538-9/981 saylı ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə umumi dəyəri təxminən 54.342 (əlli dörd min üç yüz qırx iki) manat, təqdim olunmayan məmulatların 15 dekabr 2024cü il tarixə olan nəzəri qiyməti ilə ümumi dəyəri təxminən 13.910 (on üç min doqquz yüz on) manat təşkil edir (İ cild i/v 92-96).

56. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir.

57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 23-cü bəndi).

58. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

59. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.

60. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır.

61. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının 6 aya azadılması, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən çəkilməmiş 01 (bir) ay 28 (iyirmi səkkiz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2024-cü ildə yenidən qəsdən ağır cinayət törətmişdir (İ cild i/v 15, 144-159).

62. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir.

63. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, ağırlaşdırıcı halı, yəni əməlində cinayətlərin residivinin olmasını, şəxsin əvvəllər ardıcıl olaraq iki dəfə eyni əməllərə görə məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni tərkibli cinayət əməlini törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

64. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

65. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 28-ci bəndi).

66. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2024-cü ildən hesablanmaqla barəsində 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 27, 60-62).

67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 6cı bəndi).

68. İş üzrə maddi sübutlar bir ədəd «Buta» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Cartier» markalı qadın üçün qızıl üzük, bir ədəd «Ağ gül» formalı qadın üçün brilyant üzük; bir ədəd qaşlı formalı kişi üçün qızıl üzük, bir ədəd «Zefır» markalı qırmızı daşı olan qadın üçün qızıl üzük, dörd ədəd üzərində müxtəlif daşları olan qadın üçün gümüş üzüklər, bir cüt «Halqa» formalı qızıl sırğa, bir cüt «Dağlı» formalı böyük həcmli qızıl sırğa, bir cüt «Dağlı» formalı xırda həcmli qızıl sırğa, bir cüt «Razdora» markalı qızıl sırğa, bir cüt «Tiffani» markalı qızıl sırğa, bir cüt «Yaşıldaş» formalı sırğa, bir cüt «Gül» formalı qızıl sırğa və bir ədəd «Gül» formalı qızıl üzük, bir ədəd «Kardinal» markalı kişi üçün qızıl boyunbağı, bir ədəd «Zəncir» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Aypara» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Ulduz» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Nazik» formalı qadın qızıl üçün boyunbağı, bir ədəd mirvari üslubunda qadın üçün boyunbağı, bir ədəd «Maxtime» markalı kişi qızıl saatı, bir ədəd xırda qızıl açar, bir ədəd «Beş manatlıq» qızıl sikkə, bir ədəd «İlan» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Buta» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Şəbəkə» formalı qadın üçün qızıl qolbaq, bir ədəd üzərində «Allah» sözü yazılmış qızıl kulon, bir ədəd «Tək qaş» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşsız formalı qadın üçün qızıl üzük, bir cüt «Ulduz» formalı qızıl sırğa, bir cüt «Love» markalı qızıl sırğa, bir cüt «Gül» formalı brilyant sırğa, bir cüt «Vanklif» markalı qızıl sırğa və bir ədəd qızıl kulonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır (hökmün 34-cü bəndi).

69. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

70. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 39-cu bəndi).

71. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 30 və 38-ci bəndləri).

72. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar bir ədəd «Buta» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Cartier» markalı qadın üçün qızıl üzük, bir ədəd «Ağ gül» formalı qadın üçün brilyant üzük; bir ədəd qaşlı formalı kişi üçün qızıl üzük, bir ədəd «Zefır» markalı qırmızı daşı olan qadın üçün qızıl üzük, dörd ədəd üzərində müxtəlif daşları olan qadın üçün gümüş üzüklər, bir cüt «Halqa» formalı qızıl sırğa, bir cüt «Dağlı» formalı böyük həcmli qızıl sırğa, bir cüt «Dağlı» formalı xırda həcmli qızıl sırğa, bir cüt «Razdora» markalı qızıl sırğa, bir cüt «Tiffani» markalı qızıl sırğa, bir cüt «Yaşıldaş» formalı sırğa, bir cüt «Gül» formalı qızıl sırğa və bir ədəd «Gül» formalı qızıl üzük, bir ədəd «Kardinal» markalı kişi üçün qızıl boyunbağı, bir ədəd «Zəncir» formalı qadın üçün qızıl boyunbağı, bir ədəd «Aypara» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Ulduz» formalı nazik qadın üçün qızıl boyunbağı, bir ədəd «Nazik» formalı qadın qızıl üçün boyunbağı, bir ədəd mirvari üslubunda qadın üçün boyunbağı, bir ədəd «Maxtime» markalı kişi qızıl saatı, bir ədəd xırda qızıl açar, bir ədəd «Beş manatlıq» qızıl sikkə, bir ədəd «İlan» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Sünbül» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Buta» formalı qadın üçün qızıl qolbaq, bir ədəd «Şəbəkə» formalı qadın üçün qızıl qolbaq, bir ədəd üzərində «Allah» sözü yazılmış qızıl kulon, bir ədəd «Tək qaş» formalı qadın üçün brilyant üzük, bir ədəd qaşsız formalı qadın üçün qızıl üzük, bir cüt «Ulduz» formalı qızıl sırğa, bir cüt «Love» markalı qızıl sırğa, bir cüt «Gül» formalı brilyant sırğa, bir cüt «Vanklif» markalı qızıl sırğa və bir ədəd qızıl kulonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 12 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar