Məhkəmə qərarları › İş №1(101)-1532/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1532/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1532/2022 21.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X8 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili X3, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X5, Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs1 (xx xxxx 1989-cu ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində üç azyaşlı övladı olan, işləməyən, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 99 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) və Təqsirləndirilən şəxs2 (xx xxxxxxxx 1981-ci ildə Qazaxıstan Respublikası Arkalık rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində iki azyaşlı övladı olan, işləməyən, Laçın rayonu Zabux kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Neft Emalı zavodunun ponsionatında yaşamış, və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci və 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə və Təqsirləndirilən şəxs3 (xx xxxxxx 1987-ci ildə Laçın rayonu Minkənd kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində bir azyaşlı övladı olan, işləməyən, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayının əvvəllərində tanışı Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 ilə “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli avtomobili tamah niyyəti ilə qəsdən ələ keçirmək üçün əvvəlcədən əlbir olan bir qrup şəxs halında razılığa gəlmiş, Təqsirləndirilən şəxs3 “Howo” markalı avtomobili birlikdə oğurladıqdan sonra ona özünə məxsus “VAZ 21723” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili və 15000 manat pul verəcəyini bildirmiş, bundan sonra razılaşdıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs3 Laçın rayonu Zabux kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Neft Emalı zavodunun ponsionatında yaşayan bacanağı Təqsirləndirilən şəxs2 01 aprel 2022-ci il tarixdə telefon vasitəsilə zəng edib danışaraq “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli avtomobili tamah niyyəti ilə ələ keçirmək barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs2 əldə olunmuş razılığa əsasən oğurlanmasını planlaşdırdıqları “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan dövlət qeydiyyat nömrəsini əks etdirən nömrə nişan lövhələrini çıxararaq, onun əvəzində başqa nömrə nişan lövhəsini bağlamaq üçün 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 tapşırığı ilə Qobustan rayonuna gedərək istifadəyə yararsız halda olan “Howo” markalı avtomobilin banından iki ədəd, üzərində ** VA *** rəqəm və hərfləri həkk olunmuş, yəni dövlət qeydiyyat nişanını əks etdirən lövhələri götürərək 02 aprel 2022-ci il tarixdə Bakı şəhərindən istintaqla müəyyən edilməsi mümkün olmayan nəqliyyat vasitəsi ilə Füzuli rayonu Alıxanlı kəndi ərazisinə gedib, oradan Təqsirləndirilən şəxs3lə görüşərək birlikdə sonuncunun idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsinə gəlmiş, Təqsirləndirilən şəxs1 02 aprel 2022-ci il tarixdə Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la görüşmüş, aralarında vəzifə bölgüsü apardıqdan sonra razılaşdıqları plana uyğun olaraq 02 aprel 2022-ci il tarix, saat 06 radələrinə kimi Təqsirləndirilən şəxs3 idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobildə, yolun çəkilişində işləyən sürücülərin növbəni təhvil verib gedəcəkləri vaxtadək gözləmiş, sürücülər avtomobilləri dayanacaqda saxlayıb ərazidən getdikdən sonra Təqsirləndirilən şəxs3 avtomobilində olan yükü Şuşa şəhərində boşaldıb qayıdacağını və yolda görüşərək ələ keçirəcəkləri avtomobili onun idarə etdiyi avtomobilin ardınca sürüb aparmalarını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşərək “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu yerə getmək üçün Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək mülkiyyətçinin, istifadəçinin və həmin avtomobilə sərəncam vermək hüququna malik digər şəxsin qanunla müəyyən edilmiş formada və qaydada icazəsini almadan “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 63-cü kilometrliyində avtomobil yolunun çəkilişində istifadə edilən və həmin ərazidə saxlanılan “Howo” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı LZZ5DMSD0MA829264 ban nömrəli avtomobili talama məqsədi olmadan qəsdən qanunsuz olaraq ələ keçirib sürərək Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyinə aparmış, orada avtomobili saxlayıb həmin ərazidə olan “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq üzərindən dövlət qeydiyyat nişan lövhələrini açıb yerinə özü ilə gətirdiyi ** VA *** dövlət qeydiyyat nişanını əks etdirən lövhələri bağlamış, daha sonra avtomobili oğurlayıb sürərək Təqsirləndirilən şəxs2la birlikdə Beyləqan rayonunun Daşburun qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs3 gəldikdən sonra sonuncunun tapşırığı ilə Təqsirləndirilən şəxs2la birlikdə avtomobili növbəli şəkildə sürüb Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə aparmış, bununla da o, əvvəlcədən əlbir olan bir qrup şəxs halında “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan külli miqdarda yəni, 85.000 (səksən beş min) manat dəyərində avtomobili oğurlayaraq zərərçəkmiş hüquqi şəxsə külli miqdarda yəni, 85.000 (səksən beş min) manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamış, həmçinin əvvəlcədən əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan bacanağı Təqsirləndirilən şəxs3 öz tanışı Təqsirləndirilən şəxs1 ilə 2022-ci ilin mart ayının əvvəllərində danışaraq “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli avtomobili tamah niyyəti ilə qəsdən ələ keçirmək üçün əvvəlcədən əlbir olan bir qrup şəxs halında razılığa gəlmiş, Təqsirləndirilən şəxs3 “Howo” markalı avtomobili birlikdə oğurladıqdan sonra özünə məxsus “VAZ 21723” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili və 15000 manat pulu Təqsirləndirilən şəxs1 verəcəyini bildirmiş, bundan sonra razılaşdıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 01 aprel 2022-ci il tarixdə telefon vasitəsilə zəng edib danışarkən “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı, LZZ5DMND5MN886516 şassi nömrəli avtomobili tamah niyyəti ilə ələ keçirmək barədə razılığa gəlmiş, o, təkliflə razılaşdığı üçün oğurlanmasını planlaşdırdıqları “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli avtomobilin üzərində olan dövlət qeydiyyat nömrəsini əks etdirən nömrə nişan lövhələrini çıxararaq yerinə başqa nömrə nişan lövhəsini bağlamaq üçün 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 tapşırığı ilə Qobustan rayonuna gedərək istifadə olunmayan “Howo” markalı avtomobilin banından üzərində ** VA *** rəqəm və hərflər həkk olunmuş nömrə nişan lövhələrini götürüb 02 aprel 2022-ci il tarixdə Bakı şəhərindən istintaqla müəyyən edilməsi mümkün olmayan nəqliyyat vasitəsi ilə Füzuli rayonu Alıxanlı kəndi ərazisinə gəlmiş, oradan Təqsirləndirilən şəxs3lə birlikdə sonuncunun idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsinə gedərək Təqsirləndirilən şəxs1lə görüşmüş, aralarında vəzifə bölgüsü aparıldıqdan sonra razılaşdıqları plana uyğun olaraq 02 aprel 2022-ci il, tarix saat 06 radələrinə kimi birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobildə, yolun çəkilişində işləyən sürücülərin növbəni təhvil verib gedəcəkləri vaxtadək gözləmiş, sürücülər avtomobilləri dayanacaqda saxlayıb ərazidən getdikdən sonra Təqsirləndirilən şəxs3 avtomobilində olan yükü Şuşa şəhərində boşaldıb qayıdacağını və yolda görüşərək ələ keçirəcəkləri avtomobili onun idarə etdiyi avtomobilin ardınca sürüb aparmalarını bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1lə birlikdə avtomobildən düşərək “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu yerə getmək üçün Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək mülkiyyətçinin, istifadəçinin və həmin avtomobilə sərəncam vermək hüququna malik digər şəxsin qanunla müəyyən edilmiş formada və qaydada icazəsini almadan “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 63-cü kilometrliyində avtomobil yolunun çəkilişində istifadə edilən və həmin ərazidə saxlanılan “Howo” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı LZZ5DMSD0MA829264 ban nömrəli avtomobili talama məqsədi olmadan qəsdən qanunsuz olaraq ələ keçirmiş, Təqsirləndirilən şəxs1 həmin avtomobili sürərək birlikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyinə gəlmiş, orada avtomobili saxlayıb həmin ərazidə olan “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq üzərindən dövlət qeydiyyat nişan lövhələrini açıb yerinə özü ilə gətirdiyi ** VA *** dövlət qeydiyyat nişanını əks etdirən lövhələri bağladıqdan sonra avtomobili oğurlamış, yanında olan Təqsirləndirilən şəxs1 avtomobili sürüb idarə etməklə birlikdə Beyləqan rayonunun Daşburun qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs3 onların olduğu yerə gəldikdən sonra sonuncunun tapşırığı ilə o, Təqsirləndirilən şəxs1lə birlikdə avtomobili növbəli şəkildə sürüb Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə aparmış, bununla da Təqsirləndirilən şəxs2 əvvəlcədən əlbir olan bir qrup şəxs halında “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan külli miqdarda yəni, 85.000 (səksən beş min) manat dəyərində avtomobili oğurlayaraq zərərçəkmiş hüquqi şəxsə külli miqdarda yəni, 85.000 (səksən beş min) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamış, həmçinin əvvəlcədən əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Təqsirləndirilən şəxs3 2022-ci ilin mart ayının əvvəllərində tanışı ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 ilə “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli avtomobili tamah niyyəti ilə qəsdən ələ keçirmək üçün əvvəlcədən əlbir olan bir qrup şəxs halında razılığa gəlmiş, o, “Howo” markalı avtomobili birlikdə oğurladıqdan sonra Təqsirləndirilən şəxs1 özünə məxsus “VAZ 21723” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili və 15000 manat pul verəcəyini bildirmiş, bundan sonra razılaşdıqları plana uyğun olaraq o, bacanağı Laçın rayonu Zabux kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Neft Emalı zavodunun ponsionatında yaşayan Təqsirləndirilən şəxs2 01 aprel 2022-ci il tarixdə telefon vasitəsilə zəng edib danışaraq “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli avtomobili tamah niyyəti ilə ələ keçirmək barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs2 əldə olunmuş razılığa əsasən oğurlanmasını planlaşdırdıqları “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli avtomobilin üzərində olan dövlət qeydiyyat nömrəsini əks etdirən nömrə nişan lövhələrini çıxararaq, əvəzində başqa nömrə nişan lövhəsini bağlamaq üçün 01 aprel 2022-ci il tarixdə onun tapşırığı ilə Qobustan rayonuna gedərək istifadə olunmayan “Howo” markalı avtomobilin banında olan iki ədəd, üzərində ** VA *** rəqəm və hərfləri həkk olunmuş, yəni dövlət qeydiyyat nişanını əks etdirən lövhələri götürərək 02 aprel 2022-ci il tarixdə Bakı şəhərindən istintaqla müəyyən edilməsi mümkün olmayan nəqliyyat vasitəsi ilə Füzuli rayonu Alıxanlı kəndi ərazisinə gələrək onunla görüşmüş, bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsinə gedərək Təqsirləndirilən şəxs1lə görüşmüş, aralarında vəzifə bölgüsü aparıldıqdan sonra razılaşdıqları plana uyğun olaraq 02 aprel 2022-ci il, saat 06 radələrinə kimi birlikdə onun idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobildə, yolun çəkilişində işləyən sürücülərin növbəni təhvil verib gedəcəkləri vaxtadək gözləmiş, sürücülər avtomobilləri dayanacaqda saxlayıb ərazidən getdikdən sonra o, avtomobildə olan yükü Şuşa şəhərində boşaldıb qayıdacağını və yolda görüşərək ələ keçirdikləri avtomobili onun idarə etdiyi avtomobilin ardınca sürüb aparacaqlarını bildirmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşərək “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yerə getmək üçün onun məlumatı olmadan Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 yolun kənarında olan “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus “Howo” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı LZZ5DMSD0MA829264 ban nömrəli avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib idarə etməklə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyinə gedərək avtomobili orada saxlamış, bundan sonra onunla razılaşdırılmış plana uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə həmin ərazidə olan “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, üzərindən dövlət qeydiyyat nişan lövhələrini açaraq, yerinə özləri ilə gətirdikləri ** VA *** dövlət qeydiyyat nişan lövhələrini bağlamış, daha sonra Təqsirləndirilən şəxs1 sükan arxasına əyləşərək mühərriki işə salıb sürməklə Beyləqan rayonunun Daşburun qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs3 gəldikdən sonra sonuncunun tapşırığı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobili Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə aparılmış, bununla da Təqsirləndirilən şəxs3 əvvəlcədən əlbir olan bir qrup şəxs halında “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan külli miqdarda yəni, 85.000 (səksən beş min) manat dəyərində avtomobili oğurlayaraq zərərçəkmiş hüquqi şəxsə külli miqdarda yəni, 85.000 (səksən beş min) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərindən Xocavənd rayonu Böyük Tağlar kəndi ərazisində yerləşən “Kolin” şirkətində sürücü işləmişdir. Həyat yoldaşı Arzu Alpaşayeva xəstə olduğu üçün 2022-ci ilin mart ayının 10-da “Kolin” şirkətindən icazə alaraq yaşadığı Şamaxı rayonuna getmiş, 18 mart 2022-ci il tarixdə şirkətdən ona zəng edərək işdən çıxarılması barədə məlumat vermişlər. Şirkətdə işləyən zaman Shacman markalı yük avtomobili ilə yük daşımaqla məşğul olan Zahir adlı şəxslə tanış olmuş və həmin vaxtdan sonra Zahirlə mütəmadi olaraq əlaqə saxlamışdır. 2022-ci ilin mart ayının 4-5-i tarixlərində Zahirlə Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində görüşüb söhbət edən zaman Zahir Kolin şirkətində olan avtomobillərin neçənci ilin buraxılışı olmasını soruşmuşdur. Zahirə həmin avtomobillərin 2021-ci ilin buraxılışı olmasını demiş, həmin vaxt aralarında olan söhbət zamanı Zahirə şirkətdən avtomobil çıxarda biləcəyini bildirmişdir. Amma həmin avtomobillərin dövlət qeydiyyat nişanlarının “Kolin” şirkətinə məxsus olmasına görə avtomobil çıxartmağa qorxduğunu demişdir. Zahir isə ona başqa dövlət qeydiyyat nişanı gətirə biləcəyini demişdir. Zahirlə həmin vaxtı avtomobil oğurlamaq barədə razılaşdıqdan sonra avtomobil oğurlanana qədər bir daha görüşməmişdir. İşdən çıxdıqdan sonra 25-26 mart 2022-ci il tarixdə Zahir onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək harda olduğunu soruşduqda Zahirə məzuniyyətdə olduğu üçün yaşadığı evdə olmasını bildirmiş, həmin vaxtı telefonda danışarkən Zahir 30 mart 2022-ci il tarixində Şuşaya gedəcəyi barədə ona məlumat verdikdən sonra Zahirə birlikdə onu da aparmasını dedikdən sonra sonuncu onu da aparmağa razılıq vermişdir. 30 mart 2022-ci il tarixdə axşam tərəfi Zahir yenidən onun mobil telefonuna zəng edərək Şuşa rayonuna getməsini demişdir. 31 mart 2022-ci il tarixdə tanımadığı şəxslərə məxsus avtomobillərlə Füzuli rayonu, Alıxanlı kəndinə qədər getmiş, yolda gələrkən Zahirə zəng edərək harada olmasını soruşduqda Zahir ona Şuşa rayonuna qum boşaldaraq geri qayıtmasını bildirmiş, həmin vaxt Zahirə Füzuli rayonu, Alıxanlı kəndi ərazisində onu gözləməsini demişdir. Alıxanlı kəndi ərazisində yerləşən tanımadığı şəxsə məxsus kafedə Zahiri gözləmiş, bir neçə dəqiqə sonra Zahir istifadəsində olan Shacman markalı qırmızı rəngli yük avtomobili ilə həmin kafeyə gəlib onunla görüşüb söhbət etmişlər. Söhbət zamanı Zahir avtomobilin dövlət qeydiyyat nişanının hazır olmasını demiş, lakin Zahirin həmin dövlət qeydiyyat nişanını haradan əldə etməsi barədə məlumatı olmamışdır. Zahirlə söhbət etdikdən sonra Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən “Kolin” şirkətinə məxsus yataqxanaya gedərək gecəni orada qalmış, 01 aprel 2022-ci il tarixdə axşam saatlarına qədər həmin yerdə qaldıqdan sonra həmin gün axşam saatlarında Zahir onun istifadədində olan telefona zəng edərək bacanağı İsmayıl adlı şəxslə birlikdə avtomobilin dövlət qeydiyyat nişanlarını gətirmələrini demişdir. O, Zahirə çatanda ona məlumat verməsini bildirmişdir. Həmin gecə saat 01 radələrində Zahir onun istifadəsində olan mobil telefona zəng edərək yola çıxmasını dedikdən sonra Zahirlə Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində görüşərək sonuncunun idarə etdiyi qırmızı rəngli Shacman markalı yük avtomobili ilə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyinə qədər getmişlər. “Kolin” şirkətində işləyən zaman 64-cü kilometrlikdə avtomobil idarə etdiyi üçün həmin ərazidə yük avtomobillərinin saxlanıldığı yeri tanıdığından əvvəldən Zahirlə yük avtomobilini oradan oğurlayaraq aparmaları barədə razılığa gəlmişlər. Gündüz növbəsi ilə gecə növbəsi dəyişən zaman saat 06:00-da avtomobillərin sahibsiz qalmasını bildiyindən 02 aprel 2022-ci il tarix saat 06:00-dək Zahirin avtomobilində sürücülərin getməsindən sonra orada olan yük avtomobillərinin sahibsiz qalmasını gözləmişlər. Sürücülərin yük avtomobillərini həmin yerə qoyub getmələrini gördükdən sonra İsmayılla Zahirin avtomobilindən düşərək yaxınlıqda olan başqa “Howa” markalı əvvəl seriyasını bilmədiyi son rəqəmləri 404 olan avtomobilə əyləşərək 4 ədəd dayanmış halda olan yük avtomobilinin yanına getmişlər, oraya çatanda həmin yerdə 4 ədəd “Howa” markalı ağ rəngli yük avtomobilinin dayanmasını görmüş, sürdüyü avtomobili həmin avtomobillərin yanında saxlayaraq avtomobildən enmişlər. Həmin avtomobildən düşdükdən sonra orada olan ağ rəngli “Howa” markalı **- JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı nömrəsini sökərək torpaqlıqlığa atmış, Zahirin verdiyi 2 ədəd **-VA-*** nömrəli dövlət qeydiyyat nişanını Zahirin idarəyə etdiyi avtomobildən götürdüyü dəmir tellərlə (simlə) həmin avtomobilin qarşı və arxa tərəfində olan dövlət qeydiyyat nişanı bağlamaq üçün nəzərdə tutulan yerlərə bağlamış, həmçinin həmin vaxt həmin avtomobilin arxa dövlət qeydiyyat nişanı yerində olmamışdır. Özləri ilə gətirdiyi dövlət qeydiyyat nişanlarını həmin avtomobilin üzərinə bağladıqdan sonra özü sürücü oturacağında, İsmayıl isə digər oturacaqda əyləşmiş, həmin vaxtı avtomobilin açarı üzərində olduğundan avtomobili işə salıb idarə edərək İsmayılla birlikdə həmin yerdə çıxmışlar. Təxminən saat 08:00 radələrində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən postdan keçdikdən bir neçə kilometr sonra avtomobili həmin kənd ərazisində saxlayaraq hər ikisi avtomobildən yerə düşərək avtomobilin tanınmaması üçün qabaq sol qapının üzərində olan 14-935 nömrəsinin bir hissəsini və həmin qapıda olan “Kolin” şirkətinə məxsus tanınma nişanını köməkli halda sökdükdən sonra yenidən yola düşmüşlər. Zahiri gözlədiyi üçün avtomobili aşağı surətlə idarə edərək getmiş, Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində olarkən Zahir onların olduğu avtomobili keçdikdən sonra sonuncunun arxasınca avtomobili sürərək Müşviq qəsəbəsinə qədər getdikdən sonra orada avtomobili saxlayıb avtomobildən düşmüş, İsmayıl isə avtomobilə əyləşib idarə edərək oradan getmişdir. Zahirlə əvvəldən aralarında olan razılığa əsasən yük maşınını “Kolin” şirkətindən oğurlayıb gətirməsi müqabilində Zahir özünə məxsus ağ rəngli “Priora” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilini və əlavə olaraq da 10 000 (on min) manat pul verməli olmuşdur. Aralarında olan razılaşmaya əsasən Zahirə məxsus “Priora” markalı ağ rəngli maşını Zahirin bacanağı İsmayıl 01 aprel 2022-ci il tarixdə Müşviq qəsəbəsində yerləşən yeznəsi Eldənizin Hacı adlı dostunun evinin həyətyanı sahəsində aparıb həmin yerdə saxlamış, 02 aprel 2022ci il tarixdə saat 17:00 radələrində oğurladıqları yük avtomobildən düşdükdən sonra Hacının evinə gedib Zahirə məxsus “Priora” markalı ağ rəngli minik avtomobilinə əyləşərək oradan həmin avtomobili sürərək Şamaxı rayonunda yaşadığı evə getmişdir. Yaşadığı evə çatandan sonra həyat yoldaşı Arzu Alpaşayeva ondan həmin avtomobili haradan əldə etməsini soruşduqda Arzuya avtomobili almasını demişdir. Zahirin İsmayılla onun yolda başqa “Howo” markalı avtomobili sürərək oğurlayacaqları avtomobilin yanına getmələrindən əvvəldən məlumatı olmamış, Zahirin idarə etdiyi avtomobildən düşdükdən sonra yolda “Kolin” şirkətinə məxsus olan başqa “Howo” markalı avtomobili görüb, İsmayıla həmin avtomobillə getmələrini təklif etmiş, İsmayıl onun təklifini qəbul etmiş və sonuncu ilə birlikdə həmin yerə qeyd etdiyi “Howo” markalı dövlət qeydiyyat nişanının son rəqəmi 404 olan avtomobillə getmiş, həmin vaxtı avtomobili özü idarə etmiş, Təqsirləndirilən şəxs2la həmin avtomobili idarə etmək üçün hər hansısa şəxsdən icazə almamışlar. Zahirə “Kolin” şirkətindən əvvəllər də yük avtomobili oğurlamasını deməmiş, “Kolin” şirkətindən başqa yük avtomobili oğurlamamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 fadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3lə bacanaq olduğu üçün aralarında normal münasibət olmuşdur. 01 aprel 2022-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhərində olarkən Zahir onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək özünə məxsus “Priora” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilini Müşviqabad qəsəbəsinə apararaq orada yaşayan Hacı adlı şəxsin qapısında saxlayaraq avtomobilinin açarlarını da Hacı adlı şəxsə verməsini demişdir. Zahirlə arasında olan telefon danışından sonra sonuncunun istifadəsində olan qeyd olunan avtomobili həmin ünvana aparıb Hacı adlı şəxsin qapısında saxlayaraq açarlarını sonuncuya verib oradan ayrılmış və daha sonra Zahirlə telefon əlaqəsi yaratmış, həmin danışıq zamanı Zahir ona Qobustan qəsəbəsində qırmızı rəngli “Howo” markalı avtomobilinin salonunda olan iki ədəd dövlət qeydiyyat nişanlarını götürüb Füzuli rayonu, Alıxanlı kəndinə gəlməsini dedikdən sonra həmin yerə gedərək orada olan qırmızı rəngli “Howo” markalı avtomobili tapmış və həmin avtomobilin salonunda olan iki ədəd sonu 432 rəqəmi ilə bitən avtomobil nömrəsini götürüb tanımadığı şəxsə məxsus taksi ilə Füzuli rayonu, Alıxanlı kəndinə gedərək orada Zahirlə görüşmüşdür. Zahirlə görüşdükdən sonra Zahirin idarə etdiyi qırmızı rəngli Shacman markalı yük avtomobili ilə Xocavənd rayonu, Böyük Tağlar kəndinə gedərkən yolda aralarında olan söhbət zamanı avtomobilin dövlət qeydiyyat nişanlarını nə üçün gətirdiyini soruşduqda Zahir ona avtomobil alacağı üçün həmin dövlət qeydiyyat nişanlarını aldığı avtomobilin üzərinə bağlayacağını demiş, daha sonra Zahir ona alacağı avtomobili onunla birlikdə idarə edərək pul qazanacaqlarını demiş, həmin vaxtı Zahirin təklifini qəbul edərək onunla razılaşmışdır. Xocavənd rayonunun Böyük Tağlar kəndinə çatanda Zahir orada əvvəldən tanımadığı, adının sonradan Elnur olmasını öyrəndiyi şəxsi də avtombilə götürüb bir neçə kilometr getmişlər, Zahir avtomobili yolun kənarında saxlamış və təxminən bir saat Zahirin avtomobilində yatdıqdan sonra Elnur onun gətirdiyi avtomobil nömrələrini götürmüş, Elnurla birlikdə avtomobildən düşüb bir az piyada getdikdən sonra orada olan ağ rəngli “Howo” markalı yük avtomobilinə minib təxminən 1 kilometr getmişlər, daha sonra Elnur həmin avtomobili digər 4 ədəd dayanmış halda olan “Howo” markalı ağ rəngli avtomobillərin yanında saxlamış və həmin vaxtı hər ikisi avtomobildən düşərək orada olan avtomobillərə yaxınlaşmışlar. Elnurdan təxminən 5 dəqiqəlik kənarlaşdıqdan sonra yenidən sonuncunun yanına qayıtdıqda Elnurun “Howo” markalı ağ rəngli avtomobilin sükanı arxasına əyləşməsini görüb həmin maşının sərnişin oturacağına əyləşmiş, Elnur isə avtomobili idarə edərək oradan uzaqlaşmışlar. Füzuli rayonu, Alıxanlı kəndi ərazisində olan zaman Elnur avtomobili saxlayaraq düşmüş, həmin vaxtı avtomobildən düşdükdə Elnurun avtomobilin üzərində olan yazıları cırdığını görmüş, səbəbini soruşduqda isə Elnur ona heç bir problem olmadığını bildirərək yenidən avtomobilə minərək yola davam etmişlər. Onların idarə etdiyi ağ rəngli “Howo” markalı yük avtomobili ilə Zahirin idarə etdiyi qırmızı rəngli “Howo” markalı avtomobil Hacıqabul rayonuna qədər bir-birinin ardınca hərəkət etmiş və orada avtomobilləri saxlayıb birgə kafedə əyləşib yemək yedikdən sonra yenidən yollarına davam etmişlər. Yolda hərəkət zamanı həmin avtomobili təxminən 2-3 kilometr məsafədə idarə etmiş, sonra Elnur yenidən həmin “Howo” markalı avtomobili özü Müşviqabad qəsəbəsinə qədər idarə etmiş, həmin yerə çatdıqdan sonra Elnur avtomobildən düşərək oradan getmiş, həmin yük avtomobilini özü idarə edərək Zahirin yeznəsi Elmir Təhməzovun yaşadığı Ceyranbatan qəsəbəsinə qədər idarə edib avtomobili sonuncunun evinin yanında saxlamışdır. O qeyd etmişdir ki, Zahirin Elnurla onun yolda başqa “Howo” markalı avtomobili sürərək oğurlayacaqları avtomobilin yanına getmələrindən əvvəldən məlumatı olmamış, Zahirin idarə etdiyi avtomobildən düşdükdən sonra yolda “Kolin” şirkətinə məxsus olan başqa “Howo” markalı avtomobili görmüşlər, Elnur ona həmin yük avtomobili ilə gedəcəklərini təklif etmiş, Elnurun təklifini qəbul edərək həmin avtomobilə əyləşmiş, həmin avtomobil ilə digər avtomobilin yanına getmiş, həmin vaxtı avtomobili Elnur idarə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o, Azərenerji MMC-də sürücü vəzifəsində işləmiş və aylıq 600 manat əməkhaqqı alırmış, Azərenerji MMC şirkətində ona qırmızı rəngli ** GH *** dövlət qeydiyyat nişanlı Shachman markalı yük avtomobili təhkim edilmiş və həmin nəqliyyat vasitəsi ilə müxtəlif rayonlardan Şuşa şəhərinə qum və digər tikinti materialları daşımışdır. Elnur adlı şəxsi iş yoldaşı Mehman adlı şəxsin vasitəsilə təxminən 2 ay əvvəldən tanımış, əsl adı Elnur olsa da ləqəbi Elgün olduğu üçün həmin şəxsi Elgün adı ilə tanımış, adının Elnur olmasını sonradan bilmiş, Elnurdan yük avtomobilinə tökmək üçün yanacaq aldığı üçün aralarında münasibət daha da yaxşılaşmışdır. Elnurla Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində təxminən iki ay əvvəl görüşən zaman Elnur işğaldan azad olunmuş Xocavənd rayonun ərazisində yerləşən şirkətdən avtomobil çıxardaraq Şamaxı rayonunda satdığını, heç bir problemin olmamasını, lakin avtomobili şirkətə məxsus dövlət qeydiyyat nişanı ilə oğurlamağın mümkün olmadığı üçün başqa dövlət qeydiyyat nişanına ehtiyac olmasını bir neçə dəfə desə də əvvəlcə Elnurla razılaşmamışdır. 2022-ci ilin mart ayının ortalarında Böyük Tağlar kəndi ərazisində Elnurla görüşüb söhbət edən zaman Elnur ona avtomobil dövlət qeydiyyat nişanı gətirməsini deyərək şirkətdən avtomobil oğurlamasını bildirmişdir. 01 aprel 2022ci il tarixdə saat təxminən günorta radələrində Elnur onun istifadəsində olan ***-***-**-** nömrəli və ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək onu gözləməsini demiş, həmin vaxtı bacanağı Təqsirləndirilən şəxs2la birlikdə Shacman markalı yük avtomobili ilə Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən zaman “Kolin” şirkətinin yaxınlığında Elnuru idarə etdiyi avtomobilə mindirərək yola davam etmişdir. Xocavənd rayonu inzibati ərazisində yerləşən yolda Elnurla İsmayılı avtomobildən düşürdərək gətirdiyi iki ədəd ** VA *** dövlət qeydiyyat nişanını da oğrulayacaqları avtomobilin üzərinə bağlaması üçün Elnura vermiş, həmin vaxtı Elnur nömrələri oğurlayacaqları avtomobilə bağlamaq üçün onun idarə etdiyi avtomobildən dəmir tel (sim) götürmüşdür. İsmayılla Elnuru 02 aprel 2022-ci il tarixdə saat 06:00 radələrində avtomobildən düşürtdükdən sonra Şuşa rayonuna qum aparmaq üçün getmiş, təxminən 2 saat sonra İsmayılın istifadəsində olan mobil telefona zəng edərək harada olmalarını soruşduqda İsmayıl ona Böyük Tağlar kəndi ərazisində olmalarını və avtomobili də götürüb getmələrini demişdir. Həmin gün saat 11:00 radələrində Beyləqan rayonu, Daşburun qəsəbəsində onlarla görüşdükdə Elnurun “Howo” markalı ağ rəngli avtomobili götürməsini görmüş, Daşburun qəsəbəsindən ard-arda Hacıqabul rayonuna qədər getmiş, həmin vaxtı qeyd olunan avtomobili Elnur idarə etmiş, Hacıqabul rayonunda oturub yemək yedikdən sonra Müşviqabad qəsəbəsinə qədər getmişlər. Həmin yerə çatanda Elnur avtomobildən düşmüş, oradan sonra isə avtomobili Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən yeznəsi X7 yaşadığı evin yanına qədər İsmayıl idarə edib həmin yerdə saxlamışdır. Elnurla qeyd olunan avtomobili oğurlayaraq gətirməsi müqabilində özünə məxsus “Priora” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili vermiş, əlavə olaraq da 15 000 manat da pul verməli olmuş, əvvəlcədən razılaşdıqları kimi avtomobili gətirməzdən əvvəl yəni, 01 aprel 2022-ci il tarixdə günorta saatlarında İsmayıl ona məxsus “Priora” markalı avtomobilini Elnurun yeznəsinin qardaşı olan Hacı adlı şəxsin həyətində aparıb saxlamış, daha sonra İsmayılla birlikdə Böyük Tağlar kəndinə getmişdir. 04 aprel 2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhərində olarkən Elnurun qohumları ona zəng edərək ona məxsus avtomobilin Elnurun yaşadığı Şamaxı şəhərində olmasını dedikdən sonra Elnurun yaşadığı evə gedərək avtomobili Elnurun həyat yoldaşından alaraq öz yaşadığı evə gətirmişdir. İsmayılla Elnurun onun idarə etdiyi avtomobildən düşdükdən sonra başqa “Howa” markalı avtomobil sürmələrindən məlumatı olmamış, belə ki, onlar bu barədə əvvəldən hər hansısa razılığa gəlməmişlər. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə göstərmişdir ki, o, 05 iyul 2021-ci il tarixdən “X15 Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin Bakı şəhərində yerləşən filialında hüquqşünas vəzifəsində işləyir və Şirkətin rəhbərliyi tərəfindən nümayəndə təyin olunmuşdur. “X15 Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus ağ rəngli “Howo” markalı ** JY *** dövlət qeydiyyat nişanlı yük avtomobili 02 aprel 2022-ci il tarixdə səhər saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyində naməlum şəxslər tərəfindən oğurlanmış və bu barədə sonradan məlumatı olmuşdur. Qeyd olunan cinayət işi üzrə “X15 Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin hüquqlarını təmsil etmişdir. Şirkətə məxsus ağ rəngli “Howo” markalı ** JY *** dövlət qeydiyyat nişanlı yük avtomobili 02 aprel 2022-ci il tarixdə səhər saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyində oğurlanmış, avtomobilin hansı tarixdən istismar olunması və texniki vəziyyəti barədə heç bir məlumatı olmamış, lakin avtomobil şirkət tərəfindən 97 000 (doxsan yeddi min) manata alınmış, avtomobilin oğurlanması nəticəsində şirkətə həmin məbləğdə maddi ziyan dəymiş, avtomobili əvvəllər “Kolin” şirkətində işləmiş və sonradan şirkətdən işdən çıxmış Təqsirləndirilən şəxs1 və onunla birlikdə iki nəfər oğurlamışdır. Şirkətə məxsus Xocavənd rayonu ərazisindən “Howo” markalı ** JY *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən başqa hər hansı avtomobil və ya digər nəqliyyat vasitəsi oğurlanmamış, “Howo” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil 02 aprel 2022-ci il tarixdə saat 06 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 63-cü kilometrliyinin dayanacağından qaçırılaraq həmin yolun 64-cü kilometrliyinin dayanacağına qədər sürülüb həmin yerdə saxlanılmışdır. Yük avtomobilinin oğurlanması ilə bağlı dəymiş maddi ziyan tamamilə ödəndiyi üçün heç bir şikayətləri yoxdur, məhkəmədən şikayətlərinin olmamasını təqsirləndirilən şəxslərə cəza verərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yanvar ayından “Kolin” şirkətində sürücü vəzifəsində işləmiş, iş yeri Xocavənd rayonunun işğaldan azad olunmuş ərazilərində yerləşdiyi üçün həmin yerdə işləmiş və orada da müvəqqəti olaraq yaşamış, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 65-ci kilometrliyində gündüz növbəsində yəni, saat 06:00-dan axşam saat 18:00-dək yük avtomobili idarə etmişdir. Elgün adı ilə tanıdığı, əsl adı Təqsirləndirilən şəxs1 olan şəxsi “Kolin” şirkətində sürücü işləyən zaman tanımış, aralarında heç bir qohumluq münasibəti, düşmənçilik və ədavət olmamış sadəcə iş yoldaşı kimi normal münasibətləri olmuşdur. 01 aprel 2022-ci il tarixində saat 16 radələrində işlədiyi “Kolin” şirkətinin 65-ci kilometrliyi adlandırılan ərazisində olan zaman Elnuru orada görüb həmin yerdə Elnurla 5-10 dəqiqə söhbət etmiş, Elnurdan haradan gəlməsini soruşduqda Sığınaq kəndi ərazisindən gəldiyini və Böyük Tağlar kəndi ərazisində yerləşən şirkətin yataqxanasına gedəcəyini bildirmişdir. Söhbət əsnasında “Kolin” şirkətinin Nemət adlı digər işçisi də oraya gəlmiş və Elnurla görüşdükdən bir neçə dəqiqə sonra Elnur oradan keçən başqa “Howo” markalı avtomobili saxladaraq ona minib getmiş, lakin Elnurun hansı istiqamətə getdiyini görməmiş, sonradan Elnur və tanımadığı digər şəxslərin Xocavənd rayonu ərazisindən “Kolin” şirkətinə məxsus “Howo” markalı yük avtomobilini oğurladıqlarını eşitmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, o, “Kolin” şirkətində sürücü vəzifəsində işləmişdir. İş yeri Xocavənd rayonunun işğaldan azad olunmuş ərazilərində yerləşdiyi üçün həmin yerdə işləyərək orada da müvəqqəti olaraq yaşamışdır. “Kolin” şirkətinə məxsus ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı ağ rəngli avtomobili gecə növbəsində yəni, saat 18:00-dan 06:00-dək olan müddət ərzində Xocavənd rayonunun ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 64-cü kilometrliyində torpaq daşınmasında idarə etmiş, həmin avtomobili gündüz növbəsində Şahid3 adlı “Kolin” şirkətində işləyən sürücü idarə etmişdir. Qeyd olunan avtomobili gündəlik olaraq hər səhər tezdən saat 06:00-da həmin yerdə saxlayaraq şirkətin yataxanasına getmiş, avtomobilin açarları üzərində sönülü vəziyyətdə 1 saat ərzində yəni gündüz növbəsi gələnə qədər orada sahibsiz vəziyyətdə qalmışdır. 01 aprel 2022-ci il tarixində saat 19:00 radələrində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 64-cü kilometrliyinə gəlib qeyd olunan yəni, ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı ağ rəngli avtomobili gecə növbəsində idarə etmək üçün oradan götürmüş və avtomobili 02 aprel 2022-ci il tarixində saat 06:00-dək gecə növbəsində idarə edərək torpaq daşımış və saat 06:00-da avtomobilin açarlarını da üzərinə qoyaraq orada olan 3 eyni markadan olan maşının yanında saxlayaraq şirkətin yataqxanasına istirahətə getmişdir. Təxminən saat 08:00 radələrində şirkətin Böyük Tağlar kəndi ərazisində yerləşən yataqxanasında istirahət edərkən gündüz növbəsində işləyən Şahid3 istifadəsində olan mobil telefona zəng edərək maşını harada saxladığını soruşduqda, maşını işlədikləri Əhmədbəyli-Füzuli-Şuşa yolunun 64-cü kilometrliyində saxladığını, Abas isə həmin yük maşının yerində olmamasını demiş, həmin vaxt Abas avtomobili qeyd olunan ərazidə axtarsa da tapa bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 01 aprel 2021-ci il tarixdən “Kolin” şirkətində sürücü vəzifəsində işləyir, iş yeri Xocavənd rayonunun işğaldan azad olunmuş ərazilərində yerləşdiyi üçün həmin yerdə işləyərək orada da müvəqqəti olaraq yaşamış, “Kolin” şirkətinə məxsus ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı ağ rəngli avtomobili gündüz növbəsində yəni, saat 08:00-dan 18:00-dək olan müddət ərzində idarə etmişdir. Qeyd olunan avtomobili “Kolin” şirkətində gecə növbəsində sürücü işləyən Şahid5 adlı şəxs Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonunun ərazisindən keçən 64-cü kilometrliyində torpaq daşınmasında idarə etmişdir. Gündəlik olaraq avtomobili saat 18:00-da həmin yerdə qoyaraq istirahət üçün şirkətin yataxanasına getmiş, istirahətə gedən zaman isə açarları üzərində saxlamış, avtomobil sönülü vəziyyətdə gecə növbəsi gələnə qədər həmin yerdə sahibsiz qalmışdır. 01 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun 64-cü kilometrliyində avtomobili qoyaraq şirkətin yataqxanasına istirahətə getmiş, həmin gün gecə növbəsində isə avtomobili Şahid5 idarə etmişdir. 02 aprel 2022-ci il tarixdə saat 07:00 radələrində Əhmədbəyli-Füzuli- Şuşa avtomobil yolunun 64-cü kilometrliyinə gedib avtomobili götürüb işə başlamaq istəyərkən avtomobilin hər zaman saxlanıldığı yerdə olmadığını, lakin həmin yerdə başqa “Howo” markalı ağ rəngli “Vanna kuza” adı ilə tanıdığı avtomobili aşkar etmiş, həmin vaxt orada özünün idarə etdiyi avtomobili axtarsa da tapa bilmədiyindən həmin gün saat 09:00 radələrində bu barədə şirkətdə baş sürücü işləyən Şahin adlı şəxsə məlumat vermiş, lakin həmin günü avtomobili axtarsalar da tapa bilməmişlər. “Howo” markalı ** JX *** dövlət qeydiyyat nişanlı ağ rəngli yük avtomobilini Əhmədbəyli-Füzuli- Şuşa avtomobil yolunun 64-cü kilometrliyinin dayanacağında kimin saxlaması barədə məlumatı olmamış, 02 aprel 2022-ci il tarixdə saat 07 radələrində 64-cü kilometrliyində “Howo” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobili aşkar etmiş, həmin avtomobil əvvəllər 64-cü kilometrliyin dayanacağında saxlanılmamışdır. Məhkəmdə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, o, 11 fevral 2022-ci il tarixdən “Kolin” şirkətində növbətçi sürücü vəzifəsində işləmiş, belə ki, hansısa avtomobilin sürücüsü olmadıqda həmin avtomobili idarə etmişdir. 01 aprel 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixə keçən gecə baş sürücü Şahin adlı şəxs şirkətin yataqxanasından onu “Ford” markalı avtomobili ilə götürərək ərazidəki boş avtomobillərdən birini idarə edəcəyini demiş, həmin vaxtı Şahinlə birlikdə Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun 63-cü kilometliyinə gəlmiş, həmin kilometlikdə şirkətə məxsus dayanmış halda olan “Howo” markalı ** JX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək torpaq daşınmasını həyata keçirmişdir. 02 aprel 2022-ci il tarixdə saat 06 radələrində həmin avtomobili 63-cü kilometrliyinin dayanacağında saxlayaraq şirkətə məxsus Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən yataqxanasına gəlmişdir. 03 aprel 2022-ci il tarixdə 01 aprel 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixə keçən gecə idarə etmiş olduğu “Howo” markalı yük avtomobilini onun saxladığı yerdən icazəsiz götürüb sürərək həmin yolun 64-cü kilometrliyinin dayanacağında saxlayıb oradan başqa “Howo” markalı yük avtomobilini oğurlamalarını öyrənmiş, bir neçə gün sonra isə həmin avtomobili əvvəllər şirkətdə işləmiş Elnur adlı şəxsin başqa şəxslərlə birlikdə oğurlamasını öyrənmişdir. “Howo” markalı ** JX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini 02 aprel 2022-ci il tarixdə saat 06 radələrində sonuncu dəfə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 63-cü kilometliyinin dayanacağında saxlamış, lakin sonradan həmin avtomobilin qeyd olunan yolun 64-cü kilometrliyinin dayanacağında aşkar olunmasını öyrənmişdir. Məhkəmədə Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, 18 avqust 2021-ci il tarixindən etibarən “X15 Sənaye və Ticarət” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin Xocavənd rayonu üzrə layihə rəhbəri vəzifəsində işləyir. Hər gün işdə olur, “Kolin” şirkətinə məxsus müxtəlif növdə yük avtomobilləri, müxtəlif növdə yol çəkilişi zamanı istifadə olunan texnikalara və qeyd olunan ərazidə aparılan işlərə nəzarət edir. 03 aprel 2022-ci il tarixində səhər saatlarında işdə olarkən şirkət işçiləri şirkətə məxsus olan “Howo” markalı ** JY *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyindən 02 aprel 2022-ci il tarixində oğurlanması barədə məlumat vermişlər, Həmin vaxtı yük avtomobilinin oğurlanması barədə Xocavənd rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, sonradan “Howo” markalı ** JY *** dövlət qeydiyyat nişanlı yük avtomobilini “Kolin” şirkətində əvvəllər sürücü işləmiş Təqsirləndirilən şəxs1 tanımadığı iki nəfər şəxslə birlikdə oğurlaması müəyyən olunmuşdur. Məhkəmədə Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, “Kolin” şirkətində bir ildir baş sürücü vəzifəsində işləyir, vəzifəsi sürücülərin və avtomobillərin vaxtlı-vaxtında işə çıxmalarına nəzarət etmək olmuş, iş yeri Xocavənd rayonunun işğaldan azad olunmuş ərazilərində yerləşdiyi üçün həmin yerdə də qalaraq müvəqqəti olaraq yaşayır. ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı ağ rəngli avtomobil “Kolin” şirkətin mülkiyyətində olmuş, həmin avtomobili Şahid5 və Şahid3 adlı “Kolin” şirkətində işləyən sürücülər növbəlilik prinsipi əsasında yəni, Şahid3 həmin yük avtomobilini gündüz, Şahid5 isə gecə növbəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonunun ərazisindən keçən 64-cü kilometrliyində torpaq daşınmasında idarə etmiş, avtomobili gecə növbəsində işləyən sürücü tezdən saat 06:00-dək idarə etmiş, daha sonra avtomobili işlədiyi yerdə də açarı da üzərində qoyaraq saxlayıb Böyük Tağlar kəndinə getmiş, gündüz növbəsinə çıxan əməkdaş isə təxminən 1 saat sonra avtomobili götürərək gündüz növbəsində işlətmiş, yəni təhvil-təslim zamanı avtomobillər təxminən 1 saat ərzində sahibsiz halda açarları da üzərində dayanıqlı halda nəzarətsiz qalmışlar. İş rejmi gündüz olmuş belə ki, tezdən saat 06:00 radələrində işə başlamış, axşam saat 19:00 radələrində isə iş vaxtı bitmişdir. 01 aprel 2022-ci il tarixdə axşam saatlarında 64cü kilometrliyə gedərkən şirkətdə növbətçi sürücü işləyən Səlamət adlı şəxsi də həmin yerə aparmış, həmin vaxtı orada ağ rəngli “Howo” markalı “Vanna kuza” formalı ** JX *** dövlət qeydiyyat nişanlı yük avtomobili boşda qaldığı üçün Səlamət adlı şəxsə 63-cü kilometrlikdə gecə növbəsində həmin avtomobili idarə etməsini demiş, Səlaməti həmin yerdə düşürtdükdən sonra oradan uzaqlaşmışdır. 01 aprel 2022-ci il tarixdə Şahid3 ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı ağ rəngli avtomobili gündüz növbəsində idarə etmiş, daha sonra digər sürücü Şahid5 isə həmin gün saat 19 radələrində gecə növbəsində avtomobili Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonunun ərazisindən keçən 64-cü kilometrliyində torpaq daşınmasında idarə etmiş və 02 aprel 2022-ci il tarixdə saat 06:00-da növbəsi başa çatdıqdan sonra digər avtomobillərin yanında saxlayaraq istirahətə getmişdir. 02 aprel 2022-ci il tarixdə saat 10:00 radələrində 64-cü kilometrə gedəndə sürücü Şahid3 ona idarə etdiyi ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı ağ rəngli avtomobilin Şahid5 saxladığı yerdə olmamasını, həmin avtomobilin yerində başqa “Howo” markalı ağ rəngli, “Vanna kuza” formalı avtomobilin saxlanılması barədə ona məlumat vermiş, həmin vaxt qeyd olunan avtomobili axtarmağa başlamış, həmin gün qeyd olunan avtomobili axtarsa da tapa bilməmiş, sabahısı gün yəni, 03 aprel 2022-ci il tarixdə səhər saatlarında avtomobilin oğurlanması barədə şirkət rəhbərliyinə məlumat vermişdir. ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı ağ rəngli avtomobil 02 aprel 2022-ci il tarixdə saat 06 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonunun ərazisindən keçən 64-cü kilometrliyindən oğurlanmış, həmin vaxta qədər qeyd olunan avtomobildə hər hansı texniki nasazlıq olması barədə sürücülər tərəfindən ona məlumat verilməmiş, yəni avtomobil oğurlanan zaman saz vəziyyətdə olmuş, sonradan avtomobili əvvəllər “Kolin” şirkətində işləyən Təqsirləndirilən şəxs1 və tanımadığı iki nəfərlə birlikdə oğurlamasını öyrənmişdir. “Howo” markalı “Vanna kuza” formalı ** JX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini sonuncu dəfə Səlamət adlı sürücü Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonunun ərazisindən keçən 64-cü kilometrliyində idarə etmiş və 02 aprel 2022-ci il tarixdə saat 06:00-da həmin kiklometrliyin dayanacağında saxlamışdır. Həmin avtomobili isə 02 aprel 2022-ci il tarixdə saat 09 radələrində Şahid3 həmin yolun 64-cü kilometrliyinin dayanacağında aşkar etmiş və bu barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 06 aprel 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 06 aprel 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 06 aprel 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Xocavənd rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli 9/3341 nömrəli ekspert rəyindən görünür ki, “Howo” markalı ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi nömrəli, ağ rəngli, 2021-ci il tarixdə istehsal olunmuş, yüksüz kütləsi 14940 kiloqram olan, mühərrikin iş həcmi 9726, özüboşaldan tipli, 2021-ci ilin avqust ayından 2022-ci ilin aprel ayının 1-dək Xocavənd rayonunun işğaldan azad olunmuş dağlıq-meşəlik ərazilərdə torpaq daşımaqla istismar olunmuş, hər hansı texniki nasazlığı olmayan, (2021-ci ilin avqust ayında 97 000 (doxsan yeddi min) manata alınmış), istismar müddətində 24000 (iyirmi dörd min) kilometr yol getmiş yük avtomobilinin təyinatı üzrə istəfadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 85000,00 (səksən beş min) manat müəyyən olunur. Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertin 14 may 2022-ci il tarixli 1197 №-li rəyilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertin 14 may 2022-ci il tarixli 1198 №-li rəyilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertin 14 may 2022-ci il tarixli 1199 №-li rəyilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Cinayət işində olan 03 aprel 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı LZZ5DMND5MN886516 şassi nömrəli yük avtomobilini Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonundan keçən yolun 64-cü kilometrliyindən oğurlanmışdır. Cinayət işində olan 02 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus ** JY *** dövlət qeydiyyat nişanlı “Howo” markalı LZZ5DMND5MN886516 şassi nömrəli yük avtomobili Təqsirləndirilən şəxs3 qohumu Sumqayıt şəhəri BTZ bağlar massiv ərazisində yaşayan X7 yaşadığı evin yaxınlığında aşkar olunmuş və həmin avtomobil Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2 iştirakı ilə götürülmüşdür. Cinayət işində olan Təqsirləndirilən şəxs3 məxsus mobil telefona baxış keçirilməsi haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonu Təqsirləndirilən şəxs2 adını “İsi” adı ilə qeyd etmiş, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəni isə qeyd etməməsi, lakin son danışıqlarda olması, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la bir neçə dəfə danışmaları, həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəli mobil telefonu kontaktlarda “Kolin.hova” adı ilə qeyd etməsi, “Whatsapp” sosial şəbəkəsinə, «video», “foto” və «audio» yazı qovluqlara baxış zamanı “Whatsapp” bölməsində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 məxsus mobil nömrə ilə yazışmaları, həmçinin Təqsirləndirilən şəxs3 istifadəsində olan “Priora” markalı ağ rəngli ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin şəkillərini Təqsirləndirilən şəxs1 atması, eləcə də Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə 20 mart 2022-ci il tarixdə,19 mart 2022-ci il tarixdə, 17 mart 2022-ci il tarixdə, 16 mart 2022-ci il tarixdə, 14 mart 2022-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə müxtəlif müddətlərdə danışması, həmçinin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 məxsus yuxarıda qeyd olunan mobil nömrələr ilə “Whatsapp” sosial şəbəkəsində danışmaları və yazışmaları, Təqsirləndirilən şəxs2 “Whatsapp” sosial şəbəkəsində 01 aprel 2022-ci il tarixdə saat 22:37-də “Elimde nömreni neter getrim” mesajını yazmış, Təqsirləndirilən şəxs3 isə qarşılığında 01 aprel 2022-ci il tarixdə saat 22:38-də Təqsirləndirilən şəxs2 5 saniyə müddətində səs ataraq “Hə qaqa bildim, başa düşdüm, problem yoxdu, gəl qaqa gəl” sözlərini deməsi, bundan sonra 02 aprel 2022-ci il tarixdə saat 00:04-00:11-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 “Qaxaa neniyek, 15 deq ordayam, Sen onara de ki ismayil gelip iwnen eleqeder, Alo, Alo, ” məzmunlu mesajlar yazması, həmin tarixdə və saatda Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 “Otur, Gellem, Masina ged, Minende xeber et” məzmunlu cavab mesajları yazması, Təqsirləndirilən şəxs2 isə qarşılığında Təqsirləndirilən şəxs3 “He yaxwi hele yodayam, Burds mawid” sözlərini yazması, bundan sonra Təqsirləndirilən şəxs2 04 aprel 2022-ci il tarixdə saat 20:50-də “Noldu neiyek daniwtin tekeri” sözlərin yazması, lakin Təqsirləndirilən şəxs3 isə həmin mesaja cavab verməməsi müəyyən olunmuşdur. Cinayət işində olan Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilməsi haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu Təqsirləndirilən şəxs3 adını “Zaki Sim” adı ilə qeyd etmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3lə bir neçə dəfə danışmaları, xüsusi ilə də 02 aprel 2022-ci il tarixdə saat 00:23, 00:45, 06:16, 06:52, 07:03, 07:17, 09:19-da bir neçə dəfə müxtəlif müddətlərdə danışmaları, həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus ***-***- **-** nömrəli mobil telefona 02 aprel 2022-ci il tarixdə saat 07:16-da zəng etməsi, eləcə də, “Foto” bölməsində yük avtomobilinə məxsus və üzərində “Firelli” markalı, TG:01 yazıları yazılmış 04 aprel 2022-ci il tarixində çəkilmiş şin şəkilləri müəyyən olunmuşdur. Cinayət işində olan 01 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu işğaldan azad olunmuş ərazisindən keçən 63-cü kilometrliyinin dayanacağından həmin avtomobil yolunun 64-cü kilometliyinin dayaqnacağına qədər sürülmüş avtomobil “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı “Howo” markalı yük avtomobilidir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindər görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur, onlarla aralarında barışıq əldə olunub. “Kolin” İnşaat Turizm Sanayi və Ticarət Anonim Şirketinin Azərbaycan Respublikasında Nümayəndəliyin rəhbəri X6 Məhkəmə Sistemi vasitəsi ilə eyni məzmunlu ərizəsi məhkəməyə daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şahadətnamənin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şahadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şahadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş xasiyyətnamələrdən məlum olur ki, təqsirləndirilən şəxslərin hər üçü yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin bir qrup sakininin məhkəməyə daxil olmuş ərizəsində Təqsirləndirilən şəxs3 Qübəddin oğlunun onlarla qonşuluqda yaşamış şəhid X1 ailəsinə himayədarlıq etməsi göstərilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Laçın rayonundan məcburi köçkündürlər. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.3.2-ci və 185.2.1-ci maddələrində nəzərdə tutulan əməlləri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində üç azyaşlı övladının olması, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakteriəzə olunması, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, himayəsində iki azyaşlı övladının olması, məcburi köçkün olmaqla yataqxanada məskunlaşmasıdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət törətməsi, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakteriəzə olunması, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, məcburi köçkün olmasıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, "cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də, iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər". Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək onların barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsini əsaslı, qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən cinayət işi üzrə maddi sübutlar – “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus “Howo” markalı, ağ rəngli, ** JY *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı, ağ rəngli, ** JX *** dövlət qeydiyyat nişanlı yük avtomobilin həmin şirkətə qaytarılması nəzərə alınmalı, Xocavənd RPŞ-də saxlanılan iki ədəd ** VA *** nömrəli avtomobil dövlət qeydiyyat nişanları hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinə verilməlidir. Cinayət işi üzrə ekspertizasının dəyəri 50 manat təşkil edir. Həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 16 manat 66 qəpiq olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili X2 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci və 185.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzasının əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci və 185.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzasının əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzasının əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə maddi sübutlar – “X15 Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus “Howo” markalı, ağ rəngli, ** JY *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı, ağ rəngli, ** JX *** dövlət qeydiyyat nişanlı yük avtomobilin həmin şirkətə qaytarılması nəzərə alınsın, Xocavənd RPŞ-də saxlanılan iki ədəd ** VA *** nömrəli avtomobil dövlət qeydiyyat nişanları hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinə verilsin. Cinayət işi üzrə ekspertizanın dəyəri olan 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 16 manat 66 qəpiq olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili X2 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxslər hökmün surətini aldıqdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar