Məhkəmə qərarları › İş №1(101)-1532/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1532/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1532/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 05 noyabr 2023-cü il tarixdə şəxsi münasibətlər zəmnində əvvəllər tanıdığı zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfinədn qardaşı Sadiqi hansı səbəbdən döyməsini araşdırmaq məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində dəmir yolu xətti kimi tanınan ərazidə saat 02 radələrində Zərərçəkmiş şəxsla yaranmış mübahisə zamanı evdən götürdiyi üzərində saxladığı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağından silah qismində istifadə edərək bir dəfə Zərərçəkmiş şəxs bədəninin sağ hissəsindən vuraraq, Zərərçəkmiş şəxs daxili qanaxma və sağ tərəfli hemotoraksla müşayiət olunan diafraqmanın sağ yarısının və qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sağ yarısının sağ döş (plevra) və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsində Laçın uğrunda döyüşlərdə və 2023-cü ildə aprel döyüşlərində iştirak etmiş, fəxri fərman almışdır. Subaydır. O, Zərərçəkmiş şəxs tanıyır. 05 noyabr 2023cü il tarixdə o işdən gəlib evdə yatmışdır. O, evdə olan zaman qardaşı Sadiq ağlayaağlaya evə gəlib məhlədə yaşayan Akiflə kafedə yeyib-içərkən aralarında mübahisə yarandığını, sonra Akifin onu vurduğunu, söyüş söydüyünü demişdir. Sadiqin üzü qan içində imiş. O, Sadiqə demişdir ki, Akifə zəng edib harda olduğunu soruşsun. Onlar Akifə zəng etdikdə Akif telefonda da söyüş söymüşdür. O, əsəbləşib özünü müdafiə üçün evdən bıçaq götürərək kafedən 100 metr kənarda Akifin yanına getmişdir. O, Akifin yanına gedərkən onu vurmaq fikri yox imiş, o özünü müdafiə etmək üçün bıçaq götürərək onu vurmuşdur. Onun zərərçəkmiş şəxs Akiflə əvvəllər münasibəti yaxşı olmuş, lakin onun Akifi vurma səbəbi Akifin qardaşını döyməsi, söyüş söyməsi və həmin ərəfələrdə döyüşlərdən yenicə gəldiyi üçün döyüş abu-havasında olmağı olmuşdur. O, məhkəmədən barəsində irəli sürülən ittihamın AR CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, müharibədə iştirak etdiyinə görə medal alacağı deyilsə də, hələ medal almamışdır. O, əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları massivində dəmiryolunun kənarında fəaliyyət göstərən kafedə oturarkən Xəyalın qardaşı Şahid1 ilə aralarında mübahisə yaranmış və onlar dalaşmışlar. Sonra isə Sadiqlə ayrılmış və o evinə getmişdir. Lakin yarım saat sonra təkrarən ona Sadiqdən zəng gəlmiş və razılaşaraq söhbəti aydınlaşdırmaq üçün görüşmüşlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində həmin kafedən təxminən 150 metr aralıda dəmiryolunun kənarında Xəyal və qardaşı Sadiq ilə görüşmüşdür. O, Sadiq və Xəyala yaxınlaşan kimi Sadiq onu vurmuşdur. Bu zaman Xəyyalla o mübahisə etmişlər. O, Xəyalın onu bıçaqla vurduğunu görməmişdir. Mübahisə bitdikdən sonra o evə qayıdarkən yolda qonşusu Nicat ilə qarşılaşmışdır. Nicat nə baş verdiyini soruşanda o mübahisə olduğunu və yaralandığını demişdir. Nicat onu taksi ilə xəstəxanaya çatdırmışdır. O, müalicəsi üçün 3500-3700 manat xərc çəkmişdir. Onun müalicə xərcləri təqsirləndirilən şəxsin ailəsi tərəfindən qarşılanmamışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Sadiqlə mübahisəni tam xatırlamır, lakin onlar söyüş söyərək ayrılmışlar. Sadiq yarım saat sonra ona yenidən zəng edib mübahisə etdikləri yerə yenidən çağırmışdır. İkinci dəfə Sadiq və Xəyal birlikdə söhbət etmək üçün yanına gəlmişlər. Birinci davada o Sadiqin boyun nahiyəsinə və üzünə zərbə vurmuşdur. O, və Sadiq ilk əvvəl sadəcə mübahisə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs tanıyır. Akif onun qonşusudur. 05 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Hacı-Mövlan bağlarının küçəsi ilə piyada evə gedən zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs görmüşdür. Akifin paltarında qan var imiş. Zərərçəkmiş şəxs onu xəstəxanaya aparmağını demişdir. O, taksi çağırmış və Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən təqsirləndirilən şəxs qardaşı olduğundan, öz qardaşına qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 cinayət işinin 85-87-ci vərəqələrində olan ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olsa da təxminən 8 ildir ki, anası, qardaşı ilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlarında yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Atası isə hazırda məhkumluq həyatı yaşayır. Özü əsəblə bağlı Maştağa qəsəbəsində yerləşən psixatiriya xəstəxanasında qeydiyyatdadır. 04 noyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı məhəllədə fəaliyyət göstərən balaca adsız kafeyə gedib özü üçün spirtli içki içmək qərarına gəlmiş və kafeyə girib əyləşmişdir. Pivə sifariş verib içməyə başlamışdır. Bu zaman onunla eyni məhlədə yaşayan əvvəllər münasibəti yaxşı olmuş Akif İsgəndərov onu tək oturduğu masaya çağırmış və bir yerdə içməyi təklif etmişdir. O da, Akiflə razılaşıb bir masaya əyləşmişdir. Bundan sonra o, içkili olduğu üçün nə üstündə aralarında mübahisə yarandığını xatırlamamış, lakin yadında qalmışdır ki, Akif kafedən çöldə onun çənəsindən əli ilə sıxıb boğaraq varyox söyüşü söymüşdür. O da Akifin bu söyüşündən əsəbləşib sonuncunu vurmuş və onlar əlbə-yaxa olmuş, onun Akifi vurmağa gücü çatmamış, orada olan xatırlamadığı şəxslər onları ayırmış, eyni zamanda Akifin ona varyox söyüşü söydüyü üçün vurmağa gücü çatmadığından dərhal evə gəlib bu barədə qardaşı Təqsirləndirilən şəxs bildirmişdir. Qardaşı onunla birlikdə evdən çıxmış və qardaşı Xəyal evdən çörək bıçağını götürüb belinə qoymuşdur. O, zəng vuraraq Akifi çağırdıqda Akif yenidən söyüş söyərək görüşə gəlməyəni söymüşdür. Akifin olduğu yer, məhəllədən bir qədər qabaqda dəmir yolunun yaxınlığı olmuşdur. Ora çatar-çatmaz o, Akifin burun hissəsindən başı ilə kəllə zərbəsi vurmuş və qardaşı Xəyal isə evdən götürdüyü bıçaqla Akifin böyür hissəsindən bir zərbə vurmuş, Akif yerə yıxılmış, Xəyal təpiklə Akifin başından zərbə vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 1-ci PŞ-nin məsul növbətçisi, polis baş leytenantı E.Babayevin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 02:20-də Xəzər t/m-dən həkim Səmədov –Zərərçəkmiş şəxs kəsilmiş-deşilmiş yarası ilə müraciət etdiyini bildirmişdir. Cinayət işinin 8-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları massividir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bıçağı təqdim edərək, hadisəni həmin bıçaqla törətdiyini bildirmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 noyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şahid1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli 4(003)- 517/2023 saylı qərarından görünür ki, Şahid1 barəsində həbsetmənin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 140-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şahid1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, ona elan edilmiş ittihama və barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxsə aid olan paltarın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd sviter götürülmüş, sviterə baxış zamanı üzərində 01 ədəd deşilmiş dəlik olmaqla, qanabənzər izlər olması müəyyən edilmişdir. Cinayət işinin 106-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 13 noyabr 2023-cü il tarixli, 1350 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-daxili qanaxma və sağ tərəfli hemotoraksla müşayiət olunan diafraqmanın sağ yarısının və qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sağ yarısının sağ döş (plevra) və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət (ola bilsin bıçaq)); alının sağ yarısının, sol göz orbitinin qançırları, sol gözün ağlı qişasının qansızması isə küt əşya (əşyalar) təsirindən onun “X10” X11 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi istisna olunmur. Dərəcələrinə görə qeyd olunan xəsarətlərdən daxili qanaxma və sağ tərəfli hemotoraksla müşayiət olunan diafraqmanın sağ yarısının və qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sağ yarısının sağ döş (plevra) və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan AĞİR zərərvurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli zərəvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Cinayət işinin 159-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 06 fevral 2024-cü il tarixli 33/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə B alfa (İİİ). Ekspertizaya təqdim edilmiş sviter və bıçaq üzərində olan ləkələrdə də B alfa (İİİ) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 173-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 16 fevral 2024-ci il tarixli 32/2024-MTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthinin sağ nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthinin sağ nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısında olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə ğörə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 186-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 23 fevral 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 126.2.1 və 32.2, 126.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlini ibtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edərkən haqlı olmamışdır. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsi əməlini heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi, yəni CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxslə tanış olmuşlar və baş vermiş cinayət hadisəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qardaşı Şahid1 söyüş söyüb vurması səbəbindən baş vermişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndinin mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişin sağlamlığına ağır zərər vurmaq məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarında göstərilən xuliqanlıq niyyəti ilə bağlı xüsusatlar eyni zamanda qəsdən sağlamlığa ağır zərər vurmaya da şamil edilməlidir. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq sağlamlığına ağır zərər vurması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kafedə oturarkən Sadiq ilə aralarında mübahisə yaranmış və onlar dalaşmışlar. Məhkəməyədək icraat zamanı dindirilən Şahid1 eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 04 noyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində kafedə onunla eyni məhlədə yaşayan əvvəllər münasibəti yaxşı olmuş Akif İsgəndərovla içki içmiş və içkili olduğundan Akif kafedən çöldə onun çənəsindən əli ilə sıxıb boğaraq varyox söyüşü söymüş, Akifi vurmağa gücü çatmadığından dərhal evə gəlib bu barədə qardaşı Təqsirləndirilən şəxs bildirmiş və bu səbəbdən qardaşı sonra Akifi bıçağla vurmuşdur. Bundan başqa, cinayət işinin 185-ci vərəqəsində olan Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş 23 dekabr 2024-cü il tarixli, 056-9582-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamış, hadisə zamanı hadisə yerində şahidlərin olmaması müəyyən edilmişdir. Göründüyü kimi, hadisə baş verən vaxt da orada hadisənin şahidi olan başqa şəxslər olmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sağlamlığa ağır zərər vurma o vaxt xuliqanlıq niyyəti ilə yetirilmiş hesab edilə bilər ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun. Göründüyü kimi hadisə zərərçəkmiş şəxs Akif İsgəndərovun təqsirləndirilən şəxsin qardaşı Şahid1 söyüb, döyməsi nəticəsində, yəni şəxsi münasibətlər zəmnində baş vermişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlarda Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurması öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5 maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5 və 349.5.1-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdə şəxsi münasibətlər zəmnində əvvəllər tanıdığı zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfinədn qardaşı Sadiqi hansı səbəbdən döyməsini araşdırmaq məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində dəmir yolu xətti kimi tanınan ərazidə saat 02 radələrində Zərərçəkmiş şəxsla yaranmış mübahisə zamanı evdən götürdiyi üzərində saxladığı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağından silah qismində istifadə edərək bir dəfə Zərərçəkmiş şəxs bədəninin sağ hissəsindən vuraraq, Zərərçəkmiş şəxs daxili qanaxma və sağ tərəfli hemotoraksla müşayiət olunan diafraqmanın sağ yarısının və qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sağ yarısının sağ döş (plevra) və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və, o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 137-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 150-ci vərəqəsində olan Yardımlı RİHB-nın Zevin ƏİD-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri Rəşid Tinayev tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, Əsgər Təqsirləndirilən şəxs döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Psixiatriya Xəstxanasından daxil olmuş 05 sentyabr 2023-cü il tarixli, 1/4235 nömrəli məktubdan görünür ki, X1 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməmişdir. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli, 11647 nömrəli məktubdan görünür ki, X3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 154-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 116 saylı 19 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunamamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respblikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, müsbət səciyyələndirilməsini və hərbi hissənin komandiri tərəfindən Fəxri Fərmanla təltif edilməsi isə Azərbaycan Respblikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 07 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 34-cü vərəqəsində olan 07 noyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 99-100-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli 4(003)-516/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq və üzərində qan ləkəsi olan sviter məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar