Məhkəmə qərarları › İş №1(101)-1533/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1533/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1533/2022 28.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X2 ştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 55/57, mənzil 113-də qeydiyyatda olmaqla ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək ünvan 1 ünvanında yerləşən mənzilindən saxlanc yeri kimi istifadə etməklə, həmçinin üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 mart 2022-ci il tarixdə saat 21:10-da yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq DİN-in BNMİ-nin inzibati binasına aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 3 ədəd ağ rəngli və 2 ədəd yaşıl rəngli olmaqla ümumilikdə 5 ədəd kağız bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0,530 qram, 0,484 qram, 0,492 qram və 0,446 qram, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,729 qram olmaqla ümumi təmiz çəkiləri 6,144 qram təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirləri davam etdirilərək həmin gün Təqsirləndirilən şəxs yaşadığı mənzilinə keçirilmiş baxış zamanı sonuncunun qabaqcadan mənzilində saxladığı 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 590 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuana hissəcikləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il narkotik vasitə marixuandan istifadə etmişdir. 2021-ci il yay aylarında təsadüfən toy məclislərinin birində tanışlarından əldə etdiyi çətənə toxumunu ünvan 2 ünvanında yerləşən evinin damında əkərək 1 ədəd çətənə kolu əldə etdikdən sonra onu qurudub şəxsi istifadəsi üçün evində saxlamışdır. Əldə etdiyi qurudulmuş marixuananın mütəmadi olaraq bir qismini kağız bükümlərdə və yaxud kibrit qutusunda qablaşdırıb üzərində daşımışdır. Həmin narkotik vasitələrdən tanışlarına da pay olaraq vermiş, bəzi hallarda isə bunun qarşılığı olaraq həmin tanışları ona avtomobilinə yanacaq almaq üçün kiçik məbləğdə pul vermişdir. Lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 25 mart 2022-ci il tarixdə həmişə olduğu kimi evində saxladığı qurudulmuş marixuanın bir qismini kağız bükümlərdə və kibrit qutusunda qablaşdırıb şəxsi istifadəsi üçün üzərində götürmüşdür. Həmin tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında piyada gedərkən ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etməklə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində təxminən 2 qram qurudulmuş marixuana olan kibrit qutusunu, yaşadığı evin 1 ədəd açarını, həmin gödəkcəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 1 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 30 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Yaşadığı evin açarı və 30 manat pul özünə qaytarılsa da, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqdim etdiyi kibrit qutusunda nə olması və haradan əldə etməsi barədə soruşulduqda həmin bükümlərdə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu, 2021-ci ilin yay aylarında yaşadığı evin damında əkib-becərdiyini, şəxsi istifadəsi üçün qurudaraq yaşadığı mənzildə və üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmasa da, tanışlarına pay olaraq verdiyini, bəzi hallarda tanışlarının bunun qarşılığında avtomobilinə yanacaq alması üçün ona pul verdiklərini bildirmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş və 2 ədəd zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və başqa əşya, predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. Buna etiraz etməmişdir. Razılığı əsasında yaşadığı ünvana baxış keçirilən zaman qonaq otağındakı dolabın alt hissəsində gizlətdiyi içərisində qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi olan 1 ədəd qutunu təqdim etmişdir. Həmin qutunun içərisidə təxminən 70 qram qurudulmuş marixuana olmuşdur. Evindən 70 qram marixuana aşkar olunmasına baxmayaraq ittihamda qram artıq göstərilmişdir. Evindən aşkar edilmiş həmin kütlə də tərəzi ilə çəkildikdən sonra ona məxsus elektron tərəzi ilə birlikdə zərfə qablaşdırılaraq götürülmüşdür. Tanışları ilə marixuanadan birlikdə istifadə etmişlər. Damda çətənə bitkisi əkməsi barədə heç kimin məlumatı olmamışdır. Mənzilindən aşkar edilərək götürülmüş elektron tərəzidən uzun müddədir ki, ehtiyacı olduğu halda məişətdə istifadə etmişdir. Tutulanadək istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Heç kimə narkotik vasitənin satışı ilə bağlı sms yazmamış və ona bu məzmunda sms yazılmamışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün əkib-becərmişdir. Üzərindən 2 qram, yaşadığı evdən isə təxminən 70 qram qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Narkotik vasitənin yalnız marixuana növündən istifadə etmişdir. 1 çətənə kolundan təxminən 200 qram qurudulmuş marixuana əldə etmişdir. Heç vaxt evində və ya üzərində 200 qramdan çox qurudulmuş marixuana olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 3 il narkotik vasitə marixuandan istifadə etmişdir. 2021-ci il yay aylarında təsadüfən toy məclislərinin birində tanışlarından əldə etdiyi çətənə toxumlarını ünvan 1 ünvanında yerləşən evinin damında əkərək, hazırda xatırlamadığı sayda çətənə kolları əldə etdikdən sonra onları qurudub şəxsi istifadəsi üçün evində saxlamışdır. Əldə etdiyi qurudulmuş marixuananın mütəmadi olaraq bir qismini kağız bükümlərdə və yaxud kibrit qutusunda qablaşdırıb üzərində daşımışdır. Həmin narkotik vasitələrdən tanışlarına da pay olaraq vermiş, bəzi hallarda isə bunun qarşılığı olaraq həmin tanışları ona avtomobilinə yanacaq almaq üçün kiçik məbləğdə pul vermişdir. Lakin o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 25 mart 2022-ci il tarixdə həmişə olduğu kimi evində saxladığı qurudulmuş marixuanın bir qismini kağız bükümlərdə və kibrit qutusunda qablaşdırıb şəxsi istifadəsi üçün üzərində götürmüşdür. Həmin tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında piyada gedərkən ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etməklə ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli qış gödəkcənin sağ yan cibindən içərilərində qurudulmuş marixuana olan 3 ədəd ağ rəngli, 2 ədəd yaşıl rəngli kağız bükümləri, 1 ədəd kibrit qutusunu, yaşadığı evin 1 ədəd açarını, həmin gödəkcənin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 1 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 30 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Yaşadığı evin açarı və 30 manat pulu özünə qaytarılsa da, mobil telefonu və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqdim etdiyi kağız bükümlərdə və kibrit qutusunda nə olması və haradan əldə etməsi barədə soruşulduqda həmin bükümlərdə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu, 2021-ci ilin yay aylarında yaşadığı evin damında əkib-becərdiyini, şəxsi istifadəsi üçün qurudaraq yaşadığı mənzilində və üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmasa da, tanışlarına pay olaraq verdiyini, bəzi hallarda tanışlarının bunun qarşılığında ona avtomobilinə yanacaq almağı üçün pul verdiklərini bildirmişdir. Həmin kütlələr elektron tərəzi ilə çəkilmiş və 2 ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və başqa əşya, predmet aşkar edilməmişdir. Sorğu zamanı yaşadığı evində də narkotik vasitə saxladığını və evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Özünün razılığı əsasında yaşadığı ünvana baxış keçirilən zaman qonaq otağındakı dolabın alt hissəsində gizlətdiyi içərisində qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Şifahi sorğu zamanı evindən aşkar edilmiş maddənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün əkib-becərdiyini və qurudaraq evində saxladığını bildirmişdir. Evindən aşkar edilmiş həmin kütlə də tərəzi ilə çəkildikdən sonra ona məxsus elektron tərəzi ilə birlikdə zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Mənzilindən aşkar edilərək götürülmüş elektron tərəzi uzun müddədir onun mənzilində olmuşdur. Həmin tərəzidən yalnız ehtiyac olduğu halda məişətdə istifadə etmişdir (cild 1, iş vərəqə 55-57 və 66-68). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra o və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 25 mart 2022-ci il tarixdə gecə saat 21:10-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək BNMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razılaşıb onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmişdir. X12 Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edildikdən, eləcə də hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan uzunqol qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 5 ədəd kağız bükümü, 1 ədəd kibrit qutusunu, 1 ədəd açarı, sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki idman şalvarının sağ yan cibindən 30 manat pulu çıxarıb təqdim etmişdir. Həmin 5 ədəd kağız büküm və 1 ədəd kibrit qutusu açıldıqda içərilərində yaşıl rəngli qurudulmuş bitki kütlələrinin olduğu görünmüşdür. Sonra həmin bükümlər tədqiqatçı tərəfindən ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə birinci və ikinci bükümlərin 0,8 qram, üçüncü bükümün 0,7 qram, dördüncü bükümün 0,9 qram, beşinci bükümün 0,8 qram, kibrit qutusunda olan kütlənin kibrit qutusu ilə birlikdə 3,3 qram ümumilikdə 7,3 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə və kibrit qutusunda nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə və kibrit qutusunda olan kütlələrin qurudulmuş marixuana olduğunu, özü yaşadığı ünvanda əkib-becərdiyini, yaşadığı evdə də həmin qurudulmuş marixuanadan saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 30 manat pul və 1 ədəd açar özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd kağız büküm və 1 ədəd kibrit qutusu təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki güc, psixi təsir göstərilib-göstərilməməsi soruşulduqda, Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki güc, psixi təsir göstərilmədiyini bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tərbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlamasını bildirməsini nəzərə alaraq onun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin otağında olan dolabın aşağı hissəsindən 1 ədəd sellofan torbanı çıxararaq təqdim etmişdir. Təqdim edilən sellofan torba açıldıqda içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi və 1 ədəd gümüşü rəngli elektron tərəzi görünmüşdür. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin təxmini olaraq 610 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs torbadakı kütlənin qurudulmuş marixuana olduğunu, özünün istifadəsi üçün yaşadığı ünvanda əkib becərdiyini, hazırladığını, dost-tanışlarına çəkmək üçün verdiyini bildirmişdir. Daha sonra mənzilə baxış davam etdirilsə də, qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Aşkar edilmiş kütlə və elektron tərəzi aşkar edildiyi sellfon torbada qablaşdırılaraq götürülmüş, torbanın üzərinə yapışdırılmış kağızın üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə olduğunu özü etiraf etmişdir. Təqsirləndirilən şəxs 2 nəfər yaxınlaşmışlar. Yaşayış evinə baxış təqsirləndirilən şəxsin razılıq ərizəsi əsasında həyata keçirilmişdir. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan uzunqol qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 5 ədəd kağız büküm, 1 ədəd kibrit qutusu, 1 ədəd açarı, sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki idman şalvarının sağ yan cibindən 30 manat pulu çıxarıb təqdim etmişdir. Həmin 5 ədəd kağız bükümlər və 1 ədəd kibrit qutusu açıldıqda içərilərində yaşıl rəngli bitki kütlələrinin olduğu görünmüş, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə birinci və ikinci bükümlərin 0,8 qram, üçüncü bükümün 0,7 qram, dördüncü bükümün 0,9 qram, beşinci bükümün 0,8 qram, kibrit qutusunsa olan kütlənin kibrit qutusu ilə birlikdə 3,3 qram ümumilikdə 7,3 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükümlərdə və kibrit qutusunda nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə və kibrit qutusunda olan kütlələrin qurudulmuş marixuana olduğunu, özü yaşadığı ünvanda əkib-becərdiyini, yaşadığı evdə də həmin qurudulmuş marixuanadan saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 30 manat pul və 1 ədəd açar özünə qaytarılmış, üzərindən aşkar edilmiş 5 ədəd kağız büküm və 1 ədəd kibrit qutusu götürülərək zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edildikdən sonra möhürlənmişdir. Tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki güc, psixi təsir göstərilib-göstərilməməsi soruşulduqda ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki güc, psixi təsir göstərilmədiyi, müdafiəçinin isə təqdim etdiyi bükümlərin kimə məxsus olduğu sorğusuna həmin bükümlərin onun özünə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqə 31-34). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan uzunqol qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 5 ədəd kağız büküm, 1 ədəd kibrit qutusu, 1 ədəd açarı, sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki idman şalvarının sağ yan cibindən 30 manat pulu çıxarıb təqdim etmişdir. Həmin 5 ədəd kağız bükümlər və 1 ədəd kibrit qutusu açıldıqda içərilərində yaşıl rəngli bitki kütlələrinin olduğu görünmüş, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə birinci və ikinci bükümlərin 0,8 qram, üçüncü bükümün 0,7 qram, dördüncü bükümün 0,9 qram, beşinci bükümün 0,8 qram, kibrit qutusunsa olan kütlənin kibrit qutusu ilə birlikdə 3,3 qram ümumilikdə 7,3 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükümlərdə və kibrit qutusunda nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə və kibrit qutusunda olan kütlələrin qurudulmuş marixuana olduğunu, özü yaşadığı ünvanda əkib-becərdiyini yaşadığı evdə də həmin qurudulmuş marixuanada saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 30 manat pul və 1 ədəd açar özünə qaytarılmış, üzərindən aşkar edilmiş 5 ədəd kağız büküm və 1 ədəd kibrit qutusu götürülərək zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki güc, psixi təsir göstərilib-göstərilməməsi soruşulduqda, ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki güc, psixi təsir göstərilmədiyi, müdafiəçinin təqdim etdiyi bükümlərin kimə məxsus olduğu sorğusuna həmin bükümlərin onun özünə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqə 69). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilərkən əvvəlcə Təqsirləndirilən şəxs evində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin otağında olan dolabın aşağı hissəsindən 1 ədəd sellofan torbanı çıxararaq təqdim etmişdir. Təqdim edilən sellofan torba açıldıqda içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi və 1 ədəd gümüşü rəngli elektron tərəzi görünmüşdür. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi təxmini olaraq 610 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs torbadakı kütlənin qurudulmuş marixuana olduğunu, özünün istifadəsi üçün yaşadığı ünvanda əkib becərdiyini, hazırladığını, dost-tanışlarına çəkmək üçün verdiyini bildirmişdir. Götürülmüş kütlə və elektron tərəzi aşkar edildiyi sellofon torbada qablaşdırılaraq götürülmüş, torbanın üzərinə yapışdırılmış kağızın üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Sonra mənzildə axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir (cild 1, iş vərəqə 37-39). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs evində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin otağında olan dolabın aşağı hissəsindən 1 ədəd sellofan torbanı çıxararaq təqdim edir. Təqdim edilən sellofan torba açıldıqda içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi və 1 ədəd gümüşü rəngli elektron tərəzi görünür. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi təxmini olaraq 610 qram olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs torbadakı kütlənin qurudulmuş marixuana olduğunu, özünün istifadəsi üçün yaşadığı ünvanda əkib becərdiyini, hazırladığını, dost-tanışlarına çəkmək üçün verdiyini bildirir. Götürülmüş kütlə və elektron tərəzi aşkar edildiyi sellofon torbada qablaşdırılaraq götürülür, torbanın üzərinə yapışdırılmış kağızın üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənir. Sonra mənzildə axtarış davam etdirilir və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilmir (cild 1, iş vərəqə 69). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 26 mart 2022-ci il tarixli 7/288 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr..” yazısı və imzalar olan zərfdə 5 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,463 qram, 0,530 qram, 0,484 qram, 0,492 qram və 0,446 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,729 qram olmaqla, ümumi çəkisi 6,144 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə...” yazı və imzalar olan ağ rəngli polietilen paketdə təmiz çəkisi 590 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin paketdə 7*11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin üzərində cüzi miqdarda marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğundan onun çəkisini müəyyən etmək və təqdim edilmiş marixuanalar ilə müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Təqdim edilmiş marixuanalar eyni tərkiblidir (Qeyd: marixuananın ümumi təmiz çəkisi 596,144 qram, tədqiqata sərf edildi 0,35 qram, qalıq 595,794 qram, cild 1, iş vərəqə 46-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 3256 saylı 16 iyun 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 144-145). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 595,794 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı ünvana baxış keçirilməsi istintaq hərəkətləri görüntülərinin əks olunduğu 2 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 149-160). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin 30 iyul 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza şərti olaraq tətbiq olunmaqla 2 (iki) il sınaq müddəti seçilmişdir (cild 1, iş vərəqə 112-113). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti barəsində tətbiq edilmiş sınaq müddəti başa çatdıqdan sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 141). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 80-84). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 595,794 qram olan narkotik vasitə qurudulmuş marixuana; -1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı ünvana baxış keçirilməsi istintaq hərəkətlərinin görüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 595,794 qram olan narkotik vasitə qurudulmuş marixuana; -1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı ünvana baxış keçirilməsi istintaq hərəkətlərinin görüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar