Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1533/2024 19.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X11 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Qoşu oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmayan, ali təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcrixdanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən 1,552 qram çəkidə psixortop maddə metamfetamini satış məqsədi ilə əldə edib kirayədə yaşadığı Abşeron rayonu ərazisində yerləşən “ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, 07 sentyabr 2023-cü il tarixdə mənzil sahibi Şahid5 onun narkotik vasitələrin istifadəsində şübhələrinin olmasına və həmin mənzilə baxış keçirilməsinə dair Abşeron rayon polis idarəsinə ünvanladığı ərizəsi əsasında Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən 07 sentyabr 2023-cü il tarixdə saat 03:35-də onun razılığı ilə “ünvan 2 ünvanına keçirilmiş baxış zamanı mənzilin mətbəx otağındakı mebelin içərisindən 01 bükümdə təmiz çəkisi 1,552 qram təşkil edən həmin psixotrop maddə metamfetamin və psixotrop maddə-narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 28,6 qram çəkidə narkotik vasitə qurudulmuş mariuxananı əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 23:50-də ünvan 5 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 7 ünvanında yerləşən Nəsimi rayon polis idarəainin 20-ci polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 28,6 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş mariuxana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılmazdan bir ay əvvəl yeni kirayə mənzilə köçmüşdür. Həmin mənzildə tək yaşamışdır. 06 sentyabr 2023-cü il tarixdə saat 03:00 radələrində yaşadığı mənzili su basmışdır. Həmin vaxt mənzilin giriş qapısının açıldığını eşidib yuxudan oyanmışdır. Qapını açan evin sahibi və polis əməkdaşları olmuşdur. 3-cü mərtəbədə yaşayan şəxs evini su basdığına görə polisə zəng etmişdir. Həmin vaxt evdə şəxsi istifadəsi üçün aldığı 1 qrama yaxın çəkidə 1 bükümdə metamfetamin və bir ədəd tərəzi olmuşdur. Həmin metamfetamini polis əməkdaşlarına könüllü təqdim etmişdir. Tərəzini isə narkotik vasitə alarkən çəkidə aldadılmaması üçün almışdır. Bundan başqa, 05 noyabr 2023-cü il tarixdə axşam saatlarında üzərində 20 qram marixuana olarkən saxlanılmışdır. Həmin marixuananı da şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vastələri əldə etmək üçün qardaşından pul almışdır. Telefonundan aşkar edilmiş mesajları narkoman dostları ilə olan yazışmalardır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi ilə razılaşsa da, həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir. Təqsirləndirilən şəxs ifagəsində daha sonra qeyd etmişdir ki, ikinci epizod zamanı Nəsimi polis idarəsinin əməkdaşları tərəfindən telefonunun kodunun açılması üçün ona zor tətbiq edilməsini göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin noyabr ayının əvəllərində xidməti vəzifələrini icra edərkən iş yoldaşı Şahid2la birlikdə Papanin kimi tanınan ərazidə gecə saatlarında Təqsirləndirilən şəxs görmüşdür. Sonuncudan özünü təqdim etməsini xahiş etdikdə, özünü narahat hiss edib qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra ayağı büdrəyərək yıxılmışdır. Təqsirləndirilən şəxs saxlayaraq Nəsimi RPİ-nin 20-ci PŞ-ə aparmışlar. Bölmədə təhqiqatçı tərəfindəm şəxsin üzərinə şəxsi axtarış keçirilmişdur. Şəxsi axtarış zamanı Həsənin üzərindən 2 ədəd telefon və büküm aşkar edilmişdir. Bükümü açdıqda bitki mənşəli narkotik vasitə aşkar edilmişdir. Həsən narkotik vasitəni 100 manata Papanin adlanan ərazidən aldığını demişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2023-cü il noyabr ayının əvvəllərində xidməti vəzifələrini icra edərkən bir nəfər şəxsin özünü şübhəli aparmasını və onları (onu və digər polis əməkdaşı Şahid1) görərək qaçması nəticəsində təqib etmiş və saxlamışlar. Qaçarkən Təqsirləndirilən şəxs yıxılmış və zədə almışdır. Sonuncuya qarşı heç bir fiziki zorakılıq edilməmişdir. Həmin şəxsi post patrul avtomobilinə mindirib Polis Bölməsinə aparmışlar. Avtomobilə minərkən Həsən müqavimət göstərmiş, lakin ona qarşı güc tətbiq etməmişlər. Bölmədə şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə təxminən 30 qram çəkidə marixuana olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, digər polis nəfəri Şahid4la xidməti vəzifələrini icra edərkən efir vasitəsi ilə Səyadulla adlı şəxsin ünvan 9 ünvanında yerləşən evini su basdığını, evini kirayə verdiyini və hazırda evinin qapısını aça bilməməsi ilə bağlı müraciəti barədə məlumat verilmişdir. Əməliyyat qrupu ilə birlikdə göstərilən mənzilə getmişlər. Həmin ünvana getdikdə evi su basdığını görmüşlər. Ev 3-cü mərtəbədə yerləşmiş, 1-ci və 2-ci mərtəbələrdə yaşayan qonşuların da evini su basmışdır. Qapını açmaqda ev sahibinə köməklik etmişlər. Qapını açıb içəri girdikdə kirayə qalan şəxsin divanda oturduğunu, başını stola qoyaraq yatdığını görmüşlər. Stolun üzərində narkotik vasitə və falqa olmuşdur. Bundan sonra təhqiqatçı və hal şahidi dəvət edilmiş, videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Həsəndən stolun üstündəki narkotik vasitənin növü soruşulmuş, sonuncu psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan başqa mətbəxdəki şkafdan tərəzi də aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, digər polis nəfəri Şahid3lə xidməti vəzifələrini icra edərkən efir vasitəsi ilə bir nəfər şəxsin evini su basdığını, evini kirayə verdiyini və hazırda evinin qapısını aça bilməməsi ilə bağlı müraciəti barədə məlumat verilmişdir. Əməliyyat qrupu ilə birlikdə göstərilən mənzilə getmişlər. Həmin ünvana getdikdə evi su basdığını görmüşlər. Evin hamamdakı krantın suyu açıq qalmış, təqsirləndirilən şəxsin xəbəri olmadığından qonşuların evini su basmışdır. Hal şahidlərinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Həsən narkotik vasitə və mətbəxdə yerləşən şkafdan tərəzi təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq edilməmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsindən görünür ki, Abşeron rayonu, "Gənclər Şəhərciyi" blok 49, mənzil 11 ünvanı ona məxsudur. O həmin mənzili təxminən bir aya yaxın müddətdir Təqsirləndirilən şəxs kirayədə yaşamaq üçün vermişdir. Mənzil kirayəyə verildikdən sonra oraya gəlməmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində aşağı mərtəbədə yaşayan qonşu onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona məxsus mənzildə kirayədə yaşayan şəxs tərəfindən onun mənzilinə su axıdılması barədə məlumat vermişdir. O dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Buna baxmayaraq Həsən telefon zənglərinə cavab verməmişdir. O bu səbəbdən Şabran rayonundan çıxaraq Abşeron rayonu, "Gənclər Şəhərciyi"nə gəlmişdir. Mənzilin qapısını döysə də, açan olmamışdır. Bundan sonra onda Həsənin mənzildə narkotik vasitə və ya digər qanunsuz əməllərlə məşğul olması, eləcə də bədbəxt hadisə baş verməsi şübhəsi yaranmışdır. Bu səbəbdən ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Daha sonra mənzilə polis əməkdaşları yaxınlaşmışdılar. Onun razılığı və iştirakı ilə mənzilin qapısı açılmışdır. Bu zaman Həsənin mənzilin içərisində olmasını görmüşdülər. Polis əməkdaşları mənzilə baxış keçiriləcəyini bildirmişdilər. O və kirayədə yaşayan Həsən mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra əvvəllər tanımadığı iki nəfər hal şahidi dəvət olunmuş və mənzilə videogörüntü ilə baxış keçirilməsinə başlanılmışdı. Baxış keçirilməzdən əvvəl Həsəndən mənzildə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Həsən könüllü olaraq mənzilin mətbəx otağındakı mebelin içərisindən bir ədəd plastik qabı təqdim edərək içərisində metamfetamin olmasını bildirmişdir. Həmin maddəni isə "İnstagram" sosial şəbəkəsindən tanıdığı İran vətəndaşının vasitəsilə üç gün bundan əvvəl Sumqayıt şəhəri ərazisində qoyulan yerdən götürməklə əldə etdiyini demişdir. Həsən bundan əlavə mənzildə qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra mənzilin mətbəx otağındakı masanın üzərindən bir ədəd elektron tərəzi, bir ədəd qeyd dəftəri və Təqsirləndirilən şəxs məxsus mobil telefon aşkar olunmuşdur. Mənzilin mətbəx otağının digər hissəsinə və ümumilikdə mənzilin digər hissələrinə baxış keçirilmişdir. Lakin əlavə olaraq qanunla dövriyyəsi qadağan olunan heç bir əşya aşkar olunmamışdır. Aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş, iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Mənzilə baxış, eləcə baxışın həyata keçirilməsinin protokollaşdırılması zamanı heç bir etiraz və şikayət daxil olmamışdır. Mənzilə baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinə aparılmışdır. 07 sentyabr 2023-cü il tarixli Şahid5 tərəfindən yazılmış ərizədən görünür ki, Abşeron rayonu, "Gənclər Şəhərciyi" blok 49, mənzil 11 ünvanında yerləşən evində kirayə yaşayan Təqsirləndirilən şəxs həmin mənzidə narkotik vasitə istifadəçisi olmasından şübhələnmiş, mənzilə baxış keçirilməsini xahiş etmişdir. (Cild 1 i.v. 117) 07 sentyabr 2023-cü il tarixli Şahid5 tərəfindən yazılmış ərizədən görünür ki, Şahid5 Abşeron rayonu, "Gənclər Şəhərciyi" blok 49, mənzil 11 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. (Cild 1 i.v. 119) 06 noyabr 2023-cü il tarixli Şahid1 tərəfindən tərtib edilmiş raportdan görünür ki, 05 noyabr 2023-cü il tarixdə saat 23:50 radələrində Şahid2 ilə ünvan 10 ünvanının qarşısında bir nəfər şəxs özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları olduğunu bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmədən qaçmağa başlamış və bir qədər qaçdıqdan sonra ayağı büdərəyərək yıxılmışdır. Şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhələnmiş və onu saxlayaraq Nəsimi RPİ-nin 20-ci PB-ə aparmışlar. (Cild 1 i.v. 3) 07 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 04:40da Həsənov X7 RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kaitanı Nurlan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 135) 06 noyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 01:10da Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı, polis kaitanı Vüsal Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 18-19) 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri X13 RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X6 Həsən Kamal oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 173-178) 07 noyabr 2023-cü il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Həsən Kamal oğlu barəsində Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov tərəfindən 3 (üç) ay həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saaxlanılarkən işgəncəyə məruz qalmadığını bildirmişdir(Cild 1 i.v. 89-92) 07 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı, ünvan 12 ünvanına baxış keçirilən zaman orada mətbəxt otağında yerləşən dolabda olan bir ədəd plastik qabın içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, təmiz çəkisi 1,552 qram təşkil edən psixotrop maddə metamfetaminin, 01 ədəd qeyd dəftərinin, 01 ədəd Təqsirləndirilən şəxs məxsus mobil telefon və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1 i.v. 120-122) 07 sentyabr 2023-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. (Cild 1 i.v. 143-144) 08 sentyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus kirayə yaşadığı evdən aşkar edilmiş içərəsində müxtəlif qeydlər olan kitabçaya baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (Cild 1 i.v. 181) 06 noyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 28,6 qram çəkidə bitki mənşəli kütlə tərkibində markotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə mariuxana və 01 ədəd “İphone 7” və “Poco x3 NFC” markalı mobil telefonların aşkar edilərək götürülməsi faktı təsdiq olunur. (Cild 1 i.v. 44-88) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** mobil nömrəsinə məxsus “Vatsap” ani yazışma proqramında çox saylı telefon danışıqları aparılmış və sms mətni daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı orada fuad adlı şəxslə aralarında olan yazışma zamanı “atıram” sms yazısına Təqsirləndirilən şəxs “tezləşdir” deyə, “yarım saata , baş üstə” sms yazızma “nə oldu ay brat” deyə, “atıram, 10 ca dəyqe baş üstə. Brat onu atım sonra bidənə yarı neqd almar. Neqd onu alıb verəcəm 30 əlavə basqası isdəyir” sms yazısına Təqsirləndirilən şəxs “he atdun brat? Meni pis vəziyyətdə” deyə cavab verdiyi sms yazısının olduğu, bundan başqa qayirilmis adlı şəxslə aralarında olan yazışma zamanı”brat bidənə cavab yaz.mən masini yuükləmişəm. Qaladan çıxmalıyam uje” sms yazısına Təqsirləndirilən şəxs “ neynemey istiyirsən?” deyə cavab verdiyi, “nəyin var brat, belə pis çıxmasın puluynan azda olsa kola istiyirəm brat dünənki daş mənə yaman lomka verib” sms yazısına “yoxdu ko” deyə cavab verdiyi, “ bəs dərman brat, abicim neynirsən” yazısına “hecnə” deyə, “valla hardasan kola var? brat salsm” sms yazısına Təqsirləndirilən şəxs “kola gəldi” deyə cavab verdiyi, həmin şəxslə 30 oktyabr 2023-cü il tarixdə olan yazışma zamanı “necesən? kola varındı?? Sms yazısına Təqsirləndirilən şəxs “hə varim” deyə cavab verdiyi, “10 lug verə bilərsən?” sms yazısına “yox” deyə cavab verdiyi, “əmələ gəlməz 10 lug mənə verəsən, həsən?” sms yazısına cavab vermədiyi, həmin şəxslə 18 oktyabr 2023- cü il tarixdə olan yazışma zamanı ‘‘sabahın xeyr kral yetim kola varındı?” sms yazısına Təqsirləndirilən şəxs “hə” deyə cavab verdiyi, “ufff 5 diy verə bilərsən qardaşıva? Sms yazısına “ yox” deyə cavab verdiyi, həmin şəxslə 16 oktyabr 2023-cü il tarixdə olan yazışma zamanı “necesən qaqam vəziyyət qaqamsan basiva dönərəm kolan var?” sms yazısına Təqsirləndirilən şəxs “var” deyə cavab verdiyi, “muduru gözləyirəm gəlsin pul alım. Səndə verərəm. Kola verərəsən, vəziyyətim pisdi. Yatmada nolar gələcəm birazdan” sms yazılarma Təqsirləndirilən şəxs “ gözduyurəm. 50” deyə cavab verdiyi, bundan başqa Aqil adlı şəxslə aralarında 14 oktyabr 2023-cü il tarixdə olan yazışma zamanı , “Canm mənim meti almar axşama?” yazılan smslərə Təqsirləndirilən şəxs cavab olaraq “hə pulun var?” deyə cavab verdiyi yazısının olduğu müəyyən edildi. (Cild 1 i.v. 251-259) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1544 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bükülüdəki ağ rəngli sellofan bükülüdə təmiz çəkisi 28,60 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Cild 1 i.v. 53-56) Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cii il tarixli 3-16-16/2-6/4774 nömrəli rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün N 56 “ möhür əksi, “Təqsirləndirilən şəxs kirayədə yaşadığı....” və s. yazılar olan zərfdəki 01 ədəd qutucuq formalı qabda təmiz çəkisi 1,552 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Elektron tərəzinin üzərində psixotrop maddə-metamfetamin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mükün olmadı. (Cild 1 i.v. 153-157) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8114 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 243-244) 21 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 28,58 qram qalığı və 01 ədəd “Poco x3 NFC” markalı mobil telefon Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar olunmuş 01 ədəd qutucuq formalı qabda ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1,452 qram qalığı və 01 ədəd “AOSAİ” markalı elektron tərəzi Abşeron RPİ-ə təhvil verilməsi nəzərə alınmışdır. (Cild 1 i.v. 278-293) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1 i.v. 96-97) Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə hər hansı xoşagəlməz hallar haqqında məlumat daxil olmamışdır. (Cild 1 i.v. 199) Cinayət işinin materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2016-cı il tarixdən 31 oktyabr 2018-ci il tarixədək "xxxx" MMC daxili nəzarət şöbəsində daxili nəzarətçi, 01 mart 2021-ci il tarixdən 23 noyabr 2022ci il tarixədək Bakı Nəqliyyat Agentliyinin Aparatında İnzibati işlər şöbəsi təsərrüfat sektrounun məsləhətçisi vəzifəsində işləmiş, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığına görə xitam verilmişdir. (Cild 2 i.v. 22-25) Cinayət işinin materiallarına əlavə edilmiş diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq ixtisasını bitirmişdir. (Cild 2 i.v. 26) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs 10 may 2018-ci il təvəllüdlü Həsənli Kamal həsən oğlu adında bir azyaşlı övladı vardır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın suərtindən görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçmişdir. İlkin tibbi müayinə zamanı sağ çiyinin ön səthində təqribi ölçüsü 3 (üç) sm olan sarımtııl rəngli qançır aşkar edilmişdir. (Cild 2 i.v. 73-77) “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitut” X10 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmiş, 21560 sıra sayı ilə ambulator kitabında qeydə alınmışdır. Həkim X.Dostuyev tərəfindən sağ daban nahiyəsinin və pəncəsinin əzilməsi diaqnozu qoyulmuşdur. Xəstənin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşının deməsinə görə küçədə yıxılmışdır. (Cild 2 i.v. 93) Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən onun sağ çiyin və sağ daban nahiyəsində xəsarət aşkar edilmişdir. Xəsarətləri saxlanılan zaman yıxılması nəticəsində aldığını bildirmişdir. (Cild 2 i.v. 100-101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində olmuş xəsarətlərdən sağ çiyin nahiyəsində qançır küt yaranma mexanizminə malikdir, 09 noyabr 2011-ci il tarixdən 8-12 gün əvvəl yetirilməyə uyğun gəlir. Qeyd olunan xəsarət müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdi. Sol biləyin çapıq toxuması müfəssəl təsvir olunmadığından törənmə müddəti, yetirilmə mexanizmi və sağlamlığa zərər vurma dərəcəsi barədə fikir söyləmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitut” X12 qoyulmuş “sağ daban nahiyəsinin və pəncəsinin əzilməsi” diaqnozunda xəsarətlərin xarakteri, obyektiv və klinin əlamətləri, həmçinin hansı tibbi yardımın göstərilməsi öz əksini tapmadığından həmin diqanozun xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. 07 sentyabr 2023-cü il tarixli baxış protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilin şkafında olan 1 ədəd plastik qabın işərisində psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 01 ədəd qeyd dəftəri və 01 ədəd Təqsirləndirilən şəxs məxsus mobil telefon aşkar edildi. Məhkəmə baxışı zamanı həmçinin 07 sentyabr 2023-cü il tarixli şəxs axtarış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq üzərində hər hansı qanunla qadağan olunmuş əşya olmadığını bildirmiş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan başqa, 06 noyabr 2023-cü il tarixli şəxs axtarış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs təhqiqatçının təklifi ilə əynində olan şalvarın sol yan cibindən 02 ədəd mobil telefon və sağ yan cibindən 01 ədəd bükümdə marixuananı təqdim etdi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 20 gün əvvəl tanış olduğu Tahir adlı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs boğaz nahiyəsindəki yaralarla bağlı təhqiqatçının sualına polis əməkdaşlarından qaçan zaman yıxılması nəticəsinə əmələ gəldiyini, gözünün altındakı yaraları isə 3-4 ün əvvəl aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə marixuana ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürüldü. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə : həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 5 (beş) qramdan 500 beş yüz) qramadək çəkidə narkotik vasitə marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 2-ci siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi, eləcə də, kirayə yaşadığı mənzilə baxış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə, kirayə yaşadığı mənzilə keçirilən baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 07 sentyabr 2023-cü il tarixli baxış ev sahibinin Şahid5 və təqsirləndirilən Təqsirləndirilən şəxs razılığı ilə videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə kirayə yaşadığı mənzilin şkafında olan 1 ədəd plastik qabın içərisində psixotrop maddə metamfetamini və elektron tərəzini könüllü təqdim etmişdir. Həmçinin 06 noyabr 2023-cü il tarixli tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə əynində olan şalvarın sol yan cibindən 02 ədəd mobil telefon və sağ yan cibindən 01 ədəd bükümdə marixuananı könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında hər iki epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını deyərək bu halları mübahisələndirməmiş, ancaq ikinci epizod zamanı Nəsimi polis idarəsinin əməkdaşları tərəfindən telefonunun kodunun açılması üçün ona zor tətbiq edilməsini göstərmişdir. Həmçinin həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin 1,552 qram çəkidə psixotrop maddə metamfetamini və 28,6 qram çəkidə qurudulmuş marixuananı əldə etməsi ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, telefonunda aşkar edilmiş yazışmalar və digər sənədlərlə də tam təsdiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə baxış keçirərkən çoxlu sayda mesajlar aşkar olunmuş, həmin mesajlar isə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olmuşdur. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə etmişdir. Bundan başqa, ilk epizod üzrə yaşadığı evdən tərəzi aşkar edilmiş və bu da onun satış məqsədini təsdiq edən haldır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən üzərində xəsarətlər aşkar olunmuş, həmin xəsarətləri ikinci epizod zamanı Nəsimi polis idarəsinin əməkdaşları tərəfindən telefonunun kodunun açılması üçün ona zor tətbiq edilməsini göstərmişdir. Göstərilən halın araşdırılması üçün məhkəmənin qərarı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, keçirilən ekspertiza ilə müəyyən edilmişdir ki, istintaq təcridxanasına daxil olarkən onda aşkar edilmiş xəsarətlərdən sağ çiyin nahiyəsində qançır küt yaranma mexanizminə malik olub, 09 noyabr 2023-cü il tarixdən 8-12 gün əvvəl yetirilməyə, yəni həmin xəsarətlər Təqsirləndirilən şəxs tutulduğu 06 noyabr tarixidən əvvələ uyğun gəlir. Təcridxanaya daxil olarkən üzərində olmuş digər xəsarətlərdən sol biləyin çapıq toxuması müfəssəl təsvir olunmadığından törənmə müddəti, yetirilmə mexanizmi və sağlamlığa zərər vurma dərəcəsi barədə fikir söyləmək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X12 qoyulmuş “sağ daban nahiyəsinin və pəncəsinin əzilməsi” diaqnozunda xəsarətlərin xarakteri, obyektiv və klinin əlamətləri, həmçinin hansı tibbi yardımın göstərilməsi öz əksini tapmadığından həmin diqanozun xəsarət kimi qiymətləndirilməsi mümkün olmamışdır. Həmçinin şahidləri ifadələrindən də aydın olur ki, Təqsirləndirilən şəxs Nəsimi polis idarəsinin əməkdaşları tərəfindən tutularkən qaçmağa cəhd edərkən yıxılmışdır. Bundan başqa, Nəsimi rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən də ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq edilmədiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilmiş həmin xəsarətlər onun tutulduğu tarixə, yəni xx.xx.2023-cü il tarixə deyil, ondan əvvəlki tarixlərə uyğun gəlir. Yəni xəsarətlər o, tutulmamışdan əvvəl əmələ gəlmiş və ona görə də, polis əməkdaşları tərəfindən yetirilən xəsarət kimi qəbul edilə bilməz. Məhkəmə məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsilə tövsif edilməlidir. Onun əməlində CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli 05 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 28,58 qram çəkidə qurudulmuş marixuana və Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1,452 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd “Poco x3 NFC” markalı mobil telefon özünə qaytarılmalı, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə kimyəvi və məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş ümumilikdə 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 üçün vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 07 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 05 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 28,58 qram çəkidə qurudulmuş marixuana və Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1,452 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd “Poco x3 NFC” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılsın. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1533/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1533/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver