Məhkəmə qərarları › İş №1(101)-1534/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1534/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1534/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidən naməlum mənbədən 09 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində 01 ədəd bükümdə təmiz çəkisi 9,429 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 09 aprel 2023-cü il tarixdə saat 19:10 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq, əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 9,429 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. O, 09 aprel 2023-cü il tarixdə evdə imiş. Nəyinki həmin gün heç əvvəlki günlərdə də o “Şamaxinka” adlanan ərazidə olmamışdır. O, heç bir növdə olan narkotik vasitə əldə etməmiş, istifadə etməmiş, almamış, satmamış, narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə onun həmin gün evdə olmağını müəyyən edə bilər. 09 aprel 2023-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində deyil, Hüseynbala Əliyev küçəsində saxlanılmışdır. O, Yasamal Rayon Pİ-nin 29-cu PŞ-nə aparılmışdır. O, heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Onun İİR vətəndaşları ilə heç bir əlaqəsi olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, PB-nə gətirilən zaman Amin adlı təhqiqatçı və rəis müavini ona iki şərt demişlər. Ya narkotik vasitəni üstünə götürərək 9 qram narkotik vasitəni “Şamaxinka” adlanan ərazidən 25 manata aldığını deyəcək, ya da daha ağır maddələr ilə, AR CM-nin 274-cü maddəsi olan dövlətə xəyanət cinayəti ilə ittiham olunacaqmış. O, hansı əməlinə görə bunların başına gəldiyini soruşduqda, ona demişlər ki, onlar özü daha yaxşı bilir. Ona qarşı fiziki təzyiq olmamış, sadəcə ona qarşı psixoloji təzyiq olmuşdur. Elan olunmuş cinayət işinin 31-32-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, psixoloji təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 34-cü vərəqəsində olan izahatında, 53-56-cı vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...hərdən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroindən istifadə edir. 09 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan əraziyə getmiş və orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 25 manat pul müqabilində bir ədəd bükümdə “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroin almış, həmin narkotik vasitə olan heroini bir neçə saatdan sonra şəxsi istifadə etməyi üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq müəyyən işləri ilə məşğul olmuş, həmin günü, yəni 09 aprel 2023-cü il tarixdə saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu istiqamətində hərəkət edərkən, ünvan 5 ünvanın qarşısından piyada keçən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğu barədə şübhələndiyini deyərək onu Polis Şöbəsinə onlarla birlikdə getməyə dəvət etmiş, polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansı bir başqa hərəkət etməyə macal tapmamış və onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Şöbədə öz istəyi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə nə varsa təqdim etməyi təklif olunmuş, şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı gümüşü rəngli kağıza bükülmüş bir bükümdə olan “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroini əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etmiş, sonra həmin bükümdə olan heroin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, psixoloji təzyiq altında izahatı və ifadəni imzalamışdır. Elan olunmuş cinayət işinin 165-172-ci vərəqələrində olan SMS yazışmalarını əks etdirən diskə baxış keçirilməsi barədə protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, onun “X13'-da ofisi var imiş. Onlar üz-üzə otaqda Fuad müəllim nəşriyyatda işləyirmiş. O, mart ayında ofisi təhvil verəndən sonra otağında olan əşyaları Fuad müəllimə satmış, Fuad da 200 manat pul verməli imiş. Lakin 100 manat vermiş, 100 manat qalmışdır. Həmin 100 manatı kartına atması ilə bağlı Fuad müəllimlə yazışmışdır. Narkotiklə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nrn 29-cu PŞ-də baş əməliyyat müvəkkili işləyir. Bakı şəhəri, Yasamal ravonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə bir neçə dəfə əməliyyat tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək mümkün olmamışdır. 08 aprel 2023-cü il tarixdə daxil olmuş məlumata əsasən, Təqsirləndirilən şəxs əməllərinə davam etməsi, yaşadığı ünvan ətrafında narkotik vasitə və psixotrop maddələrin alqı-satqısını həyata keçirməsi, həmçinin xx.xx.2023-cü il tarixdə saat 18-19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində görünməsi, qeyri-qanuni hərəkətlərinə davam etməsinə dair məlumatlar daxil olmuşdur, bununla əlaqədar dərhal əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmadığından sözügedən tədbiri növbəti dəfə həyata keçirəcəklərini qərarlaşdırmışlar, ertəsi günü, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin məlumatlar yenidən daxil olmuşdur. 09 aprel 2023-cü il tarixdə saat 17:30-dan başlayaraq təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə tədbir keçirildi, həmin zaman soraqlaşma əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu istiqamətində hərəkət etməsi müəyyən olunmuş, keçirilən tədbiri davam etdirərək onun Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi istiqamətində hərəkət etməsi müəyyən olunmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 09 aprel 2023-cü il tarixdə saat 19 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə getməyə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs özü bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmiş, həmin büküm barədə Təqsirləndirilən şəxs soruşduqda təqdim etdiyi həmin bükümün içərisində olan «kola» və «kakos» kimi tanınan heroin olmasını, heroini həmin gün Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 25 manat pul verib alaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub ünvan 5 ünvanı qarşısına daşıyaraq üzərində saxlamasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixiki təzyiq və təsir olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, video-çəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlamışlar. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil olunmuş, həmin məlumat əsasında Bakı şəhərinin istənilən rayonunda tədbir keçirmək ixtiyarları var. Təqsirləndirilən şəxs üzərindən bir büküm aşkar olunmuş, həmin bükümn tərkibi ekspertiza ilə müəyyən olunur. Nakotik vasitənin növ və çəkisi ekspertiza rəyi ilə müəyyən olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 eyni məzmunlu ifadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 09 aprel 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, alqı-satqısında, dövriyyəsi və sair məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramin Məmmədovun 09 aprel 2023-cü il tarixli, 3-13-53-4/Ə28 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 09 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 5(004)-306/2023 saylı qərarından görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 09 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarınnı sağ cibindən bir ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, tozşəkilli qəhvəyi rəngli olan maddəni təqdim edərək, həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023cü ildə saat 12:00-da Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 41-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 6/2085 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 169” dairəvi möhür əksi və «.. .Təqsirləndirilən şəxs-imza, üç-imza, A.Məcidli-imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 9,429 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 156-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükülü barədə Təqsirləndirilən şəxs soruşduqda, sonuncu 09 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 25 manat verib aldıqdan, sonra üzərində saxlayıb özü ilə ünvan 5 ünvanın qarşısına daşımasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya, sənəd və sair aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş və içərisində kristalşəkilli maddə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin 191-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncu könüllü olaraq üzərindəki narkotik vasitə olan bükümü təqdim etdiyini bildirib, istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 195-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncu könüllü olaraq üzərindəki narkotik vasitə olan bükümü təqdim etdiyini bildirib, istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 110-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda dəfələrlə Astara sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının sərhədini keçmişdir. Cinayət işinin 224-226-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bak şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 17 may 2023-cü il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından sonuncunun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş polis əməkdaşlarının şahid ifadələrindən görünür ki, ilkin əməliyyat məlumatı « Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması» ilə bağlı olmuşdur. Belə ki, iş üzrə şahidlər Yasamal RPİ-nrn 29-cu PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və X5 ifadələrində göstərmişlər ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs cinayət işinin 34cü vərəqəsində olan izahatında, 53-56-cı vərəqələrində olan ifadəsində göstərmişdir ki, 09 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadəğə şəxsdən şəxsi istifadəsi üçün 25 manat pul müqabilində bir ədəd bükümdə “kola” kimi tanınan narkotik vasitə olan heroin almışdır. Məhkəmə baxışında dindirilərkən isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, o, heç bir növdə olan narkotik vasitə əldə etməmiş, istifadə etməmiş, almamış, satmamış, narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Ona qarşı psixoloji təzyiq olduğuna görə fərqli ifadə vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istinatq dövründə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatları "xxxx" MMC-dən götürülmüş, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmasını sübut edən hansısa hal aşkar edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması və daşımasını sübut edən yalnız cinayət işinin 165-172-ci vərəqələrində olan 10 may 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokola istinad etmişdir. Həmin protkoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan mesajların mətnləri olan bir ədəd CD diskə baxış keçirilərkən, xx.xx.2023-cü ildə saat 13:57:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Ya pulu gönder, yada ki ne götürübsen apar qoy yerine. Bugün gəlib götürecem hamısını. İki aydı aldadırsan meni” məzmunlu mesaj göndərilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həmin telefon yazışmaları ilə əlaqədar bildirmişdir ki, onun “X13'-da ofisi var imiş. Onlar üz-üzə otaqda Fuad müəllim nəşriyyatda işləyirmiş. O, mart ayında ofisi təhvil verəndən sonra otağında olan əşyaları Fuad müəllimə satmış, Fuad da 200 manat pul verməli imiş. Lakin 100 manat vermiş, 100 manat qalmışdır. Həmin 100 manatı kartına atması ilə bağlı Fuad müəllimlə yazışmışdır. Həmin yazışmalarda narkotiklə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, FHN-nin mətbuat şöbəsində komputer mərkəzinin rəhbəri vəzifəsində işləyir. O, ***-***-**-**, ***-***-**-** telefon nömrələrindən istifadə edir. Təqsirləndirilən şəxs “City Mall”-da onun qonşuluğunda işləyirmiş. Təqsirləndirilən şəxs işdən çıxmış, divan-kreslosu xidməti otağında qalmışdır. Təqsirləndirilən şəxs həmin divan-kreslonu satırmış. 2023-cü ildə o divan-kreslo almaq istədiyindən administratorları Adil adlı şəxs Təqsirləndirilən şəxs divan-kreslo satdığından ona nömrəsini vermişdir. Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda Təqsirləndirilən şəxs divan-kreslonu 250 manata satdığını demişdir. O, Təqsirləndirilən şəxs divan-kreslonu almaq istədiyini, hər həftə 50 manat ödəyəcəyini demişdir. O, hər həftə Təqsirləndirilən şəxs kart vasitəsilə online şəkildə 50 manat ödəyirmiş. O, Təqsirləndirilən şəxs divankreslo aldığından Təqsirləndirilən şəxs kartına borcunu atırmış. Divan-kreslonu aldıqdan sonra 4-cü həftədə o Təqsirləndirilən şəxs 50 manat verməmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyini görüb ondan divan-kreslonu geri istəmişdir. O, həmin zaman Təqsirləndirilən şəxs borcunu 2 gün sonra ödəyəcəyini deyib 2 gün sonra Təqsirləndirilən şəxs kartına borcunu atmışdır. Onun Təqsirləndirilən şəxs ilə başqa heç bir danışığı olmamışdır. O, yalnız Təqsirləndirilən şəxs ilə divan-kreslo almaq istədiyindən əlaqə saxlamışdır. Elan olunmuş Təqsirləndirilən şəxs mobil telefonuna daxil olan “Salam Fuad müəllim... Yusifdi, dünen dediz atacam karta” məzmunda; 14 mart 2023-cü il tarixdə “Atacam yusif karta problem vardi atib deyacam sana” məzmunda, 18 mart 2023-cü il tarixdə “Yusifdi, dünen dediz atacam karta. Zəhmət olmasa bura göndərin bura“ məzmunda, 28 mart 2023-cü il tarixdə “ kart budur” məzmunda, 29 mart 2023-cü il tarixdə “Pulu at karta 1000 manat, Kapital” məzmunda, 08 aprel 20203-cüil tarixdə “Ya pulu göndər, yada ki ne götürübsən apar qoy yerine. Bugün geli” məzmunda telefon yazışmalarına əsasən əlavə şahid Fuad Əliyev bildirmişdir ki, elan olunan telefonda olan mesajlar Təqsirləndirilən şəxs ilə onun arasında olmuşdur. Həmin mesajlar alınmış divankreslolarının pulunun ödənilməsi barəsində olmuşdur. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Beəl ki, cinayət işinin 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞ-dən daxil olmuş 26 aprel 2023-cü il tarixli, 1/2-4575/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 163-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 08 may 2023-cü il tarixli, 3-13-53- 4/2-6508 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Habelə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 aprel 2023-cü il tarixli 2093 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 173-174) İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 11 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələrin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «heroin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadələrində göstərmişdir ki, onun üzərindən narkotik maddə aşkar edilməmişdir və qeyd etmişdir ki, onun üzərində narkotik maddə olmamış, ibtidai istintaq vaxtı yanlış ifadələrini psixoloji təzyiq altında vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 136-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 132-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 25 aprel 2023-cü il tarixli, 7007 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 173-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 aprel 2023-cü il tarixli 2093 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 175-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 şəxsinin 11 aprel 2023-cü il tarixli, 965 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törədilən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət əməli törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində arılaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs X3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 09 aprel 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 09 aprel 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 102-104-cü vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 4(004)-280/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 9,329 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 9,329 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar