Məhkəmə qərarları › İş №1(101)-1535/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1535/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1535/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X25, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı3, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X29 nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X29 7-ci psixiatrik şöbəsinin müdiri, eyni zamanda gündüz stasionarı şöbəsinin psixiatrı vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi üzrə 23 oktyabr 2015-ci il tarixli, 2420 saylı əmrlə həmin xəstəxananın gündüz stasionarı şöbəsinin psixiatrı vəzifəsi həvalə edilmiş, habelə 26 mart 2021-ci il tarixli 641-K saylı əmrlə publik hüquqi şəxsdə 7-ci psixiatrik şöbəsinin müdiri vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş «Həkimpsixiatrın nümunəvi vəzifə təlimatı»na əsasən, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin individuallaşdırma aparma taktikasını (anamenezin toplanması, kliniki-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək, zəruri müalicəni təyin və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, ayrı-ayrı fərdlər, ailələr və qruplar üçün psixoterapevtik müdaxilələri təşkil etmək və aparmaq, stosionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimləri ilə yanaşı psixoloq, sosial işçi, psixatrik tibb bacıları və digər ixtisas sahibləri ilə əməkdaşlıq və müalicə planı və müdaxilələrin təhlili, dəyərləndirilməsi və təkmilləşdirilməsində öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılması, ailə, aparat və avadanlıqlarının istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirməsini təmin etmək, sanitar marifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, xəstələrin ehtiyac və problemlərinə həssaslıqla yanaşmaq, ematiya nümayiş etdirmək, onların ailə üzvlərinə, qəyyumlara və digər əhəmiyyətli şəxslərə xəstənin vəziyyəti və müalicənin gedişi barəsində məlumat və məsləhətlər vermək, məhkəmə-psixiatrik, hərbi xidmətə yararlılıq və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi sosial ekspertiza üçün zəruri sənədlər hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək kimi inzibati-təsərrüfat və təşkilat sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, qohumu Şahid5 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 2022-ci ilin mart ayının əvvəllərində özünə müraciət edən Şahid4 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X7 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini 03 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tarixdə qeyd edilən yerdə Şahid4 maddi nemət olan qeyd edilən 100 (yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Şahid5 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında guya Şahid5 3 mart 2022-ci il tarixdən 24 mart 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RESPUBLİKA PSİXİATRİYA XƏSTƏXANASİ PUBLİK HÜQUQİ ŞƏXSİ” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid5 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, bacısı X8 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 2022-ci ilin sentyabr ayının əvvəllərində özünə müraciət edən Şahid1 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X8 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə 28 sentyabr 2022-ci il tarixdə qeyd edilən yerdə Şahid1 maddi nemət olan qeyd edilən 400 (dörd yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə X8 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında X8 10 oktyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RESPUBLİKA PSİXİATRİYA XƏSTƏXANASİ PUBLİK HÜQUQİ ŞƏXSİ” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid1 təqdim etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, oğlu X20 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 25 oktyabr 2022-cİ il tarixdə özünə müraciət edən Şahid6 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X20 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitini 25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tarixdə qeyd edilən yerdə Şahid6 maddi nemət olan qeyd edilən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə X20 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin dekabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında guya X20 25 oktyabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RESPUBLİKA PSİXİATRİYA XƏSTƏXANASİ PUBLİK HÜQUQİ ŞƏXSİ” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid6 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, xalası oğlu Şahid2 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 17 noyabr 2022-ci il tarixdə özünə müraciət edən Şahid3 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Şahid2 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tarixdə qeyd edilən yerdə Şahid3 maddi nemət olan qeyd edilən 200 (iki yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Şahid2 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında Şahid2 17 noyabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RESPUBLİKA PSİXİATRİYA XƏSTƏXANASİ PUBLİK HÜQUQİ ŞƏXSİ” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid2 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, oğlu X9 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 2022-ci ilin dekabr ayının əvvəllərində özünə müraciət edən Şahid7 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X9 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini 08 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tarixdə qeyd edilən yerdə Şahid7 maddi nemət olan qeyd edilən 100 (yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə X9 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, X45 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında guya X9 28 noyabr 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RESPUBLİKA PSİXİATRİYA XƏSTƏXANASİ PUBLİK HÜQUQİ ŞƏXSİ” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi X12 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1997-ci il tarixdən Respublika Psixiatriya Xəstəxanasında həkim ordinator vəzifəsində işləyirmiş. O, anlaqsız şəxslərə, nevroz xəstələrinə, ruhi xəstələrə, psixi pozuntusu olan şəxslərə baxır. O, Respublika Psixiatriya Xəstəxanasında 25 il işləmişdir. O, son vaxtlar Respublika Psixiatriya Xəstəxanasının 7-ci kişi şöbəsində işləyirmiş, orada xroniki ruhi xəstələr müalicə alırmış. Respublika X3 stasionar şöbəsində həkim ordinator vəzifəsində işləyirmiş. Respublika Psixiatriya Xəstəxanasında «Gündüz» stasionar şöbəsində şöbə müdiri vəzifəsi mövcud deyilmiş. Respublika Psixiatriya Xəstəxanasında «Gündüz» stasionar şöbəsindən başqa 7-ci kişi şöbəsində işləyirmiş. Həmin xəstələrin 60-70%-i uzun müddətdir ki, orada qalan, tərk edilmiş, yiyəsiz xroniki ruhi xəstələrdir. Azərbaycan Respublikası Respublika X4 və Əhalinin Sosial Müdafiəsi Fondu tərəfindən əlilliyin təyin olunması üçün hər hansı arayış tələb olunmur, lakin xəstə stasionar müalicəyə daxil olur, müalicə alır, sonra həmin xəstəyə xəstəlik tarixinə müvafiq olara epikriz verilir, həmin epikriz bir neçə səlahiyyətli həkimlər tərəfindən yoxlanılır, həmin epikriz arxiv şöbəsindən xəstənin özünə verilir. Xəstə ilk öncə xəstəxananın qəbul şöbəsinə yaxınlaşır, göndəriş və ya təcili tibbi yardım vasitəsilə qəbul olunur, şöbəyə yerləşdirilir, Həkim Məsləhət Komissiyasına təqdim edilir. Həkim Məsləhət Komissiyasının üzvləri xəstəyə diaqnoz qoyur. O, orada yalnız həkim məruzəçisi kimi iştirak edir, onun diaqnoz qoymaq səlahiyyəti yoxdur. Həmçinin Azərbaycan Respublikası Respublika X3 stasionarı şöbəsi var ki, xəstələr müalicə üçün orada yatılı olaraq qalmırlar. Gündüz stasionarı şöbəsi saat 17:00da bağlanır. Xəstələr hər gün yox, 5-10 gündən bir gəlib müayinə olurlar. O, heç kəsdən pul istəməmiş, heç kimə hansısa pul müqabilində iş görəcəyini vəd verməmiş, çünki o heç bir səlahiyyət sahibi deyil. O, Şahid5 qohumu Şahid4 ona nə qədər pul verdiyini xatırlamır, lakin təqribən 100 manat ona rüşvət kimi yox, hörmət edilmişdir. Ona verilən pulun 70- 80%-i xəstələrə sərf olunmuşdur. Dövlət xəstəxanaları hər cür şəraitlə təmin etsə də, xəstələr uzun müddətdir xəstəxanadadırlar. Xəstələr ümidlərini onlara bağlamışlar, onlar xəstələrin ən yaxın adamları olmuşlar. Xəstələrin siqaretləri olmursa və ya başqa nəsə arzulayırlarsa bunlar hamısı onlar tərəfindən təmin edilir. Yəni onlar həmin xəstələri öhdələrinə götürürlər. O, xəstələrin adına kart açılıbsa onda kartda xəstənin vəziyyəti haqqında düzgün dəlil yazır, təyinatlar verir və xəstə müayinələrdən keçirilir. X18 Respublika Psixiatriya Xəstəxanasının Gündüz stasionarı şöbəsində 2017 və 2019-cu illərdə iki dəfə mülaicədə olmuşdur. Qaragöz Hacıyevanın həkimi başqa şəxs imiş. Qaragöz Hacıyeva göndərişlə gəlib xəstəxananın Qəbul şöbəsində qəbul olunaraq Həkim Məsləhət Komissiyasının yoxlanışından keçirilmişdir. O, Qaragöz Hacıyevaya hər hansı bir vəd verməmişdir. Qaragöz Hacıyevanın qohumu ona həqiqətən 400 manat hörmət etmişdir. Bir daha bildirmişdir ki, o Qaragöz Hacıyevanın qohumuna pulun qarşılığında nəsə edəcəyinə söz verməmişdir. Onun vəzifə səlahiyyəti odur ki, məsələn, Qaragöz Hacıyevanın adına tibbi kart açılıbsa, həmin tibbi karta gündəlik qeydlər edir. O, ittiham aktında olanlarla razılaşmır. Məsələn, orada qeyd edildiyinə görə X21 xəstəxanaya gəlmədən və müalicə olunmadan tibbi kartına çıxarış verilməsinə köməklik göstərmişdir. X14 xəstəxanaya gəlməsə xəstəxananın qəbul şöbəsindən keçməyi qeyri-mümkündür. X27 xəstəxanaya gəlmiş, ona köməklik göstərdiyinə görə ona 150 manat hörmət etmişdir. Asif Məlikovun tibbi kartına xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Respublika X3 stasionarında yatdığını yazmışdır. Asif Məlikovun Respublika X3 stasionarına gündəlik gəlməsi şərt deyilmiş, 3-5 gündün bir gəlməli imiş. Respublika X3 stasionarı 20-25 nəfər üçün nəzərdə tutulan şöbə imiş. Lakin müharibədən sonra xəstələrin sayı 400-450-ə qədər çıxmışdır. Respublika X3 stasionarına qazilər həddən artıq çox gəlirmiş. Əsasən qazilər müalicə üçün xəstəxanaya gəlirmiş. Ona görə də xəstələri gündəlik qəbul etmək qeyri-mümkün imiş. Şahid3 tibbi kartına da qeydiyyatlar aparmışdır. Şahid3 tam miqdarı xatırlamasa da ona bunun müqabilində hörmət əlaməti olaraq 200 manat pul vermişdir. X19 xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci tarixinədək Respublika X3 stasionarında iştirak etmiş və müalicə olunmuşdur. X9 tibbi kartına qeydlər yazmışdır. X19 qohumu Şahid7 ona bunun barəsində müəyyən miqdarda hörmət əlaməti olaraq 100 manat pul vermişdir. O, rüşvət almamış, onlar ona hörmət mənasında pul vermişlər. O, heç kimdən pul tələb etməmiş, adı çəkilən şəxslər ona hörmət adı altında könüllü surətdə pul vermişlər. Onun həmin şəxslərdən pul istəməyə səbəbi belə yox imiş. O, heç kəsdən, heç bir həkimdən nəsə xahiş etməmişdir. Həkim Məsləhət Komissiyasında həkim və məruzəçi qismində iştirak etmişdir. Həkim Məsləhət Komissiyasının sədri və üzvləri var imiş. O, diaqnoza belə müdaxilə edə bilmirmiş. O, məruzə edərək vəzifəsini tamamlayırmış, Həkim Məsləhət Komissiyasında xəstənin diaqnozu qoyulurmuş. Həmçinin epikriz xəstəlik tarixçəsi bağlananda 5-6 instansiyadan olan səlahiyyətli həkimlər tərəfindən yoxlanılır, möhürlənərək xəstəyə təhvil verilir. Onun vəzifəsi xəstələrlə işləmək, xəstələrin təyinatlarını vermək olmuşdur. Kiməsə əlillik dərəcəsi vermək onun səlahiyyətinə aid deyilmiş, onlar əlilliklə məşğul olmur. Ümumiyyətlə əlillik dərəcəsi müəyyən etməyin onlara aidiyyəti yox imiş. O, Həkim Məsləhət Komissiyasının üzvü olmamış, həkim məruzəçi kimi çıxış edirmiş. Həkim Məsləhət Komissiyasında adətən xəstə onun xəstəsi imişsə, ilkin olaraq o birinci xəstənin analistik məlumatlarını, psixi vəziyyəti haqqında məruzə edirmiş. X40 Komissiyasının sədri və üzvləri, əlavə olaraq 10- 15 həkim xəstəyə diaqnoz qoyurmuş. Bəzən səs vermə yolu ilə xəstəyə diaqnoz qoyulurmuş. Sədr hər bir həkimin fikirlərini öyrənirmiş. O, xəstədə nəyi müşahidə edirsə deyə bilər, lakin son qərarı o vermir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı 2 dəfə ifadə vermişdir. Müdafiəçi olmadan istintaqda verdiyi ilk ifadə yadındadır. O, həmin ifadəni verəndə 10 gün əvvəl əməliyyat olunmuş, özündə deyilmiş, həmin ifadəni stress altında vermişdir. Bu səbəbdən həmin ifadəni təsdiq etmir. Respublika X3 stasionarına xəstələr Qəbul şöbəsində qəbul olunur. Qəbul şöbəsində xəstənin adına xəstəlik tarixçəsi açılır, xəstə müalicə olunmaq üçün müvafiq həkimə yönləndirilir. Adı çəkilən xəstələrdən X10 onun barəsində şikayət etməsi ilə bağlı məlumatı var. Adı çəkilən xəstələrin Respublika Psixiatriya Xəstəxanasının 7-ci kişi şöbəsinə aidiyyəti yox imiş. Adı çəkilən xəstələrin Respublika Psixiatriya Xəstəxanasının 7-ci kişi şöbəsində müalicə olunmamışdır. Sadəcə xəstə sayı çox olduqda 7-ci kişi şöbəsinin otaqlarında müalicə olunurmuşlar. Onun ordinator kimi vəzifəsi xəstə ilə söhbət etmək, analistik məlumatlar toplamaq, xəstənin psixi fəaliyyətini tədqiq etmək, xəstəni müayinəyə yönəltmək, müalicələr təyin etmək imiş. 2021-2022-ci illərdə məzuniyyətdə olmuş, Türkiyəyə getmişdir. Adı çəkilən xəstələrin əlillik dərəcəsi alıb-almaması ilə maraqlanmırmış. Xəstələr əlillik dərəcəsi almayanda gəlib şikayətlənirmişlər. Lakin bunun onun səlahiyyətinə aid olmadığını deyirmiş. Respublika Psixiatriya Xəstəxanasının həkimlərinin əksəriyyəti həkim ordinator imiş. Xəstələr həkimlər arasında bölünürmüş. Onun həmin xəstələrə tək baxmağı mümkün deyilmiş. Hər bir həkim müstəqil olaraq öz xəstələri ilə məşğul olurmuş, onun onlara göstəriş vermək səlahiyyəti yox imiş. O, Şahid10 pul verməmiş, o, ifadəsinə oxumadan imza atmışdır. O, istintaqda verdiyi ifadəni təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin cild 1, iş vərəqə 202-208 və 287-293-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...2022-ci ilin sentyabr ayının əvvəllərində Şahid1 ona müraciət edərək bacısı Qaragöz Hacıyevanın 2-ci qrup əlil kimi müavinət aldığını, lakin onun əlilliyə görə aldığı müavinətin dayandırıldığını, əlillik müddətinin uzadılması üçün Respublika Psixiatrik Xəstəxanasına gəlmədən ona guya xəstəxanada 1 ay müddətində müalicə alması ilə bağlı saxta xəstəlik tarixçəsindən çıxarış təqdim edilməsini xahiş etmişdir. Şahid1 onunla əslən İmişlidən olan tanışı Yavər adlı şəxs tanış etmiş və Üzeyirin bacısı Qaragözün əlillik müddətinin uzadılması üçün köməklik edilməsini xahiş etmişdir. Şahid1 ona bildirmişdir ki, bacısı Qaragöz Hacıyeva xəstəxanada stasionar müalicə almadan ona guya şəxsiyyət pozğunluğu xəstəliyindən əziyyət çəkməsi barədə məlumatlar daxil edilən saxta xəstəlik tarixçəsi verilsin. O, Şahid1 qeyd olunan işlərin görülməsi qarşılığında 400 manat pul istəmişdir. Həmçinin o, Üzeyirə bildirmişdir ki, Qaragöz Hacıyeva Respublika Psixiatrik Xəstəxanasına ümumilikdə 2 dəfə gələcək. Birinci dəfə qəbul şöbəsində Qaragözün adına xəstəlik tarixçəsi açılması üçün, 2-ci dəfə isə Həkim məsləhət komissiyasının əyani müayinəsindən keçməsi üçün. Şahid1 onunla razılaşmış və özünün dəvətilə 24 sentyabr 2022-ci il tarixdə onun xidməti otağına gələrək Qaragözün əvvəlki xəstəlik sənədləri, həkim göndərişini ona təqdim etmişdir. Daha sonra Üzeyir 28 sentyabr 2022-ci il tarixdə xidməti otağına gələrək əvvəlcədən razılaşdıqları qaydada 400 manat pul vəsaitini ona təqdim etmişdir. O, Üzeyirdən 400 manat alaraq Qaragöz Hacıyevanın sənədlərinin arasına qoymuş və Üzeyirə, sonuncunun bacısının o, dediyi tarixdə xəstəxanaya gələrək qəbul şöbəsindən qeydiyyatdan keçməsini və daha X40 komissiyasının əyani müayinəsinə çağıracağını bildirmişdir. Qaragöz Hacıyeva bir dəfə 15 oktyabr 2022-ci il tarixdə Respublika Psixiatrik Xəstəxanasına gəlmiş və onun adına xəstəlik tarixçəsi açılmışdır. X34 gündəlik saat 09:00-dan günorta saat 16:00-a qədər xəstəxanaya gəlib müalicə olunmalı olduğu halda gəlməmiş və o, Qaragözün xəstəxanaya gəlməməsinə göz yummuşdur. Qaragöz Hacıyeva 15 oktyabr 2022-ci il tarixdən 15 noyabr tarixə qədər olan dövrdə, yəni 1 ay müddətində xəstəxanaya gəlib-getməli olduğu halda gəlməmişdir. Qaragöz Hacıyeva 2-ci dəfə Respublika Psixiatrik Xəstəxanasına həkim məsləhət komissiyasının müayinəsindən keçmək üçün gəlmişdir. Qaragöz Hacıyevanın xəstəxanada stasionar müalicə almalı olduğu müddət bitdikdən, yəni 1 ay başa çatdıqdan sonra sonuncunun qardaşı Şahid1 Qaragöz Hacıyevanın xəstəlik tarixçəsindən çıxarışı götürmək üçün onun yanına gəlmişdir. O, Üzeyiri Respublika Psixiatrik Xəstəxanasında xidməti kabinetində qəbul etmiş və Üzeyirə dəftərxanada Könül adlı şəxsdən Qaragöz Hacıyevanın xəstəlik tarixçəsindən çıxarışı götürməsini bildirmişdir. Üzeyirdən aldığı 400 manat pul vəsaitindən 100 manatını Respublika Psixiatrik Xəstəxanasının direktoru Şahid10 təqdim etmişdir. Həmçinin Şahid10 tərəfindən saxta xəstəlik tarixçəsindən çıxarış verilməsi üçün göndərilən şəxslərdən aldığı pul vəsaitlərindən 60 faizini Şahid10 vermiş və 40 faizi ona qalmışdır. X22 müraciət etdiyi üçün sonuncunun qardaşı Üzeyirdən aldığı 400 manat pul vəsaitindən 100 manatını Şahid10 vermişdir. Yəni xəstə ona tanışlıqla birbaşa müraciət etdiyi zaman müvafiq işlər görülməsi qarşılığında xəstədən aldığı pul vəsaitinin Şahid10 60 faizini deyil, müəyyən qismini vermişdir. Lakin Şahid10 tərəfindən ona göndərilən saxta xəstəlik tarixçəsindən çıxarış verilməli olan şəxslərdən aldığı pul vəsaitindən 60 faizini Şahid10 vermiş, 40 faizi isə ona qalmışdır. Şahid10 tərəfindən saxta xəstəlik tarixçəsindən çıxarış verməyi üçün onun yanına göndərilən şəxslərin adını xatırlamır. O, aldığı pul vəsaitlərindən özünə aid olan payı götürdükdən sonra geridə qalan pul vəsaitini Şahid10 xidməti otağında sonuncuya həmin günün sonunda dəftərin arasında təqdim etmişdir. Bundan başqa kitabçada adı qeyd olunan və xəstəxanaya gəlib- getmədən saxta xəstəlik tarixçəsindən çıxarış verilməsi və həmçinin Həkim Məsləhət Komissiyası tərəfindən əyani müayinə olunaraq ona əlillik diaqnozu qoyulması üçün Şahid10 tərəfindən onun yanına göndərilən Fərrux Möhnətovdan xx.xx.2022-ci il tarixdə xidməti otağında sonuncunun yadında qalmayan yaxınlarından 150-200 manat pul almış və həmin pulun yarısını həmin gün Şahid10 xidməti otağında sonuncuya təqdim etmişdir. Bundan başqa kitabçada adı qeyd olunan və xəstəxanaya gəlib- getmədən saxta xəstəlik tarixçəsindən çıxarış verilməsi və həmçinin Həkim Məsləhət Komissiyası tərəfindən əyani müayinə olunaraq ona əlillik diaqnozu qoyulması üçün Şahid10 tərəfindən onun yanına göndərilən Şahid2 adı yadında qalmayan yaxınlarından xx.xx.2022-ci il tarixdə 300- 400 manat, Arif Məlikovun adı yadında qalmayan yaxınlarından xx.xx.2022-ci il tarixdə 100-150 manat xidməti otağında pul vəsaiti alaraq aldığı pulların yarısını həmin gün Şahid10 xidməti otağında sonuncuya təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə 1 saylı Respublika Pisixiatrik xəstəxananın baş həkimi ona Şahid2 xəstəxanada stasionar müalicə üçün qəbul edilməsi barədə tapşırıq vermişdir. O, həmin xəstənin qohumu Şahid3 ilə danışmış və xəstənin xəstəxanaya gəlmədən stasionar qaydada xəstəxanaya qəbul edilməsi və xəstəxanada yatmadığı halda xəstəlik tarixindən çıxarış verilməsi müqabilində 200 manat pul tələb edib almış və həmin məbləğin 100 manatını həmin günü xəstəxananın baş həkimi Ağasən Rəsulova sonuncunun xidməti otağında şəxsən vermişdir. Aldığı pulun müqabilində o, Şahid2 xəstəxanada yatmadığı halda xəstəlik tarixindən çıxarış vermişdir. xx.xx.2022-ci il tarixdə 1 saylı Respublika Pisixiatrik xəstəxananın baş həkimi ona Şahid7 X37 xəstəxanada stasionar müalicə üçün qəbul edilməsi barədə tapşırıq vermişdir. O, həmin xəstənin atası Şahid7la danışmış və xəstənin xəstəxanaya gəlmədən stasionar qaydada xəstəxanaya qəbul edilməsi və xəstəxanada yatmadığı halda xəstəlik tarixindən çıxarış verilməsi müqabilində 100 manat pul tələb edib almış və həmin məbləğin 50 manatını həmin günü xəstəxananın baş həkimi Ağasən Rəsulova şəxsən vermişdir. Aldığı pulun müqabilində o, Şahid7 xəstəxanada yatmadığı halda xəstəlik tarixindən çıxarış vermişdir. Xatırlamadığı tarixdə Şahid6 ona yaxınlaşaraq X47un xəstəxanada yatmadığı halda ona epikriz verilməsində köməklik göstərilməsini xahiş etmişdir. O, bunun müqabilində Şahid6 150 manat tələb edib almışdır. Buna görə də həmin pulun yarısını, yəni 75 manatını pulu aldığı gün 1 saylı Respublika Pisixiatrik xəstəxananın baş həkimi Ağasən Rəsulova sonuncunun xidməti otağında şəxsən vermişdir. Aldığı pulun müqabilində o, Arif Məlikovun xəstəxanada yatmadığı halda xəstəlik tarixindən çıxarış, yəni epikrizi sonuncunun atası Şahid6 vermişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları oxumadan imzalamışdır. O, həmin ifadələri verəndən 10 gün əvvəl əməliyyat olunmuş, özündə deyilmiş, həmin ifadələri stress altında vermişdir. Bu səbəbdən həmin ifadələri təsdiq etmir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, “Respublika Psixiatriya Xəstəxanası” X35 hüquqşünas vəzifəsində işləyir. O, istintaq zamanı izahat verməmişdir. Təqsirləndirilən şəxs xəstəxananın Gündüz stasionarı şöbəsinin şöbə müdiri vəzifəsində işləmişdir. Gündüz stasionarı şöbəsində xəstələrin qalması üçün şərait vardır, iş prinsipinə görə müalicə üçün gələn xəstələr qalmırlar. Gündüz stasionarı şöbəsində xəstələr üçün 10-15 oturacaq var. Təqsirləndirilən şəxs barəsində şikayət edilmişdir. Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını istəyirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 2008-ci il tarixdə 1 saylı Respublika Psixiatrik Xəstəxanasının baş həkimi təyin edilmişdir. Təqsirləndirilən şəxs onun direktoru olduğu xəstəxanada şöbə müdiri işləmişdir. Təqsirləndirilən şəxsla münasibəti yaxşıdır, aralarında ədavət yoxdur. Təqsirləndirilən şəxs çoxlu xəstələri olmuş və Təqsirləndirilən şəxs həmin xəstələrlə gözəl rəftar etmiş, onların qayğısına qalmışdır. Təqsirləndirilən şəxs barəsində xəstələri tərəfindən şikayət olmamışdır. Hüseyn ona heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs hansısa xəstəyə epikriz verilməsi, diaqnoz qoyulması və digər hər hansı bir şey üçün ona pul verməmişdir. Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında vəzifəli şəxs qismində tanınmır. Respublika X3 stasionar şöbəsində Respublika Psixiatriya Xəstəxanasının bütün həkimləri işləyə bilər, xəstələri müalicə edə bilər. Respublika X3 stasionar şöbəsində şöbə müdiri vəzifəsi yoxdur. Respublika X3 stasionar şöbəsinə müalicə olunmaq üçün 400-500 xəstə gəlir. 400-500 xəstənin eyni anda müalicə olunmasına şərait var, lakin buna ehtiyac yoxdur. Xəstələr gəlib həkimi ilə 5-10 dəqiqə söhbət edib müalicə olunur. Həkim xəstələrin təyinatlarını verir və xəstələr çıxıb gedirlər. Bəzən xəstələr həkimi görmürlər. Tibb bacısı müalicə olunmaq üçün gələn xəstələrə müvafiq, lazımlı dərmanları verib necə istifadə etməyini deyib xəstəni yola salır. Xəstələrin 3-5 gündən bir gəldiyi zaman hər hansı yerə imza atması kimi bir qayda yoxdur. Respublika X3 stasionar şöbəsi xəstəxana ilə evin arasında olan bir qurumdur. Xəstə evə yazıldıqda həkimin xəstə ilə əlaqəsi kəsilməsin, həmçinin həkim 3-5 gündən bir xəstəni görsün deyə yaranmışdır. Onlar psixiatr olduğu üçün onlara xəstəni görmək lazımdır. Onlar xəstə ilə daim əlaqədə olmalı, hətta onlar xəstəni danışdırmadıqları halda belə həmin xəstədə nə olduğunu bilir. Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyası mövcuddur. Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyasında xəstəni müalicə edən həkim təqdimatçı kimi çıxış edir. Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyasında həkim məruzəçi kimi Həkim Məsləhət Komissiyasının üzvü olur, lakin qərarı Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyası verir. Xəstəni edən həkimin məruzəsi əsasında qərar verilir, həmin həkimin məruzəsinə baxmayaraq Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyasının digər həkimləri həmin məruzə edən həkimin dediklərini sual altında qoya, dəyişdirə bilərlər. Məruzəçi həkim Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyasının qərarı ilə razı olub-olmadığı fərq etmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, xəstə Qəbul şöbəsinə gətirilibsə həmin xəstəyə xəstəlik tarixçəsi açılır, sonra həmin xəstə Respublika X3 stasionar şöbəsinə gedir və tibb bacısı tərəfindən həmin xəstənin qeydiyyatı aparılır. Həkim gəlib 3-5 gündən bir həmin xəstə gəldiyi zaman onun barəsində qeydlərini aparır. Həkim xəstəlik tarixçəsində qeydlərini aparır, xəstə evə getdikdən sonra xəstəlik tarixçəsini yekunlaşdırıb arxivə göndərir. Sonra həmin xəstənin yaxınları arxiv şöbəsinə yaxınlaşıb həmin xəstəlik tarixçəsinin epikrizini götürür. Xəstəlik tarixçəsi əlilliyin müəyyən edilməsi üçün hüquqi sənəd deyil. Xəstəlik tarixçəsi əsasında epikriz verilir, həmin epikrizlə xəstə yaşadığı yerin xəstəxanasına müraciət edir. Xəstə əlillik dərəcəsinə düşürsə yaşadığı yerin xəstəxanasının həkimi “forma-88” adlanan sənədi elektron variantda Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun sisteminə vurur. Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda xəstəyə əlillik dərəcəsi düşüb-düşməməsinin nəticəsi çıxarılır. Təqsirləndirilən şəxs xəstəlik tarixçəsində apardığı qeydlər əsasında arxiv şöbəsində işləyən Şahid9 bütün sənədləri sistemə vurur. Sistemə vurulan xəstələrin 5- 10%-i əlilik dərəcəsi alır. Xəstəlik tarixçəsi xəstənin əlilik dərəcəsi alması üçün həlledici sənəd deyil. Şahid10 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 294-299-cu vərəqələrində olan ifadəsində Şahid10 aşağıdakıları göstərmişdir: «...Şahid3 tanıyır. Şahid3 Şahid2 ilə onun qəbulunda olmuş, o, Cavidin xəstəxanaya gəlmədən xəstəlik tarixçəsindən çıxarış verilməsi üçün Şahid3 və Şahid2 Hüseyn həkimin yanına göndərmişdir. Hüseyn həkim onlardan aldığı pulun yarısını xidməti otağında ona vermişdir. Lakin nə vaxt verdiyini xatırlamır. Şahid6 və X28 onun yadına gəlmir. Təqsirləndirilən şəxs onlardan pul vəsaiti alıb-almadığını bilmir. Əgər Hüseyİn Seyidov Şahid6 150 manat alaraq həmin pul vəsaitini onunla bölüşdürdüyünü deyirsə deməli bele bir hal olmuşdur. Şahid7 və X19 onun yadında deyil. Təqsirləndirilən şəxs Fərrux Möhnətovun xəstəxanada gündüz stasionarına gəlmədən diaqnoz qoyulmasından ötrü Şahid7 100 manat pul alması barədə məlumatı yoxdur. Əgər Təqsirləndirilən şəxs Şahid7 150 manat alaraq həmin pul vəsaitini onunla bölüşdürdüyünü deyirsə deməli bele bir hal olmuşdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, protokoldakı ifadəni o yazsa da, lakin o həmin protokolda olan yazıları təsdiq etmir. Həmin protokol olan sənədləri imzalamamışdır. Təqsirləndirilən şəxsla onları videoçəkiliş vasitəsilə dindirmişlər. Lakin o dindirilməzdən əvvəl adicə söhbət edirmişlər, o dindirilərkən videoçəkiliş yox imiş. Sonra ona protokolunu təqdim edib belə danışdığını demişlər, lakin onun bundan xəbəri olmadığını demişdir. Lakin protokolda demədikləri yazılmışdır. O, bununla razılaşmayıb protokolu imzalamamışdır. O, Respublika Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsində işləyirmiş, lakin indi X13 İnstitutunda professor vəzifəsində işləyir, dərs deyir. Bundan əlavə Tİbb Universitetində dərs deyir. Audit keçirilmiş, lakin onun barəsində heçnə tapılmamışdır. Ona Təqsirləndirilən şəxs heç vaxt pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 2015-ci ilin fevral ayından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsin dəftərxanasında operator, 2018-ci ilin avqust ayından həmin xəstəxananın arxiv şöbəsinin operatoru vəzifəsində işləyir. Şöbədə 13 nəfər operator var. Arxiv şöbəsi olaraq fəaliyyəti daxil olan sorğuların cavablarının layihəsinin əlyazma olaraq hazırlamaqla dəftərxanaya təqdim edilməsindən, xəstəxanada müalicədə olmuş xəstələrin xəstəlik tarixçələrini əlifba sırası ilə yığılmaqla saxlanılmasından, həmçinin xəstəxanada müalicədə olmuş xəstələrə dair müvafiq şöbənin həkimi tərəfindən tərtib edilməklə xəstəlik tarixçəsinə əlavə edilmiş imzalı və möhürlü epikrizin xəstə özü müraciət etdiyi təqdirdə özünə, gəlmədiyi təqdirdə konvertlənmiş şəkildə xəstənin qeydiyyatda olduğu yer üzrə xəstəxanaya göndərilməsindən ibarətdir. Ona kiminsə tərəfindən hər hansı bir məbləğdə pul verilməmiş, həmçinin kiməsə hər hansı hərəkətə görə pul verməsindən məlumatı yoxdur. Onun operator kimi vəzifəsi çıxan xəstələrin sənədlərini komputerə yerləşdirib arxivə yığır, arxivdə gələn sorğuları yoxlayır, xəstələri Səhiyyə Nazirliyinin sisteminə daxil edir. Onun şöbələrlə əlaqəsi olmadığından Respublika X3 stasionar şöbəsində şöbə müdiri vəzifəsi olduğunu deyə bilməyəcək. Məlumatları yerləşdirəndə kimsə gəlib ona göstəriş vermir. Arxivdə məlumatlar nömrələnib sıra ilə yığılır. Respublika X3 stasionar şöbəsində nə qədər xəstə olması barəsində məlumatı yoxdur. Respublika X3 stasionar şöbəsinə xəstələrin gəlib-getməsi ilə bağlı qətiyyən məlumatı yoxdur. Onun ümumiyyətlə şöbələrlə əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdən “Respublika Psixiatriya Xəstəxanası” -na işə qəbul edilmişdir. 2014-cü il tarixdən həmin xəstəxananın Gündüz stasionarı şöbəsində böyük tibb bacısı işləyir. İşlədiyi şöbənin müdiri Hüseyn həkimdir. Onun vəzifəsi şöbədə müalicə alan xəstələrə dərmanların verilməsi, xəstələrin davamiyyət jurnalına imza etməsinə nəzarət edilməsi, müalicəsini bitirən xəstələrin şöbədə saxlanılan xəstəlik tarixçələrini xəstəlik tarixinin qeydiyyatı jurnalında müvafiq qeydlər apararaq xəstəxananın arxivinə təqdim edilməsindən ibarətdir. Gündüz stasionarı şöbəsində xəstələrin davamiyyət kitabı olur. Xəstələr təlimata uyğun olaraq həmin kitaba gündəlik imza edirlər. Həmin kitaba böyük tibb bacısı kimi o nəzarət edir. Xəstəlik tarixçəsinə qeydləri müalicə həkimi edir. Həmçinin xəstəlik tarixçəsindən çıxarışı həkim yazır. Xəstəlik tarixi tam təhvil olunduqdan və xəstəlik tarixçəsinin qeydiyyat jurnalına işləndikdən sonra çıxarışla birlikdə arxivə təhvil verilir və xəstənin özü və ya yaxınları arxivdən çıxarışı götürürlər. Ona hər hansı şəxs pul verməmişdir. O, gün ərzində 450-ə yaxın xəstə olduğundan ona təqdim edilən xəstələrin imzasının həmin xəstəyə məxsus olduğunu xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, Təqsirləndirilən şəxs Respublika X3 stasionar şöbəsində şöbə müdiri olması ilə bağlı hər hansı bir sənədlə tanış olmamışdır. Respublika X3 stasionar şöbəsində bir çox həkimlər var imiş, lakin Təqsirləndirilən şəxs özünün xəstələri olduğundan və həmin xəstələrlə şəxsən görüşdüyündən, o, Təqsirləndirilən şəxs şöbə müdirləri olduğunu deyir. Halhazırda Respublika X3 stasionar şöbəsində nə qədər həkim olduğunu dəqiq deyə bilməz. Respublika X3 stasionar şöbəsində həmin vaxt 450-ə yaxın xəstə olurmuş, həmin xəstələrin içərisində qazilər də var imiş. 400-450 xəstə hər gün Respublika X3 stasionar şöbəsinə gəlmirmiş. Gündəlik Respublika X3 stasionar şöbəsinə 100-120 xəstə gəlirmiş. Xəstə gəlib qol çəkərək dərmanı götürürmüş, sonra həmin xəstə həkimlə danışırmış. Xəstə dərmanı götürüb getdikdən sonra mütləq həkimin yanına getdiyini dəqiq deyə bilməz. Xəstə gəlib dərmanı götürdükdə onu qeyd edirmişlər. Gündəlik gəliş-gedişi qeyd etmirmişlər. Jurnal var imiş, lakin orada imza olmurmuş. Xəstənin 3-5 gündən bir gəlməsini həkim təyin edirmiş. Xəstələrin həkimlər arasında bölgüsü olurmuş. Onlar gələn xəstələrin neçəsinin qazi olub-olmadığını bilirmişlər. O, xəstəlik tarixçəsinin yazılmasında iştirak etmir. Əvvəllər həkimin təlimatlarına əsasən yazsa belə sonradan o xəstəlik tarixçəsi yazmamışdır. Xəstəlik tarixçəsinin çıxarışlarını həkimdən götürmürmüşlər. Xəstələr arxiv şöbəsinə şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşıb xəstəlik tarixçəsinin çıxarışlarını götürürmüşlər. Hər hansı xəstə gəlmədiyi halda arayış vermirmişlər. Ümumiyyətlə, Respublika X3 stasionar şöbəsində arayış verilməsi yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, cinayət hadisəsi baş verən vaxt Siyəzən rayon Mərkəzi Xəstəxanasında həkim olaraq fəaliyyət göstərirmiş. Lakin hazırda səhhətiylə əlaqədar işdən çıxmışdır. Şahid2 atası Ədalət Mayılov onun doğma xalasıoğludur. 2022-ci ilin noyabr ayının əvvəllərində Şahid2 onunla əlaqə saxlayaraq “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə qəbul olmaq istədiyini bildirmiş, buna görə ondan kömək istəmişdir. O, Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin direktoru Nərimanla əlaqə saxladıqda regionlardan olan şəxslərin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə qəbul edilmədiklərini bildirmişdir. Bu səbəbdən o xalasıoğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə getmişdir. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin baş direktoru Şahid10 yanına gedərək xalasıoğlunun psixi xəstəlikdən əziyyət çəkdiyini, əlilliyin müəyyən edilməsindən ötrü Tibbisosial ekspert komissiyasının “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xəstəlik tarixçəsindən çıxarış istədiyini bildirərək Şahid2 həmin xəstəxanaya qəbul edilməsini xahiş etmişdir. Ağahəsən yanında xidməti telefon vasitəsilə Təqsirləndirilən şəxs zəng edərək həkim yoldaşının qəbuluna gəldiyini və onun qohumunu qəbul etməyi üçün sənədlərini götürərək köməklik etməyini demişdir. O, Şahid10 minnətdarlığını bildirərək onun xidməti otağını tərk edib Şahid2la birlikdə Təqsirləndirilən şəxs otağına getmişdir. Təqsirləndirilən şəxs onları öz otağında qəbul etmiş, o, Şahid2 əvvəlki tibbi sənədlərini və həmin faylın içərisində 200 manat məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs həmin faylı götürərək Şahid2 digər tibbi sənədləri ilə birlikdə həftənin 1-ci günü gələrək həkim komissiyasından keçməsini tapşırmışdır. Təqsirləndirilən şəxs onları kiçik tibb personalından bir nəfərə qoşaraq Qəbul şöbəsinə göndərmişdir. Onlar qəbul şöbəsində qeydiyyatçılardan birinə yaxınlaşdıqda onlarla gələn tibb işçisi həmin qeydiyyatçıya Şahid2 Gündüz stasionarı şöbəsinə qəbul ediləcəyini, Təqsirləndirilən şəxs adına xəstəlik tarixçəsi açılması tapşırdığını bildirmiş və o, həmin qeydiyyatçıya Şahid2 şəxsiyyət vəsiqəsini və həkim göndərişini təqdim etmişdir. O, ilk dəfə Respublika Psixiatriya Xəstəxanasına 2022-ci ilin noyabr ayının əvvəllərində getmişdir. O, Respublika Psixiatriya Xəstəxanasında ilk Ağahəsən həkimin yanına getmişdir. O, Respublika Psixiatriya Xəstəxanasına gedənədək Təqsirləndirilən şəxsla heç bir əlaqədə olmamış, o Təqsirləndirilən şəxs ilk dəfə Respublika Psixiatriya Xəstəxanasında görmüşdür. Xalasıoğlu Şahid2 əlillik dərəcəsi ala bilmədiyi üçün ona şikayət etməmişdir. O, xalasıoğlu Şahid2 hüquq mühafizə orqanlarına şikayət edib-etməməsi barədə məlumatı yoxdur. Xalasıoğlu Şahid2 hazırda tanımadığı xəstəxanada müalicə alır. O, həkim Təqsirləndirilən şəxs biryerdə yeyib-içməyi təklif etmiş, lakin həkim Təqsirləndirilən şəxs bu təklifini qəbul etməmiş, narahat olmamağını, xalasıoğlunu müayinə edib köməklik edəcəyini bildirmişdir. Xalasıoğlunun müayinəsi bitdikdən sonra o həkim Təqsirləndirilən şəxs öz təşəkkürünü bildirmək üçün masasının üzərinə 200 manat pul qoymuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, ibtidai isitntaq zamanı ifadəsini oxuyaraq imza çəkmişdir. O, xəstə olduğundan xalasıoğlu Şahid2 Respublika Psixiatriya Xəstəxanasına gedib-gəlməsi barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxsla xalasıoğlu Şahid2 hansı aralıqda Respublika Psixiatriya Xəstəxanasına gedib-gəlməsi barədə danışmamış, o, sənədlərin Respublika Psixiatriya Xəstəxanasına verilməsində iştirak etmişdir. Xalasıoğlu Şahid2 əlillik dərəcəsi ala bilməmişdir. Xalasıoğlu Şahid2 niyə əlillik dərəcəsi ala bilməməsi barədə məlumatı yoxdur. Xalasıoğlu Şahid2 sonuncu dəfə gələn imtinada Respublika Psixiatriya Xəstəxanasının rəyi olmadığı yazılmışdır. O da bu halın aradan qaldırılması, Respublika Psixiatriya Xəstəxanasından rəy alınması üçün Şahid10 yardım istəmişdir. Onun Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında hansı vəzifədə olması barədə məlumatı yoxdur. O, ümumiyyətlə, Təqsirləndirilən şəxs tanımırmış. O, Respublika Psixiatriya Xəstəxanasına gəldikdə xalasıoğlu Şahid2 da onunla birlikdə gəlmişdir. Onlar ilk dəfə Respublika Psixiatriya Xəstəxanasına getdikdə sənədlər tam olmadığından Təqsirləndirilən şəxs bazar ertəsi sənədlərin hamısını gətirmələrini istəmişdir. O, ikinci dəfə sənədlər Təqsirləndirilən şəxs təqdim ediləndə Respublika Psixiatriya Xəstəxanasında olmamışdır. Xalasıoğlu Şahid2 ona hər hansı pul vəsaiti verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hal-hazırda işləmir, təqaüdə çıxmışdır. Əvvəllər Azərbaycavn Respublikası FHN-nin əməkdaşı olmuşdur. Şahid5 onun qohumudur. İradə 2-ci qrup əlildir. 2022-ci ildə Şahid5 Təqsirləndirilən şəxs tərəfindən Respublika Psixiatriya Xəstəxanasının Gündüz stasionarı şöbəsində qeydiyyata alınmışdır. İradənin xəstəxanaya gündəlik olaraq gəlmə imkanı olmadığından xəstəxanaya hər gün gəlməməsi üçün 03 mart 2022-ci il tarixdə İradə ilə birlikdə Təqsirləndirilən şəxs qəbulunda olarkən Təqsirləndirilən şəxs xidməti otağında Təqsirləndirilən şəxs hörmət kimi 150 manat pul vermişdir. O, Respublika Psixiatriya Xəstəxanasına qohumu Şahid5 ilə birlikdə getmişdir. Şahid5 Respublika Psixiatriya Xəstəxanasına aparan biri olmadığından, Şahid5 Respublika Psixatriya Xəstəxanasına tək getmək istəmədiyindən, o, Şahid5 Respublika Psixiatriya Xəstəxanasına aparırmış. Onlar hər il Respublika Psixiatriya Xəstəxanasına gedir. Əvvəl Şahid5 3 il başqa həkim tərəfindən müalicə olunmuş, Təqsirləndirilən şəxs yanına 2 dəfə müalicə olunmaq üçün getmişlər. Şahid5 Təqsirləndirilən şəxs yanına baş həkim Şahid10 yönləndirmişdir. O, Təqsirləndirilən şəxs tanımırmış. O, Şahid5 gündəlik Respublika Psixatriya Xəstəxanasına gələ bilməyəcəyindən Təqsirləndirilən şəxs xahiş etmişdir ki, Şahid5 2-3 gündən bir gəlib dərmanlarını götürüb getsin. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, o, baş həkim Şahid10 yanında olarkən aralarında pul söhbəti olmamışdır. Şahid10 kiməsə və ya Təqsirləndirilən şəxs pul verməyini deməmişdir. Şahid5 Respublika Psixiatriya Xəstəxanasına gedib-gəlir, dərmanlarını Respublika Psixiatriya Xəstəxanasından götürürmüş. Qohumu Şahid5 bu il əlillik dərəcəsi almışdır. Təqsirləndirilən şəxs qohumu Şahid5 əlillik dərəcəsi alacağı barədə vəd verməmişdir. Nə o, nə Şahid5 hər hansı hüquq mühafizə orqanlarına baş verən cinayət hadisəsi ilə bağlı şikayət etməmişlər. O, və qohumu Şahid5 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmışlar, nə səbəbə çağırıldıqlarını bilmirmişlər. Onun və qohumu Şahid5 Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və ya tələbləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də fəhlə işləyir. X47 psixi xəstədir. Arifə İ qrup əlillik dərəcəsi təyin olunmuş və müavinət almışdır. 2022-ci ilin aprel ayından etibarən isə ekspert komissiyasının rəyi əsasında oğlu Arifin aldığı müavinət dayandırılmışdır. 25 oktyabr 2022-ci il tarixdə oğlunu Təqsirləndirilən şəxs yanına aparmış, orada oğlu Arifin yanında anasının da qalması üçün Təqsirləndirilən şəxs icazə istəmişlər. Təqsirləndirilən şəxs isə ilk öncə bunun mümkün olmadığını demişdir. 2022-ci ildə 40 gün ərzində X47 Respublika X5 stasionarı şöbəsində qalmaqla müalicə olunmuşdur. O, hörmət mənasında 150 manat pulu Təqsirləndirilən şəxs onun xidməti otağında vermişdir. O, X47 Respublika Psixatriya Xəstəxanasında olarkən X47un yanına gedirmiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs şəxsən tanımırmış. X47 ilk öncə X16 müalicə olunmuş, daha sonra X47 Respublika X5 stasionar şöbəsində Təqsirləndirilən şəxs tərəfindən müalicə olunmuşdur. O, Təqsirləndirilən şəxsla X47 Respublika Psixatriya Xəstəxanasına qeydiyyata alındıqda və X47 Respublika Psixatriya Xəstəxanasından çıxdıqda əlaqə saxlamışdır. X47 2016-cı ildən əlillik dərəcəsi almışdır. X47 əvvəllər Respublika Psixatriya Xəstəxanasında müalicə olunmamışdır. Şahid6 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 252-255-ci vərəqələrində olan ifadəsində Şahid6 aşağıdakıları göstərmişdir: «...25 oktyabr 2022-ci il tarixdə oğlunu Təqsirləndirilən şəxs yanına aparmış, orada oğlu Arifin yanında anasının da qalması üçün Təqsirləndirilən şəxs icazə istəmişlər. Təqsirləndirilən şəxs isə ilk öncə bunun mümkün olmadığını demişdir. O, isə Hüseynə bildirmişdir ki, "bir təhər yoluna qoyaq, uşaq anası ilə birlikdə qalsın". Hüseyn həkim də ona demişdir ki, ”150 manat ver, uşaq burda qalmasın, anası ilə qalmağa icazə verə bilmərəm, baş həkim görsə, söz- söhbət olar”. O, buna görə 150 manat pulu Hüseyn həkimə onun xidməti otağında vermişdir. Hüseyn həkim də oğlu Arifi qeydiyyata götürmüş, yəni oğlunu həmin xəstəxanada qalmış kimi göstərmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, imza onun imzasıdır. O, ifadəni oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Salyan “OİL LTD”-də fəhlə işləyir. Onun kiçik X41 uşaqlıqdan ruhi xəstədir. Oğlu xəstəliyi ilə bağlı təqaüd alır. Lakin son 2 ildir ki, oğlunun təqaüdü kəsilmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq oğlunun yenidən təqaüd almasına imtina gəlmişdir. Oğlu 3 yaşından X36 Xəstəxanasında qeydiyyatdadır. Özü onkoloji xəstə olduğu üçün maddi vəziyyəti çox acınacaqlı imiş. O, X37 dərmanlarını ala bilmir. O, qərara gəlmişdir ki, oğlunun təqaüdünü yenidən bərpa etsin. Bu məqsədlə 2022-ci ilin dekabr ayında oğlunun yenidən təqaüd alması üçün Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında təkrar komissiyadan keçirdərək onun yenidən təqaüd almasına əsas ola biləcək, ruhi xəstə olmasını təsdiq edən rəsmi arayış almaq qərarına gəlmişdir. X41 həmin Respublika Psixatriya Xəstəxanasında əsgərliyə çağırıldığı ərəfədə də 1 gün qalmışdır. Düşünmüşdür ki, yalnız Respublika Psixiatriya Xəstəxanasından aldığı rəsmi həkim arayışı təqdim etsə daha oğlunun xəstəliyi ilə bağlı təqaüd almasına imtina cavabı verilməz. Respublika Psixiatriya Xəstəxanasında olan əksər həkimlər tərəfindən X41 yoxlanılmışdır. X37 Təqsirləndirilən şəxs tərəfindən yoxlanılması da təklif edilmişdir. İlk dəfə Təqsirləndirilən şəxs yanına getdiyində Təqsirləndirilən şəxs xəstələndiyindən Respublika Psixatriya Xəstəxanasında olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yanına gəldikdə X37 xəstə olduğunu demişdir. Təqsirləndirilən şəxs X39 niyə xəstəxanaya gətirmədiyini soruşduqda o Təqsirləndirilən şəxs X39 xəstəxanaya gətirməkdə çətinlik çəkdiyini demişdir. O, Təqsirləndirilən şəxs X39 yoxlayıb xəstəliyindən ötrü təqaüd ala bilməsi üçün nə lazımdırsa etməyini xahiş etsin. Təqsirləndirilən şəxs ondan X39 Respublika Psixiatriya Xəstəxanasına gətirməyini istəmiş və ona X39 yoxladıqdan sonra cavab verəcəyini demişdir. O, çətinliklə X39 Respublika X6 Seyidovun yanına gətirmişdir. O, Respublika Psixiatriya Xəstəxanasında Təqsirləndirilən şəxs yanından çıxdıqda içindən gələrək masasının üzərinə 100 manat pul qoymuşdur. Təqsirləndirilən şəxs etiraz edib pulu qəbul etmək istəməmişdir. O, Təqsirləndirilən şəxs həmin pulu rüşvət olaraq deyil, içindən gəldiyi üçün verdiyini demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, X41 hələ də təqaüd almamışdır. O, Respublika Psixiatriya Xəstəxanasında öncə baş həkim Şahid10 qəbulunda olmuşdur. Təqsirləndirilən şəxs ondan hər hansı pul vəsaiti tələb etməmişdir. X41 ruhi xəstə olduğundan xəstəxanaya daim gedib-gələ bilməzmiş. X39 ruhi xəstə olduğundan xəstəxanaya aparıb-gətirməkdə çətinlik çəkirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əvvəllər Fövqəladə Hallar Nazirliyində işləmiş, lakin 2017-ci ildən xəstəliyi ilə əlaqədar işdən çıxmışdır. O, əlildir və həmçinin onda uzunmüddətli ağır formalı depresiya xəstəliyi var. 2018-ci ildən 2023-cü il yanvar ayının 24-nə qədər əlilliyə görə pensiya almışdır. 2023cü il tarixdə əlillik müddəti bitdiyinə görə ona verilən pensiya dayandırılmışdır. O, 2019-ci ildə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Respublika Psixiatriya Xəstəxanası PHŞ-na qohumu Şahid4 aparmışdır. Xəstəxanada qeydiyyatdan keçdikdən sonra xəstəxananın baş həkiminin, digər həkimlərinin və həmçinin Təqsirləndirilən şəxs qəbulunda olmuşdur. Onun həmin müddətdə Aydın həkim müayinə edirmiş. Həkim Təqsirləndirilən şəxs onu 2 il Gündüz stasionarı şöbəsində müalicə etmişdir. 2022-ci ilin mart ayında 26 saylı poliklinika tərəfindən göndərişlə Respublika Psixiatriya Xəstəxanası PHŞ-nə göndərilmişdir. Qohumu Şahid4 həkim Təqsirləndirilən şəxs 150 manat pul vermişdir. Lakin Şahid4 bildirmişdir ki, həkim Təqsirləndirilən şəxs ondan pul istəməmiş, o özü həkimə “hörmət» etmişdir. 21 gün həmin xəstəxanada müalicə almış və sonda ona xəstəlik tarixçəsindən çıxarış verilmişdir. 2023-cü ildən Xəzər Rayon Poliklinikası onu 2 №li Psxiatriya Xəstəxanasına göndərmiş və hazırda onu başqa həkim müayinə edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, o, psixoloji xəstəlikdən əziyyət çəkirmiş. O, pensiya alır. 2018-ci ildən 2-ci qrup əlilliyə görə, 2023-cü ildən 3-cü qrup əlilliyə görə pensiya alır. O, hazırda 3-cü qrup əlildir. O, Respublika Psixiatriya Xəstəxanasında müalicə aldığı müddətdə ona pensiya təyin olunmuş, lakin pensiya ləğv olunmayıb 3-cü qrup əlilliyə dəyişdirilmişdir. 3-cü qrup əlillik müalicə aldığı xəstəxananın verdiyi sənəd əsasında təyin olunmuşdur. Gündüz stasionar xəstəxanası yatılı deyil, o hər gün xəstəxanaya gedib-gəlirmiş. Gündüz stasionar xəstəxanası 6-7 nəfərlik palata imiş. O, Gündüz stasionar xəstəxanasında müalicə aldığı müddətdə işləməmişdir. O, Şahid4 pul verməmişdir. Şahid5 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 124-126-cı vərəqələrində olan ifadəsində Şahid5 aşağıdakıları göstərmişdir: «...O, ruhi əsəb xəstəlyindən əziyyət çəkir və müalicəyə ehtiyacı olduğu üçün göndərişlə Respublika Psixiatriya Xəstəxanası PHŞ-nə getmiş və xəstəxananın Gündüz stasionarı şöbəsində müalicə almışdır. O, xəstəxanaya həftədə iki dəfə qohumu ilə birlikdə gedərək dərmanları götürmüşdür. Bundan başqa xəstəxanaya qəbul olunduğu zaman və xəstəlik tarixçəsindən çıxarışı götürmək üçün getmişdir. Onu həmin xəstəxanaya qohumu Şahid4 aparmışdır. Xəstəxanada qeydiyyatdan keçdikdən sonra xəstəxananın baş həkiminin, digər həkimlərinin və həmçinin Təqsirləndirilən şəxs qəbulunda olmuşdur. Xəstəxanaya gündəlik olaraq getmə imkanı olmadığı üçün qohumu Şahid4 Təqsirləndirilən şəxs 150 manat pul vermişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, imza onun imzasıdır. O, ibtidai istintaq zamanı dindirilərkən öyrənmişdir ki, qohumu Şahid4 həkim Təqsirləndirilən şəxs 150 manat pul vermişdir. Lakin Şahid4 bildirmişdir ki, həkim Təqsirləndirilən şəxs ondan pul istəməmiş, o özü həkimə “hörmət etmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında 11 saylı şəhər poliklinikası bacısı Qaragöz Hacıyevanın müalicəsi üçün “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə göndərilməsinin zəruriliyini bildirdiyindən o “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-na getmiş və həkim Təqsirləndirilən şəxs hazırda bacısı Qaragözü qəbul etmək üçün stasionarda yer olmadığını, yer olduqda məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxsla əlaqə saxladıqda həkim onu iş yerinə dəvət etmişdir. O, xəstəliyi ilə əlaqədar tarixləri dəqiq xatırlamır, lakin təxminən 2022-ci ilin sentyabr ayında “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə gedərək Təqsirləndirilən şəxsla görüşmüş və görüş əsnasında həkim Təqsirləndirilən şəxs bacısı Qaragözə müvafiq olaraq xəstəliyi qeyd edilmiş xəstəlik tarixindən çıxarışı bacısı xəstəxanada yatmadan verəcəyini bildirərək qarşılığında ondan 400 manat məbləğdə rüşvət istəmişdir. Təqsirləndirilən şəxs ondan rüşvət tələb etdiyindən o bu barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. O, Baş İdarənin əməliyyat işçilərindən çəkiliş üçün xüsusi vasitəni müvafiq protokol əsasında təhvil alaraq “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə getmiş və Təqsirləndirilən şəxsla xidməti otağında görüşüb, orada həkim Təqsirləndirilən şəxs əlbəəl özünə məxsus 400 manat məbləğdə pul vəsaitini rüşvət qismində vermişdir. Təqsirləndirilən şəxs həmin vəsaiti alıb sayaraq bacısı Qaragözün sənədlərinin arasına qoymuşdur. Bu zaman o həm Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ona çəkiliş üçün veridiyi cihazla, həm də hər ehtimala qarşı öz mobil telefonuyla çəkliş aparırmış. Baş İdarənin verdiyi cihazı köynəyinin yaxalığına taxmış, telefonu isə əlində tutaraq çəkiliş aparırmış. O, hər iki çəkilişi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, həkim Təqsirləndirilən şəxs bacısı Qaragözün xəstəxanadan yatmadan sənədlərini vermək qarşılığında ondan 400 manat rüşvət pul istəmiş və o həmin pulu ona vermişdir. O, ilk dəfə həkim Təqsirləndirilən şəxsla nə vaxt görüşdüyünü xatırlamır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ona çəkiliş üçün cihaz verən əməkdaşın anket məlumatlarını bilmir. O, hər ehtimala qarşı öz telefonuyla da çəkiliş aparmışdır. O, hər iki çəkilişi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vermişdir. O da 2022-ci ilin noyabr ayında 1 №-li Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 163-166-cı vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsaəsn Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, hazırda xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxsla hansı tarixlərdə görüşdüyünü xatırlamır. O, istintaq zamanı vediyi ifadədə yazılan tarixləri təsdiq edir. O, Baş İdarə əməkdaşlarının verdiyi cihazı köynəyinin yaxalığının düyməsinə taxmışdır. O, çəkilişləri hansı tarixdə Baş İdarəyə verdiyini xatırlamır. O, pul əskinasları ilə bağlı kiminsə ondan məlumat aldığını xatırlamır. Telefonunda həmin çəkiliş qalmamışdır. Baş İdarə əməkdaşı həmin çəkilişi onun telefonundan öz telefonuna köçürmüşdür. Çəkiliş zamanı telefon öz əlində imiş. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, 1997-ci ilin yay çağırışında Dəvəçi rayon Hərbi Komisarlığında müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçməklə 1999-cu ilin avqust ayında ordu sıralarından ehtiyata buraxılmışdır. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən xidmətə başlamış, həmin il gizir hərbi rütbəsi almaq üçün orta-ixtisas təhsili almış, 2003-cü ildə N saylı hərbi hissəyə təyin edilmiş, müxtəlif dövrlərdə Azərbaycan Respublikasının İraq Respublikasında olan sülhməramlı kontingentinin tərkibində xidmət etmiş, xidmət vaxtı yaxınlığında mərmi partlaması ilə əlaqədar travma almışdır. 2010-cu ildə ordu sıralarından tərxis olunmuş, 2-ci qrup əlillik dərəcəsi almış və bununla əlaqədar ona pensiya təyin edilmişdir. 2021-ci ilin oktyabr ayında əlilliyə görə pensiyası dayandırılmışdır. Aidiyyəti üzrə müraciət etdikdə yenidən həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməli olduğunu bildirmişlər. Bununla əlaqədar pasport qeydiyyat yeri üzrə Siyəzən şəhər poliklinikasına müraciət etmiş, poliklinikanın Günel adlı həkimnevropotoloqunun göndərişi əsasında Quba Rayonlararası Psixonevroloji Reablitasiya Mərkəzində müayinə edilmişdir. Lakin ona “Respublika, Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicə edilmədiyinə görə yenidən əlillik dərəcəsi verilməsindən imtina edilmiºdir. O, cəmiyyətdə ümumi gedən söhbətlərdən bilmiºdir ki, “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicə almaq üçün qəbul edilməkdən ötrü həmin Xəstəxananın rəhbəri Şahid10 pul verməklə razılığını almaq lazımdır. Özünün danışıq qabiliyyəti yaxşı olmadığından, habelə psixi problemləri olduğuna görə onunla rüşvət barədə danışmağa çəkinəcəklərini düşünərək Bakı şəhərində yaşayan qohumu Elnazla əlaqə saxlayaraq “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-yə qəbul edilərək müalicə və müayinə edilməyinə köməklik göstərməsini xahiş etmişdir. Daha sonra Elnaz da ona həmin Xəstəxanaya qəbul edilməyi, habelə ona yenidən pensiya təyin edilməsi üçün müvafiq diaqnozun qoyulmasından ötrü həmin Xəstəxananın direktoruna pul vermək lazım olduğunu bildirdikdə o, Elnaza 500 manat məbləğdə pul verərək imkanının buna çatdığı bildirmişdir. Səhv etmirsə 17 noyabr 2022-ci il tarixdə Elnazla birlikdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə getmişdir. Həmin vaxt onlar Xəstəxananın giriş qapıları ilə üzbəüz yerləşən inzibati binasına gedərək baş direktor Şahid10 qəbul otağına getmişlər. Elnaz Şahid10la danışmaq üçün sonuncunun otağına daxil olsa da o, Elnazı qəbul otağında gözləmişdir. Daha sonra Elnaz Şahid10 otağından çıxaraq Şahid10 Xəstəxananın Gündüz stasionarı şöbəsinin müdiri Təqsirləndirilən şəxs yanına gedərək onunla məsələni həll etməyi tapşırdığını demiş və onlar birlikdə sonuncunun otağına getmiş, Elnaz Təqsirləndirilən şəxs xidməti otağına daxil olmuş, o, isə Elnazı dəhlizdə gözləmişdir. Daha sonra Elnaz Hüseynin otağından çıxaraq məsələni həll etdiyini, yəni onun müalicə və müayinə üçün həmin Xəstəxananın Gündüz stasionarına qəbul ediləcəyini, stasionarda saxlanıİmayacağını, həftədə bir dəfə gedərək dərmanlarını götürəcəyini, yekunda əlillik dərəcəsi almağına uyğun diaqnozla xəstəlik tarixçəsindən çıxarış alacağını, habelə Xəstəxananın direktorunun, yəni Şahid10 göstərişi ilə Təqsirləndirilən şəxs pul verdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 273-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin baş direktoru Orxan Cəfərov tərəfindən imzalanmış Əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 133 saylı, xx.xx.1997-ci il tarixli Əmrlə Təqsirləndirilən şəxs 1 nömrəli Ruhi Xəstəxanaya həkim psixiatr vəzifəsinə qəbul olunmuşdur. 641 saylı, 26 mart 2021-ci il tarixli əmrlə Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə publik hüquqi şəxsin 7-ci psixiatrik şöbənin müdiri (həkim-psixiatr) vəzifəsinə keçirilmişdir. 2420 saylı, xx.xx.2015-ci il tarixli Əmrlə Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Gündüz stasionarı şöbəsinin psixiatrı vəzifəsi həvalə edilmişdir. Cinayət işinin 1-ci cild 257-263-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş «Həkim-psixiatrın nümunəvi vəzifə təlimatı»nın kserosurətindən görünür ki, həkim psixiatr tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin individuallaşdırma aparma taktikasını (anamenezin toplanması, klinikilaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək, zəruri müalicəni təyin və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, ayrı-ayrı fərdlər, ailələr və qruplar üçün psixoterapevtik müdaxilələri təşkil etmək və aparmaq, stosionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimləri ilə yanaşı psixoloq, sosial işçi, psixiatrik tibb bacıları və digər ixtisas sahibləri ilə əməkdaşlıq və müalicə planı və müdaxilələrin təhlili, dəyərləndirilməsi və təkmilləşdirilməsində öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılması, ailə, aparat və avadanlıqlarının istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsimləşdirməsini təmin etmək, sanitar maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, xəstələrin ehtiyac və problemlərinə həssaslıqla yanaşmaq, ematiya nümayiş etdirmək, onların ailə üzvlərinə, qəyyumlara və digər əhəmiyyətli şəxslərə xəstənin vəziyyəti və müalicənin gedişi barəsində məlumat və məsləhətlər vermək, məhkəmə- psixiatrik, hərbi xidmətə yararlılıq və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi sosial ekspertiza üçün zəruri sənədlər hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək kimi inzibati-təsərrüfat və təşkilat sərəncamverici funksiyaları vardır. Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 20 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin həkimi Təqsirləndirilən şəxs bacısı X8 xəstəxanada stasionar müalicə alması üçün 400 manat pul tələb etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 152-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2022-ci il tarixli pul vəsaitlərinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında protokoldan görünür ki, əməliyyat tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 4 ədəd 100 manatlıq əskinaz, cəmi 400 manat pul məbləği Şahid1 təqdim edilmiş, həmin pul vəsaitinin Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə Şahid1 üzərinə xüsusi texniki avadanlıq quraşdırılmış “Eynəklə” və bu avadanlıqdan istifadə qaydaları izah olunmuşdur. Cinayət işinin 1-ci cild 150-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 5(001)-2285/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 11-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin həkimi Təqsirləndirilən şəxs üzərinə, sonuncuya məxsus xidməti otağa və “Mercedes- Benz” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir, bu zaman xidməti otaqda olan siyirməli şkafın 1-ci gözündən müxtəlif qeydiyyatlar aparılmış kağız parçaları, Elşad Bayramova məxsus plastik kart, 10 ədəd 100 manatlıq əskinaslar olan 1000 manat pul, xəstələrin uçotu kitabları, qəbul jurnalı, xəstələrin tibbi kartaları və.s sənədlər aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan ağ rəngli həkim xalatının sol yan cibində olan 2 ədəd 50 manatlıq əskinasları könüllü təqdim edərək, “Respublika Psixiatriya Xəstəxanası”na müraciət edən xəstə X23 növbədənkənar Həkim Məsləhət Komissiyasının müzakirəsinə çıxarılması üçün sonuncunun yaxın qohumunun verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın arxa cibindən 02 ədəd 50 manatlıq, 8 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq, 7 ədəd 5 manatlıq, 11 ədəd 1 manatlıq olmaqla ümumilikdə 336 manat, şalvarın yan cibindən 11 ədəd 100 manatlıq, 3 ədəd 50 manatlıq, 13 ədəd 20 manatlıq olmaqla, ümumilikdə 1510 manat məbləğində pulu, həmçinin özünə məxsus “Nokia” markalı və “İphone 13 pro max” markalı mobil telefonları təqdim etmiş, qeyd edilənlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 40 əddə 100 manatlıq, 16 ədəd 50 manatlıq, ümumilikdə 4800 manat və 01 ədəd 100 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 174-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 5(001)-2285/2022 saylı qərarı əsasında keçirilmiş əməliyyat axtarış tədbirlərinin köçürüldüyü 1 ədəd diskə 2 fevral 2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı “DVD" diskdə daxil olarkən 1 ədəd “REC00014” adlı videogörüntü müəyyən edilmişdir. Videogörüntü 4 dəqiqə 17 saniyədir. Həmin videogörüntüyə baxış zamanı 22 sentyabr 2022-ci il tarixdə Şahid1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də Gündüz stosionarı şöbəsində Təqsirləndirilən şəxs xidməti otağına daxil olaraq Yavər adlı şəxs tərəfindən göndərildiyini, bu barədə Yavərin onunla telefon vasitəsilə danışıq apardığını bildirir. Şahid1 Təqsirləndirilən şəxs bacısı Qaragöz Hacıyevanın xəstəxanaya gəlib-getmədən sonuncuya stasionar xəstənin tibbi kartasından çıxarış verilməsi üçün Təqsirləndirilən şəxs ilə əvvəlcədən danışıb razılaşdıqları qaydada Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsi tərəfindən əməliyyat tədbirinin keçirilməsi üçün verilmiş nömrəli pul əskinaslarını Təqsirləndirilən şəxs otağında sonuncuya təqdim edir. Təqsirləndirilən şəxs Şahid1 təqdim etdiyi pul vəsaitlərini masasının üzərində olan Qaragöz Hacızadənin tibbi sənədlərinin arasına qoyur. Şahid1 bacısı Qaragöz Hacıyevanın xəstəxanaya gələ bilməyəcəyini bildirir. Təqsirləndirilən şəxs Şahid1 Qaragözün heç olmasa bir dəfə qəbuldan keçməsi üçün 15 dəqiqəlik xəstəxanaya gətirməsini, həkimin xəstəni heç olmasa bir dəfə görməsini, növbəti dəfə isə komissiyadan keçmək üçün gəlməsini bildirir. Onlar razılaşır və Şahid1 Qaragözü bir dəfə qəbuldan keçmək üçün 15 dəqiqəlik gətirəcəyini, bir dəfə də komissiyadan keçmək üçün gətirəcəyini deyir. Daha sonra Təqsirləndirilən şəxs Qaragözün pensiyasının vaxtının bitdiyini Üzeyirdən soruşur. Üzeyir Qaragözün pensiyasının vaxtının bitdiyini bildirir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs Qaragözün qəbuldan keçməsi üçün nə zaman xəstəxanaya gətirməli olduğunu soruşur. Təqsirləndirilən şəxs Şahid1 mobil nömrəsini soruşaraq Qaragözün tibbi sənədinin üzərinə qeyd edir və sonuncunun mobil nömrəsinə zəng edərək Qaragöz Hacıyevanın xəstəxanaya gətirilmə vaxtını bildirəcəyini deyir. Cinayət işinin 1-ci cild 210-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 bacısı X8 xəstəxanaya gəlmədən stasionar xəstənin tibbi kartasından çıxarış verilməsi üçün Təqsirləndirilən şəxs sonuncunun xidməti otağında 400 manat pul vəsaitinin verdiyini onun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə həmin məqsədlə Şahid1 400 manat pul vəsaiti aldığını təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 229-233-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 xalası oğlu Şahid2 xəstəxanaya gəlmədən stasionar xəstənin tibbi kartasından çıxarış verilməsi üçün Təqsirləndirilən şəxs sonuncunun xidməti otağında 200 manat pul vəsaiti verdiyini onun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə həmin məqsədlə Şahid3 200 manat pul vəsaiti aldığını təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 300-303-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid10 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs əvvəlcədən razılaşdıqları qaydada Şahid1 bacısı X8 xəstəxanaya gəlmədən stasionar xəstənin tibbi kartasından çıxarış verilməsi üçün 400 manat pulu Şahid1 götürmüş, Elməddin Mahmudova xəstəxanaya gəlib-getmədən çıxarış verilməsi üçün 300 manat almış, Fərrux Möhnətovdan da həmin qayda ilə 200 manat, Şahid2 200 manat pul almışdır. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 13-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş X8 adına açılmış 084226 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, Qaragöz Hacıyevanın 25 avqust 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicə olunaraq ona “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensiyalar kobud davranışla” kimi diaqnoz qoyulmasına dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 39-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş X20 adına açılmış 084884 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, Arif Məlikov 25 oktyabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicə olunaraq ona “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” kimi diaqnoz qoyulmasına dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 66-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş Şahid2 adına açılmış 085756 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, Şahid2 17 noyabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicə olunaraq ona “Üzvi (keçirilmiş nayroinfeksiyanın davamlı qalıq əlamətləri) şəxsiyyət pozuntusu, psixi pozuntularla” kimi diaqnoz qoyulmasına dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 99-123-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş X9 adına açılmış 086277 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, Fərrux Möhnətov 28 noyabr 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicə olunaraq ona “Üzvi (qapalı kəllə-beyin travması) ağıl zəifliyi, davranış pozuntuları ilə” kimi diaqnoz qoyulmasına dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 124-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş X7 adına açılmış 075244 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, İradə Mehdiyevə 3 mart 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicə olunaraq ona “Kəskin ifadəli şəxsiyyətin depresiv tip pozuntuları, davamlı davranış pozuntuları sui-qəsd fikirləri ilə” kimi diaqnoz qoyulmasına dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin 2-ci cild 292-334-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 26 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən aşağıdakılar müəyyən edilmişdir; -İş üzrə şahidlər Şahid4, Şahid1, Şahid6, Şahid3, Şahid7 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş və onlar zərərçəkmiş şəxs qismində tanınmamışlar; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin arxiv şöbəsinin operatoru Şahid9 və böyük tibb bacısı X11 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 285-286-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 26 may 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin digər vəzifəli şəxslərinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması faktı ilə bağlı ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç kimdən rüşvət almamış, ona yaxınlaşan xəstələrin yaxınları “hörmət və şirinlik” kimi 100-150 manat arası pulu ona vermişlər. “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bu və buna bənzər cinayəti inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə, ağır cinayət məsuliyyətindən boyun qaçırmağa cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ziddiyyətli ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək bu ifadələrə tənqidi yanaşır və həmin ifadələri ittihamı təkzib edən sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs bu barədə verdiyi ifadələri cinayət işinin materialları, aparılmış əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntü və şahidlərin ifadələri ilə tam təkzib olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 139-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 17 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 213-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx/xx-5217 nömrəli, 12 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X26 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı qeyd edilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 215-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 7142 nömrəli, 12 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X26 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X29 nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, cinayət işinin 1-ci cild 200-201-ci vərəqələrində olan 02 fevral 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması hqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 320-324-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli, 4(001)-97/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbsetmənin 02 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış xəstəlik tarixçələri, xəstəlik tarixçələrindən çıxarışlar, əməliyyat görüntülərini özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Cinayət işinin 2-ci cild 289-290-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 26 may 2023-cü il tarixli pulun depozitə köçürülməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 7746 manat və 100 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun bank hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 7746 manat və 100 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzasını tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xəstəlik tarixçələri, xəstəlik tarixçələrindən çıxarışlar, əməliyyat görüntülərini özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 7746 manat və 100 ABŞ dolları məbləğində pul vəsaiti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunsun. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar