Məhkəmə qərarları › İş №1(101)-1535/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1535/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1535/2024 03.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində iki az yaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53, mənzil 147 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımış və saxlamışdır. Belə ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 əvvəlcədən formalaşdırdığı dələduzluq niyyəti ilə 1 (bir) ədəd “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin “Xalq-Bank” vasitəsilə satacağına dair yalandan vəd verib aldatmaqla xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda 6700 manat pul vəsaitini qəbul edib ələ keçirmiş və xx.xx.2022-ci il tarixdə saat 18 radələrində eyni adla həmin ünvanda 3500 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ümumilikdə 10200 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 əvvəlcədən formalaşdırdığı dələduzluq niyyəti ilə 1 (bir) ədəd “Mercedes Axor 1840” markalı yük avtomobilinin hərrac yolu ilə satacağına dair yalandan vəd verib aldatmış, bu məqsədlə Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən “Yasamal Park”-ın yaxınlığında cinayətə aidiyyəti olmayan, adı istintaqa “Elnur” kimi məlum olan şəxsin vasitəsi ilə 11000 manat pulu Təqsirləndirilən şəxs göndərmiş, sonuncu həmin pul vəsaitini qəbul edib ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ümumilikdə 11000 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 əvvəlcədən formalaşdırdığı dələduzluq niyyəti ilə 1 (bir) ədəd istismara yararlı “Kamaz” 6460 Xüsusi Təyinat markalı, **-JA-*** qeydiyyat nişanlı, 1 (bir) ədəd istismara yararlı “XCMG QY25K” Xüsusi Təyinat markalı, **-JK-*** qeydiyyat nişanlı və 1 (bir) ədəd istifadəyə yararsız nəqliyyat vasitələrinin hərrac yolu ilə satacağına dair yalandan vəd verib aldatmaqla xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında olan “Qismət” şadlıq sarayının qarşısında həmin dövrün məzənnəsi ilə 11200 manat təşkil edən 6000 ABŞ dolları pul vəsaitini qəbul edib ələ keçirmiş, eyni adla xx.xx.2022-ci il tarixdə saat 16:33:36-da ünvan 4 ünvanında olan “5+1” marketdə quraşdırılmış “Million” elektron ödəmə sistemindən Şahid4 “Leobank” kartının 65716791 №-li müştəri kart hesabına 4500 manat pul vəsaiti köçürüldükdən sonra, Təqsirləndirilən şəxs 4500 manat pul vəsaitini həmin tarixdə ünvan 5 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron ödəmə terminalından qəbul edib ələ keçirmiş, eyni adla xx.xx.2022-ci il tarixdə saat 16:42:01-də ünvan 4 ünvanında olan “5+1” marketdə quraşdırılmış “Million” elektron ödəmə sistemindən Şahid5 “Leobank” kartının 65529699 №-li müştəri kart hesabına 3300 manat pul vəsaiti köçürüldükdən sonra, Təqsirləndirilən şəxs 3300 manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, 32 saylı evin 5 saylı mənzilin həyətində Şahid5 qəbul edib ələ keçirmiş, eyni adla xx.xx.2022-ci il tarixdə saat 19:48 radələrində ünvan 6 ünvanında olan “Qədiroğlu” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemindən X3 “Kapital Bank” kartının 676867******1462 №-li müştəri kart hesabına 5000 manat pul vəsaiti köçürüldükdən sonra, Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitini həmin tarixdə ünvan 7 ünvanında yerləşən “Fovarit” marketlər şəbəkəsində Şahid3 qəbul edib ələ keçirmiş, eyni adla xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində, yəni “Qoşa-Qala” qapısının qarşısında 4000 manat pul vəsaitini qəbul edib ələ keçirmiş, eyni adla xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 8 ünvanında, yəni “Qız-Qalası” yaxınlığında 10000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ümumilikdə 38000 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Baloğlan” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Baloğlan” adlı şəxsin sifarişi və 5000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması, eləcə də satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu Zığ-Suraxanı yolunda gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda – 04 kq 38,1 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda – 03 kq 151,211 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, əldə etdiyi psixotrop maddə metamfetaminin bir hissəsini yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53, mənzil 147 ünvanında saxlamış, narkotik vasitə heroini və metamfetaminin qalan hissəsini isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə saat 23:00-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada 02 iyul 2023-cü il tarixdə saat 01:00-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlindəki torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1101,2 qram, 1460,8 qram və 1476,1 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 4038,1 qram olan narkotik vasitə heroin və 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1053,2 qram, 1020,5 qram və 1050,6 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 3124,3 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 02 iyul 2023-cü il tarixdə saat 02:30-dan Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53, mənzil 147 ünvanına baxış keçirilən zaman evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 26,911 qram olan psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanıyır, onların heç biri ilə ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs2 epizodu üzrə göstərir ki, sonuncu ilə dost olmuş, Zakir onun maşın alqı-satqısı ilə məşğul olmasını bilmiş və ondan bir ədəd «Hyundai Accent » markalı maşın istəmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə görüşən zaman ona bildirib ki, 2013-cü il buraxılışlı, 1.6 mühərrikli, ağ rəngli, avtomat karobkalı “Hyundai Accent” markalı avtomobili var, sahibinin “Xalq-Banka” 8.500 manat borcu olduğundan həmin avtomobili bank satışa qoymuşdur. Zərərçəkmiş şəxs2 borcu ödəməklə həmin avtomobili alacağını bildirmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 onun idarə etdiyi “Mercedes” markalı avtomobilinə əyləşib və 6.700 manat məbləğində olan pulu əl-bə-əl ona vermişdir. Həmin pulu o, Cəlilabadda yaşayan və adını bildirmək istəmədiyi şəxsə vermişdir ki, həmin şəxs maşını bankdan çıxarıb Zakirə verməli idi. Bu məqsədlə növbəti dəfə Zakirlə birlikdə Cəlilabada həmin şəxslə görüşməyə getmiş, Cəlilabada çatdıqda həmin şəxsə zəng etmiş, lakin cavab verməmişdir. Təkrar zəng etdikdə həmin şəxs bildirmişdir ki, Rusiyaya gedir. Dərhal Zakirə demişdir ki, təcili getsin Bakı hava limanına, həmin şəxsin gedibgetməməsini dəqiqləşdirsin. Lakin həmin şəxs Bakı hava limanından deyil, Lənkəran hava limanından Rusiyaya getmişdir. Həmin şəxsin ona görə adını demir ki, o, şəxs təhlükəli adamdır, onun adını deməyə qorxur. Zakirə olan borcu tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs3 epizodu üzrə onu bildirir ki, Zərərçəkmiş şəxs3 olan 11.000 manat borcunu tam ödəmişdir. Alimi bir «Kamaz» markalı maşının sürücüsü vasitəsilə tanımış, Alim hərracda olan «Kamaz» markalı maşina görə icra məmuru olan Elnur adlı şəxsə həmin vəsaiti vermişdir. İş düzələcəyi təqdirdə ona həmin məbləğdən sadəcə 2.500 manat çatmalı idi. Lakin Elnur maşını hərracdan çıxara bilməmiş, iş alınmamışdır. Zərərçəkmiş şəxs1 epizodu üzrə bildirir ki, Zərərçəkmiş şəxs1 tanıyır, münasibətləri olmuşdur. Fəqan ondan hərraca çıxarılmış «Kamaz» markalı maşın və çin istehsalı olan «XCMG QY 25K» markalı nəqliyyat vasitəsi almalı idi. «Kamaz» yararlı vəziyyətdə, digər nəqliyyat vasitəsi isə yararsız vəziyyətdə olmuşdur. Fəqanın deməsinə görə yararsız maşını özü təmir etdirməli idi. Bu maşınlara görə 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Yeni Yasamalda olan «Qismət» şadlıq sarayının qarşısında Fəqan ona 6.000 ABŞ dolları vermişdir. Bundan əlavə olan vəsaitləri Fəqan köçürmə yolu ilə bir neçə dəfəyə kartdan karta ödəmişdir. Ümumi ona verilən məbləğ 38.000 manat olmuşdur. O isə həmin məbləğləri aldığı kimi bu nəqliyyat vastələrini hərracdan çıxaracaq Vidadi adlı şəxsə vermişdir. Vidadi öz vədinə əməl etməmiş, bu maşınları hərracdan çıxara bilməmişdir. Həmin məbləğdən 2.000 manat pulu özü şəxsən Zərərçəkmiş şəxs1 ödəmişdir. Ona ittiham olunmuş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma ilə bağlı epizod üzrə bildirir ki, onun əvvəllər ticarəti olmuş, lazımı məişət və digər malları İrandan əldə edib gətirirdi. Elə o zaman Baloğlan adlı iranlı ilə tanış olmuş, həmin məişət mallarını Baloğlanın mağazasından topdansatış qiymətə əldə edib Azərbaycana gətirirdi. Bir dəfə isə Baloğlanın nömrəsindən ona zəng gəlmiş, lakin danışan adam Baloğlan deyil, başqa bir şəxs olmuşdur. Həmin şəxs ona narkotik alveri ilə məşğul olmağı təklif etmiş, o isə narazı olaraq telefonu söndürüb təkrar Baloğlanla əlaqə saxladıqda Baloğlan bildirmişdir ki, danışan onun bibisi oğlu Əli olmuş, bibisi oğlu öz başına ona zəng etmiş, buna görə o, bibisi oğlunu tənbeh etmişdir. Baloğlan həmçinin ona demişdir ki, ona sovqat göndərəcəkdir, yəni ərzaq məhsulları göndərəcəkdir. Baloğlanın göndərdiyi sovqatı sonuncunun ona göndərdiyi konum əsasında Vüsal adlı şəxsin taksisi ilə gedib Zığ tərəfdən götürmüşdür. Həmin sovqat qara sellofanda olmuş, düşünmüşdür ki, sovqatda Baloğlanın dediyi kimi çay, şokolad və s ərzaq malları olmalıdır. O, həmin sellofanı elə həmin taksi ilə yaşadığı ünvana gətirmiş, binanın blokuna daxil olan zaman polis əməkdaşları onu saxlamışlar. Bu vaxt onu evinə gətirən taksi sürücüsü Vüsal heç nə olmamış kimi onların yanından keçib liftə minib yuxarı qalxmışdır. Belə ki, Vüsalı evinə o özü dəvət etmişdir. Vüsal maşını dayanacağa qoyub bloka girib heç bir şey olmamış kimi liftlə qalxmışdır. Onu saxlayan polis əməkdaşlarının sayını bilmir. Həmin polislər onu öz maşınına mindirib Baloğlana səs atdırmağa məcbur etdirmişlər. Belə ki, o, Baloğlana hər şeyin yaxşı olduğunu, malı götürdüyünü bildirmişdir. Baloğlan isə ona demişdir ki, malları Əli verib, ona isə pay adı ilə göndərmişlər. Baloğlanla danışdıqdan sonra polislərlə birlikdə yaşadığı mənzilə gəlmiş, orada uşağın yataq otağındakı dolaba həmin qara sellofanı qoyaraq ailə üzvülərini də məsuliyyətə cəlb etməklə hədələyərək videoçəkilişlə keçiriləcək baxış zamanı bu sellofandakı əşyaları təqdim etməyə məcbur etmişlər. Həmin sellofandan 4 kiloqramdan artıq heroin, 3 kq-dan artıq metamfetamin bağlamaları çıxmışdır. Onun bu bağlamalardan məlumatı olmamışdır. Belə ki, Baloğlan həmin əşyaları ərzaq sovqatı kimi ona göndərmişdir. Evində axtarış zamanı arvadı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, külli miqdarda narkotik vasitə və psixotrop maddəni qəbul edib başqa ünvanlara yerləşdirməsi üçün Baloğlan ona 5.000manat pul vəd etmişdir. Əslində belə bir şey olmamış, istintaqa belə sözlər deməmişdir. Həmçinin onu idarəyə gətirdikdə masanın üzərinə yastıq üzü qoyub ora qanunsuz əşyaları qoymaqla həmin əşyaların ona məxsus olmasını deməsini məcbur etmişlər. O da məcbur qalıb polislərin dediyini etmişdir. O, əvvəllər 8 il Dövlət Yol polisində işləmiş, öz ərizəsi ilə işdən çıxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, fərdi qaydada yük avtomobilləri sürərək daşıma ilə məşğul olur. Bununla yanaşı sexi olmasa da, yük avtomobillərini, ağır texnika da təmir edib özü üçün işlədə bilir. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının ortalarından digər tanışı Raufun vasitəsilə tanımışdır. Raufun özü də yük avtomobil sürücüsüdür. 2022-ci ilin sentyabr ayının əvvəllərində Rauf ona bildirmişdir ki, maşınların satışı ilə əlaqədar hərrac keçiriləcək, həmin hərracda ucuz qiymətə yükqaldıran, özüyeriyə bilən texnikaların satışı olacaqdır. Hətta Rauf həmin texnikaların şəklini onun mobil telefonuna göndərmişdir. O, da ucuz qiymətə kran alıb işlətməyi, həmin kran vasitəsilə yükdaşımayla məşğul ola biləcəyini nəzərə alıb kran almağa razılıq vermişdir. O zaman Rauf kranın 59.000 manat dəyəri olduğunu, hərracda iştirak etmək üçün depozit olaraq pul verməli olduğunu, o, cümlədən kran üçündə beh vərməli də olduğunu demişdir. Rauf ondan 10.000 manat pul istəmişdir ki, hərraca behi ödəsin ki, hərracda iştirak edə bilsinlər. O, həmin pulu xx.xx.2022-ci il tarixdə onunla və Raufla görüşə ağ rəngli maşınla gələn sürücüyə Rauf vasitəsilə vermişdir. Həmin sürücü pulu raufdan aldıqdan sonra oradan çıxıb getmişdir. Lakin hərracı təşkil edən adam üzə çıxmamış, nə d əki, hərrac vasitəsilə istədiyi texnikanı ala bilməmişdir. Raufdan beh kimi vermiş olduğu 10.000 manat pulu geri istəmişdir. Ona verdiyi puldan 9.000 manat pulunu ona geri qaytarmış, 1.000 manat pulun isə hərracda depozit kimi qaldığını demişdir. Lakin onun 1.000 manat pulu depozit kimi hələ də hərracda qaldığından o, həmin vaxt hələ də hərrac iştirakçısı qalmış, bu səbəbdən Raufun təklifi ilə növbəti gün Raufla birlikdə “Zığ” yolunda yerləşən, üzərində “AKKORD” yazılan böyük bir qaraja getmişlər. Həmin qarajda 03 ədəd, ikisi sarı, biri qırmızı olmaqla texnika yanbayan dayanmışdır. Rauf ona 59.000 manata sarı rəngli kranlardan birini ala bilcəyini demişdir. Onlar qarajdakı hər üç krana baxmışlar. Belə ki, qırmızlı rəngli kran “Kamaz” markalı yük avtomobilinin üzərindəki 16 tonluq texnika idi. Digər 02 ədəd sarı rəngli kranların hər biri isə 25 tonluq olub. Sarı rəngli kranlardan birinin motoru və sürət qutusu olmayıb, “Kamaz”-ın təkəri partlamış və çox işlənmiş vəziyyətdə olub, digər sarı kranın isə qaldırıcı nasosu olmayıb. Hər iki sarı rəngli kran 2008-ci il buraxılışlı olub, qırmızı rəngli kran isə 2013-cü il buraxılışlı olmuşdur. Hər iki sarı rəngli kranın üzərində “XMHG” yazısı olmuşdur. Qarajda olan zaman o, Raufdan son qiymətin nə olacağını soruşduqda, Rauf ona sarı kranlardan birini 56.000 manata verə biləcəyini demiş. O, Raufdan kranların qiymətini soruşduqda Rauf bildirmişdir ki, 56.000 manatın nasaz vəziyyətdə olan bir kran üçün çox baha olduğunu deyib onun vermiş olduğu 1.000 manat pulu da qaytarmasını tələb etmişdir. Bu zaman Rauf onun 1.000 manat pulunun batdığını söylədikdə, Raufa ondan polisə şikayət edəcəyini bildirdikdə Rauf hərracın rəhbəri ilə danışıb ona məlumat verəcəyini söyləmişdir. Raufun deməsinə görə həmin kranlar dövlətə məxsus idi. Xalid adlı şəxs tərəfindən hərracda satışa qoyulduğunu bildirmişdir. Görüşdən təxminən 2 gün sonra Rauf xatırlamadığı nömrəsindən ona zəng edərək hərracdakı səlahiyyətli şəxslərdən birinin onunla görüşüb 1.000 manat pulunu qaytaracağını demiş, o da xx.xx.2022-ci il tarixdə tanımadığı və hazırda xatırlamadığı şəxslə görüşmək üçün avtomobili ilə Lökbatan dairəsinə gedib görüşmüşdür. Həmin şəxs onun avtomobilinə əyləşib və onlar “Qurd Qapısı”-nın yaxınlığında yerləşən “Toyota Prius” markalı avtomobillərin ehtiyyat hissələrinin satıldığı dükanın qarşısına gəliblər. Qeyd olunan ünvana çatdıqda, ilk dəfə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs görmüşdür. Bundan sonra o Rüstəm ilə birlikdə adını hazırda xatırlamadığı bank olmayan kredit təşkilatına getmiş, Rüstəm orada ikinci mərtəbəyə qalxmış, ona isə onu birinci mərtəbədə gözləməyini tapşırmışdır. Təxminən 3-5 dəqiqə sonra Rüstəm əlində hərracla bağlı protokol gətirib texnikanın qiymətinin 7.000 manat olduğunu göstərmişdir. O, Rüstəmin dedikləri əsasında protokolun arxasında “maddi imkanı çatmadığından hərracdan imtina edir” məzmunlu yazı yazmış, bundan sonra onlar bayıra çıxdıqda Rüstəm axşama 1.000 manat pulunu ona çatdıracağını demişdir. Elə həmin gün axşam saat 23 radələrində Rüstəmlə “Qismət” şadlıq sarayından sağda yerləşən çayxanada görüşüb. Lakin Rüstəm ona 1.000 manatı verməyərək texnikaya gedib baxmağı demiş, o isə texnikaya baxdığını, tanışı Raufun onu aldatdığını demişdir. Həmin vaxt Rüstəm də ona Raufu tanıdığını, dələduz birisi olduğunu deyib. Bundan sonra Rüstəm ona ilk öncə iki ədəd texnikanı 40.000 manata verə biləcəyini söyləmişdir. O, onunla razılaşmayıb 1.000 manat pulunu istədikdə, Rüstəm ona 3 (üç) ədəd texnika verəcəyini, bunun əvəzində ona 53.000 manat pul verməli olduğunu qeyd edib. O, Rüstəmə nağd şəkildə 53.000 manat pulunun olmadığını söyləyib. Bu zaman Rüstəm ona ilkin ödəniş kimi 40.000 manat verməyini, yerdə qalan 14.000 manat pulu da iki-üç aya qaytara biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra yenidən “Zığ” yolunda yerləşən, üzərində “AKKORD” yazılan böyük bir qaraja gedib. Yenidən bayaq yuxarıda xüsusiyyətlərini göstərdiyi hər üç texnikanı nəzərdən keçirib hətta texnikalardan birini də işə salıb yoxlayıb. 3 ədəd özüyeriyən, yükqaldıran texnikaya yenidən baxış keçirdikdən sonra o, Rüstəmin təklifini qəbul edib. Belə ki, ilkin ödəniş kimi Rüstəmə 40.000 manat pul verməlidir, yerdə qalan 14.000 manat pulu da 02-03 ay ərzində ödəməlidir. Rüstəm də əvəzində əvvəlcədən ona baxış keçirdiyi 3 ədəd texnikanı verməlidir. Texnikalara baxış keçirdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında yerləşən “Qismət” şadlıq sarayından sağda yerləşən çayxanada Rüstəmlə görüşüb və 6.000 ABŞ dolları və 1.000 manat olmaqla, ümumilikdə həmin görüş zamanı Təqsirləndirilən şəxs 11.200 manat pul vermişdir. Pulu Rüstəmə verən zaman sonuncu ona təqdim etmiş olduğu pul vəsaitini qiymətləndirmə üçün icraçı Elnur adlı şəxsə ödəyəcəyini və sənədlərin 3-4 günə həll ediləcəyini bildirmişdir. Növbəti gün o, Bakı şəhərindən yaşadığı Mingəçevir şəhərinə qayıtmış, o, oradakı 5+1 marketdən million elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs bildirdiyi Şahid4 adına olan bank kartına 4500 manat, xx.xx.2022-ci il tarixdə 5+1 marketdən million elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs bildirdiyi Şahid5 adına olan bank kartına 3300 manat, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «Qədiroğlu» marketdə olan e-manat ödəmə terminal vasitəsi ilə Təqsirləndirilən şəxs bildirdiyi xatırlamadığı şəxsin kartına 5.000 manat pul olmaqla, ümumilikdə xx.xx.2022-ci il tarixdə Rüstəmə 12.800 manat pul göndərmişdir. Qeyd olunan kartlara pul göndərdikdən sonra Rüstəm ilə əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşduqda, sonuncu ona narahat olmamağını, xx.xx.2022-ci il tarixdə hərrac olacağını söyləmişdir. xx.xx.2022-ci il tarixdə Mingəçevirdən Bakı şəhərinə gəlsə də, hər hansı bir hərracın olmadığını bilmişdir. Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu məsələnin həlli üçün qalan pulu da Xalid adlı şəxsə aparıb çatırmalı olduğunu demiş, o da xx.xx.2022-ci il tarixdə saat 15 radələrində İçəri-şəhərdə, “Qoşa-Qala” qapısının yanında Təqsirləndirilən şəxs ilə görüşərək ona 4.000 manat pulu əl-bə-əl vermişdir. Nəhayət xx.xx.2022-ci il tarixdə saat 17 radələrində “Qız-Qalası” yaxınlığında olan kafedə Təqsirləndirilən şəxs ilə görüşərək ona 10.000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 38.000 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs onu aldadaraq heç bir texnika təqdim etməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb hüquqmühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs 38.000 manat puldan 2.000 manat pul qaytarmış, hazırki vaxta kimi qalan məbləği qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Rüstəmi bir tanışının vasitəsilə tanımışdır. Belə ki, o, özünə maşın almaq istəmiş, Rüstəmin telefonunda olan hərraca çıxarılmış “Hyundai Accent” markalı avtomobilin şəklini görüb bəyənmişdir. Həmin avtomobil hərraca «Xalq Bank» tərəfindən çıxarılmışdır. Rüstəm bildirmişdir ki, 8.500 manat pulun veriləcəyi təqdirdə həmin avtomobili Xalq-Bankdan çıxarıb ona verə bilər. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə razılaşıb 2013-cü il buraxılışlı, 1.6 mühərrikli, ağ rəngli, avtomat karobkalı “Hyundai Accent” markalı avtomobilin 8.500 manata almağa razılıq vermiş, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda Təqsirləndirilən şəxs “Mercedes” markalı avtomobilində 6.700 manat məbləğində olan pulu əl-bə-əl Təqsirləndirilən şəxs vermişdir. Həmin görüş zamanı maşında Rüstəmin tanışı Niyaməddin adlı şəxs olmuş və onun 6700 manat pulu Təqsirləndirilən şəxs verməyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs sabah və ya uzaq başı biri günə avtomobili ona yararlı vəziyyətdə təhvil vercəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, maşın üçün ondan aldığı pulu Niyaməddinə vermiş, sonuncu isə Rusiya Federasiyasının Volqoqrad şəhərinə gedərək orada yaşayır. Niyaməddin onun ona verdiyi 6700 manat pulu da özü ilə aparmışdır. O, Təqsirləndirilən şəxs Niyaməddini tanımadığını, 6700 manat pulu şəxsən onun özünə verdiyini bildirərək pulu Rüstəmdən tələb etmişdir. Rüstəm həmin məbləği ona tam şəkildə qaytarmış, bu səbəbdən onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Bakı şəhərində təkər təmiri sexində usta işləyir. Həmin sexə gələn Rüstəmlə Rauf adlı şəxslərlə söhbət zamanı sonuncular ona bildirmişlər ki, hərraca çıxarılmış nəqliyyat vasitələrinin ucuz qiymətə alınmasında ona kömək edə biləcəkləri demişlər. Qeyd etmək istəyir ki, Raufa həmçinin Əbülfəz deyərək də müraciət edirdilər. Bundan sonra Raufla birlikdə “Mersedes Axor 1840” markalı nəqliyyat vasitəsinin şəklini ona təqdim etmiş, maşın onun xoşuna gəldikdən sonra ona baxmaq məqsədi ilə Bakı şəhərində “Vazın kruqu” deyilən dayanacaq ünvanına gələrək maşına baxaraq bəyənmişdir. Rauf həmin maşını ona 13000 manat pula təklif etmiş, o da razılaşmışdır. Həmin puldan 11.000 manat Raufa vermiş, maşını aldıqdan sonra isə 2.000 manatı Rüstəmə verməyə razılaşmışlar. 09 sentyabr 2022-ci il tarixdə “Lider” televiziyasının arxasında yerləşən “Yasamal” parkında olan çayxanada Rauf və Rüstəmlə görüşmüş, həmin zaman Təqsirləndirilən şəxs “Mersedes Axor 1840” markalı nəqliyyat vasitəsinin bəzi sənədlərini özü ilə birlikdə gətirmiş və həmin sənədlərə o, baxdıqdan sonra Rüstəm həmin sənədlərə ona imza etdirmiş, daha sonra “Mersedes Axor 1840” markalı nəqliyyat vasitəsi ilə bağlı olan 11000 manat pulu Rüstəmə vermişdir. Daha doğrusu, Rüstəmin tapşırığı ilə həmin pulu Azərbasycan Respublikası Ədliyyə Nazirliyi İcra və Probasiya şöbəsinin inzibati binasının qarşısında Elnur adlı şəxsə vermişdir. Həmin zaman onun yanında qardaşı X12 da olmuşdur. Lakin Təqsirləndirilən şəxs və Elnur adlı şəxslər onu aldadaraq maşın təqdim etməmiş və o, Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, bundan sonra onun 11000 manat pulu Təqsirləndirilən şəxs alınaraq ona tam şəkildə geri qaytarılmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə Cəlilabad rayonunda qonşu olmuşlar. O, uzun müddət Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Rüstəmlə rayondan tanışılığı olduğundan sonuncu bəzi hallarda onun taksi xidmətindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə axşam radələrində Rüstəm onunla əlaqə saxlayaraq bir nəfər şəxslə görüşməli olduğunu bildirib onun “Toyota Prius” markalı avtomobili Yeni Suraxanıya gemiş, orada Rüstəmin telefonuna göndərilmiş konumla əlaqədar o, həmin konum üzrə hərəkət etmiş, Zığ-Suraxanı istiqamətində gedərək konumda göstərilən ünvanda maşını saxlamış, Rüstəm maşından enib harasa getmiş, o isə maşında sükan arxasında qalmışdır. Təxminən 5 dəqiqə sonra Rüstəm geri qayıdaraq maşina minmiş, bu zaman Rüstəmin əlində qara rəngli bir sellofan paket olmuşdur. O, Rüstəmdən paketdə nə olduğunu soruşmamış, nə də ki, Rüstəm bu barədə ona heç bir söz deməmiş, nə də ki, həmin paketi açmamışdır. Həmin paketdə nə olduğunu o, bilmir. Evlərinə çatdıqda Rüstəmdən xidmət haqqı kimi 20 manat pul istəsə də sonuncu hal-hazırda pulu olmadığını, sonra verəcəyini deyib maşından enmişdir. Bir neçə gün sonra eşitmişdir ki, Rüstəmi narkotikə görə həbs ediblər. O, Bakı şəhərində otellərdə və ya kirayə tutduğu evlərdə qalmış, heç vaxt Təqsirləndirilən şəxs evində qalmamışdır. Həmçinin Rüstəmin polislər tərəfindən saxlanılmasını görməmiş, həmin vaxt Rüstəmin yaşadığı binanın blokuna daxil olub liftə minməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona 01 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla rəhbərliyə məruzə etmiş, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş, ondan və həmkarı X13 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmuşdur. Elə həmin gün saat 22 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində müşahidə mövqeyi qurmuş və saat 23-də Təqsirləndirilən şəxs küçə ilə piyada hərəkət etdiyini görmüşlər. Təqsirləndirilən şəxs əlində parça torba olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edərək onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlindəki parça torba ilə birlikdə onların avtomaşınına əyləşərək idarəyə gəlmişdir. İstər saxlanılan zaman, istərsə də maşında bir yerdə hərəkət etdikləri zaman onlar Təqsirləndirilən şəxs üzərinə və yaxud əlindəki parça torbasına baxış keçirməmişlər, buna ixtiyarları da yoxdur. Baş İdarədə Təqsirləndirilən şəxs əlindəki əşya ilə birlikdə növbətçi hissəyə təqdim etmişlər. Növbətçi hissədən isə Təqsirləndirilən şəxs əşyası ilə birlikdə idarənin təhqiqatçısına təqdim edilmişdir. Bundan sonra təhqiqatçının dəvət etdiyi müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş və Təqsirləndirilən şəxs bundan sonra əlində saxladığı yastıq üzünün içərisindən 6 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər yoxlanıldıqda 3 ədədin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə, digər 3 bükümdə isə qəhvəyi rəngli heroinə bənzər vasitə aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Xatırladığı qədər metamfetaminə bənzər kütlələrin olduğu 3 bükümün 3 kq-a yaxın, heroinə bənzər kütlələrin olduğu digər 3 bükümün isə 4 kq-a yaxın çəkisi olmuşdur. Həmin kütlələr qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqdim etdiyi əşyalarla bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələri ona İİR-sı vətəndaşı Baloğlan adlı şəxs göndərmiş, telefonuna konum göndərməklə həmin əşyaları Bakı şəhəri, Suraxanı rayonu ərazisindən götürməyi tapşırmış. O da həmin qanunsuz əşyaları tutulmamışdan bir gün əvvəl iranlının qeyd etdiyi ərazidən götürmüşdür. Həmçinin Təqsirləndirilən şəxs özü könüllü bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsindəki mənzilində də narkotik vasitəsi vardır. Onu da polis əməkdaşlarına təqdim edə bilər. Üzərinə baxışla bağlı tərtib edilmiş protokol elan edilməklə hamı tərəfindən imzalandıqdan sonra onlar eyni tərkibdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Həmin ünvana, yəni Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53, mənzil 147-yə gəldikdə Təqsirləndirilən şəxs dəvəti ilə onun özünün yataq otağına keçməklə taxta konstruksiyalı dolabda olan 2 ədəd elektron tərəzisi və bir ədəd sellofanda metamfetaminə bənzər kütləni Təqsirləndirilən şəxs özü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bu əşyaları da ona polisə öncə təqdim etdiyi əşyalarla birlikdə göndərmiş, həmin qanunsuz psixotrop maddə və narkotik vasitələri o, iranlı Baloğlanın bildirdiyi ünvanlara yerləşdirməli idi. Görəcəyi bu işə görə Baloğlan ona 5.000 manat pul verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar qablaşdırılmış və möhürlənmişdir. Baxışla bağlı protokol isə bütün tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir polis əməkdaşı fiziki zor və ya psixoloji təzyiq göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi X9 əridir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərində onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, 32 saylı evin 5 saylı mənzilinə qonaq gəlmiş və söhbət əsnasında bildirmişdir ki, ona pul borcu olan şəxs var və həmin şəxs öz borcunu qaytarmaq istəyir. Lakin onun üzərində hazırda kart yoxdur və Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, özünü məxsus “Leobank” kartının foto şəklini çəkib Watçapla ona borclu olan şəxsə göndərsin ki, borclu olan şəxs də borcunu həmin karta köçürə bilsin. Təqsirləndirilən şəxs onun qohumu olduğundan o, etiraz etməyərək özünə məxsus “Leobank” kartını yaşadığı mənzilin həyətində əl-bə-əl ona verib ki, kartın foto şəklini çəkməklə həmin şəxsə göndərsin. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, borclu olan şəxs borc məbləğini artıq karta köçürüb və Rüstəm ondan xahiş etmişdir ki, o, kartda olan məbləği çıxarıb ona versin. Bundan sonra o, yaxınlıqda olan Səbail rayonu, Azərbaycan prospekti 1 saylı ünvanında olan "xxxx" məxsus elektron ödəmə sisteminə yaxınlaşaraq ilk olaraq “Leobank” kartında olan balansa baxıb və müəyyən edib ki, kartına 3300 manat pul köçüb və həmin pulu çıxardaraq yaşadığı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, 32 saylı evin 5 saylı mənzilin həyətində əl-bə-əl Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 3300 manat puldan ona heç bir məbləğdə pul verməmiş və həmin pula onun heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir yaxınlığı olmamış, Rüstəmlə restoranda 2022ci ildə tanış olmuşdur. Rüstəm onunla tanış olan zaman bildirmişdir ki, vaxtı ilə Cəlilabad rayon polis şöbəsinin dövlət yol polis bölməsində polis nəfəri olaraq çalışmış, hazırda isə Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin hərraclarda satılması sahəsində mütəxəssis olaraq fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, özünə məxsus olan bank kartı bloka düşdüyündən işləmir, bu səbəbdən də onun kartına pul köçürmək üçün kartın fotoşəklini ona göndərməyi xahiş etmişdir. O da bu məsələdə özünə hər hansı bir təhlükə görmədiyi üçün özünə məxsus Accessbank kartının fotoşəklini Rüstəmə göndərmişdir. Həmin karta elə həmin gün tanımadığı şəxs tərəfindən 5000 manat pul köçürülmüş, həmin məbləği o, 3 dəfəyə çıxararaq ümumilikdə 4950 manat pulu əlbəl Təqsirləndirilən şəxs vermişdir. 5000 manat pulun üzərindən Kapital Bank 50 manat faizə pul çıxmışdır. Təqsirləndirilən şəxs ondan aldığı 4950 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan edilərək müəyyən olunmuşdur ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Nəticə etibari ilə ifadəsində göstərir ki, Təqsirləndirilən şəxs onun baldızı X9 əridir. Bununla yanaşı olaraq bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, 32 saylı evin 5 saylı mənzilinə gələrək bildirib ki, ona borclu olan şəxs var və həmin şəxs borcunu qaytarmaq istəyir. Bunun üçün də üzərində kart yoxdur və ondan xahiş edib ki, ona məxsus olan “Leobank” kartını ona versin və ona göndərilən pulu çıxartdıqdan sona ona məxsus kartı qaytarsın. Təqsirləndirilən şəxs onun baldızı X9 əri olduğundan o, ona həmin zaman etiraz etməyib və özünə məxsus “Leobank” kartını yaşadığı mənzildə əl-bəəl ona verib. Beləliklə də xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, 32 saylı evin 5 saylı mənzilinə gələrək ona məxsus “Leobank” kartını ona qaytarıb. Həmin zaman Təqsirləndirilən şəxs ona təşəkkürünü bildirib “Leobank” kartının işinə yaradığını və ona məxsus kart vasitəsi ilə ümumilikdə 4500 manat pul çıxartdığını deyib. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır və həmin şəxslər ilə onun heç bir münasibəti və ya ədavəti yoxdur, Təqsirləndirilən şəxs 4500 manat puldan ona heç bir məbləğdə pul verməmiş və həmin pula onun heç bir aidiyyəti yoxdur, xx.xx.2022-ci il tarixdə saat 16:33:36 radələrində ona məxsus olan kartın son rəqəmi 65716791 nömrəli “Leobank” kartına 4500 pul köçürülmüş, lakin həmin pulu o, çıxarmamış, qeyd edilən məbləği Təqsirləndirilən şəxs özü çıxarmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan edilərək müəyyən olunmuşdur ki, o, xx.xx.2022-ci il tarixdən etibarən “X8” Mədud Məsuliyyətli cəmiyyətin direktoru vəzifəsinə təyin edilib. Həmin “X8” Mədud Məsuliyyətli Cəmiyyətində xeyli sayda ağır texnikalar mövcuddur. Belə ki, həmin ağır texnikaların demək olar ki, əksəriyyəti istismarda deyildir. Qeyd edilən ağır texnikalar Bakı şəhəri, Hava limanı Yolu (Zığ Şossesi) 11 km ünvanında saxlanılır. İşin mahiyyəti üzrə qeyd edir ki, “X8” Mədud Məsuliyyətli Cəmiyyətin müxtəlif şəxslərə külli miqdarda pul borcu olduğundan və yekun olaraq həmin borcların ödənilməsi ilə bağlı Məhkəmə qərarları olmuşdur. Həmin borcların qaytarılması məqsədi ilə Nərimanov rayon məhkəmə icraçılan tərəfindən “X8” Mədud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ağır texnikalar hərraca çıxarılmışdır. Lakin “X8” Mədud Məsuliyyətli Cəmiyyəti həmin borc pulları ödədiyindən qeyd edilən ağır texnikalar hərraca çıxarılmayıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, 1 (bir) ədəd istismara yararlı “Kamaz” 6460 Xüsusi Təyinat markalı, Az ** JA *** qeydiyyat nömrəli, 1 (bir) ədəd istismara yararlı “XCMG QY25K” Xüsusi Təyinat markalı, Az ** JK *** qeydiyyat nömrəli və 1 (bir) ədəd istifadəyə yararsız nəqliyyat vasitələri “X8” Mədud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir, lakin “X8” Mədud Məsuliyyətli Cəmiyyəti borc pulları ödədiyindən qeyd edilən ağır texnikalar ümumiyyətlə hərraca çıxarılmamışdır, Təqsirləndirilən şəxs tanımır və həmin şəxs ilə onun heç bir münasibəti və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin BNMİ-nin rəisinə ünvanlanmış BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilərək ünvanlanmış raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psxiotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğuldur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli 3-13-7/Ə235/2023 nömrəli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış və DİN-nin BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 qrup rəhbər kimi, üzvü kimi isə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X20 daxil edilmişlər. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BNMİ-nin rəisinə ünvanlanmış BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib medilərək ünvanlanmış raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53 ünavının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək tutulmuş, tutulmanın əvvəli azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il saat 23:00 dəqiqədən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetləri verməsi ilə bağlı edilən təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı yastıq üzünün içərisindən 03 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələri və 03 ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoyub. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd açar və 01 ədəd mobil telefon aşkar olunaraq götürülüb. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməyib. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə və heroinə bənzər kütlələr elektron tərəzidə çəkilib, qablaşdırılıb, möhürlənib və üzəri imzalanıb. Aşkar edilmiş mobil telefon götürülüb, 01 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılıb. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasında tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Baloğlan” adlı şəxsdən Bakı şəhəri, Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən 01 gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara və şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 5000 manat pul alacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd edib. Üzərindən başqa Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən mənzilində də narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirib. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilib və həmin protokol onlar tərəfindən imzalanıb. Məhkəmədə elan edilib araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçı, polis kapitanı Anar Aslanova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53, mənzil 147 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış X16 tərəfindən imzalanaraq DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçı, polis kapitanı Anar Aslanova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, X16yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53, mənzil 147 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, mənzil Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/53, mənzil 147 ünvanıdır. Baxış zamanı müdafiəçi iştirak etmiş və videoçəkilişdən istifadə edilmişdir. Baxışın keçirilməsində Təqsirləndirilən şəxs ilə birlikdə yaşayan Leyla Əliyeva da iştirak edib. Baxış aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı taxta konstruksiyalı dolabdan 02 ədəd elektron tərəzi və 01 ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edib. Həmin kütlə elektron tərəzidə çəkilib, qablaşdırılıb, möhürlənib və üzəri imzalanıb. Sonra evin digər hissələrinə baxış keçirilib və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməyib. Bundan sonra yenidən Baş İdarəyə qayıdıblar və orada baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, həmin şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəırimanov rayonu məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və əvvəli xx.xx.2023-cü il hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, DİN-nin BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1n tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 3-13-7/2-6361/2023 nömrəli xx.xx.2023-cü il tarixli DİN-nin BNMİ-nin məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə və psixotrop maddənin onun “Baloğlan” adlı şəxsin sifarişi ilə əldə etdiyi və 5000 manat pul müqabilində onun deyəcəyi yerə qoymaq və ya deyəcəyi şəxslərə vermək məqsədilə saxladığı müəyyən edilmiş, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı işi ilə məşğul olması barədə əlavə əməliyyatı əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Baloğlan” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və onu istintaqa təqdim etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin vəya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərə əlaqələrinin müəyyən edilməsi, əvvəllər narkotik vasitə vəya psxitrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilib-keçirilməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 02 iyul 2023-cü il tarixli 6/3588 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən müyyən olunur ki: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan: üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” sözləri, soyad və imzalar olan çantanın içərisində 3 (üç) ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkisi 1101,2 qram, 1460,8 qram, 1476,1 qram ümumi təmiz çəkisi 4038,1 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 (üç) ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkisi 1053,2 qram, 1020,5 qram, 1050,6 qram ümumi təmiz çəkisi 3124,3 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamindir; üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlə və elektron tərəzilər...” sözləri, soyad və imzalar olan bağlamanın içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 26,911 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir, iki ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisinin müəyyən edilməsi və digər bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş ümumilikdə dörd ədəd bükümdə ümumi təmiz çəkisi 3151,211 qram olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin üm. təmiz çəkisi - 4038,1 qr.,cəmi tədqiqata sərf edildi -0,3 qr., qalıq üm. - 4037,8 qram. Metamfetaminin üm. təmiz çəkisi - 3151,211 qr.,cəmi tədqiqata sərf edildi -0,4 qr., qalıq üm. -3150,811 qram. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X18 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 5802 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X6 X18 daxil olmuş komisyon ambulator məhkəmə-psixatrik ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 2779 nömrəli rəyindən müəyyən olunur ki: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy J4” markalı mobil telefona baxış keçirilmiş və baxış zaman müəyyən edilmışdir ki, telefonun “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Bal Satan” kimi qeyd edilmiş +98 914 *** **** İran İslam Respublikasına məxsus mobil nömrənin istifadəçisi ilə danışıqlar aparılmış və sonradan silinmişdir. Bundan başqa adı qeyd edilməmiş +98 904 *** **** İran İslam Respublikasına məxsus mobil nömrənin istifadəçisi ilə aparılmış danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:45-də həmin nömrənin istifadəçisi – iran ləhcəli şəxs Təqsirləndirilən şəxs “qardaş oğlu mənə bir dənə zəng elə, ya səs at mənə”, saat 22:48-də “qardaş oğlu mənə bir səs at, zəng elə” məzmununda səsli ismarıclar göndərmişdir. Bundan sonrakı vaxlarda həmin şəxs Təqsirləndirilən şəxs səsli zəng və ya görüntülü zənglər etsə də həmin zənglərə cavab verilməmişdir. Bundan başqa “Whatsapp” mobil tətbiqinin “Zənglər” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:34-dən saat 22:54-dək olan müddət ərzində adı “Bal Satan” kimi qeyd edilmiş +98 914 *** **** və adı qeyd edilməmiş +98 904 *** **** İran İslam Respublikasına məxsus mobil nömrələrin istifadəçiləri ilə Təqsirləndirilən şəxs arasında danışıqlar aparılmışdır. Bundan başqa telefonun “Qalereya” mobil tətbiqinin “Whatsapp İmages” bölməsinə baxış zamanı orada avtomobil yolunun kənarında ox işarəsi ilə işarələnmiş otluq ərazinin əks edildiyi fotoşəkil olması müəyyən edilmişdir. Həmin fotoşəklin xx.xx.2023-cü il tarixdə saat 21:42-də telefona yükləndiyi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona hərracdan ucuz qiymətə 42 ədəd qaldırıcı, özüyeriyən kran satması ilə onu aldadıb 2022-ci ilin sentyabr ayının ortalarından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində onun ümumilikdə 39.000 manat pulunu dələduzluq yolu ilə keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sənədin könüllü təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 03 ədəd xx.xx.2022-ci il tarixli 28441 nömrəli “e-manat”-a aid 5.000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı 01 ədəd qəbzi, xx.xx.2022-ci il tarixli, ********** VÖEN nömrəli, Şahid5 “Leobank”-a aid bank kartına 3.300 manat pul vəsaitinin ödənilməsi ilə bağlı “Milli Ön” elektron ödəmə sisteminə aid 01 ədəd qəbzi və xx.xx.2022-ci il tarixli **********1 VÖEN nömrəli Şahid4 “Leobank”-a aid bank kartına 4.500 manat pulun ödənməsi ilə bağlı “Milli Ön” elektron ödəmə sisteminə aid 01 ədəd qəbzi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “dəymiş maddi ziyanın ödənilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Əliyev X7 Fəqan Raqif oğluna vurmuş olduğu 39.000 manat maddi ziyandan 2.000 manat maddi ziyanı ödəmişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs2 Elbrus oğlunun Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 8250 manat pulunu almış, verdiyi vədə əməl etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən yer ünvan 16 ünvan Qız Qalası abidəsinin sol tərəfində yerləşir.Baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 qeyd olunan çay evininin baxçasından masalardan birini göstərib bildirmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi ümumilikdə 39.000 manat pulundan 10.000 manatını xx.xx.2022-ci il tarixdə hazırda olduqları Bakı şəhəri Səbail rayonu, Qüllə küçəsi 10 ünvanında yerləşən “Qız Qalası” çay evində ələ keçirmişdir. Bundan iki gün əvvəl Təqsirləndirilən şəxs “İçərişəhər” Qoşaqala qapısının qarşısında 4.000 manat pul vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq təqdim edilmiş iltizamdan müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs1 almış olduğu məbləği hər ayın sonu olmaqla 2.000 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “01 ədəd DVD səs disk və “WhatsApp” mətinlərinə baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi +994-55-282-82-04 və +98-***-***- **-** mobil nömrələrdə “WhatsApp” vasitəsilə qeydə alınmış “sms” məntlərini və Təqsirləndirilən şəxs ilə olan 01 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Qismət” Şadlıq Sarayı, “X26” və “Qız Qalası”-nın yaxınlığındakı Ədliyyə Nazirliyinin Hərrac İdarəsindən ucuz qiymətə 03 kran alaraq Zərərçəkmiş şəxs1 vermək adı ilə aldadıb. 11.200, 5.000, 4.500, 3.300, 4.000 və 10.000 manat olmaqla ümumilikdə 38.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilməsi öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ “Kapital Banka” və “AccessBanka” məxsus kartlara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, 6768 6771 7569 1462 nömrəli “Kapital Banka” və 4286 5212 4122 4734 nömrəli “AccessBanka” məxsus kartların Şahid3 məxsus olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs3 DİN-nin BMCMİnə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd “Mercedes Axor 1840” markalı yük avtomobilinin hərrac yolu ilə satacağına dair yalandan vəd verib aldatmış, bu məqsədlə Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən “Yasamal Park”-ın yaxınlığında cinayətə aidiyyəti olmayan, adı istintaqa “Elnur” kimi məlum olan şəxsin vasitəsi ilə 11.000 manat pulu Təqsirləndirilən şəxs göndərmiş, sonuncu həmin pul vəsaitini qəbul edib ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ümumilikdə 11.000 manat məbləğində maddi ziyan vurmuşdur, lakin bu barədə şikayət etdikdən sonra 11.000 manat pulu Təqsirləndirilən şəxs geri qaytarmışdır. Pulun geri qaytarılmasına baxmayaraq Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs şikayətçidir və onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək, həmin məcəllənin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 02 mart 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikas CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 04 kq 37,8 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi 03 kq 150,811 qram qalmış psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzinin və 01 ədəd “Samsung Galaxy J4” markalı mobil telefonun maddi sübut hesab edilməsi və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, “şəxsi axtarış və götürmə” zamanı və “mənzilə baxış və götürmə” zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 vərəqdə olan qəbzlərin surəti və “Whatsapp” yazışmalarına dair çıxarışlar və Şahid3 təqdim etdiyi 02 vərəqdə olan bank kartlarının surəti cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd açarın onun özünə qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə və qrupun üzvü “Baloğlan” adlı şəxsin, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikas CM-nin 234.4.1 və 234.4.3-cü maddələri iılə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Əliyev X5 rayon məhəkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən Cəlilabad rayon məhəkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi həmin məcəllənin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini məhkumluğu olduğu, yəni ödənilmədiyi dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-nin 18-ci maddəsinə əsasən residiv mövcud deyil, lakin CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur) Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıması və saxlamasına dair məhkəmə baxışı zamanı verdiyi inkar edici ifadələri cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin ərizələri ilə, onların və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələr ilə, təqdim edilmiş qəbzlər, “mobil telefona baxış keçirilməsi barədə” “ifadənin yerində yoxlanılması”, “baxış keçirilməsi”, “şəxsi axtarış və götürmə”, “mənzilə baxış və götürmə” və barəsində keçirilmiş ekspertiza rəyləri ilə təkzib olunur. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə yanaşı elektron tərəzilərin aşkar olunması ona dəlalət edir ki, bu tərəzi qanunsuz əşyaların bükümlərə yerləşdirərək satışa yönəldilməsinə xidmət etmişdir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 08 №-li qərarının 4-cü bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir.” Həmin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 6-cı bəndinə əsasən “Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir.” Qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 27-ci bəndinə əsasən “Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər.” Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi hallar nəzərə alınsın. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 30-cu bəndinə əsasən Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisələrinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisələri ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən himayəsində iki az yaşlı övladının olmasını və cinayət nəticəsində dəymiş ziyanları tamamilə və qismən ödəməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 iyul 2023-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 04 kq 37,8 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi 03 kq 150,811 qram qalmış psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi məhv edilməli, ondan aşkar edilmiş 01 ədəd “Samsung Galaxy J4” markalı mobil telefon isə ayrılmış cinayət işinin materiallarına aid edilməli, “şəxsi axtarış və götürmə” zamanı və “mənzilə baxış və götürmə” zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 vərəqdə olan qəbzlərin surəti və “Whatsapp” yazışmalarına dair çıxarışlar və Şahid3 təqdim etdiyi 02 vərəqdə olan bank kartlarının surəti cinayət işinin materiallarına əlavə edilməsi, 01 ədəd açarın onun özünə qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Elbrus oğlu və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın tam, Zərərçəkmiş şəxs1 isə maddi ziyanın qismən ödənilməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-ci maddələri ilə 03 (üç) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 04 kq 37,8 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi 03 kq 150,811 qram qalmış psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi məhv edilsin, ondan aşkar edilmiş 01 ədəd “Samsung Galaxy J4” markalı mobil telefon isə ayrılmış cinayət işinin materiallarına aid edilsin, “şəxsi axtarış və götürmə” zamanı və “mənzilə baxış və götürmə” zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 vərəqdə olan qəbzlərin surəti və “Whatsapp” yazışmalarına dair çıxarışlar və Şahid3 təqdim etdiyi 02 vərəqdə olan bank kartlarının surəti cinayət işinin materiallarına əlavə edilsin, 01 ədəd açarın onun özünə qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Elbrus oğlu və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın tam, Zərərçəkmiş şəxs1 isə maddi ziyanın qismən ödənilməsi nəzərə alınsın, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar