Məhkəmə qərarları › İş №1(101)-1536/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1536/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1536/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs ,21 aprel 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa şəxslərlə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə başqa mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 2,022 qram, 0,062 qram, 0,064 qram, 0,052 qram, 0,038 qram, 0,064 qram ümumi təmiz çəkisi 2,302 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,701 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı «Əli» və «Pərviz» adlı şəxslərin ona sonradan deyəcəyi ünvanlara çatdırıb yerləşdirməklə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib, saxlayıb daşımış, 06 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Sovxoz Raman ərazisində Sabunçu RPİ-nin NMB-in əməkdaşları tərəfindən xidməti ərzidə gəzinti zamanı özünü şübhəli apardığı üçün saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və üzərində aparılmış şəxsi axtarış və 11 götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli plastik qutunun İçərisindən siqaretin ağ qızılı kağızına bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 2,302 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,701 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 05 mart 2023-cü il tarixdə səhər saat 10:00 radələrində öz həyətində avtomobilini təmizləyərkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə aparmışlar. Onun üzərində iki büküm narkotik vasitə olmuşdur. Polis bölməsində ona təzyiq olunaraq üzərinə narkotik vasitənin satışını həyata keçirtdiyini qoydular. Ona polis əməkdaşları tərəfindən təzyiq göstərdiklərinə görə ittiham aktında deyilənlərin hamısını qəbul etmişdir. Mobil telefonundakı mesajlarda İran islam Respublikasının vətəndaşından narkoitk vasitə istəmişdir. Onun üzərində 2 büküm narkotik vasitə olub. Onun hüquqi anlayışı yox idi deyə, polislər tərəfindən döyülməyi ilə bağlı heç kimə şikayət etməmişdir. Ona ibtidai istintaq zamanı vəkil təqdim olunmayıb. “+**********3” özünün mobil nömrəsidir. Mesajlarda “kola” deyəndə heroini nəzərdə tutur. “Fosu” ləqəbi ona məxsusdur. O, cinayət işinin materiallarındakı mesajların ona aid olduğunu təsdiq edir. Lakin onun üzərində ittiham aktında deyilən miqdarda narkotik vasitə olmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və üzərində külli miqdarda deyil 1,5 qram miqdarda narkotik vasitə olan heroin olduğunu öz müdafiəsi üçün dəlil kimi gətirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində kirayədə yaşayır, evlidir, evdə ondan başqa anası ailə üzvüləri üç övladı yaşayır. Hazırda heçbir yerdə rəsmi olaraq işləməsədə fərdi əməklə yəni gündəlik fəhləliklə məşqul olub maddi ehtiyaclarını ödəyir, 3 ildir ki, narkotik vasitə hesab edilən «kakosu və ya colanı» yəni heroini istifadə edir, narkotik vasitə hesab edilən heroini və metamfetamini İran İslam Respublikasının vətəndaşı olan adını Əli kimi təqdim edən şəxsdən onlayın yolla xx.xx.2023-cü il tarixdə saat 22 radələrində alaraq Sabunçu rayonu Maştağa qəsəbəsində onun qoydurduğu yerdən götürmüş və həmin narkotik vasitələrdən heroinə görə 50 manat metamfetaminə görə isə 25 manat olmaqla ümumilikdə 75 manat Əlinin ona verdiyi 070 *** ** ** saylı sim nömrəyə göndərmiş, aldığı narkotik vasitələri üzərində saxlamış ki, istifadə edə, qalan hissəni 01 böyük olmaqla 5 bükümə bölmüş, bir bükümün 10 manat olmaqla satıb aldığı narkotik vasitənin pulunu çıxarsın qalanın isə özü istifadə etsin. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi Sovxoz Ramana qəsəbəsində hərəkətdə olarkən əvvəlcədən tanımadığı özlərini təqdim edəndən sonra Sabunçu RPİ-nin NMB-nin polis əməkdaşları olduqlarını bildiyi 3 nəfər polis əməkdaşı ona yaxınlaşıb kimliyini soruşmuş, üzərində narkotik vasitə olduğu üçün onların sualına şübhəli cavab verdiyi üçün onu Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına dəvət etmişlər, burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, o ərizə yazaraq şəxsi axtarış və götürmədə müdafiəçinin iştirak etməsini istəmədiyini, onun 4 iştirakı olmadan şəxsi axtarış və baxış keçirilməsini İstədyini, şəxsi axtanş zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o əynimdə olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli plastik qutunun içərisindən siqaretin ağ qızılı kağızına bükülmüş 07 ədəd kütlələri və Samsung A02 markalı və sadə Samsung və Nokia markalı telefonları təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonra şəxsi axtarış və baxış zamanı təqdim etdiyim həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 159 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, həmin Əli və Pərviz adlı şəxslə təsadüfən sosial şəbəkə olan İnstagramda tanış olmuş, 3-4 aydır votsap vasitəsi ilə əlaqə saxlayaraq danışmış, narkotik vasitəni ondan sonuncu dəfə aldığını deməklə 6 dəfə almış, hər dəfə 01 və ya 02 qram narkotik vasitə heroin yada metamfetamin almış və həmin narkotik vasitələri Əli dediyi yerlərdən Sabunçu rayonu Balaxanı və ya Maştağa qəsəbələrinin ərzisindən götürüb əldə etmiş, üzərinizdə saxlanıldıqdan sonra aşkar edilən narkotik vasitə heroini bükümlərə özü bölməklə 6 bükümə bölərək üzərində saxlamışdır. Şahid3 ifadələrində göstərdi ki, Sabunçu RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsindəxidmət edir. Məhkəmədə ona təqsirləndiirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. O və əməliyyat qrupunun digər üzvləri ərazi üzrə xidmət apararkən Təqsirləndirilən şəxs şübhəli hərəkətlər etdiyini görmüş, bu səbəbdən ona yaxınlaşmışlar. Raqifə onlarla birlikdə 12-ci polis şöbəsinə getmək təklif edildi. İnzibati binada təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış həyata keçirilərkən Təqsirləndirilən şəxs özü üzərindəki narkotik vasitəni könüllü şəkildə təqdim etdi. Səhv etmirsə, narkotik vasitələrdən altı bükümü heroin, bir büküm isə metamfetamin növündə idi. Hadisənin üzərindən uzun müddət keçdiyinə görə təfərrüatlar tam dəqiqliyi ilə yadında deyil. Təqsirləndirilən şəxsin üzərində ya altı, ya da yeddi büküm narkotik vasitə var idi. Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təzyiq göstərilməyib. Təqsirləndiirlən şəxsi Sabunçu rayonu Ramana qəsəbəsi Ramana Sovxozu kimi tanınan ərazidə saxlamışlar. Onlar Raqifi saxlayanda yolun qırağı ilə hərəkət edirdi. Özünü şübhəli aparmağı deyərkən onları görəndə yayındığını nəzərdə tutur. Onlar təqsirləndirilən şəxsi saxlayarkən yolun qırağı ilə hərəkətdə idi. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə ona yaxınlaşdılar. Raqifin üzərinə şəxsi axtarış zamanı müdafiəçinin olub-olmadığını xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, -in Sabunçu RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində işləyir, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən etibarən bilavasitə xidməti vəzifəmin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, ədavət və düşmənçilik olmamışdır. Belə ki, 06 mart 2023-cü il tarixdə saat 17 radələrində Sabunçu NMB-nin digər əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ilə birlikdə Sabunçu rayonu Raman qəsəbəsi Ramana Sovxozu kimi tanınan ərazidə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. Həmin şəxs sənədlərinin olmadığını bildirdikdən sonra onlardan yayınmağa və həmin yerdən uzaqlaşmağa çalışdığından yaranmış şübhələrin nəticəsi olaraq ona PŞ-nə getməsi təklif edimiş, heç bir etiraz etməyən şəxs onlarla birlikdə 12-ci PŞ-nə getmiş, PŞ-də onun Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra bu brədə raportla bölmənin rəhərliyinə məruzə etdikdən sonra raportla əlaqədar araşdırma aparılması PŞ-nin təhqiqatçısı polis mayoru Hüseyn Nağıyevə həvalə olunmuş, təhqiqatç Təqsirləndirilən şəxsb hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilin dəvətə edərək sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və hüquq və vəzifələrini izah etmiş, həmçinin üzərində videoçəkilikşlə şəxsi axtarış və götürmə aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs hüquqlarının vəkil tərəfindən müdafiə olunmasına etiraz etməməsinə baxmayaraq üzərində şəxsi axtarışın vəkilin iştirakı olmadan aparılmasını istəmiş, buna görə 12-ci PŞ-nin inzibati binasındakı otaqlardan birində onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş və ya olunmamış əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki qara rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli plastik qutunun içərisindən siqaretin ağ qızılı kağızına bükülmüş 6 ədəd bükümdə tünd qəhvəyi rəngli 1 ədəd bükümdə isə ağ rəngli kristallik maddələri, şalvarın sağ yan cibindən 3 ədəd ikisi Samsung biri Nokia olmaqla telefeonları masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin başqa, qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrlə bağlı verilən suallara cavab olaraq bildirmiş ki, narkotik vasitədən istifadə edir, həmin maddə siqaretin ağ qızılı kağızına 5 bükülmüş 6 ədəd ayrı-ayrı bükülüdə olan «Kakos», 1 ədəd bükülüdə olan «patı»dır. Həmin maddələri tanımadığı İran İslam Respublikası vətəndaşından 75 manata onlayın yolla alaraq əldə etmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb üzəri 159 N-li möhürlə möhürlənib imzalanaraq götürülmüş, şəxsi axtarış barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və onlar protokolla tanış olaraq doğuluğunu imzaları ilə təsdiq etmişlər. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. O və əməliyyat qrupunun digər üzvləri təqsirləndirilən şəxsin şübhəli hərəkətlər etdiyini görmüş, bu səbəbdən həmin şəxsə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs sənədlərinin olmadığını dedi və onlardan uzaqlaşmağa çalışdı. O və digər polis əməkdaşları X3 şübhəli hərəkətlər etdiyi üçün bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı bir şəxsdən əldə etdiyini demişdir. Təqsirləndirilən şəxsi saxladıqları ünvan dəqiq yadında deyil. Hadisə baş verən zaman saat günortadan sonra 16:00-18:00 arası olmuşdur. Təqsirləndirilən şəxs şübhəli davrandığı üçün narkotik vasitənin təsiri altında olduğunu düşünmüşlər. Təqsirləndirilən şəxsi küçədə saxlamış, üzərinə şəxsi axtarışda da iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmayıb. Təqsirləndirilən şəxsdən 5-6 büküm narkotik vasitə götürülüb. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 06 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Şahid1 və Şahid3 ilə birgə Sabunçu rayonu Ramana qəsəbəsi Ramana Sovxozu adlanan yerdə Raqifin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb ona 12-ci PŞ-nə getməsi təklif edildi. Raportla məruzə olunduqdan sonra Raqifin üzərinə şəxsi axtarış və götürmə aparıldıqda o,şalvarından sol yan cibində saxladığı altı ədəd bükümdə heroin, bir ədəd bükümdə isə metamfetamini təqdim etdi. Həm metamfetamin, həm heroin aşkar olundu. Narkotik vasitə özünə məxsus idi. Narkotik maddəlri və metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini dedi. Onun saxdanlıdğı yer kimi Ramana Sovxozu adlanan yerdə yeni tikililər olan yer nəzərdə tutulur. Onlar Raqifi saxlayanda o, hərəkətdə idi,yəni gəzirdi. Polisdən yayınmaq istəyirdi, buna görə ondan şübhələnib onu saxlamışlar. O, bölməyə gətirilib raport yazılan kimi dərhal Raqifin üzərinə şəxsi axtarış keçirildi. Tərəflərindən Raqifə heç bir təzyiq göstərilməyib. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 06 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən ağ rəngli plastik qutunu çıxarıb masanın üzərinə qoyur, daha sonra əynində olanq ara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd 02 ədəd Samsung 01 ədəd Nokia olmaqla mobil telefonları masanın üzərinə qoyur. Həmin telefonlardan biri «Samsung Galaxy A02» markalı mobil telefon ağıllı telefondur. Plastik qutuya baxış keçirilir və məlum olur ki, içərisində 01 bükümdə ağ rəngli, 06 bükümdə qəhvəyi rəngli spesfik iyə malik maddələr aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin bükümləri 06 ədəd bükümdə olan kakosu və 01 ədəd bükümdə olan ağ kristallik maddə patını İran vətəndaşından 75 manata aldığını bir bükümünü 10 manata satdığını deyir. Məhkəmədə elan olunub araşdırılmış Məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 mart 2023-cü il tarixli 6/1375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd plastik qabda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,022 qram, 0,062 qram, 0,064 qram, 0,052 qram, 0,038 qram, 0,064 qram ümumi təmiz çəkisi 2,302 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə 0,701 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 iyun 2023-cü il tarixli 6/2657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd plastik qabda 6 ədəd bükümdə olan heroinlər bir-biri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2,302 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,701 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə ekspert tədqiqatı nəticəsində qalıq qalmış 2,182 qram heroin və 0,661 qram metamfetamin qalığı Sabunçu RPİ-nin saxlancına verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 06 mart 2023-cü-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilrərk götürülmüş «Samsung A02» markalı ağıllı telefona baxış keçirilmiş və qeyd edilən telefona ayarlar bölümünə « U » kodu yazaraq daxil olduqdan sonra həmin telefonun içərisində +994 70 *** ** ** nömrəsi olması müəyyn edilmiş, həmin telefonun «Whatsapp» bölümünə daxil oldu və həmin bölümdə «Eliiii» adı ilə qeydə alınmış nömrə ilə yazışma əks olunmuşdur. Həmin yazışmada «Eliiii» adı şəxsin İstifadə etdiyi nömrənin +98 911 *** **** saylı İran İslam Respublikasına aid olduğu müəyyən edildi. Həmin yazışmalara daxil olduqda xx.xx.2023-cü il tarixdə saat 01:29 da qeydə alınmış 022 saniyə səs yazısında Raqif deyir ki, “ay Əli əsinin başına dönüm bu nə temadı salafanı büküb qoyub ora trəziyə atıram 3 qram temadı salafanı kəsib qoyuram tərəziyə 2 qram temadı belə olmaz axı Əli sənin başına dönüm camahatdan pul götürmüşəm mən nə cavab verim indi”. Həmin gün saat 01:36-da Əli deyir: “sabahdan öz heyvanım olacağe bularnan söyüşdüm savaşdım sənə onun əvəzin çıxaram qardaşın bilirsən onun altında yatan oğlan deyil qardaşın onun altında yatan adam deyil”. Həmin gün saat 01:38-də Raqif deyir: “bəs mən ona görə səndən soruşdume sənin öz adamın vare kuryerin Maştağa yolunun üstü vare ora həm rahatdı həm də çəki düzdür denə camahat pul verirdə 100 manat az pul deyilki temalarıda tuxta nə bilime Əli”. Həmin gün saat 11:45-ə aid iki ədəd elektron tərəzi üzərində şəkil vardır və şəkildən görünür ki, elektron tərəzidə çəkilən sellofana bükülmüş narkotik vasitəyə bənzər kütlədir. Bir şəkildə çəkisi 2.9 qram, digər çəkidə isə 2.0 qram göstərir. Burdan belə qənaitə gəlmək olar ki, Raqif çəkinin düz olmadığını hər dəfə fərqli çəkilərdə narkotik vasitə verildiyini deyir. +98 914 *** **** saylı nömrə ilə 03 mart 2023-cü il tarixdə saat 01:14-də qeydə alınmış 1:07 saniyə yazışmada Raqif deyir- salam ay Pərviz ay qaqa nağayrırsan neynirsən deməli 2-3 gün sən Vüqar adlı şəxsi calayacam təzə tanış olmuşuq qaqa bir gündən bir 30-35 tema götürür Pirşağı var burda orda divijeneya edir başqa bir İrannı var Peyman var ona calayırıq bunu görə Peyman bizə 35-40 tema atır bu Vüqar 100 faiz sənindir səndən heçnə istəmirəm bunu sənə calayacam işləsin başqa sözün qulluğun var. Həmin gün saat 01:16-da 029 saniyə yazışmada: “ Raqif deyir-Peymanla söhbətimiz olubki elə bilki işləyəcəkdə bu Peymanla bu gün 35 dənə götürdü Peymandan sabahda 35 dənə götürəcək sonra bizə Peyman 40 tema atacaq narahat olma bunu yəni Vüqan verəcəm sənə qoy işləsin başını qat səndə”. Həmin gün saat 01:17-də 41 saniyə danışıqda: “Raqif deyir-Pərviz sən tanımamş olmazssan bu Peymanı deyirlər qəşəng ambarçikdir biz tərəfdə ambarı var özdə deyirlər yaxşı malı var, məndə danşdım onnan konkret deyir mənə yaxşı müştəri cala sənə 15-20 dənə tema atır burda uşaq-muşaqda varda onunla iş görür, əsas Özümü düzəldim konkret səninlə iş görəcəm başına dönüm sənin”. Həmin gün saat 01:19-da 0:59 saniyə danışıqda: “Raqif deyir-Pərviz qiymətdə deyim sənə 22 manatdan atır Vüqara deyrdə iki üç dəfə götür 1-2 manat qaldırarsan. Mən Vüqara demişəmdə səni yəni Pərvizə calayacam işləyəcəksiz. Mən işimi tutum çıxım yaxşı qardaşım”.Həmin gün saat 01:59-da 0:26 saniyə danışıqda: “Pərviz deyir- Salam qardaş necəsən axşamın xeyir işim var idi səsə biraz gec baxdım neynək qardaş allah sənin balanı saxlasın əllərin ağrımasın sən o işi elə əvəzin çıxacam səndən özündə bilirsəndə eliyənəm mən”. “Fosu qardaşım qadan alaram onu mənə cala balamcanı əvəzn çıxacam”.“Fosu qardaş qadan alaram Vüqarı cala mənə ürəyimsən mendə əvəzin çıxacam”.“Fosu qardaş qadan alaram senin mənə adam cala balam canı sən yaxılıım dəyəcək”.“Raqif deyir Pərviz salam qardaşım neynirsən Pərviz narahat olmaye qardaşım Vüqar beç on gün işləsin onunla sənə calayacam sən işlə bir tərəfdən mən tək deyiləmdə elə bil Vüqarın dostu ilə biz bölüşdürürükdə temanı. İndi bir iki nəfərdə varda biz alıb bölüdürəcik sonra sənə bilirəm vəziyyətin pisdi narahat olma qardaşım”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-604-32- 33 və ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, AZF / LGL-2476/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilmiş baxışla aşağıdakılar müəyyən edilmişdir:1.SMS_Tarixcesi_**********3635_709725455 65KB,xx-xx- 2022 14:55:08 xx-xx-2022 14:55:08 1.1.**********12 1.1.**********55, Danlşmaq isdeyirem internetnen 2.SMS_Tarixcesi_**********3652__706043233 197KB,xx-xx-2023 03:18:15 1.1.**********61 1.1.**********33 X10 Saxla Sen,Cani SUBMİTTED,xx-xx-2023 20:56:37 0.1.********** 1.1.**********33 Qaqa pati kola gotur SUBMİTTED,xx-xx-2023 18:30:04 xx-xx- 2023 18:30:04 1.1.**********17 1.1.**********33 Fosu qaqa kola lazımdı yarı var DELİVERED,xx-xx-2023 03:18:15 xx-xx-2023 04:11:03 1.1.**********61 1.1.**********33 Koladan,X11 Sen Cani DELİVERED,xx-xx-2023 18:09:34 xx-xx-2023 18:09:34 1.1.**********11 1.1.**********33 Qaqa nece gundu pati DELİVERED,xx-xx-2023 13:33:32 xxxx-2023 13:33:32 1.1.**********10 1.1.**********33 Pul var manda kimda mal var yerin bilrsan DELİVERED,xx-xx-2023 20:53:15 1.1.**********07 1.1.**********33 Fosu lomkadaya mal satrsan mana mal ver lomkadan oluram SUBMİTTED, DELİVERED,xx-xx-2023 21:34:51 1.1.**********07 1.1.**********33 Mana atıb gedib damda manim malmi cakan oxlanin har şeyini …… SUBMİTTED, DELİVERED,xx-xx-2023 09:36:45 1.1.**********07 1.1.**********33 Fosu saxol pula etiyacln varsa gal veri malin pulu qalir utanlrsan kartl at vlrum SUBMİTTEDSUBMİTTED,xx-xx-2023 09:38:20 xx-xx-2023 09:38:21 1.1.**********07 1.1.**********33 147 manatl,xx-xx-2023 16:02:34 1.1.**********11 1.1.**********33 FOSU BİRDENEDE 10 NUQ LAZMDR VAR GELM GOTRM, xx-xx-2023 21:08:16 1.1.**********85 1.1.**********33 Ay . telefona cvb ver qonagim var dvijeniya lazimdi torpağ daw,4. SMS_Tarixcesi__**********3654_706043233 115 KB,xx-xx-2023 17:07:58 xx-xx-2023 17:07:58 1.1.**********33 1.1.**********49 Qaqa 15-20deygeye gelirem sene pulvuda verim.sen hazir elede o qram kolani qaqaw DELİVERED,xx-xx-2023 20:56:35 xx-xx-2023 20:56:36 1.1.**********33 1.1.**********08 Qaqa pati kola gotur kankret dvjenya elyek mende bir iki gunluk bowam pul gozduyurem isdiyenler çoxdu mennen DELİVERED,xx-xx-2023 21:01:17 xx-xx-2023 21:01:18 1.1.**********33 1.1.**********08 Qaqa 8m duzetsem birdenede ko alinar DELİVERED,xx-xx-2023 21:27:23 xx-xx-2023 21:27:24 1.1.**********33 1.1.**********40 Qadan alaram mene bir yari kola getir benzin yoxdu alinsa birazda daw 15man var DELİVERED 9 xx-xx-2023 17:07:58 1.1.**********33 1.1.**********49 Qaqa 15- 20deygeye gelirem sene pulvuda verim.sen hazir e!ede o qram kolanı qaqaw SUBMİTTED,xx-xx-2023 20:56:35 xx-xx-2023 20:56:36 1.1.**********33 1.1.**********08 Qaqa pati kola gotur kankret dvjenya elyek mende bir iki gunluk bowam pul gozduyurem isdiyenler çoxdu mennen DELİVERED,xx-xx-2023 18:09:29 xx-xx-2023 18:09:30 1.1.**********33 1.1.**********11 Qaqa nece gundu patiya həsrətəm qardawimsan tez gel səbirsizlik seni gozduyurem DELİVERED, 5.Zenglerin_Mexsusluq_Tarixceleri **********1400, 706043233_NAR_4, 80KB,06043233 Təqsirləndirilən şəxs ƏLƏMDAR OĞLU ********, Lumbini, AZƏRBAYCAN, Bhaktapur, 8, GƏNCƏ şəh., KƏPƏZ ray., Z.BÜNYADOV KÜÇ., ev.14, , 822-523, GƏNCƏ şəh., KƏPƏZ ray.,Z.BÜNYADOV KÜÇ., ev.14,6 Zenglerin_Mexsusluq_Tarixceleri ********************455_NAR_4,52KB, ********* X6 V56509542 , Lumbini, AZƏRBAYCAN, Bhaktapur, 8, UNKNOWN. Keçirilmiş baxış zamanı müəyyən edilir ki, ***-***-**-** saylı nömrə X6 adlı İran İslam Respublikası vətəndaşının adınadır, ***-***-**-** saylı nömrə Təqsirləndirilən şəxs adınadır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, ittiham aktında yazılan ünvanda deyil evinin qarşısında maşınını təmizləyərkən polislər tərəfindən saxlanıldığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin özünü müdafiə məqsədli ifadələr olduğunu bəyan edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitəni təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitənin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin heroin və metamfetamin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymtləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə, məhkəmə yuxardıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 130 (yüz otuz) manat, təqsirləndirilən şəxsə göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X5 180 (yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertiza xərcini təşkil edən 130 (yüz otuz) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını, müdafiə xərcini təşkil edən məbləği ödəməkdən isə azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 2,182 qram narkotik vasitə heroin və 0,661 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılmasını özündə əks elətdirən bir ədəd rəqəmsal video diskin və "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, AZF / LGL- 2476/23 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməldən peşman olub ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı ətraflı ifadələr veməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs bu iş üzrə əvvəli 06 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək davamlı olaraq həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 06 mart mart 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Ambulator məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2023-cü il tarixli 2534 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində Narkotik maddəlri şəxsi istifadəsi üçün əldə etdiyini dedi.) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar olaraq məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 130 ( yüz otuz ) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün 180 ( yüz səksən) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 130 ( yüz otuz ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 2,182 qram narkotik vasitə heroin və 0,661 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar