Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1537/2021 15.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məcidov X6 və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 iyul 1987-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 07 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Surxanı rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yaşayış sahəsində şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,892 qram, 2,331 qram, 1,715 qram və 1,792 qram, ümumi təmiz çəkisi 7,730 qram maddə kütlələri - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 80 manata əldə edərək saxlamaqla üzərində daşımış, Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında küçədə saxlanılaraq, ünvan 3da yerləşən Suraxanı RPİ 32-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 4 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,892 qram, 2,331 qram, 1,715 qram və 1,792 qram, ümumi təmiz çəkisi 7,730 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə il qabaq narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Həmişə narkotikləri Bakı şəhərində “Papanin” adlanan ərazidən tanımadığı şəxslərdən almışdır. 06 aprel 2021-ci il tarixdə o, yenə də "Papanin" ə getmiş, orada tanımadığı bir nəfərdən şəxsi istifadəsi üçün təxminən 2 qram heroin almışdır. Həmin heroinin bir qismindən özü istifadə etmiş, saxlanılarkən üstündə təxminən 1,7 qram narkotik olmuş, həmin narkotiki də üzərində şəxsi axtarış keçirilərkən polis işçilərinə təqdim etmişdir. Lakin sonradan bilmişdir ki, həmin narkotikin çəkisini polis əməkdaşları 7 qramdan artıq göstərmiş, həm də onun narkotiki guya satış məqsədi ilə alması kimi onun işini CM-nin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirmişlər. Ona görə də, o, verilmiş ittihamı qəbul etmir, üstündən çıxan 1 qramdan artıq narkotikin özünə məxsus olduğunu etiraf edir. Təqsirləndirilən şəxs ifadəsinə görə, polis əməkdaşları onu saxladıqdan sonra Suraxanı RPİ 31-ci Polis bölməsinə aparılmış, orada təhqiqatçı tərəfindən videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən ağ rəngli selofan torbaya bükülmüş 4 ədəd bükümü özü polis işçilərinə təqdim etmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini Nəsimi rayonunda "Papanin" adlanan ərazidən sifətdən tanıdığı, ancaq adını bilmədiyi şəxsdən 06 aprel 2021-ci il tarixdə 80 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin bükümlər zərfə qoyulub qablaşdırılmış və götürülmüşdür. Daha sonra protokol tərtib olunmuş, o da, həmin protokolu oxuyub imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis bölməsində sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, 17 mart 2021-ci il tarixdə Qaraçuxur qəsəbəsindəki bina evlərinin birinin həyətində saxlanılan "Niva" markalı avtomobildən oğurluq cinayətində Təqsirləndirilən şəxs şübhəli bilinmiş və onun ətrafında əməliyyat tədbirləri həyata keçirilmişdir. Bununla əlaqədar, Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə saat 17 radələrində Qaraçuxur qəsəbəsində onun və 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Polis bölməsinə gətirilmiş və təhiqiqatçı Elnur İskəndərovun xidməti kabinetində müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və maddənin olub-olmadığı soruşulmuş, sonuncu, əynindəki gödəkçəsinin sağ yan cibindən pul kisəsini və sol cibindən isə 4 ədəd polietilen bükümləri çıxarıb təqdim elmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs əlindəki selofan torbanı da təqdim etmiş, torbada bir ədəd təmir açarı və dəmir alət olduğu, həmçinin özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri və digər şəxslərə aid maşınlara dair müxtəlif sənədlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 4 ədəd bükümdə heroin olduğunu və həmin heroinləri 06 aprel 2021-ci il tarixdə “Papanin” yaşayış ərazisindən hər bükümü 20 manata olmaqla, ümumilikdə 80 manata tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmənin aparılması ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o da, bütün iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 07 aprel 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə Suraxanı RPİ 32-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 4 ədəd polielilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,892 qram, 2,331 qram, 1,715 qram və 1,792 qram olmaqla, ümumi təmiz çəkisi 7,730 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddələr, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, digər əşyalar, həmçinin qeyrilərinə aid müxtəlif sənədlər və plastik kartlar aşkar edilərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, həmçinin şəxsi axtarış və götürmə hərəkətlərini əks etdirən videogörüntülər DVD diskə köçürülüməklə iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 24-26). Məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2021-ci il tarixli 6/1384 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №196" möhür əksi, "Şübhəli şəxs: Təqsirləndirilən şəxs..." və s. yazılar, imzalar olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,892 qram, 2,331 qram, 1,715 qram və 1,792 qram, ümumi təmiz çəkisi 7,730 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə ləsdir edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" siyahısına (siyahı l) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 7,730 qram olmuş, tədqiqata 0,08 qram sərf edilmiş, qalıq 7,650 qram təşkil edir (cild 1, iş vərəqi 37-39). Cinayət işində olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 31 may 2021-ci il tarixli 6/1964 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №196" möhür əksi, "Şübhəli şəxs: Təqsirləndirilən şəxs..." qeydli zərfdəki 4 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi 7,650 qramdır, tədqiqata 0,08 qram sərf edildi, qalıq 7,570 qram təşkil edir (cild 1, iş vərəqi 142-144). Məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2021-ci il tarixli 2151 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 145- 146). İbtidai istintaq orqanının 26 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd polielilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,892 qram, 2,331 qram, 1,715 qram və 1,792 qram, ümumi təmiz çəkisi 7,730 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və əlavə məhkəmə kimyəvi ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,570 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin, qeyd olunan istintaq hərəkətinin gedişini əks etdirən görüntülər olan DVD disk sübut növü kmi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 149-167). Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə həmin idarədə məlumat yoxdur (cild 1, iş vərəqi 129-130). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursor-lannın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 02 №-li Qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasma görə narkotik vasitələri və ya psixotrop maddələri satma dedikdə, təkcə həmin vasitə və maddələri satma deyil, həm də bu maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı X1 üzərində təxminən 1,7 qram çəkidə narkotik vasitə heroin olduğunu, polis əməkdaşlarının narkotikin çəkisini artıq göstərdiklərini və barəsində olan cinayət işini CM-nin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirdiklərini, özünün heç vaxt narkotiklərin satışı ilə məşğul olmadığını, aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə Təqsirləndirilən şəxs məhkəmədəki mövqeyini məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ 32ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd polielilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,892 qram, 2,331 qram, 1,715 qram və 1,792 qram, ümumi təmiz çəkisi 7,730 qram təşkil edən və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,570 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, qeyd olunan istintaq hərəkətinin gedişini əks etdirən görüntülər olan 1 ədəd DVD diskin iş materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 219 (iki yüz on doqquz) manat 80 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 219 (iki yüz on doqquz) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2021-ci il tarixli 2151 №-li rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd polielilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,892 qram, 2,331 qram, 1,715 qram və 1,792 qram, ümumi təmiz çəkisi 7,730 qram təşkil edən və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,570 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qeyd olunan istintaq hərəkətinin gedişini əks etdirən görüntülər olan 1 ədəd DVD diskin iş materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 219 (iki yüz on doqquz) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Azad Məcidov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1537/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1537/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver