Məhkəmə qərarları › İş №1(101)-1537/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1537/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1537/2022 10.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ehtimal olunan Əli adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşma barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya görə “Əli” adlışəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan, lakin sonuncunun “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirdiyi üsulla göndərmiş olduğu dəyərini sonradan ödəmək şərti ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 173,3 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayaraq daşımış, 03 aprel 2022-ci ildə saat 20:00-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 22:30-da onun dəvəti, icazəsi və iştirakı ilə kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən həmin evin yataq otağında çarpayının üzərinə qoyduğu cins şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edərək saxladığı bir ədəd bükümdə təmiz çəkisi 173,3 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2021-ci ildən psixotrop maddə metamfetamini, 2021-ci ilin dekabr ayından isə narkotik vasitə heroini çəkmə yolu ilə qəbul etməyə başlamışdır. O, 2021-ci ilin noyabr ayında mobil telefonla “İnstagram” sosial şəbəkəsinə girib baxan zaman təsadüfən İran İslam Respublikasının vətəndaşı Əli adı şəxslə tanış olmuş və Əli İran mobil operatorunun nömrəsini ona verib özü ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamağı tapşırmışdır. O da Əli adlı şəxslə mobil telefonunun “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng vurub əlaqə saxlamışdır. Əli ona özündə narkotik vasitə və psixotrop maddə olduğunu və satdığını demiş, o da cavabında narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Əli ona narkotik vasitə heroin istəyirsə pulunu dediyi ünvana qoymağı, özünün ona narkotik vasitə heroin göndərə biləcəyini demiş, o, Əlidən narkotik vasitə heroinin qramını neçə manata olduğunu soruşduqda, sonuncu bir qramını 15 manata satdığını demişdir. O, Əliyə 300 manatlıq narkotik vasitə alacağını, narkotiki göndərməsini, pulunu isə bundan sonra verəcəyini demişdir. Bundan sonra Əli ilə razılığa gəlmiş və Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında olan bir köşkün arxasında olan daşın altından narkotik vasitəni götürmüşdür. O, narkotik vasitəni götürüb evə gəldikdən sonra yarım qramını istifadə etmiş, qalanını isə şalvarının cibinə qoyub evində gizlətmişdir. O, falqa kağızında narkotik vasitəni yandırıb tüstüsünü çəkmişdir. Üzərindən iki gün keçdikdən sonra ev sahibi qapısını döyərək, qonşuluqda oğurluq hadisəsi olduğunu, onun oğurluq etdiyini demiş, o isə oğurluq etmədiyini bildirmişdir. Ona zəng edilərək polis bölməsinə çağırılmış, daha sonra əməliyyatçılar qapısına gələrək onu oğurluğa görə şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər. O, gecə yarısına qədər saxlanılmış, sonra onun evində narkotik olduğunu bildirərək evə baxış keçirməyə aparmışlar. Polislər şalvarının cibində gizlətdiyi narkotik vasitəni və elektron tərəzini aşkar edərək onu yenidən bölməyə gətirmişlər. Onda cəmi 17 qram narkotik vasitə olmuşdur. İttiham aktında göstərilən qədər narkotik vasitə onda olmamışdır. Bununla yanaşı, istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 67-də kirayədə tək yaşayır. 2021-cİ ildən psixotrop maddə metamfetamini, 2021-ci ilin dekabr ayından isə narkotik vasitə heroini çəkmə yolu ilə qəbul etməyə başlamışdır. 2021-ci ilin noyabr ayında o, mobil telefonla “İnstagram” sosial şəbəkəsinə girib baxan zaman təsadüfən İran İslam Respublikasının vətəndaşı Əli adı şəxslə tanış olmuş və Əli İran mobil operatorunun nömrəsini ona verib demişdir ki, onunla “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlasın. O da Əli adlı şəxslə mobil telefonunda istifadəsində olan ***-***-**-** nömrəli “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng vurub əlaqə saxlamışdır. Əli ona narkotik vasitə və psixotrop maddə olduğunu və satdığını demişdir. O, Əliyə narkotik vasitə heroin qəbul etdiyini demişdir. Əli ona narkotik vasitə heroin istəyirsə, pulu dediyi ünvana qoymağı, özünün ona narkotik vasitə heroin göndərməsini bildirmişdir. O, Əlidən heroinin qramını neçə manata satdığını soruşanda, Əli ona bir qramını 16 manata satdığını bildirmişdir. O, Əliyə 120 manatı olduğunu, Əli isə cavabında ona 8 qram narkotik vasitə heroin göndərəcəyini demişdir. Bundan sonra Əli ilə razılığa gəlib 120 manatı Bakı şəhəri, Yasamal rayonunda metronun "İnşaatçılar" stansiyasının yaxınlığında olan bir köşkün arxasında daşın altına qoyub, şəkilini çəkib, “WhatsApp” proqramı vasitəsilə göndərmiş, bundan sonra Əli ona “WhatsApp” proqramı vasitəsi ilə şəkil göndərərək ünvanı demişdir. O deyilən yerə gedib 8 qram narkotik vasitə heroini götürüb hissə-hissə istifadə etmişdir. 2022-ci ilin yanvar ayının axırlarında narkotik vasitə heroin qurtardığı üçün o, Əliyə zəng vurub narkotik vasitə istəmişdir. Əli ona “pulu göndər, mən də sənə narkotik vasitə göndərim” demişdir. O, Əliyə “sən "malı" göndər, mən sənə iki günə pulu göndərəcəm” demişdir. Əli ona "nə qədər istəyirsən?” deyə sual vermişdir. O isə Əliyə imkanı nə qədərə çatır, göndərməsini söyləmişdir. Əli ona “ikisindən göndərim? (yəni, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin)” demişdir. O isə cavabında “hər ikisindən göndər” demişdir. 2022-ci ilin fevral ayının əvvəlləri Əli ona “WhatsApp” proqramı vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, metronun "İnşaatçılar" metrosunun yaxınlığında olan yerin şəkilini göndərmiş və "malı" qoydurmuşam, get götür” demişdir. O, Əlinin dediyi yerə getmiş, bir büküm götürüb kirayə yaşadığı ünvan 2 ünvanda olan evə gəlmiş və bu barədə heç kimə bir söz deməmişdir. Bundan sonra o, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisini bilmək üçün elektron tərəzi almış və narkotik vasitə heroini çəkmiş, heroin 10 qram gəlmiş, metamfetamini isə çox olduğu üçün çəkməmişdir. Axır zamanlar o, metamfetamin istifadə etməmiş və həmin metamfetamini saxlamaq üçün evdə cins şalvarın cibində gizlətmiş, bu barədə heç kimə bir söz deməmişdir. 03 aprel 2022-ci ildə saat 20:00 radələrində o, ünvan 2 ünvanın qarşısına çıxmış və həmin vaxtı üzərində bir büküm narkotik vasitə heroin olmuşdur. Bu zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin polis əməkdaşları kimi təqdim etmişlər və ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına anket məlumatlarını demiş, polis əməkdaşları onunla söhbət edən zaman o, polis əməkdaşlarından tez aralanmaq və uzaqlaşmaq istəmişdir. Bundan sonra polis əməkdaşları ondan şübhələnib onu Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 13-cü Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmşdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm, sol yan cibindən bir ədəd "Rothmans" markalı siqaret qutusunu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroindir, heroin və metamfetamini 2 ay bundan əvvəl İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürdüyünü, psixotrop maddə metamfetaminin evdə olduğunu bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış keçirmişlər və üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bundan sonra bir ədəd büküm polis əməkdaşları tərəfindən açılmış və həmin bükümün içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, polis əməkdaşlarına kirayə yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar ərizə yazmışdır. O, təhqiqatçı və onu saxlayan polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvan 2 evə gəlmiş və o, evin giriş qapısını açıb, polis əməkdaşlarını evə dəvət etmiş və həmin vaxt videoçəkiliş aparılmışdır. O, kirayə yaşadığı evin yataq otağında çarpayının üzərində olan cins şalvarın sol yan cibindən bir büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş və demişdir ki, bir ədəd bükümdə psixotrop maddə olan metomfetamin vardır. Bundan sonra polis əməkdaşları bir ədəd büküm açmışlar, həmin bükümün içərsindən ağ rəngli psixotrop maddə metamfetamin aşkar olunmuşdur. O daha sonra ekspertizanın rəyi ilə tanış olanda məlum olmuşdur ki, evindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi 173,3 qramdır. Qeyd edir ki, onun kirayə yaşadığı evdə 173,3 qram psixotrop maddə metamfetamin deyil, cəmi təxminən 17 qram psixotrop maddə metamfetamin olmuş və həmin maddə aşkar olmuşdur. Həmin vasitənin çəkisinin hansı şəraitdə artmasının səbəbini izah edə bilmir (cild 1, iş vərəqi 72-74, 144-145). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs məlum hadisəyə qədər tanımamışdır. 03 aprel 2022-ci il tarixdə, saat 20:00-da Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin sahə inspektoru polis kapitanı Qazıyev ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində xidmətdə olarkən xidməti ərazilərində 25 mart 2022-ci il tarixdə baş vermiş mənzildən oğurluq etməkdə şübhəli olan bir nəfər kişi cinsinə məxsus arıq bədən quruluşlu şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşdıqdan sonra özlərini təqdim edərək şəxsiyyəti təsdiq edən sənədin təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxsin dağınıq cavablar verərək nədənsə narahat olduğunu, tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüş, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla 13-cü PB-nə gəlmiş və onlar Polis bölməsində həmin şəxsin xx xxxxxx 1990-cı ildə Rusiya Federasiyası Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd üstü ağ, içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üstü ağ içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan maddənin narkotik vasitə sayılan “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin maddəni öz istifadəsi üçün 2 ay əvvəl “İnstagram” sosial şəbəkəsində adını Əli kimi təqdim edən İran vətəndaşından narkotik vasitə olan “şüşə” ilə birlikdə 300 manata aldığını, həmin narkotik vasitələri yaşadığı evdə saxlayıb gündəlik götürüb istifadə etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan “kakos” qalmadığını, ancaq “şüşə” qaldığını deyib həmin maddəni yaşadığı evdə təqdim edə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə təhqiqatçı tərəfindən 1 ədəd zərfə qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 67 saylı evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs kirayə yaşadığı evə videoçəkilişlə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına keçərək çarpayının üzərinə qoyduğu cins şalvarı götürərək həmin şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü və 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda içərisində kristalşəkilli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını və öz istifadəsi üçün Əli adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Həmin maddə və 1 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq götürülmüşdür. Qeyd edir ki, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar əldə etsələr də konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 13-cü Polis bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir, polis kapitanıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrə görə saxlamışlar, amma hansı şəraitdə saxladıqlarını xatırlamır. Məhkəmədən ifadəsilə tanış olması üçün şərait yaratmasını xahiş edir, bu onun hüququdur. Məhkəmədə verilən suallara cavab olaraq, Şahid1 bildirdi ki, o, təqsirləndirilən şəxsi tanıyır. İbtidai istintaqda ifadə vermişdir, verdiyi ifadəni təsdiq edir. Onlar Şahid2la Tafdığı narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə saxlamışlar. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə fiziki təzyiq göstərməmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib. Üzərindən çıxan narkotiklərin çəkisi yadında deyildir. Təqsirləndirilən şəxsin evində axtarış apardığını xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 25 mart 2022-ci il tarixdə ünvan 4 ünvanında baş vermiş mənzil oğurluğu hadisəsi ilə əlaqədar 03 aprel 2022-cı il tarixində saat 20:00-da ünvan 5 ünvanının qarşısında bir nəfər şəxsin onları gördükdən sonra özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxs verilən suallara cavab vermədən qaçmaq istəyərkən saxlanılıb polis bölməsinə gətirilmişdir. Bölmədə müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 03 aprel 2022-ci il tarixində saat 20:00-da ünvan 5 ünvanının qarşısında 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən ərazidə baş vermiş oğurluq hadisələrində, narkotik maddələrin dövriyyəsində və qəbulunda şübhəli bilinən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 13-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, həmin Polis bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən icraatında olan araşdırma materialı üzrə xx.xx.1990-cı ildə Rusiya Federasiyası, Saratov şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2, 177.1-ci maddələri ilə məhkum olunmuş, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə saat 21:00 dəqiqədə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:00da Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin qabaq sağ cibindən 01 ədəd üstü ağ, içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan maddəni və sol cibindən isə “Rothmans” markalı siqareti çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd üstü ağ, içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan maddənin narkotik vasitə sayılan “kakos” olduğunu bildirib, öz istifadəsi üçün təxminən 2 ay əvvəl “İnstaqram” sosial şəbəkəsində adını Əli kimi təqdim edən İran vətəndaşından narkotik vasitə olan "şüşə" ilə birlikdə 300 manata aldığını, həmin narkotik vasitələri yaşadığı evdə saxlayıb gündəlik götürüb istifadə etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan “kakos” qalmadığını, ancaq “şüşə” qaldığını deyib həmin maddəni yaşadığı evdə təqdim edə biləcəyini söyləmişdir. Aşkar olunmuş bir ədəd üstü ağ içi gümüşü kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 27-28). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 67 ünvanında axtarış keçirilmiş, mənzilində axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək kirayədə yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə qanunla qadağan olunmuş psixotrop maddə metamfetaminin yataq otağında olan çarpayının üzərində yerləşən göy cins şalvarın sol qabaq cibində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs geyinmədiyi cins şalvarından şəffaf sellofana bükülmüş və rezin ilə bağlanmış içərisində ağ rəngli kristal şəklində narkotik vasitəyə bənzər maddə olan bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni öz istifadəsi üçün təxminən 2 ay əvvəl “İnstaqram” sosial şəbəkəsində adını Əli kimi təqdim edən İran vətəndaşından 300 AZN məbləğinə aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəklində olan narkotik vasitəyə oxşar maddə və elektron tərəzi kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində Opi qrupuna aid olan narkotik maddə AMP, MET, THC, MTD aşkar edilmişdir (cild 1, iş vərəqi 36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1806 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,176 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 173,3 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 37-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil smartfona baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan cihaz “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil smartfondur. Həmin smartfon qara rənglidir. Smartfonun ön tərəfdə 1 kamera, arxa tərəfdə isə 2 ədəd kamera vardır. Telefonun zənglər qovluğuna, "WhatsApp" ani mesajlaşma proqramına, "Qalereya" və "Mesajlar" qovluğuna baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı yazışma, səsli mesajlar və zənglər aşkar edilməmişdir (cild 1, iş vərəqi 78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 0,176 qram heroin, yaşadığı evdən götürülmüş 173,3 qram metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,126 qram narkotik vasitə heroin və 173,2 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 88). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə və yaşadığı evə axtarış keçirilməsi istintaq hərəkətlərinin keçirilməsi zamanı aparılmış videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Rafiq Babayev Təqsirləndirilən şəxs üzərində saxladığı dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Rothmans” siqaretini və sol yan cibindən isə bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra isə onun üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı əşya, alət, predmet, narkotik vasitə və psixotrop maddəyə bənzər kütlə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisi açılaraq baxış keçirilərkən içərisində 8 ədəd siqaret olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret falqasına bükülmüş büküm təhqiqatçı tərəfindən açılmış və içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması görünmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsdən 2 ay əvvəl 300 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq kirayə yaşadığı Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 67 ünvanında yerləşən kirayə yaşadığı evdə “patı” kimi tanıdığı maddənin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 1 ədəd zərfə qablaşdırılmış və DİN-in 160 saylı zərflər üçün möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra, təhqiqatçı Rafiq Babayev Təqsirləndirilən şəxs yaşadığı evə onun razılığı ilə axtarış keçirilməsini bildirmiş və təklif etmişdir ki, yaşadığı evdə saxladığını bildirdiyi maddəni təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs evin digər otağına keçərək çarpayının üzərinə qoyduğu cins şalvarın sol yan cibindən bir ədəd büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir və bildirmişdir ki, həmin bükümdə olan maddəni “şüşə” kimi tanıyır və Əli adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 1 ədəd zərfə qablaşdırılmış və DİN-in 160 saylı zərflər üçün möhürü ilə möhürlənmiş və götürülmüşdür (cild 1, iş vərəqi 98-99). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompüter-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/483 saylı rəyindən görünür ki:

1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli “**********131686, **********13166” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.

2. Tədqiq olunan “Samsung Galaxy А10” markalı “SM-A105F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 114-116). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil smartfonun yaddaşında mövcud olan və və yaddaşından pozulmuş məlumatların köçürüldüyü DVD-R diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin disk kompyuterə daxil olduqda üzərinə “Samsung GSM_SM-A105F Galaxy А10_3” sözləri yazılmış qovluq müəyyən edilmişdir. Həmin qovluğa daxil olduqda 5 qovluq və 1 ədəd səhifə vardır. “AccountPackage”, chats, сontacts, email, fails və “email” adlı qovluqlardır. Həmin qovluqların hər birinə baxış keçirilmişdir. Lakin həmin qovluqlar və onların içərisinə yüklənmiş fayllarda narkotik vasitənin və psixotrop maddənin alqı-satqısı ilə bağlı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı yazışma səsli masajlar və zənglər aşkar edilməmişdir (cild 1, iş vərəqi 124). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları əks etdirən diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə 4 ədəd fayl olması müəyyən edilmişdir. Hər bir fayla baxış keçirilmiş, həmin fayllarda narkotik vasitə və psixotrop maddənin alışsatışı ilə bağlı hər hansı “sms” yazışması, danışıqları və digər məlumatlar aşkar olunmamışdır (cild 1, iş vərəqi 127). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 075-7147-1222 saylı məktubundan görünür ki, 2022-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı Əli adlı şəxslə cinayət əlaqəsinə girərək onunla “WhatsApp” ani mesajlaşma proqramında danışdıqdan sonra sonuncu ona Bakı şəhərində yaşayan tanışları vasitəsilə külli miqdarda 173,3 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin göndərmiş, bundan sonra da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Əli adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı barədə məlumatlar əldə edilmiş, lakin konkret olaraq hansı şəxslərə satması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 132). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 073/93711-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ehtimal olunan Əli adlı şəxslə cinayət əlaqəsinə girərək onunla “WhatsApp” ani mesajlaşma proqramında danışdıqdan sonra sonuncu ona Bakı şəhərində yaşayan tanışları vasitəsilə külli miqdarda 173,3 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin göndərmiş, bundan sonra da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Əli adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı barədə məlumatlar əldə edilmiş, lakin konkret olaraq hansı şəxslərə satması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3858 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 134-135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2636 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 136-138). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə və mənzildə axtarış aparılması hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil smartfon məhkəmənin iş üzrə qərarınadək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 145-158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi materiallarından digər cinayət içinin ayrılması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aldığı və şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 161-162). İşdə olan Füzuli rayon İHB-nın Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, 1996-cü ildə Füzuli rayon 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi tam orta təhsillə başa vurmuşdur. 2008-ci ildə həqiqi hərbi xidmətə getmiş və 2009-ci il hərbi xidməti başa vuraraq öz doğma kəndinə qayıtmışdır. Hərbi xidmətdən qayıdandan sonra tikintilərdə fəhlə kimi çalışmışdır. Subaydır. Namazov Таfdıq Şiraslan oğlu kənd sakinlərinin xeyir-şər məclislərində fəal iştirak etmiş, onu tanıyanların hörmətini qazanmışdır. Kənddə həyata keçirilən ictimai tədbirlərdə həmişə öncül yerlərdə olmuş, özünə və başqalarına qarşı ciddi və tələbkardır, həssasdır, ictimai qayda qanunları pozanlara qarşı biganə qalmır. Kənd sakinləri ilə yaxşı münasibətdədir, etibarlıdır, məsuliyyətlidir. Təqsirləndirilən şəxs və ailəsi barədə Füzuli rayon Böyük Bəhmənli kənd İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. X1 kənddə yaşadığı dövr Böyük Bəhmənli kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqi 118). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən qədər narkotik vasitələrin ondan aşkar edilməməsi, ondan cəmi 17 qram narkotik vasitə aşkar edilməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotiklərin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, ondan narkotik vasitələrin çəkilməsində istifadə olunan elektron tərəzinin aşkar edilməsini, aşkar edilmiş narkotikin çəkisini dəqiq müəyyən etmiş ekspertiza rəyini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotikləri məhz satış məqsədilə və ittiham aktında göstərilmiş miqdarda əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə amnistiya qərarına əsasən əsas cəzasının qalan hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 91-93). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzaını çəkməkdən Amnistiya aktına əsasən vaxtından əvvəl azad edildiyi vaxtdan bir ildən çox vaxt keçdiyinə görə qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin qeydiyyat yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 16, 75-77). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 03 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,126 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaşadığı evdən götürülmüş 173,2 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10” markalı “SM- A105F/DS” modelli mobil smartfon onun yaxın qohumlarından birinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə və mənzildə axtarış aparılması hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 194 (yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,126 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı evdən götürülmüş 173,2 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə və mənzildə axtarış aparılması hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmamış, Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10” markalı “SM- A105F/DS” modelli mobil smartfon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 194 (yüz doxsan dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar