Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1537/2023 25.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, orta məktəbdə müəllim vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında naməlum mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 10,540 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə, saat 14:00-da Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın yaxınlığında saxlanılıb Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 10,540 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ingilis dili müəllimi olaraq fəaliyyət göstərir. O, narkotik vasitə istifadəçisi deyil. O, 08 aprel 2023-cü il tarixdə saat 10:30 dəqiqədə evdən 150-200 metr kənarda 2 əməliyyat müvəkkili və sahə müvəkkili tərəfindən saxlanılmışdır. Onlar ona yaxınlaşıb adını soruşub onlarla PB-nə getməli olduğunu demişlər. Səbəbini soruşduqda PB-də deyəcəklərini demişlər. Onu ağ rəngli avtomobilə mindirmişlər, təxminən 10:45 radələrində PB-nə çatmışlar. PBdə axşam saat 18:00-a qədər danışıqlar getmişdir. O, əməliyyatçıların otağında olarkən bir nəfər polis əməkdaşı telefonunu yoxlayırmış, digəri isə ondan İran Respublikası ərazisinə gedib-getmədiyini soruşmuşdur. O, isə İİR-na bir dəfə ziyarət məqsədi ilə getdiyini, sonralar da ərzaq almaq üçün getdiyini demişdir. Ondan hansı tarixlərdə İİR-da olduğunu soruşmuşlar. O, mobil telefon işlədir və ***-***-**-** nömrəsi ona məxsusdur, o bildirmişdir ki, telefonunu versələr “Whatsapp” sosial şəbəkəsindən yazaraq xarici pasportunun şəklinin atılmasını istəyər, beləcə xarici pasportdakı peçatlarda tarixlərinə baxaraq onun nə zaman İİR-də olmağını müəyyən edərlər. Polis əməkdaşı telefonunu vermiş, “Whatsapp” sosial şəbəkəsindən mesaj yazmış və xarici pasportunun şəkli ona atılmışdır. Polis əməkdaşları xarici pasportun şəklinə baxaraq 2-3 ay fasilə ilə 2016-cı ildən 2019-cu ilə qədər İİR-da olduğunu demişlər. O da bildirmişdir ki, ərzaq qurtarandan-qurtarana ərzaq almaq üçün İİR-na getmişdir. Polis əməkdaşları ondan ərzaq almaq üçün Yasamal rayonundan İİR-na getməyin nə dərəcədə sərfəli olduğunu soruşanda demişdir ki, o əvvəl Yasamalda yaşamırmış, belə ki, 10 il, yəni 2012-2022-ci ilə qədər Cəlilabad rayonunda müəllim kimi işləmiş, orda müəllim yoldaşları İİR-na gedərkən o da onlara qoşularaq getmişdir. O, düşünür ki, o dindar olduğuna görə bu maddə ilə ittiham olunaraq tutulmuşdur. Lakin, o, çıxışlar etməmiş, fars dili bilmir. O, ibadətini evdə edir. O, tutulmağının səbəbini soruşduqda polis əməkdaşı demişdir ki, onlar iran casuslarını axtarırlar, buna görə də dindar olan şiələri İranla, İran cəsusları ilə nə kimi əlaqələri olmaları ilə bağlı yoxlayırlar. Hətta demişlər ki, onun telefonunda heçnə tapmamışlar və rəisə məruzə etdikdən sonra onu 2 saata buraxacaqlar. Lakin rəisə məruzə etdikdən sonra ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun üzərində narkotik vasitə olmamışdır. 3-4 saat keçəndən sonra PB-nin rəis müavini əməliyyatçıların üzərinə qışqıraraq ona niyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmədiyini soruşmuşdur. O, üzərində narkotik vasitə olmadığı halda bunun necə mümkün ola biləcəyini soruşduqda ona səsini kəsməyini, əgər ailəsinin sağ qalmağını istəyirsə videoçəkiliş zamanı narkotik vasitəni boynuna götürməyini demişdir. O da videoçəkiliş zamanı narkotik vasitəni üzərinə götürmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Videoçəkiliş olduqdan sonra xahiş edərək telefonu alıb evə xəbər vermişdir. Videoçəkilişə qədər vəkil təyin olunmamış, vəkil yox imiş. O, sənədlərə imza çəkəndən sonra əməliyyatçı cibinə sellofanda bükümlər qoymuş, sonra zəng etmişlər 15-20 dəqiqə sonra vəkil gəlmiş, sonra videoçəkiliş olmuşdur. Videoçəkilişdən sonra vəkilə danışsa da, heçnə olmamışdır. Məhkəmədən qabaq Yasamal Rayon Prokurorluğuna aparılmış və orada rəis müavininə də danışmış, lakin xeyri olmamış, məhkəməyə aparılmış, məhkəmədə də olanları danışsa da nəticəsi olmamışdır. Elan olunmuş cinayət işinin 32-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, psixoloji təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahatı və cari məhkəmə baxışında verdiyi ifadə ilə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan olunmuş, izahatın sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 36-37-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... 08 aprel 2023-cü il tarixdə səhər saat 12:30 radələrində idarə etdiyim avtomobil ilə «Asan» xidmətə getmək istəyərkən, dayanacaqda avtomobilin qarşısında daş görüb həmin daşı kənara çəkdim. Bu zaman daşın altında olan bükülü gördüm, həmin bükülünün içərisindəki maddənin nə olduğu marağımı cəlb etdi və sonradan həmin maddənin nə olduğunu öyrənmək üçün bükülünü götürüb cibimə qoydum. Təxminən saat 14:00 radələrində yaşadığım evin yaxınlığında olarkən polis əməkdaşları mənə yaxınlaşıb məni 27-ci PB-nə dəvət etdilər. ...PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etdilər və müdafiəçinin iştirakı ilə üzərimdə hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual verdilər. Mən üzərimdə əynimdəki tünd qəhvəyi rəngli gödəkçəmin cibində saxladığım içərisində nə olduğunu bilmədiyim qəhvəyi rəngli yarısı plastilinə oxşar maddə olan bir ədəd bükülünü cibimdən çıxarıb təqdim etdim. ...Saxlanılarkən və PB-nə gətirilərkən, eyni zamanda PB-də mənə qarşı heç bir qanunsuz hərəkət olmamışdır. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, psixoloji təzyiq altında izahatı imzalamışdır. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Şahid1 Namiq oğlu ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirmiş, hal-hazırda başqa rayonda xidmət edir. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı ona 1 gün əvvəl daxil olmuşdur. Tarixlər dəqiq yadında deyil, əməliyyat məlumatının saat neçədə daxil olduğu yadında deyil. Əməliyyat məlumatının yoxlanması üçün rəhbərliyə raportla məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı şifahi şəkildə daxil olmuş, o, həmin əməliyyat məlumatını raportla rəhbərliyə məruzə eləmişdir. Raportu o yazmışdır. Amma raportda nə yazdığını xatırlamır. O, raportu rəisə məruzə eləmişdir. Əməliyyat məlumatını raportla rəisə saat neçədə məruzə elədiyi yadında deyil. Əməliyyat məlumatını raportla rəisə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında tərəflərindən saxlanılmışdır. Özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu deyərək onu Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxsı Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirdikdən sonra təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermələri 2-3 dəqiqə ərzində olmuş, ilkin olaraq onlar növbətçi təhqiqatçının kim olduğunu öyrənib Təqsirləndirilən şəxsı həmin təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxsı təhqiqatçıya təhvil verdikdən sonra müdafiəçinin gəlməyini gözləmişlər. Müdafiəçi gəldikdən sonra videoçəkiliş başlamışdır. Müdafiəçinin təxminən nə qədər vaxta gəldiyi yadında deyil. Təqsirləndirilən şəxsı təhqiqatçıya təhvil verdikdən sonra bütün müddət ərzində təhqiqatçının otağında olmuşdur. Ondan başqa təhqiqatçının otağında Şahid2 və Şahid3 var imiş. Təhqiqatçının otağında onlardan başqa heç kəs yox imiş.Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 26 manat məbləğində nağd pul vəsaitini və tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bükümü açdıqda içərisində qəhvəyi rəngli plastilinə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükümü saat 12:30 radələrində yaşadığı evin yaxınlığında avtomobillərin saxlandığı dayanacaqda daşın altından tapdığını və həmin bükülü marağını cəlb etdiyi üçün bükülünün içərisindəki maddənin nə olduğunu müəyyənləşdirmək üçün götürüb cibinə qoyub saxladığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Videoçəkiliş zamanı onun protokolu və digər sənədləri imzalayıb-imzalamadığı yadında deyil. Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu qeyd olunurmuş. Təqsirləndirilən şəxs kim olduğu barəsində onlara məlumat verilməmişdir. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən çıxıb maşına minmişlər, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsinə gəlib müvafiq yerlərdə postlarını qurmuşlar, Təqsirləndirilən şəxs gördükdə ona yaxınlaşıb Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət etmişlər. O, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, əhalinin 50-70%-ni tanıyır. Təqsirləndirilən şəxs ilə şəxsi münasibəti yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi sakini imiş. Təqsirləndirilən şəxs şəxsən tanımırmış, amma üzdən görmüşdür. Təqsirləndirilən şəxsı saxladıqları Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati ərazisidir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin yaxınlığında yaşayırmış. Təqsirləndirilən şəxsı saxladıqları zaman üzərində axtarış aparmamışlar. Onlar Təqsirləndirilən şəxs tutmamış, Təqsirləndirilən şəxs yaxınlaşıb ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxsı saat neçədə saxladıqları yadında deyil. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirilən zaman qoluna qandal vurulmamışdır. Təqsirləndirilən şəxsı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirdikləri avtomobildə Təqsirləndirilən şəxs başqa 3 nəfər var imiş. Təqsirləndirilən şəxsı Polis Bölməsinə gətirdikləri zaman avtomobildə arxada əyləşmişdir. Onlar əməliyyata gedərkən mobil telefonları üzərlərində olur, bəzən isə mobil telefonlarını götürmək yaddan çıxır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dindirildiyi yadında deyil. Təqsirləndirilən şəxs müdafiəçi ilə təhqiqatçının otağında söhbət edirmişlər. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə müdafiəçi gəldikdən sonra bir neçə dəqiqə sonra baş vermişdir. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmədən sonra o təhqiqatçının otağından çıxdığı üçün sənədlərin imzalanıbimzalanmamasını görməmişdir. Əməliyyata gəldikləri gün Təqsirləndirilən şəxs evdən çıxmaya da bilərmiş, onlar sabah yenə gələcəkmişlər. Onlar onu saxlayana kimi gəlibgedəcəkmişlər. Onlar Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət etdikdə Təqsirləndirilən şəxs ilk öncə etiraz etmiş, sonra o avtomobilə əyləşmişdir. O, Şahid2 Təqsirləndirilən şəxs telefonuna baxdığını görməmişdir. O, ümumiyyətlə, Təqsirləndirilən şəxs telefonunun olub-olmadığını bilmir. Səhv eləmirsə, Təqsirləndirilən şəxs təhqiqatçıya narkotik vasitəni daşın altından tapdığını deyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayonu 27-ci Polis Bölməsinin əməkdaşları Şahid2, Şahid3 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək Şahid1 Namiq oğlunun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Şahid3 08 aprel 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 27-ci PB-nə məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Cavid Usubovun 08 aprel 2023-cü il tarixli, 3-13-53-2/Ə19/2023 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qeyri-qanuni narkotik vasitə əldə edib və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 08 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 5(004)-304/2023 saylı qərarına əsasən, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 08 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd sellofana bükülmüş bükülünü və 26 (iyirmi altı) manat pulu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünü bugün saat 12:30 radələrində yaşadığı evin yaxınlığında avtomobillərin saxlandığı dayanacaqda daşın altından tapmış və həmin bükülü marağını cəlb etdiyi üçün və bükülünün içərisindəki maddənin nə olduğunu müəyyənləşdirmək üçün götürüb cibinə qoyub saxlamışdır. Təqdim edilmiş bükümə baxış keçirildikdə, içərisində yarısı plastilinə oxşar qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən iş üçün sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş 26 (iyirmi altı) manat pul Təqsirləndirilən şəxs qaytarılmış, 01 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “İphone X” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2023-cü il tarixli, 6/2066 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "... Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №168” dairəvi möhür əksi olan, Qocayev sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 10,540 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasınm Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (İ siyahı). Cinayət işinin 89-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 aprel 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin döviryyəsində şübhəli olması barədə məlumat daxil olduğunu, məlumat əsasında Təqsirləndirilən şəxs saxlayıb Polis Bölməsinə gətirdiklərini və orada Təqsirləndirilən şəxs üzərindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilməsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 92-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 aprel 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin döviryyəsində şübhəli olması barədə məlumat daxil olduğunu, məlumat əsasında Təqsirləndirilən şəxs saxlayıb Polis Bölməsinə gətirdiklərini və orada Təqsirləndirilən şəxs üzərindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilməsini, Təqsirləndirilən şəxs sorğu zamanı həmin maddəni dayanacaqda daşın altından götürdüyünü bildirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 95-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 aprel 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid3 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin döviryyəsində şübhəli olması barədə məlumat daxil olduğunu, məlumat əsasında Təqsirləndirilən şəxs saxlayıb Polis Bölməsinə gətirdiklərini və orada Təqsirləndirilən şəxs üzərindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilməsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 118-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 aprel 2023-cü il tarixli baxış keçirilmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 6” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış vidoegörüntünü özündə əks etdirən 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd sellofana bükülmüş bükülünü və 26 (iyirmi altı) manat pulu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünü bugün saat 12:30 radələrində yaşadığı evin yaxınlığında avtomobillərin saxlandığı dayanacaqda daşın altından tapmış və həmin bükülü marağını cəlb etdiyi üçün və bükülünün içərisindəki maddənin nə olduğunu müəyyənləşdirmək üçün götürüb cibinə qoyub saxlamışdır. Təqdim edilmiş bükümə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən iş üçün sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş 26 (iyirmi altı) manat pul Təqsirləndirilən şəxs qaytarılmış, 01 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 14 aprel 2023-cü il tarixli maddi sübut kimi tanınması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 10,490 qram olan narkotik vasitə maddi sübut kimi tanınaraq və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 27-ci Polis Bölməsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, 3-13-53- 2/2-5177/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitəni satmağa cəhd etdiyi şəxslərin də müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 181-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 05 iyun 2023cü il tarixli ayrıca icraata cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə elektron-informasiya sistemindən əldə edilmiş sərhədkeçmə barədə məlumatlardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2014-cü il tarixdən 10 dekabr 2019-cu il tarixədək Biləsuvar sərhəd məntəqəsindən 10 dəfə Azərfbaycan Respublikasının sərhədini keçmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş polis əməkdaşı Şahid1 Namiq oğlunun ifadələsində bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə (???) məşğul olması barədə daxil olmuş, bu barədə raportu o tərtib etmiş, lakin, raportun məzmununu xatırlamır. Cinayət işinin 4-cü vərəqəsində olan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Şahid3 08 aprel 2023-cü il tarixli raportlarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində (???) şübhəli olması barədə Yasamal RPİ-nin 27-ci PB-nə məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi Cavid Usubovun 08 aprel 2023-cü il tarixli, 3-13-53-2/Ə19/2023 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qeyri-qanuni narkotik vasitə əldə edib və dövriyyəsi ilə (???) məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin məhz satışı ilə məşqul olması barədə əməliyat məlumatı daxil olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs cinayət işinin 36-37-ci vərəqələrində olan izahatında üzərindən aşkar edilmiş maddəni tapdığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə baxışında dindirilərkən isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, o, heç bir növdə olan narkotik vasitə əldə etməmiş, istifadə etməmiş, almamış, satmamış, narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. O, sənədləri imza etdikdən sonra onun üzərinə narkotik vasitə qoyulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istinatq dövründə Təqsirləndirilən şəxs məxsus “Redmi 6” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmasını sübut edən hansısa hal aşkar edilməmişdir. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Belə ki, cinayət işinin 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 27-ci Polis Bölməsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, 3-13-53-2/2-5177/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitəni satmağa cəhd etdiyi şəxslərin də müəyyən edilməsi mümkün olmamışdır. Habelə cinayət işinin 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 may 2023-ci il tarixli, 2817 №-li rəyidən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 10 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələrin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «heroin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadələrində göstərmişdir ki, onun üzərindən narkotik maddə aşkar edilməmişdir və qeyd etmişdir ki, onun üzərində narkotik maddə olmamış, o, psixoloji təzyiq altında şəxsi axtarış zamanı narkotik vasitənin onda olduğunu bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi izahatından fərqli ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin izahatının ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Belə ki, saxlanılan zaman Təqsirləndirilən şəxs hər hansı qanunsuz hərəkətə məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün prokurorluğa hər hansı müraciət edilibedilməməsinin öyrənilməsi məqsədilə 24 avqust 2023-cü il tarixli məktubla Yasamal Rayon Prokurorluğuna sorğu göndərilmişdir. Yasamal Rayon Prokurorluğundan daxil olmuş 28 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində rayon prokurorluğunda heç bir araşdırma aparılmamış, prokurorluğa heç bir müraciət daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 aprel 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 123-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı – xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X5 vardır. Cinayət işinin 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 may 2023-ci il tarixli, 2817 №-li rəyidən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 145-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 may 2023-cü il tarixli, 1302 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasının Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 08 aprel 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 08 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 105-107-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 4(004)-270/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,490 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət işinin 180-ci vərəqəsində olan qəbzdən görünür ki, X3 oğlu Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 6” markalı mobil telefonu təhvil almışdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,490 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1537/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1537/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver