Məhkəmə qərarları › İş №1(101)-1537/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1537/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1537/2024 14.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, azyaşlı iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 nüfuzlu və işgüzar şəxslərlə münasibəti olmasını bildirib, həmin şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs2 Mənzil X11 tərəfindən inşa edilən sosial evlərdən mənzil almaqda köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib aldadaraq 17 iyul 2023-cü il tarixdə saat 14:42-də Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1.000 manat və 24 iyul 2023-cü il tarixdə saat 15:00-da mobil telefonunda quraşdırılmış "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə 1.000 manatı özünə məxsus "xxxx" ASC-yə aid “5167 **** **** 2403” kartına göndərilməsinə nail olmaqla və 29 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində Bakı metropolitenin “28 May” stansiyası yaxınlığında nağd qaydada 1.700 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs2 3700 manat pulunu ələ keçirib vədinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 nüfuzlu və işgüzar şəxslərlə münasibəti olmasını bildirib, Bakı Ağır Cinayətlər məhkəməsində nəvəsi barəsində baxılan cinayət işi üzrə bəraətverici qərar çıxartdırıb, azadlığa buraxdıracağı ilə bağlı yalan vəd verib aldadaraq 07 may 2023-cü ildə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Bakı şəhəri 26 nömrəli xəstəxananın həyətində yerləşən MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 10.000 manat, 25 may 2023-cü il tarixdə ünvan 2 ünvanında 30.000 manat, 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Araz” marketin qarşısında 10.000 manat pulu nağd şəkildə, 12 avqust 2023-cü ildə saat 10:20-də 2.000 və saat 10:22-də 500 manat ünvan 3 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi özünə məxsus "xxxx" ASC-yə aid “5167 **** **** 2403” kartına, 23 avqust 2023cü ildə saat 14:19-da 1.000 manat Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində fəaliyyət göstərən “Spar” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus "xxxx" ASC-yə aid “4169 73** **** 5476” kartına göndərilməsinə nail olmaqla, 23 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində 1.000 manat pulu nağd şəkildə, 06 sentyabr 2023- cü il tarixdə "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə ünvan 3 ünvanından şəxsiyyəti istintaq məlum olmayan şəxsə məxsus “4169 73** **** 1385” nömrəli karta 100 manat göndərilməsinə nail olmaqla, 11 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 250 manat, 13 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında 150 manat pulu nağd şəkildə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs1 55000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Xəzər rayonunda məhkəmə-tibbi ekspertizasında işləmişdir. O, Ruslan adlı şəxslə söhbət edərkən Ruslan ona Ofelya xanımın nəvəsinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şərləməklə tutulduğunu, onun azadlığa buraxılması üçün kömək lazım olduğunu bildirmişdir. Bundan sonra Ofelya xanım qardaşı və qızı ilə birlikdə morqa onun yanına gəlmiş, şərləmə ilə nəvəsinin tutulduğunu demişdir. Ona cəmi 55.000 manat pul vermişdirlər ki, Ofelya xanımın nəvəsinin azadlığa buraxılmasına kömək etsin. O da işi boynuna götürmüşdür ki, həmin adam azadlığa buraxılacaq. O, Ofelya xanımgilə bu işi Xəzər rayon prokuroru Fəxri müəllim vasitəsi ilə həll edəcəyini bildirmişdir. Fəxri Ələsgərovun bu məsələdən xəbəri olmamışdır, onun adından istfadə etmişdir. Daha sonra iş alınmamış, onun borcları olmuş, pulları xərcləmişdir. Pul ona həm nağd şəkildə, həm də karta atılmaqla verilmişdir. Kart özünə də, başqasına da məxsus olan olmuşdur, dəqiq yadında deyil. İttihamın Zərərçəkmiş şəxs2 aid olan hissəsində isə bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 sosial ev alması üçün köməklik edəcəyini bildirmişdir. Onun tanış vəkili olmuş, ona bu işi həll edə biləcəyini demişdir. Daha sonra bu iş alınmamışdır. Pulun alınmasında heç kim iştirak etməmiş, pulu həm kart vasitəsilə, həm də əlbəəl almışdır. Törətdiyi əmələ görə peşmandır, aldığı pulları işləyib gələcəkdə qaytara bilər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin mart ayında Ruslan adlı tanışı ilə söhbət edərkən Ruslan onun məhkəmə-tibbi ekspertizasında kiçik tibb işçisi kimi çalışdığını və hüquq mühafizə orqanında işləyən şəxslərlə münasibətinin olduğunu bilib, ona qardaşı Yalçının tanışının övladı Samir Mahmudovun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib, həbs olunduğunu deyib, Samirin azadlığa buraxılmasında ona köməklik etməsini xahiş etmişdir. Samir Mahmudovun şərlə tutulubsa məhkəmə tərəfindən gələcəkdə azad olunacağını düşünüb, həmin dövrdə pula ehtiyacı olduğundan həmin işdə köməklik edə biləcəyini yalandan deyib pulu ələ keçirmək niyyətinə düşmüşdür. Məhkəmə Samiri azad etdikdən sonra yaxınlarına guya onun köməkliyi ilə işin həll edildiyini deyəcəyini nəzərdə tutmuşdur. Beləliklə də Yalçınla Ruslana tanış bir vəkil olduğunu həmin vəkilin köməkliyi ilə Samir Mahmudovu azadlığa buraxdıracağını söz vermişdir. Bundan sonra Yalçın onu Samir Mahmudovun anası, dayısı və nənəsi Ofelya ilə görüşdürüb tanış etmişdir. Ruslangilə dediyi sözləri nənəsi Ofelyagilə də deyib, işin həll olunmasından ötrü 55000 manat pul lazım olacağını, Samirin 1 il müddətində azadlığa buraxılacağını bildirmişdir. Ofelyagil onunla razılaşıb 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhəri 26 nömrəli xəstəxananın həyətində yerləşən MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin inzibati binasında Ofelya ona qızı İlhamənin və Yalçının yanında 10000 manat pul vermişdir. 2023-cü ilin may ayının sonlarında Zərərçəkmiş şəxs1 dəvəti ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evlərinə gedib orada Samirin adını bilmədiyi dayısının iştirakı ilə Ofelya ona 30000 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra, yəni 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 dəvəti ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evlərinə gedib orada Ofelyadan 10000 manat pul almışdır. Daha sonra Ofelya onun göndərdiyi bank kart hesabına 2500 manat köçürmüş və qalan pulları da hissəhissə verməklə ona cəmi 55000 manat vermişdir. Yalçın və Ruslanın onun Ofelyanı aldadıb pulunu ələ keçirmək niyyəti olması barədə məlumatı olmamışdır. Bundan başqa o, MTE və PAB-nin Xəzər rayon şöbəsinin həkimi iş yoldaşı Zərərçəkmiş şəxs2 sosial ev almaqda köməklik göstərəcəyini vəd verib, 17 iyul 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərdiyi bank kart hesabına Zərərçəkmiş şəxs2 1.000 manat, 24 iyul 2023-cü il tarixdə saat 15:00-da mobil telefonunda quraşdırılmış "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs2 onun bank kart hesabına 1.000 manat pul göndərmişdir. 29 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində Bakı metropolitenin “28 May” stansiyası yaxınlığında nağd şəkildə Adiz Əzimovdan 1.700 manat pul almışdır. Xəzər rayon prokuroru Fəxri Ələsgərovun adından istifadə etməmiş, Samir Mahmudovu həbsdən azadlığa buraxdırmaq və Zərərçəkmiş şəxs2 üçün sosial binalardan mənzil almaq üçün hər hansı bir real hərəkət etməmiş, heç bir vəkil tanışı olmamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı pulları borclu olduğu şəxslərə qaytarmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, nəvəsi Samir Mahmudov Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək barəsində aparılmış istintaq tamamlanıb aidiyyəti üzrə baxılması üçün cinayət işi məhkəməyə göndərilmişdir. Bir gün qızı onun yanına gəlib Rövşən adlı şəxsin prokuror Fəxri müəllimlə əlaqəsinin olduğunu, nəvəsi Samirin azadlığa buraxılmasına köməklik edə biləcəyini, belə işləri çox gördüyünü bildirmişdir. O, qızından bunu haradan bildiyini soruşmuş, qızı Yalçının qardaşı Ruslana Rövşənin özünün dediyini bildirmişdir. Yalçın onların həm qonşusu olmuş, həm də onun işçisi olmuş, Yalçını işçisi olduğuna görə tanımışdır. O, Ruslanı tanımır. Daha sonra onlar Yalçının maşını ilə Rövşənlə görüşməyə getmişdirlər. O, Rövşənə bu işi görə biləcəksə boynuna götürməsini demiş, Rövşən də ona narahat olmamasını, belə işləri Fəxri müəllimlə çox gördüyünü demişdir. Rövşənin atası da əgər oğlu bu işi boynuna götürürsə həll edə biləcəyini demişdir. O, özü ilə evdən 10.000 manat pul götürmüş, həmin pulu Rövşənə vermişdir. Onlar mütəmadi olaraq zəngləşmiş, Rövşən hər dəfə ona narahat olmamasını, hər şeyin qaydasında olduğunu söyləmişdir. Onun qızı Rövşənə özlərinin də görüşməsi üçün onları Fəxri müəllimin yanına aparmasını demişdir. Onlar Xəzər Rayon Prokurorluğuna getmiş, Rövşən yuxarı qalxdıqdan sonra aşağı düşmüşdür ki, Fəxri müəllim onları bu gün qəbul edə bilmir. Üstündən bir qədər də keçdikdən sonra Rövşəndən işin nə yerdə olduğunu soruşduqda o, hər şeyin qaydasında olduğunu demişdir. O, Rövşənə müstəntiqin onları çağırdığını demiş, birlikdə onun yanına getməyi təklif etmişdir. Buna cavab olaraq Rövşən demişdir ki, müstəntiq özü üçün danışır, Fəxri müəllim hamısı ilə danışmışdır, getmək lazım deyil. Bir müddət sonra Rövşən ona demişdir ki, pulun qalanını vermək lazımdı. O da qızıllarını, maşını satmış, 30.000 manat pul düzəltmişdir. Razində, qızının evində 30.000 manat pulu Rövşənə vermişdir. Üstündən bir müddət keçdikdən sonra Rövşən ondan 10.000 manat pul istəmiş, demişdir ki, 50.000 manat edib Fəxri müəllimə verək. Yenidən onun qızı və bacısı qızılları satmış, 10.000 manat pulu Rövşənə vermişlər. Bir müddət sonra Rövşəni evdə tapa bilməmiş, ona zəng vurmuşdur. Rövşən ona demişdir ki, banditizm onu da axtardığına görə gizlənir, atası aparıb pul verdikdən sonra onu buraxacaqlar, ondan sonra ortaya çıxacaq. Sonra Rövşən ondan 3.500 manat pul almışdır ki, bu pulu da verdikdən sonra nəvəsini zaldan buraxacaq. Rövşən qalan pulu da xırda-xırda ondan almışdır. O, Rövşənə cəmi 55000 manat pul vermişdir. O, Rövşəndən şikayətçidir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, nəvəsi X6 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək barəsində aparılmış istintaq tamamlanıb aidiyyəti üzrə baxılması üçün cinayət işi Bakı Ağır Cinəyətlər Məhkəməsinə göndərilmişdir. Nəvəsinin məsuliyyətini yüngülləşdirmək və azadlığa buraxılması üçün həlli yolunu axtarmışdırlar. Bu barədə tanışları Yalçının məlumatı olmuşdur. Yalçın da qardaşı Ruslanın vasitəsi ilə onları Təqsirləndirilən şəxslə tanış etmişdir. Təqsirləndirilən şəxs onlarla əlaqə saxlayıb, yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib, həmin şəxslərin vasitəsi ilə nəvəsinin azadlığa buraxılmasına nail ola biləcəyini deyib onları inandırmışdır. Daha sonra Təqsirləndirilən şəxs onlara Xəzər rayon prokuroru Fəxri Ələsgərovun vasitəsi ilə nəvəsinə bəraət verdirəcəyinə və azadlığa buraxdıracağına söz verib bunun üçün ilkin olaraq 30.000 manat pul istəmişdir. İlk dəfə Təqsirləndirilən şəxs 07 may 2023-cü ildə Bakı şəhəri Xəzər rayonu ərazisində Bakı şəhəri 26 nömrəli xəstəxananın həyətində yerləşən MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin inzibati binasında onu Rövşənlə tanış edən Yalçın adlı şəxsin və qızı İlhamənin yanında 10.000 manat, 25 may 2023-cü il tarixdə qızı Şahid1 yaşadığı ünvan 2 ünvanında oğlu Şahid2 yanında 30.000 manat, 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Araz” marketin qarşısında kənar şəxsin iştirakı olmadan 10.000 manat pulu nağd şəkildə Rövşənə vermişdir. 12 avqust 2023-cü ildə saat 10:20-də 2.000 və 10:22də 500 manat ünvan 3 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ümumilikdə 2.500 manat, 23 avqust 2023-cü ildə saat 14:19-da Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində fəaliyyət göstərən “Spar” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1.000 manat Təqsirləndirilən şəxs bildirdiyi bank kart hesablarına göndərmişdir. Bank kartların və hesabların kimə məxsus olması barədə məlumatı yoxdur. 23 avqust 2023-cü il tarixdə axşam saatlarında onun xahişi əsasında Rövşənə Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində nağd şəkildə qızı Şahid1 tərəfindən 1.000 manat pul verilmişdir. 06 sentyabr 2023-cü il tarixdə "xxxx"-ın mobil tətbiqi vasitəsi ilə ünvan 3 ünvanından Rövşənin göndərdiyi bank kart hesabına 100 manat pul göndərmişdir. 11 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qızı İlhamə nağd şəkildə 250 manat pulu Rövşənə vermişdir. 13 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında Rövşənə 150 manat nağd şəkildə vermişdir. Təqsirləndirilən şəxs cəmi 55.000 manat pul vermişdir. Həmin pul ona məxsus olub. Belə ki, özünə məxsus qızıl-zinət əşyalarını satmaqla, qohumlardan borca pul almaqla, oğlu Şahid2 bankdan kredit 10.000 manat pul götürməklə 55000 manat toplamışdır. Hazırda şəxsən bankın pulunu ödəmək məcburiyyətində qalmışdır. Maddi ziyan ona dəymişdir. Təqsirləndirilən şəxs Xəzər rayon prokuroru Fəxri müəllimin və rayon prokurorluğunda işləyən Heydər adlı şəxsin köməkliyi ilə nəvəsinin barəsində məhkəmə baxışında olan cinayət işi üzrə bəraətverici qərar qəbul edilməsinə və nəvəsinin azadlığa buraxılmasına nail olacağını söz verib pulunu ələ keçirmişdir. Rövşən həmin şəxslərə bu işi həll etmələri üçün pul verdiyini demişdir. Lakin dəqiq konkret olaraq kimə və hansı məbləğdə pul verdiyini deməmişdir. Həmçinin Rövşən həmin dövrdə uşağının müalicəsi üçün də ondan borca 150 manat almışdır. İlkin izahat və ifadəsində həmin 150 manatı da qeyd etmişdir. Rövşən onu aldatmaqla 55.000 manat pulunu ələ keçirib. Borca verdiyi 150 manat pulu hesablamır, çünki borca aldığı 150 manat pul Rövşənin anası tərəfindən ona qaytarılmışdır. Ruslan və ya Yalçın adlı şəxslərə nəvəsinin işi ilə bağlı pul verməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Rövşənlə bir müddət bir yerdə işləmiş, təsadüfi söhbət əsnasında Rövşən ona tanışı vasitəsilə “Mida”dan ev almağa köməklik edə biləcəyini demişdir. O, Rövşənə ümumilikdə 3700 manat pul vermişdir. Ona vurulmuş ziyan ödənilməsə də, hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində qanuni və ədalətli cəza təyin olunmasını xahiş edir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onunla birlikdə MTE və PA Birliyinin Xəzər rayon şöbəsində kiçik tibb işçisi kimi çalışıb. Aralarında bir iş yoldaşı kimi normal münasibətlər olub, ədavət və düşmənçilikləri olmamış və yoxdur. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında söhbət əsnasında onun sosial binalardan mənzil almaq istədiyini bilib, ona yaxın tanışı olduğunu və həmin şəxsin köməkliyi ilə mənzil almaqda köməklik göstərə biləcəyini deyib onu inandırmışdır. Təqsirləndirilən şəxs ondan bunun müqabilində 3.700 manat pul istədiyi üçün o, Rövşənə hissə-hissə olmaqla cəmi 3.700 manat pul vermişdir. İlk dəfə 17 iyul 2023-cü il tarixdə saat 14:42-də Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Rövşənin ona göndərdiyi bank kart hesabına 1.000 manat, 24 iyul 2023-cü il tarixdə saat 15:00-da mobil telefonunda quraşdırılmış "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə Rövşənin ona göndərdiyi bank kart hesabına 1.000 manat pul göndərmişdir. Sonuncu dəfə 29 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində Bakımetropolitenin “28 May” stansiyası yaxınlığında kənar şəxsin iştirakı olmadan nağd qaydada Rövşənə 1.700 manat pul vermişdir. İlkin ifadəsində pulu verdiyi tarixi unutduğu üçün səhvən 2023-cü ilin iyul ayının təxminən ortası kimi qeyd etməklə yanaşı, pulun ümumi şəkildə verildiyi kimi göstərmişdir. Təqsirləndirilən şəxs verdiyi 3.700 manat pul özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs yaxın tanışının olduğunu və həmin şəxsin vasitəsi ilə sosial binalardan onun üçün mənzil alınmasında köməklik göstərəcəyini söz versə də, konkret olaraq kimin və ya kimlərin vasitəsi ilə bu işi həll edəcəyini deməmişdir və hər hansı bir şəxsin adını qeyd etməmişdir. Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə pul verməsini deməmişdir. Rövşən ümumi şəkildə söhbət edirdi. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdükdən sonra ondan pulunu geri qaytarmasını tələb etdikdə, Rövşən onun telefon zənglərinə cavab verməyib, onunla görüşlərdən yayınmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, oğlu Samir Mahmudov Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək barəsində aparılmış istintaq tamamlanıb baxılması üçün cinayət işi məhkəməyə göndərilmişdir. Tanışları onlara Rövşən adlı şəxsin prokuror Fəxri müəllimlə əlaqəsinin olduğunu, onun Samirin azadlığa buraxılmasına kömək edə biləcəyini demişdir. Yalçın bu barədə onlara məlumat vermişdir. Onlar Rövşənə zəng eləmiş, Yalçın onları Rövşənin iş yerinə aparmış, Rövşənlə görüşmüşlər. Onlar Rövşənlə söhbət etmiş, Rövşən Fəxri müəllimlə belə işləri çox gördüyünü demişdir. Rövşən Fəxri müəllimin yanına getməyi təklif etmişdir ki, əgər Fəxri müəllim boynuna götürərsə onların işini həll etsinlər. Amma bunun üçün pul ödəməyin lazım olacağını onlara demişdir. Daha sonra onlar birlikdə Fəxri müəllimin iş yerinə getmiş, Rövşən özü yuxarı qalxdıqdan sonra aşağı düşmüşdür ki, Fəxri müəllim bu işi boynuna götürmüş, həll etmək üçün 50.000 manat pul istəmişdir. O, evə gəlmiş, bu məsələni anasına, qardaşına danışmış, onlar əgər bəraət əldə olunacaqsa razılaşmışlar. Onlar bundan 2 gün sonra Rövşənin yanına gedib 10.000 manat vermişlər. Sonradan o evdə olmayan zaman Rövşən evə zəng vurub demişdir ki, Fəxri müəllim demişdir ki, 30.000 manat pul da çatmalıdır. Bu yolla Rövşən yalan danışaraq onlardan ümumilikdə 55.000 manat pul almışdır. Onlar pulu Rövşənə 2 ay müddətində vermişdir, bu zaman iş hələ istintaqda olmuşdur. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, oğlu X4 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək barəsində aparılmış istintaq tamamlanıb baxılması üçün cinayət işi Bakı Ağır Cinəyətlər Məhkəməsinə göndərilmişdir. Oğlunun məsuliyyətini yüngülləşdirmək və azadlığa buraxılması üçün həlli yolunu axtarırdılar. Bu barədə tanışları Yalçının məlumatı olmuşdur. Yalçın da qardaşı Ruslanın vasitəsi ilə onları Təqsirləndirilən şəxslə tanış etmişdir. Təqsirləndirilən şəxs onlarla əlaqə saxlayıb, yüksək vəzifədə işləyən tanışlarının olduğunu, həmin şəxslərin vasitəsi ilə Samir Mahmudovun azadlığa buraxılmasına nail ola biləcəyini deyib onları inandırmışdır. Daha sonra Təqsirləndirilən şəxs onlara Xəzər rayon prokuroru Fəxri Ələsgərovun vasitəsi ilə Samir Mahmudova bəraət verdirəcəyinə və azadlığa buraxdıracağına söz verib bunun üçün ilkin olaraq 30.000 manat pul istəmişdir. İlk dəfə Təqsirləndirilən şəxs 07 may 2023-cü ildə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Bakı şəhəri 26 nömrəli xəstəxananın həyətində yerləşən MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin inzibati binasında onları Rövşənlə tanış edən Yalçın adlı şəxsin və onun yanında anası Zərərçəkmiş şəxs1 10.000 manat, 25 may 2023-cü il tarixdə onun yaşadığı ünvan 2 ünvanında qardaşı Şahid2 yanında anası 30.000 manat, 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Araz” marketin qarşısında anası 10.000 manat pul vermişdir. 12 avqust 2023-cü ildə saat 10:20-də 2.000 və 10:22-də 500 manat ünvan 3 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ümumilikdə 2.500 manat, 23 avqust 2023-cü ildə saat 14:19-da Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində fəaliyyət göstərən “Spar” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1.000 manat anası Ofelya tərəfindən Təqsirləndirilən şəxs bildirdiyi bank kart hesablarına göndərilmişdir. Bank kartların və hesabların kimə məxsus olması barədə məlumatı yoxdur. 23 avqust 2023-cü il tarixdə axşam saatlarında anasının xahişi əsasında Rövşənə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində görüşüb nağd şəkildə şəxsən 1.000 manat pul vermişdir, həmin pul sonradan anası tərəfindən ona qaytarılmışdır. 06 sentyabr 2023-cü il tarixdə "xxxx"-ın mobil tətbiqi vasitəsi ilə ünvan 3 ünvanından Rövşənin göndərdiyi bank kart hesabına 100 manat anası Ofelya tərəfindən göndərilmişdir. 11 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində anasının verdiyi 250 manat pul tərəfindən Rövşənə nağd şəkildə verilmişdir. 13 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında anası Ofelya Rövşənə 150 manat nağd qaydada vermişdir. Təqsirləndirilən şəxs cəmi 55.000 manat anası Ofelya tərəfindən pul verilmişdir. Həmin pul anası Ofelyaya məxsus olmuşdur. Belə ki, anası özünə məxsus qızıl-zinət əşyalarını satmaqla, qohumlardan borca pul almaqla, qardaşı Şahid2 bankdan kredit 10.000 manat pul götürməklə 55.000 manat toplamışdır. Hazırda anası tərəfindən bankın pulu ödənilir. Maddi ziyan anası Zərərçəkmiş şəxs1 dəymişdir. Təqsirləndirilən şəxs Xəzər rayon prokuroru Fəxri müəllimin və rayon prokurorluğunda işləyən Heydər adlı şəxsin köməkliyi ilə oğlunun barəsində məhkəmə baxışında olan cinayət işi üzrə bəraətverici qərar qəbul edilməsinə və onun azadlığa buraxılmasına nail olacağını söz verib anasının pulunu ələ keçirmişdir. Konkret olaraq həmin puldan kimə və hansı məbləğdə pul verdiyini deməmişdir. Həmçinin Rövşən həmin dövrdə uşağının müalicəsi üçün də anasından borca 150 manat pul almışdır, sonradan borca aldığı pul anasına qaytarılmışdır. Ruslan və ya Yalçın adlı şəxslərə oğlunun işi ilə bağlı pul verilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, bacısı oğlu narkotiklə bağlı tutulmuşdur. Bundan sonra isə anası ona demişdir ki, adam var bu işi həll edəcək və bəraət veriləcək. Bundan sonra təqsirləndirilən şəxslə evdə görüşərək ona pul vermişlər. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində göstərmişdir ki, bacısı oğlu X4 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək barəsində aparılmış istintaq tamamlanıb aidiyyəti üzrə Bakı Ağır Cinəyətlər Məhkəməsinə göndərilmişdir. Samirin məsuliyyətini yüngülləşdirmək və azadlığa buraxılması üçün həlli yolunu axtarmışdırlar. Bu barədə tanışları Yalçının məlumatı olmuşdur. Yalçın da qardaşı Ruslanın vasitəsi ilə onları Təqsirləndirilən şəxslə tanış etmişdir. Təqsirləndirilən şəxs onlarla əlaqə saxlayıb, yüksək vəzifədə işləyən tanışlarının olduğunu, həmin şəxslərin vasitəsi ilə Samir Mahmudovun azadlığa buraxılmasına nail ola biləcəyini deyib onları inandırmışdır. Daha sonra Təqsirləndirilən şəxs onlara Xəzər rayon prokuroru Fəxri Ələsgərovun vasitəsi ilə Samir Mahmudova bəraət verdirəcəyinə və azadlığa buraxdıracağına söz verib bunun üçün ilkin olaraq 30.000 manat pul istəmişdir. İlk dəfə Təqsirləndirilən şəxs 07 may 2023-cü ildə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Bakı şəhəri 26 nömrəli xəstəxananın həyətində yerləşən MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin inzibati binasında onları Rövşənlə tanış edən Yalçın adlı şəxsin və bacısı İlhamənin yanında anası Zərərçəkmiş şəxs1 10.000 manat, 25 may 2023-cü il tarixdə bacısı İlhamənin yaşadığı ünvan 2 ünvanında şəxsən onun iştirakı ilə 30.000 manat, 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Araz” marketin qarşısında Rövşənə 10.000 manat pul vermişdir. 12 avqust 2023-cü ildə saat 10:20-də 2.000 və 10:22-də 500 manat ünvan 3 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ümumilikdə 2.500 manat, 23 avqust 2023-cü ildə saat 14:19-da Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində fəaliyyət göstərən “Spar” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1.000 manat anası Ofelya Təqsirləndirilən şəxs bildirdiyi bank kart hesablarına göndərmişdir. Bank kartların və hesabların kimə məxsus olması barədə məlumatı yoxdur. 23 avqust 2023-cü il tarixdə axşam saatlarında anasının xahişi əsasında bacısı Şahid1 tərəfindən Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində nağd şəkildə Rövşənə 1.000 manat pul verilmişdir, həmin pulu sonradan anası İlhaməyə qaytarmışdır. 06 sentyabr 2023-cü il tarixdə "xxxx"-ın mobil tətbiqi vasitəsi ilə ünvan 3 ünvanından Rövşənin göndərdiyi bank kart hesabına 100 manat anası Ofelya tərəfindən göndərilmişdir. 11 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində anasının verdiyi 250 manat pul bacısı İlhamə tərəfindən Rövşənə nağd şəkildə verilmişdir. 13 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında anası Ofelya Rövşənə 150 manat nağd qaydada vermişdir. Təqsirləndirilən şəxs cəmi 55.000 manat anası Ofelya tərəfindən pul verilmişdir. Həmin pul anası Ofelyaya məxsus olmuşdur. Belə ki, anası özünə məxsus qızıl-zinət əşyalarını satmaqla, qohumlardan borca pul almaqla, o, bankdan kredit 10.000 manat pul götürüb anasına verməklə 55.000 manat toplamışdır. Hazırda anası bankın pulunu ödəyir. Bununla da maddi ziyan anasına dəymişdir. Təqsirləndirilən şəxs Xəzər rayon prokuroru Fəxri müəllimin və rayon prokurorluğunda işləyən Heydər adlı şəxsin köməkliyi ilə bacısı oğlunun barəsində məhkəmə baxışında olan cinayət işi üzrə bəratverici qərar qəbul edilməsinə və onun azadlığa buraxılmasına nail olacağını söz verib anasını aldadaraq pulunu ələ keçirmişdir. Rövşən konkret olaraq bu işə görə kimə və hansı məbləğdə pul verdiyini deməmişdir. Bundan başqa Rövşən həmin dövrdə uşağının müalicəsi üçün də anasından borca 150 manat pul almışdır, borca aldığı pul sonradan anasına qaytarılmışdır. Ruslan və ya Yalçın adlı şəxslərə bacısı oğlunun işi ilə bağlı pul verilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, Rövşənlə Ofelya xanımın nəvəsi tutulandan tanış olmuşdur. Onun qardaşı Ruslanın həyətdə siqaret butkası var, Rövşən həmişə gəlib oradan siqaret alırmış. O, Ofelya xanımın nəvəsi tutulan zaman qardaşı Ruslana demişdir ki, bir adam olsaydı onlara kömək edərdi. Səhəri gün Ruslan ona Rövşən adlı şəxsin gəlib ondan siqaret aldığını, həmin şəxsin Xəzər rayonunda həkim işlədiyini, onunla danışıb Ofelya xanımgilə kömək edə bilibbilməməsini soruşmasını demişdir. O, razılaşmışdır. Bir-iki gün keçdikdən sonra işdən evə gələn zaman qardaşı Ruslan ona zəng etmişdir ki, Rövşən burada- həyətdədir. O, Rövşənə olanları danışmış, Rövşən 2-3 günə xəbər edəcəyini bildirmişdir. 2-3 gün sonra Rövşən ona zəng etmişdir ki, Xəzər rayon prokuroru ilə danışmışdır, səhər onları prokurorun yanına aparacaq. O, İlhamə xanımla Rövşənin iş yerinə, oradan da Rövşənlə Xəzər Rayon Prokurorluğuna getmişlər. Onlar orada gözləmiş, Rövşən prokurorluğun binasına daxil olmuş, yarım saatdan sonra gəlmişdir ki, prokuror onları indi qəbul edə bilmir. Amma Rövşən prokurorla danışdığını, məsələni həll edəcəyini bildirmişdir. Onlar evə qayıtmışlar. 2-3 gün sonra Rövşən ona zəng etmişdir ki, prokurorla danışmışdır, onunla görüşmək, 10.000 manat pul lazımdır. O, Ofelya xanım, Ofelya xanımın bacısı oğlu və İlhamə xanım Rövşənin iş yerinə getmiş, orada 10.000 manat pulu sayıb Rövşənə vermişlər. Sonrakı məsələlər onun yadında deyil. Amma xəbəri var ki, Rövşən Ofelya xanımgildən 30.000 manat bir, 3.500 manat bir almışdır. Rövşən xırda-xırda ümumilikdə 55.000 manat pul almışdır. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini təxminən 10-15 il olar ki, tanıyır. Təqsirləndirilən şəxs isə qardaşı Ruslanın vasitəsi ilə təxminən 2023-cü ilin may ayında tanımışdır. Ofelya və onun ailə üzvləri, eyni zamanda Rövşənlə aralarında ədavət və düşmənçilik olmayıb və yoxdur. 2023-cü ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 eşidib bilmişdir ki, nəvəsi Samir Mahmudov Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək həbs olunmuş və barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Ofelya nəvəsini azadlığa buraxdırmaqda köməklik edə biləcək şəxs axtarırdı. Günlərin bir günü qardaşı Ruslana bu barədə dedikdə Ruslan Təqsirləndirilən şəxs MTE və PA Birliyinin Xəzər rayon şöbəsində işlədiyini deyib ondan bununla maraqlanacağını deyib Rövşənlə əlaqə saxlamışdır. Rövşən həmin işdə köməklik edə biləcəyini dediyi üçün o, bu barədə Zərərçəkmiş şəxs1 deyib onları Rövşənlə tanış etmişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında bildirmişdir ki, işi Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkliyi ilə həll edəcəkdir və onları inandırmışdır ki, yaxın günlərdə Ofelyanın nəvəsi Samir Mahmudovun həbsdən azad olunmasına nail olacaqdır. Bunun müqabilində Rövşən 50.000 manat pul tələb olacağını demişdir. Ofelya razılaşmışdır. 07 may 2023-cü ildə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Bakı şəhəri 26 nömrəli xəstəxananın həyətində yerləşən MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin inzibati binasında Rövşənlə görüşmüşdür. Orada onun yanında Zərərçəkmiş şəxs1 Rövşənə 10.000 manat pul vermişdir. Sonradan eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 55.000 manat pul almış, lakin verdiyi vədə əməl etməyib Ofelyaya qarşı dələduzluq etmişdir. Ofelya onun iştirakı ilə yalnız 10.000 manat vermiş, digər pulları isə harada və hansı ünvanda, kim və ya kimlərin yanında verməsi barədə məlumatı yoxdur. Onun və ya qardaşı Ruslanın Ofelyanın nəvəsi Samirin işi ilə bağlı hər hansı bir marağı olmamışdır. İnsanlıq xatirinə Ofelyagilə köməklik etmək istəmiş, lakin Təqsirləndirilən şəxs onların da xəbəri olmadan Ofelyanı aldadıb pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 aldığı puldan hər hansı bir məbləğdə pul verməmişdir . Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, o, Rövşəni şifahi tanımışdır. Rövşən onun qardaşı ilə əlaqə saxlamış və onların nə həll etdiklərin dəqiq bilmir. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 onun qardaşıdır, Təqsirləndirilən şəxs isə təxminən 2 ilə yaxındır ki, tanıyır. Rövşənlə onun tanışlığı işlədiyi dükana müştəri qismində gəlib-gedərkən yaranmışdır. Rövşən bahalı avtomobillər idarə edib, bahalı mobil telefonlardan istifadə edirdi, özünü Məhkəmə Tibbi Ekspertizası və X3 Xəzər rayon şöbəsinin tibb işsiçisi kimi təqdim etmişdir. Rövşən Xəzər rayon prokuroru Fəxri Ələsgərov və bir çox vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, lazım olarsa özünə və ya qohum tanışlara hər hansı bir işdə çətinliklər yaranarsa köməklik edə biləcəyini demişdir. 2023-cü ilin may ayının əvvəllərində qardaşı Yalçın ona ailəvi tanışlıq münasibətində olduğu Ofelya adlı qadının nəvəsinin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxıldığını Ofelyagilin nəvəsinin barəsində bəraətverici qərar çıxarıb, onu həbsdən azad etdirmək istəyində olduqlarını və bu işdə onlara köməklik edə biləcək şəxs axtarışında olduqlarını demişdir. Bu barədə Rövşənə dedikdə, Rövşən heç bir problem olmadığını, yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə bu işdə onlara köməklik edə biləcəyini söz vermişdir. O, da qardaşı Yalçına bu barədə deyib onları tanış etmişdir. Sonradan Yalçından eşidib bilmişdir ki, X8 ilə tanış etmiş və Rövşən Ofelyagili aldadıb hissə-hissə olmaqla ümumilikdə 55.000 manat pulunu alıb ələ keçirmiş, verdiyi vədi isə əməl etməyərək dələduzluq etmişdir. Şəxsən Ofelya ilə Rövşən arasında aparılmış danışıqlardan, razılaşmalardan xəbəri olmamış, həmin söhbətlərdə iştirak etməmişdir. Eyni zamanda Ofelyagilin hansı tarixdə və hansı məbləğdə Rövşənə pul verməsinin şahidi olmamış və bu barədə dəqiq məlumatı yoxdur. İnsanlıq naminə, yəni Ofelya ilə qardaşı Yalçının ailəvi münasibəti olduğuna görə Ofelyanın nəvəsinə köməklik edilməsini istəmiş, başqa maddi və digər marağı olmamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 bu işə görə aldığı puldan hər hansı bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs1 və ya onun ailə üzvlərini tanımır, onlarla heç bir münasibəti olmamış və yoxdur. Təqsirləndirilən şəxs onun "xxxx" kartına hər hansı bir məbləğdə pul göndərməmiş, Yalçına isə 300 manat pul verib-verməməsi barədə məlumatı yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis orqanına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 02 ədəd ödəmə qəbzlərinə baxış keçirilən zaman 17 iyul 2023-cü il tarixdə saat 14:42:22-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1.000 manat pulun “RO*** EY***EL***OG***” adı ilə qeydə alınmış şəxsin; 24 iyul 2023cü il tarixdə saat 15:00:09-da 1.000 manat pulun “ABB” mobil tətbiqi vasitəsi ilə “Rovshan E*” adı ilə qeydə alınmış şəxsin bank kart hesabına ödənilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən iş üzrə Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin pullar onun tərəfindən Təqsirləndirilən şəxs bildirdiyi bank kart hesablarına “MilliÖn” ödəmə terminalı və “ABB” mobil tətbiqi vasitəsi ilə göndərilmişdir. Bank kartların və hesabların kimə məxsus olması barədə məlumatı yoxdur. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 03 ədəd ödəmə qəbzlərinə baxış keçirilən zaman müəyən edilmişdir ki, 12 avqust 2023-cü ildə saat 10:20-də ünvan 4 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 2.000 manat pul “RO*** ey***EL***OG***” adı ilə qeydə alınmış şəxsin; 12 avqust 2023-cü ildə saat 10:22-də ünvan 4 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 500 manat pul “RO***EY***EL***OG***” adı ilə qeydə alınmış şəxsin; 23 avqust 2023-cü ildə saat 14:19-da Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində fəaliyyət göstərən “Spar” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1.000 manat pul “R*** S***E***OGLU” adı ilə qeydə alınmış şəxsin “416973******5476” nömrəli bank kart hesabına ödənilməsi müəyyən edilmişdir. 06 sentyabr 2023-cü ildə saat 14:33-də "xxxx"-ın mobil tətbiqi vasitəsi ilə 100 manat bank kart hesabına ödənilmişdir. Baxışda iştirak edən iş üzrə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ümumlikdə 3.500 manat pul Təqsirləndirilən şəxs ona bildirdiyi bank kart hesablarına “MilliÖn” ödəmə terminalı vasitəsi ilə, 100 manat pul "xxxx"-ın mobil tətbiqi vasitəsi ilə ünvan 4 ünvanından tərəfindən göndərilmişdir. Bank kartların və hesabların kimə məxsus olması barədə məlumatı yoxdur. xx.xx.2024-cü il tarixli “CD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı bir ədəd yaddaş daşıyıcısında fotoşəkillərin, digər yaddaş daşıyıcısında isə audiofayllar olan qovluqların olduğu müəyyən edilmişdir. Audiofayllar olan qovluqlar ardıcıllıqla açılıb dinlənildikdə iki nəfər qadının və bir nəfər kişi səsli şəxslərin danışdıqları müəyyən edilmişdir. Söhbətlərin məzmunundan məlum olur ki, qadın səsli şəxslər övladlarının məhkəmədə olan işin həlli ilə maraqlanıb, iş həllini tapmayacağı təqdirdə pulun geri qaytarılmasını tələb edirlər. Kişi səsli şəxs isə həmin qadınlardan həqiqətən pul aldığını etiraf edib, pulu prokurorluğın əməkdaşları Fəxri və Heydər adlı şəxslərə verdiyini, sonuncuların səhlənkarlığı nəticəsində işin həllində gecikmələr yarandığını, işlə bağlı özü məhkəməyə və prokurorluğa gedəcəyini bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs kişi səsli şəxs onun özü olduğunu, qadınlardan biri Zərərçəkmiş şəxs1, digər səs Ofelyanın qızı Şahid1 səsi olduğunu qeyd edib, həqiqətən Zərərçəkmiş şəxs1 nəvəsi Samir Mahmudovun barəsində məhkəmə baxışında olan cinayət işi üzrə bəraətverici qərar qəbul etdirib, həbsdən azadlığa buraxdıracağı barədə yalan vəd verib hissə-hissə olmaqla cəmi 55.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Fotoşəkillər olan qovluqlar açılıb baxış keçirdikdə günün müxtəlif saatlarında ***-***-**-** saylı mobil nömrədə quraşdırılmış “Whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə SMS mesjların göndərildiyi, mesajların ümumi məzmunundan mesajı yazan şəxsin Samir adlı şəxsin barəsində məhkəmədə olan işlə bağlı məşğul olması, işin müsbətə doğru irəlliləməsi, övladının xəstə olması ilə bağlı tibb müəssisələrinə aparması, həmçinin bank kartların və ödəniş qəbzlərin fotoşəkilləri əks olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin onun tərəfindən istifadə edildiyini, qeyd olunan SMS mesajlar onunla Zərərçəkmiş şəxs1 arasında aparılmış danışıqları, pul göndərməsi üçün tərəfindən Zərərçəkmiş şəxs1 göndərdiyi bank kartların, pul ödənildikdən sonra isə sonuncu tərəfindən çəkib göndərilmiş qəbzlərin fotoşəkilləri əks olunduğunu bildirmişdir. Yaddaş daşıyıcısında olan fotoşəkillər printer vasitəsi ilə çap edilərək protokola əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və əlavələr edilərək o, CM-nin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dələduzluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslər, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin azyaşlı iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, azyaşlı iki uşağının olmasını, gənc olmasını, törətdiyi cinayət əməlini (təqsirini) səmimi etiraf etməsini, digər Zərərçəkmiş şəxs2 şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, vurulmuş ziyanın məbləğini, ziyanın ödənilmədiyini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının çıxarışından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə iş üzrə verilmiş mülki iddianı müzakirə edərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, mülki iddia onunla əsaslandırılmışdır ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 55000 manat məbləğində pulunu ələ keçirmiş və hal hazıradək həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddianı müdafiə edərək mülki iddianın təmin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh məhkəmə baxışı zamanı mülki iddianı qəbul edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırkı iş üzrə verilmiş mülki iddia ila bağlı aşağıda sadalanan işin faktiki hallarını və həmin hallara uyğun olan müvafiq hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materialarından müyəyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda olmaqla, ümumilikdə 55000 manat pul vəsaiti aldığını təsdiq etmişdir. Bundan əlavə, hazırkı cinayət işinin məhkəmə istintaqı dövründə də, cinayət hadisə nəticəsində vurulmuş maddi ziyanın, yəni 55000 manat məbləğində pulun zərərçəkmiş şəxsə - mülki iddiaçıya ödənilməmiş qaldığı müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını nəzərə alaraq və həmin hallara uyğun olan müvafiq hüquq normalarını əsas götürərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, məhkəmələr cinayət mühakimə icraatı qaydasında mülki iddialara baxdıqda Azərbaycan Respublikası CPM-nin 179-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. 354.2. Mülki iddia təmin edildiyi halda hökm qanuni qüvvəyə minənədək iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişdirsə, məhkəmə həmin tədbirləri görmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamışdİr. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-191, 344-347, 349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 55000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcinin və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar