Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1537/2025 01.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Sədaqət İlyas qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Yasa” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1967-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı "Mehdi’' ləqəbli şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən "Mehdi" ləqəbli şəxsin sifarişi, daha sonra isə gələcəkdə "müştərilərə" çatdırılması üçün hər kilosuna 300 (üç yüz) manat pul təklifi müqabilində sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu “Meyvəli" adlanan ərazidə yüksək gərginlikli elektrik dirəyinin dibinə yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 27 kq 305 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 31,260 qram narkotik vasitə heroini, 0,76 qram narkotik vasitə Metadon həblərini və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"-in İİ siyahısına daxil olan külli miqdarda 202,301 qram psixotrop maddə metamfetamini həmin yerdən qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına qədər daşıyaraq metadon həblərini üstündə, psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və qurudulmuş marixuananı həmin ünvanda saxlamış, 11 aprel 2025-ci il tarixdə saat 02:00-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında olduğu zaman saxlanılmış, Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə 11 aprel 2025-ci il tarixdə saat 02:03 dəqiqədən etibarən üstünə və yaşadığı ünvana DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı əynindəki gödəkçənin sol iç cibindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 02 ədəd blisterdə ümumilikdə 19 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,76 qram narkotik vasitə metadon, yaşadığı ünvandan 23 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 2020 qram, 2350 qram, 2065 qram, 995 qram, 1070 qram, 1010 qram, 1030 qram, 1040 qram, 1025 qram, 1055 qram, 1055 qram, 1065 qram, 1535 qram, 1025 qram, 1015 qram, 775 qram, 1420 qram, 545 qram, 820 qram, 1420 qram, 965 qram, 635 qram, 1370 olmaqla ümumilikdə təmiz çəkisi 27 kq 305 qram olan eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,704 qram, 7,841 qram, 8,113 qram, 7,602 qram olmaqla ümumilikdə təmiz çəkisi 31,260 qram olan eyni tərkibli narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42,735 qram və 159,566 qram qram olmaqla ümumilikdə təmiz çəkisi 202,301 qram olan eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 aprel 2025-ci il tarixdə, səhər saat 11:00 radələrində uşağını məktəbə aparırmış. Uşağını məktəbə qoyub, qayıtdıqdan sonra 10 və ya 15 polis əməkdaşı onu saxlamışdır. Həmin ərazidə olan kamera görüntülərini istəmiş, lakin əldə edə bilməmişdir. Ona qarşı fiziki təzyiq göstərilmişdir. Rəşad adlı polis əməkdaşı onu yerə yıxmış və çantasını axtarmışdır. Polis əməkdaşları yumruq zərbəsi ilə onun dişlərini sındırdıqdan sonra ondan iki ədəd bağlamanı boynuna götürməsini istəmişlər. İki dəfə videoçəkiliş aparılmışdır. Ondan yaşadığı ünvanı soruşduqda isə o, polis əməkdaşlarını yaşadığı mənzilə aparmışdır. Evinə baxış keçirilən zaman da polis əməkdaşları tərəfindən evinə qoyulmuş narkotik vasitələri də boynuna almasını ondan istəmişlər. Ona qarşı olunan təzyiqlər nəticəsində bütün sənədləri imzalamışdır. Daha sonra isə bölməyə gətirilmişdir. Polis bölməsində ona əməkdaşlıq təklif edilmişdir. 2016-cı ildə müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasına getmişdir. 2017-ci ildə narkotik vasitədən istifadə etdiyinə görə tutulmuşdur. Narkotik vasitələrdən təzyiqini tənzimləmək üçün istifadə etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, axırıncı dəfə 2016-cı ildə narkotik vasitədən istifadə etmişdir. Qara Qarayev ərazisində, Tofiq Abbasov küçəsində, üzərində 11 yazılan binanın qarşısında saxlanılmışdır. 4 ildir ki, uşağını Qara Qarayevdə yerləşən “lal-kar” məktəbinə aparırmış. Mart ayının 15-dən həmin ünvanda, 48 nömrəli kirayə mənzildə yaşayırmış. Saxlanılan zaman üzərində içərisində köynək, gödəkcə və iki ədəd mobil telefon olan çantası olmuşdur. Telefonların birində simkart olmamış, sadəcə uşağının və həyat yoldaşının əlaqə saxlaması üçün “Whatsapp” tətbiqini yükləmişdir. Polis əməkdaşları evə baxış keçirən zaman evdən heçnə aşkar olunmamış, sonra isə həmin əməkdaşlar 30 kq narkotik vasitəni evə yerləşdirmişlər. Evindən və üzərindən çıxan narkotik vasitələr ona məxsus olmamışdır. Usta kimi fəaliyyət göstərdiyi üçün bank kartına tez-tez pul vəsaitləri köçürülmüşdür. Polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı prokurorluq əməkdaşlarına məlumat vermişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarətləri olmuş, lakin xəsarət almağını deməmişdir . İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2017-ci ildə şəxsi istifadə üçün narkotik vasitənin qanunsuz dövriyyəsinə görə 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 7-8 il müddətdir ki, narkotik vasitə heroin və metadon həblərindən istifadə etmişdir. Təxminən 5-6 ay öncə sosial şəbəkədə bir şəxslə tanış olmuş, sonradan həmin şəxsin İran vətəndaşı olduğunu öyrənmiş və onunla “Whatsapp” vasitəsi ilə əlaqə yaratmışdır. İran İslam Respublikası vətəndaşı özünü ona "Mehdi’' adı ilə təqdim etmiş, bu aralar onun özünün borcu olmuş, maddi vəziyyəti yaxşı olmamış, ara-sıra narkotik vasitə istifadə etmişdir. Həmin İran vətəndaşı barəsində başqa məlumatı olmamışdır. Saxlanılmamışdan təxminən 3-4 gün öncə “Mehdi” adlı şəxsin ona Azərbaycan Respublikasına narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürüb başqa bir yerə qoyarsa əvəzində ona hər çəkidə 200 manat pul verəcəyini təklif etmişdir. O, ilk öncə razı olmasa da maddi vəziyyəti yaxşı olmadığı üçün onunla razılaşmışdır. Təxminən axşam saatlarında "Mehdi" adlı şəxsin ona zəng edib narkotiki göndərdiyini, həmin narkotikin Bakı şəhəri, Qaradağ rayonu, "Meyvəli" adlanan ərazidə yüksək gərginlikli elektrik dirəyinin dibinə qoyduğunu bildirmişdir. Həmin yerə taksi ilə getmiş, 10 aprel 2025-ci il tarixdən 11 aprel 2025ci il tarixə keçən gecə o, həmin içi dolu narkotik vasitə dolu kisəni və çiyinə asılan çantanı götürüb evinə gətirmişdir. Evdə bu barədə heç kəsin məlumatı olmamışdır. Həmin günü evdə heç kəs olmamışdır. 11 aprel 2025-ci il tarixdə, saat 02:00 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9 ünvanın yaxınlığında 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin iç sol cibindən 19 ədəd metadon həbini, həmin gödəkcənin sol yan cibindən 1 ədəd üzərində ***-***-**-**, 051 -671 -04-99 nömrələri olan Samsung markalı mobil telefonu, 1 ədəd üzərində nömrə olmayan “Oppo" markalı mobil telefonu, gödəkcənin üst sol cibindən 13 manat pulu, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, həmin şalvarın sol yan cibindən 4 ədəd açar təqdim etmişdir. Sonra üstü yoxlanılmış, əynində olan qara rəngli gödəkcənin üst sağ cibindən 1 ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 1 ədəd **********147182 nömrəli plastik bank kartı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ətir aşkar olunmuşdur. Daha sonra yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd bank kartı ondan götürülmüş, pul və digər əşyalar isə ona qaytarılmışdır. Aşkar olunmuş metadon həbi qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. O, verilən suallara cavab olaraq aşkar olumuş həblərin özünə məxsus olduğunu, istifadə etmək üçün üzərində gəzdirdiyini, İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra narkotik vasitələri saxladığı ünvan 1 ünvanına baxış keçirilmiş, orada ona mənzildə saxladığı qanunla qadağan edilmiş kütlələri təqdim etməsi təklif edilmişdir. Yaşadığı mənzilin mətbəx otağında saxladığı 1 ədəd qara rəngli torbadan marixuana kütlələri, 1 ədəd sellofanda metamfetamin kütləsi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuana kütlələrinin ümumillikdə çəkisi 29 kq 800 qram, metamfetamin kütləsinin çəkisi 300 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlərin qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmetlər aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı vasitəsi ilə bu gün ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona qanunla qadağan edilmiş kütlənin hər 1 kilosuna 300 manat pul verəcəyini, başqa heç yerdə qanunla qadağan edilmiş kütlə saxlamadığını, üzərindən aşkar olunmuş karta İran İslam Respublikası vətəndaşı tərəfindən 200 manat pul köçürüldüyünü bildirmişdir. Daha sonra o BNMİ-yə gətirilmiş, burada aşkar olunmuş kütlələrə yenidən baxış keçirilmişdir. Aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı "Mehdi” adlı şəxsin vasitəsi ilə bu gün qabaq Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürmüş, bunun müqabilində sonuncu ona qanunla qadağan edilmiş kütlənin hər 1 kilosuna 300 manat pul verəcəyini vəd vermişdir. Daha əvvəl narkotik vasitələr götürməmişdir. Ona qarşı hər hansı bir zorakılığın olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 aprel 2025-ci il gecə saat 02:00 radələrində ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərinə baxış keçirilən zaman metadon həblərinə bənzər kütlələr götürülərək qablaşdırılmış, daha sonra həmin küçədə Tofiq Abbasov 9 ünvanında yaşadığı mənzilə baxış keçirilmiş və həmin mənzildən də 30 kq-a yaxın qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Nizami polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, həmin kütlələri İran İslam Respublikası vətəndaşı vasitəsi ilə onun dediyi ünvanlara çatdıraraq pul qarşılığında əldə etmişdir. Daha sonra Nizami Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarədə təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə bir daha baxış keçirilmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Məlumatı narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Onun rəhbərliyi ilə Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Şəxsin evinə də baxış keçirilmişdir. Şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Polis əməkdaşları tərəfindən də ona qarşı hər hansı fiziki təzyiq edilməmişdir. Nizami tutulan zaman cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tərəflərindən 11 aprel 2025-ci il tarixdə gecə radələrində ünvan 6 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman metadon həblərinə bənzər kütlələr götürülərək qablaşdırılmışdır. Daha sonra onun yaşadığı mənzilə baxış keçirilmiş və həmin mənzildən də 29 kq 50 qr marixuana və 300 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra Nizami Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarədə təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə bir daha baxış keçirilmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda üç nəfər olmuşlar. Təqsirləndirilən şəxs hər hansı fiziki təzyiq edilməmişdir. Nizami saxlanılarkən üzərindən metadon, qalan narkotik vasitələr isə yaşadığı mənzildən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən 11 aprel 2025-ci il gecə saat 02:00 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman metadon həblərinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin küçədə, Tofiq Abbasov 9 ünvanında yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin mənzildən qurudulmuş marixuanaya bənzər kütlə və bir bağlama psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin kütlələri İran İslam Respublikası vətəndaşı vasitəsi ilə əldə etmişdir. Təqsirləndirilən şəxsə qarşı təzyiq göstərilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 aprel 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1967-ci ildə Lənkəran rayonu, Kərgələn kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, Lənkəran rayonu, Kərgələn kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 12 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir (cild 1, i/v 3). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, i/v 4-5). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilinə baxış keçirilməsinə dair" 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə, saat: 02:00-da Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, Təqsirləndirilən şəxs üzəri yoxlanmağa başlanmış, Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin iç sol cibindən 19 (on doqquz) ədəd metadon həbinə bənzər kütlə, həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-**, ***-***-**-** nömrələri olan Samsung markalı mobil telefonu, 1 (bir) ədəd üzərində nömrə olmayan “Oppo” markalı mobil telefonu, gödəkçənin üst sol cibindən 13 (on üç) manat pulu, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaret qutusunu, 1 (bir) ədəd alışqanı, həmin şalvarın sol yan cibindən 4 (dörd) ədəd açarı təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin üst sağ cibindən 1 (bir) ədəd Təqsirləndirilən şəxs özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd **********147182 nömrəli plastik bank kartı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ətir aşkar olunmuş, sonra yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd bank kartı Təqsirləndirilən şəxs götürülmüş, pul və digər əşyalar isə sonuncuya qaytarılmış, aşkar olunmuş metadon həbinə bənzər kütlələr qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmiş. Daha sonra ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparılmış, Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəx otağında saxladığı 1 (bir) ədəd qara rəngli torbadan və 1 (bir) ədəd yaşıl rəngli çantadan ümumillikdə 23 (iyirmi üç) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 (bir) ədəd sellofanda metamfetaminə bənzər kütlə aşkar olunmuş, aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüş, mənzilin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir (cild 1, i/v 11-12). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 11 aprel 2025-ci il tarixdə, saat 02:00 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 9 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq, üstü yoxlanan zamanı 19 ədəd metadon həbinə bənzər kütlələr aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüş, əlavə olaraq üstü yoxlama zamanı sonuncudan 2 ədəd mobil telefon, 1 ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 ədəd bank kartı aşkar edilərək götürülmüş, mənzilə baxış zamanı isə 23 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd sellofanda metamfetaminə bənzər kütlə aşkar edilərək 1 ədəd qara rəngli torbada və 1 ədəd yaşıl rəngli çantada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 2 ədəd mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik bank kartı götürülmüşdür. Təqdim olunan 1 ədəd zərfə, 1 ədəd torbaya, 1 ədəd çantaya və 1 ədəd DVD-yə baxış keçirilmişdir. 1 ədəd zərfdən 19 ədəd metadon həbinə bənzər kütlə, 1 ədəd torba və 1 ədəd çantadan 23 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd sellofanda metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra 1 ədəd DVD-yə baxış keçirildi. DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə bir gün qabaq Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona qanunla qadağan edilmiş kütlənin hər 1 killoqramına 300 manat verəcəyini, ona qarşı hər hansı bir zorakılığın olmamasını, daha əvvəl narkotik vasitələr götürmədiyini bildirmişdir (cild 1, i/v 16-17). “Şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli 6/1339 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxsin üzərindən aşkar olunmuş kütlələr... 1) Təqsirləndirilən şəxs..” və s. adlar, soyadlar, imzalar olan zərfdəki üzərilərində “Methadone 40... Faran” yazıları olan 02 ədəd blisterdə ümumilikdə 19 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,76 qram narkotik vasitə-metadon müəyyən edilmiş, üzərində “Saxlanılan şəxsin ünvanından aşkar olunmuş kütlələr... 1) Təqsirləndirilən şəxs..." və s. adlar, soyadlar, imzalar olan yaşıl rəngli yol çantasından aşkar olunan bağlamalardan birindəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,704 qram, 7,841 qram, 8,113 qram. 7.602 qram: ümumilikdə təmiz çəkiləri 31,260 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 04 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42,735 qram; 159,566 qram, ümumilikdə təmiz çəkiləri 202,301 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri imyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroinin ümumi təmiz çəkisi -31.260 qram, tədqiqata sərf edildi-0,16 qram, qalıq- 31,100 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 202,301 qram, tədqiqata sərf edildi- 0,2 qram, Qalıq-202,101 qram. Metadon tabletləri ümumi- 19 ədəd - tədqiqata sərf edildi-02 tablet, qalıq-17 tablet. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir (cild 1, i/v 40-44). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli 7/568 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamada 15 (on beş) ədəd üzəri skoçlu bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2020 qram, 2350 qram, 2065 qram, 995 qram, 1070 qram, 1010 qram, 1030 qram, 1040 qram, 1025 qram, 1055 qram, 1055 qram, 1065 qram, 1535 qram, 1025 qram, 1015 qram olmaqla, ümumi çəkisi 19355 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində "Saxlanılan şəxsinünvamndan aşkar olunan kütlələr... 1) Təqsirləndirilən şəxs...." yazılar və imzalar olan bir ədəd yaşıl rəngli çantada 8 (səkkiz) ədəd üzəri skoçlu bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 775 qram, 1420 qram, 545 qram, 820 qram, 1420 qram, 965 qram, 635 qram, 1370 olmaqla, ümumi çəkisi 7950 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi 27305 qram, cəmi tədqiqata sərf edilmiş 1,15 qram, qalıq 27303,85 qram olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir (cild 1, i/v 46-49). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-452/2025 nömrəli, 12 aprel 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 aprel 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 92-97). Mobil telefon aparatına baxış keçirilməsi haqqında 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” və “Oppo” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir (cild 1, i/v 110). Maddi sübut hesab edilməsi haqqında 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq qalan 27303,85 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq qalan 17 tablet metadon həbi, qalıq qalan 31,100 qram heroin, qalıq qalan 202,101 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 111-113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 aprel 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilib (cild 1, i/v 123). Mobil telefona ötürülən məlumatlara baxış keçirilməsi haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirililmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və sms yazışmaları olmamışdır (cild 1, i/v 139). Bank məlumatlarına baxış keçirilməsi haqqında 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 416973*******7182 nömrəli plastik kartın bağlı olduğu məlumatlarına baxış keçirilərkən qeyd eilən kart ilə bağlı maliyyə əməliyyatları həyata keçirilməmişdir (cild 1, i/v 158). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin xx.xx.2025-ci il tarixli, 3143 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında xx.xx.2024-cü il tarixdə X3 Komissiyasından müayinədən keçmiş və F11.1 diaqnozu ilə qeydiyyata alınmışdır (cild 1, i/v 159-160). Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 09 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğuna AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilib yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, 02 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, i/v 161-175). 23 sentyabr 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxs həbs olunmadan əvvəl hər hansı zədə və bədən xəsarəti almadığını bildirmişdir (cild 02, i/v 53-57). Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmiş, cinayət işinin başlanılması hissəvi rədd olunmuşdur (cild 02, i/v 83-85). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq olduğunu, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu, lakin orada demədiyini, ibtidai istintaq zamanı ifadəsini təzyiq altında qalıb imzaladığını, onun üzərində və yaşadığı mənzildə narkotik vasitələrin olmadığını və aşkar olunmuş həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən oraya qoyulduğunu bildirsə də, məhkəmə onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı "Mehdi" adlı şəxsin vasitəsilə Qaradağ rayonunun ərazisində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məsqədilə götürdüyünü, bunun müqabilində sonuncunun ona hər 1 kq üçün 300 manat pul verəcəyini bildirmişdir. Bundan başqa, şəxsin üzərinə baxış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələrin özünə məxsus olduğunu, istifadə etmək üçün üzərində gəzdirdiyini, İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq olduğunu, həmin əməkdaşların yumruq zərbəsi nəticəsində dişlərinin sındırıldığını və Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu, lakin orada demədiyini bildirsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli, 3-16-17/40/2-840/2025 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində AR CM-nin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsi cinayət işinin başlanılması rədd edilmişdir. Bundan savayı, iş materiallarında olan 11 aprel 2025-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokol, o cümlədən, 12 aprel 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman müstəntiq tərəfindən polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən hər hansı psixi və yaxud fiziki zor tətbiq edilməsinə dair ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etmiş, bununla bağlı araşdırma aparılmış və nəticəsi barədə məlumat verilmişdir. Müstəntiq tərəfindən ona həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman polis əməkdaşları tərəfindən hər nası fiziki zor və sair təyziqlər göstərilmədiyini bildirmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, əksinə heç bir sübuta əsaslanmayan və iş materialları ilə öz təsdiqini tapmayan dəlillərə istinad olunduğunu nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Qeyd olunanlara yanaşı məhkəmə həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadənin müstəntiq tərəfindən yazıldığını, o da təzyiq altında qalıb imzaladığını qeyd etsə də, Təqsirləndirilən şəxs həm “şübhəli şəxs qismində dindirilməsi” protokolundan, həm də “təqsirləndirilən şəxs qismində dindirilməsi” protokolundan görünür ki, o, müstəntiqin ifadənizə başqa əlavə və düzəlişiniz varmı sualına ifadəmi oxudum, əlavəm yoxdur, düzdür və imzamla təsdiq edirəm cavabını bildirmişdir ki, bu da onun ifadəsininin müstəntiq tərəfindən yazılmasına və o da təzyiq altında qalaraq imzalamasına dair dəlilinin də özünümüdafiə naminə irəli sürülmüş dəlil olmasının göstəricisidir. Bundan əlavə məhkəmə həmçinin təqsirləndirilən şəxsin üzərində və yaşadığı mənzildə narkotik vasitələrin olmadığını və aşkar olunmuş həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən oraya qoyulduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini də işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsini və şübhəli şəxsin üstünün yoxlanılmasını və mənzilə baxış keçirilməsini əks etdirən videodiskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 11 aprel 2025-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 9 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanmağa başlanmış, qara rəngli gödəkcənin iç sol cibindən 19 (on doqquz) ədəd metadon həbinə bənzər kütlə, həmin gödəkcənin sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-**, ***-***-**-** nömrələri olan Samsung markalı mobil telefonu, 1 (bir) ədəd üzərində nömrə olmayan “Oppo” markalı mobil telefonu, gödəkcənin üst sol cibindən 13 (on üç) manat pulu, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaret qutusunu, 1 (bir) ədəd alışqanı, həmin şalvarın sol yan cibindən 4 (dörd) ədəd açarı təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin üst sağ cibindən 1 (bir) ədəd Təqsirləndirilən şəxs özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd **********147182 nömrəli plastik bank kartı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ətir aşkar olunmuş, sonra yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd bank kartı Təqsirləndirilən şəxs götürülmüş, pul və digər əşyalar isə sonuncuya qaytarılmış, aşkar olunmuş metadon həbinə bənzər kütlələr qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Daha sonra ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparılmış, Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəx otağında saxladığı 1 (bir) ədəd qara rəngli torbadan və 1 (bir) ədəd yaşıl rəngli çantadan ümumillikdə 23 (iyirmi üç) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 (bir) ədəd sellofanda metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuana (kannabis) qurudulmuş halda 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar, heroin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetamin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, metadon 0,02 qram xeyli miqdar, 1,6 qramı külli miqdar, 160 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 11 aprel 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 11 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 27303,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, 31,260 qram heroin, 202,101 qram psixotrop maddə olan metamfetamin və 17 ədəd metadon həbi məhv edilməlidir. Digər maddi sübut – Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və yaşadığı mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün əks olunduğu, təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında F11.1 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 180 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yasa” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yasa” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 11 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. Onun xx.xx.2024-cü il tarixdən Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında F11.1 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 27303,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, 31,260 qram heroin, 202,101 qram psixotrop maddə olan metamfetamin və 17 ədəd metadon həbi məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 180,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə “Yasa” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yasa” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1537/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1537/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver