Məhkəmə qərarları › İş №1(101)-1538/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1538/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1538/2022 17.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İttiham aktına görə Təqsirləndirilən şəxs1 özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarını satıb sonradan pulunu verəcəyini yalandan vəd edərək aldatmış, bu məqsədlə 15 iyul 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi, 35G saylı binanın qarşısında qrupun digər üzvü Təqsirləndirilən şəxs2, Bakı şəhəri, «Şamaxinka» adlanan istintaqa tam məlum olmayan ünvanda isə cinayətlə əlaqəsi olmayan taksi fəaliyyətilə məşğul olan Şahid2 Cəmaləddin oğlunun vasitəsilə bir neçə dəfəyə müxtəlif əyarda, çəkidə, qiymətdə və çeşiddə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda 120.033 manat dəyərində, Zərərçəkmiş şəxs3 satmaq üçün Zərərçəkmiş şəxs1 vermiş olduğu 585 əyarlı, 21,55 qram çəkidə 1724 manat dəyərində xeyli miqdarda qızıl-zinət əşyalarını sonuncudan yaşadığı, yuxarıda qeyd edilən ünvanda 03 avqust 2020-ci il tarixdə Şahid2 vasitəsilə, həmçinin, Zərərçəkmiş şəxs2 satmaq üçün Zərərçəkmiş şəxs1 vermiş olduğu 585 əyarlı, 45.98 qram çəkidə 3.678 manat dəyərində xeyli miqdarda qızıl-zinət əşyalarını sonuncudan 31 iyul 2020-ci ildə qrupun digər üzvü Təqsirləndirilən şəxs2, 14 avqust 2020-ci il tarixdə isə qeyd edilən ünvanda Şahid2 vasitəsilə alıb, vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda - 125.435 manat dəyərində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərəçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə cinayətkar plana uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarını satıb sonradan pulunu verəcəyini yalandan vəd edərək aldatmış, əvvəlcədən sövdələşdikləri kimi Təqsirləndirilən şəxs2 15 iyul 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi, 35 G saylı binanın qarşısında özü, Bakı şəhəri, "Şamaxinka» adlanan istintaqa tam məlum olmayan ünvanda isə cinayətlə əlaqəsi olmayan taksi fəaliyyətilə məşğul olan Şahid2 Cəmaləddin oğlunun vasitəsilə bir neçə dəfəyə müxtəlif əyarda, çəkidə, qiymətdə və çeşiddə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda - 120.033 manat dəyərində, Zərərçəkmiş şəxs3 satmaq üçün Zərərçəkmiş şəxs1 vermiş olduğu 585 əyarlı, 21,55 qram çəkidə 1724 manat dəyərində xeyli miqdarda qızıl-zinət əşyalarını sonuncudan yaşadığı yuxarıda qeyd edilən ünvanda 03 avqust 2020ci il tarixdə Şahid2 vasitəsilə, həmçinin, Zərərçəkmiş şəxs2 satmaq üçün Zərərçəkmiş şəxs1 vermiş olduğu 585 əyarlı, 45.98 qram çəkidə 3678 manat dəyərində xeyli miqdarda qızıl-zinət əşyalarını sonuncudan 31 iyul 2020-ci ildə Təqsirləndirilən şəxs2 özü, 14 avqust 2020-ci il tarixdə isə qeyd edilən ünvanda Şahid2 vasitəsilə alıb, vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda - 125.435 manat dəyərində özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərəçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələlər müzakirə edilərkən Zərərçəkmiş şəxs1 vəsatət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayətlərin Sumqayıt şəhərində başa çatdığını, buna görə də cinayət işini məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə vəsatətə dair cinayət prosesi tərəflərinin vəsatətin təmin edilməsi barədə rəylərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «3 fevral 2021-ci il tarixli 2476 nömrəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Sərəncamı»na əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri Abşeron rayonu; Xaçmaz rayonu; Xızı rayonu; Qobustan rayonu; Quba rayonu; Qubadlı rayonu; Qusar rayonu; Siyəzən rayonu; Sumqayıt şəhəri; Şabran rayonu; Şamaxı rayonu; Şuşa rayonu; Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1 və 74.2.2-ci maddələrinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəlləsinin 75.1, 299.3, 299.3.1, 299.3.5-ci maddələrinin tələbinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması və cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. İşdəki Şahid2 Cəmaləddin oğlunun dindirmə protokollarından görünür ki, o, sonuncu dəfə Sumqayıt şəhərində yerləşən Kristal Abşeron yaşayış massivinin yanında Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını götürərək Təqsirləndirilən şəxs1 çatdırması üçün Şabran şəhərində tanımadığı şəxsə vermişdir. Məhkəmə «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 4cü bəndini rəhbər tutaraq qeyd edir ki, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs1 dediyi adama çatdırması üçün Şahid2 Cəmaləddin oğluna verməsi anından Təqsirləndirilən şəxs1 həmin əmlaka istədiyi kimi sərəncam vermək imkanı olmuşdur. Belə ki, iş üzrə Şahid2 Cəmaləddin oğlu qızıl-zinət əşyalarını məhz Təqsirləndirilən şəxs1 tapşırığı ilə sonuncunun dediyi tanımadığı adama çatdırmışdır. Yuxarıda qeyd edilən qərara əsasən, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayətlər Sumqayıt şəhərində başa çatmış hesab edilməlidir. Sumqayıt şəhəri ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 74.5 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər barələrində qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, onların barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri düzgün seçilmişdir, hazırki mərhələdə onların dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 74.5, 75.1, 299.3, 299.3.1, 299.3.5, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Zərərçəkmiş şəxs1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar