Məhkəmə qərarları › İş №1(101)-1538/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1538/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1538/2024 02.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X3 və Novruzova Ülviyyə Şəmsəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs özünün iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonu, Puşkin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdarında təmiz çəkisi 5,372 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ-nin) əməkdaşları tərəfindən 28 noyabr 2023-cü il tarixdə, saat 15:45-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 ünvanının yaxınlığında saxlanılıb ünvan 4 Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə (bundan sonra: RPİnin, PŞ-nin) gətirilərək orada xidməti otaqda video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,372 qram təşkil edən külli miqdarda, ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 5,372 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN, BNMİ-nin əməkdaşları tərəfindən 28 noyabr 2023-cü il tarixdə, saat 15:45-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 ünvanının yaxınlığında saxlanılıb ünvan 4 Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək orada xidməti otaqda video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,372 qram təşkil edən, külli miqdarda, ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. O, siyasi fəaliyyətinə görə tutulmuşdur. 2005-ci ildə onun marşrutları olmuş, həmin avtomaşınları sürücülər idarə etmiş, həftənin şənbəbazar günlərində isə birini özü idarə etmişdir. 2008-ci ildən Bakı şəhərində müqavilə ilə sahibkarın yanında, İbad Hüseylinin xəttində işləmişdir. 2 maşınları olmuş, birini kasıbçılıqdan satmışdır. 26 saylı, 185 saylı marşrutlarda işləmişdir. 26 saylı marşurut «pir bazarı»ndan «Heydər məscidi»nə kimi, 185 saylı marşrut isə Kürdəxanından 8 km. ərzaq bazarınadək olmuşdur. 2018-ci ildən başlayaraq DİN-nin müavini, sonra da X8 vəzifəsində işləmiş Vilayət Eyvazov onunla rəqabətmi deyim, düşmənçilikmi deyim, bilmirəm, aparmağa başlamışdır. 2018-ci ildən bu günə kimi onu dəfələrlə inzibati qaydada həbs etdirib, onunla polis idarələrində və Bakı şəhər Baş Polis İdarəsində 100 dəfədən artıq profilaktik söhbətlər aparılmışdır. Hər dəfə də düzgünlük onun tərəfində olduğundan, o, bu işi ictimailəşdirməkdən çəkinməmişdir. Çünki onun özünə qarşı qanun pozuntularına yol verilmiş, ondan rüşvət tələb olunmuşdur. O, bu məsələləri ictimailəşdirdiyi üçün həmişə çətinlik çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, sonuncu, yəni baxılan iş üzrə olan həbsi X7 (bundan sonra: DYP) rəhbərliyinə təxminən 3 ay müddətində rəsmi müraciət etməsi ilə bağlı olmuşdur. Belə ki, hər həftənin 5-ci günü, saat 15:00-da DYP-nin rəisi Ramiz Zeynalovun qəbul günü olmasına baxmayaraq, o, sonuncunun qəbuluna girə bilmədiyi üçün zəng edib DİN-nin 102 xidmətini məlumatlandırmışdır. 12 həftə belə etdikdən sonra DYP rəisinin qapıda duran «qoçu»ları ilə onun arasında bir az narazılıq olmuş, onu vəhşicəsinə qolundan tutub çölə atmışlar. DİN-ə də bu barədə rəsmi müraciət etmişdir. DYP-dən çıxan kimi dərhal özünün internet səhifəsində «74 yaşlı Ramiz Zeynalov təqaüdə çıxıb nəvə-nəticə ilə oynamaq əvəzinə, insanların hüquqları ilə oynayır» məzmunda yazı yazıb paylaşım etmiş, həm də Ramiz Zeynalovun, Vilayət Eyvazovun və Baş Prokurorun şəkillərini paylaşmışdır. 2023-cu ilin oktyabrın sonlarında o, dərhal Bakı şəhər BBPİ-nə dəvət olunmuş, BBPİ-nin rəis müavini Vüqar Ələkbərov, onun məsələsinin həlli üçün Tərlan adlı şəxsə göstəriş vermiş, DYP-nin rəisinə də tapşırıq verəcəyini bildirmişdir. O, onun işinin Respublika Yol Polis İdarəsinin səlahiyyətlərində olduğunu bildirmiş, lakin bütün bunlara baxmayaraq işi Rəşid Piriyevə tapşırmışlar. 3 ay ərzində ona 11 protokol gəlmiş, həmin protokolların 4-ü tam qanunsuz olmuşdur. Bakı şəhər Yol Polis İdarəsinin 2 ədəd qanunsuz protokolunu öz səhifəsində paylaşım etdiyindən həmin videogörüntülər silinmiş, 2 dənəsi qalmışdır. Protokollar üzrə gedib yerində də özü çəkilişlər etmiş, «gəlin baxın, araşdırın» məzmunlu yazı ilə paylaşmışdır. 1 ay ərzində Bakı Yol Polisi öz üzərinə düşəni həll etsə də, Respublika Yol Polisi onun məsələsini həll etməmişdir. O, yenidən Tərxan adlı şəxsə yazıb, Bakı şəhər Yol Polis İdarəsinin öz üzərinə düşəni həll etdiyini bildirmiş, qalan 2 məsələnin Respublika Yol Polis İdarəsinə aid olduğunu demiş, sonuncu da narahat olmamağı tapşırıb, onu da həll edəcəklərini bildirmişdir. Onun avtomobilinin üzərinə həbs qoyulandan sonra o, yenidən Tərxan müəllimə «1 ay demişdiz, 1 ay 5 gün olur, artıq bu gündən avtomobilimin üstünə həbs qoyulub» məzmunda yazı yazmış, avtomobilə həbs qoyulması barədə SMS-i ona da göndərmişdir. Tərxan yenə də narahat olmamağı deyib, həll olunacağını bildirmişdir. Növbəti gün onun müavini olan, cinayət axtarışın rəisi Rafiq adlı şəxsə zəng etmiş, ona Tərxan müəllimə deməyə utandığını demiş, məsləsinin nə yerdə olduğunu öyrənməyi onun özündən xahiş etmişdir. O, da 15 dəqiqə, yarım saat sonra zəng edib həll olunacağını ona demişdir. Bundan sonra o da məsələnin həll olunmadığını görüb, yenidən həmin məsələni qabartmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 28 noyabr 2023cü il tarixdə, səhər saat 9-10 arasında avtomobili üçün ehtiyyat hissələri almaq üçün maşın bazarına getmiş, saat 2-3 arasında elə ordaca təxminən 20-25 nəfər onu tutub 33cü polis şöbəsinə aparmışlar. Həbs olunanda onun yanında Ruslan Əhmədli də olmuşdur. Orda da onun cibinə 5 qram narkotik qoyulmuş, bir cibindən götürüb o birinə qoymuş, haradan rahat çıxaracaqlarına yer axtarmışlar. Orada polisin özünün verdiyi vəkil olmuş, hər şey - onun döyülməyi və s. hamısı onun gözünün qabağında baş vermişdir. Vəkildən başqa 5 nəfər polis olmuş, 5 nəfərdən 3-ü onu döymüşdür. Sonradan o, onların dedikləri kimi video görüntüyə, danışmağa məcbur edilmişdir. Onu dəyənəklə hədələmiş, «dəyənəyi sənə belə edərik, elə edərik» demişlər. O, ona hədə-qorxu gələn şəxslərin adlarını bilməmiş, onları üzdən tanımışdır. Belə olduqda o, polislərə “edə bilməzsiz, başınız ağrıyar, mən şəhid qardaşıyam” cavabını vermiş və bundan sonra polis ona qarşı olan bütün təzyiqləri dərhal dayandırmışdır. Sonra narkotiki ondan götürmüşlər. Çölə çıxıb 10- 15 dəqiqə müddətində telefonla kiminləsə danışmış, sonra isə içəri gəlib, “Elnur, bizlik deyil, sən getməlisən” demişlər. Qayıdıb dedikdən sonra narkotiki təzədən onun cibinə qoymuşlar. Sonra, dediklərinə görə Respublika Narkotiklə Mübarizə Baş İdarəsinin əməkdaşı olan təhqiqatçı gəlmiş, jiletdə olduğundan rütbəsini görə bilməmişdir. Sonra video görüntü ilə sənədləşmə aparmışlar. Həmin jiletli təhqiqatçı da onu vurmuşdur. Video görüntülərdən də təhqiqatçının onun üstünü vəhşi kimi yoxladığı açıq-aşkar görünür. Video çəkiliş zamanı o, onların dediklərini demiş, guya Sabunçuda piyada gəzən zaman tapmışdır. Onun Sabunçu ərazisində gəzmədiyini hami bilmişdir. O, hər gun səhər tezdən durub «Şəhidlər Xiyabanı»na getmiş, şəhid ailələrinə çay vermiş, küçədə gəzməyə vaxtı olmamışdır. Araşdırılarsa, narkotikin ona aid olmadığı təsdiqini tapacaqdır. O, Xətaidə tibbi-ekspertiza olunmuş, ekspertizada bədənini göstərmiş, həmin vaxt bədəni qıpqırmızı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, iyun hadisələrində mitinqdə «Qarabağ» tələbi ilə iştirak etdiyinə, siyasi fəaliyyətinə görə tutulmuşdur. Guya həmin mitinqdə AXCP-nin üzvləri Milli Məclisin içərisinə daxil olmuşlar. Amma AXCP-nin heç bir üzvi Milli Məclisin içərisinə daxil olmamışdır. Onda o da tutulmuş, 32 sutka inzibati həbsə məruz qalmışdır. Sonra düz 2 il heç kimin onunla işi olmamışdır. 2023-cü ilin yanvar ayında da çıxış etmiş, növbəti gün onu tutub 30 sutka inzibati həbs olunmuşdur. Bu məsələlərlə bağlı o, 3 dəfə inzibati qaydada həbs olunmuş, 2018-ci ildə də bir dəfə onu banditizmə aparıb 48 saat orada saxlamışlar. Onunla polis idarələrində saysız-hesabsız profilaktik söhbətlər aparmışlar. Aşkar edilmiş narkotik vasitənin onunla heç bir əlaqəsi olmamış, nə istifadəsi və nə də satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 dindirilməsi prosesində onu göstərib, həmin şahidin onun üstünə narkotik vasitə qoyduğunu bildirmiş, lakin ona işgəncə verilməsində iştirak etmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Göygöl şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində nənəsi Rima ilə birlikdə yaşamışdır. Subaydır və hadisə ərəfəsində heç bir yerdə işləməmişdir. 28 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi özünə məxsus “Daewoo Ravon” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində yerləşən “maşın bazarı” adlanan yerə getmişdir. O, avtomobildən düşüb bazarın içərisinə keçmiş və həmin vaxt mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və avtomobilə əyləşdirərək, Xətai RPİ-nin 34-cü PŞ-nə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirləcəyi ona bildirilmiş və müdafiəçi dəvət olunmuşdur. Həmin vaxt onun üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları həmin maddəni onun cibimə qoymuş və onların təsirindən sonra o, orada olan bükümü cibinə qoymuş və ona məxsus olmasını bildirmişdir. Döyülmüş, nəticədə həmin narkotiki boynuna götürəsi olmuş, videoçəkiliş zamanı isə polisin dediklərini təkrarlamaq məcburiyyətində qalmışdır. Tədqiq olunan həmin dirndirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan dindirmə protokollarını imzalamaqdan imtina etmişdir (iş vərəqə: 51-53, 70- 72, 175-177). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 noyabr 2023-cü il tarixdə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında onun Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur. Üstündən xeyli müddət keçdiyi üçün çətinliklə xatırlasa da, deyesen məlumat ona daxil olmuşdu. Təqsirləndirilən şəxs şəxsiyyəti onlar tərəfindən aydınlaşdırılmış, həmin əməliyyat məlumatını yoxlamaq üçün idarə rəhbərliyinə məruzə olunmuş, sonuncunun razılığı ilə o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra onun rəhbərliyi ilə BNMİ-ntin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat-axtarış tədbirləri ilə əlaqədar ilə əlaqədar 28 noyabr 2023-cü il tarixdə saat 15:45-də Seymurla birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanının yaxınlığına getmiş və orada o, xarici görkəm əlamətlərinə görə Elnurun əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsi piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşmış, qanuni qaydada özlərini təqdim etmiş və onun şəxsiyyəti ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs özü, doğum yerini, harada yaşaması, nə işlə məşğul olması barədə onlara məlumat vermiş və onun barəsində əməliyyat tədbiri keçirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Onlar Elnura onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, Elnur da buna etiraz etmədikdə onu 34-cü PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı X4 təhvil vermişlər. Təhqiqatçı tərəfindən onların və müdafiəçinin iştirakı ilə videokameradan aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilən zaman vəkilin iştirakı təmin olunmuşdur. Şəxsi axtarış keçirməmişdən əvvəl Elnura üzərində qeyri-qanuni predmetlər olduğu təqdirdə çıxarıb təqdim etməsini təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə baxdıqda ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müşahidə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 123 manat pul, şəxsiyyət vəsiqəsi, 1 ədəd “bakı kart” və 4 ədəd bank kartı aşkar olunmuşdur. Elnurun üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Elnurun üzərindən aşkar olunmuş 123 manat pul və “bakı kart” Elnurun özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq Elnur üzərindən aşkar olunan maddənin “patı” deyilən psixotrop maddə metamfetamin olmasını həmin maddəni Sabunçu rayonu ərazisində yerdən tapdığını və maraqlı gəldiyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Elnur tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış videoçəkilişlə keçirilmiş, lakin videonun kim tərəfindən çəkildiyini yadında saxlaya bilməmişdir. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin göstərdi ki, təqsirləndirilən şəxs saxlanılarkən qardaşının şəhid olması barədə onlara özü məlumat vermişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və ya onun cibinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulması doğru deyildir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid1 və Şahid2 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslə üzləşmə zamanı hər iki şahid məhkəməyədək icraat mərhələsində işin halları ilə bağlı sərbəst ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edib, Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanının yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nə gətirildiyini və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldüyünü sonuncunun üzünə qarşı demiş, lakin Təqsirləndirilən şəxs üzünə qarşı deyilənləri qəbul etməmişdir (iş vərəqə: 185-188, 189- 192). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 28 noyabr 2023-cü iltarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs protokol tərtib olunan tarixdə, saat 15:45-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanının yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş, Polis Şöbəsinin inzibati binasında BNMİ-nin baş təhqiqatçısı, polis kapitanı X5 tərəfindən Təqsirləndirilən şəxs saxlamış polis əməkdaşlarının iştirakı ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddəni çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Tədqiq olunan protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində ondan götürülmüş 1 ədəd “Samsung” markalı bir ədəd mobil telefon, 4 ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm bir ədəd kağız zərfdə qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə təqdim etdiyi metamfetamini Sabunçu rayonunda yerdən tapdığını, ona maraqlı olduğu üçün üzərində saxladığını, narkotik vasitələrdən istifadə etmədiyini və satmadığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti 28 noyabr 2023-cü il tarixdə, saat 17:10-da başlamış və həmin tarixdə, saat 17:30-da başa çatmış, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 31-33). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinə baxış keçirilmiş və videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 28 noyabr 2023-cü il tarixli protokolunun məzmunu ilə üst-üstə düşdüyü, ziddiyyətlər müəyyən edilmədiyi müəyyən edilmişdir(iş vərəqə: 55-56). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6201 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və təmiz çəkisi 5,372 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiq olunan metamfetaminin ümumi təmiz çəkisinin 5,372 qram olduğu müəyyən edilmiş, tədqiqata 0,050 qram sərf edilmiş, 5,322 qram isə qalıq qalmışdır (iş vərəqə: 36-38). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 7883 saylı, 25 yanvar 2024-cü il tarixli, 457 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır və Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən edilmişdir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: 155-156). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 1354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir(iş vərəqə: 153-154). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə mənsub mobil nömrəsində 01 noyabr 2022-ci il tarixdən 01 dekabr 2023-cü il tarixədək olan müddət ərzində olan məlumatların yükləndiyi bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə irəli sürülmüş ittihamın mahiyyəti ilə əlaqəli olan hər hansı məlumat müəyyən edilməmişdir(iş vərəqə: 151-152). İşdə olan və məhkəmsə baxışı zamanı tədqiq olunan istintaq orqapnının qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5,372 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntüləri qeydə alınmış 01 ədəd, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefonla bağlı ibtidai araşdırma ilə əlaqədar "xxxx" MMC-dən götürülmüş məlumatların qeydə alındığı 01 ədəd – cəmi 02 ədəd “CD” formatlı disklər, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon və ən nəhayət, 4 ədəd plastik bank kartı iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,322 qram çəkidə psixotrop maddə metamfetamin, “Samsung” markalı bir ədəd mobil telefon saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd “CD” formatlı disklər, 4 ədəd plastik bank kartları cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 194, 219). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana ünvanlanmış əməliyyat tapşırıqlarına verilmiş, 15 fevral 2024-cü il tarixli, 3-13-55/1-379 saylı cavab məktubunun məzmunundan görünür ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun metamfetamin psixotrop maddəsini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, bu hissədə müsbət nəticə əldə edilməmişdir (iş vərəqə: 120-121, 149). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 194-203, 205-206). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qeyri-etirafedici ifadələri, 28 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş şəxsi axtarış və götürməni özündə ehtiva edən 01 ədəd DVD disk, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri, “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli protokol, psixotrop maddənin və mobil telefon və bank kartlarının maddi sübut qismində tanınmaları barədə qərarlar və digər istintaq sənədləri və s. sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 28 noyabr 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, BNMİ-si üzrə “əməliyyat qrupunun yaradılması haqqında” 28 noyabr 2023-cü il tarixli əmr, Təqsirləndirilən şəxs saxlanılıb BNMİ-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 28 noyabr 2023-cü il tarixli daha bir protokoldan görünür ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur (iş vərəqə: 5, 6-7, 8, 9). Məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs İlkin Muradzadə yalnız üzərində şəxsi axtarış və götürmə aparılarkən, həmçinin izahat verərkən əməlini qismən etiraf etmiş, ondan bir ədəd bükümdə aşkar edilib götürülən psixotrop maddəni Sabunçu rayonu ərazisində yerdən tapdığını və maraq kəsb etdiyi üçün üzərində saxladığını bildirsə də, şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən və daha sonra üzləşmədə dindirilərkən əməlini etiraf etməmiş, siyasi fəaliyyətinə, sosial şəbəkələrdə aktiv iştirakına görə tutulduğunu, BNMİ-nin əməkdaşları tərəfindən onun üzərinə psixotrop maddə qoyulduğunu, həmin maddənin ona heç bir aidiyyatının olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı göstərilən fiziki və mənəvi təzyiqlərə görə məcburiyyət qarşısında ona verilən psixotrop maddəni boynuna götürməyə məcbur edildiyini göstərmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri qeyd olunmuş dindirmə protokollarını imzalamaqdan imtina etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən istintaq olunan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin əldə olunma mənbəyi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 belə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələri konkret olaraq satış məqsədilə əldə etməsini, əldə etdiyi mənbələri, narkotik vasitələri və ya psixotrop maddələri konkret olaraq satdığını təsdiq edə bilmədilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrıldığı müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etmək məqsədilə hər hansı iş görülməsi və ya buna şərait yaradılması müəyyənləşdirilməmiş, aşkar olunan psixotrop maddənin hazırlanması və ya realizə edilməsi üçün hər hansı avadanlıq, o cümlədən kütləsinin müəyyən edilməsi üçün çəki vasitəsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolda, nümayiş olunan videogörüntülərdə və etiraf edici izahatında da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübutlar təqsirləndirilən şəxsin onda aşkar olunan psixotrop maddəni satış məqsədilə əldə etməsini, satmağa cəhd etməsini və ya satmasını təsdiq edə biləcək sübut təqdim edə bilməyən şahid ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun üç ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 5,372 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 28 noyabr 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 5,372 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan psixotrop maddənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, döyülüb xəsarətləndirilməsi nəticəsində ittihamda göstərilən külli miqdarda metamfetamin psixotrop maddəsini boynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü müdafiə üçün gətirdiyi bu və ya sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun gətirdiyi dəlillər tam inkar olunmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbirinə dair məsələyə baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, döyüldüyündən və təzyiq altında olduğundan videoçəkiliş zamanı üzərində narkotik vasitə olmasını etiraf etdliyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, etmədiyi cinayətin onun boynuna qoyulması barədə onun müdafiəçisi Müdafiəçi tərəfindən edilmiş müraciətə əsasən Bakı şəhəri Xətai Rayon prokurorluğu tərəfindən araşdırma başlanmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 30 noyabr 2023-cü il tarixli 1354 saylı tarixli rəyindən görünür ki, həmin ekspertiza Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqinin 30 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində sonuncunun saxlanılmasından iki gün sonra təyin edilməklə dərhal keçirilmiş və tədqiqat nəticəsində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Tədqiq olunan rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspertiza tədqiqatına məruz qalan Təqsirləndirilən şəxs ekspertlərin sualına cavab olaraq 28 noyabr 2023-cü il tarixdə Xətai rayonu ərazisində BNMİ-nin əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşının əl barmaqlarının uc hissəsi ilə onun qarın nahiyyəsinə vurduğunu, tibbi yardım üçün tibb müəssisəsinə müraciət etmədiyini və hal-hazırda şikayəti olmadığını göstərmişdir. X2 Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən fiziki təsirlərə və işgəncələrə məruz qalması ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən başlanmış araşdırma üzrə cinayət tərkibi müəyyən edilmədiyindən həmin prokurorluğun 06 fevral 2024-cü il tarixli qərarına əsasən araşdırma materialları üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli əməliyyat-sorğu arayışından və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmış və Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən onun məhkumluğu vaxtından əvvəl üzərindən götürülmüşdür (iş vərəqə: 126-127;139-143). Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və bu, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 457 saylı rəyini əsas götürərək belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixli, 457 saylı oğlunda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamsı, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, məhkumluğu ödənilmiş şəxs kimi onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 noyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhər, Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,372 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,322 qram metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd və "xxxx" MMC-dən götürülmüş 01 ədəd – cəmi 02 (iki) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, 4 ədəd plastik bank kartı onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhər, Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,372 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,322 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd və "xxxx" MMC-dən götürülmüş 01 ədəd – cəmi 02 (iki) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, 4 ədəd plastik bank kartı onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar