Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1539/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi: Fides Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, 19 avqust 1998-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 28 noyabr 2023-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən “Az-Granata" firma mağazasında siqaret alarkən tanıdığı satıcı X2 ona işləməməsi və özünə iş yeri tapmaması ilə bağlı irad bildirməsindən sonra həmin gün saa 19:45-də yüngül dərəcəli sərxoş vəziyyətdə həmin mağazaya gəlib Fərid Süleymanlının bir пеçə saat əvvəl ona irad tutmasına etirazını bildirərək bu səbəbdən aralarında yaranmış mübahisədən sonra yaşadığı ünvan 4 ünvanının mətbəxindən götürdüyü dəstəyi qara rəngli ebonit materiallardan hazırlanmış lövhələrdən ibarət 90 mm uzunluqda və tiyəsi gümüşü rəngli metal materialdan olan 116 mm uzunluqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Fərid Süleymanlını vurmaq istədiyi zaman mağazadakı digər satıcı X6 buna mane olmaq istədikdə o, ictimai qaydalara laqeyd münasibət bəsləməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub bu cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə bıçaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd kəsilmişdeşilmiş yarası, sol tərəfin hemotoraksı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, müharibədən qayıtdıqdan sonra psixoloji problemləri yaranmışdır. Günəşlidə həmişə getdiyi yer var imiş. Fərid ondan niyə işləmədiyini soruşmuşdur. O, Fəridə bu barədə Cümşüdlə danışdığını və qarışmamasını bildirmişdir. O, Cümşüdlə də danışmışdır ki, işləyib-işləməməyi barədə ona müdaxilə etməsin. Siqaret almaq üçün mağazaya qayıtdıqda aralarında mübahisə yaranmışdır. Sonra evə qayıdaraq bıçağı götürüb Fəridin yanına getmişdir. Aralarında mübahisə yaranmış və Cümşüd araya girdiyi üçün onu istəmədən bıçaqlamışdır. Ona işləməklə bağlı sualı Fərid vermişdir. O, zərərçəkmiş şəxsi və şahidi çoxdan tanıyır. Onda verilmiş sualın qıcıq yaratmağına səbəb onların vəziyyəti bildiyi halda bu sualı verməyi olmuşdur. Fəridin ona sual verərkən niyyətinin pis olmadığını bilmişdir. Fərid məsləhət verdikdə ona irad bildirməmişdir. Fərid də ondan üzrxahlıq etməmişdir. O, Fəridi vurmaq istəyən zaman Cümşüd onları saxlamaq istədiyi üçün bıçaq ona dəymişdir. Bıçaq onun sağ əlində olmuşdur. Cümşüd də önündə qolundan tutmuşdur. O, Cümşüdə bıçaq atdığını hiss etməmişdir. Ona sonradan zəng edib Cümşüdün yaralandığını bildirmişlər. O da polisə təslim olmuşdur. Mağazaya girən zaman içəridə müştəri olmamışdır. Sonradan 1 nəfər müştəri gəlmişdir. Cümşüdlə münasibətləri normal olmuşdur. Heç bir mübahisələri olmamışdır. Hadisə zamanı içkili olmuşdur. Bıçağı götürüb qayıtmağında məqsəd mübahisənin davamını gətirmək olmuşdur. Əlində bıçağı görüb üstünə gəldiyi zaman, Cümşüdü ani olaraq vurmuşdur. Bıçağı Cümşüdə qəsdən vurmamışdır. Cümşüdlə sonradan barışmışdır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. X7 arasında mübahisə olmuşdur. Onun bu söhbətdən xəbəri olmamışdır. Mağazanın içərisində müştəri yola salırmış. Söhbətdən sonra Fərid mağazaya girmiş və biraz keçdikdən sonra Firudin də əlində bıçaqla içəri girmişdir. O da Firudini saxlamağa çalışırmış. Bu zaman bıçaq ona dəymişdir. Firudin də çıxıb getmişdir. Sonradan da gedib polisə təslim olmuşdur. Təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Mağazada işlədiyi dövrdən müştəri kimi tanıyırmış. Gəldiyi zamanlar aralarında mübahisə olmamış, ancaq xoş münasibətləri olmuşdur. Fəridlə Firudin arasındakı mübahisə zamanı orada olmuşdur. Fərid Firudinə pis niyyətlə heç nə deməmişdir. Firudin sözlü mübahisə zamanı Fəridə iradını da bildirməmişdir. Firudin geri qaytdıqda o orada olmamışdır. O Firudin mağazaya əlində bıçaqla gələn zaman onu görmüşdür. O Firudinin hər iki qolundan tutmaq istəyirmiş. Bıçaq onun sol döş qəfəsinə dəymişdir. Bıçaq Firudinin sağ əlində olmuşdur. Onun Firudinə qarşı heç bir şikayət və tələbi yoxdur. Barışıq əldə etmişlər. Səhhətində problem var, ancaq o problem uşaq vaxtı yaranmışdır. Təqsirləndirilən şəxsin vurduğu zədədən xəsarət qalmamışdır. Bıçağın ona necə dəydiyini bilməmişdir. O Firudini saxlamağa çalışan zaman Firudin onu bıçaqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Cümşüdü və Firudini tanıyır. Cümşüdlə neçə ildir ki, eyni məhəllədə qalırmışlar. Firudini isə müştəri kimi tanıyırmış. 28 noyabr 2023-cü il günorta saatlarında İşlədiyi “Azgranad” adlı mağazaya yemək qabını götürmək üçün qayıtmışdır. Bu zaman Firudin orada olmuşdur. Ona işləməsi ilə bağlı bəzi məsləhətlər vermişdir. O sonra bibisigilə qayıtmışdır. Sonradan avtobusun yanında Firudini içkili vəziyyətdə görmüşdür. Ona bildirmişdir ki, günorta dediyi sözlər ona təsir edib. Biraz sonra mağazada avtobus gözləyən zaman Firudinin əlində bıçaqla mağazaya doğru gəldiyini görmüşdür. Cümşüd adlı şəxs də onu aralamaq istəyən zaman Firudin ona bıçaqla xəsarət yetirmişdir. O Firudinə heç bir ağır söz deməmişdir. Firudin üstünə bıçaqla gələn zaman Cümşüd qabağa keçmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq olmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə həmin tarixdə ünvan 3 ünvanında yerləşən “Az-Granata” firma mağazasının içərisində baş vermiş, fotolar çəkilərək protokola əlavə edilmiş, həmçinin hadisə yerindən hadisənin törədilməsində istifadə olunan bir ədəd tiyəsi qırıq bıçaq və mağazada olan təhlükəsizlik kamerasından videogörüntü götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 28 noyabr 2023-cü il tarixli 2/48743 nömrəli protokoldan müəyyən olunur ki, X3 həmin tarixdə saat 22:03-də müayinədən keçirilmiş və o, hadisə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 29 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 38940 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 29 noyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İş üzrə hadisənin baş verdiyi “Az-Granata” firma mağazasının təhlükəsizlik kamerasında götürülmüş video görüntülərin köçürüldüyü 01 ədəd dvd diskə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:45-də mağazanın giriş qapısından üzərində qara rəngli dəri gödəkçə və tünd rəngli cins şalvar olan şəxs içəri daxil olmuş, həmin şəxsin sağ əlində bıçağa bənzər əşya vardır. Təqsirləndirilən şəxs videogörüntüyə baxaraq içəriyə daxil olan şəxsin özü olmasını və sağ əlində bıçaq olmasını demişdir. Təqsirləndirilən şəxs içəri daxil olan kimi mağazanın giriş qapısın yanında olan şəxsiyyəti istintaqa məlum olmayan lakin videogörüntüdə başa düşüldüyü kimi mağazada müştəri qismində olan şəxsə deyil, bir qədər içəri tərəfdə dayanmış Fərid Sülyemanovun üzərinə qaçımış, Şahid dərhal mağazanın ortasında olan üzərində içkilər qoyulmuş piştaxtanın arxa tərəfinə doğru qaçmış, bu zaman Təqsirləndirilən şəxs anidən mağazada olan digər satıcı, yəni videogörüntüdən göründüyü kimi üzərində qara rəngli geyimləri olan Zərərçəkmiş şəxs tutub saxlamış, lakin Təqsirləndirilən şəxs bununla kifayətlənməyib qəsdən onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs sağ əlində olan bıçaqla bir dəfə zərbə endirmiş, bundan sonra mağazaya daxil olan kənar şəxslər Firudini tutub saxlamış və onu mağazanın içərisindən küçəyə çıxarmışlar. Hadisə 19:46 dəqiqədə yekunlaşmış, Təqsirləndirilən şəxs videgörüntüdə bıçaqla bir dəfə zərbə endirdiyi şəxsin əvvəllər tanıdığı, həmin mağazada satıcı olaraq işləyən Cümşüd adlı şəxs olmasını, ona xəsarət yetirmək istəmədiyini, törətdiyi əmələ görə peşman olmasını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-741/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 1388 nömrəli rəydən görünür ki: Vət.Zərərçəkmiş şəxs sol pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət iti uca və kənara malik əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, aiddir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsindən alınmış xx.xx.2023-ci il tarixli, 3570 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəməpsixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırılır: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçilik, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq və.s kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsindən alınmış məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 614-2023/MTKŞ saylı rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus poluverin ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş- kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə deşici- kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq tamamilə deformasiyaya uğradığı, yəni bıçağın tiyəsi 02 ədəd ayrı fraqment (parça) halında təqdim edildiyi üçün müqayisəli tədqiqat aparmaq və eskpertizaya təqdim edilmiş poluverin üzərində olan zədənin təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlibgəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsuli ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın 02 ədəd fraqment halında təqdim edilmiş və küt mexanizmlə qarşılıqlı təsirdən sınmış dəstəyi və tiyəsi eyni bir tamın (bıçağın) hissələridir. Ekspertizaya 02 (iki) ədəd fraqment şəkildə təqdim edilmiş 01 ədəd bıçaq üzərində sonradan onun təyinatını dəyişdirəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsindən alınmış məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 827/2023/MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticə gəlinir. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0(İ)-dir (qərara əsasən). Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus kofta və 01 ədəd bıçaq (iki hissəyə ayrılmış) üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi-üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri 0(1) qruplu şəxsə o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməli və cəzasını 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı Şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd kofta və 01 ədəd məişət bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı Şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd kofta və 01 ədəd məişət bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Mahmud Ağalarov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(101)-1539/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1539/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver