Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-154/2020 02.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - x1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi - Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, tərcüməçi - x2 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 64, mənzil 11-də qeydiyyatda olan və Xaçmaz rayonu, Nabran kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyinin Pentersiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Xaçmaz rayonu, Ləcət kəndi ərazisindəki «Samur-Yalama Milli parkı»nın 14-cü dolayının 74-cü kvartalında yerləşən meşə massivinin içərisindəki 0,03 hektar torpaq sahəsində mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına həmin torpaqda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kulitivasiya etməklə becərmiş və qanunsuz olaraq odlu silah əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədilə 10 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Samur-Yalama Milli parkı»nın mülkiyyətində olmaqla meşə fondu torpağının Xaçmaz rayonu, Ləcət kəndi ərazisindəki 14-cü dolayının 74-cü kvartalında yerləşən 0,03 hektar torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şumlayaraq üst mümbüt qatını korlayıb, həmin sahədə yetişən təbii cücərtiləri məhv etməklə «Samur-Yalama Milli parkı»na 1493.40 manat maddi ziyan vuraraq həmin torpaq sahəsində və 03 ədəd plasmas qablarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 1330 ədəd çətənə (kannabis) bitkilərini əkib-becərərərək yetişdirməklə 2019-cu ilin may ayından başlayaraq həmin ilin iyun ayına qədər olan müddət ərzində, aqrotexniki qaydada qulluq göstərib, kultivasiya etmiş, 18 iyun 2019-cu il tarixdə saat 18 radələrində Xaçmaz RPŞ-nin Yalama polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə olunmuş məlumat əsasında həmin əraziyə baxış keçirilərkən yaş vəziyyətdə, ümumi çəkisi 69750,0 qram olan 1330 (min üç yüz otuz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 01 ədəd 20 kalibrli, “TOZ- BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də “Tula silah zavodunda” 1964-cü il tarixdə zavod üsulu ilə istehsal edilmiş “34126” №li hamar qoşalüləli ov tüfəngi olmuş, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, zavod işarələrində hər hansı əlavə və dəyişiklik edilməmiş, ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab olunan tüfəng kəsiyini, 01 ədəd 1973-cü ildə keçmiş SSRİ-də “İjevski mexaniki zavodunda” zavod üsulu ilə istehsal edilmiş, 28 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ-18-E” modelli, “H 42740” №li, daxili çaxmaqlı, təklüləli, lakin sonradan konstruktiv dəyişikliklərə məruz qalaraq lüləsi kustar üsulla kəsilib qısaldılmış, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, zavod işarələrində hər hansı əlavə və dəyişiklik edilməmiş ilkin təyinatı dəyişdirilmiş ümumilikdə 02 ədəd odlu silah hesab olunan tüfəng kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.3 və 228.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 64, mənzil 11-də qeydiyyatda olsa da, Xaçmaz rayonu, Nabran kəndində anası Aliftina, arvadı Ramilla, 12 yaşlı qızı Amina və 6 yaşlı oğlu Emin ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Anası milliyyətcə rus olsa da, atası azərbaycanlı olduğundan o özü də azərbaycanlıdır. Orta məktəbi rus dilində bitirmişdir. Əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Təxminən 15 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurma yolu ilə qəbul edir. Buna görə də özündə olan təxminən bir ovuc narkotik vasitə çətənə toxumlarını 2019-cu ilin may ayının 10-da Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən meşənin içərisindəki 0,03 ha boş sahəni şumlayıb təmizlədikdən sonra səpərək əkmişdir. Əkdiyi toxumlardan əmələ gələn narkotik tərkibli çətənə bitkilərinə qulluq göstərmək məqsədilə həmin sahənin yanında çadr quraraq özünə yatmaq üçün yer düzəltmiş və hər gecə orada qalmağa başlamış, özünü kənar şəxslərdən və vəhşi heyvanlardan qorumaqdan ötrü çadırda travmatik tapança, lüləsi kəsilmiş abrez tək lülə tüfəng və qoşa lülə tüfəng saxlamışdır ki, lazımı anda istifadə etsin. Lüləsi kəsilmiş həmin tüfəngləri Nabran kəndində yerləşən evlərinin həyətyanı sahəsində 2008-2009-cu illərdə tikinti gedərkən bünövrə qazılan zaman yağlı sellofan torbalara bükülmüş vəziyyətdə aşkar etmişdir. O vaxtdan həmin silahları özündə saxlamışdır. Pnevamtik tapança, tapançaya məxsus sandıqçalar və patronlar isə anasının vəfat etmiş dayısı Abgül Sərxatovdan qalmışdır. 2019-cu ilin may ayında Ləcət kəndi ərazisindəki meşə massivində narkotik tərkibli bitkiləri əkdikdən sonra meşədə həmin yerdə qalan zaman vəhşi heyvanlardan özünü qorumaq məqsədi ilə həmin silahları da özüylə birlikdə meşədə özü üçün düzəltdiyi çadıra aparmışdır. Amma həmin silahlardan istifadə etməmişdir. Bundan başqa əkdiyi toxumlardan əmələ gələn bitkiləri suvarmaq üçün yaxınlıqda olan bulaq sularını həmin sahəyə qoşaraq burada su arxaları qazmış, həmin bitkilərin diblərinə meşədən götürdüyü çürüntülü torpaqdan tökərək yumşaltmış, onların diblərini alaq otlarından təmizləmiş, həmçinin bu bitkiləri həşaratlardan qorumaq üçün aldığı dərman səpən aparatlar vasitəsilə onların üzərinə "spasatel roz" dərmanları səpmişdir. 4 ədəd erkək cinsli çətənə bitkilərini həmin sahənin yanındakı kolluqda gizlətdiyi plasmas qablarda əkmişdir ki, tozlanma gedən zaman digərlərinə qarışmasın və o, növbəti ildə əkin üçün toxum əldə edə bilsin. Həmin narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkmişdir. Onun çətənə kolu əkməyi barədə ailə üzvlərinin və digər kənar şəxslərin xəbəri olmamışdır. Həmin yer qalın və çətin keçilən kol-kosla əhatə olunduğundan oraya ondan başqa heç kim getməmişdir. 18 iyun 2019-cu il tarixdə, saat 18 radələrində narkotik əkdiyi sahədə olduğu zaman buraya yaxınlaşan polis əməkdaşları ona bildirmişlər ki, onun narkotik tərkibli çətənə bitkilərinin əkməyi barədə polisdə məlumat var və bu məlumatın yoxlanılmasından ötrü polis əməkdaşları tərəfindən həmin sahəyə baxış keçirilməsi zərurəti yaranmışdır. O, polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəsssinin və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı həmin 3 sot sahədən əkdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. O, polis əməkdşlarına səmimi etiraf edərək, aşkar edilmiş həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özü tək qulluq göstərərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onlara dərman verildiyini, onların əkildiyi torpağın tərkibində çürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirmiş və bu barədə rəy vermişdir. Bundan sonra aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri sayılmış və onların ümumilikdə 1330 (bir min üç yüz otuz) ədəd olması müəyyən edilmişdir. Həmin 1.330 (bir min üç yüz otuz) ədəd çətənə bitkisi, həmin bitkilədən qurudaraq əldə etməklə çadrda saxladığı qara sellofanda olan qurudulmuş marixuana, travmatik tapança, lüləsi kəsik abrez tək lülə tüfəng və qoşa lülə tüfəng polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Aqronomun rəyi protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, daha sonra digər iştirakçılar protokola və maddi sübutların qablaşdırmasının üzərinə imza etmişlər. Əkdiyi həmin çətənə toxumları onda narkotik istifadəçisi olduğu üçün çoxdan olmuşdur. Bu bitkilərin toxumlarını haradan əldə etdiyini konkret olaraq xatırlamır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 1986-cı il tarixdən Yalama meşə mühafizəsi və bərpası müəssisəsində işləyir, 2013-cü il tarixdən həmin idarə Samur-Yalama Milli parkı adlanmağa başlamışdır. Onların idarəsinə məxsus meşə fondu torpaqlarının ümumi sahəsi 2275 hektardır. Rusiya Federasiyası ilə sərhəddən başlayıb Xudat şəhərinə kimi davam edir. 25 dolaydan ibarətdir. Onun 79 kvartalı Yalamada yerləşir. 18 iyun 2019-cu il tarixdə onların idarəsinin meşə fondu torpaqlarının 14-cü dolayının 74-cü kvartalında 0,03 ha hər tərəfi bağlı olmaqla boş ərazidə narkotik tərkibli çətənə kollarının əkməsini müəyyən etdiklərini Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşlarına bildirmişlər. Həmin dolayın gözətçisi Şahid4 polis əməkdaşları ilə həmin əraziyə baxışda iştirak etmişdir və oradan 1330 ədəd çətənə kollarını aşkar edilərək götürülmüşdür, həmin 1330 ədəd çətənə kolu Samur-Yalama Milli parkının 0,03 ha ərazisini qanunsuz zəbt edərək Təqsirləndirilən şəxs əkdiyi barədə rəsmi məlumat vermişdir. İdarənin əməkdaşları ilə onlar həmin əraziyə gedib baxış keçirib, ərazidə hesablama işləri apararaq meşə fonduna dəymiş ziyanın hesablama cədvəlini tərtib etmişdir. Rəsmi hesablamalara əsasən Təqsirləndirilən şəxs Samur-Yalama Milli parkının 14 saylı dolayının 74-cü kvartalını 0,03 ha sahəsini qanunsuz zəbt edərək, torpağın 2-3 sm-dək üst münbit qatına zərər vurub becərməklə və təbii yeniyetmələri məhv etməklə meşə fonduna vurmuş olduğu ziyan 1493,40 manat təşkil etmişdir. Nəticədə «Samur-Yalama» Milli parkına həmin məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar heç bir şikayəti yoxdur, cəzanın verilməsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Yalama polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 iyun 2019-cu il tarixdə Xaçmaz RPŞ-nin Yalam PB-nə “Samur-Yalama Milli parkı” idarəsindən Xaçmaz rayonu, Ləcət kəndi ərazisindəki meşə zonasında narkotik tərkibli bitkiləri kulitivasiya edilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla şöbə rəhbəriliyinə məruzə edilmişdir. Həmin əraziyə baxış keçirilməsində iştirak etməsindən ötrü Xaçmaz RİHB-nin Nabran nüməyəndəliyinin müavini Şahid2, Ləcət kənd bələdiyyəsində işləyən Şahid5, aqronom mütəxəssis Şahid3 və həmin meşəyə nəzarət edən Şahid4 də oraya dəvət olunmuşdur. Birlikdə həmin meşə ərazisinə daxil olmuşlar. Təxminən 60-70 metr meşənin içərisi ilə kol-kosla əhatə olunmuş ərazidən sürünə-sürünə keçdikdən sonra hər tərəfi kollar və ağaclarla əhatə olunmuş narkotik tərkibli çətənə bitkisinə oxşar kollarının əkildiyi 0,03 ha açılıq sahəyə gəlib çıxmışlar. Həmin açıqlıq sahəyə gəlib çıxan zaman bir nəfər bəstəboy, sarışın adam yandakı boş sahədən çıxmış və onlara yaxınlaşmışdır. Oradan çıxıb getməyə yer olmamışdır, hər tərəf sıx kollar və ağaclarla əhatə olunmuşdur. Həmin adam Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin çətənə kollarının özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əkdiyi toxumlardan əmələ gələn narkotik tərkibli çətənə bitkilərinə qulluq göstərmək məqsədilə həmin sahənin yanında çadır quraraq özünə yatmaq üçün yer düzəltdiyini və hər gecə orada qaldığını bildirmiş. Təqsirləndirilən şəxs çadırının yanındakı üç ədəd silahı, içərisində gilizlər olan iki ədəd tapança sandıqçasını təqdim etmiş, Təqsirləndirilən şəxs özünü kənar şəxslərdən və vəhşi heyvanlardan qorumaqdan ötrü çadırda travmatik tapança, lüləsi kəsilmiş abrez tək lülə tüfəng və qoşa lülə tüfəng saxladığını bildirmiş və həmin silahları da təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əkdiyi toxumlardan əmələ gələn bitkiləri suvarmaq üçün yaxınlıqda olan bulaq sularını həmin sahəyə qoşaraq burada su arxaları qazdığını, həmin bitkilərin diblərinə meşədən götürdüyü çürüntülü torpaqdan tökərək yumşaltdığını, onların diblərini alaq otlarından təmizlədiyini, həmçinin bu bitkiləri həşaratlardan qorumaq üçün aldığı dərman səpən aparat vasitəsilə onların üzərinə "spasatel roz" dərmanları səpdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 4 ədəd erkək cinsli çətənə bitkilərini həmin sahənin yanındakı kolluqda gizlətdiyi plasmas qablarda əkdiyi 04 ədəd kolu da təqdim etmişdir. Tərəflərindən baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəsssinin və onların iştirakı ilə baxış keçirməyə başlamışlar. Aqronom-mütəxəssis həmin bitkilərə baxaraq aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onlara dərman verildiyini, onların əkildiyi torpağın tərkibindəçürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barədə rəy vermişdir. Bundan sonra aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri sayıldı və onların ümumilikdə 1330 (bir min üç yüz otuz) ədəd olması müəyyən edilmişdir. Həmin 1330 (bir min üç yüz otuz) ədəd çətənə bitkisi, həmin bitkilədən qurudaraq əldə etməklə Təqsirləndirilən şəxs çadırda saxladığı kiçik ölçülü qara sellofanda olan qurudulmuş marixuana, travmatik tapança, lüləsi kəsilmiş abrez tək lülə tüfəng və qoşa lülə tüfəng polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Aqronomun rəyi protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra o da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübutların qablaşdırmasının üzərinə imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Ləcət kəndində yaşayır. 13 ildir ki, Quba regional meşə təsərrüfatı idarəsinə tabe olan «Samur-Yalama» milli parkının meşə gözətçisi-leger vəzifəsində işləyir. O, «Samur- Yalama» milli parkının 14-cü dolayının 74-cü kvartalına nəzarət edir. 18 iyun 2019-cu il tarixdə Xaçmaz RPŞ-nin Yalam PB-nin əməkdaşları onun nəzarət etdiyi meşə dolayındakı ərazidə Elçin adlı şəxsin narkotik tərkibli bitkiləri kulitivasiya etməsi barədə məlumatın məruzə olduğunu və həmin əraziyə baxış keçirəcəklərini ona bildirmişlər. O, meşənin içərisinə polis əməkdaşları ilə birlikdə daxil olmuş. Ondan başqa Ləcət kənd bələdiyyəsində işləyən Şahid5, Xaçmaz RİHB-nın Nabran İƏD-nin müavini Şahid2 və aqronom mütəxəssis Şahid3 da onunla birlikdə polis əməkdaşları ilə həmin meşə ərazisinə daxil olmuşlar. Təxminən 60-70 metr meşənin içərisi ilə kol-kosla əhatə olunmuş ərazidən sürünə-sürünə keçdikdən sonra hər tərəfi kollar və ağaclarla əhatə olunmuş narkotik tərkibli çətənə bitkisinə oxşar kollarının əkildiyi 0,03 ha açılıq sahəyə gəlib çıxmışlar. Həmin açıqlıq sahəyə gəlib çıxan zaman bir nəfər bəstəboy, sarışın adam yandakı boş sahədən çıxmış və onlara yaxınlaşmışdır. Oradan çıxıb getməyə yer olmamışdır, hər tərəf sıx kollar və ağaclarla əhatə olunmuşdur. Həmin adam Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin çətənə kollarının özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əkdiyi toxumlardan əmələ gələn narkotik tərkibli çətənə bitkilərinə qulluq göstərmək məqsədilə həmin sahənin yanında çadır quraraq özünə yatmaq üçün yer düzəltdiyini və hər gecə orada qaldığını bildirmiş. Təqsirləndirilən şəxs çadırının yanındakı üç ədəd silahı, içərisində gilizlər olan iki ədəd tapança sandıqçasını təqdim etmiş, Təqsirləndirilən şəxs özünü kənar şəxslərdən və vəhşi heyvanlardan qorumaqdan ötrü çadırda travmatik tapança, lüləsi kəsilmiş abrez tək lülə tüfəng və qoşa lülə tüfəng saxladığını bildirmiş və həmin silahları da təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əkdiyi toxumlardan əmələ gələn bitkiləri suvarmaq üçün yaxınlıqda olan bulaq sularını həmin sahəyə qoşaraq burada su arxaları qazdığını, həmin bitkilərin diblərinə meşədən götürdüyü çürüntülü torpaqdan tökərək yumşaltdığını, onların diblərini alaq otlarından təmizlədiyini, həmçinin bu bitkiləri həşaratlardan qorumaq üçün aldığı dərman səpən aparat vasitəsilə onların üzərinə "spasatel roz" dərmanları səpdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 4 ədəd erkək cinsli çətənə bitkilərini həmin sahənin yanındakı kolluqda gizlətdiyi plasmas qablarda əkdiyi 04 ədəd kolu da təqdim etmişdir. Polis əməkdaşlarının baxışda iştirak etmək üçün dəvət edilmiş aqronommütəxəsssinin və onların iştirakı ilə baxış keçirməyə başlamışlar. Aqronom-mütəxəssis həmin bitkilərə baxaraq aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onlara dərman verildiyini, onların əkildiyi torpağın tərkibində çürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barədə rəy vermişdir. Bundan sonra aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri sayılmış və onların ümumilikdə 1330 (min üç yüz otuz) ədəd olması müəyyən edilmişdir. Həmin 1330 (min üç yüz otuz) ədəd çətənə bitkisi, həmin bitkilədən qurudaraq əldə etməklə Təqsirləndirilən şəxs çadırda saxladığı qara sellofanda olan qurudulmuş marixuana, travmatik tapança, lüləsi kəsik abrez tək lülə tüfəng və qoşa lülə tüfəng polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Aqronomun rəyi protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra digər iştirakçılar protokola və maddi sübutların qablaşdırmasının üzərinə imza etmişlər. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Ləcət kəndində ailə üzvləriylə birlikdə yaşayır. İxtisasca ali təhsilli aqronomdur və Xaçmaz suvarma sistemləri idarəsində sahə rəisi işləyir. 18 iyun 2019-cu il tarixdə Xaçmaz RPŞ-nin Yalam PB-nin əməkdaşları ona Xaçmaz rayonu, Ləcət kəndi ərazisindəki meşə dolayında Elçin adlı şəxsin narkotik tərkibli bitkiləri kulitivasiya etməsi barədə məlumatın olduğunu və həmin əraziyə baxış keçirəcəklərini bildirmişlər. Onun aqronom-mütəxəssis kimi həmin baxışda iştirak etməyimi xahiş etmişlər. Ona hüquq və vəzifələrini yazılı şəkildə izah etmişlər. O, meşənin içərisinə polis əməkdaşları ilə birlikdə daxil olmuşdur. Ondan savayı Ləcət kənd bələdiyyəsində işləyən Şahid5, Nabran nümayəndəliyinin müavini Şahid2 və həmin meşəyə nəzarət edən Şahid4 də onunla birlikdə polis əməkdaşları ilə həmin meşə ərazisinə daxil olmuşlar. Təxminən 60-70 metr meşənin içərisi ilə kol-kosla əhatə olunmuş ərazidən sürünə-sürünə keçdikdən sonra hər tərəfi kollar və ağaclarla əhatə olunmuş narkotik tərkibli çətənə bitkisinə oxşar kollarının əkildiyi 0,03 ha açılıq sahəyə gəlib çıxmışlar. Həmin açıqlıq sahəyə gəlib çıxan zaman bir nəfər bəstəboy, sarışın adam yandakı boş sahədən çıxmış və onlara yaxınlaşmışdır. Oradan çıxıb getməyə yer olmamışdır, hər tərəf sıx kollar və ağaclarla əhatə olunmuşdur. Həmin adam Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin çətənə kollarının özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əkdiyi toxumlardan əmələ gələn narkotik tərkibli çətənə bitkilərinə qulluq göstərmək məqsədilə həmin sahənin yanında çadır quraraq özünə yatmaq üçün yer düzəltdiyini və hər gecə orada qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs çadırının yanındakı üç ədəd silahı, içərisində gilizlər olan iki ədəd tapança sandıqçasını təqdim etmiş, Təqsirləndirilən şəxs özünü kənar şəxslərdən və vəhşi heyvanlardan qorumaqdan ötrü çadırda travmatik tapança, lüləsi kəsilmiş abrez tək lülə tüfəng və qoşa lülə tüfəng saxladığını bildirmiş və həmin silahları da təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əkdiyi toxumlardan əmələ gələn bitkiləri suvarmaq üçün yaxınlıqda olan bulaq sularını həmin sahəyə qoşaraq burada su arxaları qazdığını, həmin bitkilərin diblərinə meşədən götürdüyü çürüntülü torpaqdan tökərək yumşaltdığını, onların diblərini alaq otlarından təmizlədiyini, həmçinin bu bitkiləri həşaratlardan qorumaq üçün aldığı dərman səpən aparat vasitəsilə onların üzərinə "spasatel roz" dərmanları səpdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin sahənin yanındakı kolluqda gizlətdiyi 03 ədəd plasmas qablarda əkdiyi 04 ədəd kolu da təqdim etmişdir. O, həmin bitkilərə baxaraq aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onlara dərman verildiyini, onların əkildiyi torpağın tərkibindəçürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barədə rəy vermişdir. Bundan sonra aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri sayılmış və onların ümumilikdə 1330 (min üç yüz otuz) ədəd olması müəyyən edilmişdir. Həmin 1330 (min üç yüz otuz) ədəd çətənə bitkisi, həmin bitkilərdən qurudaraq əldə etməklə Təqsirləndirilən şəxs çadırda saxladığı qara sellofanda olan qurudulmuş marixuana, travmatik tapança, lüləsi kəsilmiş abrez tək lülə tüfəng və qoşa lülə tüfəng polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Onun rəyi protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra digər iştirakçılarla birlikdə o da protokola və maddi sübutların qablaşdırmasının üzərinə imza etmişlər. Məhkəmədə tədqiq edilmiş, ibtidai istintaq zamanı iş üzrə təyin edilmiş 18 iyun 2019-cu il tarixli cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 19 iyun 2019-cu il tarixli, 15868 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “1330 ədəd narkotik tərkibli çətənə koluna bənzər bitki kolları” yazılar və imzalar olan yaşıl rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 1330 (min üç yüz otuz) ədəd, ümumi təmiz çəkisi 69750,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “Narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi” yazılar və imzalar olan kağız paketdə bir ədəd kağız bağlamada təmiz çəkisi 3,876 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş, ibtidai istintaq zamanı iş üzrə 23 iyul 2019-cu il tarixli qərarla təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 23 avqust 2019-cu il tarixli, 19151 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 20 kalibrli, “TOZ- BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-da, “Tula silah zavodunda” 1964-cü ildə zavod üsulu ilə istehsal edilmiş “34126” №-li hamar (yivsiz) qoşa-lülə odlu ov tefəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, zavod işarələrində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1973-cü ildə keçmiş SSRİ-da, “İjevsk mexaniki zavodunda” zavod üsulu ilə istehsal edilmiş, 28 kalibrli, patronluğunun uzunluğu 70 mm olan “İJ-18-E” modelli, “ H 42740” №-li , daxili çaxmaqlı təklülə, yivsiz odlu ov tefəngidir, lakin sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lüləsi kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, zavod işarələrində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapanca 2008-ci ildə zavod üsulu ilə Rusiya Federasiyasında “İjevsk mexaniki zavodunda” istehsal edilmiş, 9 mm kalibrli, “**********” №-li, “MP-79-9TM” modelli (ölümlə nəticələnməyən özünü müdafiə təyinatlı travmatik tapancadır, odlu silah hesab edilmir, saz vəziyyətdədir, istifadəyə yararlıdır, üzərində zavod işarələrində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd patron zavod üsulu hazırlanmış, “LOM- 13, P1 (Naqanıç) və “Qroza” - 3 (02-06)” modelli revolverlərdə, “MP-79-9TM” (Makarıç)”, “İJ- 78-9T (Kolğçuqa)”, “MP-81”, “ Fort -12 R”, “Xopxe”, “x6”, “Streamer 1014”, “Streamer 2014”, modelli tapancalarda və s. uyğun kalibrli silahlarda istifadə edilən, döyüş sursatı hesab edilməyən 9 mm kalibrli travmatik patronlardır, təyinatı üzrə istifadəyə yararlıdır, onların istehsal ilini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça zavod üsulu istehsal edilmiş, “MP-79- 9TM” modelli travmatik tapancalarında istifadə edilmək üçün nəzərdə tutulmuş 08 ədəd 9 mm kalibrli travmatik patron tutumlu funksional əhəmiyyət daşımayan, komplekt hissədirsandıqçadırlar təyinatı üzrə istifadəyə yararlıdırlar, döyüş sursatı hesab edilmir, onların üzərində hər-hansı nömrə, rəqəm və yaxud işarə müşahidə olunmur, istehsal ilini müəyyən etmək mümkün deyil. Məhkəmədə tədqiq edilmiş, ibtidai istintaq zamanı iş üzrə 21 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-narkoloji ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 avqust 2019-cu il tarixli, 1844 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən “narkomaniya” xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tər-tər Qarnizonu Hərbi tribunalının 30.04.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 243; 42-ci maddələri ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınıb və döyüşən orduya göndərilib, Hərbi Dəniz Qüvvələri Hərbi tribunalının 16.07.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 93-3.2-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tər-tər Qarnizonu Hərbi tribunalının 16.05.2000-ci il tarixli hökmü ilə hərbi hissəni özbaşına tərk etməyə görə Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 243; 42-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır və məhkumluğu ödənilmişdir. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu 18 iyun 2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması və 3-cü qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 3,856 qram çəkidə qurudulmuş marixuana 01 ədəd kağız paketdə və ümumi sayı 1330 ədəd olmaqla ümumi təmiz çəkisi 69750,0 qram narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 02 ədəd odlu silah hesab edilən tüfəng kəsikləri, odlu silah hesab edilməyən 01 ədəd travmatik tapança, 02 ədəd həmin tapançaya məxsus sandıqçalar və ekspert tədqiqatından sonra qalmış 06 ədəd travmatik patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə hazırki cinayət işi üzrə vurulmuş maddi ziyanla bağlı müvafiq qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsi nəzərə alınaraq, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun iddia ərizəsi ilə Təqsirləndirilən şəxs qarşı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 237.2.3 -cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə və 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 3,856 qram çəkidə qurudulmuş marixuana 01 ədəd kağız paketdə və ümumi sayı 1330 ədəd olmaqla ümumi təmiz çəkisi 69750,0 qram narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 02 ədəd odlu silah hesab edilən tüfəng kəsikləri, odlu silah hesab edilməyən 01 ədəd travmatik tapança, 02 ədəd həmin tapançaya məxsus sandıqçalar və ekspert tədqiqatından sonra qalmış 06 ədəd travmatik patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə 130.46 (yüz otuz manat qırx alt qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə hazırki cinayət işi üzrə vurulmuş maddi ziyanla bağlı müvafiq qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsi nəzərə alınaraq, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun iddia ərizəsi ilə Təqsirləndirilən şəxs qarşı məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov