Məhkəmə qərarları › İş №1(101)-154/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-154/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-154/2021 08.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçilər: Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1988-ci ildə Astara rayonu, Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxx 1993-cü ildə Biləsuvar rayonu Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakım ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 10.200 manat dövrü məzənnə ilə 6000 ABŞ dollarını, bir ədəd 3500 manat dəyərində 120 sm. dioqanallı 47LV3500 modelli “LG” markalı televizoru, bir ədəd 1000 manat dəyərində 94 sm. dioqanallı UE37ES6100 modelli “Samsung” markalı televizoru, bir ədəd 3500 manat dəyərində 120 sm. dioqanallı “Samsung” markalı televizoru, bir ədəd 1000 manat dəyərində 94 sm. dioqanallı “Samsung” markalı televizoru, bir ədəd 583 əyyarlı olmaqla 16 qram çəkili 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 583 əyyarlı olmaqla 8 qram çəkili 600 manat dəyərində qızıl üzüyü, bir cüt 583 əyyarlı olmaqla 12 qram çəkili 600 manat dəyərində qızıl sırğanı, 5100 manat dövrü məzənnə ilə 3000 ABŞ dolları dəyərində 80 ədəd müxtəlif formalı qadın paltarlarını, 42.500 manat dövrü məzənnə ilə 25.000 ABŞ dolları dəyərində 2 ədəd iri həcmli qutuda qablaşdırılmış müxtəlif formalı qadın paltarlarını, bir ədəd 3000 manat dəyərində dəri materialdan olan “Dublyonka” adlanan qadm gödəkçəsini, bir ədəd 1500 manat dəyərində “Dublyonka” materialından olan qadm gödəkçəsini, bir ədəd 1000 manat dəyərində dəri materialdan olan qadm gödəkçəsini, 5000 manat dəyərində qızıl suyuna çəkilmiş qab-qacaq dəstini, bir ədəd 2000 manat dəyərində divar saatını, 500 manat dəyərində bir cüt boğazlı kişi çəkməsini, bir ədəd 3500 manat dəyərində iri həcmli cərəyan gücləndirici qurğunu, bir ədəd 300 manat dəyərində cərəyan gücləndirici qurğunu, bir ədəd 300 manat dəyərində cərəyan gücləndirici qurğunu, bir ədəd 300 manat dəyərində “Notebok” modelli kompyuteri, bir ədəd 300 manat dəyərində “Notebok” modelli kompyuteri, 200 manat dəyərində müxtəlif çeşitli spirtli içkiləri, 200 manat dəyərində video kamera aksesuarlarını, bir ədəd 100 manat dəyərində “Planşet” modelli telefon aparatını, 100 manat dəyərində hamam aksesuarlarını, bir ədəd 20 manat dəyərində çarpayı üzlüyünü gizli talayaraq Zərərçəkmiş şəxs küllli miqdarda, yəni ümumilikdə 87.120 (səksən yeddi min yüz iyirmi) manat maddi ziyan vurmaqla, oğurluq etmişdirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yaşadığı Astara rayonu Şiyəkəran kəndində işləmək üçün şərait olmadığına görə 2012-ci ilin əvvəllərindən başlayaraq Abşeron rayonu Məmmədli kəndində olan pomidor əkilmiş istixanada işləyirdi, elə həmin istixananın ərazisində də qalırdı. Həmin istixanada işləyən Biləsuvar rayon Əsgərabad kənd sakini X3 ilə qeyri-rəsmi ailə həyatı quraraq Kəmalənin öz ailəsi ilə kirayədə yaşadığı Məmmədli kəndində olan evin otaqlarının birində qalmağa başlamışdı. Həmin evdə Kəmalənin anası Xanım, qardaşları Faiq, Kamil, Toğrul, bacıları Ramilə və Cəmilə qalırdılar. 2018-ci ilin may ayında Günəş adlı bir qız övladlar oldu. Həyat yoldaşı hamilə olandan sonra onun müalicəsi üçün çoxlu pul lazım olduğu üçün, dolana bilmədiyi üçün qayını Faiqlə bu barədə danışaraq pul qazanmağın yollarını düşünməyə başladı, oğurluq edərək pul qazanmaq qərarına gəldilər. Faiqlə birlikdə Məmmədli kəndində sahiblərinin adlarını xatırlamadığı iki evdən televizor və başqa əşyalar oğurlayıb satdı, bu yolla pul qazandılar. Sonradan Abşeron rayon Polis əməkdaşları Faiqi və onu tutdular, barələrində cinayət işi qaldırılaraq təqsirləndirilən şəxs qismində cəlb olundular, həmin iş üzrə barələrində həbs qətimkan tədbiri seçildi. “Hepotit c” və “vərəm” xəstəsi olduğuna görə həbs yerindən Ədliyyə Nazirliyinin PX-nin X1 köçürülərək müalicə olunmağa başladı. Oğurluq hadisələrindən başqa sonradan adının Elburus olduğunu öyrəndiyi şəxsin Məmmədli qəsəbəsindəki evindən televizor və başqa əşyalar da oğurlamışdır, oğurladığı televizoru satmışdır. Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməyə ona başqa kimsə kömək etməyib, bu barədə başqa heç kəsin məlumatı olmayıb. Toğrulun adını polisə acığa düşdüyü üçün vermişdir ki, guya Elbrusun evindən onunla oğurluq edib. Elbrusun dediyi qədər əşya oğurlamayıb, həmin evdən o 3 ədəd televizor, qaşıq kompelti və 50 kiloqram mis oğurlamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2018-ci ildə kirayədə yaşadığı Abşeron rayonu Məmmədi qəsəbəsindəki evin həyətində göyərçin saxlayırdı. Həmin ilin iyun ayının 13-də axşam saat 18 radələrində yaşadığı evin həyətində saxladığı göyərçinlər uçub getdiyi üçün, həmin göyərçinlərin axtarışına başlamışdı. Evdən çıxıb Abşeron rayonu, Məmmədli qəsəbəsində yolda göyərçinləri axtardıqda «Yanar dağ»ın arxa tərəfindəki hissədə yolun kənarında ikimərtəbəli tikilmiş evin həyətinə düşdüyünü görmüşdü. Həyətə yaxınlaşanda darvazanın açıq olduğunu görüb qapıdan həyətə daxil olanda göyərçinlərin həyətə düşdüyünü görmüşdü. Göyərçinləri həyətdən uçurub çıxanda həyətə girişin solunda evə bitişik halda 26 sürətli sarı rəngli velosipedin olduğunu görüb xoşu gəldiyinə görə və həmin evdə yaşayış olmadığını təxmin etdiyindən velosipedi minib sürməyə başladı və həmin velosipedlə həyətdən çıxdıqdan sonra gəldiyi istiqamətdə deyil, digər istiqamətdə hərəkət etməyə başlamışdı. Velosipedlə təxminən 100 metr gedəndən sonra məhəllədə bacısı həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə rastlaşmışdı. Həmin vaxt Siracın əlində sumka var idi. Həmin ərəfədə Sirac onunla eyni evdə kirayədə yaşayırdı. Oğurladığı velosipedi təxminən bir həftə sürdükdən sonra həmin velosipedlə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində olan mağazaların birinə gedərək, velosipedi 160 manata satdı və əldə etdiyi pulu isə öz şəxsi ehtiyacı üçün xərclədi. Törətdiyi cinayət əməlinə görə, yəni həyət evindən velosiped oğurladığına görə ona ittiham elan edilmiş və barəsində hökmdə çıxmışdır. İşin məhkəmə baxışı zamanı oğurladığı velosipedin dəyərini, yəni zərərçəkmişın tələb etdiyi 1200 manat pulu Elbrus Yusifova ödəmişdi. Zərərçəkmiş şəxs məxsus evdən o yalnız bir ədəd velosiped oğurlamışdır, həmin evdən digər əşyaların kim tərəfindən oğurlanması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli kəndində olan bağ evində adətən yay aylarında ailə üzviləri ilə birlikdə yaşayır, qalan müddət ərzində isə Yasamal rayonunda olan mənzilində yaşayır. Məmmədli kəndində olan bağ evində qalmadığı müddət ərzində ayda təxminən bir-iki dəfə gedib həmin evinə baş çəkirdi. Sonuncu dəfə 2018-ci ilin may ayının axırlarında Məmmədli kəndinə gedərək evinə baxmışdı, həmin vaxt hər şey öz qaydasında olmaqla evdə heç bir dəyişikliklər yox idi. xx xxxx 2018-ci il tarixdə günorta saatlarında kürəkəni X2 xahiş edərək, Məmmədli kəndində olan bağ evinə baxması üçün göndərmişdi. Elə həmin gün saat 17 radələrində Məmməd ona zəng edərək, evində olan əşyaların dağınıq olduğunu, evin birinci mərtəbəsində olan pəncərələrdən birinin qarşısında olan dəmir barmaqlığın qoparıldığını, pəncərənin açıq vəziyyətdə olduğunu demişdi. Bu barədə eşidən kimi həmin evə getdi və yol ilə gedən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək, evindən oğurluq olması barədə məlumat vermişdi. Evə çatanda həqiqətən də əşyaların dağınıq vəziyyətdə, pəncərənin barmaqlığı qoparılmış olmaqla açıq vəziyyətdə olduğunu gördü. Bir müddət sonra hadisə yerinə Abşeron rayon Polis idarəsinin əməkdaşları gələrək, hadisə yerinə baxış keçirdilər və evdən hansı əşyaların oğurlandığını ondan soruşdular. Evə baxış keçirilərkən ilkin olaraq yalnız 4 (dörd) ədəd televizor, 6000 ABŞ dolları pulunun, 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını qeyd etmişdi. Həmin vaxt evin dağınıq vəziyyətdə olduğuna görə konkret olaraq nələrin oğurlandığını bilməmişdi, buna çoxlu vaxt tələb olunurdu. Polis əməkdaşları gedəndən sonra evdə ailə üzvləri ilə birlikdə təmizlik işləri gördüyü vaxt yuxarıda qeyd etdiyi əmlaklardan başqa çoxlu sayda başqa əmlakların da oğurlandığı məlum olmuşdur. Onun evindən 10.200 manat ekvivalenti ilə 6000 ABŞ dolları, bir ədəd 3500 manat dəyərində 47-lik (120 dioqanallı) “Samsung” markalı televizor, bir ədəd 3500 manat dəyərində 47-lik (120 dioqanallı) “LG” markalı televizor, bir ədəd 1000 manat dəyərində 37-lik (94 dioqanallı) “Samsung” markalı televizor, bir ədəd 1000 manat dəyərində 37-lik (94 dioqanallı) “Samsung” markalı televizor, bir ədəd 800 manat dəyərində 583 əyyarlı qızıl boyunbağı, bir ədəd 600 manat dəyərində 583 əyyarlı qızıl üzük, 600 manat dəyərində 583 əyyarlı bir cüt qızıl sırğa, 5100 manat ekvivalenti ilə 3000 ABŞ dolları dəyərində 80 ədəd müxtəlif formalı qadın paltarları, 42.500 manat ekvivalenti ilə 25.000 ABŞ dolları dəyərində 2 ədəd iri həcmli qutuda qablaşdırılmış müxtəlif formalı qadın paltarları, bir ədəd 3000 manat dəyərində dəri materialdan olan “Dublyonka” adlanan palto, 5000 manat dəyərində qızıl suyuna çəkilmiş qab-qacaq dəsti, bir ədəd 1200 manat dəyərində idman velosipedi, 500 manat dəyərində bir cüt boğazlı çəkmə, bir ədəd 3500 manat dəyərində iri həcmli cərəyan gücləndirici qurğu, bir ədəd 300 manat dəyərində cərəyan gücləndirici qurğu, bir ədəd 300 manat dəyərində cərəyan gücləndirici qurğu, bir ədəd 300 manat dəyərində “Notebok” modelli kompyuter, bir ədəd 300 manat dəyərində “Notebok” modelli kompyuter, 200 manat dəyərində müxtəlif çeşitli spirtli içkilər, 200 manat dəyərində video kamera aksesuarları, bir ədəd 100 manat dəyərində “Planşet” modelli telefon aparatı, 100 manat dəyərində hamam aksesuarları, bir ədəd 20 manat dəyərində çarpayı üzlüyü, bir ədəd 2000 manat dəyərində divar saatı, bir ədəd 1000 manat dəyərində dəri materialdan olan qadın gödəkçəsi, bir ədəd 1500 manat dəyərində “Dublyonka” materialından olan qadın gödəkçəsi oğurlanmışdır. Məmmədli kəndində olan evindən oğurluq nəticəsində ona ümumilikdə 88.320 manat məbləğində maddi ziyan dəymişdir. Evindən oğurlanan qızıl-zinət əşyalarının hamısı 583 əyyarlı olmuş, bir ədəd qızıl boyunbağı 16 qram çəkidə olmaqla 800 manat dəyərində olmuş, bir ədəd qızıl üzük 8 qram çəkidə olmaqla 600 manat dəyərində olmuş, bir cüt qızıl sırğa 12 qram çəkidə olmaqla 600 manat dəyərində olmuşdur. Oğurlanan paltarlar uzun müddət ərzində qablaşdırılmış formada olduğundan hal-hazırda həmin paltarların ayrı-ayrılıqda ölçülərini, formalarını və qiymətlərini xatırlamır, paltarları görsə tanıya bilər. Oğurlanan qızıl suyuna çəkilmiş qabqacaq dəsti də qutularda qablaşdırılmış formada olmuş, cehizlik saxlandığı üçün işlənilməmiş, bu səbəbdən qabların hansı formada və sayda olduğunu bilmir. Oğurluq hadisəsindən əvvəl bir ədəd iri həcmli və bir ədəd kiçik həcmli transformatorlar evin arxa tərəfində olan yardımçı tikilidə olmuş, iri həcmli transformatorun daxilində olan materiallar sökülərək aparılmış, həmin transformatorun yalnız çərçivəsi və daxilində olan lazımsız detallar qalmış, digər kiçik ölçülü transformator isə tam olaraq oğurlanmışdır. 100 manat dəyərində hamam aksesuarları evin birinci mərtəbəsindəki hamam otağından oğurlanmışdır. 6000 ABŞ dolları evin birinci mərtəbəsində giriş qapısından sol tərəfdə olan yataq otağındakı çarpayının yataq dəstələrinin altında gizlədilərək saxlanılmış, qızıl-zinət əşyaları da həmin otaqda olan güzgülü dolabın birinci siyirtməsində saxlanılmış, bir ədəd 3500 manat dəyərində 47-lik “LG” markalı televizor evin birinci mərtəbəsində olan qonaq otağında olmuş, 200 manat dəyərində müxtəlif çeşitli spirtli içkilər də həmin otaqda olan güzgülü dolabda olmuşdur. Evin birinci mərtəbəsində olan mətbəxdə 1000 manat dəyərində 37-lik “Samsung” markalı televizor, 200 manat dəyərində video kamera aksesuarları, həmçinin 3000 ABŞ dolları dəyərində 80 ədəd müxtəlif formalı qadın paltarları olmuşdur. Evin ikinci mərtəbəsində olan mətbəxdə bir ədəd idman velosipedi, bir ədəd 47-lik “Samsung” markalı televizor, bir ədəd divar saatı, üç ədəd dəri gödəkçələr, bir cüt boğazlı çəkmələr və çarpayı üzlüyü olmuşdur. Evin ikinci mərtəbəsində olan giriş qapısının qarşı tərəfindəki yataq otağında bir ədəd 37-lik “Samsung” markalı televizor, 25.000 ABŞ dolları dəyərində 2 ədəd iri həcmli qutuda qablaşdırılmış müxtəlif formalı qadın paltarları olmuşdur. Həmin yataq otağının sol tərəfində olan digər yataq otağında 5000 manat dəyərində qızıl suyuna çəkilmiş qab-qacaq dəsti, iki ədəd “Notebok” modelli kompyuterlər və bir ədəd “Planşet” modelli mobil telefon aparatı olmuşdur. Adlarını çəkdiyi pul və əşyaların hamısı qeyd etdiyi evin arxa tərəfində olan yardımçı tikili, evdə olan hamam otağı, mətbəx və otaqlardan oğurlanmışdır. Bundan başqa ona məxsus bir ədəd idman velosipedi, evin həyətində olmamış, həmin velosiped evin ikinci mərtəbəsində olan mətbəxdə olmuşdur. Evə daxil olan şəxslər evdə olan digər əşyalarla bərabər həmin velosipedi də evin ikinci mərtəbəsindən oğurlamışlar. Həmin velosipedi idman etmək məqsədilə baha qiymətə, yəni 1200 manata almışdı. Velosiped bahalı olduğuna görə istifadə edəndən sonra hər dəfə evin ikinci mərtəbəsinə qaldıraraq orada saxlayırdı. Evindən oğurlanan paltarların hamısı Türkiyə Respublikasından “Karqo” vasitəsilə gətirilmişdi, bununla əlaqədar müvafiq sənədlər mövcuddur. Digər əşyaları, yəni televizor və kompyuterləri 2011-2018-ci illər ərzində almışdı, haradan və hansı tarixdə aldığı yadında qalmamış, ümumiyyətlə elektrik avadanlıqlarının sənədlərini və qablaşdırıldığı qutuları saxlamamış, çünkü buna ehtiyac duymamışdır, televizorlar və digər elektrik avadanlıqlarının sənədlərini və qutularım atmışdır. Evindən oğurlanmış əşyaların hamısını tanıyır, həmin əşyaları görəndə əlamətlərinə görə ona məxsus olduğunu bilir. Tanınma zamanı bir ədəd “LG” markalı televizoru və bir ədəd “Samsung” markalı televizoru əlamətlərinə görə tanımışdır. Ona cəmi 1 velosiped, 2 televizor qaytarılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini tanımır, yaşadığı Sabunçu rayonu Balaxanı qəsəbəsində əlvan metalların və plastik materialların alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin may ayının ortalarında tanışı Ariflə görüşdükləri vaxt sonuncu valideyinlərinin yaşadığı Ucar rayonuna ailə üzvləri ilə birlikdə köçmək istədiyini, bunun üçün pula ehtiyacı olduğunu, bu səbəbdən evində olan özünə məxsus televizoru satmaq istədiyini demişdi. Arifə evin əşyalarını satmamasını tövsiyyə edərək pula ehtiyacı varsa borc verə biləcəyimi demişdi, lakin Arif borca pul istəmədiyini, həmçinin televizorun iri ölçülü olduğuna görə daşınmasının çətinlik törədəcəyini demişdi. O da öz evində həmin vaxt televizor olmadığına görə televizor almaq fikrində idi, bu səbəbdən Arifə televizora baxmaq istədiyini, xoşuna gəlsə alacağını demişdi. Bundan sonra Ariflə birlikdə onun yaşadığı evə gedərək, televizora baxdı. Televizor iri ölçülü idi, televizoru elektrik cərəyanına qoşanda işlədiyini görüb Arifin satdığı qiymətə, yəni 600 manata razıalşaraq alıb evinə apardı. Arif ona satdığı televizoru Təqsirləndirilən şəxs1 adlı şəxsdən alması barədə heç bir məlumat verməmişdi, o Sirac adlı şəxsi ümumiyyətlə tanımır, həmin şəxsin haradansa oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Arif televizorun özünə məxsus olduğunu deyərək, ona satmış, həmin televizorun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin əvvəllərində Rusiya Federasiyasında olan yaxın qohumu Rövşənin Abşeron rayonu Məmmədli kəndində olan həyət evini Təqsirləndirilən şəxs2 ayı 130 manata kirayəyə vermişdi. Kirayə müqaviləsi bağlamamışdı, sadəcə şifahi şəkildə razılaşmışdılar. Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırdı. 2018-ci ilin sentyabr ayında Toğrul müxtəlif evlərdən oğurluq etdiyinə görə həbs olundu, buna görə də Toğrulun ailə üzvlərini 2019-cu ilin əvvəllərində həmin evdən çıxartdı. Toğrul kirayədə qaldığı müddət ərzində hərdənbir, ayda 1 dəfə, bəzən 2 aydan bir evə gedib yoxlayırdı. Həmin müddət ərzində Toğrul nə həyətdə, nədə ki, evdə göyərçin saxlamayıb, o görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Siracı kənd sakini kimi əvvəllər tanımış, Toğrulu tanımır. Qeyrirəsmi nikah münasibətində olduğu Arif əlvan metalların alqı-satqısı ilə məşğul olurdu. Sirac 2016-cı ildə Arifin yanına gedərək, ondan iş tapmasını xahiş etmişdi. O da Astaralı olduqları üçün, həm də yoldaşının ona yazığı gəldiyindən bir müddət Sirac yoldaşının yanında fəhlə kimi işlədi. Siracı bu vəsilə ilə tanımışdır. 2018-ci ilin təxminən iyul ayı təxminən axşam saatlarında Sirac onlara gəlib, uşağının xəstə olduğu üçün pula ehtiyacı olduğunu və televizorunu ucuz qiymətə satdığını dedi. O Arif evdə olmadığı üçün Siraca Arifsiz bir söz deyə bilməyəcəyini bildirdi. O və yoldaşı Arif Siracın kirayədə qaldığı Məmmədli kəndindəki evinə getdilər və masanın üzərində iri ölçülü televizoru Sirac onlara göstərdi, ancaq markası yadında deyil. Arif televizor işlək vəziyyətdə olduğundan onu almaq qərarına gəldi və Siracdan həmin televizoru 300 ya da 500 manata aldılar. Televizoru bir müddət istifadə etdilər. 2019-cu ilin iyun ayında Ucar rayonu Əlikənd kəndinə köçən zaman onlara pul lazım olduğuna görə Siracdan aldıqları televizoru Arifin tanışı Siyavuşa satdılar. Toğrul adlı şəxsi isə ümumiyyətlə tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır. Özü Binə ticarət mərkəzində icarəyə götürdüyü mağazada qadın paltarlarının satışı ilə məşğul olur. Bu işə başlamaq üçün qaynatası ona müəyyən məbləğdə pul vermişdi, malları isə o Türkiyəyə gedib almışdı, sonra isə karqoya təhvil vermişdi. Bakıda da malları karqodan özü qəbul etmişdi. Oğurluq hadisəsi törədilən və qaynatasına məxsus evdə onun satmaq üçün Türkiyədən gətirdiyi mallar da olub. Həmin malları 3 ədəd karobkada yerləşdirmişdi. Karobkalardan ikisində olan paltarlar 42 ölçüdən 48 ölçüyə qədər, hər ölçüdən eyni sayda idi. Digər karobkada isə 80 ədəd müxtəlif ölçülərdə, əsasən satılmayan və növbəti sezonda satmaq üçün saxladığı ölçülərdə olan qadın donları var idi. Hadisə barədə ilk onun məlumatı olub, mallara görə evə gedən zaman pəncərənin və pəncərənin barmaqlıqlarının qırıldığını gördü, dərhal mobil telefon vasitəsilə qaynatasına zəng etdi. Hadisə barədə ona xəbər verdikdən sonra isə 102-yə zəng edərək polisə məlumat verdi. Oğurlanan televizorlar qaynatasına məxsus idi. Bildiyi qədər evdən qaynatasına məxsus karobkada yerləşdirilmiş ev əşyaları-qab-qacaq, televizor, xalça və digər əşyalar oğurlanıb. Evdən pul və ya zinyət əşyası oğurlanıb-oğurlanmadığı barədə məlumatı yoxdur. Evdən oğurlanan qadın paltarları 2 karobka hələ satmadığı paltarlar idi, onları pilləkənlərin altında yerləşdirmişdi, digər 1 karobkadakı donlar isə satılmayan və növbəti sezon üçün saxladığı paltarlar idi. Təxminən oğurluq hadisəsi baş verməmişdən bir ay öncə həmin paltarları həmin evə yerləşdirmişdi, malların alınması ilə bağlı invoys, təhviltəslim aktı, köçürmə və ya başqa sənəd yoxdur. Hadisə günü evin qapısından girən kimi yataq otağına daxil oldu, pəncərənin barmaqlıqları qırılmışdı, otaqdakı seyf də açıq idi. Həmin evə təxminən ayda 1-2 dəfə gedirdi. Axırıncı dəfə təxminən oğurluq hadisəsindən ay yarım əvvəl həmin evdə olmuşdur, oğurlanan qadın paltarları ilə yanaşı karobkanın içərisinə yerləşdirdiyi, təxminən ədədi 350-370 dollar dəyərində üst geyimi dublyonka da oğurlanıb. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətməkdə təqsirli olmaları sübüta yetirilir və istintaq orqanı tərəfindən onların törətmiş olduqları cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə prosesində guya Zərərçəkmiş şəxs evindən təkbaşına yalnız 3 ədəd televizor, qaşıq kompelti və 50 kiloqram mis oğurlaması barədə verdiyii ifadəsini inandırıcı saymır, onun ifadəsinə tənqidi yanaşır, özünü və Təqsirləndirilən şəxs2 müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o digər oğurluq epizodları üzrə cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, Təqsirləndirilən şəxs1 ilkin ifadələrində özünü tam təqsirli bilərək, Zərərçəkmiş şəxs evindən etdiyi oğurluğu Təqsirləndirilən şəxs2 ilə birlikdə etdiyinini bildirmişdir. Məhkəmə eyni zamanda digər Təqsirləndirilən şəxs2 məhkəmə prosesində guya Zərərçəkmiş şəxs evindən yalnız velosiped oğurluq etdiyi barədə özünü təqsirli hesab etməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə edilməsi kimi qiymətləndirir. İş materiallarında olan tələbnamələrdən, qərarlardan və hökmlərin surətlərindən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 1 il 2 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Babayev X5 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 hazırki əməlini, barəsində çıxarılan Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il il hökmündən əvvəl törətmişdir, ona görə də hazırki hökmlə Abşeron rayon məhkəməsinin qeyd olunan hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmalıdır. Eyni ilə Təqsirləndirilən şəxs1 oğlu da hazırki əməlini, barəsində çıxarılan Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il hökmündən əvvəl törətmişdir, ona görə də hazırki hökmlə Abşeron rayon məhkəməsinin qeyd olunan hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmalıdır. Cinayət işində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri, ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasinı cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. İş materiallarında olan Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tutulmasının əvvəli xx.xx.2019-cu ildən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 tutulmasının əvvəli xx.xx.2019-cu ildən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb, hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiasına məhkəmə münasibət bildirərək, hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, sənədlər əslləri deyildir və notarial qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunverijiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3 maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerində saxlanılan bir ədəd 120 sm. dioqanallı 47LV3500 modelli “LG” markalı televizor və bir ədəd 94 sm. dioqanallı UE37ES6100 modelli “Samsung” markalı televizor Zərərçəkmiş şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekspertiza xərci təşkil edən 50 (əlli) manat alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 1 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerində saxlanılan bir ədəd 120 sm. dioqanallı 47LV3500 modelli “LG” markalı televizor və bir ədəd 94 sm. dioqanallı UE37ES6100 modelli “Samsung” markalı televizor Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekspertiza xərci təşkil edən 50 (əlli) manat müştərək qaydada alınıb dövlət büdcəsinə ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar