Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-154/2022 11.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş hüquqi şəxs Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi hissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı Nümayəndə2 və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, Sabunçu RPİ-nin Növbətçi hissəsində növbətçi köməkçisi işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 29 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yaşamış, 29 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 32.5, 232.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, qulluq mövqeyindən istifadə etməklə odlu silahı talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında (Təqsirləndirilən şəxs2 ilə birlikdə) qanunsuz olaraq odlu silah əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin (bundan sonra: RPİ) Növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində polis baş serjantı rütbəsində xidmət etdiyi zaman satıb gəlir əldə etməkdən ötrü tamah niyyəti ilə odlu silahı talamaq qərarına gəlib, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin Post-patrul xidməti (bundan sonra: PPX) bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edən X2 həmin cinayətin aləti olan silahı gizlətməkdə ona köməkçilik edəcəyinə dair qabaqcadan verdiyi vədini qəbul edərək, həmin cinayətin törədilməsinə yönəldilmiş hərəkətlərin həyata keçirilməsi üçün aralarında olan rol bölgüsünə əsasən 2020-ci ilin sentyabr ayının sonlarında istintaqa məlum olmayan dəqiq tarixdə, gecə vaxtı xidmətdə olarkən məsul növbətçinin istirahət saatlarında niyyətini həyata keçirmək üçün məqam yarandığından öz qulluq mövqeyindən istifadə etməklə Sabunçu RPİ-nin Növbətçi hissəsinin silah otağının açarlarını qeyri-aşkar şəraitdə götürüb qapını açaraq silah otağına daxil olmaqla orada yerləşən 3-cü piramida şkafın alt rəfində saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış 9x19 mm kalibrli “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli yivli odlu silah olan tapançanı, onun kompekt hissəsi olan iki ədəd darağı oğurlamaqla talayıb istifadəsində olan idman çantasına yerləşdirərək xidmətini təhvil verdikdən sonra qanunsuz olaraq əldə etdiyi odlu silahı, onun komplekt hissələrini daşıyıb üzərində gəzdirməklə əvvəlcə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında gizlədərək saxlamış, sonradan öz cinayətkar əməllərini davam etdirirək odlu silahı, onun komplekt hissələrini qanunsuz olaraq əldə edib saxlanması məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcandan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart ayının əvvəllərində sonuncunun istifadəsində olan ünvan 5 ünvanında yerləşən bağ sahəsindəki tikilidə gizlədib saxlamış, 05.04.2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının həmin ünvanda keçirdikləri axtarış tədbirləri nəticəsində cinayətin aləti olan silah, onun komplekt hissələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 228.2.1 və 32.5, 232.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, qulluq mövqeyin istifadə etməklə odlu silahı talamaya köməkçilik edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında (Təqsirləndirilən şəxs1 ilə birlikdə) qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini əldə edərək saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edən zaman Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində polis baş serjantı rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 Sabunçu RPİ-nin Növbətçi hissəsinin silah otağından qulluq mövqeyindən istifadə etməklə odlu silahı talayıb, cinayətin aləti olan silahı gizlətməyə köməkçilik edəcəyini qabaqcadan vəd edərək, qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin cinayətin törədilməsinə yönəldilmiş hərəkətlərin həyata keçirilməsi üçün aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 satıb gəlir əldə etməkdən ötrü tamah niyyəti ilə 2020-ci ilin sentyabr ayının sonlarında istintaqa məlum olmayan dəqiq tarixdə gecə vaxtı xidmətdə olarkən məsul növbətçinin istirahət saatlarında öz qulluq mövqeyindən istifadə etməklə Sabunçu RPİ-nin Növbətçi hissəsinin silah otağından qeyri-aşkar şəraitdə oğurlayıb taladığı və bununla da Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış 9x19 mm kalibrli “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli yivli odlu silah olan tapançanı, onun komplekt hissəsi olan iki ədəd darağı 2021-ci ilin mart ayının əvvəllərində istifadəsindəki ünvan 5 ünvanında yerləşən bağ sahəsindəki tikilidə gizlətməklə, bu üsulla qulluq mövqeyin istifadə etməklə odlu silahı talamaya köməkçilik edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edib, saxlamış, 05.04.2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının həmin ünvanda keçirdikləri axtarış tədbirləri nəticəsində cinayətin aləti olan silah, onun komplekt hissələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 münasibətdə isə Azərbaycan Respublikası CM-nin 228.2.1 və 32.5, 232.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin (bundan sonra: RPİ) Növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində polis baş serjantı rütbəsində xidmət edərkən satıb gəlir əldə etməkdən ötrü tamah niyyəti ilə Sabunçu RPİ-nin balansında olan odlu silahı talamaq qərarına gəlib, 2020-ci ilin sentyabr ayının sonlarında, naməlum tarixdə, gecə vaxtı xidmətdə olarkən məsul növbətçinin istirahət saatlarında niyyətini həyata keçirmək üçün məqam yarandığından öz qulluq mövqeyindən istifadə etməklə Sabunçu RPİ-nin Növbətçi hissəsinin silah otağının açarlarını qeyri-aşkar şəraitdə götürüb qapını açaraq silah otağına daxil olmaqla orada yerləşən 3-cü piramida şkafın alt rəfində saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış 9x19 mm kalibrli, “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli yivli odlu silah olan tapançanı, onun kompekt hissəsi olan iki ədəd darağı oğurlamaqla talayıb istifadəsində olan idman çantasına yerləşdirmiş, xidmətini təhvil verdikdən sonra qanunsuz olaraq əldə etdiyi odlu silahı, onun komplekt hissələrini özünə məxsus idman çantasında daşımaqla üzərində gəzdirib əvvəlcə yaşadığı ünvan 7 ünvanına gətirərək fərdi yaşayış evinin yataq otağında gizlədərək 2021-ci ilin mart ayının əvvəllərinədək həmin ünvanda saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquqmühafizə orqanlarının onun odlu silah talamada ehtiva olunan cinayət əməlindən şübhələnmələrini, şübhənin real olduğunu və buna görə tutula biləcəyini dərk edərək 2021-ci ilin mart ayının əvvəllərində törətdiyi cinayət hadisəsi və onun üzərinə yönəlmiş şübhələr barədə tanışı və onunla eyni ərazidə yaşayan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edən, Sabunçu RPİ-nin silah otağından bir ədəd tapança silahının və onun komplekt hissələrinin talanmasından məlumatlı olsa da, həmin tapançanın konkret olaraq kim tərəfindən talanmasından məlumatsız olan X3 məlumat verərək taladığı tapançanı və onun komplekt hissələrini sonuncunun ailəsinə məxsus olan, daimi yaşayış olmayan ünvan 8 ünvanda yerləşən bağ sahəsindəki evdə müvəqqəti olaraq gizlədib saxlamağı xahiş etdikdə, sonuncu Sabunçu RPİ-nin silah otağından bir ədəd tapança silahının və onun komplekt hissələrinin tanışı, polis nəfəri Təqsirləndirilən şəxs1 tərəfindən talandığını öyrənib bilmiş, lakin etiraz etməyib Təqsirləndirilən şəxs1 təklifini qəbul edərək sonuncu tərəfindən talanmış, cinayətin aləti olan tapançanı və onun komplekt hissələrini bir ədəd çantada özlərinə məxsus ünvan 8 ünvanda yerləşən bağ evində gizlətməyə Təqsirləndirilən şəxs1 icazə verməklə şərait yaratmış və bu hərəkətləri ilə qabaqcadan vəd etmədən Azərbaycan Respublikası CM-nin 232.2.3-cü maddəsində nəzərdə tutulan ağır cinayəti gizlətmiş, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdən qcandan əlbir olan bir qrup şəxs halında odlu silahı, onun komplekt hissələrini qanunsuz olaraq əldə edib saxlamış, ən nəhayət, Sabunçu RPİnin silah otağından oğurlanmaqla talanmış “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli bir ədəd odlu silah hesab olunan tapança və onun komplekt hissələri 05 aprel 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin (bundan sonra: BPİ) əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ailəsinə məxsus həmin ünvanda keçirilən axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 228.2.1 və 232.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini əldə edərək saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində polis baş serjantı rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 özünün qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin sentyabr ayının sonlarında naməlum tarixdə, gecə vaxtı xidmətdə olarkən məsul növbətçinin istirahət saatlarında Sabunçu RPİ-nin Növbətçi hissəsinin silah otağından oğurlayıb talamaqla qanunsuz olaraq əldə edib daşıdığı və 2021-ci ilin mart ayının əvvəllərindək özünün yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında saxladığı, odlu silah hesab olunan, zavod üsulu ilə hazırlanmış, 9x19 mm kalibrli, “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli bir ədəd tapançanı və onun komplekt hissəsi olan iki ədəd darağı hüquq-mühafizə orqanlarının özünə qarşı olan real şübhələrini dəf etmək, taladığı odlu silahın onda aşkarlanmasının qarşısını almaq məqsədilə 2021-ci ilin mart ayının əvvəllərində törətdiyi cinayət hadisəsi və onun üzərinə yönəlmiş şübhələr barədə tanışı və onunla eyni ərazidə yaşayan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edən, Sabunçu RPİ-nin silah otağından bir ədəd tapança silahının və onun komplekt hissələrinin talanmasından məlumatlı olsa da, həmin tapançanın konkret olaraq kim tərəfindən talanmasından məlumatsız olan, baxılan iş üzrə digər təqsirləndirilən şəxs X3 məlumat verərək taladığı tapançanı və onun komplekt hissələrini sonuncunun ailəsinə məxsus olub daimi yaşayış olmayan ünvan 8 ünvanda yerləşən bağ sahəsindəki evdə müvəqqəti olaraq gizlədib saxlamağı xahiş etdikdə, sonuncu Sabunçu RPİ-nin silah otağından bir ədəd tapança silahının və onun komplekt hissələrinin tanışı, polis nəfəri Təqsirləndirilən şəxs1 tərəfindən talandığını öyrənib bilmiş, lakin etiraz etməyib Təqsirləndirilən şəxs1 təklifini qəbul edərək sonuncu tərəfindən talanmış, cinayətin aləti olan tapançanı və onun komplekt hissələrini bir ədəd çantada özlərinə məxsus ünvan 8 ünvanda yerləşən bağ evində gizlətməyə Təqsirləndirilən şəxs1 icazə verməklə şərait yaratmış və bu hərəkətləri ilə qabaqcadan vəd etmədən Azərbaycan Respublikası CM-nin 232.2.3-cü maddəsində nəzərdə tutulan ağır cinayəti gizlətmiş, həmçinin Təqsirləndirilən şəxs2 həmin tarixdən Təqsirləndirilən şəxs1 ilə qcandan əlbir olan bir qrup şəxs halında “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli odlu silahı, onun komplekt hissələrini qanunsuz olaraq əldə edib saxlamış, ən nəhayət, Sabunçu RPİ-nin silah otağından oğurlanmaqla talanmış “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli bir ədəd odlu silah hesab olunan həmin tapança və onun komplekt hissələri Bakı şəhər Baş Polis İdarəsinin (bundan sonra: BPİ) əməkdaşları tərəfindən 05 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ailəsinə məxsus həmin ünvanda keçirilən axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 228.2.1 və 307.2-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində polis baş serjantı rütbəsində xidmət etmişdir, ailəlidir və 3 övlad sahibidir. Polisdə işlədiyi müddətdə borcları yaranmışdır. Borcları barədə dostlarının bir neçəsinə, o cümlədən uşaqlıq dostu, eyni zamanda onunla eyni RPİ-də polis nəfəri kimi xidiət edən Təqsirləndirilən şəxs2 də demişdir. O, Elxanın özünün də müəyyən qədər borclarının olduğunu bilmişdir. Borclarını bağlamaq üçün nə etmək lazım olduğunu fikirləşmiş, lakin münasib və sadə yol tapa bilməmişdir. Çox fikirləşib, sonda xidməti iş yerindən tapança götürüb satmaqla borclarını bağlaya biləcəyi qərarına gəlmiş, eyni zamanda Elxanın da borclarından müəyyən qədər bağlaya biləcəyini fikirləşmişdir. Lakin bu barədə Elxan ondan heç bir xahiş etməmişdir. Tapançanı oğurladığı tarixi dəqiq xatırlamasa da, hadisə günü növbətçinin Seyidov olduğunu yaxşı xatırlamışdır. Gecə saat 03-04 arasında, növbətçinin Seyidoun istirahət saatlarında, yəni onun yatdığı vaxt sonuncunun cibindən silah saxlanılan anbarın açarlarını götürmüş, səs-küy olmaması üçün siqnalizasiyanı söndürmüş və anbara girmişdir. Həmin vaxt növbətçi hissənin sürücüsü başqa bir haisə yerinə getdiyindən RPİnin növbətçi hissəsində ondan və növbətçidən başqa heç kəs olmamışdır. Silah anbarında 3-cü piramidadan bir ədəd “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli tapançanı götürüb xidmətə gedərkən özü ilə götürdüyü idman çanetasına qoymuş və xidmətdən çıxarkən çantada evlərinə aparmışdır. Onun götürdüyü tapança yeni silahlar olmuş, RPİ-yə gətiriləndən sonra hələ qeydiyyata alınmamış silahlar olmuşdur. Silahı götürərkən markasını bilsə də, nömrəsini bilməmişdir. Növbəti gün laqonda (burada: elektriklə işləyən kəsici-cilalayıcı alət) ilə silahın nömrəsini silmiş və silahın gövdəsinə uyğun qara rəçngli boya ilə boyamış və yaşadığı evdə gizlətmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, qorxduğundan silahı götürməsi barədə heç kimə heç nə deməmişdir. Lkin silahı satıb sata bilməyəcəyi barədə fikirləşmişdir. O, növbətçi hissədə işləməzdən əvvəl PPX-da xidmət etmişdir ki, həmin vaxt onun 30.000 - 40.000 manat borcu olmuşdur və borclarından 10.000 manatını atasının köməyi ilə qaytarmış, qalanını isə özü işləyib ödəmişdir. Lkin növbətçi hissədə işləyərkən təqribən 2.000 manat borcu olmuş və bu borc barədə artıq atasına demək istəməmişdir. Silahın qiymətinin isə təqribən 10.000 manat ola biləcəyini fikirləşmişdir. Həmin ərəfələrdə Elxanın da borcları olmuş və o da həmin borclarını ödəyə bilməmişdir. Silahı sata biləcəyi təqdirdə Elxana da kömək etmək niyyətində olmuşdur. Lakin bu barədə Elxan özü ondan heç nə xahiş etməmişdir. Amma silahı götürəndən 15-20 gün sonra sözarası Elxana RPİdən silah götürdüyünü və nömrəsini silmək istədiyini demiş, Elxan isə cavabında ona “özün bilərsən” cavabını vermiş, başqa reaksiya göstərməmişdir. Bundan sonra silahı satmaq istəsə də, qorxusundan heç kimə deyə bilməmiş, silahı sata bilməmiş və nə də qaytarıb yerinə qoya bilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, o, silahı götürdükdən xeyli vaxt sonra yoxlama gəlmiş və yoxlama nəticəsində Sabunçu RPİ-dən “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli tapançanın yoxa çıxması müəyyən edilmiş və bununla bağlı daxili təhqiqat başlamışdır. Hamı kimi o da növbətçi köməkçisi olaraq tez-tez təhqiqata çağrılmış, izahatları alınmışdır. Lakin o, əməlini etiraf etməmişdir. Amma bunun üstünün nə vaxtsa açılacağını, ona görə də tutula biləcəyini fikirləşib silahı evində gizlətdiyi yerdən çıxarıb başqa yerdə gizlətmək qərarına gəlmişdir. Həmçinin həmin ərəfədə BBPİ-nin əməkdaşları onunla və daha 2-3 nəfərlə ciddi maraqlandıqlarından o, silahın onda olmasından şübhələnə biləcəklərindən və onun evində axtarış aparılacağından qorxaraq silahı başqa bir yerdə gizlətməyi planlaşdırmışdır. Elxanla uşaqlıqdan dost olduqlarını və sözü möhkəm adam olduğunu, onların evlərinə yaxın özlərinə məxsus yaşayış olmayan bağ evlərinin olduğunu və tapançanın orada gizlədilməsinin mümkünlüyünü fikirləşib Elxana müraciət etməyi qərara almışdır. Elxangilin evləri ilə onların evi arasında 50-60 metr məsafə olmuş, onunla tez-tez görüşmüşlər. O, Elxanla sirdaş olmuş, ona çox inanmışdır. Odur ki, Elxanla məhəllədə görüşüb söhbət edərkən ona RPİ-dən götürdüyü tapança ilə əlaqədar ondan (Təqsirləndirilən şəxs1) şübhələnildiyini demiş, həmin tapançanı hissələrə ayırıb aparıb gölə atmaq istədiyini bildirmişdir. Elxan isə tapançanın ümumiyyətlə yoxa çıxarılmasını məsləhət bilməmiş, tapıb götürmələri üçün həmin tapançanı aparıb Sabunçu RPİ-nin ərazisinə atmağı məsləhət bilmişdir. Lakin o, Elxana qorxduğunu, kameralara düşə biləcəyini demiş və həmin tapançanı müvəqqəti olaraq onların bağında gizlətməyi xahiş etmişdir. Elxan buna etiraz etməmiş, onsuz da bağ evində yaşayış olmadığını bildirmişdir. Elxanla onun arasında bu məzmunda söhbət 02 və ya 03 mart 2021-ci il tarixdə olmuşdur. 04 mart 2021-ci il tarixdə isə “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli həmin tapançanı, onun komplekt hissəsi olan iki ədəd darağı və bir-iki dənə xırda şeyləri, martın 4-də gizlətdiyi yerdən elə sumkada götürüb Elxanla danışmış və razılaşıb onların bağında görüşmüşlər. Çantada olan silahı Elxan görmüş, ondan harada gizlətməyi soruşduqda sonuncu içəridə otaqların istənilən birində gizlədə biləcəyini ona demişdir. O da tapançanı çantaqarışıq içəri keçirib lazımsız əşyaların yığıldığı otaqda şkafın içərisində gizlətmişdir. Onun tapançanı gizlətdiyi yeri Elxan özü də görmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra yalnız bir dəfə - 8 mart 2021-ci il tarixdə tarixdə Elxangilin bağına getmiş, guya silahı götürmək istədiyini Elxana demişdir. O, silahı gizlətdiyi otağa getmiş, lakin silaha baxmamış, silahı götürməmiş, təndir dımexodunu (burada: təndirin tüstü bacası) götürüb qayıtmışdır. Belə ki, o, ilk dəfə Elxangilin həyətində olarkən orada istifadəsiz təndir dımexodu olduğunu görmüş, Elxana həmin dımexoda ehtiyacının olduğunu bildirdikdə Elxan etiraz etməmişdir. Həmin gün Elxan silaha baxmaq üçün onunla otağa daxil olmamış, onun silahı götürüb-götürmədiyini görməmişdir. Araşdırmaların gedişatında “banditizm”də (burada: BMCMİ) silahın yerini göstərəcəyi təqdirdə sərbəst buraxılacağına söz verilmişdir. Bundan başqa, Sabunçu RPİ-nin rəisi Eldar İlyasov onunla şəxsən görüşməsə də, şəxsi heyyətin bəzi üzvləri ilə görüşərkən özünün namusuna and içmiş, silahı götürən şəxsin gətirib yerinə qoyacağı təqdirdə, həmin şəxsi bağışlayacağını bildirmişdir. Bundan sonra, silahın itməsi ilə bağlı araşdırmaların gedişatında əsil həiqəti deməmiş, Elxanın adını vermiş, 2021-ci il aprel ayının 5-nə kimi özünün deyil, silahı Elxanın götürdüyünü bildirmişdir. 2021-ci il aprel ayının 5-də isə onun Sabunçu RPİ-nin silah anbarından götürdüyü silah Elxangilin bağından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsinin yekununda göstərdi ki, əsil həqiqətdə silahın Sabunçu RPİ-nin silah anbarından götürülməsində Elxanın heç bir rolu olmamış, Elxanın ona köməyi yalnız silahı onların bağında gizlətməsinə icazə verməsi olmuşdur. Hadisədən əvvəl xidməti iş yerindən silah götürəcəyi və ya sonra həmin silahı satmaq barədə Elxanla heç bir məsləhətləşmə aparmamışdır O, özü evli olmuş, iki azyaşlı uşaq sahibi olmuşdur. Odur ki, tutulacağı təqdirdə ailəsinin pis vəziyyətə düşə biləcəyindən qorxaraq Elxanın adını vermişdir. Belə ki, Elxan subay olmuş, sonuncu tutularsa, ona kömək edə biləcəyini düşünmüş və ona görə də hadisəni özünün deyil, Elxanın törətdiyini bildirmişdir. Bunun üçün ona istiqamət verən və ya təzyiq göstərən olmamışdır. Amma sonralar əməlini qismən etiraf etmiş və hadisəni Elxanla birgə törətdiyini demişdir. Lakin hazırda tutduğu əməldən səmimi peşimandır və məhkəmə baxışı zamanı verdiyi ifadəsinin doğru ifadə olduğunu məhkəmənin qəbul etməsini xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində bir neçə dəfə, biri digəri ilə ziddiyyət təşkil edən, müxtəlif məzmunlarda izahat və ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahat və ifadələri arasında müəyyən olunan ziddiyyətlər, həmçinin məhkəməydək icraat mərhələsində verilmiş ifadələrin özlərinin birinin digərinə ziddiyyət təşkil etməsi səbəbindən qeyd olunan ifadələr məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Belə ki, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilk - 03 aprel 2021-ci il tarixli ifadəsindən, həmiçinin bundan əvvəl aparılan təhqiqat araşdırması mərhələsində vermiş olduğu 22 yanvar və 01 aprel 2021-ci il tarixli izahatlarından görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini ümumiyytlə etiraf etməmiş, Sabunçu RPİ-nin silah otağında yoxlama aparılarkən yerində olmadığı müəyyən edilmiş “Zəfər-K” modelli, AZTKA 7699 nömrəli bir ədəd tapançanın Sabunçu RPİ-nin silah otağına gətirilməsindən, həmin tapançanın hansı şəraitdə yoxa çıxmasından xəbərsiz olduğunu göstərmişdir (iş vərəqə: cild İ, səh.27, 64, 221-224). Lakin məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs1 istintaq orqanına 05 aprel 2021-ci il tarixli ərizə ilə müraciət edhib əlavə ifadə vermək istədiyini bildirmiş və onun bu xahişi təmin edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı tədqiq olunan ərizəsinə əsasən vermiş olduğu enyi tarixli, 05 aprel 2021-ci il tarixli ifadəsində tamamilə fərqli ifadə verib göstərmişdir ki, RPİ-nin NH-dən AZTKA 7699 nömrəli Zəfər K markalı tapançanın yoxa çıxması ilə bağlı 15 mart 2021-ci il tarixdə əvvəllər Sabunçu RPİ-də xidmət etmiş Nizami Mustafayev izahatı almaq üçün Bakı Şəhər BPİ-nə dəvət olunduqdan sonra Nizami elə həmin gün yaxın ailəvi münasibətləri olduğu Soyanxan Mustafayevin evinə getmişdir. Soyanxan Mustafayev onlarla (t/ş Təqsirləndirilən şəxs1lə) bir qəsəbədə qonşuluqda yaşamış və onun oğlu Təqsirləndirilən şəxs2 isə Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət etmişdir. Az əvvəl o, (t/ş Təqsirləndirilən şəxs1) DİO-dan xaric edildiyindən Nizami buna görə özünü günahkar bilmiş və Soyanxan Mustafayevin evinə gedərək sonuncu ilə birlikdə onun atasının yanına gəlib üzrxahlıq etmək istəmişdir. X10ra gəlməyi məsləhət görməmişdir. Ondan sonra Soyanxanın oğlu Elxan onun yaşadığı evə gəlib onu soruşmuş, həmin vaxt o, evdə olmadığından onu anası qarşılamışdır. O, evə qayıtdıqda Elxanın onu axtardığını öyrənib axşamçağı, hava qaralmamış o, Elxangilin evlərinə getmiş, orada X4 görüşmək istədiyini bildirmiş, həmçinin silahın yoxa çıxmasının nə yerdə olmasını soruşmuşdur. O, özünün Bakı Şəhər BPİ və Sabunçu RPİ tərəfindən tez-tez çağırıldığını bildirdikdə, Elxan ona bir söz demək istədiyini bildirmiş, ancaq bu barədə söyüş qoyub, kiməsə məlumat verməməyi xahiş etmişdir. O da heç kimə bu barədə bir söz deməyəcəyi barədə söz verib Elxanı arxayın etmişdir. Həmin vaxt Elxan ona, çoxlu borcunun olduğunu bildirmiş, o dəmir parçasının özündə olduğunu, satıb borclarını ödəmək istədiyini demişdir. O, Elxandan nə dəmir parçası olmasını soruşduqda, Elxan Sabunçu RPİ-nin NH-dən yoxa çıxmış “Zəfər K” markalı tapançanı özünün götürdüyünü bildirmişdir. Bunu necə etdiyini soruşduqda Elxan hərbi vəziyyət rejimi tətbiq olunan zaman silah otağına keçib bronejilet (burada: zirehli jilet) və onun üzərindən geyinilən üst geyimini götürən zaman 3 nömrəli şkafın ağzının açıq vəziyyətdə olduğunu gördüyünü, oradan “Zəfər K” markalı tapançanı qutusu qarışıq götürüb bonejiletin altında gizlədərək oradan çıxdığını bildirmiş və həmin silahın satılmasında ona köməklik göstərməyi xahiş etmişdir. O isə Elxanın təklifinə etiraz edərək bu işə onu qatmamağı xahiş etmişdir. Bundan sonra onlar ayrılıb çıxıb getmişlər. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, növbəti gün, yəni 16 mart 2021-ci il tarixdə o, axşam evdə olarkən Elxan onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil nömrədən WhatsApp proqramından istifadə etməklə zəng edərək ondan idman çantası istəmiş və onların yaşadığı evə gətirməyi xahiş etmişdir. O, etiraz etməyib özünə məxsus kürəyə keçirilən qara rəngli idman çantasını götürüb Elxangilin yaşadığı evin qarşısına getmişdir. Elxan orada onu yaşadıqları evlə üzbəüz bağ sahəsinə keçirmiş, o, bağ sahəsinə keçəndən sonra darvazanın ağzında içəri tərəfdə çantanı çiynindən çıxararaq Elxana vermişdir. Elxan çantanı darvazadan girişdə sağ tərəfdə olan otağın qarşısına söykəmiş və silahı ona göstərmək istəmişdir. O, etiraz etmədikdə Elxan bağ sahəsində sol tərəfdə olan 4 otaqdan birinci başdakı otağın qapısını açıb içəri keçmiş, o, isə qapının ağzında dayanmışdır. Otaqda çoxlu məişət əşyaları yığılmışdır. Elxan baş tərəfdə olan şkafın siyirmə qapısını açaraq oradan ağ rəngdə olan selofan torbanı götürüb içindən silah qutusunu götürərək qapının ağzına çıxarmışdır. Silah həmin qutusunun üstü təmiz vəziyyətdə olmuşdur. Elxan qutunu açmış və içərisindəki “Zəfər K” markalı tapançanı çıxarıb ona göstərmişdir. Silah yağlanmış vəziyyətdə olmuş, üzərində olan nömrəsi silinsə də bir qədər hissəsi silinməmiş qalmışdır. Bundan sonra o, silaha baxıb Elxanın özünə qaytarmış, siqaret yandırıb darvazaya tərəf gedərək oradan çıxıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, təxminən 2 gün sonra günorta saatlarında o, ortaq tanışları olan Şahid4la görüşən zaman sonuncu ona “Elxanın başı qaçıb deyəsən, mənə təklif edib ki, onda “Zəfər K” markalı tapança vardır, müştəri tap, təxminən 2500-3000 manat civarmda sataq” sözlərini dediyini bildirmişdir. Kamilin deməsinə görə o, Elxana bu məsələdən xəbərinin olduğunu demiş, Elxana bu işə qarışmamağı və onu da bu işə qatmamağı tövsiyyə etmişdir. Kamildən ayrıldıqdan sonra həmin gün axşam saatlarında Elxan ona zəng vuraraq çantanı onun özünə qaytarmışdır. O, Elxanın yanında çantanın içərisinə baxmamış, lakin evə getdikdən sonra çantanın içərisinə baxdıqda çantanın içərisinin palçıqlı, tozlu-torpaqlı olduğunu görmüşdür. Lakin səbəbini Elxandan soruşmamışdır (iş vərəqə: cild İ, səh. 228-230). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs1 cəmi bir gün sonra verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan 06 aprel 2021-ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin ifadəsində bir gün əvvəl qeyri-səmimi ifadə verdiyini qeyd edib göstərmişdir ki, 2020-ci ilin təxminən sentyabr ayında Təqsirləndirilən şəxs2 silah anbarından bir ədəd tapança çıxarıb ona verməyi xahiş etmiş, satıb borclarını ödəyəcəyini demişdir. Elxanın silahı satdıqda təxminən 200-300 manat da ona verəcəyini fikirləşib Elxanın xahişi ilə razılaşmışdır. 2020-ci ilin sentyabr ayında hərbi vəziyyətlə əlaqədar polis əməkdaşlarına silahlar verilərkən, Elxanla əvvəlcədən razılaşdıqları kimi, sonuncu digər polis əməkdaşları ilə bərabər silah anbarına gəlmiş, o, razılaşdıqları kimi hamıdan axıra qalmış, o, (t/ş Təqsirləndirilən şəxs1) 3-cü piramidadan bir ədəd “Zəfər K” markalı tapançanı qutusu ilə birlikdə götürüb Elxana vermiş, tapançanı sonuncunun əynində olan bronejiletin cibində, qutunu isə Elxana məxsus azuqə çantasında gizlətmişlər və Elxan tapançanı aparmışdır. 2021-ci ilin mart ayınadək Elxanla telefonla əlaqə saxlasa da, qorxduğu üçün tapança ilə maraqlanmamışdır. Həmin ərəfədə Elxanın dəvəti ilə onların bağına getmiş, Elxan tapançanı bağda gizlətdiyini ona demiş, hətta göstərmiş və tapançanı həmin vaxt onun (t/ş Təqsirləndirilən şəxs1) əlində olan çantada saxlamağı xahiş etmişdir. Silahın gizlədilməsi və ya Sabunçu RPİ-nin ətrafına atılması barədə müxtəlif fikirlər ortaya çıxmış, lakin o, silahın saxlanıldığı yerin etibarlı yer olduğunu bildirib, özünə məxsus çantanı Elxana verib getmişdir. Sonradan o, WhatsApp proqramı vasitəsi ilə Elxana səsli mesaj atıb çantasını götürmək istədiyini bildirdikdə sonuncu buna etiraz etməmiş və o, gedib çantasını Elxandan almışdır (iş vərəqə: cild İ, səh. 263-265). Lakin Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs qismində dindirildiyi 30 aprel 2021-ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 232.2.1 və 232.2.3-cü maddələri ilə irəli sürülmüş 30 aprel 2021-ci il tarixli ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşdırıb silahı oğurlamışdır. Belə ki, o, DİO-da 2013-cü ildən işləməyə başlamış, 2016-cı ildən 21 mart 2021-ci il tarixədək Sabunçu RPİ-nin NH-də növbətçi köməkçisi vəzifəsində polis baş serjantı rütbəsində işləmişdir. Növbətçi köməkçisi kimi vəzifəsi 102 xidmətindən daxil olmuş məlumatları, xidməti telefona daxil olan zəngləri cavablandırmaq, efir vasitəsi ilə daxil olan məlumatları qəbul edib, naryadları təlimatlandırmaqdan ibarət olmuşdur. O, bir gün 09-dan növbəti gün 09-a qədər, yəni 24 saat xidmətdə olmuş, iki gün isə istirahət etmişdir. Onun işlədiyi müddətdə məsul növbətçisi Şahid3 olmuşdur. Növbədə olduğu müddətdə daima saat 23-dən 03 radələrinə qədər o, yatıb istirahət etmiş, sonra isə məsul növbətçi özü yatmağa getdiyi üçün onu əvəz etmişdir. Növbətçi hissədə yerləşən silah otağının açarı da daima məsul növbətçinin özündə olmuş, köməkçi kimi onun özünün həmin otağa daxil olmaq səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan bir məhəllədə böyümüş, münasibətləri olmuş, onların ailəvi gediş-gəlişləri olmuş, sonuncu Sabunçu RPİ-nin PPX Bölüyündə polis nəfəri kimi xidmət etmişdir. 2020-ci ilin avqust ayının təxminən sonlarında o, Təqsirləndirilən şəxs2lə söhbət edən zaman o, Elxana onların hər ikisinin maddi vəziyyətinin yaxşı olmadığını demiş, bəlkə növbətçi hissədən silah oğurlayıb, satib borclarını ödəmələri barədhə təklif etmişdir. Belə ki, onun bildiyinə görə həmin ərəfədə Elxan anasına məxsus qızıl boyunbağını lombarda qoyub pul götürmüş, buna görə onun 4000-5000 manat borcu yaranmışdır. Elxan onun bu təklifini qəbul etmiş və silahı satmaqda ona köməklik edə biləcəyini bildirmişdir. Aralarında olan bu razılaşma ilə bağlı heç kimə məlumat verməmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının son günlərində, Azərbaycan Respublikasında hərbi vəziyyət elan olunmuş dəqiq yadında qalmayan tarixdə o, növbədə olarkən həmin vaxtlar hərbi vəziyyətlə əlaqədar xidmətə çıxan polis əməkdaşlarına növbətçi hissədən bronejilet və kaska verilmişdir. Həmin bronejilet və kaskalar silah otağında saxlanılmış, xidmətə çıxan polis əməkdaşları beş-beş içəri keçib oradan bronjilet və kaskalar götürmüşlər. Həmin gün Elxan özü də növbətçi hissəyə gəlib silah otağından bronejilet və kaska götürmüşdür. Elxan növbətçi hissəyə gələn zaman onunla söhbət etmiş, gecə növbətçi yatandan sonra silah otağından silah götürəcəyini ona demişdir. Elxan ona etiraz etməmiş və silahı oğurlayarkən ehtiyatlı olmağı tapşırmışdır. Həmin vaxt məsul növbətçi Şahid3 məzuniyyətdə olduğundan onu digər xidmətin əməkdaşı əvəz etmişdir. Həmin vaxt onu əvəz edən məsul növbətçinin dəqiq xatırlamasa da, NMB-nin əməkdaşı Sayiq Kərimovun əvəz etdiyini təqribən bilmişdir. Sayiq başqa xidmətdən gəldiyi üçün növbətçi hissənin idarə edilmə qaydalarına tam bələd olmamışdır. Buna görə də həmin gün silah otağının açarı məsul növbətçi kimi onun razılığı ilə onda olmuşdur. Məqsəd silahları paylamaqda ona köməklik etmək olmuşdur. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, saat təxminən 03-dən sonra növbətçi istirahət etməyə getdiyindən o, növbətçi otağında tək qalmışdır. Ona görə də silah otağının qapısını özündə olan açarla açıb içəri daxil olmuşdur. Həmin otaqda həyəcan siqanlı olsa da, səsi zəif çıxdığından o, içəri daxil olan kimi dərhal siqanlı söndürmüşdür. Bundan sonra sol tərəfdə açarların asıldığı rəfdən 3-cü piramidanın açarını götürmüş, 3 (üç) nömrəli piramidanın aşağı hissəsində təhkim olunmamış silahlar olduğunu qabaqcadan bilmişdir. Həmin açarla 3 nömrəli piramidanın qapısını açıb aşağıdan ikinci cərgədə yerləşən “Zəfər-K” markalı AZTKA 7699 nömrəli tapançanı qutusu qarışıq götürüb özü ilə evdən gətirdiyi idman çantasına qoymuş, üstünü isə əşyaları ilə örtmüş, sonra həmin çantanı istirahət otağında olan şkafa qoymuşdur. O, silahı götürən zaman tək olmuş, heç kim bu hadisənin şahidi olmamışdır. O, silahı götürəndən sonra özünə məxsus ***-***-**-** nömrəsindən Elxanın istifadəsində olmasını bildiyi ***-***-**-** nömrəsinə WhatsApp proqramı vasitəsi ilə “155” rəqəm ifadələrini yazmışdır. Polis əməkdaşıları arasında “155” hər şey qaydasındadır mənasını vermişdir. Həmin gün saat 09 radələrində növbəni təhvil verikdən sonra çantasına yerləşdirdiyi oğurladığı tapançanı götürüb öz evinə getmiş, evin namaz qılmaq üçün nəzərdə tutulan boş otağında olan çarpayının altında kimsənin xəbəri olmadan həmin silahı gizlətmişdir. Təxminən 5-10 gün sonra Elxanla görüşərkən o, sonuncuya oğurladığı silahın nömrəli olduğunu, onu belə vəziyyətdə sata bilməyəcəklərini, polis silahı olmasının dərhal aydın olacağını demiş, silahın üzərində olan nömrəni silməyi təklif etmişdir. Elxan onun bu təklifinə etiraz etməm iş, «özün bilərsən» deyə cavab vermişdir. Elxanla o, həmin silahı təxminən 2000-3000 min manata satmağa və pulu bölməyi planlaşdırmışdılar. Silahı oğurladıqdan təxminən 10 gün sonra evlərinin həyətində olan laqonda aparatı (burada: çoxfunksifalı yonucu- kəsici alət) ilə silahın üstündə olan nömrəsini yonub silmiş, silahın boya gedən hissəsini qara rəngli boya ilə rəngləmiş və yenidən çarpayının altında gizlətmişdir. Onun silah oğurlamağından, evdə silah saxlamağından ailə üzvlərinin ümumiyyətlə məlumatı olmamışdır. Həmin otaqdan çox azaz istifadə olunduğundan kiminsə şübhələnməməsi məqsədilə tapançanı həmin otaqda gizlətmişdir. Silah təxminən 6 ay onun evində olmuşdur. Bu müddət ərzində Elxanla dəfələrlə silahı satmaqla bağlı söhbət etsə də, müştəri tapa bilməmişlər. Həmçinin hadisənin üstünün açılmasından qorxduqları üçün çox adama onlarda silah olmasını deyə bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin təxminən fevral-mart ayları ərzində silahın itməsi ilə bağlı teztez BŞBPİ-nə dəvət olunduqlarından o, yaşadığı evdə axtarış aparıla biləcəyindən qorxaraq 2021-ci ilin mart ayının təxminən 2-si ya 3-ü tarixində saat 18-19 radələrində silahı idman çantasında götürüb Elxangilin evlərinə getmiş və vəziyyəti ona izah etdikdən sonra silahı Elxangilin həyətində yerləşən yarımçıq tikilidə gizlətmək qərarına gəlmişlər. Elxan özü də buna etiraz etməmiş və onlar həmin tikiliyə daxil olaraq silahı orada yerləşən rəfin alt hissəsində gizlətmişlər. Bu hadisələrin də heç bir şahidi olmamışdır. 2021-ci ilin mart ayı ərzində Təqsirləndirilən şəxs2lə telefonla danışsa da, qorxduğu üçün silahı nə etməsi ilə maraqlanmamışdır. O, artıq bu məsələdən çox qorxmuş, ona görə də hətta görüş zamanı Təqsirləndirilən şəxs2 silahı aparıb Sabunçu RPİ-nin yaxınlığında bir yerə atmağı təklif etmiş, «qoy oradan götürsünlər» demişdir. Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşmamış, kamera ilə baxıb görə biləcəklərini, sonra onlara problem yarana biləcəyini demişdir. Sabunçu RPİ-nin silah otağından “Zəfər K” markalı tapançanın yoxa çıxması məlum olduqdan sonra, idarənin aidiyyəti polis əməkdaşları, o cümlədən onun özü bir neçə dəfə araşdırmaya dəvət edilmiş, izahatları alınmışdır. 03 aprel 2021-ci il tarixdə isə fakta görə başlanmış cinayət işi üzrə onun şahid qismində ifadəsi alınmışdır. Həmin izahatlarda və şahid qismində verdiyi ifadəsində o, qeyri-səmimilik edərək “Zəfər K” markalı 19 ədəd tapançanın 19 avqust 2020-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinə gətirilməsindən, “Zəfər K” markalı tapançanın hansı şəraitdə və necə yoxa çıxmasından məlumatının olmadığını bildirmişdir. Şahid qismində verdiyi ifadədən sonra çox götür-qoy etmiş, onsuz da bu məsələnin üstünün nə vaxtsa açılacağını və məsuliyyətdən yaxa qurtara bilməyəcəklərini fikirləşmiş, məsuliyyətinin bir qədər yüngül olması üçün Təqsirləndirilən şəxs2lə törətdikləri cinayət əməlini səmimi etiraf etmişdir. Ona görə də, 05 aprel 2021-ci il tarixdə Bakı şəhər BPİ-nin İstintq və Təhqiqat İdarəsinə ərizə ilə müraciət edərək 03 aprel 2021-ci il tarixdə verdiyi ifadəsində müəyyən xüsusatları qeyd etmədiyini göstərmiş, əlavə ifadəsinin alınmasını xahiş etmiş və buna görə onun əlavə ifadəsi alınmışdır. Əlavə verdiyi ifadəsində o, Təqsirləndirilən şəxs2lə törətdikləri cinayət əməlini səmimi etiraf etmiş, hazırda da etdiyi əməldən çox peşiman olmuşdur. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, əvvəllər ifadə verən zaman həyəcanlı olmuş, buna görə də bəzi xüsusatları tam şəkildə qeyd etməmiş, hər dəfə fərqli ifadə verməyinin onun xeyrinə olacağını zənn etmişdir. Əslində hadisə hazırda ifadəsində göstərdiyi şəraitdə baş vermişdir. Əvvəllər BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində vermiş olduğu ifadələri deyil, hazırki ifadəsini təsdiq edir. Silah oğurlayıb satmaq təklifini Elxana o vermiş, silahı da özü növbədə olan zaman silah otağından oğurlamışdır. Elxan bu hadisələrdən xəbərdar olmuş, onun növbətçi hissəyə daxil olmaq səlahiyyəti olmadığından onlar silahı özünün oğurlamasından sonra satıb, əldə etdikləri gəliri bölüşdürməyi razılaşmışlar. “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli tapançanı konkret olaraq hansı tarixdə oğurladığını dəqiq xatırlamasa da, 2020-ci ilin sentyabr ayının sonlarında olduğunu ehtimal edir. Həmin gün məsul növbətçi ya Şayiq Kərimov, ya da ki, Azər Alıyev olmuşdur. Silahı məsul növbətçi istirahət edən zaman gecə saatlarında o özü silah otağından oğurlamışdır. O, silahın “Zəfər-K” markalı olduğunu qabaqcadan bilmiş, nömrəsini isə oğurladıqdan sonra görmüşdür. Son zamanlar hərbi vəziyyətlə əlaqədar olaraq silahlar daha çox paylandığınndan məsul növbətçi tək olaraq həmin işləri çatdırmadığı üçün növbətçi köməkçisi kimi onun özü də tez-tez silah otağına daxil olub məsul növbətçiyə köməklik etmişdir. Həmin otaqda olan primidalardan yalnız 1, 2 və 6-cı piramidada yerləşən silahlar əməkdaşlara təhkim olunmuşdur. Lakin 3, 4, 5 və 7 nömrəli piramidalara isə əsasən avtomat və təhkim olunmamış silahlar yığıldığından həmin piramidaların qapısı açarla daim bağlı və möhürlənmiş vəziyyətdə olmuşdur. Həmin gün açar onda olduğundan o, heç kimin şübhələnməməsi məqsədi ilə özü qəsdən təhkim olunmamış silahdan oğurlamışdır. Həmin silahlar kitaba yazılmadığı üçün gündəlik təhvil-təslimi aparılmamışdır. O, götürdüyü silahın qutusunun içərisində iki ədəd patron sandığı, plastik qabda yağ, silah təmizləyici və kitabça olmuşdur. Həmin silahın üzərində olan nömrə onun özü tərəfindən laqonda vasitəsi ilə silinmişdir. Həmin laqonda hazırda onun yaşadığı evdə təsərüffat mallarının toplandığı qarajdadır. Hətta silahı boyadığı qara rəngli boya da evdədir. O, bu işi tək görməsinə baxmayaraq, Elxanı qabaqcadan xəbərdar etmişdir. Onun özü də silahın nömrəsinin silinməsini ona təklif etmişdir. Elxan yalan danışır. Silahı oğurlayıb, satmaqla bağlı hadisədən bir neçə gün əvvəl öz aralarında qabaqcadan razılaşmışlar. Elxan onun silah oğurlayacağını bilmiş və silahı da bir yerdə gizlətmişlər. Əgər Elxanın bu işdə heç bir iştirakı olmamışdırsa, onda hansı səbəbdən o, gedib rəhbərliyə bu barədə məlumat verməmişdir. Bu işi Elxanla qabaqcadan əlbir olub törətmişlər, silah onlarda olduğu müddətdə ondan istifadə edilməmiş, yalnız üzərində olan nömrəni silmişdir. Törətdiyi əməldən peşimandır (iş vərəqəsi: cild İİ, səh.126-132). Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı tədqiq olunan daha bir - 14 iyun 2021-ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 hər şeyin qaydasında olmasını sms vasitəsi ilə deyil, “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə zəng vurub bildirmiş, eyni zamanda xeyli müddət keçdiyi üçün tam şəkildə xatırlaya bilməmişdir. O, həqiqətən 2021-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 gəlib çantanı götürmək istəməsi və həyətə baxmaq istəməsi məzmununda sms yazmışdır. Lakin BŞBPİ-də aparılan araşdırma zamanı bütün məsuliyyəti Elxanın üstünə atmaqdan ötrü Elxana belə bir sms yazmadığını bildirmişdir. O, ailəli olduğu üçün tutulmaqdan qorxmuş, buna görə də bütün məsuliyyətin Elxanın üstündə qalmasını istəmişdir. Özünün isə azadlıqda qalıb Elxana kömək edə biləcəyini fikirləşmişdir. Elxanın silah oğurlandıqdan sonra onu satmaqla bağlı kiminləsə danışıq aparıb-aparmadığını o, bilməmişdir. Silah oğurlanan gündən mart ayına qədər onun özündə olmuş, bu müddətdə görüşən zaman silahla bağlı aralarında danışıqlar olsa da, heç vaxt telefonda bu barədə danışmamışlar. Silahı satmaqla bağlı yalnız bir dəfə Kamil adlı şəxslə danışmış, həmin vaxtı görüşləri təsadüfən baş verdiyindən Elxan yanlarında olmamışdır. Hazırda Sabunçu rayon prokurorluğunda verdiyi sonuncu ifadəsini təsdiq edir (iş vərəqəsi: cild İİİ, səh.89-91). Ən nəhayət, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi 08 iyul 2021-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri ilə verilən ittihamla bağlı özünü təqsirli bilərək göstərmişdir ki, onun Sabunçu RPİ-nin NH-də yerləşən silah otağından 1 ədəd “Zəfər K” markalı odlu silahı qulluq mövqeyindən istifadə etməklə oğurlamaqda məqsədi, həmin silahı sonradan satıb gəlir əldə etmək olmuşdur. O, bu barədə dostu Təqsirləndirilən şəxs2 məlumat vermiş, sonuncu da öz növbəsində silahı satmaqda ona köməklik edəcəyini demişdir. Ona görə də o, 2020-ci ilin sentyabr ayının sonlarında xidmətdə olan zaman tək olmasından istifadə edib silah otağına daxil olaraq “Zəfər K” markalı silahı qutusu ilə birlikdə oğurlayıb əvvəlcə öz evində gizlətmiş, sonra isə Elxangilin bağ sahəsindəki yeni tikilidə saxlayıb gizlətmişdir. Bununla bağlı o, 2021-ci ilin mart ayında Elxanla qabaqcadan razılaşmış, məqsədləri həmin silahı satıb gəlir əldə etmək olmuşdur. Onun silah oğurlamaq niyyətində olmasından Elxanın qabaqcadan xəbəri olmuşdur. Tədqiq olunan həmin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən çox peşiman olduğunu bildirmiş, əvvəllər vermiş olduğu ifadələrini təsdiq etdiyini göstərərək əlavə ifadə verməkdən, sualları cavablandırmaqdan imtina etmişdir (iş vərəqəsi: cild İİİ, səh.215-217). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 228.2.1 və 32.5, 232.2.3-cü maddələri ilə özünü təqsirli bilmədi və cinayət işinin ibtidai istintaqı mərhələsində vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, o, Sabunçu RPİ-nin PPX-də patrul polis nəfəri kimi xidmət etmişdir. Digər Təqsirləndirilən şəxs1lə həm iş yoldaşı olmuş və həm də son 8 il ərzində dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 evi ilə onların evi 300-500 metr məsafədə olmuş, heç vaxt aralarında problemlər olmamışdır. O, Sabunçu RPİ-dən silah oğurlandığını 2021-ci ilin fevral ayında öyrənib bilmişdir. Lakin nə vaxt, hansı şəraitdə və kim tərəfindən oğurlandığını bilməmişdir. Bu hadisəyə görə çox ciddi araşdırmalar aparıldığını eşitmiş, lakin onu bu məsələ ilə bağlı çağıran, söz soruşan olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, dəqiq xatırlamadığı günlərin birində – 2021-ci ilin təqribən fevral ayının 2 və ya 3-də Təqsirləndirilən şəxs1 ona “WhatsApp” proqramı vasitəsi ilə səsli mesaj göndərib onun harda olmasını soruşduğundan o, da qarşılıqlı olaraq ona səsli mesaj göndərib məzuniyyətdə olduğunu və hazırda evdə olduğunu demişdir. Bundan sonra Musa onlara gəlmiş və Bakı Baş Polis İdarəsində izahat verib gəldiyini bildirmişdir. Musanın deməsinə görə silahın itməsi ilə əlaqədar ondan çox şübhələnilmiş və tez-tez Bakı Baş Polis İdarəsində çağrılıb izahatları alınmışdır. Musa ona evlərində itlə axtarış keçiriləcəyindən qoxduğunu, polisdən işdən çıxdıqdan sonra təhvil verməmiş olduğu xüsusi dəyənəyin, qandalın və qaz balonunun evlərindən tapılmasından qorxuduğunu bildirmiş və onların bağında müəvvəqti olaraq gizlətmək istədiyini demişdir. Musa Sabunçu RPİ-nin NH-dən yoxa çıxmış “Zəfər K” markalı cilah barədə ona heç nə deməmişdir. Ciddi bir şey olmadığını fikirləşib, Musanın onun dostu olduğunu nəzərə alıb, onun təklifinə etiraz etməmişdir. Belə ki, qandal, dəyənək və ya qaz balonu təhvil-təslim aktı ilə əməkdaşlara verilmədiyindən, qeyd olunan əşyalar xidmətdən kənarlaşdırılarkən ciddi şəkildə tələb də edilmədiyindən Musanın dediklərini mümkün hesab etmişdir. Bundan az bir vaxt sonra Musa polisə aid olan balaca xidməti çanta ilə onların bağına gəlmiş və gətirdiyi həmin çantanı özü aparıb onların bağında, özü bildiyi yerdə gizlətmişdir. Musanın gətirdiyi çantaya baxmamış, içərisində nə olmasından məlumatsız olmuşdur. Musanın gətirib onların bağıqda gizlətdiyi həmin çanta bir müddət onların bağında qalmışdır. Mart ayının təqribən 7 və ya 8-də Musa gedib bağdan gizlətdiyi çantanı götürmək istədiyini ona demiş, o, etiraz etməmişdir. Musa bağa gəlmiş, özü qoyduğu yerdən çantanı götürmüş, çanta ilə yanaşı onların bağında olan istifadəsiz təndirə aid dəmiri də götürüb getmişdir. Belə ki, həmin vaxt Musa özlərinə təzə təndir almışdı və tələbə olunan təndir dəmiri yox idi. Həmin dəmir onlarda istifadəsiz qaldığından o, Musanın xahişi ilə həmin dəmiri ona vermişdir. Bundan sonra da Musa ilə müxtəlif vaxtlarda görüşləri olmuş, lakin silah və ya buna bənzər hər hansı mövzuda söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, 24 mart 2021-ci il tarixdə məzuniyyti bitdiyindən işə çıxmışdır. Bir neçə gün sonra Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları onu saxlayıb Baş İdarəyə aparmış və Sabunçu RPİ-nin NH-dən yoxa çıxmış “Zəfər K” markalı cilah barədə ondan soruşmuşlar. Mən onlara həmin silahdan xəbəri olmadığını bildirdikdə, əməliyyatçılar silahın onların bağından çıxdığını demiş və hətta ona silahın onların bağından çıxmasını təsdiq edən video görüntüləri də təqdim etmişlər. O, videogörüntülərə baxmış, Həmin videogörüntülərdə Musa silahı guya onunla birlikdə oğurladığını və gətirib onların bağında gizlətmişdir. O isə bunun səhv olduğunu, Musa ilə heç bir silah oğurlamadığını, Musanın silah oğurlamasından xəbərsiz olduğunu, Musanın onların bağında xidməti çanta gizlətdiyini, Musanın deməsinə görə gizlətdiyi çantada qaz balonu, dəyənək və qandal olmasını bildiyini, çantada silah olmasından xəbərsiz olduğunu, silahın oğurlanmasından ümumiyyətlə xəbərsiz olduğunu bildirmişdir. Lakin onun dedikləri qəbul olunmamış, ona qarşı təzyiqlər göstərilmiş və təhqirlər edilmişdir. Ona görə də məcburiyyət qarşısında Musanın silah oğurlamasından sonra xəbərdar olduğunu, həmin silahı onların bağında gizlətməsini bildiyini verdiyi ifadəsində göstərəsi olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, o, bir yaxını kimi Musaya onun kimlərəsə borcu olması, borca görə sıxıntılarının olması barədə danışsa da, lakin kimə və nə qədər borcu olması, hansısa üsulla həmin borcunu ödəmək istəməsi barədə heç nə deməmişdir. Silahın oğurlanmasından əvvəl onun Musa ilə silahla bağlı heç bir söhbəti olmamışdır. O, Musanın Sabunçu RPİ-yə məxsus cilahı oğurlamasını və onların bağında gizlətməsini saxlanılıb Bakı Baş Polis İdarəsinə aparıldıqdan sonra orada bilmişdir. İstər iş yerində və ya istərsə də qeyri yerdə, o cümlədən tez-tez görüşdükləri çayxanada olarkən Musa ona silah oğurlayacığı və ya nə məqsədlə oğurlayacağı barədə ona heç nə deməmişdir. Musa xidməti çantanı onların bağına gətirib qoyanda və onu götürüb aparanda o, çantanı açıb içinə baxmamış və nə də Musa özü çantanı açıb içərisində nə olduğunu ona göstərməmişdir. Onun reallıqda banka borcu olmuşdur ki, o, həmin borcunu ödəmişdir. Poldis əməkdaşları tərəfindən onların bağında keçirilən axtarışda onun iştirakı və ya məlumatı olmamışdır. O, evə gəldikdən sonra atası bağ evlərindən silah aşkar olduğunu bildirmiş və bağdan tapılan silahın nə silah olması, kimə məxsus olması barədə maraqlanmış, o isə xəbərinin olmalığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxsin məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə elan edilmiş 30 aprel 2021-ci il tarixli ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin yanvar ayının 15-dən DİO-da Sabunçu RPİ-nin PXBnün polis nəfəri kimi xidmətə başlamış, 2021-ci ilin aprel ayının əvvəllərindən isə xidmətdən azad olunmuşdur. O, ünvan 9 ünvanda atası X5 ilə birlikdə yaşamışdır. Onların yaşadıqları evlə üzbəüz özlərinə məxsus bağ sahələri olmuş, həmin bağ sahəsinin ətrafı hasarlanmış və dəmir darvaza qoyulmuşdur. Bağ sahəsinə daxil olduqda sağ tərəfdə iki ədəd yardımçı tikili, sol tərəfdə isə 4 ədəd yardımçı tikili yerləşmişdir. Həmin tikililərdə yaşayış olmadığı üçün otaqlara evə aid lazımsız əşyalar yığılmışdır. Onlar həmin bağ sahəsində toyuq-cücə də saxlamışlar. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 uşaq vaxtlarından, təxminən ***-**** metr aralıda qonşuluqda yaşayan şəxs kimi tanımışdır. Təxminən 5-6 il əvvəldən Musa ilə münasibəti yaranmışdır. Musa özü də Sabunçu RPİ-nin əməkdaşı olmuş, RPİ-nin növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində xidmət etmişdir. Bu illər ərzində onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamış, münasibətləri onunla daim yaxşı olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində göstərmişdir ki, təxminən 2021-ci ilin əvvəllərində xidmət apardığı Sabunçu RPİ-nin NH-dən bir ədəd «Zəfər K» markalı bir ədəd tapançanın yoxa çıxmasını eşitmişdir. Həmin vaxt bütün polis əməkdaşları bu barədə məlumatlı olmuşdur. Lakin silahın necə və hansı şəraitdə yox çıxmasından xəbəri olmamışdır. Bundan təxminən bir ay sonra, yəni 2021-ci ilin fevral ayında Musa ona zəng vurub, onu yaşadığı məhlədə yerləşən kafeyə çağırmışdır. O, Musanın dediyi kafeyə getmiş, birlikdə oturub çay içərək söhbət edən zaman Musa ona idarədən yoxa çıxmış «Zəfər K» markalı tapançanı növbətçi hissədən onun özünün götürdüyünü bildirmiş, məqsədi həmin silahı satıb borclarını ödəmək olmuşdur. O, Musaya həmin silahın nömrəli silah olduğunu demiş, necə satacağını soruşmuşdur. Həmin vaxt Musa həmin silahın heç kimə təhkim olunmadığını, qutusunun içərisində olduğunu bildirmiş, nömrəsini sildikdən sonra satacağını demişdir. Musa ona həmin silahın satılmasında köməklik etməyi təklif etmiş, bunun müqabilində ona da hörmət edəcəyini demişdir. O, Musaya “xeyrin zadın lazım deyil, özün sata bilirsənsə, sat, məni bu işə qatma” cavabını vermiş, həmçinin O, silahı aparıb rəhbərliyinə təhvil verməsini və ya aparıb harasa atmasını bir neçə dəfə Musaya təklif etmiş, əks halda onu tutacaqları barədə xəbərdar etmişdir. Lakin Musa onun bu təklifini qəbul etməmiş və bu barədə heç kimə məlumat verməməyi ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində bundan başqa, göstərmişdir ki, o, 2021-ci ilin mart ayının 1 və ya 2-si tarixində, günorta saatlarında yaşadığı məhəllədə olan zaman Musa ona “Whatsapp” proqramı vasitəsilə yazaraq harada olduğunu soruşmuş, o, Musaya özlərinin evlərinin qarşısında olduğunu bildirmişdir. Bir qədər sonra Musa tək onun yanına gəlmiş, “Zəfər K” tapançasının yoxa çıxması ilə bağlı məsələnin artıq böyüdüyünü, özünün Bakı Şəhər Baş Polis İdarəsinə tez-tez çağrıldığını bildirmiş, it gətirib həyəti itlə axtaracaqlarını demələrini ona eşitdirmişdir. Musa “Zəfər K” tapançasını özlərinin həyətində torpaqda gizlətdiyi bildirib, həmin tapançasını təxminən 3-4 günlük gətirib onların bağında gizlətmək istədiyini ona demişdir. Musanın deməsinə görə sakitlik yarandıqdan təxminən 3-4 gün sonra gəlib silahı ordan götürəcək və hissələrə ayıraraq aparıb «Böyükşor» gölünə atmaqla izi itirəcəkdir. Musa onların bağında olmuş və oradakı tikililərdən məlumatlı olmuşdur. O da Musadan şübhələndikləri üçün onun özündən heç kimin şübhələnməyəcəyinə arxayın olub Musanın “Zəfər K” tapançasını 3 və ya 4 günlük onların bağında gizlətməsinə razılıq vermişdir. Aralarında olan bu razılıqla bağlı o, heç kimə məlumat verməmişdir. Həmin gün axşam saatlarında təxminən 23-24 radələrində Musa yenə də WhatsApp proqramı vasitəsilə onu yığıb evdə olduğunu öyrəndikdən sonra əlində qara polisin rəngli həyəcan çantası ilə birlikdə onların bağ sahəsinin qarşısına gəlmişdir. Həmin vaxt o, bağ sahəsinin qapısının qıfılını açmış, onlar həyətə keçdikdən sonra Musa əlində olan çantanın zamokunu açmış və içərisində üstü yaş və palçıqlı vəziyyəçtdə olan selofan torbanı ona göstərərək silahın həmin selofanm içərisində olduğunu bildirmişdir. Musa ona həmin silahı həyətlərində torpağa basdırdığı üçün paketin palçığa batdığını demişdir. O, yalnız sellofan paketi görmüş, Musa silahın özün ona göstərməmişdir. O, Musaya heç kimin görməməsit üçün keçib otaqların birində görünməyən yerə qoymasını məsləhət bilmişdir. Qaranlıq olduğu üçün Musa telefonun işığını yandırıb sol tərəfdə başdan birinci otağa keçib ora silahı qoymuş, yanındakı otağa isə silahı gətirdiyi çantanı qoyub onun yanına qayıtmış və silahı başdakı otaqda şkafın içərisinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, Musanın tapançanı onların bağında gizlətməsindən sonra təxminən 4 və ya 5 gün sonra Musa ona WhatsApp proqramı vasitəsilə səs ataraq gəlib çantanı götürmək istədiyini, həmçinin bağa baxmaq istədiyini bildirmişdir. Musa bağa baxmaq deyərkən silahı nəzərdə tutmuşdur. O da Musaya evdə olduğunu bildirmuş və bundan sonra Musa tək həyətə gəlmiş və onlar bağ sahəsinin qarşısında görüşmüşlər. O, darvazanın qapısını açmış, Musa evə daxil olub ilk əvvəl çanta olan otağa keçərək çantanı götürmüş, sonra isə silah qoyduğu otağa keçib geri qayıtmışdır. Musa geri qayıtdıqda silahı götürdüyünü demişdir. Bundan sonra o, elə bilmişdir ki, Musa artıq silahı bağdan götürmüşdür. Ona görə də onun silahı gizlətdiyi şkafa baxmamışdır. Muanın deməsinə görə silahı hissələrə ayırıb, gölə atıb itirəcəkmiş. Musa çantasını götürüb getdikdən sonra silahla bağlı Musa ilə aralarında danışıq olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində göstərmişdir ki, 2021ci ilin aprel ayının təxminən 5-də onu BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə çağırmışlar. Orada olan zaman ondan silahın harada olması ilə bağlı suallar verildikdə o, əvvəlcə xəbərsiz olduğunu bildirmişdir. Lakin sonradan Musa Allahverdiyin ifadələri ilə tanış olmuş və bundan sonra baş verənləri tam şəkildə ifadəsində göstərmişdir. Təqsirləndirilən şəxs1 “Zəfər-K” markalı AZTKA 7699 19 nömrəli tapança silahını qutusu ilə birlikdə oğurlayıb onların həyətində gizlətməsinə səbəb Musanın aparılan yoxlama ilə bağlı silahı onun həyətindən tapa biləcəklərindən qorxması olmuş, o özü isə heç kimin ondan şübhələnməyəcəyini düşünüb həmin silahı həyətlərində gizlətmişdir. “Zəfər-K” markalı AZTKA 7699 nömrəli tapançanın kiməsə təhkim edilib-edilməməsindən onun dəqiq məlumatı olmamışdır. Lakin Musanın deməsinə görə həmin silah NH-yə yeni gətirilmiş və ona görə də heç kimə təhkim edilməmişdir. Təqsirləndirilən şəxs1 ilə aralarında “Zəfər-K” markalı AZTKA 7699 nömrəli tapançanı Sabunçu RPİ-nin Növbətçi hissəsindən oğurlamaqla bağlı qabaqcadan heç bir danışıq, razılıq olmamış, o, Musanın silah oğurlamaq fikirində olmasından xəbərsiz olmuşdur. Özünün isə həmin silahın oğurlanmasında heç bir iştirakı olmamışdır. Silahın dəqiq olaraq hansı tarixdə və hansı şəraitdə Növbətçi hissədə yerləşən silah otağından oğurlanmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 “Zəfər-K” markalı AZTKA 7699 nömrəli tapançanı barədə ona 2021-ci ilin fevral ayında məlumat vermişdir. Buna qədər onun silah oğurlamasından məlumatı olmamışdır. Onun silahı necə oğurladığını, həmin vaxtı məsul növbətçinin kimin olduğunu bilməmişdir. Onlar silahları da inzibati binada olan NH-yə daxil olmadan, kiçik pəncərədən qəbul etmiş, onun Sabunçu RPİ-nin NH-ki silah otağına daxil olmaq səlahiyyəti olmamış, oradan hər hansı bir vasitə götürmək icazələri olmamışdır. Musa ilə dostluq etdikləri üçün onun pis vəziyyətdə olmasını nəzərə alıb bu barədə heç kimə məlumat vermədir. Silahı özlərinə məxsus bağ sahəsində gizlətməsinə razılıq verməyində onun heç bir məqsədi olmamışdır. O, silahın özünü görməmiş, buna görə də silahın üzərində nə kimi düzəliş edildiyini bilməmişdir. Lakin Musa həmin silahı bağ sahəsinə gətirməzdən əvvəl ona silahın nömrəsini şkurka ilə sildiyini, boyası silinən hissəni isə qara rəngli boya ilə boyadığını bildirmişdir. Lakin o özü bu hadisənin şahidi olmamış, həmin silahın nömrəsini dəqiq olaraq nə zaman, harada sildiyini bilməmiş, o, silahın nömrəsini silməklə bağlı Elxana hər hansı məsləhət verməmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadələrində yekunda göstərmişdir ki, o, özünə məxsus qızıl boyunbağını «Əmrahbank»a girov qoyub 1200 manat kredit pul götürmüş və 2021-ci ilin təxminən fevral ayının əvvəllərində banka olan borcumu tam şəkildə ödəyib qoyduğu girovu geri götürmüşdür. Silahın oğurlanmasından isə yalnız 2021-ci ilin fevral ayında xəbər tutmuş, ona qədər Təqsirləndirilən şəxs1 belə bir fikirdə olmasından xəbərsiz olmuşdur. Silahın nömrəsini silinməsini də Musa ona silahı bağ sahəsinə gətirməzdən əvvəl aralarında olan danışıq zamanı bildirmişdir. Banka olan borcunu ödəməkdən ötrü silah oğurlamaqla bağlı Təqsirləndirilən şəxs1lə onun arasında heç bir danışıq, razılaşma olmamışdır. Bildiyinə görə Musa silahı oğurladıqdan sonra ondan istifadə etməmişdir. Musanın silah oğurladığını bilən kimi bu barədə rəhbərliyə məlumat vermədiyindən tutduğu əməldən peşimandır (iş vərəqəsi: İİ cild, səh.149-154, İİİ cild, səh. 204-205). Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zaanı tədqiq olunan 08 iyul 2021-ci il tarixdə ifadəsində Azərbaycan Respublikası CM-nin 228.2.1 və 32.5, 232.2.3-cü maddələri ilə ona qarşı irəli sürülən yeni ittiham üzrə özünü qismən təqsirli bilərək 30 aprel 2021-ci il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdiyini bildirmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs1 işlədiyi Sabunçu RPİ-nin NH-də yerləşən silah otağından 1 ədəd “Zəfər K” markalı odlu silahı oğurlamaq fikirində olmasından, habelə həmin silahı 2020-ci ilin sentyabr ayında oğurlamasından, sonra aparıb öz evində gizlətməsindən onun xəbəri olmamışdır. Silahın oğurlanmasında Musaya heç bir köməyi olmamışdır. Musanın silah oğurlamasını 2021-ci ilin mart ayının əvvəllərində bilmiş, aralarında olan dostluq münasibətinə görə Musanın xahişlərini nəzərə alıb, onun törətdiyi cinayət barədə heç kimə məlumat verməmiş, həmin silahı özlərinə məxsus bağ sahəsindəki tikilidə gizlətməsinə Elxana köməklik etmişdir. Silahı gizlətməkdə məqsədi həmin silahı əldə etmək olmamış, sadəcə Musaya köməklik etmək olmuşdur (iş vərəqəsi: İİ cild, səh.149-154, İİİ cild, səh. 204-205). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə X7 arasında keçirilən üzləşmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, silahı oğurlayacağından Elxan Musatafayevin qabaqcadan məlumatlı olduğunu, silahlı satmaqda ona köməklik edəcəyinə vəd verdiyindən qabaqcadan razılaşmaqla həmin cinayəti törətdiklərini, hətta silahı oğurladığı gün sms yazaraq Elxan Musatafayevə məlumat verdiyini üzləşmə zamanı verdiyi ifadəsində göstərsə də, Təqsirləndirilən şəxs2 üzünə qarşı deyilənləri inkar etmiş, o da öz növbəsində özünün sərbəst ifadəsində göstərilənləri təsdiq edərək Təqsirləndirilən şəxs1 silah oğurlayacağından xəbərinin olmadığını, bu barədə 2021-ci ilin fevral ayında xəbər tutduğunu, aralarında olan dostluq münasibətlərini nəzərə alıb sonuncunun oğurladığı həmin silahı özlərinə məxsus bağ sahəsində gizlətməsinə razılıq verdiyini bildirmiş, cinayət barədə məlumat aldıqdan sonra dövlət orqanlarına xəbər verməməkdə təqsirli olduğunu göstərmişdir (iş vərəqə: cild İİ, səh. 180-183). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş Sabunçu RPİ-nin nümayəndəsi, Sabunçu RPİ-nin Növbətçi hissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 ifadəsində göstərdi ki, hadisə vaxtı və hal hazırda Sabunçu RPİ-nin məsul növbətçisi vəzifəsində işləmişdir. İdarədə məlum hadisə, yəni silah oğurluğu baş verdikdən sonra Növbətçi hissənin rəisi Şahid1 tutduğu vəzifədən azad olunub sərəncama götürüldüyündən daxili əmrlə Növbətçi hissənin rəisi vəzifəsinin icrası ona həvalə edilmişdir. Zərər çəkmişin nümayəndəsi Nümayəndə2 ifadəsinin davamında silahların təhviltəslimi ilə bağlı göstərilənləri təsdiq edərək göstərdi ki, 29 sentyabr, 02, 05, 08, və 11 oktyabr 2020-ci il tarixlərdə məsul növbətçi kimi xidmətdə olmuş, qeyd olunan tarixlərdə isə məsul növbətçi köməkçisi serjant Rafiq Musayev olmuşdur. Göstərilən müddətdə onun xidmətində heç bir problem olmamışdır. Hər dəfə növbəyə daxil olan və növbədən çıxan zaman silah otağında qeydiyyatda olan silahların təhvil-təslimi aparmışdır. 2020-ci ilin dekabr ayının sonlarında növbətçi hissədə BŞBPİ-nin Texniki təminat şöbəsinin əməkdaşları tərəfindən silahların üzləşdirilməsi ilə bağlı yoxlama aparılarkən silah otağında olan bir ədəd “Zəfər K” markalı tapança silahının yerində olmadığı müəyyən edilmişdir. Onun həmin silahın növbətçi hissəyə nə zaman gətirilməsindən xəbəri olmamış, həmin dövrdə növbətçi hissə rəisi işləmiş Şahid1 onlara bu barədə məlumat verməmişdir. Ona görə də “Zəfər K” markalı həmin tapança təhvil-təslim jurnalında qeydə alınmamışdır. Lakin xidmət vaxtı silahlara aid 3-cü rəfin aşağı hissəsində, gözlə çətin görünən yerdə silah qablarının olduğunu görüb, Şahid1 bu barədə soruşmuş, lakin sonuncu həmin silahların heç kimə təhkim edilmədiyini, polis bölmələrinə aid olduğunu bildirib, həmin silahların təhvil-təslim edilməməsini tapşırmışdır. Ona görə də o, həmin silahları açıb baxmamış, təhvil-təslimini aparmamışdır. Bir ədəd silahın çatışmaması ilə bağlı 2021-ci ilin əvvəllərindən başlayaraq BŞBPİ-də araşdırma aparılmış və təxminən mart-aprel aylarında həmin “Zəfər K” markalı silahın məsul növbətçi köməkçisi, serjant Təqsirləndirilən şəxs1 tərəfindən xidmətdə olduğu vaxtda tamah məqsədi ilə oğurlandığı müəyyən edilmişdir. O, Musa ilə xidmət aparmadığı üçün onun silahı dəqiq olaraq nə zaman və hansı şəraitdə oğurlaması, oğurladıqdan sonra harada saxlaması barədə heç bir məlumatı olmamışdır. Lakin həmin silahın sonradan Elxangilə məxsus bağ sahəsində aşkar edildiyini eşidib bilmişdir. Zərər çəkmişin nümayəndəsi Nümayəndə2 ifadəsinin davamında daha sonra göstərdi ki, məsul növbətçi köməkçisi Təqsirləndirilən şəxs1 həmin cinayəti Sabunçu RPİnin PPXB-də işləmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla törətdiyini idarədə əməkdaşlar arasında aparılan danışıqlardan eşitmişdir. Lakin o, Təqsirləndirilən şəxs2 xidmətdə olan zaman xidməti tabel silahını təhvil almaqdan ötrü növbətçi hissənin qarşısına gəlib-gedən zaman görüb tanımış, onu çox sakit və mədəni bir insan kimi tanımış, pis hərəkətinin şahidi olmamışdır. Onun bu cinayətdə nə kimi rolunun olmasından, Musa tərəfindən həmin silahın oğurlanacağından Elxanın qabaqcadan məlumatının olub-olmamasından onun xəbəri olmamışdır. Zərər çəkmişin nümayəndəsi Nümayəndə2 ifadəsinin davamında daha sonra göstərdi ki, oğurlanmış “Zəfər K” markalı silah hazırda da Daxili İşlər Nazirliyinin balansında invertar kimi dayanmaqdadır. Hazırda oğurlanmış silah tapılıb qaytarıldığından pozulmuş hüquqları bərpa olunmuş hesab edir və ona görə də zərər çəkmiş şəxsin nümayəndəsi kimi təqsirləndirilən şəxslərdən şikayət və tələbləri qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış və dindirilmiş Sabunçu RPİ-nin NH-nin rəisi vəzifəsində işləmiş X16 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Nümayəndə1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin növbətçi hissəsində tabeçiliyi altında 3 nəfər məsul növbətçi, 3 nəfər köməkçi və 4 sürücü xidmət aparmışdır. Məsul növbətçilərə, habelə sürücü və köməkçilərə bir gün 24 saat xidmət apardıqdan sonra 48 saat istirahət verilir. Bundan başqa onlar xidmətdə olduqları müddətdə məsul növbətçi və köməkçilərə 6 saat istirahət verilir. Məsul növbətçilər bir-birinə növbəni təhvil verib, təhvil alan zaman hazırda silah otağında olan ümumilikdə 254 ədəd “Zəfər K” markalı, 1 ədəd APS markalı və 1 ədəd TT markalı tapancanı, 81 ədəd AK 74 markalı avtomatı, 1 ədəd RPK və 2 ədəd TOZ markalı tüfəngi, həmçinin 6 ədəd Safari, 7 ədəd Lanser, 4 ədəd Milti Lanser, 3 ədəd Ford 500 və 3 ədəd Ford 12 silahları təhvil təslim edir, bu barədə müvafiq jurnalda imza atırlar. Sabunçu RPİ-nin NH-nin silah otağının açarı daim məsul növbətçidə olur, silahların xidmətə paylanması, xidmətdən yığılaraq nömrələri ilə yoxlanması, habelə silahların təhvil-təslimi şəxsən məsul növbətçilər tərəfindən aparılaraq bu barədə müvafiq jurnalda qeydiyyat aparılır. Sabunçu RPİ-nin NH-nin silah otağında silahların saxlanması üçün ümumilikdə 8 ədəd piramida yerləşdirilmişdir. Həmin piramidalardan 1, 2 və 6 saylı piramidalarda olan silahlar gündəlik xidmətə çıxan əməkdaşlara təhkim olunduğundan onlar hər gün istifadə olunur. Digər piramidalarda olan silahlar və xüsusi vasitələr yalnız xüsusi tədbirlər zamanı rəhbərliyin göstərişinə əsasən istifadə edildiyindən həmin piramidaların qapısı daim qıfıl və möhürlə bağlı vəziyyətdə olur, piramidanın açarı isə silah otağında olan şkafda saxlanılır. Bundan başqa silah otağının girişində siqnalizasiya quraşdırılmışdır ki, həmin siqanlizasiya da qapı açılan anda dərhal işə düşür. Orda olan düymə vasitəsi ilə siqanlizasiyanı söndürmək mümkündür. Zərərçəkmiş şəxsin nümayəndəsi X22 tədqiq olunan ifadəsinin davamında göstərdi ki, o, Sabunçu RPİ-nin NH-dən bir ədəd “Zəfər K” markalı silahın oğurlanmasından 2021ci ilin fevral ayında xəbər tutmuşdur. Belə ki, həmin dövrdə başqa vəzifədə işlədiyi üçün növbətçi hissədə baş verənlərdən, “Zəfər K” markalı həmin silahın növbətçi hissəyə nə zaman gətirilməsindən xəbəri olmamışdır. Artıq sonralar növbətçi hissənin rəisi vəzifəsinə təyin olunduqda, oğurlanmış həmin silahın ondan əvvəl rəis işləmiş Şahid1 tərəfindən növbəçi hissəsinin silah otağına gətirildiyini və həmin silah heç kimə təhkim edilmədiyindən 3 nömrəli piramidanın aşağı rəfində saxlanıldığını öyrənmişdir. Onun silahın hansı şəraitdə oğurlanmasından məlumatı olmamışdır. Həmin silahın Sabunçu RPİ-nin NH-də növbətçi köməkçisi işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən xidmətdə olan zaman oğurlandığını yalnız 2021-ci ilin aprel ayında öyrənmişdir. Musanı növbətçi hissədə xidmət edən şəxs kimi tanımış, onunla yaxın münasibəti olmasa da, iş yoldaşı kimi salamsağolu olmuş, bu illər ərzində onun pis hərəkətinin şahidi olmamışdır. PPXB-də işləmiş Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamış, onunla heç bir münasibəti olmamışdır. Musanın dediyinə görə həmin silahı Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub oğurlanmışdır. Lakin bu barədə məlumatsız olduğu üçün Elxan adlı şəxsin baş vermiş hadisədə nə kimi rolunun olduğunu, Musa tərəfindən həmin silahın oğurlanacağından Elxanın qabaqcadan məlumatının olub-olmadığını bilməmişdir. Lakin həmin silahın Elxangilə məxsus bağ sahəsində aşkar edildiyini bilmişdir. Musanın həmin silahı hansı məqsədlə oğurlamasından xəbərsiz olmuşdur (iş vərəqə: İİİ cild, səh. 124-127). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 1998-ci ildən DİO-da işləməyə başlamış, 2019-cu ildən 2021-ci ilin fevral ayına qədər Sabunçu RPİ-nin NH-nin rəisi vəzifəsində xidmət etmişdir. 2021-ci ilin may ayının əvvəlindən isə Sabunçu RPİ-nin 13-cü PB-nin sahə inspektoru vəzifəsində xidmət aparır, polis mayorudur. Şahid1 ifadəsinin davamında mahiyyəti üzrə göstərdi ki, 2020-ci ilin avqust ayının 19-da DİN-nin X21 (MTT) Baş İdarəsinin verdiyi qaiməyə əsasən həmin İdarənin Biləcəri qəsəbəsində yerləşən anbarından avtomat qayışlar, silah təmizlənməsi üçün yağ, həmçinin qaiməyə əsasən əlavə olaraq 19 ədəd “Zəfər K” markalı tapança və 885 ədəd 9,19 çaplı güllə Sabunçu RPİ-nin balansına verilməsi üçün ona təhvil verilmişdir. O, həmin qaiməyə əsasən yuxarıda qeyd etdiyi əşyaları sayıb təhvil aldıqdan sonra özünə məxsus avtomaşınla Sabunçu RPİ-nin NH-nə aparmış, həmin silah-sursatı Sabunçu RPİ-nin NHnin silah otağında quraşdırılan 3 saylı piramidaya yığmışdır. Silah otağında silahların saxlanması üçün ümumilikdə 8 ədəd piramida quraşdırılmışdır. Həmin piramidalardan 1, 2 və 6 saylı piramidalarda olan silahlar gündəlik xidmətə çıxan əməkdaşlara təhkim olunduğundan onlar hər gün isifadə olunmuşdur. Digər piramidalarda olan silahlar və xüsusi vasitələr yalnız xüsusi tədbirlər zamanı rəhbərliyin göstərişinə əsasən istifadə edildiyindən həmin piramidaların qapısı daim qıfıl və möhürlə bağlı vəziyyətdə olmuşdur. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, NH rəisi kimi hər gün saat 09da işə getmiş, saat 20-də iş vaxtı başa çatmışdır. Sabunçu RPİ-nin NH-də tabeçiliyi altında 3 məsul növbətçi, 4 nəfər köməkçi və 4 sürücü xidmət aparmış, onlar bir gün - 24 saat xidmət apardıqdan sonra 48 saat istirahətə göndərilmişlər. Məsul növbətçilər bir-birlərinə növbəni təhvil verib təhvil alan zaman silah otağında olan ümumilikdə 200 ədəd Zəfər K markalı, 1 ədəd APS markalı və 1 ədəd də TT markalı tapancanı, 81 ədəd AK 74 markalı avtomatı, 1 ədəd RPK və 2 ədəd TOZ markalı tüfəngi, həmçinin 6 ədəd Safari, 2 ədəd Lanser, 2 ədəd Ultra lanser, 3 Ford 500 və 3 Ford 12 silahları təhvil təslim edir, bu barədə müvafiq jurnalda imzalar etmişlər. 2020-ci ilin avqust ayının 19-da DİN-nin MTT Baş İdarəsindən təhvil aldığı 19 ədəd “Zəfər K” markalı tapança RPİ-nin vakant yerləri üçün nəzərdə tutulduğundan heç bir əməkdaşa təhkim olunmamışdır. Buna görə də silah otağında yer məhdud olduğundan məcbur qalıb həmin silahları daim möhürlə bağlı vəziyyətdə olan 3 saylı piramidanın aşağı rəfinə öz konteynerlərində yığmışdır. Bu barədə məsul növbətçilər Şahid3, Şahid2 və Nümayəndə2 məlumat verib, həmin silahların vakant yerlər üçün təhvil götürüldüyünü, gələcəkdə əməkdaşlara təhkim olunduqdan sonra piramidalara açıq şəkildə yığılıb jurnala salınaraq təhvil-təslim edilə biləcəyini bildirmişdir. Buna görə də həmin silahlar daim bağlı vəziyyətdə qalmış, məsul növbətçilər tərəfindən təhvil-təslimi aparılmamışdır. Həmin silahlardan 2 ədədi 2020-ci ilin oktyabr ayının 4 və 6 tarixlərində 13-cü PB-nə əmlaklarına, 1 ədəd isə 11 noyabr 2020-ci il tarixdə Sabunçu RPİnin Kadrlar bölməsinin inspektoruna təhkim olunmuşdur. Bu barədə müvafiq jurnalda qeydiyyat aparılmışdır. O, növbətçi hissə rəisi işlədiyi müddətdə istər işin təşkili, istər silahsursatla bağlı heç bir problem olmamış, il ərzində silahların və xüsusi vasitələrin nömrəli uçotu vaxtı-vaxtında aparılmış, DİN-nin MTT Baş İdarəsinin balansı ilə RPİ-nin balansı üzləşdirilmiş, lakin heç bir nöqsan aşkar edilməmişdir. Bundan başqa, Şahid1 ifadəsinin davamında göstərdi ki, 29 dekabr 2020-ci il tarixdə rəhbərliyin göstərişinə əsasən BŞBPİ-nin MTT Şöbəsinin əməkdaşları ilə birlikdə silahların nömrəli uçotu aparılmış və həmin vaxt 19 avqust 2020-ci il tarixdə RPİ-nin balansına verilmiş 19 ədəd “Zəfər K” markalı tapançasından “AZTKA 7699” nömrəli tapançanın 3 saylı şkafda olmadığı müəyyən edilmişdir. O, bu barədə dərhal RPİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra BŞBPİ-nin Təşkilatı İnspektor İdarəsində xidməti araşdırma aparılaraq fakta görə cinayət işi başlanılmışdır. İstintaq zamanı isə “Zəfər K” markalı “AZTKA 7699” nömrəli tapançanın növbətçi hissədə məsul növbətçi köməkçisi işləmiş, polis serjantı X1 tərəfindən satılmaqla gəlir əldə etmək məqsədi ilə oğurlandığı müəyyən olunmuşdur. Musa Alllahverdiyev ilk olaraq cinayətini etiraf edib, həmin cinayəti 2020-ci ilin sentyabr və ya oktyabr ayları ərzində Sabunçu RPİnin PPXB-nün polis nəfəri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyini bildirmişdir. Hansı ki, həmin vaxt İİ Qarabağ müharibəsi ilə əlaqədar mövcud olan hərbi rejim vaxtı olmuşdur. Aparılmış axtarış təbdirləri nəticəsində isə həmin silah Elxangilə məxsus bağ sahəsində aşkar edilərək götürülmüşdür. Daha sonra, Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs1 2016cı ildən 21 mart 2021-ci il tarixədək Sabunçu RPİ-nin NH-də növbətçi köməkçisi vəzifəsində polis baş serjantı rütbəsində işləmişdir. O, Musanı xasiyyətcə sakit, mədəni, eyni zamanda işinə məsuliyyətli bir polis əməkdaşı kimi tanımışdır. Musa onun tabeçiliyi altında işlədiyi müddətdə onun hər hansı bir pis hərəkətinin şahidi olmamışdır. Musa məsul növbətçi köməkçisi kimi 2020-ci ilin sentyabr-oktyabr ayları ərzində məsul növbətçi Şahid2la birlikdə xidmət aparmışdır. Məsul növbətçi tərəfindən Musa ilə bağlı ona heç bir şikayət daxil olmamışdır. Növbətçi hissədə xidmət 24 saat təşkil olunduğu üçün məsul növbətçiyə və onun köməkçisinə əmrlə 4 saat istirahət vaxtı ayrılmışdır ki, onlar həmin istirahət vaxtını növbətçi hissənin içərisində olan istirahət otağında dincəlmişlər. Növbətçilər tərəfindən bir qayda olaraq köməkçiyə saat 22:30-dan 02:30-adək istirahət verilmiş, 02:30-dan 06:30-adək isə növbətçilər özləri istirahət etmişlər. Növbətçi hissədə yerləşən silah otağının giriş qapısının açarı daim məsul növbətçinin özündə olmuşdur. Lakin 2020-ci ilin sentyabr-oktyabr ayları ərzində 44 günlük məlum müharibə ilə bağlı olan hərbi rejimlə əlaqədar xidmətə gündəlik 100-dən çox silah verilmişdir. Buna görə iş rejimi çətin olduğundan növbətçi köməkçiləri də silah otağına daxil olub, silahların paylanmasında məsul növbətçiyə kömək etmişlər. Musanın “Zəfər K” markalı tapançanı dəqiq olaraq hansı tarixdə, hansı şəraitdə oğurlamasından, oğurladıqdan sonra harada saxlamasından onun heç bir məlumatı olmamışdır. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, işdə adı çəkilən ikinci Təqsirləndirilən şəxs2 şəxsən tanımamış, onun Sabunçu RPİ-nin PPXB-də işləməsini belə bilməmiş, onu xarakterizə edən məlumatlara sahib olmamışdır. Elxanın “Zəfər K” markalı tapançanın oğurlanmasında nə kimi rolunun olmasından, Musa tərəfindən həmin silahın oğurlanacağından Elxanın qabaqcadan məlumatının olub-olmamasından xəbəri olmamışdır. Oğurlanmış silahın Elxangilə məxsus bağ sahəsində aşkar edilməsini sonradan eşitmiş, baş vermiş hadisə ilə bağlı başqa heç bir məlumatı olmamışdır. Silah oğurladıqdan sonra onun hansı şəraitdə növbətçi hissədən çıxarılmasından, oğurlandıqdan sonra onun üzərində nə kimi düzəliş olunmasından onun xəbəri olmamışdır. RPİ-nin “Zəfər K” markalı silahının oğurlanması faktına görə o, X19 əmri ilə cəzalandırılaraq tutduğu vəzifədən azad olunmuş, sərəncama götürülmüşdür. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 1998-ci ildən DİO-da xidmət etməklə, 2010-cu ildən Sabunçu RPİnin məsul növbətçi vəzifəsində, polis mayoru rütbəsində işləyir. Məsul növbətçi kimi 2 gündən bir xidmətdə olmuşdur. Məsul növbətçi kimi onun vəzifələrindən biri də növbətçi hissənin içərisində yerləşdirilmiş silah saxlanılan otağın açarını mühafizə etmək olmuşdur. Məsul növbətçilər xidmətə başlayan zaman xidməti təhvil verən məsul növbətçidən həmin otağı təhvil-təslim edir, bu zaman silah otağında olan 7 ədəd şkafda saxlanılan silahsursatı sayaraq təhvil-təslim jurnalında qeyd etməklə təhvil alırlar. Ümumiyyətlə 7 ədəd şkafın 3 ədədində tapanca silahı, 2 ədəd şkafda avtomat silah, 2 ədəd şkafda isə kütləvi iğtişaşlar zamanı tətbiq edilən silahlar vardır. Ümumilikdə 200 ədəd «Zəfər K» markalı, 1 ədəd «APS» markalı və 1 ədəd də «TT» markalı tapancanı, 81 ədəd «AK-74» markalı avtomatı, 1 ədəd «RPK» və 2 ədəd «TOZ» markalı tüfəngi, həmçinin 6 ədəd «Safari», 2 ədəd «Lanser», 2 ədəd «Ultra lanser», 3 ədəd «Ford 500» və 3 ədəd «Ford 12» markalı silahları təhvil-təslim olunur. Məsul növbətçi xidmətdə olduğu müddətdə onunla xidmətdə məsul növbətçinin köməkçisi və növbətçi sürücü xidmət aparır. Silah otağının açarı məsul növbətçidə saxlanılır. Silah otağına siqnalizasiya quraşdırılmışdır ki, hər qapı açıldıqda, siqnalizasiya işə düşür və onlar onun düyməsini basmaqla dayandırırlar. Növbətçi hissədə xidmət 24 saat təşkil olunduğu üçün məsul növbətçiyə və onun köməkçisinə əmrə və müvafiq təlimatlara əsasən istirahət üçün 4 saat vaxt ayrılmışdır. Həmin istirahət vaxtını növbətçi və köməkçi onlara ayrılan müddətdə növbətçi hissənin içərisində olan istirahət otağında dincəlmişlər. O, növbətçi olaraq bir qayda olaraq köməkçiyə saat 22:30-dan 02:30-adək istirahət vermiş, saat 02:30-dan 06:30-adək isə özü istirahət etmişdir. Hadisələr tez-tez baş verdiyi üçün saat 02:30-adək özü xidmət aparmış, saat 02:30-dan sonra isə hadisələr nisbətən azaldığı üçün köməkçi xidmət aparmağa davam etmişdir. O, istirahət saatlarında silah otağının açarını demək olar ki, daim özündə saxlamışdır. Silah otağının qapısına quraşdırılan siqnalizasiya daima işlək vəziyyətdə olmuş, qapı açıldıqda siqnalizasiya dərhal işə düşmüş, siqnalizasiyanın işləmədiyi vaxt olmamışdır. Xidmətdə olduğu müddətdə bir qayda olaraq əməliyyat qrupunun üzvləri silah əvəzləyici kartlarını təqdim etməklə silahın verilməsi kitabında imza etdikdən sonra onları tabel silahı olan «Zəfər K» tapancası və 2 ədəd patron darağında ümumilikdə 30 ədəd patronla təmin etmişdir. Bundan başqa, PPXB-nin xidmətə cəlb olunan əməkdaşları, həmçinin YPX-nin əməkdaşları «Zəfər K» tapancası ilə xidmətə çıxmışlar. Daimi tabel silahı daşımaq hüququ olan şəxslərin silahları özlərində olduğu halda onlar təhvil-təslim etdikdə həmin tabel silahlarının əvəzləyici kartları vasitəsilə təhvil-təslim etmişlər. Silahın təhvil-təslim jurnalında növbəni təhvil alan və təhvil verən məsul növbətçi silahı sayıb düzgünlüyünə əmin olduqdan sonra onu imzalarla təsdiq edir. Şahid qismində dindirilən Şahid2 ifadəsində daha sonra göstərdi ki, Sabunçu RPİdə 3 nəfər məsul növbətçi, 1 nəfər isə NH rəisi olmuşdur. Məsul növbətçilər təhvil-təslimi öz aralarında aparmışlar. Onunla növbətçi köməkçisi kimi Təqsirləndirilən şəxs1 xidmət aparmış, növbətçi sürücü isə soyadını xatırlamadığı Hüseyn adlı şəxs olmuşdur. Hadisədən sonra isə növbətçi köməkçisi kimi Ağalar Əhmədov onunla xidmət aparmışdır. Məsul növbətçilər Şahid3 və Nümayəndə2 2020-ci ilin sentyabr ayının ortalarında xidmətdə olmaqdıqları üçün onları əməliyyat rabitə qrupunun mühəndis inspektoru X20 və Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili X17 müvəqqəti olaraq bir neçə növbə əvəz etmişlər. Şayıq Kərimovdan növbəni təhvil almış və Azər Alıyevə təhvil vermişdir. Şahid2 daha sonra ifadəsində göstərdi ki, onunla birlikdə xidmət aparan növbətçi köməkçisi Təqsirləndirilən şəxs1 iş yoldaşı kimi tanımış, işlədikləri müddətdə onun pis hərəkətinin şahidi olmamışdır. Onu işgüzar və bacarıqlı işçi kimi tanımışdır. O, Musa ilə sırf işgüzar münasibət saxladığından onun şəxsi həyatı, nə kimi problemi olması ilə bağlı məlumatı olmamışdır. Lakin onun özünün deməsinə görə şəxs işləri ilə bağlı bəzi əməkdaşlarına xırda məbləğlərdə borcu olmuşdur. O, Musa ilə 06, 27, 30 sentyabr, 03, 09, 12, 15, 18, 21, 24, 27 və 30 oktyabr 2020-ci il tarixlərdə birgə xidmətdə olmuş, əmrə və təlimatlara uyğun xidmət aparmış və növbələri ərzində hər hansı neqativ halın baş verməsini müşahidə etməmişdir. Həmin tarixlərdə saat 22:30-dan 02:30-adək Musa, 02:30-dan 06:30-adək isə o özü istirahət etmişdir. İstirahət saatlarında növbətçi hissədə olan silah otağının açarları daim ya onun şalvarının cibində, bəzi hallarda isə yastığının altında saxlamışdır. Məsul növbətçinin iştirakı olmadan heç kimin silah otağına daxil olmaq səlahiyyəti olmamışdır. İstirahət vaxtları olsa, belə həmin otağa daxil olmağa icazə olmamışdır. 21 sentyabr 2020-ci il tarixdə xidmətə gələn zaman 3 nömrəli şkafda aşağı hissədə tapanca qutuları olduğunu görmüş, nə olduğunu soruşduqda NH rəisi Şahid1 tapanca silahları olduğunu, bölmələrdə olan vakant ştatlarla bağlı yeni gətirildiyini, heç kimə təhkim olunmadığını bildirmiş, bu səbəbdən təhvil-təslim edilməyəcəyini demişdir. Ancaq Şahid1 tapancaların barədə ona məlumat verməmiş, təhvi-təslim aparılmaması səbəbindən isə o özü tapançaları saymamış, həmçinin ona növbəni təhvil verən məsul növbətçi Şayiq Kərimov tapancaların sayını ona deməmişdir. Şahid2 daha sonra ifadəsində göstərdi ki, 2020-ci ilin dekabr ayının axırlarında Bakı Şəhər BPİ-nin Təchizat şöbəsinin əməkdaşları tərəfindən silahlar yoxlanılmış, həmin gün onun istirahət günü olduğundan yoxlamanın gedişatından və nəticəsindən xəbəri olmamışdır. 01 yanvar 2021-ci il tarixdə xidmətə gələn zaman onların heç vaxt təhviltəslim etmədikləri 3-cü şkafda aşağıda olan qutuların hər birində 1 ədəd «Zəfər K» markalı tapanca olmaqla ümumilikdə 19 ədəd tapanca olmuş və onların içərisində AZTKA-7699 nömrəli 1 ədəd «Zəfər K» markalı tapança yoxa çıxmışdır. Həmin vaxta qədər ona heç kim silahın yoxa çıxması barədə məlumat verməmişdir. 2021-ci ilin əvvəllərindən başlayaraq BŞBPİ-də araşdırma aparılmış və təxminən mart-aprel aylarında həmin “Zəfər K” markalı silahın məsul növbətçi köməkçisi Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını eşitmişdir. Musa ilə birlikdə xidmət aparmasına baxmayaraq onun həmin silahı dəqiq olaraq hansı tarixdə, hansı şəraitdə oğurlamasını, oğurladıqdan sonra harada saxlamasını barədə heç bir məlumatı olmamışdır. Musanın həmin cinayəti Sabunçu RPİ-nin PPXB-də işləmiş polis nəfəri Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini sonradan idarədə gedən danışıqlardan eşitmişdir. O, Təqsirləndirilən şəxs2 tanımamış, onun bu cinayətin törədilməsində nə kimi rolunun olmasından, onun həmin silahın oğurlanacağından qabaqcadan məlumatının olub-olmadığından məlumatsız olmuşdur. Lakin həmin silahın Elxangilə məxsus bağ evində aşkar edildiyini sonradan eşitmişdir. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Musanın silah otağının açarını onun istirahət saatlarında ondan xəbərsiz yastığının altından götürüb qapısını açdığını ehtimal etsə də, həyəcan siqnalının hansı səbəb görə işə düşmədiyini bu vaxtadək heç cür başa düşə bilməmimşdir. Musanın silahı oğurladıqdan sonra onu hansı şəraitdə növbətçi hissədən çıxartmasını da bilməmişdir. Növbədə olduğu müddətdə növbətçi hissəyə onların ikisindən başqa heç kim daxil olmamışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi mərhələdə Sabunçu RPİ-nin məsul növbətçi vəzifəsində xidmət aparmış şəxslərdən daha biri, polis mayoru Şahid3 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 xidməti vəzifələri, səlahiyyətləri, xidməti iş rejimi, RPİ-də silahların saxlanılma, istifadə qaydaları barədə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NH-nin rəisi Şahid1 və RPİ-nin məsul növbətçisi Şahid2 ilə oxşar məzmunlu ifadə verib onların göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin İdarənin balansında olan AZTKA 7699 nömrəli «Zəfər K» modelli bir ədəd tapançanın yoxa çıxdığını 30 dekabr 2020-ci il tarixdə xidmətə gələn zaman öyrəndiyin, 2021-ci ilin əvvəllərindən BŞBPİ-də aparılmış araşdırmalar nəticəsində “Zəfər K” markalı həmin silahın məsul növbətçi köməkçisi Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını öyrənmiş, danışıqlardan isə Musanın həmin cinayəti Sabunçu RPİ-nin PPXB-də işləmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub törətmələrini eşitdiyini bildirmiş, lakin hadlisənin törədilmə üsulu, vaxtı və sonrakı proseslər barədə məlumatsız olduğunu göstərmişdir (iş vərəqə: İİİ cild, səh. 30-33). Bundan başqa, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, 17, 20 və 23 sentyabr 2020-ci il tarixlərdə Sabunçu RPİ-nin məsul növbətçi vəzifəsində xidmət aparmış polis baş leytenantı X12 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Şayiq Kərimov ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının 17-də idarə rəisinin əmri ilə məsul növbətçi Nümayəndə2 ailə vəziyyəti ilə əlaqədar icazəli olduğundan o, müvəqqəti olaraq Sabunçu RPİ-nin NH-də məsul növbətçi vəzifəsini müvəqqəti olaraq icra etmişdir. O, məsul növbətçi kimi 17, 20 və 23 sentyabr 2020-ci il tarixlərdə xidmətdə olmuş, 17 sentyabr tarixdə növbətçi köməkçisi Ağalar Əhmədov, 20 sentyabr tarixdə Rafiq Musayev və 23 sentyabr tarixdə isə yenə də Ağalar Əhmədovla birlikdə xidmət aparmışdır. Xidmətdə olduğu müddətdə hər hansı bir problem olmamışdır. Sabunçu RPİ-nin NH-də yerləşən silah otağına 19 ədəd “Zəfər K” markalı silahın nə zaman gətirilməsindən, həmin silahların kimə təhkim olunmasından onun xəbəri olmamışdır. Sabunçu RPİ-nin NH-dən bir ədəd “Zəfər K” markalı silahın oğurlanmasından 2021-ci ilin əvvəllərində aparılan xidməti araşdırmadan sonra xəbər tutmuşdur. Həmin silahın silah otağına nə zaman və kim tərəfindən gətirilməsini o, bilməmiş, silahın hansı şəraitdə oğurlanmasından məlumatı olmamışdır. Yalnız 2021-ci ilin aprel ayında həmin silahın Sabunçu RPİ-nin NH-də növbətçi köməkçisi işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən xidmətdə olan zaman oğurlandığını öyrənmiş, Musanın dediyinə görə həmin silahı Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub oğurlanmışdır. Oğurlanmış həmin silahın Elxangilə məxsus bağ evində aşkar edildiyini sonradan bilmişdir. Musanın həmin silahı nə vaxt və hansı məqsədlə oğurladığını o, bilməmişdir (iş vərəqə: İİ cild, səh. 241- 243). Daha sonra, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin Növbətçi Hissəsi üzrə sürücü polis nəfəri kimi xidmət aparmış polis baş leytenantı X14 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Çexun Həsənov o, növbətçi hissədə sürücü polis nəfəri kimi 24 saat xidmət aparmış, 48 saat istirahət etmiş və sonra eyni xidmətə yenidən başlamışdır. Sürücü polis nəfəri kimi RPİ-nin balansında olan «Fiat Doblo» markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Xidmətdə olan zaman sürücü olduğu üçün növbətçi hissədə olan silah otağına onun heç bir aidiyyəti olmamış, ona görə də orada nə qədər silah saxlanılmasından, hansı qaydada saxlanılmasından, NH-nin silah otağından bir ədəd silahın hansı şəraitdə yoxa çıxamsından məlumatı olmamışdır. Lakin silahın yoxa çıxması onlara məlum olmazdan iki ay əvvəl Sabunçu RPİ-də növbətçi köməkçisi kimi xidmət aparmış Təqsirləndirilən şəxs1 ona özünün bibisi oğlu olduğunu və mühafizə polisində işlədiyini bildirmiş, kiməsə «Zəfər K» və ya «Makarov» tipli tapança, qaz balonu, patron və ya digər sursat lazım olacağı təqdirdə, həmsin bibisi oğlunun təşkil edə biləcəyini demişdir. Lakin hansı qaydada təşkil edəcəyi barədə bir söz deməmişdir. Silahın yoxa çıxması məlum olandan təxminən bir həftə-on gün sonra RPİ-də Musa ilə görüşmüş, həmin vaxt idarə rəisi Musanı idarəyə çağırmış, onu qəbul etmək istəmişdir. Musa polis idarəsinin qarşısında onunla söhbət edən zaman Musa ona silahla bağlı zibilə düşə biləcəyini demişdir. Musanın deməsinə görə guya onun MCMBİ-da işləyən hansısa dostu ona zəng edib Xətai RPİ-nin PPXB-də işləyən bir nəfər polis əməkdaşının “Zəfər K” markalı silahını itirdiyini, ona pulu ilə həmin tapançadan tapmaq lazım olduğunu bildirmişdir. Amma Musanın silahla bağlı onun yanında danışmasının səbəbini başa düşməmişdir (iş vərəqə: İ cild, səh. 212-216). Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 onun dostu olmuşdur. Təqsirləndirilən şəxs1 ilə də məhəllə adamı kimi münasibətləri yaxşı olsa da, sonuncu ona Elxan qədər yaxın olmamışdır. Həmçinin soyadını hazırda xatırlamadığım Kənan adlı şəxslə də dostluq münasibətləri olmuş, 2001-ci ildən cüdo məşqlərinə Kənanla birlikdə getmişdir. Kənanla arada görüşsə də, Musa və Elxanla məhəllədə ara-sıra görüşüb söhbət etmiş, məhəllədəki çayxanada birlikdə çay içmişlər. Şahid4 ifadəsinin davamında göstərdi ki, ifadə verdiyi tarixdən təxminən 1-2 ay əvvəl, dəqiq xatırlamadığı günlərin birində axşam saat 17:00-18:00 radələrində yaşadığı ünvanın qarşısında Musa ilə rastlaşmış və onlar salamlaşıb hal-əhval tutmuşlar. Musa ondan hara getdiyini soruşduqda o, dostu Kənanla görüşüb çay içmək istədiyini demişdir. Əvvəllər bir neçə dəfə eyni məclisdə olduqlarından Musa da Kənanı tanımış, lakin bir-biri ilə əlaqələri olmamışdır. Musa bekar olduğunu, etiraz etməzsə, onlarla getmək istədiyini demişdir. O, etiraz etməmiş və onlar hər ikisi Musanın idarə etdiyi, atasına məxsus “Mercedes” ML markalı maşınla Bakı şəhəri, Nərimanov rayonunda “Montin” kimi adlanan əraziyə getmişlər. Belə ki, Kənan artıq “Montin”də çayxanada onu gözləmişdir. Onlar çayxanaya çatıb bayırda quraşdırılmış masada oturub onları gözləyən Kənanla görüşmüş və həmitn masada oturmuşlar. Onlar çayxanada təxminən 2 saata yaxın oturub çay içmiş, müxtəlif mövzularda söhbətlər etmişlər. Musa və Kənan hər ikisi DİO-da işlədikləri üçün onlar polisin fəaliyyəti, gündəlik iş rejimi və digər mövzular ətrafında söhbətlər etmişlər. Söhbət zamanı Musa üzünü Kənana tutaraq silah olduğunu bildirmişdir. Musanın bu sözü ona, həmçinin Kənana təəccüblü gəldiyindən onlar bir anlıq duruxmuş və şəxsən Musanın bu sözü nəyə görə işlətdiyini anlaya bilməmişdir. Kənan silahın nə silah olduğunu, onda nə üçün olduğunu soruşduqda Musa silahın “Səfər” və ya “Zəfər” adlı tapança olduğunu bildirmiş, özündə deyil, başqa şəxsdə olduğunu demişdir. Musa danışdığı söhbətin onların xoşlarına gəlmədiyini hiss edərək mövzunu dəyişmiş və yadında qalmayan başqa söhbətlər etmişdir. Onlar çayxanada təxminən 2 saata yaxın oturmuş və evə getmək məqsvədilə çayxanadan çıxmışlar. Kənan yaxınlıqda yaşadığı üçün evlərinə piyada getmiş, onunla Musa isə sonuncunun idarə etdiyi avtomobillə yaşadıqları Sabunçu qəsəbəsinə getmişlər. Yolda olarkən o, Musadan danışdığı silah barədə soruşmuş, yaxın münasibətləri olmayan şəxsin yanında silahdan söhbət etdiyini Musaya irad bildirmiş, həmçinin onun bir qədər yalana meylli, olan hadisələri “şişirdən”, lovğalanan kimi tanıdığı üçün həqiqətən onda silah olub-olmadığını soruşmuşdur. Musa silahın özündə olmadığını, başqa bir şəxsdə olduğunu deyib mövzunu bağlamışdır. O, Musaya belə söhbətlərlə özünə problem aça biləcəyini, başqalarının da yanında belə mövzuda söhbətlər aparmasının düzgün addım olmadığını bildirmişdir. Onlar yaşadığı evə çatdıqdan sonra hərəsi öz evinə getmişdir. Təxminən 2-3 gün sonra növbəti dəfə Musa ilə məhəllədə görüşdükdə sonuncu silah söhbətinin yalan olduğunu bildirmiş və bunu orda-burda ağzından qaçırmaması üçün Kənana da deməyi xahiş etmişdir. Musanın deməsinə görə hansısa tanışı da onu aldatmış, əsil həqiqətdə ortada heç bir silah olmamışdır. Bundan sonra onlar ara-sıra rastlaşsalar da Musa silah barədə bir daha söhbət açmamışdır. Musa xaraktercə bir qədər yalan danışmağa, özündən uydurmağa və lovğalanmağa meylli olduğundan onda silah olmasına görə əminlik yaranmadığından o, bu barədə polis orqanlarna məlumat verməmişdir. Musa ilə arasında silah barədə olan həmin söhbətdən bir neçə ay sonra o, Baş Polis İdarəsinə dəvət olunmuş və orada olub ifadə verən zaman Musanın bir neçə ay əvvəl Sabunçu RPİ-nin NH-dən silah oğurladığını öyrənmişdir. Hadisənin necə baş verdiyini, Musanın silahı hansı məqsədlə oğurlamasını, bu işdə kiminləsə əlbirliyinin olub-olmadığını, oğurladıqdan sonra harada saxlamasını o, bilməmişdir. Silahın oğurlanması ilə bağlı Musayla onun arasında heç bir danışıq olmamışdır. Daha sonra Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 Sabunçu RPİnin PPX-də işlədiyindən vaxtı az olmuş, o özü də işlədiyindən onunla gec-gec görüşmüşlər. O, hadisə ilə bağlı ifadə verməzdən təxminən 3 gün öncə Elxanı yaşadığı məhəllədə görsə də, onlar hal-əhval tutmadan uzaqdan salamlaşmışlar. Elə həmin ərəfədə o, özünə məxsus “İphone-X” markalı mobil telefonunu satmaq istədiyindən Elxana zəng edərək bu barədə bildirmiş, istəyən olsa, xəbər etməsini xahiş etmişdir. Elxanla onun arasında silahla bağlı heç bir söhbət olmamış, o özü də Musanın ona silahla bağlı dediklərini Elxana bildirməmişdir. Elxanın baş vermiş hadisədə nə kimi iştirakının olmasından xəbərsizdir (iş vərəqə: İ cild, səh. 257-262, İİ cild, səh. 238-240). Məhkəmə baxışı zamanı tədqiq olunan Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid4 sərbəst ifadəsində göstərdiyi və sonradan məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi eyni xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı da demiş, eyni zamanda sonuncu üzünə qarşı deyilənləri inkar etməmiş, həqiqətən də aralarında deyilən məzmunda, yəni silah barədə söhbət olduğunu təsdiq etmişdir (iş vərəqə: İ cild, səh.266-270). Məhkəməyədək icraat mərhələsində qanuni əsaslarla əldə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş «“Bakcell” və "xxxx" MMC-dən daxil olmuş disklərin yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında dəfələrlə, həmçinin Təqsirləndirilən şəxs1 xidmətdə olduğu 27.09.2020 və 30.09.2020-ci il tarixlərdə bir neçə dəfə danışıqlar olsa da, həmin danışıqlar saat 23 radələrinədək qeydə alınmış, həmin vaxtdan sonra gecə saatlarında onlar arasında hər hansı bir danışıq və ya sms yazışmaları qeydə alınmamışdır. Sms yazışmalarının məzmunundan görünür ki, hər iki şəxsin kredit borcları olmuş, kredit ödənişinin gecikməsi ilə bağlı onlara xəbərdarlıq sms bildirişləri daxil olmuşdur. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, hər iki şəxsin istifadəsində olmuş mobil telefonları üzrə anten əhatə dairəsi müəyyənləşdirilmiş və 27-28.09.2020 və 30.09.2020-01.10.2020-ci il tarixlərdə gecə saatlarında təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon Sabunçu RPİ-nin yerləşdiyi Bakıxanov qəsəbəsi, İmamrza məscidinin anten dairəsində, yəni sonuncunun xidməti iş yerində olduğu bəlli olsa da, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon isə yalnız saat 19 radələrində həmin anten dairəsində qeydə alınmış, araşdırılan cinayət hadisəsinin predmeti olan silahın oğurlandığı gecə vaxtlarında həmin antenin əhatə dairəsində olmamışdır (iş vərəqə: cild İİİ, səh. 55-56, 155-156). Məhkəmə baxışı zamanı tədqiq olunan təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «“İphone” markalı mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1lə onun arasında olan sms yazışmaları 3 mart 2021-ci il tarixdən sonra qeydə alınmış, onlar tez-tez bir-birinə sms yazaraq harada olmaları ilə maraqlanmışlar. 08 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “gəlim o sumka var idee, qoymuşdum sizə, onu götürüm, birdə bağa baxım da nolar, imkan var bağa baxmağa?” məzmununda səsli sms göndərmiş, lakin Təqsirləndirilən şəxs2 ona hər hansı formada cavab verməmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, təqsirləndirilən şəxslər arasında mövcud olmuş sonrakı danışıqlar tez-tez bir-birinin harada olmaları ilə maraqlanmaqla əlaqədar olmuş, yazışmaların birində Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 2- 3 günlüyə 600 manat borc pul istəmiş, lakin sonuncu pulunun olmadığını bildirmişdir (iş vərəqə: cild İİ, səh. 199). Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan «Sabunçu RPİ-nin NH-ə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, növbətçi hissə Sabunçu RPİ-nin giriş qapısından içəri daxil olduqda sağ tərəfdə yerləşir, ön hissəsi şüşədəndir. Növbətçi hissəyə giriş sol tərəfdə yerləşən dəmir qapıdandır, həmin qapının sol tərəfində dəmir metaldan olan örtüklü nəfəslik vasitəsi ilə xidmətə çıxan əməkdaşlara tabel silahı tədim olunur. Növbətçi hissə 3 otaqdan ibarət olmaqla, 1-ci otaq xidməti otaqdır, həmin otaqda kompyuter və telefon aparatları quraşdırılmışdır. Xidməti otaqla iç-içə istirahət otağı yerləşir. Həmin otaqda iki ədəd çarpayı, masa və şkaf vardır. İstirahət otağının sol tərəfində dəmir qapısı olan 3-cü otaq yerləşir. Həmin otağın qapısının sol tərəfində “silah otağı” tablosu asılmışdır. Dəmir barmaqlıq və dəmir qapının qıfılı möhürlənmiş vəziyyətdədir. Həmin qapı açıldıqda silah otağının siqnalizasiyası işə düşür. Otağa daxil olduqda içərisində bir masa və stul, həmçinin 8 ədəd taxta materialdan piramida şkaf yerləşdiyi müəyyən olunmuşdur. Piramida şkafların sıra sayı ilə nömrələndiyi və ümumilikdə 8 ədəd piramida şkaf olduğu müəyyən edildi. 8 nömrəli sıra saylı ilə nömrələnmiş piramida şkaf üzərində 3 ədəd kiçik ölçülü taxta materialdan qapı olduğu, 3 ədəd qapıdan 2 ədəd qapının üzərində kağız yapışdırılaraq idarənin möhürü ilə möhürlənmiş, digər piramida şkaflar isə qıfıllanaraq dəmir möhür vasitəsilə plastilin üzərinə iplə bağlanıb möhürlənmişdir. 3 nömrəli piramidaya baxış zamanı yuxarıdan 1-ci cərgədə 15 ədəd sursat ilə birlikdə tapança olduğu, ikinci cərgədə 11 ədəd sursat ilə birlikdə tapança yerləşdirildiyi, 3-cü cərgədə 4 ədəd tapança qutusu və boş patron qabları olduğu, 4-cü cərgədə 15 ədəd tapança qutusu olduğu, sonuncu cərgənin isə boş olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 73-76). Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan «axtarış aparılması və götürmə haqqında» protokoldan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ailəsinə məxsus ünvan 10 ünvanda aparılan axtarış nəticəsində həyətin baş tərəfində sol tərəfdən birinci tikilidə yerləşən skafın içərisindən üzəri palçıqlı vəziyyətdə olan ağ rəngli sellofan torba aşkar edilmişdir. Aşkar edilmiş həmin torbanın içərisində 15x30 sm ölçüdə tüd rəngli plastik materialdan olan qutu, qutunun içərisində isə qara rəngli metaldan bir ədəd “Zəfər K” markalı tapança, 2 ədəd patron sandığı, 2 ədəd silah təmizləyici qurğu, 2 ədəd kitabça və silah təmizləyici yağ aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 236-240). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəməballistik, məhkəmə-trasoloji və fiziki-kimyəvi ekspertizanın məhkəmə-ballistik və məhkəmətrasoloji tədqiqinə dair 02.06.2021-ci il tarixli, 3/828 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, nömrəsi silimiş, “Zəfər K” modelli tapançadır, yivli odlu silah hesab olunur, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiq olunan həmin rəydən görünür ki, silahın hissə və mexanizmləri üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Silahın üzərində yalnız “01 AZTKA...19” hərf rəqəmləri müşahidə olunur. Lakin onun nömrəsini bildirən sahə dərindən silindiyindən yalnız rəqəmlərin fraqmentləri müşahidə edilir, fraqmentlər kiçik olduğundan nömrəni müəyyən etmək və onu bərpa edərək müəyyənləşdirmək mümkün deyil. Nömrə olan sahə mexaniki təsir nəticəsində silinmişdir, o cümlədən də qərarda qeyd edilmiş alət (laqonda) vasitəsilə icra edilməsi istisna edilmir (iş vərəqə: cild İİİ, səh. 48-51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji və fiziki-kimyəvi ekspertizanın fiziki-kimyəvi tədqiqinə dair 04.06.2021ci il tarixli, 6/181 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Zəfər K” markalı tapança üzərində seriya nişanı olan sahədə öz qara rəngli metal səthindən fərqlənən qara rəngli boya ilə boyanması aşkar edilmişdir. Həmin boya müqayisə olaraq tədqiqata təqdim edilmiş 01 ədəd şüşə qabda qara rəngli boya nümunəsi ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər (iş vərəqə: cild İİİ, səh. 44-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində verdiyi 30 aprel 2021-ci il tarixli ifadəsinə uyğun ifadə verib, “Zəfər K” markalı silahı Sabunçu RPİ-nin NH-dən necə oğurlamasını, oğurladıqdan sonra yaşadığı evə aparıb harada saxlamasını, silahın seriya nömrəsini silib üzərini qara rəngli boya ilə boyamasını, qara rəngli boyanı faktiki hara qoyduğunu, silahı öz evində harada gizlətməsini göstərmiş, istintaq hərəkətinin davamında istintaq orqanını – protokol iştirakçılarını digər Təqsirləndirilən şəxs2gilin bağ sahəsinə aparıb oğurladığı “Zəfər K” markalı həmin silahı orada harada gizlətdiyini əyani şəkildə göstərmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 göstərdiyi qara rəngli boya iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İstintaq hərəkəti video çəkiliş müşaiyəti altında aparılmış, fotoşəkillər çəkilmiş, yekunda istintaq hərəkəti protokollaşdırılmış və istintaq materiallarına əlavə edilmişdir (iş vərəqəsi: cild İİ, səh.164- 173). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin gedişatını özündə əks etdirən bir ədəd DVD diskdə olan videogörüntülərdən və iş materiallarında olan fotoşəkillərdən görünür ki, tədqiq olunan materiallar Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinə dair protokolun məzmununa uyğundur və istintaq hərəkəti aparılarkən qanun pozuntusuna yol verilməmişdir (iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinə dair protokoldan görünür ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs2 30 aprel 2021-ci il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və talanmış əmlakı - Sabunçu RPİ-yə məxsus “Zəfər K” markalı silahı özlərinə məxsus bağ sahəsində necə gizlətmələrini əyani şəkildə göstərmişdir. Tədqiq olunan protokoldan görünür ki, istintaq hərəkəti video çəkiliş və foto şəkillər çəkilməsi müşaiyəti ilə aparılmış və əldə olunan materiallar cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 174-179). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin gedişatını özündə əks etdirən bir ədəd DVD diskdə olan videogörüntülərdən və iş materiallarında olan fotoşəkillərdən görünür ki, tədqiq olunan materiallar Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinə dair protokolun məzmununa uyğundur və qanun pozuntusuna yol verilməmişdir (iş materialları). Məhkəmə istintaqı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, məhkəməyədək icraat mərhələsində axtarış nəticəsində götürülmüş 1 ədəd 9x19 mm kalibrli “Zəfər-K” markalı AZTKA 7699 nömrəli “Zəfər K” markalı tapança, 2 ədəd patron sandığı, 2 ədəd silah təmizləyici qurğu, 2 ədəd kitabça, silah təmizləyici yağ, 1 ədəd “Samsung A12” və təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 ədəd “İpone 11” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğuna saxlanca verilmişdir (iş vərəqə: cild İİİ, səh. 163-169). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs X7 barəsində keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2021-ci il tarixli, 1465 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Elxan Musatafayevdə cinayət əməlini törədərkən hər hansı bir psixi xəstəliyin əlamətləri müşahidə olunmamışdır. Elxan Musatafayev hadisə zamanı öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Elxan Musatafayev ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də təqsirləndirilən şəxs Elxan Musatafayev törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəydən görünür ki, təqsirləndirilən şəxs Elxan Musatafayevin hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda da (ekspertiza tədqiqatı mərhələsində) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. X9 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür (iş vərəqə: cild İİİ, səh. 158- 159). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2021-ci il tarixli, 1466 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər hansı bir psixi xəstəliyin əlamətləri müşahidə olunmamışdır, onun barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onda hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır və hərəkəti Azərbaycan Respublikası CM-nin 21.3cü maddəsinin təsiri altına düşmür (iş vərəqə: cild İİİ, səh. 161-162). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 polis nəfəri rütbəsində növbətçi köməkçisi vəzifəsində xidmətdə olarkən qulluq mövqeyindən istifadə etməklə xidmət etdiyi Bakı şəhəri Sabunçu RPİ-nin silah anbarından odlu silah hesab olunan “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli tapançanı və onun komplekt hissələrini talaması, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah əldə edib daşıması və saxlaması, məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Həmçinin məhkəmə kollegiyası hərtərəfli, tam və obyektiv araşdırmadan sonra belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini əldə edərək saxlaması məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılsa da, Təqsirləndirilən şəxs2 qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 Sabunçu RPİ-nin silah anbarından odlu silah hesab olunan “Zəfər- K” markalı, AZTKA 7699 nömrəli tapançanı və onun komplekt hissələrini talamasına köməkçilik etməsi, yəni Azərbaycan Respublikası CM-nin 32.5, 232.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilməmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-nin 232.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayəti gizlətmişdir, yəni bu sonuncu hərəkətləri ilə o, Azərbaycan Respublikası CM-nin 307.2-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs1 qulluq mövqeyindən istifadə etməklə Sabunçu RPİnin silah anbarından bir ədəd “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli odlu silah hesab olunan tapançanı və onun komplekt hissələrini talamada ehtiva olunan ağır cinayəti törətməyə görə cinayət məsuliyyətindən azad olunması məqsədilə çoxsaylı, həmçinin məhkəmə baxışında tədqiq olunan ziddiyyətli, biri digərini istər məzmun və istərsə də mənaca inkar edən izahat və ifadələr vermiş, həm ibtidai istintaqın yekun mərhələsində və həm də məhkəmə istintaqı zamanı dindirilərkən sərbəst ifadələrində özünün də bildirdiyi kimi, özünün evli olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alıb, tutulmasından qorxaraq odlu silahın talanmasına görə məsuliyyətin baxılan iş üzrə digər Təqsirləndirilən şəxs2 üzərində qalmasını istəyərək məhkəməyədək icraat mərhələsində qulluq mövqeyindən istifadə etməklə odlu silah hesab olunan “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli tapançanı və onun komplekt hissələrini talamasını etiraf etməmiş, bir növü hər dəfə müxtəlif ssenarilər quraraq törətdiyi əmələ görə cinayət məsuliyyətini əvvəlcə tam olaraq Təqsirləndirilən şəxs2 üzərinə yönəltmiş, işin sonrakı gedişatında isə ifşa olunduğunu dərk edərək sonuncunu özünün törətdiyi odlu silahı talama cinayətinin törədilməsində köməkçi qismində iştirakçıya çevirmişdir. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Sabunçu RPİ-nin silah anbarından odlu silah hesab olunan “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli tapançanı və onun komplekt hissələrini talamasına hər hansı formada köməkçilik etməsini təsdiq edən konkret sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ziddiyyətli izahat və ifadələrindən görünür ki, sonuncu odlu silahın talanmasına dair şübhələrin ona yönəldiyini dərk etdiyi andan baş vermiş hadisəni Təqsirləndirilən şəxs2 üzərinə yönəltmiş, əvvəlcə hadisədən ümumiyyətlə xəbərsiz olduğunu bildirmiş, daha sonra, yəni talanmış odlu silahı Təqsirləndirilən şəxs2 ailəsinə məxsus bağ evinə yerləşdirdikdən sonra istintaq orqanını inandıra bilməsi üçün Təqsirləndirilən şəxs2 cinayətin birbaşa icraçısı kimi təqdim etmiş və hətta bunu çəkinmədən sonuncunun üzünə qarşı demiş, daha sonra isə artıq ifşa olunduğunu gördükdə bu dəfə Təqsirləndirilən şəxs2 cinayətin köməkçisi qismində təqdim etmişdir. Hətta məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindən də göründüyü kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qarşı qərəzli mövqedə olmuş, özünün hərəkətlərini istintaq orqanına Təqsirləndirilən şəxs2 hərəkətləri kimi təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəmə baxışı mərhələsində verdiyi ifadəsində məhkəməyədək tcraat zamanı Təqsirləndirilən şəxs2 barədə göstərdiklərini inkar etmiş, sonuncunun odlu silahın talanmasında heç bir rolunun olmadığını bildirmiş, Təqsirləndirilən şəxs2 talanmış odlu silahı yalnız onlara məxsus bağ evində gizlədilməsinə icazə verməklə ona kömək etdiyini göstərmişdir. Hələ cinayət işinin ibtidai istintaqı mərhələsində ibtidai istintaq orqanı tərəfindən «Sübutların qiymətləndirilməsi haqqında» 07 iyul 2021-ci il tarixli qərarda Təqsirləndirilən şəxs1 izahat və ifadələrindən doğan ziddiyyətli məqamlara hüquqi qiymət verilmiş və həmin qərarda Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələrində silahın Təqsirləndirilən şəxs2 tərəfindən xidmətə çıxan zaman növbətçi hissədən bronijilet götürərkən qeyri-aşkar şəraitdə oğurlamasının, onun özünün, yəni Təqsirləndirilən şəxs1 silahın oğurlanmasından xəbərinin olmamasının, Təqsirləndirilən şəxs2 idman çantasını götürmək, bağ sahəsinə baxmaq məzmununda sms yazmaması barədə göstərdiyi xüsusatların istintaq zamanı toplanmış sübutlarla tam təkzib olunduğu göstərilmiş, bu, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilmişdir. İbtidai istintaq orqanının verdiyi qiymətə əsasən Təqsirləndirilən şəxs2 post-partrul əməkdaşı olaraq Sabunçu RPİ-nin Növbətçi Hissəsinə daxil olmaq səlahiyyəti olmamış, xidməti zərurətlə əlaqədar geyim forması və silah-sursatı xüsusi ayrılmış pəncərədən qəbul etmiş, məlum cinayət hadisəsinin baş verməsi ehtimal olunan tarixlərdə və vaxtda Sabunçu RPİ-nin yerləşdiyi antenin dairəsində olmamış, talama cinayətinin predmeti olan odlu silahı və onun komplekt hissələrini Təqsirləndirilən şəxs1 özü talayıb özünə məxsus çantada gizlədərək növbəti gün xidmətdən sonra yaşadığı evə aparmış, silahın satılmasını asanlaşdırmaqdan ötrü seriya nömrəsini laqonda ilə silərək üzərini qara rəngli boya ilə boyamış, 2021-ci ilin mart ayınadək öz evlərində gizlətməklə saxlamış, mart ayının əvvəllərindən həmin silahı Təqsirləndirilən şəxs2 və onun ailə üzvlərinin istifadəsində olan bağ sahəsində gizlədib saxlamış, bir müddət sonra Təqsirləndirilən şəxs2 “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə sms yazaraq çantanı götürmək, həyətə baxmaq istədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 iş yoldaşları olmaqla yanaşı, onlar həm də qonşuluqda yaşamaqla dost olmuş, uşaq yaşlarından bir-birini tanımış və münasibət saxlamışlar. Məhkəmə baxışı zamanı hər iki təqsirləndirilən şəxs arasında odlu silahın talanması hadisəsindən sonra da telefon əlaqələrinin, faktiki görüşlərin olması təsdiq olunsa da, belə faktların məhz odlu silahın talanması ilə əlaqəli olması, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsinin törədilməsində köməkçi qismində rolunun olması kimi qiymətləndirilə bilməz. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 həmkarı və dostu Təqsirləndirilən şəxs1 tərəfindən Sabunçu RPİ-nin silah anbarından talanmış odlu silah hesab olunan “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli tapançanı və onun komplekt hissələrini sonuncunun xahişini nəzərə almaqla qəbul edib özlərinə məxsus bağ sahəsində gizlədilməsini təşkil etməsi ilə qabaqcadan vəd etmədən Azərbaycan Respublikası CM-nin 232.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayəti gizlətməsi və bu hərəkətləri ilə həm də qrup şəxs şəklində odlu silahı əldə edib gizlətməsi təkzibolunmaz və mötəbər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 32.5, 232.2.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi yalnız Təqsirləndirilən şəxs1 ziddiyyətli ifadələrinə, istintaq orqanının fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunanla əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Bundan başqa, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə, həm də Cinayət Məcəlləsinin 32.5, 232.2.3-cü maddəsindən həmin Məcəllənin 307.2-cü maddəsinə tövsif edilməli, o, Azərbaycan Respublikası CM-nin 228.2.1 və 307.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 nəfər azyaşlı uşaqları vardır. Zərər çəkmiş hüquqi şəxs Bakı şəhər Sabunçu RPİ-nin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki ididası və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran, Təqsirləndirilən şəxs2 isə cəzasını həm yüngülləşdirən və həm də ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin ağır və az ağır cinayətlər kateqoriyasına, Təqsirləndirilən şəxs2 isə törətmiş olduğu cinayətin az ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 228.2.1 və 307.2-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyasında nəzərdə tutulmasa belə, onlara həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin hər ikisi Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 aprel 2021-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2021-ci il tarixdə Sabunçu rayon Məhkəməsinin enyi tarixli qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlanılma müddəti məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onlarn barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, axtarış nəticəsində aşkar edilib götürülmüş 1 ədəd 9x19 mm kalibrli “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli bir ədəd tapança, 2 ədəd patron sandığı, 2 ədəd silah təmizləyici qurğu, silah təmizləmək üçün nəzərdə tutulmuş yağ maddəsi və 2 ədəd kitabça Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinə təhvil verilməli, “İpone - 11” markalı bir ədəd mobil telefon sahibi Təqsirləndirilən şəxs2 özünə qaytarılması üçün onun yaxın qohumlarına, “Samsung - A12” markalı bir ədəd mobil telefon isə sahibi Təqsirləndirilən şəxs1 özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri - 218,16 (iki yüz on səkkiz manat 16 qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 109,08 (yüz doqquz manat 08 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 232.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 232.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 307.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 aprel 2021-ci il tarixdən hesablansın. İş üzrə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - axtarış nəticəsində aşkar edilib götürülmüş 1 ədəd 9x19 mm kalibrli “Zəfər-K” markalı, AZTKA 7699 nömrəli bir ədəd tapança, 2 ədəd patron sandığı, 2 ədəd silah təmizləyici qurğu, silah təmizləmək üçün nəzərdə tutulmuş yağ maddəsi və 2 ədəd kitabça Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinə təhvil verilsin; - “İphone - 11” markalı bir ədəd mobil telefon sahibi Təqsirləndirilən şəxs2 özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - “Samsung - A12” markalı bir ədəd mobil telefon sahibi Təqsirləndirilən şəxs1 özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - 218,16 (iki yüz on səkkiz manat 16 qəpik) manat məbləğində ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 109,08 (yüz doqquz manat 08 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-154/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-154/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver