Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-154/2024 08.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, X3, X6 və X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X13, X7, X4 və Dövlət ittihamçısı, tərcüməçi X2 və X8, müdafiəçi- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib, daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 99 ünvanının qarşısında Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı şühbəli şəxs qismində saxlanılıb Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılaraq keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunda olan 02 ədəd bükümdə təmiz çəkiləri 2,152 qram və 2,180 qram olmaqla, öz aralarında kimyəvi komponent tərkibinə və əlamətlərinə görə eyni olan ümumi təmiz çəkisi külli miqdarda 4,332 qram və 03 ədəd bükümdə təmiz çəkiləri 0,145 qram, 0,210 qram, 0,118 qram olmaqla, öz aralarında kimyəvi komponent tərkibinə və əlamətlərinə görə eyni olan ümumi təmiz çəkisi 0,473 qram olmaqla, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 4,805 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində çörək almaq üçün evdən çıxıb yaxınlıqda yerləşən marketə gedərkən 5 nəfər polis əməkdaşı onu arxadan qucaqlayaraq avtomobilə əyləşdirib Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparmışlar. Polis əməkdaşlarından biri onun əlini qandalla bağlamış, polis bölməsində təzyiq altında olmuş, döyərək ona işgəncə vermişlər. Orada polis əməkdaşları onun cibinə siqaret qutusu qoyub həmin siqaret qutusunun içərisindəki narkotik vasitənin ona aid olduğunu bildirməyi, bu halda 3 ay müddətində müalicəyə göndəriləcəyini dedikdə razılaşmadığından döyülmüş, təhqir edilmiş, bir müddət sonra qarşısına 1 torba gətirilərək seçim qarşısında qoyulmuş, anası ilə təhdid edildiyinə görə razılaşmışdır. Polis bölməsində olduğu zaman tərcüməçi ilə təmin edilməmişdir. O, latın qrafikasını bilmir, ancaq rus dilində yazıb-oxuya bilir. Onu döyənlər polis əməkdaşları olmuş, Mehdi adlı şəxs onu döymüşdür. Avtomobilə əyləşdirildiyi zaman anası onu görmüş, istifadəsində mobil telefon olmamış, atasının mobil telefonundan istifadə etmişdir. Bölməyə aparıldığı zaman müdafiəçisi olmamış, videoçəkiliş zamanı müdafiəçi iştirak etmişdir. Polis əməkdaşları içərisində narkotik vasitə-heroin olan siqaret qutusunu videoçəkiliş aparılan otaqda cibinə qoymuşlar. Protokollar ona oxunmamış, ümumiyyətlə ona tərcüməçi təqdim olunmamışdır. Döyülməyi ilə bağlı müraciət etmək üçün imkanı olmamış, döyülməsi ilə bağlı bədənində hər hansı iz və ya xəsarət olmamışdır. Tanımadığı şəxslərdən 0,3 və 0,5 qram heroin alaraq gün ərzində təxminən 0,1 və ya 0,2 qram heroin istifadə etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət- Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün fəhləlik etmişdir. Rusiya Federasiyası vətəndaşı olsa da, 5-6 ildir ki, Bakı şəhərində yaşayır. Azərbaycanlıdır. Bir neçə ildir ki, müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitələr əldə edib qəbul etmişdir. Tutulmamışdan bir neçə gün əvvəl Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən içərisində narkotik vasitə-heroin olan 5 bükümdə narkotik vasitəni 100 manat müqabilində şəxsi istifadəsi üçün alıb içi boş siqaret qutusuna qoyaraq üzərində gəzdirmiş və xx.xx.2022-ci il tarixdə axşam vaxtı yaşadığı ünvanın yaxınlığında olarkən ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Polis Bölməsinə dəvət etdikdə getmiş, orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri elan olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet olarsa təqdim etməyini təklif etmişlər. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunda olan 5 ədəd bükümdə narkotik vasitə-heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi maddələr elektron tərəzidə çəkildikdən sonra iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Onun istifadəsində mobil telefon olmamış, narkotik vasitə istədiyi zaman Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yanına gedib üzdən tanıdığı şəxsdən almış, lakin sonuncu ilə “online” (yəni onlayn) formada və ya telefon vasitəsilə əlaqə saxlmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Bakı şəhəri Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar qəbul edilərək o və bölmənin digər əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradıldıqdan sonra həmin məlumata görə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 99 ünvanına getmişlər. Saat 21 radələrində orada xarici görkəmi və əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunduqda, könüllü olaraq əynindəki şalvarının cibindən siqaret qutusunu çıxarmış, həmin qutunun içərisində 4-5 bükümdə heroinə bənzər narkotik vasitə aşkarlanmış, həmin bükümlər ekspertizaya göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığından əldə etdiyini bildirmiş, həmin istintaq hərəkəti videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Təqsirləndirilən şəxs o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zor tətbiq edilməmiş, tək olan zaman saxlanılmış, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün əlavə kütlə təqdim edilməmiş, özü könüllü etiraf etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edilərək o və digər əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradıldıqdan sonra həmin gün saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 99 ünvanının yaxınlığına gedərək xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etdikdən sonra əməliyyat məlumatı barədə bildirib Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsinə aparmışlar. Həmin bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunduqda, sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən 2 ədəd sellofana bükülmüş və 3 ədəd ağ rəngli siqaret falqasına bükülmüş bükümləri çıxarıb stolun üzərinə qoyduqdan sonra həmin bükümlərin içərisində heroin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmiş, aşkarlananlar qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bütün proses videoçəkiliş vasitəsilə qeydə alınmış, müdafiəçisi gələnədək Təqsirləndirilən şəxs yanında dayanaraq üzərində olan qanunsuz predmet və ya əşyanı kənara atmasına şərait yaratmamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında heç kim olmamış, sonuncunu heç kim səsləməmiş, o və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zorakılıq aparılmamış, sonuncu hər hansı formada hədələnməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rus dili müəllimi işlədiyinə görə zərurət olduğu vaxtlarda Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən həmin dildən Azərbaycan dilinə tərcümə etmək üçün dəvət edilmişdir. Hadisənin üstündən uzun müddət keçdiyinə və ahıl yaşında olduğuna görə təfərrüatları dəqiq xatırlamır. 2022-ci ilin payız aylarından birində dəqiq xatırlamadığı tarix və vaxtda həmin iş üzrə müstəntiq onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb polis idarəsinə dəvət etmiş, həmin idarədə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) görmüşdür. Sonuncu ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamış, əvvəllər tanımamışdır. Həmin iş üzrə 2 dəfə tərcümə üçün çağırıldığı xatirindədir, bəlkə də daha çox olub. Narkotik vasitə ilə bağlı danışıqları, sual-cavabı tərcümə etmiş, müstəntiq isə kompüterdə yazmışdır. Həmin proses vaxtı Təqsirləndirilən şəxs iştirak etmiş, sonuncunu Xətai Rayon Polis İdarəsində görmüş, Təqsirləndirilən şəxs sərbəst şəkildə Azərbaycan dilində danışa bilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) qanunsuz olaraq narkotik vasitələrdən əldə etməsi, istifadə etməsi və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 6) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, ƏR-438-R nömrəli “Əməliyyat qrupunun yaradılması barədə” əmr və protokoldan görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7; 8-9; 11) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) həmin gün saat 21:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 99 ünvanının yaxınlığında saxlanılaraq, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 12) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 21:00 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 21) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) üzərinə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən 02 ədəd sellofan və 03 ədəd ağ rəngli siqaret falqası bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkar edildikdən sonra sonuncu həmin maddələri Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata əldə edərək üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkarlananlar 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 30-33) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5730 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N151”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,152 qram və 2,180 qram, ümumi təmiz çəkisi 4,332 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,145 qram, 0,210 qram və 0,118 qram, ümumi təmiz çəkisi 0,473 qram boz rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin ümumi təmiz çəkisi 4,805 qramdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 4,332 qram olan heroinlər, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,473 qram olan heroinlərdən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2 ədəd bükümdə heroinin ümumi təmiz çəkiləri 4,332 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 4,232 qram qalıq qalmış, 3 ədəd bükümdə heroinin ümumi təmiz çəkiləri 0,473 qram olmuş, 0,12 qram tədqiqata sərf edildikdən sonra 0,353 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 41- 46) xx.xx.2022-ci il tarixli “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” qərardan görünür ki, 05 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 62-63) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 64-65) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-522/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) barəsində əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(011)-3/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 81-83; 149- 152) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 92) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2022-ci il tarixli, 7882 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 105- 106) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, xx.xx.2022-ci il tarixli, 6/5730 nömrəli və xx.xx.2022-ci il tarixli, 7882 nömrəli ekspert rəyləri sübut növü qiymətləndirilmiş, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 4,332 qram və 03 ədəd bükümdə ümumi təmiz çəkisi 0,473 qram olmuş narkotik vasitə-heroin maddi sübut kimi tanınaraq qalıq qalmış 4,232 qram və 0,353 qram çəkidə narkotik vasitə-heroin Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə olunan 1 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 108-116) Doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) himayəsində 3 azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1534/2023 nömrəli məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında” Burnun üstü, döş qəfəsinin sol tərəfində, sol said nahiyəsində köhnə çapıqlar qeyd olunur” qeydi yazılmışdır. Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) məhkəməyədək icraat zamanı ona fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-13-3/2-7919/2023 nömrəli məktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən məlumatların təqdim edilməsi mümkün deyil. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 55-3/2-9263 nömrəli və xx.xx.2023-cü il tarixli, 55/2-33018 nömrəli məktublardan görünür ki, polis idarəsinin və ərazi polis şöbə və bölmələrinin inzibati binasının həyətində və dəhlizlərində quraşdırılmış videomüşahidə qurğularının yaddaş daşıyıcılarının 1 ay müddətində avtomatik rejimdə silinərəkyenilənməsi səbəbindən Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) 05 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu gün müddət etibarı ilə kamera yaddaşından silindiyindən təqdim edilməsi mümkün olmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını dəqiqləşdirmək üçün həmin təcridxanaya sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) barəsində tərtib edilən tibbi kitabçanın kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında” Burnun üstü, döş qəfəsinin sol tərəfində, sol said nahiyəsində köhnə çapıqlar qeyd olunur” qeydi yazılmışdır. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1 və Şahid2 suallar verilmiş, şahidlər Mehdi Mehdiyev və Şahid2 Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra psixi və ya fiziki zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan əlavə, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı mübahisələndirib 05 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində saxlanıldığı, həmin vaxt üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını, fiziki və psixi zorakılıq səbəbindən ona təqdim edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu videoçəkiliş zamanı dediyini bildirsə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) şalvarının cibində olan siqaret qutusunun içərisindən ümumilikdə 5 ədəd bükümdə narkotik vasitə-heroinə bənzər maddəni təqdim etdiyini, aşkarlananların qablaşdırılaraq ekspertizaya göndərildiyini, nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edilmədiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 7-ci vərəqində olan əmrdən görünür ki, yaradılmış əməliyyat qrupunun tərkibində Şahid1 və Şahid2 olmuşdur. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 31-33-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və 62-ci vərəqində olan “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) könüllü olaraq cibindəki siqaret qutusunun içərisində olan 2 və 3 ədəd olmaqla, ümumilikdə 5 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/5760 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” və sair yazılar, imzalar olan “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi olan bir ədəd bağlamanın tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 5 ədəd bükümdə ümumi təmiz çəkisi 4,805 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin təqdiqata təqdim edildiyi müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə bir halı qeyd edir ki, cinayət işinin materiallarına əsasən təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) müdafiə hüquqları təmin edilmiş, 05 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən 90.7.12-ci maddəsində qeyd olunan hüququ, yəni “tərcüməçinin köməyindən pulsuz istifadə etmək” hüququ izah olunmuş, o, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri özündə əks etdirən bildirişi imzalamışdır. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin istintaq hərəkətini özündə əks etdirən diskə baxışdan görünür ki, müdafiəçisinin iştirakı ilə aparılan həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Azərbaycan dilini bilməməsi ilə bağlı hər hansı məsələ qaldırmamış, könüllü olaraq cibindəki siqaret qutusundan ümumilikdə 5 bükümdə narkotik vasitə-heroini təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) ona verilmiş suallara Azərbaycan dilində sərbəst şəkildə cavablandıraraq şübhənin mahiyyəti barədə ətraflı məlumat vermiş, istintaq hərəkətinin aparılmasına hər hansı şikayəti və etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) şübhəli şəxs qismində tutulub ağır cinayət törətməkdə təqsirləndiriləcəyini yəqin etdikdən sonra müdafiə mövqeyi quraraq tərcüməçi ilə təmin olunmasını xahiş etdiyinə görə ibtidai istintaq orqanı həmin yanaşmasını onun xeyrinə həll edərək ədalət mühakiməsinin maraqları naminə tərcüməçi ilə təmin etmiş və bundan sonra baş tutmuş bütün istintaq hərəkətləri tərcüməçinin iştirakı ilə aparılmış, o, həmin vaxt dindirilərkən etirafedici məzmunda ifadə vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında olarkən, sərbəst, kənar müdaxilədən azad şəkildə törətdiyi əməli səmimi olaraq etiraf edərək əməlindən peşman olduğunu bildirmiş və həmin vaxt da tərcüməçiyə ehtiyacı olmasını vurğulamamışdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, araşdırmanın istənilən mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması halları baş verməmiş, onun müdafiə hüququ tam şəkildə qorunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılmasında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilmişdir. Şəxsin narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılmasında şübhəli bilindiyi üçün saxlanılması və üzərinə baxış keçirilməsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsində sadalanmış, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən tətbiq edilən əməliyyat-axtarış tədbirlərinə aid edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) həmin cinayət əməlini törətməsi şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etməsi, onun ibtidai istintaq zamanı müdafiə hüququ gözlənilməklə verdiyi ifadələri, həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı şahidlərin ifadələri və digər sənədlərlə mübahisəsiz olaraq sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı, Şahid3 məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikasının təqdim etdiyi ümumilikdə 5 ədəd bükümdəki narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 4,805 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir Göründüyü kimi, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) üzərindən aşkarlanmış heroinin miqdarı külli miqdarda (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) xx.xx.2022-ci il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı, Şahid3 məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri və predmetləri sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə-heroinin çəkisinin külli miqdarda olmasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) himayəsində 3 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, habelə cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olmasına baxmayaraq valideynlərindən biri, yəni anası Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.2.4-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-522/2022 nömrəli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən bugünədək Təqsirləndirilən şəxs davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd bükümdə 4,232 qram və 03 ədəd bükümdə 0,353 qram olmaqla, ümumilikdə 4,585 qram narkotik vasitə-heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X15 28 dekabr 2022-ci il tarixli, 7882 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 oktyabr 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 4,585 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs (İSMAİLZADE AZAD) isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-154/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-154/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver