Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1540/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi və X2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 % dövlət nəfinə tutulmaqla, 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 20 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum edilmiş, 10 dekabr 2018-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 420 saat ictimai işlərlə əvəz edilərək qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 3,332 qram çəkidə külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini qanunsuz əldə edib daşımaqla üzərində qanunsuz saxlamış, əldə etdiyi psixotrop maddə metamfetamini bölüb ayırmaqla hər birində müvafiq olaraq 2,102 qram və 1,230 qram olmaqla iki bükümdə qablaşdırmış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 16 mart 2021-ci il tarixdə saat 12:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 14:18-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,102 qram və 1,230 qram olmaqla, ümumilikdə külli miqdarda 3,332 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, həbs olunandan təxminən 4 ay əvvəl psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etməyə başlamışdır. O, psixotrop maddələri üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən əldə elərək yalnız şəxsi istifadəsi üçün psixotrop maddə əldə etmişdir. O, “şüşə” deyilən psixotrop maddə metamfetamin istifadə etdiyi dövrdə Nail adlı şəxslə tanış olmuşdur. Nail adlı şəxs “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında köşkdə işləmişdir. O, Naillə tanış olduqdan sonra Nailin də psixotrop maddə istifadə etdiyini, həmçinin metamfetamin və digər maddələrin satışını həyata keçirdiyini öyrənmişdir. Bir neçə dəfə Naillə birlikdə psixotrop maddə metamfetamin istifadə etmişlər. Nailin anket məlumatlarını və telefon nömrəsini hazırda xatırlamır. Sonuncu dəfə, yəni 16 mart 2021-ci il tarixdə o, Nailə məxsus olan xatırlamadığı telefon nömrəsi ilə əlaqə saxlayıb ona metamfetamin lazım olduğunu, 60 manat da pulu olduğunu demişdir. Nail ona “MilliÖn” aparatı vasitəsilə Nailin deyəcəyi karta pul vurmağını və həmin pulu vurduqdan sonra ona “şüşə” verə biləcəyini demişdir. Bundan sonra Nail ona telefonda 16 rəqəmli kod demişdir. O, həmin kodu “MilliÖn” aparatına daxil etdikdən sonra adını xatırlamadığı şəxsin adına olan karta 60 manat pul vurmuşdur. Sonra Nail ona “X8” adlanan xəstəxananın qarşısına getməyini və orada ona gözləyən şəxsin “şüşə” verəcəyini dedi. O, Nailin dediyi yerə çatdıqda Nail onu Kazım adlı şəxsin gözlədiyini və gedib həmin şüşəni həmin şəxsdən götürməyini demişdir. O, “X8”-nın qarşısında dayanmış “Kazım” adlı şəxsdən ona çatası psixotrop maddəni götürmüş və oradan evə getmişdir. Evə getdikdən sonra aldığı narkotik vasitəni istifadə etmişdir. 16 mart 2021-ci il tarixdə günorta saatlarından sonra ünvan 3 ünvanının qarşısında bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. O da özünü təqdim etdikdən sonra onda narkotik vasitə olmasında şübhəli olduğunu bildirərərk onu Baş idarəyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Baş idarəyə gəlmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Lakin həmin vaxt onun üzərində narkotk vasitə olmamış, yəni onda iki bükümdə 3,332 qram metamfetamin olmamışdır. Ona polis əməkdaşları bildirmişlər ki, o, üzərinə həmin miqdarda nakotik vasitənin olmasını götürsə, onda o, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacaq. Bu səbəbdən o, həmin narkotikin ona məxsus olması barədə əməliyyatçılara bildirmiş və bunu çəkiliş zamanı etiraf etmişdir. O, narkoman olsa da, onda həmin vaxt narkotik olmamışdır. Narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Nail adlı şəxsin telefon nömrəsini hazırda xatırlamır, başqa anket məlumatlarını da bilməmişdir. Kazım adlı şəxsi tanımamış, hadisə günü Nailin deməsinə görə gedib ondan narkotik vasitəni götürmüşdür. O, saxlanılarkən onda narkotik vasitə olmamışdır. Elan olunmuş cinayət işinin 28-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan təqsirləndirilən şəxsin adının qarşısında olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Ona polis əməkdaşları demişlər ki, o, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacaq, hər şeyə qol çəksin. O, polis əməkdaşlarına inanaraq protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş, izahatın və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 35-36-cı vərəqələrində olan izahatında, 54-57-ci, 67-70-ci və 167-169-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Mən yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirdim ki, hazırda üzərimdə psixotrop maddə metamfetamin vardır. ...Şəxsi axtarış zamanı mən üzərimdə psixotrop maddə olan metamfetamin olduğunu bildirib, əynimdə olan göy rəngli cins şalvarımın sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, sol yan cibimdən 46 manat pulu və 01 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etdim. Təqdim etdiyim 02 ədəd şəffaf sellofan bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirdim. Mən həmin psixotrop maddəni Kazım adlı şəxsdən aldığımı, “X8” nın qarşısından götürdüyümü, həmin şüşəni götürmək üçün Neapol dairəsinin yaxınlığında “Səbət” marketdə karta 60 manat pul köçürdüyümü dedim. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatını və ifadələrini təsdiq etmir. İzahatda və ifadələrdə ona təqdim olunmuş imza onun imzasıdır. İzahatı və ifadələri oxumadan imza etmişdir. Ona polis əməkdaşları demişlər ki, o, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacaq, hər şeyə qol çəksin. O, polis əməkdaşlarına inanaraq ifadəni oxumadan imza etmişdir. Onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Videoçəkiliş zamanı o, narkotik vaistəni təqdim etmiş, lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Ona bildirmişlər ki, əgər belə etsə, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O da videoçəkiliş zamanı onların dediyi kimi narkotik vasitə təqdim etmişdir. Cinayət işinin 115-116-cı vərəqələrində olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**- ** saylı telefon nömrəsi onun istifadə etdiyi nömrə olmuşdur. O, həmin danışıqlarda əsasən özü üçün narkotik vasitə istəmişdir. SMS yazışmalarda olan şəxslərin adlarını və soyadlarını xatırlamır, onların anket məlumatlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 16 mart 2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 16 mart 2021-ci il tarixli qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin gün saat 12:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının yaxınlığına getmişlər. Xarici əlamətdərinə görə Təqsirləndirilən şəxs uyğun olan bir nəfər şəxsə yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra oda özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik vasitə və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmaqda şübhəli olması bildirilmişdir. Bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 46 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini 16.03.2021-ci il tarixdə gecə saatlarında anket məlumatlarını bilmədiyi Kazım adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Kazım adlı şəxsdən psixotrop maddə metamfetamini əldə etmək üçün onunla telefonla əlaqəsi saxlayıb 16.03.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən «Səbət» marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Kazım adlı şəxsin Təqsirləndirilən şəxs verdiyi hesaba 60 manat pul köçürdüyünü, pul hesaba köçdükdən sonra Kazım adlı şəxslə təkrar əlaqə saxlayaraq Kazım adlı şəxsin Təqsirləndirilən şəxs anket məlumatlarını bildirmədiyi Bakı Metropoliteninin Xalqlar Stansiyasının yaxınlığında yerləşən “X8”-nın qarşısında dayanan şəxs vasitəsi ilə psixotrop maddə metamfetamini göndərdiyini və qeyd edilən ərazidə həmin şəxsdən psixotrop maddə metamfetamini götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs da Kazım adlı şəxsin bildirdiyi yerə gedərək tanımadığı şəxsdən psixotrop maddə metamfetamini əldə edib istifadə etmək üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. Aşkar edilmiş 46 manat məbləğində pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra protokol tərtib edimişldir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılarkən heç bir etiraz etməyərək onlarla Baş İdarəyə getməyə razı olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən narkotik vasitəni özü könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satması barədə onlarda əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxsə heç kim deməmişdir ki, narkotik vasitəni öz üzərinə götürsə ona aşağı, yəni CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. Təqsirlədirilən şəxsə qarşı hər hansı bir təsir, təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 16 mart 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psxiotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrin satışı ilə məşğul olması, əldə edərək, saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin 16 mart 2021-ci il tarixli, Ə80-007-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrin satışı ilə məşğul olması, əldə edərək, saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl, ona üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan edilmiş əşyalar, narkotik vasitə və ya psixotrop maddələr olduğu halda könüllü surətdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 46 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin 2 ədəd büküm açıldıqda, içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri 16.03.2021-ci il tarixdə gecə saatlarında anket məlumatlarını bilmədiyi Kazım adlı şəxsdən əldə etdiyini, belə ki, Kazım adlı şəxslə telefonla əlaqə saxlayaraq 16.03.2021-ci ildə gecə saatlarında Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən “Səbət” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Kazım adlı şəxsin ona verdiyi hesaba 60 manat pul köçürmüş, daha sonra həmin şəxsin anket məlumatlarını bildirmədiyi Bakı Metropoliteninin “Xalqlar” stansiyasının yaxınlığında yerləşən “X8” nın qarşısında dayanan şəxs vasitəsilə psixotrop maddəni götürdüyünü bildirmişdir. Aşkar edilmiş 02 ədəd büküm və “Samsung” markalı mobil telefon götürülmüşdür. 46 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 40-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli, 6/1076 saylı ekspert rəyindən görünür ki, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürülmə zamanı aşkar olunmuş...” yazısı olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,102 qram və 1,230 qram, ümumi təmiz çəkisi 3,332 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”- in İ siyahısına daxildir. Cinayət işinin 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 mart 2021-ci il tarixli mobil telefon aparatlarının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 114-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-724- 93-93 saylı mobil nömrələri ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: ***-***-**-** saylı mobil nömrə istifadəçisi 02.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “ok gelirem putkaya patini daniw 10 goturey yaxiwi negdi varimdi 10 manat qoy gorum ustunu duzelde bilirem” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 08.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Urey hele eleki qerdewumsen sennen 50 60 goturum pati tapim seni gozduyurrm” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 10.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qaqa caliw mene pul veresenki pati goture bilem” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 17.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qardawim kola var problem deil pati atani tutublar goturemediy qabagladilar bizi ureyme damiwti eee quranaqqi” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 17.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Salam saban xeyr qardawim nevar ne yox bratka fanta yoxtu kola var axwam saat 12 ye kimi fanta bizde olacag inwallah” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəsçisi 17.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Wukur allaha hec qaqa axtaram kimnen pati goturem bir ikidene heleliy oda heckimde hele qiymet deyirler ele bilki mawin allam ))” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 19.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “5 diy pati qaqa 3 manatda bele var onada koku alinar? 8 manat pul var ama. pari qardawimaan. normal olar alinar. sms yaz” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəsçisi 03.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Brat sene 40 manat pul versem brat mene 1 gram pati 2 dene 5 kola 1 denede 5 pati vere bİlersen brat sene men 40 indi verirem 10 sabah 1 üst de tt sabah saat 1 re kimi gardawiminn gebrine and olsun 10 manat pul 1 istde tr sende olacag elimnen tura bilersen brat lap 2 dene kola 1 gram da pati, sadece dayi oğlunun pulnu goturdum pati adiyla 15 sene verdim 5 de sigaret zad aidim .... he brat ne deyirseb elimnen tutda bidene” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəsçisi 04.01.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Brat hardasan?gelirsen bu terefe mene 2 dene kola 1 pati lazimdi hardasan?” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəsçisi 09.01.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Servan neynirsen brat mene kola lazimdi patida 20 manatim vaer geürsen sen” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəsçisi 29.01.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qaqa biz terefe kecsen yari pati biryarinıda kola getirde” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəsçisi 04.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qaqa daniwa bilmirem evdeyem bu terefe kece bilirsense kec hem evvelki borcu verim hemde 2 kola yarida pati getir” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəsçisi 22.02.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs İstifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “QARA MEN SEİN 15-20DEQE GOZLEDİM,SEN İSE GELİB ÇİXMADİ SENE KOMEK ELEMEK İSTİYİREM PATİ UJE COX İSTİYİLER NECE EDEK!” məzmunlu sms göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 07.08.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “Brat seni gozleyirem duran kimi bunlari zakaz ele 2qr kola birda 2qr pati tez ele duranda xeber ele pul getirim” məzmunlu, 12.01.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “1 qr pati ele yari yari ele 3 dene yari yari kola et gellirem” məzmunlu, 20.02.2021-ci il tarixdə ***- ***-**-** saylı mobil nömrə istifadəçisinə “Qaqa on qr pati versem hec olmasa 25man hel et tezdene noiar” məzmunlu sms göndərmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 12 aprel 2021-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 119-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 5(005)- 380/2021 saylı əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 16 mart 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin müstəntiqi, polis baş leytenantı Toğrul Arazlının 22 iyun 2021-ci il tarixli cinayət işi materiallarından ayrıca icraata material ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək üçün ayrıca icraata material ayrılmışdır. Məhkəmə iclasında cinayət işinin 30-cu vərəqəsində olan və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl, ona üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan edilmiş əşyalar, narkotik vasitə və ya psixotrop maddələr varsa, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 46 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim edilmiş həmin 2 ədəd büküm açıldıqda, içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri 16 mart 2021-ci il tarixdə gecə saatlarında anket məlumatlarını bilmədiyi Kazım adlı şəxsdən əldə etdiyini, Kazım adlı şəxslə telefonla danışaraq 16.03.2021-ci ildə gecə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən “Səbət” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Kazım adlı şəxsin ona verdiyi hesaba 60 manat pul köçürdüyünü, daha sonra həmin şəxsin dediyi Bakı Metropoliteninin “Xalqlar” stansiyasının yaxınlığında yerləşən “X8” nın qarşsıında dayanan şəxs vasitəsilə psixotrop maddəni götürdüyünü bildirmişdir. Şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd büküm və “Samsung” markalı mobil telefon götürülmüşdür. 46 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, onda psixotrop maddə metamfetamin olmamışdır, o, narkoman olsa da, onda həmin vaxt narkotik olmamış, narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almış və satışı ilə məşğul olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə daxil olan və çıxan sms mətnləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən «Metamfetamin» in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 aprel 2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 % dövlət nəfinə tutulmaqla, 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 20 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum edilmiş, 10 dekabr 2018ci ildə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 420 saat ictimai işlərlə əvəz edilərək qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 21 iyun 2021-ci il tarixli, 2003 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İldıqım oğlu 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 85-89-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 4(005)-297/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,232 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,232 qram psixotrop maddə metamfetamin məhv edilsin. 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1540/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1540/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver