Məhkəmə qərarları › İş №1(101)-1541/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1541/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1541/2021 23.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 8-də qeydiyyada olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 130 manat pul müqabilində istintaqa məlum olmayan mənbədən və şəxsdən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq əldə edib üzərində, saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 13 aprel 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi 27 ünvanda yerləşən mənzilin qarşısında saxlanılıb ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə üzərinə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman, əynində olan tünd göy rəngli şalvarın arxa sağ cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, sağ cibindən isə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,193 qr, 6,489 qr, 5,187 qr, 4,109 qr, 0,136 qr, 0,127 qr, 0,191 qr, 0,176 qr, ümumilikdə təmiz çəkisi 21,608 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik narkotik vasitə heroin və 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,573 qr, 0,470 qr, 0,307 qr, ümumi təmiz çəkisi 1,350 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində cəmi 0,01 qram heroin olmuşdur və həmin heroini şəxsi istifadəsi üçün almışdır. Onu ittihamda göstərildiyi kimi deyil, anası ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi 27 ünvanda saxlamışlar. Bu hadisə 13 aprel 2021-ci il tarixdə baş vermişdir. Polis əməkdaşları bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir və onu 31-ci PB-nə aparmışlar. Polis bölməsində təhqiqatçı dövlət hesabına onu müdafiəçi ilə təmin etmiş və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxtı üzərində cəmi dediyi kimi bir istifadəlik büküm heroin aşkar edilmişdir. Həyəcanlı olduğundan üzərindən aşkar olunmuş narkotik vasitələrin çəkisinin külli miqdar olması və bükümlərin sayının çox olmasına, həmçinin tərəzinin də aşkar edilməsinə dair heç bir etiraz etməmişdir. Üzərində başqa heç bir başqa şey siqaret və alışqan çıxmamışdır. Polislər ona təklif etmişlər ki, öhdəsinə 1 kq heroini götürsün. Qəti etirazından sonra çəkisini 40 qrama, buna da etiraz etdiyi üçün çəkisini 20 qrama endirmişlər. Artıq buna ona edilən təzyiqlərə görə razı olmuşdur. Onda 8 ədəd deyil, cəmi bir büküm aşkar edilmiş, metamfetamin isə üzərində olmamışdır. İbtidai araşdırma zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həqiqətən həmin ifadəsində etiraf etmişdir ki, onun üzərindən 8 büküm heroin və 3 büküm metamfetamin aşkar edilmişdir. Həmin əşyalar videoçəkilişlə aparılan baxış zamanı da üzərindən aşkar olunmuşdur. Lakin göstərdiyi kimi onun üzərindən cəmi bir büküm heroin aşkar edilmişdir. O, heç vaxt narkotik vasitə satmamış və satışı ilə də məşğul olmamış, polis əməkdaşları tərəfindən yaşadığı evin içərisindən aparılmış və həmin vaxt üzərində 0,1 qram narkotik vasitə olmuş, üzərindən bir ədəd elektron tərəzi aşkar olunmamış, ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuş, öz adınadır, lakin nömrəni uzun müddətdir ki, istifadə etməmiş, çünki nömrəni mobil telefonu ilə birlikdə hadisədən xeyli müddət əvvəl itirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 13 aprel 2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, istifadə etməsi və satışı ilə məşğuldur. Məlumatla əlaqədar polis bölməsinin rəisinə raportla məruzə etmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkilli, polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Həmin gün saat 20 radələrində Şahid2 ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 3na getmişlər. Belə ki, məxfi məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri göstərilməklə onun məhz həmin ünvanda yaşaması qeyd olunmuşdur. Yeni ünvan 3na gəldikdə isə Təqsirləndirilən şəxs özünü küçədə görüb ona yaxınlaşmışlar. Həmin vaxt Rasim idman şalvarında idi. Rasimin şəxsiyyətini dəqiqləşdirdikdən sonra ona qərarı təqdim etməklə narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını, onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Orada onu təhqiqatçı Rasim Seyidova təqdim etmişlər. X6 Məmmədov üçün müdafiəçi dəvət etmiş və müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə baxış keçirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzi, sağ yan cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və demişdir ki, kibrit qutusunun içərisində heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin vardır. Həmin kibrit qutusunu təhqiqatçı açmış və içərisində artıq xatırlamadığı sayda bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs burada məhkəmədə həqiqətə uyğun olmayan ifadə vermişdir. Belə ki, üzərində 0,1 qram narkotik vasitə deyil, daha çox, yəni axtarış protokolunda sayı göstərilən qədər qanunsuz maddələr olmuşdur. Həmçinin üzərindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, əvvəllər tanımadığı şəxslərə narkotik vasitələr satmış, özü də onlardan istifadə etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi və qəhvəyi rəngli tozşəkilli maddə və ağ rəngli kristalşəkilli maddələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə o, həmkarı Şahid2, müdafiəçi və Təqsirləndirilən şəxs özü imzalarını atmışlar. İstər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya təzyiqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Mənsimov Elnur Rasim oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 13 aprel 2021-ci il tarixdə həmkarı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Nurlan, o isə üzvü təyin edilmişdir. Həmin gün saat 20 radələrində ikisi birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 3na, yəni Təqsirləndirilən şəxs yaşadığı əraziyə getmişlər və həmin küçədə sonuncunun yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs görüb saxlamışlar. Həmin vaxt Rasim idman şalvarında idi. Rasimin şəxsiyyətini dəqiqləşdirdikdən sonra ona qərarı təqdim etməklə narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını, onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Orada onu təhqiqatçı Rasim Seyidova təqdim etmişlər. X6 Məmmədov üçün müdafiəçi dəvət etmiş və müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə baxış keçirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzi, sağ yan cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və demişdir ki, kibrit qutusunun içərisində heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin vardır. Həmin kibrit qutusunu təhqiqatçı açmış və içərisində artıq xatırlamadığı sayda bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, əvvəllər tanımadığı şəxslərə narkotik vasitələr satmış, özü də onlardan istifadə etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi və qəhvəyi rəngli tozşəkilli maddə və ağ rəngli kristalşəkilli maddələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışın iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü imzalarını atmışlar. Təqsirləndirilən şəxs qarşı saxlanılan və üzərinə baxış keçirilən zaman heç bir fiziki zor və ya təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin rəisinə ünvanlanan 13.04.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı qəsəbəsində yaşayan Rasim adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin rəisinə ünvanlanan 14.04.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 13 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi 27 ünvanda yerləşən mənzilin qarşısında şübhəli şəxs qismində saxlanılmış və Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzi, sağ cibindən isə 8 ədəd bükümdə ümumi təmiz çəkisi 21,608 qram olan qəhvəyi rəngli təzşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,350 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 aprel 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 20 radələrində ünvan 6 ünvanda yerləşən mənzilin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzi, sağ yan cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və bildirmişdir ki, kibrit qutusunun içərisində heroin və “şüşə” kimi tanıdığı narkotik maddələr vardır. Həmin kibrit qutusu açılmış və içərisində 4 ədəd gümüşü rəngli falqa, 7 ədəd polietilen bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddələri 13 aprel 2021-ci il tarixdə saat 17 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən ödəniş terminalı vasitəsilə 130 manat ödəməklə şəxsi istifadəsi üçün almış, bir qismini istifadə etmiş, qalan qismini isə sonra istifadə etməklə üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər tanımadığı şəxslərə narkotik vasitələr satmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 13.04.2021ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15.04.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 21 may 2021-ci il tarixli, 4339 saylı məktubindan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü, ünvan 8 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin 31 may 2021-ci il tarixli, 19/51-5934 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2021-ci il tarixli, 6/1461 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində : “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübutlar” yazısı olan zərfdəki 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 20,978 qram (ayrı-ayrılıqda təmiz çəkisi 5,193qr, 6,489qr, 5,187qr, 4,109qr) və 4 (dörd) ədəd gümüşü falqa bükümlərdə ümumi təmiz çəkisi 0,630 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,136qr, 0,127qr, 0,191qr, 0,176qr), ümumilikdə 11 ədəd bükümdəki ümumi təmiz çəkisi 21,608 qram olan qəhvəyi rəngli tozşkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3(üç) ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,573qr, 0,470qr, 0,307qr, ümumi təmiz çəkisi 1,350qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in metamfetmin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2021-ci il tarixli, 6/1461 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tdqiqat Obyekti № 59” li ştamp əksi və “vət. Təqsirləndirilən şəxs (heroin, metamfetamin)” yazısı olan paketdəki 4 ədəd şəffaf polietilen və 4 ədəd “gümüşü rəngli kağız, ümumilikdə 8 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması müəyyən edildi Tədqiqata təqdim edilmiş bir ədəd arxasında “200g x 0,001g” yazısı olan mavi-gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri vardır. Tərəzinin üzərində heroin və metamfetamin iz şəkilində olduğu üçün, vət. Təqsirləndirilən şəxs götürülmüş 8 ədəd bükümdə olan heroinlərlə və 3 ədəd bükümdə olan metamfetaminlə (14 aprel 2021-ci il tarixli 6/1461 sylı ekspert rəyi) eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli, 2125 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamdən suiistifadə edilməsi ilə nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “Diskə baxış keçirilməsi haqqında” 25.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, RPİ-nin 31-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, axtarışda iki nəfər polis əməkdaşı və vəkil iştirak etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonuncu üzərində axtarış aparılmasını etiraz etmədiyini, heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş, sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, o da üzərində qanunsuz əşya olmasını demiş və əynində olan şalvarının arxa sağ cibindən bir ədəd gümüşü rəngli əşyanı çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli əşyanın nə olması barədə sual verilmiş, o da həmin əşyanın elektron tərəzi olmasını demiş, sonra şalvarının sağ cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərində olan tərəzinin yanına qoymuşdur. Elektron tərəzi yoxlanılmış və işlək vəziyyətdə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs kibrit qutusunu üzərində gəzdirməsi soruşulmuş, o da kibrit qutusunu üzərində gəzdirməsini demiş, kibrit qutusu açılmış, içərisindən ağ rəngli sellofan, gümüşü və ağ rəngli kağız bükümlər aşkar edilmiş, həmin bükümlər masanın üzərinə qoyularaq baxılmış və açılmaqla içərisi yoxlanılmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması barədə sual verilmiş, o da bükümlərdə heroin və metamfetamin olmasını bildirmişdir. Bükümlərin içərisi açıldıqda bəzilərinin içərisində ağ rəngli kristal şəkilində, bəzilərinin içərisində boz rəngli toz halında, bəzilərinin içərisində qəhvəyi rəngli toz halında maddələr olması görsənmişdir. Təqsirləndirilən şəxs həmin maddələri nə üçün üzərində gəzdirməsi soruşulmuş, o da demişdir ki, həmin maddələri istifadə edir və özü üçün almışdır. Təqsirləndirilən şəxs həmin maddələri aldığı şəxsi tanıması barədə sual verilmiş, o da həmin maddələri aldığı şəxsi tanımadığını və “onlayn” vasitəsilə ilə aldığını demişdir. Aşkar edilmiş bükümlər masanın üzərində sayılmış və müəyyən edilmişdir ki, ümumilikdə 11 ədəd büküm vardır, onlardan 8 ədədi heroin, 3 ədədi isə metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və paltaları yoxlanılmış, lakin onun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 11 ədəd bükümlər ağ rəngli kağız zərfə qoyularaq üzəri möhür ilə möhürlənmiş və qeydlər aparılmış, sonra isə zərfin üzəri polis əməkdaşları, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, ərizə, etirazlar və şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 05.08.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 21,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,290 kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil veridlmiş, bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon məzhkəməsinin 14.07.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, 21.01.2005-ci ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.01.2005-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən 01 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş; Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 24.09.2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 14.07.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və bu məhkumluqlar ödənilmişdir. Bakı şəhəri Xəzər rayon məhkməsinin 13.04.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1, 234.2, 66.3-cüi maddələri ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum edilmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 02.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 67 və 66.4cü maddələrinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 13 aprel 2011-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 ay 20 gün hissəsi təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq 02 il müddətinə nəqliyyat vasitəlrini idarəetmə hüqüqundan məhrum edilməklə 01 il 01 ay müddətinə azadlıqdan məhrum etimə cəzasına məhkum edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olmaqla CM-nin 83.3.2-ci maddəsinə əsasən bu məhkumluq ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əvvəllər dəvələrlə, o cümlədən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmasını, buna baxmayaraq saxlanılanadək heroin istifadəçisi olmasını göstərmiş, lakin saxlanıldığı zaman üzərində yalnız bir büküm heroin olmasını, bu heroinin çəkisinin 0,01 qram olmasını, üzərində tərəzi olmamasını göstərmişdir. Lakin onun bu ifadəsi əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ittiham olunduğu əməli tam etiraf etməsinə dair ifadələri ilə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 500 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ümumi təmiz çəkisi 21,608 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,350 kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromunarkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 aprel 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 21,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,290 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilməli, bir ədəd DVD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 228 ( iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 21,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,290 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarınpa əlavə edilmiş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 228 ( iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar