Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1541/2024 10.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,175 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Qaradağ” şadlıq sarayının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 yanvar 2024-cü il tarixdə, saat 16:25-də yuxarıda qeyd edilən ünvanda olan zaman saxlanılaraq ünvan 2erləşən Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 18:32-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 5,175 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, “Tiktok” sosial şəbəkəsində açdığı canlı yayında sol çiynində olan səkkizguşəli ulduz döyməsi görünmüş və bundan sonra BMCMİ-nin əməkdaşları tərəfindən onun axtarışını başlatmışlar. xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində olarkən ona zəng gəlmiş və bildirmişlər ki, Kapital Bankdandır və onun adına debet kart hazırlanmışdır. Zəng edən şəxsə növbəti həftənin birinci günü gəlib kartı götürə biləcəyini bildirsə də ancaq sonuncular bu gün (cümə günü) götürəcəyini bildirmişlər və zəngi dayandırmışdır. Bundan sonra Whatsap mobil tətbiqi vasitəsi ilə ona zəngdə dediklərini bildirmişlər və əlavə etmişlər ki, 225 manat pul tətbiq olunmuş, 18 manat sığorta puludur və 7 manat da Lökbatan qəsəbəsinə qeyd olunanları çatdırmaq üçün kuryer xidmətinin puludur. O, dedikləri ilə razılaşmış və sonunculara X5 yanına gəlməklərini bildirmişdir. O, həmin şadlıq sarayının yanında olarkən orada olan köşkün yaxınlığında «Toyoto Prado» markalı avtomobilin dayandığını görmüşdür. Telefonla danışaraq gələn şəxsə özünü göstərmişdir. Həmin şəxs ona yaxınlaşdıqda sol qolunu qatlamış və həmin avtomobildə olan 3 nəfər əməliyyatçı polis əməkdaşı da gəlmişlər. Orada Lökbatan qəsəbəsindən olan Şahid3 da onunla olmuşdur. Polis əməkdaşı Sənana sonuncu ilə bağlı hər hansı məsələnin olmadığını və buraxılacağını, lakin onunla işləri olduğunu bildirmişlər. Polis əməkdaşları ikisini də avtomobilə mindirib BMCMİ-nin inzibati binasına aparmışlar. xx.xx.2024-cü il tarixdə haqqında qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə çıxarılarkən Şahid3 buraxmışlar, o, isə BİT-ə göndərilmişdir. BMCMİ-də olarkən polis əməkdaşları ona hədə-qorxu gələrək narkotik vasitəni üzərinə götürməyi, ya da valideynini onunla əlbir olaraq göstərəcəklərini bildirmişlər. Ona görə polis əməkdaşlarının təklifini qəbul etmişdir. Polis əməkdaşları hər bir halda həbsə getməli olduğunu bildirmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, ancaq valideyni ilə hədə-qorxuya görə polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları ilə hədə-qorxudan sonra razılaşmış və təhqiqatçının otağına gedib videoçəkilişdə də bildirdikləri kimi ifadə vermişdir. MSY-də müstəntiqə narkotik maddənin onun olmadığını və təhqiqatçının verdiyini bildirmişdir. Qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarıldıqdan sonra yenidən BMCMİ-yə qaytarılacağından yenə də polis əməkdaşlarının dediklərini bildirmişdir. BİT-də olarkən sənədləri imzalamağına səbəb məhkəməyə tez çıxıb həqiqətləri orada demək istəməsi olmuşdur. Əvvəllər metafetamindən istifadə etmiş, sonuncu dəfə metafetamindən saxlanılmamışdan 1-2 ay əvvəl istifadə etmişdir. Telefonunda narkotik maddənin satışına aid hər hansı material tapılmamışdır. X3 bildirən şəxs bu qeyd etdiyi nömrəsi ilə əlaqə saxlayıb bildirmişdir. Biryerdə həbsdə olduğu şəxs vaxtı ilə mesaj yazmaq üçün onun telefonunu alaraq narkotik maddə ilə bağlı kiməsə mesaj yazmışdır. Həmin həbs yoldaşının telefonunda balans olmadığından onun telefonunu istəmiş və o da hər hansı narazılıq bildirməmişdir. Narkotik maddəni əvvəl həbsdə tanış olduğu şəxsdən bəzən almışdır. xx.xx.2024-cü il tarixdə, saat 16:25 radələrində X5 yaxınlığında saxlanılmışdır. Saxlanıldıqdan 1-2 saat sonra üzərinə şəxsi axtarış keçirilmişdir. BMCMİ-nin inzibati binasına çatan kimi şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda vəkil də iştirak etmişdir. Üzərinə şəxsi axtarış və videoçəkiliş keçirilərkən Şahid3 iştirak etmişdir. Şahid3 da polis əməkdaşları tərəfindən hədə-qorxu gəlinmişdir. Şahid3 polis əməkdaşlarının üzərinə narkotik maddə qoymaqlarını görmüşdür. Şahid3 üzərinə şəxsi axtarışda o, iştirak etməmişdir. Lakin, sonuncu onun üzərinə şəxsi axtarışda iştirak etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsirlər olmamışdır. Saxlanılmamışdan əvvəl onunla telefonla danışan və saxlanıldığı ərəfədə əlində kağızla özünü bildirmək üçün işarə verən şəxs Şahid2 idi. Şahid2 tərəfindən ona qarşı hər hansı fiziki-psixi təsir və ya təzyiqlər olmamışdır. Üzərindən çıxan maddə ona məxsus deyil və maddəni ona verən şəxs Samiri Əzimi deyildir. Saxlanılmamışdan əvvəl ona gələn zəng və mesajlar günorta radələrində olmuşdur. Həmin vaxtı onda ***-***-**-** mobil nömrəsi olmuşdur. Ona zəng edən və mesaj yazan şəxs Şahid2 olmuşdur. X5 qarşısında onunla telefonla danışıb əlində kağızla işarə edən şəxs Şahid2 olmuşdur. BMCMİ-yə “Toyoto Prado” markalı avtomobillə aparılmışdır. Onu saxlayan polis əməkdaşları 4 nəfər olmuşdur. Saxlanıldığı vaxt üzərində bıçaq, telefon və bir manat 30 qəpik pul olmuşdur. BMCMİ-nin inzibati binasına daxil olduqdan sonra polis əməkdaşları onu əməliyyat rəisinin otağına aparmışlar və orada qolundakı saatını ondan götürmüşlər. Videoçəkiliş zamanı həmin saatı artıq qolunda deyildi. Üzərində qeyd etdiyi əşyalardan başqa hər hansı əşya olmamışdır. Saxlanılan vaxt üzərində bıçaq olmuşdur. Şahid1 tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlər olmayıb, sonuncu saxlanılmağında iştirak etmişdir. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları psixoloji təzyiqlər altında olduğu üçün imza çəkmişdir. ***-***-**-** saylı mobil nömrəyə «Qaqaş cemildi 20das 1qr kola lazimdi» SMS mətnini yazan onun Cəmil adlı tanışı olmuşdur. Həmin SMS mətni ona yazılmayıb, onun nömrəsindən gedən SMS-dir. Həmin SMS mətnin ona heç bir aidiyyatı yoxdur. O, məhkəmədən barəsində ədalət qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini tutulmamışdan bir gün əvvəl gün əvvəl, yəni 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerdən tapmışdır. Tapdığı psixotrop maddəni şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Tutulduğu vaxta kimi narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Lakin narkotik vasitə və ya psixotrop maddələr onda maraq doğurmuşdur. Buna görə də tapdığı psxiotrop maddəni istifadə etmək qərarına gəlmişdir. Psixotrop maddəni tapdığını heç kimə deməmiş, heç kimə verməmiş, satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. İçərisində psixotrop maddə olan bükümü 01 gün üzərində daşımış və 26 yanvar 2024-cü il tarixdə, saat 16:25-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Qaradağ” şadlıq sarayının yaxınlığında tanışı Şahid3 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməyini xahiş etmişlər, o və Şahid3 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu və dostunu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Şahid3 üzərinə baxış keçirilmişdir. Üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirmişdir. Daha sonra bıçağı əynində olan gümüşü rəngli gödəkçənin sol iç cibində olduğunu bildirmiş və bıçaq polis əməkdaşları tərəfindən çıxarılıb masanın üstünə qoyulmuşdur. Daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polislər tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi “Redmi” markalı mobil telefonun arxa hissəsindən 01 ədəd üstündə 4098 5844 9740 2956 rəqəmləri qeyd olunmuş “Leobank” bank kartı aşkar edilmişdir. Daha sonra üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı polislər tərəfindən götürülmüşdür. Daha sonra Şahid3 üzərinə baxış keçirildi. Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibindən 565 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Samsung” markalı mobil telefon və 565 manat pul Şahid3 geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, bıçağı isə təxminən 1 həftə əvvəl 12 manata aldığını, özümümüdafiə məqsədi ilə üstündə saxladığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini, üzərindən aşkar edilənlərdən Şahid3 məlumatının olmadığını bildirmişdir. Şifahi Sorğu zamanı Şahid3 onunla tanış olduğunu, üzərindən aşkar edilmiş maddə və predmetlərdən məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində 2024-cü ilin yanvar ayında ona əməliyyat məlumatı daxil olmuş və şəxsin Qaradağ rayonu ərazisində olduğu bildirilmişdir. Əməliyyat qrupu yaradılmış və qrup rəhbəri o, təyin olunmuşdur. Daxil olmuş məlumatda qeyd olunan əraziyə getmişlər və Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib sonuncunu əməliyyat-axtarış barəsində qərarla tanış etmiş və BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirmişlər. Təqsirləndirilən şəxsin üzərindən bir bükümdə psixotrop maddə olan metamfetamin və bıçaq aşkarlanıb götürülmüşdür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sonuncunu saxlayarkən əllərində kağızla durmaları və işarə etməkləri bağlı dedikləri barədə məlumatı yoxdur. Başqa polis əməkdaşının Təqsirləndirilən şəxs saxlayarkən əlində kağızla durmağı və sonuncuya işarə etməyi ilə bağlı hər hansı məlumatı yoxdur. Şəxsin yerini əməliyyat məlumatı əsasında müəyyən etmişlər. Təqsirləndirilən şəxsi Qaradağ rayonunda yerləşən X5 yanında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən hər hansı narazılıq, etiraz və ya müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saat 16:00-17:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən yanında bir nəfər də olmuş və həmin şəxsi də saxlayıb BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs həmin şəxsin tanışı olduğunu bildirmişdir. İbtidai istintaq dövründəki ifadəni təsdiq edir. Əməliyyat tədbirində 3 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxs vizual görnüşü ilə bağlı məlumatı anket məlumatlarından əldə etmişlər. BMCMİ-nin inzibati binasında şəxsi axtarış video çəkilişlə aparmışlar. Təqsirləndirilən şəxs xidməti avtomobillə BMCMİ-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxsin üzərinə saxladıqları yerdə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxsdən üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğunu soruşmuşlar. Sonuncu da onlara üzərində qanunla qadağan olunmuş əşya olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olduğunu bildirdiyi üçün sonuncunun təhlükəsizliyini təmin etmişlər. Təqsirləndirilən şəxsə daxil olan zənglərdən xəbəri yoxdur. Təqsirləndirilən şəxsi saxladıqları vaxt mobil telefondan istifadə etməmiş ancaq xüsusi rabitə vasitəsindən istifadə etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barədəsində xx.xx.2024-cü il tarixində qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə, yəni, qanunsuz olaraq narkotik maddə və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı, həmçinin qanunsuz olaraq soyuq silahın əldə olunması ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və qrup rəhbəri Şahid1 təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmuşdur. Belə ki, Qaradağ rayon, Lökbatan qəsəbəsi, 28 May küçəsi, X5 qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs bənzəyən şəxs görünmüş və yanında bir nəfər də olmuşdur. Dərhal ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah edib BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının iştirakı ilə baxış keçirmişlər, sonuncuya üzərində narkotik maddə və ya psixotrop maddə olduğu halda təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotik maddə və psixotrop maddəni təqim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində bıçaq olduğunu bildirmişdir. Təhülkəsizlik baxımından həmin bıçağı özləri götürmüşlər. Bundan sonra, həmin maddi sübutlar qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən “Redmi” markalı telefon aşkarlanmışdır. Təqsirləndirilən şəxs yanında olan şəxsin üzərindən qanunsuz hər hansı əşya aşkarlanmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sonuncunu saxlayarkən əllərində kağızla durmaqları və sonuncuya işarə etməkləri ilə bağlı dedikləri yanlışdır. Təqsirləndirilən şəxs saxlayarkən hər hansı narazılıq, etiraz və ya müavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saat 16:00-17:00 radələrində saxlamışlar. Əməliyyat məlumatı digər polis əməkdaşına daxil olmuşdur. O, əməliyyat qrupunun iştirakçısı olmuşdur. Əməliyyat tədbirində o, Şahid1 və digər bir nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılma tədbirində olarkən üzərində telefon olmamışdır. Təqsirləndirilən şəxs saxlamamışdan əvvəl sonuncuya zəng etməkləri və ya mesaj yazmaqları, sonuncunu saxlayan vaxtı əllərində kağızla özlərini bildirmək üçün işarə etməkləri doğru deyildir. Əməliyyat məlumatı qrup rəhbərinə daxil olmuşdur və onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə TŞ kameralarının olduğunu xatırlamır. İbtidai istintaq dövründəki ifadəni təsdiq edir. Əməliyyat tədbirində 3 nəfər polis əməkdaşı olmuşlar. Təqsirləndirilən şəxs Qaradağ rayon, Lökbatan qəsəbəsi, 28 May küçəsi, X5 yaxınlığında saat 16:25-də saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən yanında bir nəfər də olmuş və həmin şəxsi də saxlamışlar. Hər iki şəxsi avtomobil vasitəsilə BMCMİ-yə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının iştirakı ilə və videoçəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirmişlər. Videoçəkilişdən əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilməmişdir. Şəxsi saxladıqdan sonra BMCMİ-nin inzibati binasına gətirib dərhal üzərinə şəxsi axtarış həyata keçirilir. Təqsirləndirilən şəxs saxlayıb avtomobilə mindirərkən üzərinə baxış keçirməmişlər və sadəcə təhlükəsizlik baxımından şəxsin qollarından tutub saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılma tədbirində olarkən üzərində telefon olmamışdır. Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlamışlar. Təqsirləndirilən şəxs səkkizguşəli ulduz döyməsinə görə saxlamaqları doğru deyil. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki-psixi təsir və ya təzyiqlər göstərməmişlər. İbtidai istintaq dövründəki ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lökbatan bazarının yaxınlığındakı bankomatdan pul çıxararkən Əkbər ona yaxınlaşmış və Kapital Bankdan bir nəfərin mesaj yazdığını, sonuncuya 225 manatlıq bank kartı təqdim ediləcəyini bildirmişdir. O, Əkbərin göstərdiyi nömrəyə baxarkən nömrənin 055 ilə başlayan adi mobil nömrə olduğunu və bank nömrəsi olmadığını görmüşdür. Həmin vaxt BMCMİ-nin əməliyyatçıları Əkbərə zəng edərək Qaradağ ərazisində olduqlarını bildirmişlər. Əkbərlə o, həmin istiqamətə getmişlər. Qeyd olunan əraziyə çatanda yenidən həmin şəxslərdən zəng gəlmiş və birinin əlində kağız olduğunu və əlini yuxarı qaldırdığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları onları saxlayıb avtomobilə mindirmişlər. Daha sonra BMCMİ-nin inzibati binasına gedib orada ayrı-ayrı otaqlara aparılmışlar. Bundan sonra videoçəkiliş həyata keçirilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, BMCMİ-də videoçəkiliş həyata keçirilmiş və üzərilərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış həyata keçirilərkən Əkbərin üzərindən bıçaq və bir manat otuz qəpik pul aşkarlanmışdır. Orada olarkən izahat yazmış, başqa hər hansı sənədi imzalamamışdır. Videoçəkiliş olarkən yanlarında 3 nəfər əməliyyatçı polis əməkdaşı və bir nəfər müstəntiq olmuşdur, başqa hər hansı şəxs olmamışdır. Əkbərlə üzləşmə həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs qısa müddətdir tanıyır. Təqsirləndirilən şəxs ilə onun arasındakı yaş fərqi çox olduğundan sonuncu ilə hər hansı münasibəti olmamış və Təqsirləndirilən şəxs narkotik maddə istifadə etməsi ilə bağlı hər hansı məlumatı yoxdur. Hadisə olan günü Lökbatan bazarının yaxınlığı, “Kingsmart” marketin qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmışlar. Ə.X4 mesaj gəldiyini bildirib ona göstərmişdir. Kapital bankın əməkdaşı kimi özünü təqdim edən şəxs Əkbər ora gəlmədən sonuncu ilə danışmışdır. Həmin şəxslər Təqsirləndirilən şəxs ilə danışıb sonuncuya bank kartı gətirdiklərini bildirmişlər, ona görə sonuncu ora gəlmişdir. Polis əməkdaşları onları avtomobilə mindirdikdən sonra birbaşa BMCMİ-yə aparmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs və onu avtomobilə mindirəndə Əkbərin üzərinə baxış keçirmişlər və cibindən bir ədəd bıçaq aşkarlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən başqa hər hansı əşya çıxmamışdır. Polis əməkdaşları avtomobilə mindirərəkən onun üzərinə baxış keçirməmişlər. Polis əməkdaşları tərəfindən BMCMİ-də onun da, Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən BMCMİ-yə gətirilərkən təxminən 5 dəqiqə bir yedə saxlanılmış və daha sonra fərqli yerlərdə saxlanılmışlar. Onlar 5 dəqiqə birlikdə olduqları vaxtda da polis əməkdaşları onların yanlarında gözləmiş və danışmağa imkan verməmişlər. Üzərilərinə şəxsi axtarış həyata keçirilərkən vəkillə təmin olunmamışlar. Üzərilərinə şəxsi axtarış həyata keçirilərkən eyni otaqda olmuşlar. Lakin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzünü əks tərəfə çevirdiklərindən sonuncunu görə bilməmişdir. Videoçəkiliş olmadan əvvəl üzərilərinə baxış keçirilmiş və daha sonra onları ayrı-ayrı otaqlara aparıb videoçəkilişin olacağını bildirmişlər. Polis əməkdaşları Əkbəri avtomobilə mindirəndə sonuncunun saxlanılmasına əsaslı bir səbəb bildirməmişlər və tiktokda olan çəkilişlə bağlı nəsə bildirmişlər. Təqsirləndirilən şəxs onun yanında olan vaxtı sonuncuya zəng gəlmiş və zəng edən şəxs əlində kağız olduğunu və əlini yuxarı qaldırdığını bildirmişdir. Onlar da həmin şəxsə işarə verib özlərini göstərmişlər. Bundan sonra onlara yaxınlaşıb özlərini təqdim etmədən maşına mindirmişlər. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ifadənin sonundakı imza ona məxsusdur, amma o, belə bir ifadə verməmişdir. Video çəkiliş zamanı isə təqsirləndirilən şəxsin üzərindən narkotik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bıçağı Sədərək ticarət mərkəzindən 12 manata aldığını, narkotik maddəni isə tapdığını bildirmişdir. Narkotik maddənin metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs video çəkiliş zamanı heç bir narazıçılıq bildirməmişdir. Təqsirləndirilən şəxsin ilk öncə üzərini avtomobildə yoxlamışdılar. BMCMİ-yə çatdıqdan sonra video çəkiliş olmuşdur və üzərlərinə orda baxış keçirtmişdilər. Video çəkilişdən sonra isə bizi zirzəmiyə endirdilər. Zirzəmidə paltarlarını çıxardıb baxış keçirtdilər. Əkbərlə üzləşdirilsə də polis əməkdaşları onlara danışmağa icazə verməmişlər. Polis əməkdaşları onu hədələməmişlər, sadəcə, olan hadisələrlə bağlı heç bir məlumat paylaşmamağı tapşırmışlar. Orada baş verənlərlə bağlı ilk dəfə burada danışır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələr satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvü ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Nərimanov rayonuna getmişlər. 26 yanvar 2024cü il tarixdə, saat 16:25-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Qaradağ” şadlıq sarayının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etdik. Bu zaman Təqsirləndirilən şəxs oxşayan şəxsin yanında bir nəfərdə var idi. Həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrimizi göstərib, polis əməkdaşları olduğumuzu bildirib, onlardan özlərini təqdim etmələrini xahiş etdik. Həmin şəxslər özlərini təqdim edərək, Təqsirləndirilən şəxs və Şahid3 olduqlarını bildirmişdirlər. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, qanunsuz olaraq soyuq silah əldə edilməsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etdik. Təqsirləndirilən şəxs bizə üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu demişdir. Bundan sonra onları yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etdik. Onlar da etiraz etmədən bizimlə DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdirlər DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Murad Azayev tərəfindən tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 18 radələrdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirmişdir. Daha sonra bıçağın əynində olan olan gümüşü rəngli gödəkçəsinin sol iç cibində olduğunu bildirmiş və 01 ədəd bıçağa oxşar dəmir predmet əməkdaşlar tərəfindən çıxarılıb masanın üstünə qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefonun arxa hissəsindən 01 ədəd “Leobank” bank kartı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı götürülmüşdür. Daha sonra Şahid3 üzərinə baxış keçirilmişdir. Şahid3 üzərində psixotrop vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibindən 565 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Samsung” markalı mobil telefon və 565 manat pul Şahid3 geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu əzisindən tapdığını, şəxsi istifadə üçün üstündə saxladığını, heç kimə vermədiyini, heç kimə stmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını, 01 ədəd bıçağa oxşar predmeti isə təxminən 1 həftə əvvəl 12 manata aldığını, özümümüdafiə məqsədi ilə üstündə saxladığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini, üzərindən aşkar edilənlərdən Şahid3 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid3 Təqsirləndirilən şəxs tanış olduğunu, üzərindən aşkar edilmiş maddə və predmetlərdən məlumatının olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə, saat 16:25-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Qaradağ” şadlıq sarayının yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməklərini xahiş etmişlər, o və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, onun üzərinə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirmişdir. Daha sonra bıçağı əynində olan gümüşü rəngli gödəkçəsinin sol iç cibində olduğunu bildirmiş və bıçağ polis əməkdaşları tərəfindən çıxarılıb masanın üstünə qoyulmuşdur. Daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polislər tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi Redmi markalı mobil telefonun arxa hissəsindən 01 ədəd üstündə 4098 5844 9740 2956 rəqəmləri qeyd olunmuş “Leobank” bank kartı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı polislər tərəfindən götürülmüşdür. Daha sonra üzərinə baxış keçirilmiş. Üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməyim təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibindən 565 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Samsung” markalı mobil telefon və 565 manat pul mənə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını, bıçağı isə təxminən 1 həftə əvvəl 12 manata aldığını, müdafiə məqsədi ilə özündə saxladığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini, üzərindən aşkar edilənlərdən mənim məlumatımın olmadığını bildirmişdir. Şifahi Sorğu zamanı Təqsirləndirilən şəxs ilə tanış olduğunu, onun üzərindən aşkar edilmiş maddə və predmetlərdən məlumatımın olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktına görə CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Əkbər” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə gəzdirməsi və daşıması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə gəzdirməsi və daşıması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:52-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 16:25-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 18) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirmişdir. Daha sonra bıçağın əynində olan olan gümüşü rəngli gödəkçəsinin sol iç cibində olduğunu bildirmiş və 01 ədəd bıçağa oxşar dəmir predmet əməkdaşlar tərəfindən çıxarılıb masanın üstünə qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi Redmi markalı mobil telefonun arxa hissəsindən 01 ədəd üstündə 4098 5844 9740 2956 rəqəmləri qeyd olunmuş “Leobank” bank kartı aşkar edilmişdir. Daha sonra Şahid3 üzərinə baxış keçirilmiş, Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibindən 565 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Samsung” markalı mobil telefon və 565 manat pul Şahid3 geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən tapdığını, şəxsi istifadə üçün üstündə saxladığını, heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını, 01 ədəd bıçağa oxşar predmeti isə təxminən 1 həftə əvvəl 12 manata aldığını, özünümüdafiə məqsədi ilə üstündə saxladığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini, üzərindən aşkar edilənlərdən tanışı Şahid3 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid3 Təqsirləndirilən şəxs tanışı olduğunu onun üzərindən aşkar edilmiş maddə və predmetlərdən məlumatının olmadığını bildirmişdir. (l cild i.v. 26-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/685 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. sözlər, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,175 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild i.v. 47-50) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 68- 71) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 72-73) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 4(005)-120/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 100-104) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (İ cild i.v. 128) xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan və xx.xx.2024cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,075 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild i.v. 125-126, 196-212) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 5(005)-206/2024 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (İ cild i.v. 131-132) xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur. xx-xx-2024-cü il tarixdə, saat 21:02:03-də **********34 saylı nömrədən, **********72 saylı nömrəyə “Qaqaş cemildi 20das 1qr kola lazimdi” məzmunlu mesaj gəlmişdir. (İ cild i.v. 154-155) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 135/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli, 7(002)-788/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 02 il 03 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından 08 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmışdır. (İ cild i.v. 156-182) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/220 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. (İ cild i.v. 186-189) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1068 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.190-191) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 218-219) Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, psixotrop maddə bir bağlamada aşkar edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 1617/2024 nömrəli məktubuna əlavə edilmiş CD diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********34 mobil telefon nömrəsindən **********72 mobil telefon nömrəsinə “Qaqaş cemildi 20das 1qr kola lazimdi” məzmunda SMS göndərməsi Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq etmir. Eyni zamanda həmin mesajla bağlı verilən suala cavab olaraq Təqsirləndirilən şəxs həmin mesajın ona aidiyyatı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 5,175 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəninin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, ona polis əməkdaşları tərəfindən psixi təzyiq göstərilməsi, BMCMİ-də olarkən polis əməkdaşları ona hədə-qorxu gələrək narkotik vasitəni üzərinə götürməyi, ya da valideynini onunla əlbir olaraq göstərəcəklərini bildirmələri və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatətləri təmin edilərək qəbul edilmiş qərarlar əsasında “Azercell Telekom” və "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktublara əlavə olunmuş disklərdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir. Şahid3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın münasibətdə olması sonuncunun Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 02 il 03 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, xx.xx.2022-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 6 ay azaldılması, xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından 08 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi, xx.xx.2023-cü ildə cəza müddəti başa çatması və qeydiyyatdan çıxarılması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu CM-in 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-in 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:52-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 16:25-də tutulmuş hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 4(005)-120/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 174 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,075 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,075 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 174 (yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1541/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1541/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver