Məhkəmə qərarları › İş №1(101)-1542/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1542/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1542/2021 06.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı2 Elbrus oğlunun, müdafiəçi - Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid1 Mətləb Hüseynovun barəsində olan işin icraatına xitam verilməklə sonuncunun həbsdən buraxılmasında köməklik göstərilməsinə dair 2021-ci ilin yanvar ayında ona müraciəti ilə əlaqədar Şahid1 özünün yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Mətləb Hüseynovun barəsində olan işin icraatına xitam verilməklə sonuncunun həbsdən buraxılmasını həll edəcəyini Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsindəki 5 nömrəli binanın qarşısında görüşləri zamanı yalandan ona vəd etməklə, bunun üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Mətləb Hüseynovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, özü barəsində Şahid1 formalaşdırdığı inam və etibardan istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin fevral ayı ərzində ilk dəfə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ərazisində 43000 manat, həmin vəzifəli şəxsə mobil telefon alması adı ilə 2800 manat, 3 fevral 2021-ci il tarixdə 20000 manat, 5 fevral 2021-ci il tarixdə 27000 manat, 6 fevral 2021-ci il tarixdə 9000 manat, 9 fevral 2021-ci il tarixdə 24000 manat, 11 fevral 2021-ci il tarixdə 10000 manat, 15 fevral 2021-ci il tarixdə 10000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17000 manat məbləğində pul vəsaitini hər birində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən binanın qarşısında Şahid1 almaqla, şəxsi ehtiyaclarına sərf edib, qeyd edilən qaydada ümumilikdə sonuncuya məxsus 152800 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin (vəzifələrinin) icrası ilə əlaqədar Mətləb Hüseynovun xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Şahid9 aid hissədə cinayət təqibi üzrə icraata xitam verilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin fevral ayında tanışı Şahid1 vasitəsilə özünə müraciət edən Şahid8 Şahid1 vasitəsilə özünün yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid9 barəsində olan işin icraatına xitam verilməsini həll edəcəyini Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsindəki 5 nömrəli binanın qarşısında yalandan vəd etməklə, bunun üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan istifadə edərək Şahid8la razılaşmaqla sövdələşib, həmin adla 16 fevral 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ərazisində «X9 adına Milli Oftalmologiya Mərkəzi»nin qarşısındakı parkda Şahid8, cinayətdən xəbərsiz tanışı Şahid11 vasitəsilə 3000 manat və 3000 avro, həmin dövrün rəsmi məzənnəsi ilə 6182 manat 70 qəpik, 17 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanında cinayətdən xəbərsiz tanışı Şahid10 vasitəsilə 3000 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada ümumilikdə Şahid9 məxsus 12182 manat 70 qəpik məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin (vəzifələrinin) icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu və Şahid1 təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2020-ci ilin sonundan etibarən onun tanışı Mətləb Hüseynovla qeyri-rəsmi ər-arvad münasibətində yaşamış Şahid1 2021ci ilin yanvar ayından tanımışdır. Özünü iş adamı kimi təqdim edən Mətləbi isə işlətdiyi avtoyuma mərkəzində müştəri kimi tanımışdır. Ünsiyyətləri yaranandan sonra Mətləb avtoyuma mərkəzində ona şərik olmaq istədiyini bildirmiş, o da gəlirinin 25 faizini 36000 manata Mətləbə təklif etmişdir. Onlar aralarında razılaşmış, Mətləb ilkin məbləğin 10000 manatını 2020-ci ilin dekabr ayının əvvəlində, ikinci dəfə isə 2021-ci ilin yanvar ayının təxminən 5-də, ya da 6-sında Yasamal rayonu, “Asan Xidmət”in yanında yerləşən evdə Fatmanisə xanımın yanında 10000 manat vermişdir. Pulun qalan 16000 manatını isə 15 yanvar 2021-ci il tarixində verəcəyinə söz vermişdir. Yanvar ayının 14-də Mətləbə zəng etmiş, amma zəng çatmamış, o da Mətləbi axtarmağa başlamışdır. Daha sonra Mətləbin tanışlarından biri onun tutulduğunu, bu məlumatın özünü Həcixanım kimi təqdim edən Mətləbin həyat yoldaşının dediyini bildirmişdir. O da Həcixanımın, yəni Günayın nömrəsini götürüb dərhal ona zəng edərək, Mətləbin başına nə gəldiyini öyrənmişdir. Həcixanım Mətləbin 13 yanvar tarixində həbs olunduğunu və dələduzluqda ittiham olunduğunu bildirmişdir. O, vəziyyətin belə olduğunu görüb 20000 manatı geri qaytarmaq istəmişdir. Həmin gün Mətləb təcridxanadan zəng edərək həbs olunduğunu, həyat yoldaşının qalıq məbləği ona verəcəyini və həmin gəlirə ehtiyacı olduğunu bildirmişdir. O da vəziyyəti başa düşərək işə davam etmiş, yanvar ayının sonları ya da ortası Şahid1 şəriklik pulunun qalığı kimi 16000 manatı ona çatdırmışdır. Fevral ayının 12-si o, aylıq gəlirin 25 faizini yəni, 504 manatı Günaya çatdırmış, həmin gün Mətləb ona zəng vuraraq ondan razı olduğunu və minnətdarlığını bildirmişdir. Amma bir gün sonra vəziyyət dəyişmiş, Günay ona qarşı tələblər irəli sürməyə başlamışdır. Belə ki, 2021-ci ilin fevral ayının ortalarında Həcixanım, yəni Günay ona zəng edib Mətləbin vəkilinin sonuncuya hüquqi yardım göstərməsi üçün 5000 manat pul istədiyini bildirmişdir. Bundan sonra Günay Mətləbin azadlığa buraxılması üçün onunla məsləhətləşmişdir. Amma o qısa zamanda bu məsələ ilə maraqlanmış və bu işi həll etməyin mümkün olmayacağına əmin olmuş və Günaya bu barədə demişdir. Bundan sonra Günay Mətləbin onun işlətdiyi avtoyuma mərkəzində 25 faizə şərik olması üçün ona ödədiyi 36000 manat pulu ondan geri tələb etməyə başlamışdır. O da Günaya həmin pulu hər ay avtoyuma mərkəzindən gələn aylıq qazancdan 25 faizini ona verməklə geri qaytaracağını bildirmişdir. Günay isə onunla razılaşmayaraq həmin pulu ondan birdəfəlik geri tələb etmişdir. Mətləb Hüseynovun azadlığa buraxılması üçün Günaydan 152800 manat, Ruslan adlı tanışından isə sonuncunun barəsində Baş prokurorluğun hansısa idarəsində araşdırılan işin həll edilməsi müqabilində 12000 manat pul almayıb, heç bir işin də həllini vəd etməyib. Şahid8 və Şahid9 adlı şəxsləri ümumiyyətlə tanımamışdır. Həmin şəxslərdən hər hansı bir işin görülməsi müqabilində pul almamışdır. Şahid9 adlı şəxs ona sonradan məlum olmuş və bu şəxsin də pulu tam şəkildə qaytarılmışdır. Mətləblə aralarındakı pul məsələsinə görə o faktiki olaraq Günaya təxminən 30 min manatdan bir az artıq məbləğdə pul borcludur. Ötən müddət ərzində bu məbləği, hətta bundan artığını, azadlığa çıxa bilməsi, körpə uşaqlarının yanına qayıtma imkanı əldə etməsi üçün o cümlədən ittihamda irəli sürülən məbləğin əsas hissəsini əhatə edəcək miqdarda pulu Günaya ödəmək istəsə də sonuncu heç bir halda ödənişi qəbul etmək istəmir. Azadlığa çıxması, cəzasının yüngülləşməsi üçün bu qadının əsassız tələb etdiyi digər məbləğlərə görə həmçinin təminatlı olsun deyə hətta müvafiq mülki müqavilələr bağlamaq istəsə də, bunu qarşı tərəfə təkidlə təklif etsə də Şahid1 bunların hamısından imtina edir və yeganə məqsədinin onu həbsdə saxlamaq olduğunu bildirir. Ona görə də salındığı bu haqsız vəziyyətin, himayəsində azyaşlı uşaqlarının olmasının, maddi zərərin bir hissəsinin ödənildiyinin, Şahid9 adlı şəxsin 12182 manat 70 qəpik məbləğində pulunun tam şəkildə qaytarılmasının, faktiki olaraq Həcixanım – Şahid1 tərəfindən məqsədli şəkildə haqsızlığa, böhtana məruz qalmasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, avtomobillərin alqısatqısı ilə məşğul olur. X3 ilə rəsmi nikahda olmasa da 2020-ci ilin 27 dekabr tarixindən faktiki olaraq ər-arvad münasibətində yaşamışdır. Mətləb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən biri olmuşdur. Həmin Cəmiyyət əslində binaların və fərdi yaşayış evlərinin dizaynı ilə məşğul olan şirkət kimi qeydiyyatdan keçmişdir. Buna baxmayaraq Mətləb və şərikləri Azərbaycan Respublikası Mənzil X5 evlərinin qanunsuz satışı ilə məşğul olmuşdur. Onlar müvafiq internet saytına müdaxilə edilməsini təmin edərək evlərin pul aldıqları vətəndaşlara satılmasına nail olmuşlar. 13 yanvar 2021-ci il tarixdə Mətləb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və barəsində həbs seçilmişdir. Mətləb yaxın dostu Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Luxor” adlı avtoyuma məntəqəsini icarəyə götürərək işlətmiş, ora faktiki olaraq Fəxrəddin nəzarət etmişdir. Mətləb tutulduqdan sonra onun da Fəxrəddinlə tanışlığı yaranmışdır. Fəxrəddin Mətləbin işi ilə bağlı həddindən artıq maraqlanıb ona kömək etmək istədiyini bildirmişdir. 2021-ci ilin yanvar ayının sonlarında Fəxrəddin ona zəng edərək Mətləbin işi ilə bağlı Baş Prokurorluğun hansısa idarəsinin işçisi olan Fərrux Babayev adlı şəxslə görüşəcəyini və ondan Mətləbin ev dustaqlığına buraxılması, həm də ona verilmiş ittihamın ağırlaşdırılmaması ilə bağlı söhbət edəcəyini bildirmişdir. Daha sonra Mətləbə dələduzluq ittihamı verilmişdir. Eşitdiyinə görə onun əməllərindən zərərçəkmiş şəxslərin sayı ilkin olaraq 36 nəfər müəyyən olunmuşdur. 2021ci ilin yanvar ayının sonlarında Fəxrəddin ona zəng edərək “Fərrux müəllimin yanındayam, yoldaşının adı, soyadı, maddəsi və ittiham aktını mənə göndər” demişdir. O da Fəxrəddinə “WhatsApp” proqramı vasitəsilə Mətləbin barəsində məlumatlar göndərmişdir. 02 fevral 2021-ci il tarixdə Fəxrəddin ona zəng edərək təcili görüşməli olduqlarını bildirmiş və onlar Abşeron rayonu, Xırdalan şəhəri, X6 görüşmüşlər. Görüş zamanı Fəxrəddin ona “Fərrux Babayevlə danışmışam, Mətləbin işinə o nəzarət edir, Mətləbin ev dustaqlığına buraxılması, əməlinin vahid niyyətlə deyil, təkrarçılıq kimi tövsif edilməsi, sonuncunun məhkəməyə elə məhz 178.2-ci maddəsi ilə verilməsi üçün Fərrux Babayevə 150000 manat pul vəsaitini və əlavə olaraq 2800 manat məbləğində dəyəri olan “İphone 12 Pro Max” markalı mobil telefonu rüşvət qismində verməliyik” demişdir. Həmçinin, Fəxrəddin ona Fərrux Babayevin həmin işə məhkəmədə də qeyri-rəsmi nəzarət edəcəyini və həmin işə məhkəmə orqanında xitam verilməsini təmin edəcəyini bildirmişdir. O da Fəxrəddinlə 150000 manat pul üçün razılığa gəlmişdir. İlkin olaraq elə həmin vaxt anasının evindən 43000 manat məbləğində pulu götürüb Abşeron rayonu, Xırdalan şəhəri, X6 yerləşən nömrəsiz evin qarşısında Fəxrəddinin “Mercedes-C200” markalı ağ rəngli, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində vermişdir. Daha sonra Fəxrəddinlə birlikdə metronun “28 May” stansiyasının yaxınlığında, “Music Gallery” mağazası ilə üzbəüz yerləşən adını xatırlamadığı mobil telefon dükanından 2800 manat dəyərində olan “İphone 12 Pro Max” markalı mobil telefonu alaraq Fərrux Babayeva çatdırması üçün Fəxrəddinə vermişdir. O, 2021-ci ilin 2-15 fevral tarixləri aralığında Fəxrəddinə, ümumilikdə 150000 manat pulu hissə-hissə vermişdir. Belə ki, 03 fevral 2021-ci il tarixdə 20000 manat, 05 fevral 2021-ci il tarixdə 27000 manat, 06 fevral 2021-ci il tarixdə 9000 manat, 09 fevral 2021-ci il tarixdə 24000 manat, 11 fevral 2021-ci il tarixdə 10000 manat, 15 fevral 2021-ci il tarixdə 10000 ABŞ dolları, yəni 17000 manat məbləğində pul vəsaitlərini hər dəfəsində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən binanın qarşısında vermişdir. O, həmin pulları ona borcu olan müxtəlif şəxslərdən almışdır. Belə ki, 03 fevral 2021-ci il tarixdə verdiyi 20000 manat məbləğində pulu Famil adlı şəxsdən almışdır. Famil həmin pulu ona borc kimi vermişdir. 05 fevral 2021-ci il tarixdə verdiyi 27000 manat pul vəsaitinin 10.000 manatını Ramin adlı şəxsdən, 7.000 manat olan hissəsini qayınanası Şahid3, 10.000 manat olan hissəsini Ağa adlı şəxsdən almışdır. Ramin və Ağa həmin pulları ona olan borclarının ödənilməsi məqsədilə vermişdilər. Şahid3 isə oğlunun işinə köməklik məqsədilə həmin pulu vermişdir. 06 fevral 2021-ci il tarixdə verdiyi 9000 manat məbləğində pulu isə Əsgər adlı şəxsdən almışdır. 09 fevral 2021-ci il tarixdə verdiyi 24000 manat pulun 19000 manatı onun öz puludur, qalan 5000 manatını isə Ağa adlı şəxs ona olan borcunu Fəxrəddinin dostu Rəşad adlı şəxsə vermişdir ki, sonuncu həmin pulu Fəxrəddinə çatdırsın. Mətləbin işinin həll edilməsi üçün çalışmağı barədə onun yaxın qohumlarının və dostlarının məlumatı olmuşdur. Təxminən 2021-ci ilin 12 fevral tarixində tanışı Şahid8 ona müraciət edərək dostu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid9 saxta arayış hazırlaması barədə cinayət işinin araşdırılması haqqında ona məlumat vermiş və həmin işin də Fəxrəddinin köməkliyi xitam edilməsinin mümkünlüyünü soruşmuşdur. O da Şahid8, Fəxrəddinlə danışıb xəbər edəcəyini bildirmiş və bu barədə Fəxrəddinlə danışmışdır. Fəxrəddin bir gün sonra, yəni 13 fevral 2021-ci il tarixdə ona zəng edib “Fərrux Babayevlə danışmışam, həmin işin xitam olunması üçün 15000 manat pul vəsaitini ona rüşvət qismində vermək lazımdır” demişdir. Buna baxmayaraq, gün ərzində aparılmış danışıqlarla həmin qiyməti 12000 manata endirmişlər. 13 fevral 2021-ci il tarixdə Fəxrəddin Şahid8 3000 avro və 3000 manat pul, 14 fevralda isə pulun qalan hissəsini almışdır. Həmin pulları Fəxrəddinə ilk dəfə Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına parkda, ikinci dəfə Xətai rayonu ərazisində yerləşən evində vermişdir. Müəyyən qədər vaxt keçdikdən sonra o, Mətləbin həbsdən azadlığa buraxılmadığını gördükdə Fəxrəddindən bu barədə soruşmuş, o da əvvəllər Fərrux Babayevin koronavirusa yoluxduğunu və bu səbəbdən işlə məşğul ola bilmədiyini bildirmişdir. Sonradan Fəxrəddindən xəbər çıxmadığını görəndə artıq başa düşmüşdür ki, Fəxrəddin onu aldadıb. Bu səbəbdən də pulunu geri tələb etmişdir. O, Fəxrəddindən pulu geri tələb etdikdə sonuncu, Fərrux Babayev adlı şəxsi ümumiyyətlə tanımadığını, həmin işi prokurorluq orqanında işləyən, Fərruxdan da yüksək vəzifədə olan şəxslə həll edəcəyini bildirmişdir. Lakin, hazırkı vaxtadək Təqsirləndirilən şəxs onun verdiyi 150000 manat məbləğində pul vəsaitindən heç bir hissəsini geri qaytarmamışdır. Həmçinin, Şahid8la Fəxrəddini tanış etdiyinə görə Ehtiramın qarşısında utanc hissi keçirdiyi üçün sonuncunun Fəxrəddinə verdiyi 12000 manat məbləğində pul vəsaitini özü şəxsi vəsaiti hesabına geri qaytarmışdır. Fəxrəddin ötən müddət ərzində ödənişlə bağlı təkliflər etmiş, amma təklif etdiyi məbləğ çox az olduğu üçün onu qane etmədiyindən razılıq verməmişdir. Fəxrəddinin pulu hissə-hissə olmaqla qaytarılması, bir hissəsinin ödənilib digər hissəsi ilə bağlı müqavilə bağlanması kimi variantlarını da qəbul etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Mətləb Hüseynov onun oğludur. Şahid1 2020-ci ilin dekabr ayının axırından tanıyır. Mətləb Günayı onunla tanış edib ailə həyatı qurmaq istədiyini bildirmiş, amma Günayın 2 övladı olduğuna görə Mətləblə mübahisə edib Günayla ailə həyatı qurmasına qarşı çıxmışdır. Mətləb onun Günaya qarşı olduğunu bilib Günay ilə birlikdə yaşamaq üçün kirayə ev tutmuşdur. Mətləb dələduzluq etdiyinə görə 13 yanvar 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən tutulmuş, sonra həbs edilmişdir. Mətləbin barəsində həbs seçildikdən sonra Günay onunla söhbət edib Mətləbi həbsdən azadlığa buraxdırmaq üçün müəyyən şəxslərlə danışıb razılığa gəldiyini və bunun üçün pul vermək lazım olduğunu demişdir. O da Mətləblə bu barədə danışmış, Mətləb də evdə olan 7000 manat pulu Günaya verməyi bildirmişdir. O da 2021-ci ilin yanvar ayının sonlarında ünvan 5 ünvanında Günaya 7000 manat pul vermiş, amma Günay pulu dəqiq olaraq kimə verəcəyi barədə hər hansı bir məlumat deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Mətləb Hüseynov onun qohumudur. Şahid1 13 yanvar 2021-ci il tarixdən tanıyır. Mətləb dələduzluq cinayəti etdiyinə görə 13 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən tutulmuşdur. Həmin gün Mətləbin qohumları, onun evində toplanıb sonuncunun aqibəti barədə müzakirə etmişlər, Günay da orada olmuşdur. Orada olarkən Günay Təqsirləndirilən şəxs vasitəsilə Mətləbin həbsdən azadlığa buraxılmasına köməklik edəcəyi barədə söhbət etmişdir. Şəxsən o özü Mətləbin işinə kömək etmək məqəsədilə heç kimə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Şahid1, sonuncunun həyat yoldaşı Mətləb Hüseynovun vasitəsilə tanımışdır. O, 5 yanvar 2021-ci il tarixdə Yasamal rayonu ərazisində “Luxor” adlı avtoyuma mərkəzində özünə məxsus “X12” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili yudurdarkən Mətləb Hüseynov həmin avtomobili həyat yoldaşı Şahid1 üçün almaq istədiyini bildirmişdir. O, həmin avtomobili Mətləbə 55000 manata satmağa razılaşmışdır. Elə həmin günü Mətləb ona 17500 manat beh vermiş, pulun qalan hissəsini isə 2021-ci ilin yanvar ayının sonunadək tam verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, “Luxor” avtoyuma mərkəzində olarkən orada işləyən şəxslərdən eşitmişdir ki, X13 Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən tutulub. Təxminən 2-3 gün sonra Günay ona zəng edib Mətləbin tutulduğunu, bu səbəbdən “X12” markalı avtomobili də geri qaytarmaq istədiyini bildirmiş və həmin avtomobilə görə verilmiş 17500 manat behi geri tələb etmişdir. O da vəziyyətin belə olduğunu görüb Günayla razılaşmışdır. O, 21 yanvar 2021-ci il tarixdə Günayın yaşadığı ünvanda binanın qarşısında sonuncu ilə görüşüb avtomobilə görə verilmiş 17500 manat behdən 10000 manatı geri qaytarmışdır. Bundan sonra 2021-ci ilin fevral ayının əvvəlində Günay ilə əlaqə saxlayıb 5000 manatı da geri qaytarmaq istədiyini bildirmişdir. Günay şəhərdən kənarda olduğunu bildirmiş və xahiş etmişdir ki, həmin 5000 manat pulu Rəşad adlı şəxsə versin. O da həmin gün Bakı şəhəri, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında Rəşad adlı şəxslə görüşüb 5000 manat pulu Günaya çatdırması üçün vermişdir. O, qalan 2500 manat pulu isə 2021-ci ilin mart ayında Günaya geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır. Onunla dostlarının təşkil etdiyi məclislərdən birində tanış olmuşdur. Təxminən 2021-ci ilin fevral ayının ortalarında Fəxrəddin ona zəng edərək Həcixanım adlandırdığı qadının adı ilə ona 5000 manat məbləğində pul gətiriləcəyini və həmin pulu gətirən şəxsdən alıb Fəxrəddin özünə çatdırmağını istəmişdir. O da Fəxrəddinlə danışıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin arxa hissəsində Şəfahət Mehdiyev küçəsi ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində yerləşən ofisdə olduğunu bildirmişdir. Təxminən yarım saat sonra bir nəfər şəxs ona zəng edərək həmin ərazidə olduğunu və “Mercedes S-class” markalı, qeydiyyat nişanının sonu «007» rəqəmi ilə bitən avtomobildə əyləşdiyini bildirmişdir. O da həmin avtomobilə yaxınlaşaraq arxa oturacağa əyləşmiş, maşında olan şəxslərdən biri, ona həm manat, həm də ABŞ dolları məzənnəsi ilə cəmi 5000 manat məbləğində olan pul vermiş və həmin pulu Həcixanım adlandırdığı şəxsə çatdırmağı ondan xahiş etmişdir. Təxminən bir saat sonra Fəxrəddin onun ofisinə gedib ondan 5000 manat məbləğində pulu almışdır. Daha sonra Fəxrəddin Həcixanım adlandırılan qadınla mobil telefonla danışıb ofisi tərk etmiş, 10-15 dəqiqə sonra geri qayıtmış, amma onların aralarında hansı mövzuda söhbət olması və ya bir-birlərinə hansısa əşyanı verib-verməmələri barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmin hadisədən təxminən bir ay sonra ona zəng gəlmiş və özünü Həcixanım kimi təqdim edən şəxs həmin vaxt ona verilən 5000 manat məbləğində olan pulu kimə verdiyini ondan soruşmuşdur. O da 5000 manat pulu elə həmin gün Fəxrəddinə verdiyini demişdir. Şahid1 yoldaşının həbs olunduğunu və Fəxrəddinin yoldaşını həbsdən azad etdirmək adı ilə ondan müxtəlif məbləğlərdə pul aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Şahid1 2021-ci ilin fevral ayından tanıyır. Belə ki, həmin vaxt Şahid1 onun işlədiyi yerə avtomobil üçün qeydiyyat nişanı almağa getmişdir. O öz adına olan **-ZZ-*** saylı dövlət qeydiyyat nişanını həmin vaxt satışa çıxarmış, Günay da 10000 manata həmin dövlət qeydiyyat nişanını almışdır. Bir neçə gün sonra Günay ona zəng edib əri Mətləb Hüseynovun həbs edildiyini və bu səbəbdən ona pul lazım olduğu üçün ondan aldığı dövlət qeydiyyat nişanını satmaq istədiyini bildirmişdir. Ondan xahiş etmişdir ki, **-ZZ-*** dövlət qeydiyyat nişanını satıb pulunu versin. O da Günay ilə razılaşmış və bir neçə gün ərzində həmin nömrəni 9000 manata satıb Günaya məlumat vermişdir. O, pulun 6000 manatını Günayın ona dediyi kart hesabına göndərmiş, 3000 manat pulu isə göndərə bilməmişdir. Buna görə də pulun qalan hissəsini əlbəəl vermək istədiyini bildirmişdir. Günay da pulun qalan hissəsini Yasamal rayonu ərazisində yerləşən “Luxor” adlı avtoyuma mərkəzində Fəxrəddin adlı şəxsə çatdırmağını istəmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib Günayın adından tanışlıq vermiş və pulu təcili olaraq ona Yasamal rayonu ərazisində yerləşən “Luxor” adlı avtoyuma mərkəzinə çatdırmaq lazım olduğunu bildirmişdir. O da həmin avtoyuma mərkəzinə gedib orada Təqsirləndirilən şəxs 3000 manat pulu vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, 2021-ci ilin yanvar ayının əvvəllərində tanışı Şahid1 ilə söhbət edərkən o, Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin Mətləb Hüseynovun həbsdən azadlığa buraxılacağına və barəsində araşdırılan cinayət işinə xitam veriləcəyinə kömək edəcəyinə söz verib Günaydan xeyli pul aldığını bildirmişdir. Günay Fəxrəddin adlı şəxsin barəsində bildirmişdir ki, Fəxrəddin, onun həyat yoldaşı Mətləb Hüseynovun tanışıdır, Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən Fərrux adlı şəxsin vasitəsilə bu işləri həll edir. O da Günaydan xahiş etmişdir ki, Ruslan adlı tanışının barəsində Baş Prokurorluqda araşdırılan cinayət işinin hansı vəziyyətdə olması barədə maraqlansın. Günay da həmin iş barədə Fəxrəddin adlı şəxslə danışmış, bir neçə gün sonra Fəxrəddin Günaya zəng edib həmin işi 15000 manat müqabilində həll etməyin mümkün olduğunu demişdir. O da Ruslanla razılaşıb Günaya həmin işin həlli üçün 12000 manat pul verə biləcəyini demişdir. Günay da Fəxrəddinlə danışmış, Fəxrəddin 12000 manat pulun qarşılığında Ruslanın işini həll etməyə razı olduğunu bildimişdir. 16 fevral 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına Göz İnstitutunun qarşısında Fəxrəddin adlı şəxsin göndərdiyi tanımadığı bir nəfər şəxs gümüşü rəngli “Mercedes Benz” markalı avtomobillə ona yaxınlaşıb ondan 3000 manat və 3000 avro pulu almış və Təqsirləndirilən şəxs çatacağını demişdir. Təxminən 1 gün sonra Günay ona zəng edib pulun qalan hissəsini də Fəxrəddin adlı şəxsə çatdırmalı olduğunu bildirmişdir. O da pulun qalan hissəsini, yəni 3000 manat pulu Ruslandan alıb 17 fevral 2021-ci il tarixdə saat 18-19 radələrində yaşadığı ünvanda, yəni ünvan 6 göndərdiyi tanımadığı bir şəxsə vermişdir. Bundan sonra Günay ona zəng edib pulun Fəxrəddin adlı şəxsə çatdığını və Fəxrəddinin ən geci 10 gün ərzində Ruslanın işinin həllini tapacağını dediyini bildirmişdir. O, 10 gün keçdikdən sonra Günaya zəng edib işin hansı yerdə olması barədə soruşmuş, Günay da Fəxrəddin adlı şəxslə nə qədər əlaqə saxlamağa çalışsa da onun zənglərə cavab vermədiyini demişdir. O, Günaydan Fəxrəddinin mobil telefon nömrəsini alıb zəng etmiş, əvvəlcə Fəxrəddin ona cavab versə də, o özünü təqdim edib Ruslanın barəsində araşdırılan işin hansı yerdə olması barədə soruşduqda Fəxrəddin əlaqəni kəsmiş və bir daha onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Günaya Ruslan adlı şəxsin pulunu geri qaytarmağın lazım olduğunu demiş, Günay da özü həmin pulu geri qaytarmışdır. Pul tam şəkildə özünə qaytarıldığından hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, turizm agentliyində işləyir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində turizm agentlikləri ilə bağlı əvvəllər araşdırılmış cinayət işində onun da adı haradasa keçmişdir. 2021-ci ilin yanvar ayında tanışı Şahid8la söhbət zamanı Baş Prokurorluqda araşdırılan cinayət işi üzrə ona köməklik edə biləcəyini və bunun üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. O da Ehtirama etibar etdiyi üçün razılaşmışdır. 13 fevral 2021-ci il tarixdə 12000 manat pulu Binəqədi rayonu, Zərifə Əliyeva adına göz klinikasının qarşısında Ehtirama vermişdir. Ehtiram da həmin pulu gümüşü rəngli “Mercedes Benz” markalı avtomobillə gələn tanımadığı bir nəfər şəxsə vermişdir. Bir neçə gün sonra Ehtiram həmin pulu ona geri qaytarıb həmin işin alınmayacağını bildirmişdir. O da Ehtiramla razılaşaraq bir daha bu barədə maraqlanmamışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən iki ildən artıqdır ki, tanıyır. İki il öncə Fəxrəddin onun yuyucu işlədiyi “Luxor” avtoyuma mərkəzini işlətməyə başlamış, o da əvvəlki qaydada yuyucu olaraq işinə davam etmişdir. Təqsirləndirilən şəxsla işçi-müdir münasibətində işlədiyi dövr ərzində aralarında heç bir ədavət olmamışdır. Fəxrəddin arabir öz işlərini çatdırmayanda onu öz işlərinin dalınca göndərmişdir. 17 fevral 2021-ci il tarixində o, “Luxor” avtoyuma mərkəzində işdə olarkən Fəxrəddin bir nəfər şəxslə telefonla danışıb pul götürməli olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Fəxrəddin onu yanına çağırıb Ehtiram adlı şəxsdən pul götürmək lazım olduğunu bildirmiş və həmin şəxsin 0 mobil telefon nömrəsini ona vermişdir. O da Ehtiram adlı şəxsə zəng etmiş, Ehtiramın metronun “Xətai” stansiyasının yaxınlığında yerləşən yaşadığı ünvana getmişdir. Orada Ehtiram ona 3000 manat pul vermiş və həmin pulun Fəxrəddinə çatacağını bildirmişdir. Daha sonra “Luxor” avtoyuma mərkəzinə gedərək pulu Fəxrəddinə vermişdir. Ehtiram adlı şəxsin həmin pulu hansı məqsədlə Fəxrəddinə verməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 4 il öncə “Luxor” adlı avtoyuma mərkəzində tanış olmuşdur. O, arabir həmin avtoyuma mərkəzinə gedib özünə məxsus “Mercedes E220” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini yudurtmuşdur. Fəxrəddinin özü də çox vaxt həmin avtoyuma mərkəzində olduğundan onunla münasibəti yaranmışdır. Fəxrəddin onun taksi fəaliyyəti ilə məşğul olduğunu bilmiş, ona görə də tez-tez ona müxtəlif şəxsləri harasa aparmaq və yaxud bu kimi digər tapşırıqlar vermişdir. 16 fevral 2021-ci il tarixdə Fəxrəddin ona zəng edib təcili olaraq Ehtiram adlı şəxsdən pul götürüb ona çatdırmaq lazım olduğunu bildirmişdir. 16 fevral 2021-ci il tarixdə Ehtiram adlı şəxsin mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuş, Ehtiram da Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən Zərifə Əliyeva adına göz Klinikasının qarşısında olduğunu bildirmişdir. O da saat 18:00-20:00 radələrində həmin ünvana getmiş, Ehtiram adlı şəxs özü ona yaxınlaşıb içində pul olan paketi vererək Təqsirləndirilən şəxs çatdırmalı olduğunu bildirmişdir. O, da Fəxrəddinin tapşırığı əsasında həmin paketi Ehtiramdan alıb Yasamal rayonunda yerləşən «Lider» telekanalının yerləşdiyi binanın qarşısında Fəxrəddinə vermişdir. Fəxrəddin pulu aldıqdan sonra ona 20 manat zəhmət haqqı vermişdir. Ehtiramın həmin pulu hansı məqsədlə Fəxrəddinə verməsi və həmin paketin içində nə qədər pul olması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, Şahid1 təxminən 3 ildir ki, tanıyır. Belə ki, həmin vaxt Şahid1, onun istifadəsində olan Bakı şəhəri, Həsən bəy ünvan 8 ünvanında yerləşən “AF” adlı avtosalona gedib öz avtomobilini satmışdır. Ondan sonra Günay Məmmədova ilə tanışlığı yaranmışdır. Belə ki, Şahid1 da arabir onunla birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Şahid1 2020-ci ilin sonunda Mətləb Hüseynov adlı şəxslə birlikdə ər-arvad münasibətində yaşamışdır. 2021-ci ilin təxminən yanvar ayında Mətləb Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən tutulmuşdur. Şahid1, Mətləb Hüseynovun barəsində araşdırılan işə kömək etmək üçün müxtəlif şəxslərə müraciət etmişdir. 2021-ci ilin fevral ayının əvvəlində, təxminən 5-10-u arası Şahid1 ondan borca 20000 manat pul istəmişdir. Pulu dəqiq olaraq kimə verəcəyi barədə məlumat verməsə də ümumi olaraq Mətləb Hüseynovun həbsdən azadlığa buraxılmasına köməklik göstərməsi üçün kiməsə verəcəyini demişdir. O, da öz növbəsində Şahid1 ilə aralarında olan iş münasibətini və onun pul məsələlərində düzgünlüyünü nəzərə alıb 2021-ci ilin fevral ayının təxminən 6-7-i tarixində Şahid1 yaşadığı binanın qarşısında sonuncuya borca 20000 manat pul vermişdir. Təxminən bir ay sonra Şahid1 onunla söhbət zamanı həmin pulu Fəxrəddin adlı şəxsə verdiyini və Fəxrəddin adlı şəxsin pulu ondan alıb Mətləb Hüseynovun barəsində araşdırılan cinayət işinə xitam verdirəcəyinə, həmçinin sonuncunun həbsdən azad ediləcəyinə dair söz verdiyini, buna baxmayaraq, Mətləb Hüseynova heç bir köməklik göstərmədiyini bildirmişdir. Bundan başqa qeyd etmişdir ki, Fəxrəddin adlı şəxs ondan pulu alarkən həmin işləri Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən yüksək vəzifəli şəxslərin vasitəsilə həll ediləcəyinə dair söz verib. Sonradan bəlli olub ki, Fəxrəddin adlı şəxs dələduzdur (cid 01, iş vərəqə 182-186). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Texniki vasitələrə baxış keçirilməsi haqqında 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə 13 yanvar 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək olan müddət ərzində çoxsaylı danışıqlar aparılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid11 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 16.02.2021-ci il tarixdə 17:24:06 saatdan 20:31:12 saata qədər vaxt ərzində 12 dəfə danışıqların aparılması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid10 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 17.02.2021-ci il tarixdə saat 11:08:55-dən 19:57:44-dək olan müddət ərzində 4 dəfə danışıqların aparılması müəyyən edilmişdir (cid 02, iş vərəqə 68- 70). Texniki vasitələrə baxış keçirilməsi haqqında 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şahid8 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə 11 fevral 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək olan müddət ərzində çoxsaylı danışıqlar aparılmışdır. Həmçinin, Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid11 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 16.02.2021-ci il tarixdə 17:54:37 saatdan 18:49:49 saata qədər vaxt ərzində 4 dəfə danışıqların aparılması müəyyən edilmişdir. Bundan başqa, Şahid8 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid10 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 17.02.2021-ci il tarixdə saat 18:49:44-dən 20:09:31-dək olan müddət ərzində 4 dəfə danışıqların aparılması müəyyən edilmişdir (cid 02, iş vərəqə 71-73). Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxsla aralarında olan danışıqları əks etdirən diksə baxış keçirilməsi barədə 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 (A) ilə Təqsirləndirilən şəxs (B) və Şahid6 (C) arasında aşağıdakı məzmunda danışıqlar aparılmışdır: B - Mən dostun-tanışın yanında səninçün eliyə bilərəm, mama canı, bez prablem, sənə qurbandı, yəni mən orda heç nə qazanmasam da olar. Əgər sənniy sən əzizindisə, yaxınındısa. B - Olardan çox istiyiblər pul, olar da bilirəm, bütün işdərini bilirəm, kimlər olub, neçə çox adam olub. B - Belə baxanda özü bilər e, palibomu istəyər eliyər, istəməz elə yalvarası deyiliy, o bizə yalvarsın, prosta mən kiminsə yanında düzgün çıxım da başa düşdün nə demək istiyirəm, mən söz vermişəm ona görə, dünənə söz vermişdim, çünki, o verdiyini söz vermişiy e, o qayıtdı a, yüz faiz dördİİİ saat dörtdə səndədi, dalıyca da soram belə söbət eləməsi ona görə başa düşürsən nə demək istiyirəm, mən də o sənə diyib mən də dimişəm qardaş yüz faiz sən o sizdədi, yəni başqası belə mənə heç kim heç nə deyə bilməz e, sözü söhbəti yox, yəni özü bilər, biz ona yəni yalvarası deyilik. B - Oldu, heç nə, xəbər elə, xəbərləşərik, onda sən mənə bi dənə hə-yox diyərsən, çünki, mən bulara bi dənə söz diyim, ya yox diyim, ya hə diyim bildin nətər?! B - Olar da o bilirsən mənə zəng eliyib başa düşmədim diyir, onu niyə göndərməmisən yüz/// deyirəm a, vallah mənniy deyil də, mən də ordan demişəm srazı aparginən verginən, hə, yevronu verdi mənə, göndərdi dala ki, ... yevronu hazır eləginən hə havax pul çatar sabaları, işə də başlanılar, dedim ə, prablem yoxdu da, üç min səkkiz yüz səndədi, dedi hə yevro göndərdilər, yevro məndədi, tuma tum gəlib mənə çatacax da yəni bir azdan, prablem yoxdu. Yəni belə olmaz da, başa düşürsən necə, kəsirsən, hansı kursnan diyir hesablıyıb. Başa düşürsən diyir, yəni altı min iki yüz hansı kursnan hesablıyıb diyir verim pulu eləsin a başa düşürsən necədi, xəstədi e, doğurdan camaatın başı işdəmir e, həcixaİİİ özümüzün kimi olanı olmadı e, Allah haqqı. B - Allah orucunu qəbul eləsin, bu günnəri sən o inanırsan bilirəm ürəyinnən nə qədər biruzə verməsən də nə qədər prijevat eləmisən, Allah sənə kömək olsun, yanındayam həmişə, inşallax saba da əmanətdərin yarısı çatar, qalannarı da çatar işini görəllər olar Allah qoysa, heş nə, mən səni çox istiyirəm, muğayat ol özünnən, Allah köməyin olsun əzizim. B - Həcixanım bi dənə bu yevro məsələsini zəhmət olmasa, baş-beynim getdi inanırsan, ya da gedim mən öz cibimnən qoyum o iki yüz manadı, verəllər bular mənə. Vallah. Olar uje özünü cırıllar, bir azdan qar yağacax gedə bilmiyəcəm. B - Yo, sən indi şükür Allaha özün bilirsən, Allaha min şükür ki, neynəmək lazımdı sənə nə deyə bilərəm, prosta söhbət onnandı ki, mən üç min səkkiz yüz olara vermişəm, o üç min yevronu özü elə dedi bizə yevro lazım deyil, söhbət onnan gedir başa düşürsən (gülür) nə dimək istiyirəm sən bilən məsləhətdi, amma mən üç min səkkiz yüz vermişəm, prosta doğrudan da bu insan hansı kursa vururam, hansı kursa hesablıyıram altı min iki yüz gəlmir, bildin nə demək istiyirəm, ala lap iki otuznan sayıram, yəni alınmır da başa düşürsən necədi, həə prostu mən üç min səkkiz yüzü vermişəm olara, papa canı Allaha and olsun, ba Qurana and olsun haa, yəni göndərmişəm, üç min yevro məndədi, indi o da ayıbdı da yəni mən də qalmışam belə vəziyyətdə, nə o yannığdı, nə bu yannığdı ona görə, heş nə mən cavab gözdüyürəm sənnən. B - Səni özümnən götürəcəm lazım ehtiyac bilərəmsə dedim belədi belədi belədi A - Az, Fərrux priçom burda B - Fərruxu mən Vallah Quran haqqı Fərruxu mən burda A - Allah haqqı sən Fərrux dedin bax B - Ə, Vallah bax bax bax A - And olsun Allaha B - Yox e, dimişəm işim bəlkə ola bilər bir-birimizi səhv başa, Quran haqqı A - Yox e, mən Fərrux heç tanımıram e, bilmirəm necə adamdı, hansı B - Ala mən də tanımıram, mən də tanımıram, Vallah mən tanımıram A - Bilmirəm sən deyəndən sonra sən ad məndə uje qaldı, mən onu getdim Eynulladan soruşdum, Eynulla dedi ki, mənim qrup yoldaşımdı B - Bax Gülüş getdiyimiz yola and olsun, ba getdiyimiz yola and olsun A - Hələ yadıva gəlir dedim ki, mən soruşdum ki, iş əsas müstəntiqliydi, yoxsa Respublika prarurorluğudu, o da güldü mənə, qayıtdı dedi ki, neynisən Gülüş, gəldim onu da sənə dedim. B - Bəli, yo sənə dedi, sənə sora dedi ki Respublika prakurorluğudu A - Respublika prakurorluğudu dedi mənə, dedim hə yaxşı B - Quran haqqı mən tanımıram A - Yenə ürəyimdə hardasa arxayınnığ yarandı ki, Fəxi dediyi adamdı, elə Respublika prakurorluğudu da B - Allaha and olsun mənm tanımıram, Vallahi Billahi A - Bəs kimdi bu? B - Kimdi?! A - İndi ba bu sənin iş gördüyün kimdi? B - Ayrı adamdı. Mən səni o adamnan tanış eliyərəm sənə A - Yox e, tanış olmağa görə demirəm e, saba burcudar, az məbləğ deyil, Fəxi sənə qurban olum B - Əzizim, mən kişiyəm, eşidirsən məni, mən dostumnan da axıra qədər gedirəm, düşmənçilik düşmənimnən axıra qədər gedirəm. Mən kişiyəm, mənə heç kim heç vaxt Allahın izniynən burcuda bilər, nə bir şey eliyə bilər A - Əlbətdə ki, mən də e Quran haqqı manatın yeməmişəm B - Pis mənada biz dostux sənnən, biz heç kimi məni əgər kimsə şey eləsə A - Nə də heç kimin manatını... Allah da şahiddi o yetimin haqqıdı olar B - Mənə dedi ki. Mənə bir şey olsa mən gəlib sənə deyərəm ki, mən eliyə bilmədim, on beş günnən sora gəl əmanətini mənə mən də belə oğlanam, yəni sən bilirsən mən sənnən bax biz bir-birimizə düşmən ol A - Əlbətdə ki, burda nə var ki, amma mənim bilirsən hələ də yadımdadı a, Fəxi bax and olsun Allaha hələ məynən görüşdük də e, yadındadı dedin ki, bu adı sənə deyirəm Fərrux, bu adı bir də heç harda çəkmə And ola Allaha B - Yoox elə demədi yoox Quran haqqı vallah ona aidiyyatı yoxdu and ola Allaha A - Çünki, bax indi sənə bir dənə söz deyim B - Bax, üç balamın əziz canı üçün tanımıram heç o adamı A - Dünən yox axşam sənnən telefonda danışanda da mən sənə de B - Dedim işi aparan, yəni onun işini aparan, orda, bir-birimizi səhv başa düşürük . Vallahi- Billahi mən onu diməmişəm. Mən onu tanımıram heç A - Baay B - Allah haqqı bax balalarıvın balamın canı üçün. Ə, tüpürüm o ona da o birisinə də bu birisinə də, kimdənsə şəxsiyyətsizin birinə görə mən öz balamın canına and içim. A - Yox Allah eləməsin B - Vallahi mən onu tanımıram. Yəni biləsən, mən onu heç bir tanımıram. " AU D- 20210426-WA0088" B - danışdı dedim sora, qayıtdı dedi ki, qardaş, mənə sərf eləmir, dedim yaxşı, martın axırına ya da ki, aprelin əvvəlinə ilk on gününə A - Hmm B - Onu götürüb sənə verəcəm, nə verib onu A - Port Bakunu sual verirəm ki, Port Bakunu deyirəm hazır döyür hələ ümumiyyətlə deyirəm o pulu nə üçün vermisən ümumiyyətlə deyirəm B - Ona veriləndə də deyilib ona A - Həə, deyir nə bilim deyir bax Quran haqqı B - Vallahi Billahi bax mən öz də mənə ayrı söz deyir amma A - Hə B - Dedim mən bax qaqaş, sən özün demisən mən sənə Vurğunu mən çıxartmışam A - Hə B - Bunu Vurğunda mən susaram, dilim şey olmaz yəni, bilirsən hər bir şeydə olmaz da axı dirənməy A - Elədi, əlbətdə ki B - Bunun bir düzü var, səfi var. Amma belə ... sən demisən mənə qardaş, istiyirsən adamı ... gətirdim, istiyirsən kameranı ... mənim bir dənə dəftərim var. İstiyirsən adamıvı gətirdim. Mənə sərf eləmir, mənim ayrı işdərim var. Dedim Allah canıvı sağ eləsin, brat, martın axırına dedim qardaş ba martın B - On gün də mən limit götürürəm özümə. Mən sənə gətirib verəcəm. Başa düşdün nətər? Ba dedim ... ba sora mənim üstümə gəlməsin ha mən sənə vermişəm, neynəmişəm ha həcixanım yəni özün bilərsən A - Arvad? B - Hə hə A - Yoox yoox heş deməz də onu B - Mən yəni hə mən bu söhbət belədi. Sora gəldiy o birisi məsələyə, qardaş, mənə zəng eliyib dimisən A - Hm B - Mən olmuyum qırağ adam olsun, zəng eliyib dimisən bu belə belə olub, mən öyrənmişəm, mən gəlib sənə diməmişəm ki, bu belədi belədi. Mən öyrənmişəm sənə dimişəm, sən mənə razılıq vermisən. Düzdü? A - Ay sağ ol, hə. B - Hə? Razılıq vermisən? Biz burda oğurluq eləməmişik səndən, razılıq vermisən, dabro vermisən? A - Elədi, stadionu dəyişməməyi üçün B - Sən özün dimisən, sən dabronu vermisən, qardaş, sən mən sənə didim sən deyirsən fıdı fıdı, deyirəm a, fı kimdi e, vapşe e, fını mən dedim A - Fərruxu diyir də sən dedin B - Yoox e, mən onu deməmişəm, mən dimişəm işi o aparır, mən dimişəm A - Dimişdin Fərrux aparır. Mən amma bax indi indi gedirəm elə şey Eynullaynan da görüşəcəm a, diyirəm ki, diyir ki, bu işə kurasiya eliyən diyir Fərrux döyür B - Ay başıva dönüm, mən axı elə söz diməmişəm, sən mənnən səruşdun A - Yo, sən dedin ki, bu kimdi elə ba bu binanın qabağında B - Didim ki, yo yo, yo ba qurban olum sə, baxır. Mən sə dimədim ki, mən gördüyüm adam var a, odu. Mənə diyir ki, odu. Diyirəm a A - Yo indi mən bilmirəm ki, Fərrux kimdi yeri gəlsə, elədi elə döyül?! Eşitməsəm mən də B - Dimişəm e, onu, yox e A - Yadıva gəlir mən məhkəmədən qayıdanda dedim ki, Fəxi B - Mənim əzizim adı dimirəm e A - Hə B - O, o deyil axı, sənə daje qayıtdım dedim ki A - Hə e, dedim e, ki, vəkil də dedim onuynan telefonnan danışırdı karantindədi B - Sənə qayıtdım dedim ki, bu adam şeydi o işə baxır. Bu o döyül axı qardaş A - Yo, sən dedin ki, adam xəstədi, Karonadı. Dedim ki, hə hə dedim, Eynulla da dedim deyir ki, B - Yəni onun işini aparan, yəni iş kimliydi A - Bu Fərruxdan danışırdı da Fərrux dedi B - Yoox, o döyül, başqadı A - Bəs kimidi? Fərrux adında sən mənə demisən e, ona görə deyirəm B - Ə, onu dimişəm e, dimişəm sən mənə qayıtdın dedin ki, işi kim aparır sonluqda kim olarda qol çəkirsə o batır A - Hə B - Ona görə A - Bu işi görən indi Fərrux deyil? B - Yoox e, a yox e yox e, başıva dönüm mən orda A - Bəs Fərrux priçom tuda B - Deyirəm a, qardaş, mən dimişəm ki A - Bəs mənə də indi diyir ki, Gülüş o döyül, Gülüş o sözü hardan eşidibsən, deyirəm a, necə deyim sənə Fərruxu? B - Yo yo mən sənə bacı bir dəyqə qulaq as, mən sənə dimişəm ki, iş bir birimizi səf başa düşmüşük, ya mən səf izah eləmişəm, mən özüm də yox A - Yox e, Fərruxu mən onda hardan eşitmişəm? Mən hardan B - Mən dimişəm e A - Hə B - Amma mən diməmişəm işi aparan o deyil, yəni işi mən onnan görürəm, o kimdi e, mən onnan işimi görüm e, mənimki A - Bəs kimnəndi bəs bu B - Ə, yox e, bu adamın ona aidiyyatı yoxdu. Bu kim başa düşürsən nətərdi yəni mən o adam kimdi ki, o adamın yanında, bəlkə heç mən Fərrux kimdi ki, mən tanımıram A - Fərrux kimdi o adamın yanında? Hə B - mən tanımıram Fərrux heç kimdi, mən prostu sənə didim ki, işi aparanın da odu A - Hə B - Mən Fərruxnan da A - Kimin adında olub? B - Başa düşdün nə demək isdiyirəm? A - Hə B - Mən axı, mən gördüyüm adam ayrı adamdı işi görən, mən indi başa düşmürüy ya bir birimizi A - Bu da indi bax indi mən sənə bir dənə söz deyim, vəkil buna diyir ki, buna da deyir, mənə də deyir, dünən günorta da vəkilnən görüşmüşəm, deyir ki, Gümüş bunun statyasında yəni bu dəyişmə B - Ba özü gəlib bizə didiyini diyir də A - Hə hə hə B - özü sənə diyir A - Diyib ki, buyünkü günün statyası, ancağ bunun statyası bir halda dəyişəcək ki, mütəşəkkilliy nə bilim veriləcək nə bilim nə B - Bax, mənim əzizim bax bi dənə qulaq as, mənə nə dimisən A - Həə B - Mən ona uyğun sənə hərəkət eləmişəm A - Ay sağ ol düzdü B - Artıq əskiy mən sənə diməmişəm ki, sənə qurban olum A - Yox, indi bunun sanksiyası da Fəxri sənə qurban olum B - Hə A - Bunun sanksiyası da uzanacax B - Bilirəm onu o günnəri də qayıtdım, bu uzanacax A - Həə, hə uzanacax B - Ba mən sənə diyim ba qulağ as mən bu günnəri də ona didim sənə də o günnəri didim ki, bi dənə şey var, mən keçən dəfə o adamnan danışanda mən onaqayıtdım dedim ki, qardaş, yadına gəlir mən sənə didim ki, burda da köməyliy eliyəcəm haa A - Məhkəmədə, hə hə hə B - Ay sağ ol. O adam qayıtdı dedi ki, qardaş prablem olsa məhkəmədən şey eliyərik evdən gedib götürüb gələr A - Hmm B - Didim qardaş, sən heç kimə heç nə vermə, bunu vermisənsə bu bunu,sənə didim A - Həə B - Sən zəng elədin mənə nə dedin, dedin Fəxi mən bəs mənnən pul dedim verməginən A - Müstəntiqə B - Özün ürəyin istiyirsə A - Hə hə didi bu adamnan məsləhət B - Özün şirinniyə görə ehtiyac yoxdu. Düzdü? A - Düzdü düzdü B - Dimişəm qardaş bunun içərisində sən hamısını mən sənə dimişəm ki, daje sənə o günnəri danışanda nə dedim, heç bu söhbət yox idi, Allahım var dedim bi dənə söhbət var, şey eliyəcəm A - Həə, dedin deyəcəm, deməmişəm deyəcəm B - Ama onu məhkəmədə, onu çıxardacaqlar üçüncü şeydən soram çıxardacağlar evə, başa düşdün, evdən də A - O da heee hələ sanksiyadan sonra B - Əzizim başa düşdüm, bu işi sən qabaqcadan A - Dünən o şəhid anası bütün şeyləri, şikayətçiləri yığıb gətirib töküb arvadın qapısına bunun çıxması Fəxi heç kimə sərf eləmir bax Allaha and olsun. B - Bax mənim əzizim bax, bax mən sənə bunu qabaqcadan diyirəm bizə nə diyib biz onu eləmişik düzdü? A - Hə hə bilirəm B - Adam ayın üçü də A - İndi də diyir ki, Fəxi sənə qurban indi də diyir ki, mən burda qalmalıyam, vəssalam. Statyam da nə verillər qoy qalsın B - Bi dənə qulağ as, adam üç ayını Allah qoysa bilirsən ki, mən sənnən dostam A - Elədi elədi B - Biz sənnən qardaşıq, mən səni dünyalar qədər çox istiyirəm A - Xətrin əziz olsun B - Biz dostuq, mənim sözüm sözdü. Ayın üçü adam gəlir, mən o adama gəlib deyəcəm. Deyəcəm ki, qardaş, mən onnan danışdım bir dənə dedim bəs gələrsən prablem var, dedi mən gələrəm. Prablemi söhbər eliyərik, dedim yaxşı. Burda adam da var tapşırtdırıb səni həftə içərisində inşallah ola bilsin xitam işi olur Allahın köməkliyiynən A - Hmm. Hə hə B - O məsələ həl şey olur A - Hə hə indi bir az bunnan qabaq yığmışdı o adam məni. Oturublar e, həyatıma e B - Yo eşidirsən onu bilirəm, indi min manat ordan pul qazanır mən özüm gör nə diyirəm, mən sənə açığını deyim, mən ona qayıtdım dedim ki, mən ordan heş nə qazanmıram, əgər o çıxardıb mən gətirib atacam onu ortuya mən sənə deyirəm, yəni ikimizə böləciyik onu. Yəni min versə, beş yüz versə, nə verəcək mən onu da gətirib böləcəm sənnən bir yerdə, bildin nə demək istiyirəm?! A - Həə, başa düşdüm hə B - Mən demişəm heç nə götürməmişəm. Neyniyim indi bir şey də qırım da burdan da, o da donuzdan deyir bir tükdü A - Düzdü B - Bax sənə dedim sənə qurban olum sənə mən ya martın axırı, ya da aprelin onuna gətirəcəm sənə özüvə A - lyirmi min B - Bəli, altı min səkkiz yüz əlli, beş min yüz də deyəsən birdə səf eləmirəmsə, baxaram. Ya yeddi min yüzdü ya beş min yüzdü, mən o dəftərə sənə baxıb deyərəm prablem yoxdu A - Hə yaxşı B - O prablem məndə qəpik qəpikdi A - Qəpik qəpikdi hə B - Və havax gətirdim verdim a sənə, ya martın axırı, ya aprelin əvvəli, ayın on ikisin hələ açot eləməmişəm əzizim A - Hmm hə B - Fevralın on ikisin, həmən tarixə qədər on ikisinə açot eliyəcəm iki min olacax beş min olacax onu da gətirib verəcəm küpə sənə C - Bəli A -Alo, salam məleykim C - Əleykim salam A - Mən kimnən danışıram telefonda C - Sizə kim lazımdı? A - Bu nömrə Fəxrəddin verib mənə C - Aha eşidirəm A - Hə gecə sizə gətirdi Ağa beş min pul verdi e, yadınızdadı? C - Necə? A - Gecə sizə Ağa gətirdi beş min pul verdi Hacıxanım adına yadınızda? C - Bəli bəli bəli A - Ay sağ ol C - Ama bilmədim kimiydi kimsə gəldi pul verdi A - Ay sağ ol, sizdən o pulu kim götürdü? C - Fəxrəddin A - Ay sağ ol, indi Fəxrəddin deyir ki, mən o pulu götürməmişəm, get kimə verib onnan da alın. Qardaş, bu nə deməydi, siz traveldə işdiyirsiz səf eləmirəmsə C - Xeyir A - Bəs harda işdiyirsiz? Travel dedilər mənə C - Kim deyib sizə xanım? A - Pulu verən vallah hansı ki, o pulu verən adam mənə pul bojduydu C - Yox, pulu verən adamı mən vapşe heç xanım birinci dəfə görürdüm, heç tanımıram A - Bilirəm, o da sizi tanımır, o da sizi tanımır. C - Ay sağ ol. A - Deyir dedi ki, traveldə işdiyirəm guya siz demisiz C - Necə? A - Harda verib pulu sizə? C - Mən dimişəm? A - Həə vallah nə bilim bilmirəm bu nə mə Fəxrəddinin hansı oyunnarıdı bilmirəm amma o beş min qardaş Hacıxanım adıynan verilib də sizə, düzdü? C - Xanım, bəli bəli düzdü xanım, mən də yəni o pulu götürəndə heç nə kim yəni ki, adbaad soruşmamışam da mən heç maraqlı da döyüldü A - Aha C - Mən bi dənə oturdum pulu saydım. O da yəni ki, belə pis çıxmasın, mənim xəsyətimdi pulu götürəndə də sayıram, verəndə də sayıram A - Düz eliyirsiz hə C - Hə, yəni ki, tanımadığım adamdı, tembole, pulu saydım, sağ ol sağ ol. Filən qədərdi filən qədərdi. Bəli. A - Aha C - Sağ ol sağ ol. Çatdırdım verdim söhbət mənniy xanım bir şey yoxdu. Özünüz xahiş eliyirəm A - Fəxrəddinniy indi Fəxrəddini yığıram diyir pul diyir mən diyir götürüb eləməmişəm, kimə vermisiz gedin onnan olun, ay qardaş nətər eliyəy indi, necə eliyəy indi biz bunu. Fəxrəddin sizin nəyivizdi? C - Dostumdu xanım A - Dostundu? C - Bəli A - Adınız nədi sizin? B - Günay, üzün ağ olsun, Allaha and olsun səni ki, adamın üzünü belə ağ eliyirsən a, Vallahi Allah səndən razı olsun (cid 01, iş vərəqə 44-52). Məhkəmə - fonoskopik texniki ekspertizasının 17 iyun 2021-ci il tarixli, 4/646 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı CD diskdə aşkar olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir və həmin mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səs və nitqi – Təqsirləndirilən şəxs, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid1 məxsusdur (cid 02, iş vərəqə 49-58). Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 12 iyul 2021-ci il tarixli məktubdan görünür ki, həmin İdarədə qanunsuz miqrasiyanın təşkili məqsədilə hüquq verən rəsmi sənədlərin saxtalaşdırılmaqla qanunsuz hazırlanması, satılması, istifadə edilməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Şahid9 barəsində cinayət təqibi həyata keçirilir (cid 02, iş vərəqə 134). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 16 iyul 2021-ci il tarixli 007-9362-1221 nömrəli məktubundan görünür ki, həmin İdarənin İstintaq və Təhqiqat İdarəsində X3 və qeyrilərinin barələrində 15 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, 30 aprel 2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312 və 320-ci maddələrinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir (cid 02, iş vərəqə 150). Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil- Kommunal İstismar sahəsindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət və narazılıq daxil olmadığı, onun müsbət xarakterizə olunduğu göstərilmişdir (cild 1, iş vərəqə 153). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqə 237). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi əməllərə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 01, iş vərəqə 59, 124-127). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd disk, “Azercell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd disk, “Azercell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar