Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1542/2023 21.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X14 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Zərdab rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Ağdam rayonu, Qaradağlı sahəsində pasport qeydiyyatında olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 38, mənzil 424-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə qəsdən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən yerüstü piyada keçidinin içərisində heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, yəni davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etdirməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən 1 (bir) dəfə yumruqla vurub, daş döşəməyə yıxaraq sonuncuya qəsdən ənsə sümüyünün kəllə əsasına uzanan xətti sınığı və baş beyinə qansızma, başın ənsə nahiyəsinin yumuşaq toxumalarının hematoması, sağ yanağın qançırı və həmin səviyyədə ağzın iç səthinin selikli qişasının əzilmiş yarası, hər iki dirsək oynağı nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün yerüstü piyada keçidi ilə yolu keçərkən Zərərçəkmiş şəxs ilə çiyinçiyinə dəymişdir. O, həmin vaxt yanında olan xanımlarla birgə dörd nəfər olmuşdur. O, Zərərçəkmiş şəxslə çiyin-çiyinə dəydikdən sonra geriyə dönüb sonuncudan üzr istəmiş və nə qulluq edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə onu itələyərək sərt şəkildə məzələndiyini bildirmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və əvvəlcə zərərçəkmiş şəxs onun, sonra isə o, zərərçəkmiş şəxsin yaxasından tutmuşdur. O, Zərərçəkmiş şəxs məzələnmədiyini və vurmaq istəmədiyini demişdir. Hadisə zamanı onun yanında olan dostu Xəyal da həmin vaxt zərərçəkmiş şəxsə yaxınlaşaraq mübahisəni sonlandırmalı, yəni bir-birini yola verməli olduqlarını bildirmişdir. O, hadisə zamanı içkili vəziyyətdə olsa da, zərəçəkmiş şəxsi yola verməyə çalışmışdır. O, Əkbərdən üzr istəsə də, sonuncu onun yanında olan dostu Xəyala bu hərəkəti keçdiyini, lakin ona qarşı bu hərəkəti keçmədiyini demişdir. O da Əkbərə yaxınlaşaraq Allaha xətir üzr istəməyini qəbul etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs isə onun üzr istəməyini qəbul etməmişdir. Bundan sonra o da Zərərçəkmiş şəxs itələmişdir. Həmin vaxt Əkbər ona yumruq atmışdır. O da geriyə çəkilərək Zərərçəkmiş şəxs yumruqla 1 (bir) dəfə zərbə vurmuşdur. O, elə başa düşmüşdür ki, onun yumruğunun təsirindən Əkbər huşunu itirmişdir. Buna görə də o, dostu Xəyal ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərkən elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində və son sözündə qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə qəsdən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməməsi, əksinə zərərçəkmiş şəxsin ona qarşı nümayiş etdirdiyi qanunsuz hərəkətlərin təsiri altında zorakılıq edərək 1 (bir) dəfə yumruqla zərbə vurması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisə baş verən gün işdən çıxıb 136 saylı sərnişin avtobusuna minmiş və Suraxanı rayonunda yerləşən yerüstu piyada keçidinin yanına gəlmişdir. Təxminən saat 18:50 radələrində o, yerüstu piyada keçidindən keçib 104 saylı sərnişin avtobusuna minib yaşadığı evə getmək istəmişdir. Həmin vaxt o, yorğun olduğuna və şəxsi həyatında yaşadığı bəzi problemlərə görə fikirli olmuşdur. O, keçiddən keçərkən görmüşdür ki, qarşıdan 2 (iki) qız və həmin qızların arxasınca 2 (iki) oğlan ona tərəf gəlmişdir. O, həmin şəxslərin yüngül sərxoş vəziyyətində olduqlarını görmüşdür. Daha sonra o, oradan keçərkən Təqsirləndirilən şəxs çiyni onun çiyninə dəymişdir. O da Nazimin üzr istəyəcəyini fikirləşərək dönüb sonuncuya tərəf baxmışdır. Lakin əvvəlcə Nazim yox, Nazimin yanında olan dostu Xəyal adlı şəxs ona yaxınlaşaraq üzr istəmişdir. Nazim isə ona yaxınlaşmamış, əksinə 5-6 addım aralıda dayanaraq üzr istəmiş və sonra qızların arxasınca getmişdir. Bir qədər sonra Nazim onun yanına qayıtmışdır. Bu zaman o, Nazimə sərt cavab verərək niyə belə etdiyini, yəni nəyə görə ona çiyin atdığını soruşmuşdur. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Həmin vaxt Nazim ona qarşı qeyrietik ifadələr işlətmişdir. Daha sonra isə onun nə baş verdiyindən xəbəri olmamışdır. Belə ki, o, nəyə görə yerə yıxıldığını xatırlamır. O, huşunu itirmiş və ayılan zaman xəstəxanada olduğunu görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın yam şəkildə ödənildiyini və buna görə də onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, “Bakelektro” mağazasında elektrik vəzifəsində işləyir. O, hər gün səhər saat 06:30 radələrində işə gedir və axşam saat 18:00 radələrində işdən çıxır. O, xx.xx.2022-ci il tarixdə işdən saat 18:00 radələrində çıxıb Xəzər rayonunda yerləşən “Şimal qres” adlanan yerdən 136 marşrutlu sərnişin avtobusuna minmiş və saat 18:50 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən yerüstü piyada keçidinə gəlmişdir. O, yerüstü piyada keçidindən Yeni Suraxanı qəsəbəsinə keçərkən keçidin ortasında 2 (iki) qızın ona tərəf gəldiyini görmüş və qızların sol tərəfindən keçmək istədikdə, qızların arxasınca gələn 2 (iki) oğlan qızlara arxadan yaxınlaşaraq sol tərəflərinə keçmiş və yol daraldığı üçün onun sol çiyni həmin oğlanlardan birinin, sonradan adını bildiyi Nazimin sol çiyninə dəymişdir. Aralarında mübahisə baş verməməsi üçün o, Nazimdən üzr istəmişdir. Lakin Nazim onunla mübahisə etməyə başlamışdır. Bu vaxt Nazimin yanında olan qızlar oradan uzaqlaşmışlar. Bundan sonra Nazim ona çənəsini çıxaracağını bildirmişdir. O da Nazimin yanında daha bir oğlanın olduğunu görüb, dava-dalaş düşməməsi üçün Nazimdən yenə də üzr istəmişdir. Bu vaxt onun qarşısında dayanmış Nazim yumruqla 1 (bir) dəfə onun sifətindən vurmuşdur. O, müvazinətini saxlaya bilməyərək arxası üstə yerə yıxılaraq huşunu itirmişdir. Daha sonra nə baş verdiyindən onun xəbəri olmamışdır. O, xəstəxanada ayılmışdır. Nazim onu cəmi 1 (bir) dəfə sifətindən yumruqla vurmuşdur. Nazimin yanında olan oğlan isə onu vurmamışdır. Onun sifətində olan xəsarətlər Nazimin vurduğu yumruğun nəticəsində yaranmış, başının arxa hissəsində və dirsəklərində olan xəsarətlər isə zərbənin təsirindən arxası üstə yıxılarkən yerə dəydiyindən yaranmışdır. Yəni onun başının arxa hissəsində və dirsəklərində aşkar edilmiş xəsarətləri də o, Nazimin onu vurması nəticəsində yerə yıxıldığından və yerə dəyərək almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, “Pubg” oyun hesabında tanış olduğu 2 (iki) qızla xx.xx.2022-ci il tarixə görüş təyin etmişdir. O, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində “Koroğlu” metro stansiyasının yanındakı istirahət parkında həmin qızların biri ilə görüşmüşdür. Sonra o, dostu Nazimi də görüşə dəvət etmişdir. Bir qədər sonra Nazim və ikinci qız da onların yanına gəlmişlər. Onlar yaxın ətrafda bir qədər gəzmişlər və sonra marketdən spirtli içki almışlar. O, Nazimlə birlikdə gəzə-gəzə həmin spirtli içkini içmişdir. Qızlar onlara “kukruz” almaq üçün Yeni Suraxanı qəsəbəsinə getmələrini təklif etmişlər və onlar birlikdə Yeni Suraxanı qəsəbəsinə getmişlər. Yeni Suraxanı qəsəbəsində onlar “kukruz” alıb, geri qayıtmışlar və avtobusa minmək üçün yerüstü piyada keçidi ilə yolu keçərkən tanımadıqları şəxslə, yəni Nazim ilə zərərçəkmiş şəxs çiyin-çiyinə dəymişdir. Bu səbəbdən də Nazimlə həmin şəxsin arasında sözlü mübahisə və dartışma yaranmışdar. O, Nazimlə həmin şəxsi biri-birindən aralamağa çalışmışdır. Bu zaman həmin şəxs Nazimə əl atmış, lakin Nazim zərbədən yayınaraq sol əli ilə qəflətən yumruqla həmin şəxsin çənəsindən 1 (bir) dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən həmin şəxs yerə yıxılaraq huşunu itirmişdir. O, həmin şəxsi ayıltmaq istəsə də, həmin şəxs ayılmadığı üçün onlar oradan uzaqlaşmışlar və taksiyə minib qızları “Koroğlu” metrosuna aparmışlar. Bundan sonra o, Nazimlə sağollaşıb yaşadığı evə getmişdir. X11 qəsəbəsində yerləşən yerüstü piyada keçidində baş vermişdir. Hadisə anidən baş vermiş və qısa müddətdən sona başa çatmışdır. O, özü dalaşanları birbirindən ayırmağa çalışsa da, heç kəsi vurmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00-19:00 radələrində Heydər Əliyev prospektinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən piyada keçidindən keçərkən 1 (bir) nəfər kişi cinsindən olan şəxsin keçidin demək olar ki, ortasında yerə uzanmış vəziyyətdə olduğunu gömüş və həmin şəxsə köməklik göstərib ayağa qaldırmaq istədikdə, həmin şəxsin huşsuz vəziyyətdə olduğunu və başından qan axdığını görmüşdür. Buna görə də o, həmin şəxsi ayağa qaldırmağa qorxmuşdur. Daha sonra isə o, DİN-nin 102 mərkəzinə və X10 103 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra həmin şəxs ona bildirmişdir ki, havası çatmır və keçiddən aşağı düşürsün. O da həmin şəxsə kömək edib qoluna girərək piyada keçidindən Heydər Əliyev prospektinin şəhər istiqamətində olan tərəfinə aşağı düşürtmüşdür. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım birqadası gəlmiş və o, bundan sonra oradan çıxıb getmişdir. O, xəsarət almış şəxsin adını və soyadını bilməmişdir. Xəsarət almış şəxs kimin xəsarət yetirməsini ona deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild İ, iş vərəqə 56) görünür ki, Şahid2 həmin gün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Suraxanı rayonu ərazisində yerləşən keçidlərin birində bir nəfər şəxsin hərəkətsiz halda olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 1282 saylı canlı şəxsin eksreptizası rəyindən (cild İ, iş vərəqə 19- 21) görünür ki, vət.Zərərçəkmiş şəxs ənsə sümüyünün kəllə əsasına uzanan xətti sınığı və baş beyinə qansızma ilə müşayiət olunan başın ənsə nahiyəsinin yumuşaq toxumalarının hematoması, sağ yanağın qançırı və həmin səviyədə ağzın iç səthinin selikli qişasının əzilmiş yarası, hər iki dirsək oynağı nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin onun özü tərəfindən özünə yetirilməsi nəticəsində, eləcə də yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. xx.xx.2022-ci il tarixli ərizədən (cild İ, iş vərəqə 22) görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini, lakin onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli raportdan (cild İ, iş vərəqə 5) görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə nəmalum şəxs tərəfindən döyülməsini göstərmişdir. xx.xx.2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 31-34) görünür ki, həmin gün Zərərçəkmiş şəxs hadisə yerində Təqsirləndirilən şəxs ilə çiyninin dəydiyi yeri, eləcə də cinayət hadisəsinin baş verdiyi yerdə Təqsirləndirilən şəxs onunla mübahisə etdiyi yeri və ona qarşı törədilmiş cinayətin üsulunu və mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 40-41) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yerdə Zərərçəkmiş şəxs ilə çiyninin dəydiyi yeri, habelə törətmiş olduğu cinayətin üsulunu və mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 45-46) görünür ki, həmin gün şahid qismində çıxış edən Şahid1 - Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin yerini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla zərbə vurduğu yeri əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli 098-3-15-3/125-23 nömrəli cavab məktubundan (cild İ, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən piyada keçidinin içərisində Zərərçəkmiş şəxs qəsdən vuraraq xəsarət yetirdiyi vaxt Təqsirləndirilən şəxs yanında olmuş 2 (iki) nəfər qızın adlarını və ünvanlarını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild İ, iş vərəqə 58) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 65) görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 75-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 90-91) görünür ki, həmin gün ibtidai istintaqı həyata keçirən müstəntiq Habil Hüseynov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət verilmiş və Suraxanı rayon prokuroru Rəşid Mahmudov həmin vəsatəti müdafiə etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild İ, iş vərəqə 92-93) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild İ, iş vərəqə 94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 103-109) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 161) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. xx.xx.2007-ci il tarixli, 310 nömrəli arayışın surətindən (cild İ, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan İİ qrup əlildir. AA seriyalı 212712 nömrəli arayışdan (cild 1, iş vərəqə 99) görünür ki, Təqsirləndirilən şəxs anası X1 rayonu üzrə məcburi köçkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs ilə şahid qismində çıxış edən Şahid1 arasında dostluq münasibətləri olmuş və onlar şəxsiyyəti ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmiş 2 (iki) nəfər qızla birlikdə cinayət hadisəsi baş verməmişdən əvvəl görüşmüşlər. Təqsirləndirilən şəxs və Şahid1 həmin gün spirtli içki içmişlər. Daha sonra Nazim, Xəyal və onların yanında olan 2 (iki) nəfər qız birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən yerüstü piyada keçidindən keçmişlər. Həmin vaxt keçiddə onlar Zərərçəkmiş şəxsla qarşılaşmışlar. Bu vaxt Təqsirləndirilən şəxs çiyni ilə Zərərçəkmiş şəxs çiyni toqquşmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs çiyin toqquşmasının səbəbini təsadüf nəticəsində baş verdiyini bildirsə də, Zərərçəkmiş şəxs bunu təkzib edərək Təqsirləndirilən şəxs ona çiyin atdığını bildirmişdir. Çiyin toqquşması zamanı Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dostu Xəyalın və 2 (iki) nəfər qızın yanında lovğalanaraq Zərərçəkmiş şəxs çiyin atmışdır. Bu səbəbdən də cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsassız yerə çiyin atması olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çiyin atdıqdan sonra onların arasında sözlü mübahisə başlamışdır. Sözlü mübahisə baş verən zaman Nazimin yanında olan 2 (iki) nəfər qız artıq keçiddən keçərək oradan uzaqlaşmışlar. Cinayət hadisəsi baş verməmişdən əvvəl orada Nazim, Xəyal və Əkbər olmuşdur. Nazim Əkbərə çiyin atdıqdan və onların arasında sözlü mübahisə yarandıqdan sonra Şahid1 onları bir-birindən aralamağa çalışmışdır. Lakin Şahid1 buna müvəffəq olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən 1 (bir) dəfə yumruqla vurmuş, nəticədə Zərərçəkmiş şəxs yumruq zərbəsinin nəticəsində daş döşəməyə yıxılaraq çoxlu sayda müxtəlif xəsarətlər almışdır. Onun aldığı xəsarətlər isə canlı şəxsin ekspertizası ilə əlaqədar keçirilmiş tədqiqatın nəticəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər kimi qiymətləndirilmişdir. Eyni zamanda qeyd edilən ekspertiza rəyində göstərilmişdir ki, xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin onun özü tərəfindən özünə yetirilməsi nəticəsində, eləcə də yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Başqa sözlə, Zərərçəkmiş şəxs göstərilən xəsarətləri məhz Təqsirləndirilən şəxs ona 1 (bir) dəfə yumruqla zərbə vurması nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən ona əsaslanmışdır ki, Təqsirləndirilən şəxs həmin vaxt spirtli içkinin təsiri altında olduğundan, eləcə də yanında olan dostu və qızların qarşısında lovğalanaraq Zərərçəkmiş şəxs əsassız yerə çiyin atmış, daha sonra bu zəmində onların arasında sözlü mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl çəkməyərək qəsdən 1 (bir) dəfə yumruqla zərbə vurmuş, nəticədə sonuncu çoxlu sayda müxtəlif bədən xəsarətləri almış, həmin xəsarətlər isə ümumilikdə dərəcəsinə görə ağır xəsarətlərdən ibarət olmuş, ən əsası isə Zərərçəkmiş şəxs həmin xəsarətləri məhz Təqsirləndirilən şəxs ona yumruqla zərbə vurması, eləcə də bu zərbənin təsirindən və gücündən almışdır. Göstərilənləri məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu aktiv hərəkəti (yjmruq zərbəsi) ilə Zərərçəkmiş şəxs aldığı xəsarətlər arasında birbaşa səbəbli əlaqə olmuşdur. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Məsələ ondan ibarətdir ki, Zərərçəkmiş şəxs tək olduğu halda Təqsirləndirilən şəxs çiyin atması və daha sonra səbəbsiz yerə mübahisə etməsi inandırıcı deyil. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs yanında dostu Şahid1 olduğu halda Zərərçəkmiş şəxs Nazimə çiyin atması və daha sonra mübahisə etməsinə heç bir məntiqli və ağlabatan əsas və səbəb olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun zərərçəkmiş şəxsə qarşı sərgilədiyi zorakı, qəddar və kobud hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsə qarşı hörmətsizlik göstərən eqoizmini açıq nümayiş etdirməsində ifadə olunmuşdur. Belə ki, xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, cinayət törətdiyi şəxsə qarşı hörmətsizlik göstərən eqoizmin açıq nümayiş etdirilməsində və ona qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət törətməsi həm də onunla təsdiq olunur ki, cinayət hadisəsinin baş verməsinə nəyinki əsaslı səbəb mövcud olmuş, əksinə ümumiyyətlə heç bir səbəb olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs X2 yetirilmiş xəsarətlər, yəni döş qəfəsinin ön sağ hissəsinin döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnemotoraks, travmatik hemoragik şok yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmçinin onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, İİ qrup əlil olmasını, anasının məcburi köçkün olmasını, habelə zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən, yəni 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1542/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1542/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver