Məhkəmə qərarları › İş №1(101)-1542/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1542/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1542/2024 13.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Laçın rayonu, Oğuldərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən məcburi köçkünlər üçün yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1976-cı il tarixdə Ağdərə rayonu, Araçadzor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı və metadon həblərini əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Araz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Araz» adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 41,2 qram olan 1030 ədəd narkotik vasitə metadon həbi və külli miqdarda 5561,74 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana istintaqa məlum olmayan vaxtda, istintaqla dəqiq müəyyən edilməmiş yerdə yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu ərazisinə gedərək şəxsiyyəti istintaqa məlum olmayan «Araz» adlı şəxsin tapşırığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən, istintaqla dəqiqləşdirilməmiş yerə qoyulmuş külli miqdarda narkotik vasitə metadon həblərini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə götürüb Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə yerləşən müvvəqqəti istifadəsində olan nömrəsiz fərdi evə qanunsuz olaraq daşıyıb evin yataq otağındakı döşəmədə əvvəlcədən hazırlanmış saxlanc yerində gizlətməklə saxlamış, daha sonra satışa hazırlamaq məqsədi ilə 7,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin miqdarı 0,4 qram olan 1 ədəd konvalyutda 10 ədəd metadon həbini Təqsirləndirilən şəxs2, 8,99 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin miqdarı 0,4 qram olan 1 ədəd konvalyutda 10 ədəd metadon həbini isə o, öz üzərində saxlamış, daxil olmuş məlumat əsasında AR DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Səma” restoranının yaxınlığında Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilməklə orada həmin gün saat 21:40-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada 7,75 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone 40“ markalanma göstəricisi olan bir ədəd konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin miqdarı 0,4 qram olan 10 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 23:30-dan etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 könüllü razılıqları və birlikdə iştirakları ilə sonuncunun müvəqqəti istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin yataq otağındakı döşəmənin altında hazırlanmış saxlanc yerindən 1 ədəd ağ rəngli torbanın içərisindən 2 ədəd bağlamada üzərində “Methadone 40“ markalanma göstəricisi olan 101 ədəd konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş külli miqdarda təsiredici maddəsinin miqdarı 40,4 qram olan 1010 ədəd metadon həbi və 7 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 990 qram, 995 qram, 1000 qram, 1000 qram, 485 qram, 490 qram və 585 qram olmaqla ümumi təmiz çəkisi 5545 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, maddə əldə etmək məqsədilə sifariş verdiyi adamın göstərdiyi yerlərə narkotik vasitə qoyur. Həmin maddələri İİR-nın vətəndaşı “Araz” adlı şəxsdən şəxsi istifadəsi üçün alırmış, həmin şəxs ona narkotik vasitələri müxtəlif yerlərə atmaqla çatdırırmış. Sonuncu dəfə isə 10-15 list metadon və 4 kq nəşəni Beyləqandan götürəcəyini bildirmişdir. Həmin maddələrə görə “Araz”a heç bir ödəniş etməmişdir. Belə ki, onun Arazla arasında olan razılaşmaya əsasən o, istifadəsi qədər metadon və marixuana götürüb qalanını isə dediyi yerə qoyacaqmış, daha sonra qoyduğu yerlərin şəkillərini Araza göndərəcəkmiş. Sonuncu buna görə ona pul vəd etməmiş, o, yalnız narkotik vasitə əldə etmək üçün Arazın dediklərini etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olub-olmaması barədə məlumatı yoxdur, onunda narkotik vasitə istifadə etməsi barədə kimsə bilmir. Həmin İran vətəndaşı narkotik vasitənin Beyləqanda olduğunu demiş, o da oraya getmək üçün taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi Təqsirləndirilən şəxs2 zəng edərək onu Beyləqan rayonuna 130 manat müqabilində aparıb-aparmamasını soruşmuş, sonuncuda onunla razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Beylaqana çatdıqda, onlar çayxanada oturub çay içən zaman o, Qoşqara orada gözləməsini, maşının açarını ona verməsini və bir azdan gələcəyini demiş, daha sonra Qoşqarın maşını ilə gedib narkotik vasitə olan zənbili qoyulan yerdən götürüb maşının yük yerinə qoymuşdur. Lakin Qoşqar həmin bağlamanı görməmiş, ümumiyyətlə maşının yük yerini açmamış, bundan sonra o, Qoşqarın yanına gəlib sonuncuyla birlikdə həmin axşam Bakıya qayıtmışlar. Sonradan onlar onun Xəzər rayonunda fəhlə işlədiyi evə gəlib maşında olan paltarını, bir də bağlamanı götürüb evə qoymuş, bu zaman isə Qoşqar onun əlindəki bağlamanı görməmişdir. Onun pulu olmadığına görə Təqsirləndirilən şəxs2 pulunun bir hissəni, yəni 30 manat yanacaq almaq üçün vermiş, 100 manatı isə səhərisi gün sonuncu ondan pulun qalanını istədikdə o, pulun bank kartında olduğunu, onunla birlikdə Binəyə gedərək pul çıxarıb verəcəyini demişdir. Növbəti gün Təqsirləndirilən şəxs2 onunla razılaşmış və onlar Binəyə getmişlər. O, bankomantdan pul çıxarıb uzaqlaşan zaman onları 15 nəfər polis əməkdaşı yaxınlaşaraq tutmuş və həmin vaxt o, evində narkotik vasitə gizlətdiyini etiraf etmişdir. Bundan sonra onun evinə baxış keçirilmiş və orada həmin maddələr aşkar olunmuşdur. Həmçinin bildirmişdir ki, Beyləqan rayonuna gedərkən Qoşqara əşyalarının orada olmasını və götürəcəyini bildirmiş, sonuncunun avtomobilə onun tərəfindən qoyulan narkotik vasitələrdən məlumatı olmamışdır. Həmçinin bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində yalnız şəxsi istifadəsi üçün 1 ədəd metadon həbi və 1 qram nəşə olmuşdur, şəxsi axtarış zamanı üzərindən aşkar edilən 1 paçka metadon həbi və 10 qram nəşə isə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 da üzərinə də onun yanında polis əməkdaşları tərəfindən 1 paçka metadon həbi və 10 qram nəşə qoyulmuş və təyziq nəticəsində sonuncu da həmin maddələrin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Son zamanlar maddi imkanı zəifləmiş, buna görə də qazanc əldə etməyin müxtəlif yollarını axtarmışdır. Həmin ərəfələrdə “facebook” sosial şəbəkəsində olarkən “Araz” adlı bir hesabdan ona ismarıc gəlmişdir. Həmin şəxs adının Araz olduğunu, İİR-da yaşadığını və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və istədiyi təqdirdə ona narkotik vasitə göndərib qeyd etdiyi ünvanlara qoyacağı təqdirdə ona pul qazandıracağını bildirmiş, onun imkanı zəif olduğu üçün bu təklifi qəbul etmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə “Araz” adlı şəxs onunla əlaqə saxlayaraq narkotik vasitəni Beyləqan rayonunda yol kənarında yol nişanının altına qoyduğunu bildirib, ondan həmin narkotik vasitəni götürməyini bildirmişdir. O da buna görə tanışı Təqsirləndirilən şəxs2 İİR-nın vətəndaşı “Araz” adlı şəxsin narkotik vasitə göndərdiyini, gedib götürmək lazım olduğunu bildirmiş, sonuncu da ona bir miqdar pul və narkotik vasitə qarşılığında onu apara biləcəyini bildirmiş, onlar Beyləqan rayonuna gedib qeyd edilən yerdən narkotik vasitələri götürmüşdür. Onlar həmin narkotik vasitələri daha sonra “Araz” adlı şəxsin dediyi ünvanlara çatdırmaq üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yataq otağında döşəmənin altında əvvəlcədən hazırlanmış saxlanc yerində yerləşdirmişdir. Onlar bəzən birlikdə həmin evdə qalmışdır. Narkotik vasitələrdən 1 büküm marixuana və 10 ədəd metadon həbini istifadə üçün özünə götürmüş, 1 büküm marixuana və 10 ədəd metadon həbini isə Təqsirləndirilən şəxs2 vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:30 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Səma” restoranının yaxınlığında “Mersedes Benz” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs2la birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirməklə xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib BNMİ-nin inzibati binasına dəvət etmişdir. İdarədə dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, bu zaman ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuana kütləsini və 10 ədəd metadon həbini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 4 ədəd açar, 50 manat pul, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüş, 50 manat pul və 4 ədəd açar isə onun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuana kütləsini və 10 ədəd metadon həblərini və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, 2 ədəd plastik bank kartı və 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri sonuncu, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon və 2 ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüş, 20 manat pul, 1 ədəd alışqan və 1 ədəd açar isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən bir aydır ki tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə 5 gün bundan əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən ”Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs2la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edərək analoji sözləri demişdir. Bundan sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və protokol düzgün tərtib edildiyi üçün o həmin protokola imza etmişdir. Üzərlərinə şəxsi axtarış aparıldıqdan sonra o, Təqsirləndirilən şəxs2, müdafiəçilər və polis əməkdaşları ilə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə getmişdir. Bundan sonra onlar, müdafiəçilər və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlanmış, baxış zamanı o, yaşadıqları evin yataq otağında döşəmənin altındakı hazırlanmış saxlanc yerindən 1 ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin ağ rəngli torbanın içərisindən 2 ədəd bağlamada 1010 ədəd metadon həblərini, 7 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra onların yaşadıqları evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün protokola imza etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrin metadon və marixuana növlərindən 15 ildir ki, gündəlik 2 metadon, 3 qram marixuana olmaqla istifadə edir, Beyləqan rayonuna onlar tutulmamışdan bir gün əvvəl getmişlər və Qoşqara yol pulunun verməməsinin səbəbi isə bank kartında və nəğdi şəkildə pulunun olmaması səbəbi olmuşdur. Həmçinin bildirmişdir ki, istər saxlanılan zaman istərsə də polis idarəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini və ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək onunla birlikdə Beyləqana getməsini, orada çanta və ev əşyası olduğunu onu götürəcəyini demiş, o da Təqsirləndirilən şəxs1 Beyləqana gedib gəlməyə 120-150 manat xərci çıxacağını demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ondan nə qədər istədiyini soruşmuş, onlar 160 manata razılaşmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs1 20 Yanvar ərazisindən götürmüş, sonuncu ona Beyləqan rayonunun Dünyamallar kəndinə gedəcəklərini və oradan ev əşyasının götürəcəyini bildirmişdir. Həmçinin yola çıxarkən Murov maşına da 30 manatlıq da dizel yanacağı vurmuşdur. Rayona çatandan sonra onlar çayxanada dincəlmək üçün oturakən Murov ondan maşını 10 dəqiqəlik istəmiş, o, da maşını ona vermişdir. Sonuncu qayıtdıqdan sonra onlar Bakı istiqamətində yola düşmüşlər. Bakıya çatdıqda o, Təqsirləndirilən şəxs1 düşürdəndə pulunu istəmiş, sonuncu isə səhər pulun kartdan çıxarıb verəcəyini bildirmişdir. Səhərisi günü o, Təqsirləndirilən şəxs1 zəng edərək pulunu istəmiş, sonuncu ona dediyi yerə gəlməsini və orada kartdan çıxarıb verəcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs1 onun kartına atmasını, sonuncu isə Binəyə gedəklərini orada olan bankomatdan çıxarıb verəcəyini bildirmişdir. Onlar Binəyə gələndən sonra Təqsirləndirilən şəxs1 “Səma” restoranı ilə üzbəüz “Kapital” bankdan 250-300 manat pul çıxararaq ona 100 manat pul vermişdir. Yolu keçib maşına doğru gedərkən təxminən 12 nəfər polis əməkdaşı onları tutaraq fiziki təziq göstərməyə başlamışlar. Daha sonra onları Təqsirləndirilən şəxs1 qaldığı evə aparmışlar ilkin olaraq onu evə salıb narkotik vasitənin yeri soruşulmuş, o, yerini bilməməsini dedikdə ona qarşı təkrar fiziki təzyiq göstərərək alın nahiyəsinə yumuruq vuraraq xəsarətlər yetirmişlər o, da təzyiqin təsirindən özündən getmişdir. Həmçinin o, Bakı İstintaq Təcridxanasına daxil olarkən onun üzərinə ilkin tibbi müayinə keçirilmiş və bu zaman onun alın nahiyəsində xəsarətlər aşkar olunmuş, o, da verilmiş suallara həmin xəsarətlərin polis əməkdaşları tərəfindən saxlanılarkən yetirildiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır. Təxminən xx.xx.2023-cü il tarixdə sonuncu ona İİR-nın vətəndaşı olan “Araz” adlı tanışının narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitələri Beyləqan rayonundan götürüb “Araz” adlı şəxsin qeyd etdiyi ünvanlara çatdırmaq lazım olduğunu və bunun müqabilində qazanc əldə edəcəyini bildirmişdir. O da bir qədər narkotik vasitə və pul qarşılığında Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna apara biləcəyini demişdir. Onlar Beyləqan rayonuna gedib qeyd edilən yerdən narkotik vasitələri götürmüş, daha sonra “Araz” adlı şəxsin dediyi ünvanlara çatdırmaq üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yataq otağında döşəmənin altında əvvəlcədən hazırlanmış saxlanc yerində yerləşdirmişdir. Onlar bəzən birlikdə həmin evdə qalmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən 1 büküm marixuana və 10 ədəd metadon həbini istifadə üçün özünə götürmüş, 1 büküm marixuana və 10 ədəd metadon həbini isə ona vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:30 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Səma” restoranının yaxınlığında “Mersedes Benz” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs1la birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edib onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib BNMİ-nin inzibati binasına dəvət etmiş, burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri elan olunaraq dair bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmağa başlanmış, bu zaman sonuncuya üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuana kütləsini və 10 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 4 ədəd açar, 50 manat pul, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüş, 50 manat pul və 4 ədəd açar isə onun özünə qaytarılmışdır. Daha sonra ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuana kütləsini və 10 ədəd metadon həblərini və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd özümə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan “Samsung” markalı mobil telefon, 20 manat pul, 2 ədəd plastik bank kartı və 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon və 2 ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüş, 20 manat pul, 1 ədəd alışqan və 1 ədəd açar isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 1 aydır ki tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə 5 gün bundan əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən ”Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq onunla böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1la analoji izahat verərək sonuncunun dediklərini təsdiqləmişdir. Bundan sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və protokol düzgün tərtib edildiyi üçün o həmin protokola imza etmişdir. Üzərlərinə şəxsi axtarış aparıldıqdan sonra o, Təqsirləndirilən şəxs1, müdafiəçilər və polis əməkdaşları ilə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə getmişdir. Bundan sonra onlar, müdafiəçilər və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadıqları evin yataq otağında döşəmənin altındakı hazırlanmış saxlanc yerindən 1 ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin ağ rəngli torbanın içərisindən 2 ədəd bağlamada 1010 ədəd metadon həblərini, 7 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri onlar, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onların yaşadıqları evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün protokola imza etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Baş İdarənin həyətində olan **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra baxış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün protokola imza etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmiş. Mütamadi olmayaraq Təqsirləndirilən şəxs1la əlaqəsi olmuş, onu öz maşını ilə müxtəlif yerlərə aparmışdır. Sonuncunun narkotik vasitə götürməyə getdiyini bilməmiş, polis əməkdaşları onları tutandan sonra evə gətirmiş, əvvəlcə onu içəri salaraq yarım saat döymüş, onun heç nədən məlumatı olmadığını gördükdə Təqsirləndirilən şəxs1 gətirmiş, sonuncu da narkotik vasitələri saxladığı yeri göstərmişdir. Bundan başqa, o bildirmişdir ki, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə o, heç bir orqana şikayətlə müraciət etməmişdir, belə ki, o, döyüldükdən sonra 1 həftə özündə olmamışdır. Daha sonra özünü təqsirli bilməməsini, ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi qismən etiraf edici ziddiyətli ifadəsi, digər Təqsirləndirilən şəxs2 təqsirli olmaması barədə özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri ilə, onların məhkəməyədək istintaq dövründə dəfələrlə verdikləri etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülərlə və iş materiallarında olan digər sənədlərlə onların törətdikləri əməllər tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə BNMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edildiyindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Səma” restoranının yaxınlığındakı ünvana gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərin qeyd edilən ünvanın yaxınlığında “Mercedes Benz” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görüb xx.xx.2023-cü il tarixdə, saat 19:30da həmin şəxslərə yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlardan anket məlumatlarını bildirməsini xahiş etmişdir. Həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Bundan sonra həmin şəxslərə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş İdarəyə getmək lazım olduğunu bildirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə etiraz etmədən razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmiş, “Mercedes Benz” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Baş İdarənin duracağına yerləşdirilmiş, orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmiş, müdafiəçi gəldikdən sonra sonuncular şübhəli şəxs qismində tutulmuş, üzərlərinə videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və ya qanunsuz əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 4 ədəd açar, 50 manat pul, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüş, 50 manat pul və 4 ədəd açar isə Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 10 ədəd metadon həbinə bənzər kütləni və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, 2 ədəd plastik bank kartı və 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon və 2 ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüşdür. 20 manat pul, 1 ədəd alışqan və 1 ədəd açar isə Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə tutulduqdan təxminən 5 gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs2la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Təqsirləndirilən şəxs1la birlikdə tutulduqdan təxminən 5 gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun sosial şəbəkədən tanış olduğu “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində min manat pul qazanaraq M.İ.İbrahimovun onunla böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, alnında olan xəsarəti tutulduqdan əvvəl həmin gün səhər vaxtı avtomobilin qapısının dəyməsi nəticəsində aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalanmışdır. Bundan sonra M.İ.İbrahimov və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə baxış keçirilməsinə etirazlarının olmadığını bildirdikləri üçün ərizə ilə müraciət etmiş və daha sonra şübhəli şəxslər, vəkilləri və qrup üzvləri ilə birlikdə həmin ünvana baxış keçirmək üçün yollanmışdır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə çatdıqdan sonra orada videoçəkilişlə baxış başlanmış, baxış zamanı M.İ.İbrahimova evdə qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu Təqsirləndirilən şəxs2 iştirakı ilə evin yataq otağında döşəmənin altındakı hazırlanmış saxlanc yerindən 1 ədəd ağ rəngli torbanı təqdim etmiş, həmin ağ rəngli torbanın içərisindən 2 ədəd bağlamada 1010 ədəd metadon həbinə bənzər kütlələri, 7 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə təxminən tutulduqdan 5 gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs2la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç yerdə narkotik vasitə saxlamadığını, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Təqsirləndirilən şəxs1la birlikdə 5 gün bundan əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun tanışı “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Təqsirləndirilən şəxs1 1000 manat pul qazanaraq onunla böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, alınındakı olan xəsarəti tutulduqdan əvvəl həmin gün səhər vaxtı avtomobilin qapısının dəyməsi nəticəsində aldığını bildirmişdir. Daha sonra baxış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və düzgün olduğu üçün imza etmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs2 Baş İdarənin həyətində olan “Mercedes Benz” markalı **-GT- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyi üçün ərizə ilə müraciət etmiş və daha sonra sonuncunun, müdafiəçisinin və qrup üzvləri ilə birlikdə həmin avtomobilə baxış keçirmək üçün Baş İdarənin dayanacağına yollanmışlar. Baxış və götürmə aparılmasından Təqsirləndirilən şəxs2 sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, daha sonra avtomobilə baxış keçirilmiş, avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxış götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuşdur. Düzgün olduğu üçün imza etmişlər. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmə iclasında onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə eyni məzmunlu ifadə verərək ifadələrində göstərmişlər ki, həqiqətəndə Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 4 ədəd açar, 50 manat pul, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüş, 50 manat pul və 4 ədəd açar isə Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 10 ədəd metadon həbinə bənzər kütləni və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, 2 ədəd plastik bank kartı və 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon və 2 ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüşdür. 20 manat pul, 1 ədəd alışqan və 1 ədəd açar isə Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə tutulduqdan təxminən 5 gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs2la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Təqsirləndirilən şəxs1la birlikdə tutulduqdan təxminən 5 gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun sosial şəbəkədən tanış olduğu “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində min manat pul qazanaraq M.İ.İbrahimovun onunla böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, alnında olan xəsarəti tutulduqdan əvvəl həmin gün səhər vaxtı avtomobilin qapısının dəyməsi nəticəsində aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalanmışdır. Bundan sonra M.İ.İbrahimov və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə baxış keçirilməsinə etirazlarının olmadığını bildirdikləri üçün ərizə ilə müraciət etmiş və daha sonra şübhəli şəxslər, vəkilləri və qrup üzvləri ilə birlikdə həmin ünvana baxış keçirmək üçün yollanmışdır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə çatdıqdan sonra orada videoçəkilişlə baxış başlanmış, baxış zamanı M.İ.İbrahimova evdə qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu Təqsirləndirilən şəxs2 iştirakı ilə evin yataq otağında döşəmənin altındakı hazırlanmış saxlanc yerindən 1 ədəd ağ rəngli torbanı təqdim etmiş, həmin ağ rəngli torbanın içərisindən 2 ədəd bağlamada 1010 ədəd metadon həbinə bənzər kütlələri, 7 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə təxminən tutulduqdan 5 gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs2la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç yerdə narkotik vasitə saxlamadığını, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Təqsirləndirilən şəxs1la birlikdə 5 gün bundan əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun tanışı “Araz” adlı şəxsin qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Təqsirləndirilən şəxs1 1000 manat pul qazanaraq onunla böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, alınındakı olan xəsarəti tutulduqdan əvvəl həmin gün səhər vaxtı avtomobilin qapısının dəyməsi nəticəsində aldığını bildirmişdir. Daha sonra baxış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və düzgün olduğu üçün imza etmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs2 Baş İdarənin həyətində olan “Mercedes Benz” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyi üçün ərizə ilə müraciət etmiş və daha sonra sonuncunun, müdafiəçisinin və qrup üzvləri ilə birlikdə həmin avtomobilə baxış keçirmək üçün Baş İdarənin dayanacağına yollanmışlar. Baxış və götürmə aparılmasından Təqsirləndirilən şəxs2 sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, daha sonra avtomobilə baxış keçirilmiş, avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxış götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuşdur. Düzgün olduğu üçün imza etmişlər. Məhkəmə iclasında Şahid3 və Şahid2 verilmiş suallara cavab olaraq bildirmişlər ki, onlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin 1-ci cild 7-8-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmalarından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 2-ci cild 37-39-cu vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(003)-768/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-dən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 203-208-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 40-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 197-202-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 79-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1637 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlələr...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan bükümündə təmiz çəkisi 7,750 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərinə “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan bükümündə təmiz çəkisi 8,990 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evlərindən aşkar edilmiş kütlələr...” yazılan bağlamada şəffaf yapışqan lentlə yapışdırılmış 7 ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 990,0 qram, 995,0 qram, 585,0 qram, 1000,0 qram, 485,0 qram və 490,0 qram olmaqla ümumi çəkisi 5545,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindənn kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 2 ədəd siqarət formasında düzəldilmiş kağız borucuqda olan bitki mənşəli kütlənin tərkibində narkotik vasitə hissəciləri yoxdur onlar yalnız tütündən ibarətdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: 1. Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” “Bakı, 2005-ci il” metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. (BMT-nin ST/NAR 40 metodik vəsaiti) 2. 1№-li obyektin təmiz çəkisi 7,750 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 7,700 qram, 3. 2№-li obyektin təmiz çəkisi 8,990 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 8, 940 qram, 4. 3-9№-li obyektlərin ümumi çəkisi 5545,0 qram, tədqiqata sərf edilən miqdar – 0,35 qram, qalıq – 5544,65 qram. Cinayət işinin 1-ci cild 84-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6216 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi olan 2(iki) ədəd paketdə və 1(bir) ədəd bağlamada, - üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş... şübhəli s. (imza) Təqsirləndirilən şəxs2” yazısı və imzalar olan paketdəki üzərində “Methadone 40“ markalanma göstəricisi olan 1(bir) ədəd konvalyutda 10 ədəd üzərlərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4qram təşkil edir; - üzərində:“Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş... şübhəli s. (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan paketdəki, üzərində “Methadone 40“ markalanma göstəricisi olan 1(bir) ədəd konvalyutda 10 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4qram təşkil edir; - üzərində: “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evlərindən aşkar edilmiş... şübxəli şəxslər. (imzalar) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan bağlamadakı, üzərində “Methadone 40“markalanma göstəricisi olan 101(yüz bir) ədəd konvalyutda ümumilikdə 1010 ədəd üzərlərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 1010 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 40,4 qram təşkil edir. Təqdim olunmuş ümumilikdə 1030 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 41,2 qramdır (üzərindəki qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edirlər. Qeyd: metadon tərkibli həblər:ümumi 1030 həb, tədqiqata sərf edildi: ümumi 12 həb (üzərlərindən ümumi 2 həb, evindən 10 həb), qalıq: 1018 həb (9 həb, 9 həb və 1000 həb). Cinayət işinin 1-ci cild 80 və 85-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat və 114 (bir yüz on dörd) manat, ümumilikdə 184 (bir yüz səksən dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8082 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8096 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmə halı olub. Lakin hal-hazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan və məhkumların tibbi kitabçalarından görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, müayinə zamanı bədənində xəsarət müşahidə olunmamışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarxdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, müayinə zamanı sonuncunun alın nahiyəsində təqribi ölçüsü 3 sm olan üzəri qərtməkli yara müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Eyni zamanda sonuncunun deməsinə görə şəkərli diabet tip İ xəstəsidir. 15 il əvvəl avtoqəzada boyun və bel fəqərələrindən xəsarət almışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş və məhkəmənin təşəbbüsü ilə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 252/MEŞ saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alın nahiyəsinin 1 ədəd sıyrılmış yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixi inkar etmir, müxtəlif şəraitlərdə yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 2-ci cild 90-110-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarışı və götürməni, eləcə baxış və götürmə keçirilməsini özündə əks etdirən 03 ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və digər Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sonuncuların yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılmış, Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd “5243 7544 4777 3001” və “4169 7420 8436 0136“ nömrəli plastik bank kartlar və digər Təqsirləndirilən şəxs2 məxsus 2 ədəd “5167 5111 0236 1999” və “4169 7420 0600 2543“ nömrəli plastik bank kartları götürülmüş, digər maddi sübutlar təqsirləndirilən şəxslərdən və evdən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr olan 8,940 qram, 7,700 qram, 5544,65 qram qurudulmuş marixuana və 1018 ədəd metadon həbi saxlanması üçün AR DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 10-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 21:40-dan, saat 22:03-dək qeydə alınmışdır. AR DİN-nin BMCMİ-nin təhqiqatçısı A.Y.Aslanovun, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri E.A.Babışovun və N.X.Canıyevin və əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə, axtarış zamanı ilk əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələrin və ya psixotrop maddələrin olubolmaması soruşulur, olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra sonuncu əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir və bu zaman sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 4 ədəd açarı, 50 manat pulu, üzərində ***-***-**- ** saylı mobil nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd “5243 7544 4777 3001” və “4169 7420 8436 0136“ nömrəli plastik bank kartlarını təqdim edərək masanın üzərinə qoyur. Daha sonra şəxsi axtarış keçirilir, lakin heç bir əşya aşkarlanmır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 10 qram olması müəyyən edilir. Həmin büküm və 10 ədəd narkotik vasitə metadon həbinə bənzər həblər 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılır, üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Sonuncu bank kartlarından narkotik vasitənin dövriyyəsi ilə bağlı istifadə etmədiyini, 50 manat pulun özünə aid olmasını, üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 1 aydırki tanıdığı İİR-nın vətəndaşı “Araz” adlı şəxs vasitəsilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə 5 gün əvvəl Beyləqan rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs2la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, kirayə tutduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlana ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və ona qarşı sonuncular tərəfindən fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilmədiyini bildirir. Daha sonra təhqiqatçı tərəfindən digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələrin və ya psixotrop maddələrin olubolmaması soruşulur, olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra sonuncu əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir və bu zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsi, üzərində ***-***-**-** saylı mobil nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, 2 ədəd “5167 5111 0236 1999” və “4169 7420 0600 2543“nömrəli plastik bank kartlarını və 1 ədəd açar aşkar edilərək götürülür. Daha sonra sonuncunun təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 9 qram olması müəyyən edilir. Həmin büküm və 10 ədəd narkotik vasitə metadon həblər 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılır, üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs2 20 manat pulun özünə aid olmasını, həmin kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Təqsirləndirilən şəxs1la birlikdə 5 gün əvvəl Beyləqan rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs1la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, sonuncunun Beyləqana getməsinin səbəbini bildiyini, Təqsirləndirilən şəxs1 kirayə tutduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlana ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və ona qarşı sonuncular tərəfindən fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilmədiyini, alnındakı olan xəsarətin tutulduqdan əvvəl bu gün səhər vaxtı avtomobilin qapısının dəyməsi nəticəsində aldığını bildirir. Cinayət işinin 1-ci cild 54-55-ci vərəqələrində olan ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlana ərazidə yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Cinayət işinin 1-ci cild 60-cı vərəqəsində olan evə baxış keçirilməsi və götürmə haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 23:30-dan, saat 23:51-dək qeydə alınmışdır. AR DİN-nin BMCMİ-nin təhqiqatçısı A.Y.Aslanovun, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri E.A.Babışovun və N.X.Canıyevin və əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə mənzilə baxış keçirilir. Təhqiqatçı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, yaşadıqları mənzildə hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etmələrini təklif edir. Bu təklifdən sonra sonuncular evin yataq otağında döşəmənin altındakı hazırlanmış saxlanc yerindən 1 ədəd ağ rəngli torbanı təqdim edir. Daha sonra həmin ağ rəngli torbanın içərisindən 2 ədəd bağlamada 1010 ədəd metadon həbinə bənzər həbləri və 7 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edir. Həmin kütlələr elektron tərəzidə çəkilir, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisinin 6 kq 30 qram olduğu müəyyən edilir. Daha sonra həmin kütlələr qablaşdırılaraq DİN-nin 7 saylı möhürlənib iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini saxlanılmazdan əvvəl xx.xx.2023-cü il tarixdə sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı “Araz” adlı şəxs vasitəsilə Beyləqan rayonu ərazisindən Təqsirləndirilən şəxs2la birlikdə əvvəlcədən təyin olunmuş yerdən “Araz” adlı şəxsin dediyi yerlərə çatdırmaq məqsədilə əldə etdiyini və saxladığını bildirir. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini saxlanılmazdan əvvəl xx.xx.2023-cü il tarixdə sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı “Araz” adlı şəxs vasitəsilə Beyləqan rayonu ərazisindən Təqsirləndirilən şəxs1la əvvəlcədən təyin olunmuş yerdən “Araz” adlı şəxsin dediyi yerlərə çatdırmaq məqsədilə əldə etdiyini və saxladığını saxladığını bildirir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilir. Cinayət işinin 1-ci cild 61-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrində olan avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 23:30-dan, saat 23:51-dək qeydə alınmışdır. AR DİN-nin BMCMİ-nin təhqiqatçısı A.Y.Aslanovun, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili N.X.Canıyevin və əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə avtomobilə baxış keçirilir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 29-cu vərəqəsində olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** saylı mobil telefon nömrələrindən müxtəlif olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onların xx.xx.2023-cü il tarixdə, saat 17:24-də, xx.xx.2023-cü il tarixdə, saat 19:52-də, xx.xx.2023cü il tarixdə, saat 17:19-da xx.xx.2023-cü il tarixdə, saat 11:16-da, xx.xx.2023-cü il tarixdə, saat 14:25-də, xx.xx.2023-cü il tarixdə, saat 17:32-də təqsirləndirilən şəxslərin istifadələrində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələr vasitəsilə birbiriləri ilə danışıqlar aparması müəyyən olunmuşdur. Bundan başqa həmin şəxslərin müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 16-cı vərəqəsində olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksinin Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində MKİS-ə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarxdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, ilkin tibbi müayinə zamanı anamnez toplanarkən o, “şəkərli diabet İİ tip. Xroniki babasil. Boyun və bel fəqərələrarası disklərin yırtığı” xəstəliklərindən əziyyət çəkdiyini bildirmişdir. İlkin tibbi müayinələrin nəticəsi olaraq ona “şəkərli diabet İİ tip, insuli tələbil. Xroniki babasil, anamnezdə. Boyun və bel fəqərələrarası disklərin yırtığı, anamnezdə” diaqnozları qoyulmuşdur. Təcridxanada saxlanıldığı müddətdə onun babasil və boyun və bel fəqərələrarası disklərin yırtığı şikayətləri ilə Tibb-sanitar hissəsinə müraciəti olmayıb. O, şəkərli diabet xəstəliyi ilə əlaqədar insulin preparatları ilə təmin edilir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan və Nərimanov rayon prokurorunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 BNMİnin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs1 məxsus Kapital Banka aid olan “4169 7420 8436 0136“ nömrəli plastik bank kartının hesabından hansı əməliyyatların keçirilməsi, karta daxil olan və kartdan xaric olan pul vəsaitlərinə dair məlumatlar "xxxx" ASC-dən götürülməsi barədə qərar qəbul edilmiş və qərarın icrası "xxxx" ASC-yə həvalə edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş “Kapital Bank“ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Kapital Banka aid olan “4169 7420 8436 0136“ nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat mədaxil olunmuş, xx.xx.2023-cü il tarixdə isə 300 (üç yüz) manat məxaric olunmuşdur. Cinayət işinin 2-ci cild 24-25 və 29-cu vərəqələrində olan "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində yalnız xx.xx.2023-cü il tarixdə, saat 00:21-də İmişli rayonu, Soltanmuradlı kəndində olmuş, xx.xx.2023-cü il tarix, saat 06:21-dən xx.xx.2023-cü il tarixədək Bakı şəhərinin müxtəlif rayonlarında olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları, əvvəlkinin qismən etirafı ilə yanaşı, sonuncuların məhkəmə iclasında verdikləri ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı və metadon həblərini əldə etmə, saxlama və daşıma cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların“prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin“ Plenumunun” 04 mart 2011-ci il““tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan“ cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran“ narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla“ bu cinayətlərə qarşı mübarizədə“ öz üzərinə mühüm vəzifələr götürmüşdür.“ Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən, digər Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməməsini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamaları və bu əməlləri tamah məqsədi ilə etməmələri barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, evə baxış və götürmə aparılması protokollarından (1-ci cild, i/v 50-53, 58-60), şübhəli şəxslərin izahatlarından (1-ci cild, i/v 73-74, 76-78), şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə və üzləşdirmə protokollarından (1-ci cild, i/v 104-108, 118-122, 133-137, 148- 152, 153-159) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istər məhkəməyədək istintaq dövründə törətdikləri əməlləri tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışlar. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını bildirmişlər. Bundan başqa cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan (1-ci cild, i/v 203-208) görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməldə özünü təqsirli bilərək narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı İİR-nın vətəndaşından götürdüyünü və 100 manat müqabilində daşıdığını, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir şiddət və təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında baxış keçirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarışı və götürməni əks etdirən DVD diskdə olan videogörüntülərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonuncu bank kartlarından narkotik vasitənin dövriyyəsi ilə bağlı istifadə etmədiyini, 50 manat pulun özünə aid olmasını, üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 1 aydırki tanıdığı İİR-nın vətəndaşı “Araz” adlı şəxs vasitəsilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə 5 gün əvvəl Beyləqan rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs2la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, kirayə tutduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlana ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və ona qarşı sonuncular tərəfindən fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilmədiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoyur. Sonuncu 20 manat pulun özünə aid olmasını, həmin kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Təqsirləndirilən şəxs1la birlikdə 5 gün əvvəl Beyləqan rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində 1000 manat pul qazanaraq Təqsirləndirilən şəxs1la böləcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, sonuncunun Beyləqana getməsinin səbəbini bildiyini, Təqsirləndirilən şəxs1 kirayə tutduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlana ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və ona qarşı sonuncular tərəfindən fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilmədiyini, alnındakı olan xəsarətin tutulduqdan əvvəl bu gün səhər vaxtı avtomobilin qapısının dəyməsi nəticəsində aldığını bildirir (1-ci cild, i/v 50-53). Bundan əlavə məhkəmə iclasında baxış keçirilmiş evə baxış və götürməni əks etdirən DVD diskdə olan videogörüntülərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sovxoz” adlana ərazidə yerləşən nömrəsiz fərdi evə baxış keçirilərkən sonuncular evin yataq otağında döşəmənin altındakı hazırlanmış saxlanc yerindən 1 ədəd ağ rəngli torbanı təqdim edir. Daha sonra həmin ağ rəngli torbanın içərisindən 2 ədəd bağlamada 1010 ədəd metadon həbinə bənzər həbləri və 7 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edir. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini saxlanılmazdan əvvəl xx.xx.2023-cü il tarixdə sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı “Araz” adlı şəxs vasitəsilə Beyləqan rayonu ərazisindən Təqsirləndirilən şəxs2la birlikdə əvvəlcədən təyin olunmuş yerdən “Araz” adlı şəxsin dediyi yerlərə çatdırmaq məqsədilə əldə etdiyini və saxladığını bildirir. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini saxlanılmazdan əvvəl xx.xx.2023-cü il tarixdə sosial şəbəkədən tanıdığı İİR-nın vətəndaşı “Araz” adlı şəxs vasitəsilə Beyləqan rayonu ərazisindən Təqsirləndirilən şəxs1la əvvəlcədən təyin olunmuş yerdən “Araz” adlı şəxsin dediyi yerlərə çatdırmaq məqsədilə əldə etdiyini və saxladığını saxladığını bildirir (1-ci cild, i/v 58-60). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarından təxminən 1112 dəfə, külli miqdarından təxminən 11 dəfə artıq olması, həmçinin digər narkotik vasitə olan metadon həblərinin xeyli miqdarından təxminən 2060 dəfə artıq, külli miqdarından təxminən 26 dəfə artıq olması, həmçinin narkotik vasitələrin növlərinin müxtəlifliyi onların yalnız narkotik vasitələri məhz satış məqsədi ilə əldə etdiklərini bir daha təsdiq edir. Bundan başqa, məhkəmənin təşəbbüsü ilə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 252/MEŞ saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alın nahiyəsinin 1 ədəd sıyrılmış yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlə bağlı sonuncu məhkəməyədək istintaq zamanı şübhəli şəxs kimi izahatında polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq edilmədiyini, alın nahiyəsində olan xəsarətin tutulduqdan əvvəl həmin gün səhər vaxtı avtomobilin qapısına dəyməsi nəticəsində aldığını bildirmişdir (1-ci cild, i/v 76-78). Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 döyülmə faktı ilə bağlı Bakı Şəhəri Nərimanov rayon prokurorluğunda araşdırılma aparılmış və xx.xx.2024-cü il tarixli qərara əsasən sonuncunun alın nahiyəsində olan xəsarətin (sıyrıq izi) xx.xx.2023-cü il tarixdə səhər saatlarında avtomobilin qapısını açarkən diqqətsizliyi nəticəsində qapının tini onun alnına dəymiş və bununla da xəsarət almışdır. Həmin xəsarət polis əməkdaşları onu tutmamışdan əvvəl yaranan xəsarətdir. Həmçinin məhkəmə qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında izahatlarında xx.xx.2023-cü il tarixdə Beyləqan rayonuna getdiklərini, növbəti gün xx.xx.2023-cü il tarixdə, axşam saatlarında isə Binə ərazisində olan "xxxx" ASC-nın bankomatından 100 (yüz) manat məbləğində pulu çıxarıb hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən tutulmalarını bildirsələrdə məhkəmə iclasında göstərilən bu faktlar da öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə qərarı ilə "xxxx" ASC-dən əldə edilmiş Təqsirləndirilən şəxs1 məxsus kart məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Kapital Banka aid olan “4169 7420 8436 0136“nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat mədaxil olunmuş və yalnız xx.xx.2023-cü il tarixdə isə bir dəfəlik 300 (üç yüz) manat məxaric olunmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan (***- ***-**-**) mobil telefon nömrəsinin anten məlumatı ilə təsdiq olunur ki, sonuncu xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində yalnız xx.xx.2023-cü il tarixdə, saat 00:21-də İmişli rayonu, Soltanmuradlı kəndində olmuş, daha sonra xx.xx.2023-cü il tarix, saat 06:21-dən xx.xx.2023-cü il tarixədək Bakı şəhərinin müxtəlif rayonlarında olmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 İİR-nın vətəndaşı “Araz” adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitələri birlikdə götürdüklərini, götürdükləri narkotik vasitələri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Sovxoz” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdəki döşəmənin altında gizlətdiklərini, bəzən ikisinin orada qaldıqlarını, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Beyləqana getdiyini, narkotik vasitələrin müqabilində 1000 manat qazanacaqlarını və ibtidai istintaq dövründə verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər (1-ci cild, i/v 153-159). Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə iclasında narkotik vasitə istifadəçisi olmadığını bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8096 saylı rəyindən görünür ki, müayinə zamanı sonuncuda narkotik vasitələrdən istifadə etmə halı olub (2-ci cild, i/v 86-87). Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə iclasında verdikləri bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən və mənzilindən aşkar edilən narkotik vasitələrin miqdarının (qurudulmuş marixuana – 7,750 qram, 8,990 qram, 5545 qram, 1030 ədəd metodon həbi (41,2 qram)) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8082 saylı rəylərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, barəsində verilmiş xasiyyətnaməni və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən və mənzilindən aşkar edilən narkotik vasitələrin miqdarının (qurudulmuş marixuana – 7,750 qram, 8,990 qram, 5545 qram, 1030 ədəd metodon həbi (41,2 qram)) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8096 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarışı və götürməni, eləcə də mənzilə baxış və götürməni özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və digər Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sonuncuların yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd “5243 7544 4777 3001” və “4169 7420 8436 0136“ nömrəli plastik bank kartlar və digər Təqsirləndirilən şəxs2 məxsus 2 ədəd “5167 5111 0236 1999” və “4169 7420 0600 2543“nömrəli plastik bank kartları sonunculara qaytarılmalı, digər maddi sübutlar AR DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan təqsirləndirilən şəxslərin üzərindən və evdən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr olan 7,700 qram, 8,940 qram və 5544,65 qram qurudulmuş marixuana və 1018 ədəd, 254,5 qram metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərclərinin cəmi 184 (bir yüz səksən dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və digər Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sonuncuların yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr olan 7,700 qram, 8,940 qram və 5544,65 qram qurudulmuş marixuana və 1018 ədəd, 254,5 qram metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 184 (bir yüz səksən dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 50 saata görə hər birinə ayrı-ayrılıqda 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar