Məhkəmə qərarları › İş №1(101)-1542/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1542/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1542/2025 19.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X9 və Dövlət ittihamçısı, müdafiəçilər- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Çərkəz oğlunun, zərərçəkmiş şəxs X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, Salyan rayonu, Sarvan ə/d, Sarvan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında bir müddət əvvəl baş vermiş münaqişə ilə əlaqədar heç bir əsaslı səbəb olmadan sonuncudan 7000 manat pul tələb etdiyini, tələb etdiyi pul məbləğini vermədiyi təqdirdə sosial şəbəkələrdə barəsində qonşular arasında əxlaqsız qadın kimi şər-böhtan xarakterli paylaşımlar edəcəyini, daha sonra isə övladları Şahid2 və X1 sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırdığı üçün sonuncuların barəsində müvafiq instansiyalara müraciətlər edəcəyi və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2024-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 7000 (yeddi min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ünvanladığı 24 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəsində Təqsirləndirilən şəxs aralarında olan dava-dalaş zamanı xəsarət aldığına görə ondan ilk əvvəl 2500 manat, daha sonra 7000 manat pul istədiyini bildirmiş, o, səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs ona “sənin pulun çoxdu, 7000 manat pul verəcəksən, əgər o pulu sən mənə verməsən, səni məhəllədə əxlaqsız qadın kimi qələmə verəcəm, sosial şəbəkələrdə barəndə paylaşımlar edəcəm, daha sonra isə iki oğlunu saxta yolla hərbi xidmətdən saxlatdırdığın üçün onların barəsində müvafiq instansiyalara müraciətlər edəcəm” demişdir. (Cild 1, iş vərəqi 5-6)

4. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 11)

5. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, içərisində 01 ədəd ***-***-**-** simkart nömrəsi olan “İphone 13 Pro Max” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin mobil tətbiqi vasitəsi ilə Şahid1 xx.xx.2024-cü il tarixdə, saat 12:26-da, 23 saniyəlik “Salam. Mənəm Təhminədir. Mənim burnum sınıb, mən burnuma beş min manat pul vermişdim. And ola allaha bunu var ha, bunu bilərsən neynəyəcəm, bunun pişiyini divara dırmaşdıracam, bunun başına oyun açacam, qurana and olsun keçmərəm, lazım olsa prezident aparatına girəcəm and ola Allaha” məzmunlu səsli mesaj göndərməsi müəyyən olunmuşdur. (Cild 1, iş vərəqi 26)

6. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 25 yanvar 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 37-40)

7. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş 27 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. (Cild 1, iş vərəqi 55-56)

8. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş 31 mart 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs X7 şahid Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. (Cild 1, iş vərəqi 101-105)

9. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş 31 mart 2025-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqi 106)

10. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 108-109)

11. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş AZ-İİ 373340 və AZ-İİ 373339 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü və 3010.2009-cu il təvəllüdlü uşaqları vardır. (Cild 1, iş vərəqi 134)

12. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 4(001)-244/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 aprel 2025-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20 may 2025-ci il tarixli, 4(001)-367/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbiri 02 (iki) ay, yəni 25 iyul 2025-ci il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqi 151-155; 244-250)

13. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 16 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqi 164)

14. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 02 aprel 2025-ci il tarixli 958 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs həmin vaxt öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(Cild 1, iş vərəqi 190-192)

15. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş 31 may 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəytləri və istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd CD diskə yazılmış səs yazısı maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 256-264)

16. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 7-ci korpus ərazisində yerləşən fərdi yaşayış evlərindən birində yaşamaqla, Təqsirləndirilən şəxs ilə qonşudur. Yaşadıqları evin həyətində yerləşən kanalizasiya quyusu ilə bağlı aralarında mübahisə yarandığından, o, dəfələrlə Təqsirləndirilən şəxs problemin onunla əlaqəli olmadığını izah etsə də, Təqsirləndirilən şəxs onu dinləməmişdir. Bir gün evə qayıtdıqda Təqsirləndirilən şəxs ona məxsus olan quyunu su ilə doldurduğunu və bunun nəticəsində evinin su basdığını görmüş, bundan sonra o, əsəbi halda sonuncunun qapısını döyərək bu hərəkətin səbəbini soruşmuş, aralarında mübahisə yaranmış və mübahisə zamanı qarşılıqlı olaraq birbirilərinə xəsarət yetirmişlər. Daha sonra Təqsirləndirilən şəxs onun barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi vermiş və şikayət ərizəsində onun tərəfindən döyüldüyünü göstərmişdir. Polis iradəsindən ona zəng gəldikdən sonra o, oraya gedib izahatını təhqiqatçı Şahid1 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan pul tələb etməyə başlamış, sonuncu əvvəlcə ondan 500 manat, daha sonra isə müxtəlif məbləğlərdə pul tələb etmişdir. O, pulunun olmadığını bildirdikdə isə Təqsirləndirilən şəxs qardaşından pul almasını bildirmişdir. O, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi vermiş və həmin şikayətə baxılmışdır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə 7000 manat məbləğində pul tələb etmiş və onu hədələyərək pul vermədiyi təqdirdə övladlarının hərbi xidmətdən yayınması ilə bağlı sosial şəbəkələrdə məlumat yayacağını bildirmişdir. O, pulunun olmaması səbəbindən sonuncuya heç bir məbləğdə pul verməmişdir. Pul verməkdən imtina etdikdən sonra Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki təsir göstərməmiş, o, Təqsirləndirilən şəxs ondan pul tələb etməsi ilə bağlı hüquqmühafizə orqanlarına şəxsən müraciət etmişdir. O, yazmaqda və oxumaqda çətinlik çəkir. İbtidai istintaq zamanı izahat və ərizə verərkən yanında hər hansı mütəxəssis olmamışdır. Onun barəsində hər hansı cinayət işi istintaq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumuş və imzalamışdır. Təqsirləndirilən şəxs ondan həm kanalizasiya quyusu ilə bağlı, həm də döyülmə ilə bağlı pul tələb etmiş və onu övladları ilə bağlı hədələmiş və övladlarının hərbi xidmətdən qanunsuz yolla yayındırıldığını, əxlaqsız hərəkətlərə yol verdiyini bildirmişdir. O, hər hansı əxlaqsız hərəkətlər etməmiş, habelə təqsirləndirilən şəxsə pul vermək niyyətində olmamışdır. Pul tələbi onun üçün real olmuş, o, barəsində sosial şəbəkələrdə yalan məlumat yayılacağından qorxmuşdur. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə onu və övladlarını bloklayaraq övladlarının atasının naməlum şəxs olduğunu və onun əxlaqsız qadın olduğunu qeyd etmiş, bu paylaşımı onun övladları sosial şəbəkələrdə görmüşdür. O, bu barədə istintaq orqanına məlumat vermiş, o, həmin paylaşımı şəxsən görməsə də, qonşuları və tanışları bu barədə ona demişdir. Təqsirləndirilən şəxs ona evində rahat yaşaması üçün pul verməli olduğunu demiş və onu övladları ilə bağlı hədələmiş, pul vermədiyi təqdirdə onu və övladlarını qonşular arasında rüsvay edəcəyini bildirmişdir. Övladları hərbi xidmətə getmədiyindən, Təqsirləndirilən şəxs bu barədə sosial şəbəkələrdə paylaşım edib onu hədələdiyini demişdir. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir. Hədə zamanı vicdan əzabı çəkdiyinə görə o, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hazırda Təqsirləndirilən şəxs sosial şəbəkə paylaşımına dair videogörüntünü məhkəməyə təqdim edə bilmir, çünki həmin videogörüntü artıq mövcud deyil. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır, sonuncudan şikayətçidir.

17. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs oğludur. Təqsirləndirilən şəxs qonşusu olmaqla, anası Zərərçəkmiş şəxs sonuncudan hansı səbəbə şikayət etdiyini bilmir. O, epilepsiya xəstəsi olduğu üçün hərbi xidmətə getməmişdir. Eşitdiyinə görə bu məsələ ilə bağlı anası Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, o, Binəqədi Rayon Polis İdarəsinə anası və qardaşı ilə birlikdə getmişdir. Polis əməkdaşı ona Təqsirləndirilən şəxs onun hərbi xidmətdən pul müqabilində yayındığını iddia etməsi barədə bildirdiyini demiş, halbuki o, epilepsiya xəstəliyi ilə əlaqədar hərbi xidmətdə olmamışdır. Polis əməkdaşına o, anası və qardaşı ifadələrini ayrı-ayrılıqda vermiş, lakin həmin ifadənin məzmununu dəqiq xatırlamır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin səbəbinin təfərrüatlarını bilməmişdir. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs 7000 manat pul tələb etmiş, əks halda onun hərbi xidmətə getməməsi ilə bağlı polisə şikayət edəcəyini demişdir. O, bunu anasından eşitmiş, Təqsirləndirilən şəxs onun yanında anası Zərərçəkmiş şəxs şəxsən pul tələb etməmişdir.

18. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs oğludur. Təqsirləndirilən şəxs qonşusu olmaqla, sonuncu ilə anası Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin birbaşa şahidi olmamışdır. Sonradan anası Zərərçəkmiş şəxs ona demişdir ki, Təqsirləndirilən şəxs tələb etdiyi pulu vermədiyi təqdirdə, sonuncu o və qardaşının hərbi xidmətdə olmamaları barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəkdir. Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs nə qədər pul tələb etdiyini bilmir və bu barədə anasından soruşmamışdır. İbtidai istintaq zamanı ifadə versə də, lakin hadisənin üzərindən uzun müddət keçdiyinə görə həmin ifadənin məzmununu tam xatırlamır. O, ayağında problem olduğu üçün hərbi xidmətə getməmiş, Təqsirləndirilən şəxs onun hərbi xidmətə getməməsi ilə bağlı şikayət etmişdir. Polis idarəsinin dəvətindən sonra o, anası və qardaşı ilə birgə oraya getmiş və orada ifadə vermişdir. Həmin ifadəni təsdsiq edir. Təqsirləndirilən şəxs onun yanında anası Zərərçəkmiş şəxs pul tələb etsə də, məbləği dəqiq xatırlamır.

19. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 18 dekabr 2024cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs tərəfindən döyüldüyü barədə məlumat daxil olduğundan, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 7-ci korpus ünvanına getdikdə, Təqsirləndirilən şəxs qarşılamış, həmin vaxt sonuncunun yanında əri və övladları olmuşdur. O, hadisənin səbəbini soruşduqda sonuncu ona Zərərçəkmiş şəxs yaşadığı evin kanalizasiya quyusunun suyu onun evinə dolduğu üçün həmin quyunu torpaqla doldurduğunu, bunu öyrənən Zərərçəkmiş şəxs isə onun evinə gələrək ona üz nahiyəsindən xəsarətlər yetirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yazılı ərizə almağa çalışsalar da, sonuncu səhhətinin yaxşı olmadığını bildirərək növbəti gün polis idarəsinə gələrək ərizə təqdim edəcəyini demişdir. 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gələrək ərizə təqdim etmiş, bundan sonra sonuncunun bədənində olan xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb Zərərçəkmiş şəxs iki oğlunun qanunsuz şəkildə hərbi xidmətdən yayındığını və bununla bağlı hüquqmühafizə orqanlarına müraciət etmək istədiyini bildirdikdə, o, sonuncuya səbrli olmağını, məsələnin qanunauyğun qaydada həll ediləcəyini tövsiyə etmişdir. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə səsli mesaj göndərərək burun əməliyyatına 5000 manat pul xərclədiyini, Zərərçəkmiş şəxs barəsində müvafiq şikayətlər edəcəyini, o cümlədən lazım gələrsə, Prezident Aparatına qədər müraciət edəcəyini bildirmişdir. Ekspertizanın rəyi alındıqdan sonra Zərərçəkmiş şəxs barəsində müvafiq cinayət işi başlanılmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Təqsirləndirilən şəxs onu hədələdiyini və ondan pul tələb etdiyini bildirmişdir. Bununla bağlı o, Zərərçəkmiş şəxs məsləhət görərək şikayət ərizəsi yaza biləcəyini izah etmiş, sonuncu da müvafiq şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs övladlarının qanunsuz olaraq hərbi xidmətdən yayındığını bildirdikdə, o, həmin vaxt Təqsirləndirilən şəxs psixoloji vəziyyətini nəzərə alaraq bu məsələ ilə bağlı hər hansı prosessual tədbir görməmişdir. Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs pul tələb etməmiş, lakin bununla bağlı ona səsli mesaj göndərmiş və burnu ilə bağlı pul tələb edəcəyini və Zərərçəkmiş şəxs övladlarının hərbi xidmətdən yayındığını demişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

20. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığı evin qarşısında açıq şəkildə narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər olduğuna, ərazinin faktiki olaraq narkotik vasitələrin alış-satış yerinə çevrildiyinə görə o, bu barədə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, müraciətlərinə baxılmadığından, həmin polis idarəsinin rəhbərliyi ilə arasında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs onun qonşusu olduğundan, aralarında yaşadığı evin həyətinə gedən kanalizasiya quyusu ilə bağlı mübahisə olmuş, tərəflər barışıq əldə etsələr də, müstəntiq barışıq barədə ərizəni onların gözü qarşısında cırıb Zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirmişdir. Əslində nə onun Zərərçəkmiş şəxs ilə, nə də Zərərçəkmiş şəxs onunla problemi olmuşdur. Bütün baş verənlər Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinin təşəbbüsüdür. Həmin qurumun rəhbərliyi ona nalayiq ifadələr işlətmiş, daha sonra ondan evinin qarşısında narkotik maddələrin satışına etiraz etməməsi tələb edilmiş, razılaşmadığı təqdirdə isə silah və ya narkotik vasitə ilə barəsində cinayət işi başlanacağı ilə hədələnmişdir. O, bu təhdidləri qəbul etmədyib otaqdan çıxmışdır. O, sosial şəbəkə hesablarında Binəqədi Rayon Polis İdarəsinin qanunsuz hərəkətləri barədə video paylaşdıqdan sonra barəsində tədbirlər görülmüşdür. O, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsassız olaraq müvəqqəti saxlanc yerində saxlanılmış, həmin müddətdə ona yemək və su belə verilməmişdir. 29 yanvar 2025-ci il tarixdə qan və sidik analizi vermək üçün xəstəxanaya aparılmış və bununla da ona narkotik vasitə istifadəçisi kimi “yüklənilmiş”-dir. Zərərçəkmiş şəxs ilə aralarında heç bir mübahisə olmamış və o, Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul tələb etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs 7000 manat pul tələb etməmiş, Zərərçəkmiş şəxs övladlarının hərbi xidmətə getməməsi ilə bağlı hədələməmişdir. 18 yanvar 2024-cü il tarixdə o və Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı hər ikisi bir-birlərinə xəsarət yetirmişdir. O, başına gələnlərin səbəbini Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi arasında yaranmış mübahisə ilə əlaqələndirir. O, həmin polis idarəsinin fəaliyyəti ilə bağlı sosial şəbəkədə paylaşım etsə də, Zərərçəkmiş şəxs ilə bağlı heç bir paylaşım etməmiş və sonuncunu hədələməmişdir. Kanalizasiya quyusundan suyun küçəyə axması səbəbindən aralarında mübahisə yaranmışdır. O, Zərərçəkmiş şəxs 3500 manat məbləğində, yəni burnunun müalicə xərci kimi pul tələb etmiş, başqa heç bir tələb irəli sürməmiş, eyni zamanda, Zərərçəkmiş şəxs övladları ilə bağlı hədələməmişdir. Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

21. Maddə 182.2.4. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Maddə 182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

29. Madə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

31. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

32. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

33. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

38. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

39. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

40. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

“Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 №-li Qərarı:

41. Qərarın 1-1-ci bəndi. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur.

42. Qərarın 1-2-ci bəndi. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür.

43. Qərar 3-cü bəndi. CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədəqorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir.

44. Qərarın 3-1-ci bəndi. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

45. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

46. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

47. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir.

49. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur.

50. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur.

51. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir.

52. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir.

53. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur.

54. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.).

55. Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər.

56. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur.

57. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür.

58. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur.

59. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir.

60. Hədə-qorxu ilə tələb cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir.

61. Bununla yanaşı, cinayət qanunvericiliyində hədə-qorxu ilə tələb etmə cinayətinin bir neçə tövsifedici əlamətləri nəzərdə tutulmuşdur. Belə tövsifedici əlamətlərdən biri də bu əməlin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsidir (Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi).

62. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir.

63. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1- 182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir.

64. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.

65. Məhkəmə Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlər edilməsi, 24 yanvar 2025-ci il tarixdən 28 yanvar 2025-ci il tarixədək tutulması ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır.

66. Məhkəmə iş üzrə toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halda qiymətləndirərək, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin mövcud olub-olmamasını və həmin əməlin düzgün hüquqi tövsifini müəyyən etmişdir.

67. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən burnunun qırıldığını və bununla əlaqədar estetik əməliyyat xərclərinin qarşılanması üçün 3500 manat məbləğində pul istədiyini, lakin pul tələbini rüsvayedici məlumatların yayılması və ya hədə ilə etmədiyini bildirmişdir.

68. Məhkəmə bununla bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs burnuna dəymiş ziyanı ödəməsini istəməsi ilə bərabər aralarında olan ədavətə görə onu tələb etdiyi etdiyi pulu vermədiyi təqdirdə sosial şəbəkələrdə barəsində qonşular arasında əxlaqsız qadın kimi şər-böhtan xarakterli paylaşımlar edəcəyini, daha sonra isə övladları Şahid2 və X1 sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırdığı üçün sonuncuların barəsində müvafiq instansiyalara müraciət edəcəyi və barələrində rüsvayedici məlumatlar yayma ilə hədələdiyini bildirmişdir.

69. Təqsirləndirilən şəxs bunu inkar etsə də, şahidlər Şahid1, Şahid2 və X8 məhkəmə verdiyi ifadələrində həmin əsaslara Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədələdiyini söyləmişlər.

70. Bununla bağlı qeyd etmək zəruridir ki, Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb Zərərçəkmiş şəxs iki oğlunun qanunsuz şəkildə hərbi xidmətdən yayındığını və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək istədiyini bildirməsi barədə məhkəməyə məlumat vermişdir.

71. Bu, Zərərçəkmiş şəxs ifadəsində hədə ilə bağlı göstərdiklərinin həqiqət olmasına əsas verir.

72. Lakin o da qeyd edilməlidir ki, şahidlər məhz hansı məbləğdə pulun tələb edilməsinin bilavasitə şahidi olmamışlar.

73. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində rüsvayedici məlumatların yayılması ilə bağlı zərərçəkmiş şəxsə hədə-qorxu gəlmədiyini bildirməsini müdafiə xarakterli mövqe kimi qiymətləndirir və onun həmin ifadəsinə tənqidi yanaşır.

74. Belə ki, aralarında yaranmış mübahisə nəzərə alındıqda Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə qarşı hədə-qorxu tərkibli ifadələr istifadə etməsi mümkündür. Bu baxımdan, hədə elementinin tamamilə inkar edilməsi işin faktiki hallarına uyğun gəlmir və məhkəmə həmin hissəyə münasibətdə təqsirləndirilən şəxsin ifadəsini inandırıcı ifadə etmir.

75. Məhkəmə həmçinin nəzərə alır ki, Zərərçəkmiş şəxs tələb edilən məbləğin 7000 manat olduğunu iddia etsə də, Təqsirləndirilən şəxs həmin məlbəğin yalnız 3500 manat hissəsini etiraf etmişdir.

76. Bununla belə iddia olunan əlavə, yəni təqsirləndirilən şəxsin inkar etdiyi 3500 (7500-3500) manatın tələb edilməsi faktı üzrə mötəbər və kifayət qədər sübutlar təqdim edilməmiş, həmin hissə öz təsdiqini tapmamışdır.

77. Cinayət prosessual qanunvericiliyin sübutların kifayətliliyi və mötəbərliyi prinsipinə əsaslanaraq məhkəmə tələb edilən məbləğin yalnız 3500 manat hissəsini sübuta yetirilmiş hesab edir.

78. Belə ki, məhkəmə tərəfindən istintaqı zamanı ittiham tərəfinin əsaslandığı sübutlardan biri olan təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində üçüncü şəxsə, yəni təhqiqatçıya göndərdiyi səs yazısından ibarət diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, səs yazısında Təqsirləndirilən şəxs “Mənim burnum sınıb, mən burnuma beş min manat pul vermişdim. And ola allaha, bunu var ha, bunu bilirsən neynəyəcəm, bunun pişiyini divara dırmaşdıracam. Bunun başına oyun açacam. Qurana and olsun, keçmərəm. Lazım olsa prezident aparatına girəcəm, and ola allaha.” deyə bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs səsdə yalnız burnunun estetik əməliyyat xərclərinin təxminən 5000 manat təşkil etməsindən bəhs edir və bu hal sonuncunun zərərçəkmiş şəxsdən 5000 manat məbləğində pul tələb etməsi faktını sübuta yetirmir.

79. Belə ki, CD-diskdə əks olunan 5000 manat məbləği ittihamda göstərilən xeyli miqdarda pul tələbinin sübutu kimi qəbul edilə bilməz.

80. Eyni zamanda, səs yazısı konkret olaraq pul tələb etmənin elementini ehtiva etməməklə, zərərçəkmişə deyil, üçüncü şəxsə ünvanlanmışdır və onun məzmunu tələb edilən məbləğ barədə dəqiq nəticə çıxarmağa imkan vermir.

81. Lakin məhkəmə hesab edir ki, təqdim olunmuş səs yazısı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə bağlı hədə-qorxu elementini ortaya qoyan dolayı sübut rolunu oynayır. Belə ki, səs yazısında təqsirləndirilən tərəfindən emosional ifadələr (“başına oyun açacam”, “prezident aparatına girəcəm” və s.) səsləndirilmişdir.

82. Bu da zərərçəkmişin əmlakına və ya əmlaka dair hüquqlarına təsir göstərmə niyyətini əks etdirdiyindən hədə elementinin mövcudluğu müəyyən edilir və zərərçəkmişin qorxutmaq yolu ilə tələb qarşısında qoyulması ehtimalını real edir.

83. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hədələri sonuncu tərəfindən real qəbul edilmiş və Zərərçəkmiş şəxs həmin hədənin tətbiq edilməsində ehtiyatlanmışdır.

84. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs hədəqorxu ilə tələb etməsi tamah məqsədi ilə olmuş, sonuncu qanunsuz tələb irəli sürdüyünü anlamış və bu yolla əmlak, yəni Zərərçəkmiş şəxs pulunu əldə etmək istəmişdir.

85. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, cinayət işinin materiallarını nəzərdən keçirdikdən sonra o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncunun əmlakını hədə-qorxu ilə tələb etmişdir.

86. Məhkəmə tərəfindən aparılmış istintaq və təqdim olunmuş sübutların təhlili göstərir ki, tələb edilən məbləğin xeyli miqdarda olması və ittihamda göstərildiyi kimi ağırlaşdırıcı halların mövcudluğu sübuta yetirilə bilməsə də, iş materiallarında tərəflər arasında münaqişənin mövcud olması və pul tələb etmə faktı təsdiq edildiyindən, əməlin tamamilə cinayət tərkibindən kənar olduğu qənaətinə gəlinməsi üçün əsaslar müəyyən edilməmişdir.

87. Konkret olaraq, təqsirləndirilən şəxsin ifadəsi və digər sübutlar yalnız tələb faktını təsdiq edir, lakin tələb xeyli miqdarda olmamış, hədə-qorxu ilə tələb etmənin daha ağır formasını meydana gətirən əlamət kimi sübuta yetirilməmişdir.

88. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

89. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

90. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

91. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

92. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

93. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hər hansı məbləğdə pulu hədə-qorxu ilə tələb etməməsi barədə dedikləri və və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun həmin maddə ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

94. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında bir müddət əvvəl baş vermiş münaqişə ilə əlaqədar heç bir əsaslı səbəb olmadan sonuncudan 3500 manat pul tələb etdiyini, tələb etdiyi pul məbləğini vermədiyi təqdirdə sosial şəbəkələrdə barəsində qonşular arasında əxlaqsız qadın kimi şər-böhtan xarakterli paylaşımlar edəcəyini, daha sonra isə övladları Şahid2 və X1 sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırdığı üçün sonuncuların barəsində müvafiq instansiyalara müraciətlər edəcəyi və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2024-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir.

95. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

96. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir.

97. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

98. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

99. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

100. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

101. Məhkəmə Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

102. Beləliklə, məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

103. Təqsirləndirilən şəxs az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

104. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2025-ci il tarixdə o, müvəqqəti saxlama yerindən azad edilmişdir. 01 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Bkı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-244/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən hökm çıxarılanadək o, həbsdə saxlanılmışdır.

105. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 01 aprel 2025-ci il tarixdən hesablanmalı, 25 yanvar 2025-ci il tarixdən 27 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət bir günə bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, CM-in 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

106. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs səs yazılarını əks etdirən 01 ədəd CD disk CPM-in 132.1.6-cı maddəsinə əsasən, cinayət işinin materiallarında saxlanılmalıdır.

107. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki iş üzrə 25 yanvar 2025-ci il tarixdən 27 yanvar 2025-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasına hesablansın və təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs səs yazılarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar