Məhkəmə qərarları › İş №1(101)-1543/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1543/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1543/2022 18.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq məhkəmə, Müəyyən etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aiddir Belə ki, Məhkəmə-Hüquq Şurası 14 noyabr 2019-cu il tarixli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Ağcabədi rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Daxil olmuş cinayət işi üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08.00 radələrində Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivi, Fingə obasında yerləşən fermasının həyətyanı sahəsində dırmıq aləti ilə iş görən zaman anası Şahid4 ilə qonşuluqda yaşayan qohumları Şahid3 və X1 arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəyə sonradan Samirə İsmayılovanın həyat yoldaşı, yəni, əmisi Zərərçəkmiş şəxs qoşularaq anası Şahid4 təhqir etməsi, daha sonra isə birlikdə sonuncu ilə dalaşmalarını görüb, anasını müdafiə etmək məqsədi ilə həmin münaqişəyə qoşulub Zərərçəkmiş şəxsla dalaşarkən orada olan sonuncunun həyat yoldaşı Samirə İsmayılovanın gözü qarşısında, ona xüsusi əzab verdiyini dərk edərək, yəni, xüsusi amansızlıqla əlindəki dırmıq alətin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir zərbə vuraraq, yetirilmə anında insan həyatı və sağlamlığı üçün təhlükəli olan açıq beyin travması, təpə gicgah, almacıq sümüklərinin çox qəlpəli sınıqları, baş beynin əzilməsi kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, nəticədə bu əməllər xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs müalicə aldığı yerdə, yəni Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində ehtiyatszlıqdan ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi yer Ağcabədi rayonu ərazi yurisdiksiyasına görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü, 74.1-ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3., 74.1., 74.5., 75.1., 299.3., 299.3.1., 300.1. və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar