Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1543/2023 20.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 306.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən 03 (üç) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum məhrum edilməklə 08 (səkkiz) il, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilməklə 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə həmin Məcəllənin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2, 66.4 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə həmin Məcəllənin 308.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 (on iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 15:50-də açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 1hdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN № **********) 31 dekabr 2012ci il tarixdə direktor təyin edilməklə həmin vəzifədə işləyərkən, cəmiyyətin Əsasnaməsinə əsasən, cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, cəmiyyətin işçilərini vəzifəyə təyin edib, vəzifədən azad etmək, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə direktoru olduğu "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 14-cü mərtəbəsində 1 otaqlı 72,2 m2 sahəli 286 nömrəli mənzilin 27 avqust 2008-ci il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 39710 (otuz doqquz min yeddi yüz on) manata, "xxxx" MMCnin direktoru kimi özü tərəfindən həmin mənzilin 02 iyul 2013-cü il tarixli müqavilə əsasında X2 41000 (qırx bir min) manata yenidən satılmasından və mənzilin sonuncuların adına rəsmiləşdirilməsindən məlumatlı olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildiyi halda göstərilən halı mənzil almaq üçün 2014-cü ilin avqust ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 gizlətməklə, sonuncuya həmin mənzilin 53000 manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə Zərərçəkmiş şəxs1 xx.xx.2014-ci il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında yerləşən ofisində 53000 manat pul vəsaitini aldıqdan sonra müvafiq ofisdə mənzilin satılmasına qanuni görüntü yaratmaq məqsədilə, tamah niyyətlə bilə-bilə yalan, yəni Xətai rayonu, Telnov (ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 14-cü mərtəbəsində 1 otaqlı 72.2 m2 sahəli 286 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 53.000 manat müqabilində satılması haqqında xx.xx.2014-cü il tarixli müqavilə və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışına məlumatları daxil edib hazırladıqdan sonra müvafiq saxta sənədləri imzalayıb özündə saxladığı MMC-nin möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs1 təqdim etdikdən sonra, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 53000 (əlli üç min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə mənzilin qanuni əsaslarla satıldığı Zərərçəkmiş şəxs2 qeyd olunan mənzilə faktiki sahib olmaq hüququndan məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəyə uyğun məzmunda ifadə vermiş və Zərərçəkmiş şəxs1 qeyd olunan mənzil üçün 53000 manat deyil, 39000 manat məbləğində pul vəsaiti aldığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə 12 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 2012-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifəyə təyin olunmamışdan qabaq 2007-ci ildən "xxxx" MMC "xxxx" MMC ilə müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 3 ünvanında yerləşən ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisini həmin MTK-ya həvalə etmiş, sonradan MTK ilə MMC arasında narazılıqlar olduğuna görə 2008-ci ildə MTK ilə MMC arasında müqavilə ləğv olunmuş, binanın tikintisini MMC özü həyata keçirmişdir. MTK binanı tikdiyi dövrdə həmçinin mənzillərin satışını da həyata keçirmişdir. Onu MMC-nin direktoru vəzifəsinə təyin etmiş şəxs MMC-nin təsisçisi Fuad Mirzəyev olmuş, sonuncu həbs olunduğundan, 2014-cü ildən o, MMC-nin təsisçisi qismində fəaliyyət göstərmişdir. Bir müddət direktorun vəzifələrini də özü icra etmişdir. xx.xx.2015-ci il tarixdə X11 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin etmiş, xx.xx.2015-ci il tarixdə isə Abbas Hacıyevi direktor vəzifəsində azad etmişdir. 2015-ci ilin dekabr ayında isə X10 direktor vəzifəsinə təyin etmişdir. Zərərçəkmiş şəxs1 tanıyır. Tikdirdiyi çox mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən 1 otaqlı sahəsi 72,8 m2 olan 286 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair müqavilə və həmin evin dəyərinin tam ödənilməsinə dair arayışda olan imzalar ona məxsusdur. Həmin sənədlərdə olan "xxxx" MMC-nin möhür əkslərini MMC-yə məxsus möhürdən istifadə etməklə vurmuşdur. Həmin sənədləri özü tərtib etmiş, sənədlərin içərisində olan blank hissəni onun göstərişi ilə işçilərdən kimsə doldursa da, hazırda həmin vaxt kimin onun rəhbərliyi altında işləməsini və həmin sənədləri doldurmasını xatırlamır. 2014-cü ilin avqust ayında binanın tikintisi ilə məşğul olduğundan pula ehtiyacı olduğu üçün əvvəllər "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 və özü tərəfindən Yeganə Haqverdiyevaya satılmasını, mənzil barəsində məhkəmə proseslərinin davam etdiyini bilə-bilə sonradan həmin mənzili Zərərçəkmiş şəxs1 və digər şəxslərə satmışdır. Xotkar həmin mənzili dəyərini hissə-hissə ödəmək şərtilə almışdır. O, Zərərçəkmiş şəxs1 mənzili 53000 (əlli üç min) manata satmışdır. Lakin o Xotkardan hissəhissə olmaqla, cəmi 39000 (otuz doqquz min) manat pul almışdır. Zərərçəkmiş şəxs1 istisna olmaqla, digər zərərçəkmiş şəxslərlə bağlı məsələ onun barəsində olan cinayət işi üzrə həll olunmuş, onların hüquqi vəziyyətinə qiymət verilmişdir. Lakin Xotkar həmin vaxt şikayət etmədiyi üçün həmin cinayət işi üzrə bu məsələyə qiymət verilməmişdir. İlkin izahatında Zərərçəkmiş şəxs1 həmin mənzilə görə 53000 manat pul aldığını göstərsə də, sonradan MMC-dən Zərərçəkmiş şəxs1la bağlı sənədləri əldə etdikdən sonra sonuncunun ona hissəhissə olmaqla ümumilikdə 39000 (otuz doqquz min) manat pul verdiyini müəyyənləşdirmişdir. Hər hansı şəxsin onun 286 saylı mənzili Zərərçəkmiş şəxs1 satmasından məlumatı olmamışdır. O, həmin mənzili özü satmış, Zərərçəkmiş şəxs1 verdiyi pulun hamısı ona çatmışdır. Ola bilsin ki, Xotkar hansısa gündə ofisə gələrək ona yox, hansısa digər vəzifəli şəxsə pul ödəmiş olsun, lakin həmin şəxsin bundan məlumatı olmamışdır. Xotkardan alınmış bütün pullar ona çatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəyə uyğun məzmunda ifadə verib Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini təsdiq edərək Təqsirləndirilən şəxs "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 14-cü mərtəbəsində 1 otaqlı 72,2 m2 sahəli 286 nömrəli mənzili satması adı ilə ondan 53000 (əlli üç min) manat pul vəsaitini aldığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, ona vurulmuş maddi zərərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəyə uyğun məzmunda ifadə verib göstərmişdir ki, o, xx.xx.2008-ci il tarixdə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında tikilən yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən 1 otaqdan ibarət sahəsi 72.2 m2 olan 286 nömrəli mənzilin kooperativ binada mənzil tikintisi haqqında MTK-nın direktoru Ziyafət Gülmalıyevlə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, o, şirkətə 39710 manat pul ödəmış, şirkət də həmin mənzili tikərək ona təhvil verməyi öhdəsinə götürmüş, pulu tam ödədiyi üçün ona şirkət tərəfindən eyni tarixli, 876 nömrəli maliyyə arayışı da verilmişdir. Digər mənzillər kimi onun mənzilinin də sonradan "xxxx" MMC tərəfindən iki və ya daha çox şəxsə satıldığını müəyyənləşdirmişdir. O, təmir işlərinə başlamaq istəsə də, həmin vaxt "xxxx" MMC-nin rəhbəri olan Təqsirləndirilən şəxs ona icazə verməyərək "xxxx" MTK tərəfindən mənzil satılmasının qanunsuz olduğunu, məhkəməyə müraciət edərək həmin müqaviləni qanunsuz hesab etdirəcəklərini bildirmişdir. Sonradan "xxxx" MMC-nin ona, digər şəxslərə, o cümlədən "xxxx" MTK-ya qarşı iddia qaldıraraq sonuncu MTK tərəfindən mənzil satılmasına dair müqavilələrin etibarsız hesab edilməsini xahiş etdiyini, Xətai rayon məhkəməsinin də bu iddianı təmin edərək xx.xx.2013cü il tarixli qətnamə qəbul etdiyini müəyyənləşdirmişdir. Lakin o, bu qətnamədən apelyasiya şikayəti vermiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun xeyrinə dəyişdirilmiş, eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsi də "xxxx" MMC-nin iddiasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra "xxxx" MMC-nin rəhbərləri cinayət məsuliyyətinə cəlb edilmişlər. Həmin cinayət işi üzrə o, ev sahibi olan zərərçəkmiş şəxs kimi tanınmışdır. Sonradan "xxxx" MMC-nin vəzifəli şəxslərinin 286 saylı mənzili satdığı şəxslər onun əleyhinə məhkəmələrdə iddialar qaldırsalar da, məhkəmələr onun xeyrinə qərarlar qəbul etmişlər və icra məmurları məhkəmə qərarını icra edərək həmin mənzili ona təhvil vermişlər. 2022-ci ilin iyul ayında isə o, 286 saylı mənzili hazırda adını xatırlamadığı bir şəxsə 66000 manata satmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(011)-1411/2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC Zərərçəkmiş şəxs2 və qeyrilərinə qarşı “müqavilələrin etibarsız sayılması və mənzillərin qaytarılmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus olan Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllə, 0.3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 1 otaqlı, sahəsi 72.2 m2 olan 286 saylı mənzilə dair "xxxx" MTK ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin, həmçinin digər mənzillərlə bağlı "xxxx" MTK ilə digər cavabdehlər arasında bağlanmış bir neçə digər müqavilələrin etibarsız sayılması, həmin mənzillərin "xxxx" MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilərək həmin müqavilələr, o cümlədən "xxxx" MTK ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2008ci il tarixli müqavilə ləğv olunmuş və sözügedən mənzillər, o cümlədən Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllə, 0.3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 14cü mərtəbəsində yerləşən 1 otaqlı, sahəsi 72.2 m2 olan 286 saylı mənzil "xxxx" MMC-yə qaytarılmışdır. (Cild 1, iş vərəqə 53-61) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2014-cü il tarixli, 2(103)-7059/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Xətai rayon məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(011)-1411/2013-cü il tarixli qətnaməsindən ”Etalon-İnşaat” MTK və içərisində Zərərçəkmiş şəxs2 olmadığı bir neçə cavabdeh özlərinə aid hissələrdə apelyasiya şikayəti ilə müraciət edərək qətnamənin ləğv edilməsini, ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə qeyd edilən şikayətlər təmin edilərək şikayətlər verilən hissələrdə "xxxx" MMC-nin Xətai rayon məhkəməsinə verdiyi iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2013-cü il tarixli qətnaməsindən Zərərçəkmiş şəxs2 kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 19 fevral 2014-cü il tarixli qərarı ilə şikayət təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2014-cü il tarixli, 2(103)-2506/2014 saylı qətnaməsi ilə Xətai rayon məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(011)-1411/2013-cü il tarixli qətnaməsi Zərərçəkmiş şəxs2 aid hissədə ləğv edilərək iddiaçı "xxxx" MMC-nin Zərərçəkmiş şəxs2 qarşı müqavilənin etibarsız sayılması və mənzillərin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3837/14 nömrəli, 13 oktyabr 2014-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2014-cü il tarixli, 2(103)-2506/2014 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2014-cü il tarixli, 2(103)- 7059/2014 nömrəli qətnaməsi ilə Xətai rayon məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(011)-1411/2013-cü il tarixli qətnaməsi Zərərçəkmiş şəxs2 aid hissədə ləğv edilərək "xxxx" MMC-nin X3 qarşı müqavilənin etibarsız sayılması və məznilin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. (Cild 2, iş vərəqə 64-75) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2015-ci il tarixli, 2(102)-2024/2015 nömrəli qərarında da Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2014-cü il tarixli, 2(103)-7059/2014 nömrəli qətnaməsi ilə müəyyənləşdirilmiş hallar öz təsdiqini tapmış və sonuncu qərar dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqə 76-82) Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, digər ittihamlarla yanaşı, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 satılmış ünvan 5 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 72.2 m2 olan 286 nömrəli mənzili satması adı ilə aldadıb xx.xx.2013-cü il tarixdə X1 41000 (qırx bir min) manat, xx.xx.2015-ci il tarixdə X4 50000 (əlli min) manat və xx.xx.2016-cı il tarixdə X5 40500 (qırx min beş yüz) manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi, bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə edib Zərərçəkmiş şəxs2 faktiki mənzilindən məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurması faktlarına görə təqsirli bilinərək xx.xx.2023-cü il tarixədək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, həmin hökmlə Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2015, xx.xx.2015-ci il tarixdən xx.xx.2015, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi, xx.xx.2013-ci il tarixdən halhazıradək "xxxx" MMC-nin təsisçisi olduğu müəyyənləşdirilmişdir.Həmin hökmün təsviri əsaslandırıcı hissəsindən görünür ki, 02 iyul 2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilə və arayışa əsasən, 286 №li mənzil xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən X2 41000 manata satılmış və mənzilin dəyəri tam ödənilmişdir. Kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 18 may 2017-ci il tarixli, 11094 №-li rəyindən görünür ki, X1 adına tərtib edilmiş xx.xx.2013ci il tarixli mənzil tikintisi haqqinda müqavilə və həmin mənzilin dəyərinin ödənilməsinə dair arayışın kserosurətlərində "xxxx" MMC-nin direktoru qrafasında əks olunmuş imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (Cild 1, iş vərəqə 169-327) Zərərçəkmiş şəxs2 ilə "xxxx" MTK arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında 27 avqust 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilə bağlayan tərəflər Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən İİİ giriş, 14-cü mərtəbədə yerləşən sahəsi 72.2 m2 olan 286 nömrəli mənzilin Zərərçəkmiş şəxs2 39710 (otuz doqquz min yeddi yüz) manata satılmasına dair razılığa gəlmişlər. (Cild 1, iş vərəqə 152) "xxxx" MTK-dan verilmiş 876 nömrəli, xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, Zərərçəkmiş şəxs2 "xxxx" MTK-ya 39.710 (otuz doqquz min yeddi yüz on) manat ödəmişdir. (Cild 1, iş vərəqə 151) Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi haqqında 18 avqust 2014-ci il tarixli müqavilədən görünür ki, müqavilə bağlayan tərəflər Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən İİİ giriş, 14-cü mərtəbədə yerləşən sahəsi 72.2 m2 olan 286 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 53.000 (əlli üç min) manata satılmasına dair razılığa gəlmişlər. (Cild 1, iş vərəqə 75) "xxxx" MMC-dən verilmiş 02/80 nömrəli, xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 "xxxx" MMC-yə 53.000 (əlli üç min) manat ödəmişdir. (Cild 1, iş vərəqə 74) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Kompleks sənədlərin texniki və xətşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 4/600- 5/516 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş "xxxx" MMC və Zərərçəkmiş şəxs1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilədə və Zərərçəkmiş şəxs1 adına olan xx.xx.2014-cü il tarixli, 02/80 nömrəli arayışda "xxxx" MMC-nin direktoru.” Qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 18 avqust 2014-cü il tarixli Mənzil tikintisi haqqında müqavilədə, xx.xx.2014-cü il arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 18 avqust 2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilədə, xx.xx.2014-cü il tarixli 02/80 nömrəli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürünün eksperimental nümunələri ilə eynilik təşkil edir. (Cild 2, iş vərəqə 92-96) "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin direktoru məhkəmədə cəmiyyəti təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri hazırlamaq. Cəmiyyətin işçilərini vəzifəyə təyin edib, vəzifədən azad etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək vəzifələrinə malikdir. (Cild 2, iş vərəqə 84-88) Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı cəzaşəkmə müəssisəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (Cild 2, iş vərəqə 166-167) xx.xx.2023-cü il tarixli tələbnaməyə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 306.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 306.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına təyin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 avqust 2019-cu il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29, 178.2.3, 29, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən, 03 (üç) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum olunmaqla, 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 14 avqust 2019-cu il tarixli hökmlə təyin edilmiş cəza birləşdirilməklə 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 (on iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluq ödənilməmişdir. (Cild 2, iş vərəqə 110- 136, Cild 2, iş vərəqə 169-327) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-3491 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamış və qeydiyyatda yoxdur. (Cild 2, iş vərəqə 1-2) 12 may 2023-cü il tarixli qərarımla "xxxx" MMC-dən verilmiş 02/80 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə arayışı və Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi haqqında 18 avqust 2014-ci il tarixli müqavilənin əslləri, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş xx.xx.2008-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının kserosurətləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (Cild 2, iş vərəqə 97-113) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirlməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 1(011)-430/2020 saylı hökmü 29 mart 2020-ci il tarixdə qanuni qüvvəsini almış və məhkəmənin hökmündən apellyasiya şikayəti və protesti daxil olmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən 11 sentyabr 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hər hansı maddi ziyan vurulmamış, ona qarşı şıkayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən 31 iyul 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hər hansı maddi ziyan vurulmamış, ona qarşı şıkayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə olan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43-cü maddələrinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməsi yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirib dələduzluq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 17-ci bəndinin tövsiyyələrində göstərilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törədilmiş cinayətlərdə iştirak etmə dərəcəsini nəzərə alıb, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Xətai rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 12 (on iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkmənin başlanğıcının 28 iyun 2016-cı il tarixdən hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq və məhkəmə baxışı zamanı onlara təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı qanunla müəyyən edilmiş formada mülki iddia ərizəsi təqdim etməmişlər. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra 12 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış "xxxx" MMC-dən verilmiş 02/80 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə arayışı və Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi haqqında 18 avqust 2014-ci il tarixli müqavilənin əslləri, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş xx.xx.2008-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının kserosurətlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 12 (on iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 12 (on iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı 28 iyun 2016-cı il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, 12 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış "xxxx" MMC-dən verilmiş 02/80 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə arayışı və Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi haqqında 18 avqust 2014-ci il tarixli müqavilənin əslləri, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş xx.xx.2008-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının kserosurətlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1543/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1543/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver