Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1544/2021 18.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.12.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci madəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19.03.2010-cu ildə cəza müddəti başa çatdığı üçün azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmiş, üzərində və yaşadığı ünvanda saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, marixuana və həşiş qətranı alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 aprel 2021-ci il tarixdə saat 16:20 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4 ünvanda yerləşən Suraxanı RPİnin 33-cü Polis Bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarın sağ cibindən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkisi 1,322 qram, 1,921 qram, 2,051 qram, 1,791 qram, ümumi təmiz təmiz çəkisi 7,085 qram, külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) bükümdə təmiz çəkisi 1200 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin - ümumi təmiz çəkisi 1207,085 qram (1 kq 207,085qr) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan heroin, kağız paketdəki 04 (dörd) ədəd sellefon bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,731 qram, 16,826 qram, 8,642 qram və 17,925 qram – cəmi 61,124 qram, külli miqdarda olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd sellofon bükülüdə təmiz çəkisi 43,291 qram, külli miqdarda olan maddə, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüş və əldə edilmiş məlumat əsasında davam edən əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən mənzildə axtarış aparılan zaman evdən 02 (iki) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1730 qram, 1570 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana (marixuanaların ümumi təmiz çəkisi -3361,124 qramdır, tərkiblərinə görə eynidirlər), 01 (bir) ədəd sellofon bükülüdə təmiz çəkisi 116,28 qram olan maddə narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranı (həşiş qətranlarının ümumi çəkisi 159,571 qramdır, tərkiblərinə görə eynidirlər) və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər tikinti işlərində fərdi qaydada işləmiş, lakin sonradan ürəyində narahatçılıq yarandığdan işləyə bilməmişdir. Onun həyat yoldaşı təqaüdçüdür və həyat yoldaşının aldığı təqaüd ilə, kasıbçılıqla yaşamışlar. Oğlu hərbi xidmətdə olmuş və oğlu hərbi xidmətdən məzuniyyətə gəldiyi gün, polis əməkdaşları gəlib onu yaşadığı evin həyətində həbs edərək aparmışlar. Onun evində aşkar olunması göstərilmiş narkotik vasitələr ona aid deyildir. O, bu barədə baxış zamanı video çəkiliş aparılanda da bildirmişdir ki, evində aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir. Əgər həmin narkotik vasitələr ona məxsus olsaydı, yəqin ki, o, həmin narkotik vasitəni kimdənsə almaq və ya satmaq üçün müəyyən şəxslərlə telefon vasitəsilə əlaqəyə girməli idi. Lakin belə bir hal olmamış və onun istifadəsində olan telefona aid danışıq və yazışmaları çıxarmaqla bu hal yoxlana bilər. Onun heç bir danışığında və yazışmasında narkotik vasitələrin alışı və ya satışı barədə söhbət olmamışdır. Təqsirləndirilən şəxs sullara cavab olaraq göstərdi ki, onun evinə polis əməkdaşları özləri narkotik vasitə yerləşdirmişlər, lakin həmin şəxslərin adlarını bilmir. Onun üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə olan bir büküm marixuana aşkar olunmuşdur. O, narkotik vasitə olan marixuananı heç kimdən almamışdır, həmin marixuananı özü istifadə etmək üçün əkmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları onu ağ kağızlara imza etməyi tələb etmişlər və o, yaşlı insan olduğu üçün qorxusundan həmin sənədlərə imza etmişdir. Onu evdə saxlayan zaman evinə baxış keçirilməmişdir, onu əvvəl polis bölməsinə aparıb, yalnız 4-5 saatdan sonra onu evə gətirib evinə baxış keçirmişlər. Yalnız üzərindən aşkar olunmuş bir büküm narkotik vasitə olan marixuana ona məxsus olmuşdur, digər aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir və narkotik vasitədən istifadə etdikdə əhval-ruhiyyəsi yaxşı olur. Narkotik vasitəni Bakı şəhərinin ərazisində gəzib tanımadığı şəxslərdən pulla alır və istifadə edir. Narkotik vasitəni çox əldə etdikdə isə tanıdığı şəxslərə verir. Lakin qarşılığında pul və yaxuq qiymətli əşya almır. Narkotik vasitənin marixuana, heroin və mastinka kimi tanıdığı növündən istifadə edir. Marixuananı siqaretə doldurub çəkir, heroin isə inyeksiya yolu ilə qəbul edir. 27 aprel 2021-ci il tarixdə səhər saatlarında yuxudan oyananda bədənində ağrılar başladığı üçün yata bilməmiş, narkotik vasitə almaq üçün yaşadığı evdən çıxıb Suraxanı rayonu ərazisində ünvanını bilmədiyi yerə gəlmiş, küçə ilə piyada gedən zaman bir nəfər uca boylu şəxslə rastlaşmışdır. Həmin şəxsi əvvəllər tanımamışdır və ilk dəfə görmüşdür Həmin şəxsdə narkotik vasitə olmasını fikirləşmiş və ona yaxınlaşıb söhbət etməyə başlamışdır. Bir neçə dəqiqə dayanıb söhbət etdikdə onda narkotik vasitə olmasını öyrənmişdir. Həmin şəxsə bildirmişdirki, ona narkotik vasitə lazımdır, həmin şəxs də ondan nə qədər narkotik vasitə lazım olmasını soruşduqda, o də “nə qədər çox olsa bir qədər yaxşı olar” demişdir. Bundan sonra həmin şəxslə Suraxanı rayonu ərazisində tanımadığı evin qarşısına gəlmişlər. Həmin şəxs ondan gözləməyini bildirdib getmiş, bir neçə dəqiqə sonra həmin şəxs əlində bir ədəd kisə gəlib, birlikdə kimsəsiz bir yerə gəlmişlər və orada kisənin içərisini açıb baxdıqda kisənin içərisində çox sayda bükümlər olmuşdur. Həmin bükümlərin bir qismini yoxlamış, bir qisminə isə baxmamışdır. Belə ki, həmin bükümlərdə narkotik vasitə marixuana, heroin və mastinka kimi tanıdığı maddələr olmuşdur. O, kisəni götürüb həmin şəxsə 200 manat pul vermişdir. Bundan sonra həmin şəxsdən ayrılıb yaşadığı evə gəlib, yaşadığı evə çatdıqda kisəni açıb bükümləri çıxarıb evdə olan özünə məxsus elektron tərəzini gətirib çəkmişdir və bükümlərə bölərək ayırmışdır. Narkotik vasitələrdən bir neçə ədəd bükümdə götürüb şalvarının cibinə qoymuşdur, qalan bükümləri isə tərəzi ilə birlikdə evdə gizlətmişdir. Narkotik vasitələrdən bir neçə ədəd bükümdə götürmüşdür ki, istifadə edər, istəyən olacağı halda isə istəyən şəxsə verər. Narkotik vasitələri aldığı kisəni bıçaq ilə kəsərək atmışdır. Sonra isə evdən çölə çıxmış, saat təxminən 16:20 dəqiqədə yaşadığı evin qarşısında olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib onu 33-cü PB-nə dəvət etmişlər. O isə etiraz etmədən razılaşaraq polis əməkdaşları ilə birlikdə 33-cü Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində ximdməti otaqların birinə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olması barədə sual verilmiş və vardırsa təqdim etməyi təklif olunduqda o, əynində olan şalvarımın sağ cibindən 9 ədəd bükümdə olan narkotik vasitələri çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümlərdə nə olmasını soruşduqda o bildirmişdir ki, 4 ədəd bükümdə marixuana, 4 ədəd bükümdə heroin, 1 ədəd bükümdə isə mastinka kimi tanıdığı narkotik maddə vardır. Bundan başqa üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşı həmin narkotik vasitələri qablaşdırıb protokol tərtib etmişlər, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin gün yaşadığı mənzildə narkotik vasitə saxlamağını polis əməkdaşalrına bildirmişdir və evdə axtarış aparılmasına etirazının olmadığını bildirib ərizə ilə müraciət etdikdən sonra vəkil və polis əməkdaşları ilə yaşadığı Zığ qəsəbəsi, Xanlar küçəsi 37 saylı ünvanda yerləşən evinə gəlmişlər. Polis əməkdaşları onun və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə evdə axtarış aparmağa başlamışlar. Axtarış zamanı mənzildə saxladığı narkotik vasitələr, yəni marixuana, heroin və mastinka kimi tanıdığı maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa mənzildən narkotik vasitəni çəkdiyi bir ədəd elektron tərəzi də müəyyən edilib götürülmüşdür. Bundan başqa mənzildən qanunsuz heç bir əşya aşkar edilməmiş, aşkar edilmiş maddələr qablaşdırıb protokol tərtib edilmiş, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri özü istifadə etmək üçün və kimlərinsə istəyəcəyi halda vermək üçün əldə etmiş, narkotik vasitələri tanıdığı şəxslər istədikdə pulsuz vermiş, həmin narkotik vasitələri Suraxanı rayonu ərazisində ünvanını bilmədiyi yerdə tanımadığı şəxsdən 200 manata almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PŞ-nin əməliyyat-müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadə etməsi, üzərində və yaşadığı ünvanda saxlanması və satışı barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və həmin şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis idarəsinin rəgbərliyinə raportla məruzə edilib məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. 27 aprel 2021-ci il tarixdə həmin şəxsin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılıb, o, həmin qrupun rəhbəri, 33-cü PB-nin polis sahə rəisi, polis mayoru Şahid2 isə qrupun üzvü təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılıb. Həmin gün əməliyyat qrupu birlikdə daxil olmuş məlumat əsasında ünvan 7 ünvanın qarşısına gəlib saat 16:20 radələrində həmin yerdə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar və xidməti vəqisələrimizi göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanmasında, satışında şübhəli olmasını bildirib həmin şəxsi Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək razılaşıb və birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə raport yazıb məruzə etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədilə vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə şəxsi axtarış və götürmə aparılmmasından əvvəl paltarında, əşyalarında və ya üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 9 (doqquz) ədəd bükümləri təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 4 ədəd bükümdə marixuana, 4 ədəd bükümdə heroin və 1 ədəd bükümdə “mastinka” kimi tanıdığı narkotik maddələr vardır. Bundan əlavə 27.04.2021-ci il tarixdə saat 16:20 dəqiqədə Suraxanı rayonu Zığ qəsəbəsi Xanlar küçəsi 37 nömrəli evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər maddə və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər maddələr olan ümumilikdə 9 ədəd bükümlər qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 175 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və axtarış keçirilməsi ilə əlaqədar etirazı olmaması barədə ərizə verdikdən sonra Fizui Heybətovun yaşadığı Zığ qəsəbəsi Xanlar küçəsi 37 ünvanında yerləşən fərdi həyət evinə getmişlər. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin bir otağına baxış keçirilərkən divanın alt hissəsindən salafana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə və 1 ədəd tərəzi, 1 ədəd selofana bükülmüş narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş, daha sonra həyətdə yerləşən quş yuvasına baxış keçirilərkən dəmir qabın içərisində selofan torbada 1 ədəd içərisində narkotik vasitə marixuanaya bənzər bağlama aşkar edilmiş, həmçinin kreslonun arxa hissəsindən selofana bükülmüş narkotik vasitə marixuanaya bənzər 1 ədəd bağlama aşkar edilmişdir. Axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmiş. Protokol iştirakçılara ucadan oxunmuş, ərizə və şikayət daxil olmamış və onlar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid1 həmçinin ifadəsində göstərdi ki, əməliyyat tədbiri zamanı və bununla bağlı baxış keçirilib protokol tərtib olunan zaman onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərilməmiş, baxış zamanı və protokollar tərtib olunarkən Təqsirləndirilən şəxs səmimi olaraq üzərindən və evindən aşkar edilib götürülmüş narkotik vasitələri özü istifadə etmək üçün və kimlərinsə istəyəcəyi halda vermək üçün əldə etdiyini, narkotik vasitələri tanıdığı şəxslər istədikdə pulsuz verdiyini bldirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi və əlavə olaraq göstərdi ki, əməliyyat tədbiri zamanı və bununla bağlı baxış keçirilib protokol tərtib olunan zaman onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs özü verilmiş sullara səmimi olaraq cavab vermişdir ki, üzərindən və evindən aşkar edilib götürülmüş narkotik vasitələri özü istifadə etmək üçün və kimlərinsə istəyəcəyi halda onlara pulsuz vermək üçün tanımadığı şəxsdən əldə etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı şəhər Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi Xanlar küçəsi 37 nömrəli evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlər etməklə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmə aparılan şəxsə paltarında, əşyalarında və ya üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 9 (doqquz) ədəd bükümləri təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 4 ədəd bükümdə marixuana, 4 ədəd bükümdə heroin və 1 ədəd bükümdə “mastinka” kimi tanıdığı narkotik maddələr vardır. Byundan əlavə 27.04.2021-ci il tarixdə saat 16:20 dəqiqədə Suraxanı rayonu Zığ qəsəbəsi Xanlar küçəsi 37 nömrəli evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər maddə və əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş mənzilə baxış keçirilməsi və götürmə haqqında 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Zığ qəsəbəsi Xanlar küçəsi ev 37-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, boz rəngli dəmir qapıdan həyətə daxil olmuş, həyətdə iki otaqdan ibarət olan evin bir otağına baxış keçirilərkən divanın alt hissəsindən sellofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə və 1 ədəd tərəzi, 1 ədəd sellofana bükülmüş narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş, daha sonra həyətdə yerləşən quş yuvasına baxış keçirilərkən dəmir qabın içərisində sellofan torbada 1 ədəd içərisində narkotik vasitə marixuanaya bənzər bağlama aşkar edilmiş, həmçinin kreslonun arxa hissəsindən sellofana bükülmüş narkotik vasitə marixuanaya bənzər 1 ədəd bağlama aşkar edilmişdir. Axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 aprel 2021-ci il tarixli, 7/405 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “vət.Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan 02 (iki) ədəd polietilen bağlamalarada təmiz çəkiləri: 1730 qram; 1570 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs..”yazıları olan və imzalar olan kağız paketdəki 04 (dörd) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkisiləri: 19,731 qram; 14,826; 8,642 qram; 17,925 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 3361,124 qramdır (3kq 361,124 qram). Təqdim edilmiş 02 ədəd polietilen torbalarda və 04 ədəd sellofan bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdə 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 43,291 qram olan maddə, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazirlanmış narkotik vasitə - həşiş qətranıdır. Təqdim olunmuş üzərində “Şübhəli Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofon bükülüdə təmiz çəkisi - 116,28 qram olan maddə tərkiblərinə, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətrandır. Həşiş qətranlarının ümumi çəkisi - 159,571 qram, Təqdim edilmiş həşiş qətranları tərkiblərinə görə eynidirlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasıın 28 aprel 2021-ci il tarixli, 6/1690 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,322 qram, 1,921 qram, 2,051 qram, 1,791 qram ümumi təmiz çəkisi 7,085 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.; Tədqiqata təqdim edilmiş, uzərində: “şübhəli Təqsirləndirilən şəxs” yazısı olan bağlamadakı 1 (bir) bükümdə təmiz çəkisi 1200 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazirlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd və 4 ədəd bükümdəki heroinin ümumi təmiz çəkisi 1207,085 qram ( 1kq 207,085 qr ) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlerinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd və “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, İ siyahısına daxildir. Ekspertiza rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - Marixuanaların ümumi çəkisi - 3361,124 qram - cəmi tədqiqata istifadə olundu - 0,3 qram, qalıq 3360,824 qram; Həşiş qətranının ümumi çəkisi 159,571 qram - tədqiqata istifadə olundu - 0,06 qram, qalıq 159,511 qram; Heroinin ümumi təmiz çəkisi 1207,085 qram - tədqiqata 0,4 qram sərf edildiyindən qalıq 1206,685 qram qalmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 2398 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2021-ci il tarixli 6/1690 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 28 aprel 2021-ci il tarixli 7/405 nömrəli rəyi, iş üzrə şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması haqqında protokollarda göstərilənlərlə, həmçinin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv şyoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi və saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitənin üç fərqli növdə (marixuana, həşiş qətranı, heroin növündə) olmaqla, çəkilərinin külli miqdarda olması, narkotik vasitələrin ayrı-ayrılıqda kiçik bağlamalarda qablaşdırılması, evindən narkotik vasitələrin çəkilməsi üçün elektron tərəzinin aşkar olunması kimi hallar məhz onun tərəfindən qeyd olunan narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini və saxlanmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.12.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci madəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19.03.2010-cu ildə cəza müddəti başa çatdığı üçün azad olunmuşdur. Azəbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cnayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar çəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edildiyindən, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ödənilmişdir. Məhkəmə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27.04.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr - 3360,824 qram marixuana, 159,511 qram həşiş qətranı, 1206,685 qram heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməlidir. İki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılnalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 192,82 manat (bir yüz doxsan iki manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr - 3360,824 qram marixuana, 159,511 qram həşiş qətranı, 1206,685 qram heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin. İki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 192,82 manat (bir yüz doxsan iki manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1544/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1544/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver