Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1544/2022 23.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Zəhra Rahiminin nümayəndəsi «BHM və Partnyorları» Vəkil Bürosunun vəkili X2, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil X8, tərcüməçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum edilmiş, hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildiyindən Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və xx.xx.2020-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmişdir. Apellyasiya Məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Koollegiyasının 31 may 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CPM-nin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilməklə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı imperativ xarakter daşımaqla icrası məcburidir. Belə olan halda, Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti uzadılmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4.1, 303.3.1, 303.3.2 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı : 1.Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan pozuntularına yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri prokurorluğuna qaytarılsın.
2. Qərarın surəti məlumat üçün cinayət prosesinin iştirakçılarına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğuna göndərilsin. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən 01 (bir) ay, 23 avqust 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək uzadılsın.
Hakimlər: 1.(sədrlik edən) Rasim Sadıxov
2. Novruz Kərimov
3. Leyla Əsgərova-Məmmədova