Məhkəmə qərarları › İş №1(101)-1544/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1544/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1544/2023 31.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X11 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 və Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə, Mütəxəssis (müəllim-psixoloq)- X1, Müdafiəçi: Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Rasim oğlunun iştirakı ilə, xx xxxx 1986-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ARCM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə həmin hökm dəyişdirilərək, çəkilməmiş 2800 manat cərimə cəzası ona təyin edilmiş cəza ilə tam birləşdirilməklə üzərində qəti olaraq ARCM- nin 67-ci maddəsinə əsasən 2 (iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzası saxlanılmış, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 19 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və Beyləqan rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək ödənməmiş 2000 manat cərimə cəzasından azad edilmiş, həmin məhkumluğu ödənilməmiş və götürülməmiş, Beyləqan rayonunun Əlinəzərli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsi oğurlama və onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsi köməksiz vəziyyətindən istifadə etməklə təkrarən zorlama cinayət əməllərini törətmişdir. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə «Tik Tok» sosial şəbəkəsində tanış olduğu xx.xx.2008-ci il təvəllüdlü, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Zərərçəkmiş şəxs gəzintiyə çıxacaqlarını və evlənmək üçün qeydiyyat şöbəsinə gedəcəklərini vəd edib bildirməklə onu aldadaraq, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən «Laçın» adlı orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşmüş, sonuncunun görüş zamanı onu ilk dəfə görüb yaşca çox böyük olmasını bildikdən sonra ağlayıb onunla getməkdən imtina edərək, evə qayıtmaq istəməsinə baxmayaraq, buna imkan verməyib, şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün idarə etdiyi, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə zorla əyləşdirib, oğurlayaraq zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq onu faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə, yəni özünün kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gətirmiş, avtomobildə olarkən Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinə baxaraq sonuncunun yetkinlik yaşına çatmadığını, habelə yaşadığı evə çatdıqda Aysunun həm də kəmağıllılıqdan əziyyət çəkdiyini bilsə də, əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək, davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmayan, psixi inkişafı yaşına uyğun olmamaqla əqli inkişafında gerilik əlamətləri olan, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, anamnezində cəngolma tutmaları xəstəliyindən əziyyət çəkən Zərərçəkmiş şəxs bu köməksiz vəziyyətindən istifadə etməklə və onun aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs olduğunu dərk edərək, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iradəsinin ziddinə olaraq ünvan 3 ünvanında yerləşən evdə saxlamaqla, olduğu yer barədə valideynlərinə və ya kiməsə xəbər verəcəyi təqdirdə fiziki zor tətbiq edəcəyi ilə hədələyərək göstərilən ünvanda hər gün Zərərçəkmiş şəxs ilə onun iradəsi əleyhinə, zor hədəsi ilə dəfələrlə cinsi əlaqəyə girərək onu təkrarən zorlamış və zərərçəkmiş şəxsin mobil telefonla verdiyi məlumatdan sonra xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs saxlanıldığı yer müəyyən edilərək sonuncu azad edilmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə «Tik-tok» sosial şəbəkəsində yazışmaqla tanış olmuş, daha sonra bir-birilərinin mobil nömrələrini əldə etməklə «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. Aysun tanış olduqları ilk vaxtlarda 24 yaşı olduğunu və onunla ailə qurmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs özü onunla əlaqə saxlayaraq onu qaçırmasını təklif etmiş, o da bu təkliflə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən «Laçın» adlı orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşmüş, onu taksi ilə yaşadığı mənzilə aparmışdır. O, Zərərçəkmiş şəxs heç nəyə məcbur etməmiş, onu zorla qaçırmamış, onu qaçırmasını Zərərçəkmiş şəxs özü təklif etmişdir. Zərərçəkmiş şəxs onun evinə gəlmək üçün bütün əşyalarını toplamış, çanta ilə onun evinə gəlmişdir. Onun başqa niyyəti olmamış, yalnız ailə qurmaq niyyəti ilə Zərərçəkmiş şəxs öz mənzilinə gətirmişdir. O, Aysunun yetkinlik yaşına çatmadığını bilməmiş, çünki Aysun onu aldadaraq 24 yaşı olduğunu bildirmişdir. O, Aysunu öz evinə gətirdikdən sonra onun şəxsiyyət vəsiqəsini görmüş və yetkinlik yaşına çatmadığını anlamışdır. Bundan sonra o, Aysunu evinə geri qaytarmaq istəmiş, lakin Aysun evə qayıtmaq istəməmiş, həmçinin Aysunun ailəsi ilə telefon əlaqəsi saxlayan zaman onun anası da qızını geri qaytarmamağı xahiş etmiş, evində onlar üçün şərait yaradacağını, evləndikdən sonra onların evində yaşamalarını təklif etmişdir. Aysun təxminən 3 gün onun evində qalmış, bu müddət ərzində o, Aysuna toxunmamış, onunla cinsi əlaqədə olmamışdır. Belə ki, həmin vaxt onun bütün bədənində, o cümlədən cinsiyyət orqanında çiban çıxmış və cinsi əlaqədə olmaq iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Aysunu evləmək niyyəti ilə aparmış, onun şəxsiyyət vəsiqəsini əvvəldən görməmiş, onun azyaşlı olduğunu növbəti gün səhər bilmiş, bu müddət ərzində də aralarında heç bir yaxınlıq olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tam tapmışdır. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi və müəllim-psixoloqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun 15 yaşı var, məktəbdə oxumur. O, Təqsirləndirilən şəxsla «Tik-Tok» sosial şəbəkəsində yazışmaqla tanış olmuş, sonra Pərviz ona öz mobil nömrəsini, o, da Pərvizə öz mobil nömrəsini vermiş, bundan sonra telefonla əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs telefonda ona onu gəzməyə aparacağını demiş, gəmək gəzmək adı ilə onu öz evinə aparmışdır. O, Pərvizdən onu evlərinə, anasının yanına qaytarmasını xahiş etmiş, lakin Pərviz onunla razılaşmamış, onu hədələyərək ona bıçaq göstərmişdir. O, 3 gün Pərvizlə birlikdə qalmış, Pərviz ona evlənəcəklərini deməmişdir. O, Pərvizin ailə üzvlərindən heç kimi tanımamış, Pərvizin evində olduğu müddət ərzində Pərviz ona dərman vermişdir. O, həmin dərmanın nə üçün olduğunu bilməmiş, lakin həmin dərman onu yatızdırmışdır. O, Pərvizdən ona toxunmamasını xahiş etmiş, lakin Pərviz onun qolunu sıxmış, o da qışqırmışdır. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Pərviz ona «Tik-Tok» sosial şəbəkəsində «salam» yazmışdır. Onun profilindən onun səhifəsinin qıza məxsus olması aydın olmuşdur. O, özü tək qaçqınlar məktəbinin qabağına Pərvizlə görüşməyə getmişdir. Pərviz onu anasının yanına getməyə qoymamış, onu başqa yerə aparmışdır. Pərviz onu maşınla aparmış, lakin hara apardığını deməmişdir. O, Pərvizdən onu hara apardığını soruşmamışdır. O, yalnız «Tik- Tok» sosial şəbəkəsindən istifadə etmiş, həmin sosial şəbəkədə profili öz adına olmuş, profildə öz şəkli deyil, uşaq şəkli olmuşdur. O, şəxsiyyət vəsiqəsini həmin gün Pərvizə göstərmiş, Pərviz onun yetkinlik yaşına çatmadığını bilmişdir. Anasının polisə şikayəti nəticəsində Pərviz tutulmuş, o da Pərvizin evindən çıxa bilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs psixoloji problemləri olmuş, həmin vaxta qədər qızının kiminləsə danışmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxsin qohumları onunla evlilik barədə danışmamış, Aysun evdən gedən günün səhəri qızı ona zəng edərək Pərvizin yanında olduğunu demişdir. O, qızını tapanda uşaq pis vəziyyətdə olmuş, daha sonra onun barəsində ekspertiza keçirilmişdir. Onlar təqsirləndirilən şəxslə barışmamışlar, ona qarşı şikayətçidirlər. Məhkəmə iclasında könüllü olaraq şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid3 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs Bakı şəhərinə işləməyə gəlmiş, 11 dekabr 2022-ci il tarixdə oğlu ona zəng edərək bir qızla evlənmək istədiyini demişdir. O da əgər xoşuna gəlirsə, qızın ailəsi ilə tanış olmağa və onu evləndirməyə razı olduğunu bildirmişdir. Pərviz qızla onu telefonda danışdırmış, o, qızdan 11-ci sinfi bitiribbitirmədiyini, ata və anasının kim olduğunu soruşmuş, qız da ona 24 yaşı olduğunu və 11ci sinfi bitirdiyini demişdir. O, Pərvizin qızı qaçırmasından təxminən 1 həftə əvvəl qızla danışmışdır. Bu hadisə qızın razılığı ilə olmuş, qız oğluna onu qaçırmasını özü təklif etmişdir. Oğlu Pərviz də qıza inanıb onu qaçırmışdır. Oğlu qızı evə gətirdikdən sonra Aysun öz istəyi ilə gəldiyini demişdir. O, Aysun Pərvizlə qaçdıqdan 1 gün sonra qızın yetkinlik yaşına çatmadığını öyrənmişdir. Bunu öyrəndikdən sonra oğluna qızı geri qaytarmasını tapşırmış, lakin oğlu razılaşmamış, qız özü də getmək istəmədiyini demişdir. Aysunun Pərvizlə gəlməsindən anasının xəbəri olmuş, anası qızın çantasını yığıb göndərmişdir. Bu barədə qızın özü ona məlumat vermişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Aysunu görməmiş, yalnız telefonla danışmışdır. Oğlu həmin qızı sevdiyi üçün qaçırmışdır. Zərərçəkmiş şəxs və onun ailəsi oğlunu aldatmışlar. Onların başqa niyyəti olmuş, qızın böyük bacısı da bu yolla evlənib, daha sonra həmin adamı da həbs etdiriblər. O, qızın yetkinlik yaşına çatmadığını bilsə, oğlunun onu qaçırmasına razı olmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhərində yaşamış, aradabir qardaşı ilə danışmışdır. 12 dekabr 2022-ci ildə qardaşı ona bir qızla tanış olduğunu və onunla evlənmək istədiyini bildirmişdir. Qardaşı həmin qızı qaçırdıqdan sonra o, 2 dəfə qızla telefonla danışmışdır. Həmin qız normal danışa bilməmişdir. O, qız evdə olanda Pərvizin evinə getməmiş, lakin həmişə olduğu kimi qardaşına taksi ilə yemək göndərmişdir. Onun hadisə haqqında başqa məlumatı olmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, qardaşını azadlığa çıxandan sonra görməmiş, lakin qardaşı həbsdə olanda da, həbsdən çıxdıqdan sonra da ona yemək göndərmişdir. Qardaşı tutulduqdan sonra qız hər gün ona yazıb onu bezdirmiş, gəlib onu aparmalarını istəmişdir. Onun qardaşının qızı qaçırmasından sonradan xəbəri olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, Ağsu rayonu, Təklə kəndində atası, anası, qardaş və bacısı ilə bir evdə yaşayır. Özü hazırda rayonda əkinçilik, maldarlıqla məşğul olur. Təqsirləndirilən şəxs adlı şəxsi isə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən Elnur adlı şəxsə məxsus avtoyuma yerindən tanıyır. Belə ki, o, həmin avtoyuma yerində 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayına kimi olan müddətdə işləmişdir. Hər işçi orada yarı-yarıya işləmiş, yəni gündəlik qazandıqlarını Elnurla yarıya bölmüşlər. Həmin müddətdə Təqsirləndirilən şəxs da həmin avtoyuma yerində onun kimi təmizlikçi işləmiş, orada işlədiyi müddətdə o, həmin avtoyuma yerinin yaxınlığında Səadət adlı qadının kirayəyə verdiyi bir otaqda Elgün adlı şəxslə birlikdə aylıq 70 manata qalmışdır. Təqsirləndirilən şəxs da həmin qadının bir həyətdə kirayəyə verdiyi onunla Elgünün yaşadığı otaqla divarı bir olan otaqda ayrıca tək kirayədə qalmışdır. Pərviz avtomobilləri yaxşı yumadığı üçün müştərilər sonuncudan şikayət etmişlər. O, Pərvizin əvvəllər məhkum olunduğunu bilməmişdir. Həmin dövrdə «Tik-Tok» sosial şəbəkəsində hazırda adını tam xatırlamadığı hesab işlətmiş, həmin profil hesabıda qazi olduğu üçün hərbi mövzulu paylaşdığı şəkillərinə və musiqili videogörüntülərinə görə təqribən 1000 nəfərdən artıq izləyicisi olmuş, həmin izləyicilərdən biri də Aysun adlı bir qız olmuşdur. O, Aysunla heç vaxt hər hansı formada danışmamış, ünsiyyətdə olmamış, sonuncunu əvvəllər tanımamışdır. Aysunun «Tik-Tok» hesabında öz şəkili olmamış, yanlış xatırlamırsa profilində gül şəkili qoymuşdur. Günlərin birində Pərviz onun yaşadığı otağa gəldikdə o, «Tik-Tok» hesabına baxan zaman Pərviz də onların qaldığı otağa gəlmiş, birlikdə çay içərkən Pərviz onun izləyici siyahısında olan Aysun adlı bir izləyicinin onun videosuna bəyəni qoyduğunu görüb həmin qızın mobil nömrəsini ondan istəmiş və sonuncunun kim olduğunu soruşmuş, o, da Pərvizə həmin qızı tanımadığını, mobil nömrəsinin də onda olmadığını bildirmiş, bu zaman Pərviz Aysun adlı həmin qızın profil adını götürüb öz mobil telefonundan həmin qıza yazmağa başlamışdır. Həmin vaxt aralarında başqa söhbət olmamış və 2-3 gün müddətində Pərvizdən məlumatı olmamışdır. Bundan sonra təxminən 15-17 gün sonra telefonu yandığı üçün onu tullamış, Pərviz Aysun adlı qızın profil hesabını ondan aldıqdan 2-3 gün sonra onlara ailəsini də yaşadığı kirayə evinə gətirəcəyini bildirmiş, o, Pərvizə buranın ailə yeri olmadığını dedikdə, sonuncu ailəsini gətirib burada yaşayacağını təkrarlamış, iki-üç gün sonra Pərvizi polislərin saxladığını eşitmişlər. Pərvizi həmin vaxt çiban basmış və sonuncu içki içdiyi üçün Pərvizlə heç kim qalmamışdır. Aysun orada qaldığı 3 gün müddətində Pərviz onlara Aysunu ailəsi kimi təqdim etmiş, lakin onlar ailə dedikdə Pərvizin Aysunu nəzərdə tutduğunu, ümumiyyətlə dəqiq olaraq otaqda Aysunun olmasını bilməmişlər. Pərviz onlara sadəcə ailəsi ilə birlikdə yaşadığı demişdir. O, həmin 3 gün müddətində Pərvizin ailəsi kimi təqdim etdiyi Aysunu görməmiş, Pərviz hər gün otağı bayırdan bağlayıb getmiş və içəri də hər kim var idisə onlar həmin şəxsin kim olduğunu görməmişlər. Həmin bu 3 gün müddətində üzünü görmədiyi Aysun adlı həmin qızın gecələr “etmə, səsimizi eşidərlər...” kimi sözlər dediyini eşitmiş, sonradan öyrənmişdir ki, Pərviz Aysunu qaçıraraq oraya gətirmişdir. (cild İİ, i/v: 239-242) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1016 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, qərarda göstərilən vaxta uyğun gələ bilər, Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. (cild İ, i/v: 40-43) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 11/628 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək, davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs araşdırma zamanı verdiyi izahatı təzyiq və yaxud təsir altında verib-verməməsini müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs məhkəmə-psixoloji ekspertizası zamanı hadisə barəsində informasiyalar verərkən onun psixikasında və davranışında kənar psixoloji təzyiq əlamətləri müəyyən olunmadı. Zərərçəkmiş şəxs psixi inkişafı yaşına uyğun olmamaqla əqli inkişafında gerilik əlamətləri müəyyən olunur. (cild İ, i/v: 134-138) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 146 saylı rəyindən görünür ki, X7 aparılmış müayinəsinə əsasən Zərərçəkmiş şəxs hər hansı bir zöhrəvi xəstəlik aşkar edilməmişdir. QİÇS-lə Mübarizə Mərkəzinin İİV-ə müayinəsinə əsasən Zərərçəkmiş şəxs insan immunçatışmazlığı virusu yoxdur. (cild İİ, i/v 243-246) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 145 saylı rəyindən görünür ki, Ş.Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər mübətdir. Ş.Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Ş.Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Ş.Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəyə təqdim edən penitensiar xidmətin əməkdaşları tərəfindən onun Dəri-zöhrəvi dispanserinə aparılması təmin edilmədiyi üçün bu sualı cavablandırmaq mümkün olmamışdır. (cild İİ, i/v: 247-250) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş komisyon kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona itttiham əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müşahidə edilir. Təqsirləndirilən şəxs törətdiyi əmək dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyyacı yoxdur, hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları (yaddaş, diqqət, qavrama, təfəkkür, təxəyyül, dərketmə və s.) normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psıxiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edədək hər hansı dəyişiklik (psixiemosional gərginlik, stress, frustrasiya, qorxu, həyəcan, fizioloji və ya kumulativ affekt və s.) yaranmamışdır. Emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. (cild İİ, i/v: 251-255) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nin 12441 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə gündüz stasionarı şöbəsində ambulator müalicədə olmuşdur. Diaqnoz: Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. Anamnezində cəngolma tutmaları. (cild İ, i/v 46) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş X12 PHŞ-nin 1536 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə həmin Mərkəzdə “Bartolinit vəzinin obsesi” diaqnozu ilə stasionar müalicə edilmişdir. (cild İ, i/v: 52, 54) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 07 aprel 2023-cü il tarixli hadisə yerinə əlavə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Evin həyətinin giriş qapısı təklaylıdır, taxta materialdandır, bayıra doğru açılır, içəri tərəfindən avtomatik olaraq örtülməsi üçün dəmir burjun bərkidilmişdir. Qeyd olunan qapının bayırdan bağlana bilməsi və kilid keçirilməsi üçün qapının özündə və dayaq taxtasında hərəsində bir ədəd olmaqla cəmi iki ədəd dəmir həlqə vardır. Bundan başqa, qapının içəridən bağlana bilməsi üçün sual şəkilli dəmir materialdan düzəldilmiş, əl ilə bağlana bilən kilid də vardır. Qapıdan həyətə daxil olduqda irəlidə qapısı kilidli hamam vardır. Buradan bir qədər sola getdikdə sağ istiqamətdə ensiz cığır görünür. Həmin çığırla bir qədər irəlilədikdə sağ divar boyunca qırmızı rəngli kərpiç, pəncərə və hadisənin baş verdiyi evin giriş qapısı vardır. Evin giriş qapısı taxta materialdandır, qırmızı rəngə boyanmışdır, orta hissəsində qarşı tərəfi göstərməyən üzərində naxışlar olan şüşə vardır. Qeyd olunan qapının həm içəridən, həm bayırdan dairəvi şəkilli dəstəyi vardır. Qapı təklaylı olmaqla, bayıra doğru açılır, bayırdan kilid vurularaq bağlanıla bilməsi üçün iki ədəd metal həlqə bərkidilmişdir. Həmin qapının içəri hissəsində isə əl ilə sağa-sola istiqamətdə hərəkət etdirilə bilən “Slide” formalı kilid vardır. Giriş qapısından evə daxil olduqda evin bir otaqlı olması məlum oldu. Evin döşəməsi kilim və xalçalarla döşənmişdir. Girişdən solda bir ədəd köhnəmiş vəziyyətdə olan şkafın üzərində qaz plitəsi, qazan, yaşıl çaydan, kibrit qutusu, parçalar, irəlidəki şkafın üzərində isə ağ sellofana yığılmış paltarlar, qab şampunu, hamam şampunu, boşqablar vardır. Qeyd olunan hər iki şkafın üzərində bir ədəd gümüşü rəngli kilidlər vardır. Girişdən sağ tərəfdə isə iki ədəd yataq, həmin yataqların düz ortasında sonuncularla eyni hündürlükdə bir ədəd masa, həmin masadan bir az irəlidə divarın dibində daha bir masa vardır. Həmin masanın üzərində içərisinə su doldurulmuş “Coca Cola” plastik butulkası, tava, qaşıq vardır. Yataqların ortasındakı masanın üzərində isə bir ədəd qara rəngli dəstəkli bıçaq, stəkan, çörək və bez vardır. Qeyd olunan otaqdan ikinci bir otağa qapı və ya keçid aşkar edilmədi. Baxışda iştirak edən ev sahibi X5 həmin evi Təqsirləndirilən şəxs kirayəyə verdiyini, həmin dövrdən hazırkı vaxtədək evin konstruksiyasında hər hansı dəyişiklik edilmədiyini, Pərvizin 2022-ci ilin dekabr ayında həmin evə gətirdiyi qızı yalnız bir dəfə gördüyünü, qızın azyaşlı olmasını sonuncunun üzündən hiss etdiyini, bu səbəbdən Pərvizə qızı evinə göndərməsini dediyini, bu məlumatı isə ona Pərvizin qaldığı otaqda yaşayan adı deyəsən "Rövşən” olan bir oğlanın verdiyini, Pərviz tutulduqdan sonra sonuncunun anasının oraya gəlib Pərvizin əşyalarını apardığını, qeyd olunan qızla danışan zaman həmin qızın ona Pərvizin yanına könüllü gəldiyini dediyini, hadisə ərəfəsində Pərvizin yaşadığı otaqda yaşıl və ya göy rəngli bıçaq olduğunu, hazırda həmin otaqda başqa bir şəxsin yaşadığını, hazırda görünən əşyalarında həmin şəxsə məxsus olduğunu bildirdi. (cild İİ, i/v: 144-157) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 17 mart 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefona baxış keçirilmiş və telefonun “Qeyd” adlı mobil tətbiqə daxil olan zaman bir ədəd baş nahiyəsi görünməyən çılpaq qadın fotoşəkili, həmçinin Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yarıçılpaq vəziyyətdə iki ədəd fotoşəkilləri aşkar olunmuşdur. (cild İ, i/v: 205-214). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 may 2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan diskdə olan “SMS_Tarixcesi **********1621 705012456” adlı fayla daxil olduqda ********* saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə “Şəkil at mənə, İndi danışmaq olmur. Nə olub?, Şəkilini atda mənə, Darıxma inşallah bir yerdə olarıq, Evdə deyiləm xallam diyəyyəm, Səhər mənə zəng elləyərsən, Mən yatıram. Pərviz, mənə zəng ellə sözüm var xahiş edirəm, Danışa bilmirəm. Sonra zəngləşərik» məzmunlu SMS-lərin göndərildiyi aşkar olunmuşdur. Zenglerin_Mexsusluq_Tarixceleri **********4719 705012456_NAR_4” adlı fayla baxış keçirdikdə ********* X2 məxsus olduğu müəyyən edilmişdir. “Zenglerin_Detallasmasi **********4650 704326251_4” adlı fayla baxış keçirirkən ********** saylı mobil nömrə istifadəçisinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində UABS5999F/UABS5999 Bine Lacin school/ “Abşeron rayonu, Hövsan südçülük savxozu "/Khazar, LABS599901/İ_ABS5999 Bine Lacin school/"Abşeron rayonu, Hövsan südçülük savxozu "/Khazar, UABS5999F/UABS5999 Bine Lacin school/ “Abşeron rayonu, Hövsan südçülük savxozu" /Khazar, USVN2788A/GSVN2788 Yenikend_SVN/"Salyan rayonu, Yenikənd kəndi" /Salyan, USVN2054A/GSVN2054 Beylagan/"Beyləqan şəh., M.Ə.Rəsulzadə küç, Beyləqan Rayon İcra Hakimiyyəti yanı” /Beylagan” kimi anten dairələrində olmaqla Binəqədi rayonu ərazisində olmadığı müəyyən edilmişdir. “Zenglerin_Detallasmasi **********4714 705012456_4” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil nömrənin xx.xx.2022-ci il tarixdə saat 18:50:55-də UABS3047C/UABS3047 Bina gesebesi/"Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu”/Khazar”, 23:21:42-də isə LBBK109701/LBBK1097 GRSKAFE/ “Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 30 Naxçıvani küçəsinin kəsişməsi bina 107/ Binagadi” anten dairəsində olduğu müəyyən edilmişdir. (cild İİ, i/v 209-238). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefonlar, habelə cinayət işinin materiallarına əlavə edilmiş içərisində audioyazılar olan bir ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild İİİ, i/v: 22- 43) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ifadə verərək zərərçəkmiş şəxsi evlənmək niyyəti ilə öz mənzilinə apardığını, ona qarşı zor tətbiq etmədiyini, onunla ümumiyyətlə cinsi əlaqədə olmadığını bildirməklə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun qeyd olunan məzmunda ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin azyaşlı olmasını bilmədiyini, zərərçəkmiş şəxsin onu aldadaraq 24 yaşı olduğunu dediyini, zərərçəkmiş şəxslə 3 gün bir mənzildə qalsa da, onunla cinsi əlaqədə olmadığını bildirsə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs Aysun Bağıyeva xarici görünüşcə tamamilə öz yaşına uyğun görüntüdədir və təqsirləndirilən şəxsin onun 24 yaşında olmasına inanması ağlabatan və inandıcı deyil. Həmçinin təqsirləndirilən şəxs özü öz ifadəsində zərərçəkmiş şəxsi mənzilinə gətirdikdən sonra onun şəxsiyyət vəsiqəsini gördüyünü, onun azyaşlı olmasından xəbərdar olduğunu, lakin qorxduğu üçün zərərçəkmiş şəxsi evinə geri qaytarmadığını bildirmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin ümumiyyətlə zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaması ilə bağlı ifadəsinə də qiymət verərək qeyd edir ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1016 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, qərarda göstərilən vaxta uyğun gələ bilər. Həmçinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 145 saylı rəyindən görünür ki, Ş.Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər mübətdir. Ş.Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Qeyd” adlı mobil tətbiqdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birlikdə yarıçılpaq vəziyyətdə iki ədəd fotoşəkilləri aşkar olunmuşdur. Ona görə də məhkəmə həmin hissədə də təqsirləndirilən şəxsin ifadəsini törətmiş olduğu cinayət üzrə məsuliyyətdən yaxa qurtarmağa çalışmaq məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxslə birlikdə evə gəldikdən sonra onun tam normal olmadığını, müəyyən əqli gerilik əlamətləri olduğunu gördüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin psixi sağlam olmaması, onun əqli gerilik əlamətləri göstərməsini bildiyi halda onunla cinsi əlaqədə olması artıq özü-özlüyündə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməsinin göstəricisidir. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkilik yaşına çatmayan, əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək, davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmayan, psixi inkişafı yaşına uyğun olmamaqla əqli inkişafında gerilik əlamətləri olan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq gəzintiyə çıxmaq və evlənmək üçün qeydiyyat şöbəsinə getmək adı ilə aldadaraq və zorla dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə mindirərək yaşadığı evdə aparıb orada Zərərçəkmiş şəxs bu köməksiz vəziyyətindən istifadə etməklə onun aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs olduğunu dərk edərək ünvan 2 ünvanında yerləşən evdə saxlamaqla, valideynlərinə və ya kiməsə xəbər verəcəyi təqdirdə fiziki zor tətbiq edəcəyi ilə hədələyərək göstərilən ünvanda hər gün Zərərçəkmiş şəxs ilə dəfələrlə cinsi əlaqədə olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu - zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, hadisə yerinə, mobil telefonlara və sənədə baxış protokolları, habelə ekspertiza rəyləri və digər sübutlarla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxs tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və müvafiq məhkəmə hökmləri və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, həmin hökmlər üzrə müvafiq qaydada məhkumluqları ödənilmiş və götürülmüşdür. Bununla belə o, sonuncu dəfə Beyləqan rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə ARCM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə həmin hökm dəyişdirilərək, çəkilməmiş 2800 manat cərimə cəzası ona təyin edilmiş cəza ilə tam birləşdirilməklə üzərində qəti olaraq ARCM- nin 67-ci maddəsinə əsasən 2 (iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzası saxlanılmış, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 19 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və Beyləqan rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək ödənməmiş 2000 manat cərimə cəzasından azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, həmin məhkumluğu ödənilməmiş və götürülməmişdir. (cild İ, i/v 147-150; cild İİ, i/v 41-46; 47-53; 54-56) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər dəfələrlə məhkum olunmasını, cinayət törətməyə meyilli şəxs olmasını, habelə islah olunmayan şəxs olmasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 94), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild İİ, i/v: 129-133). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sahiblərinə qaytarılmalı (Təqsirləndirilən şəxs məxsus mobil telefona münasibətdə təqsirləndirilən şəxsin yaxın qohumlarına), həmçinin iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci var (cild İ, i/v: 135) və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X6 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ona 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sahiblərinə qaytarılsın (Təqsirləndirilən şəxs məxsus mobil telefona münasibətdə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın), həmçinin iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri- 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Rasim oğluna 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar