Məhkəmə qərarları › İş №1(101)-1544/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1544/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1544/2025 29.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)-1544/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Bakı Ağır Cinayətlər Məhkəməsi 29 oktyabr 2025-ci il Bakı şəhəri X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və X20 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 və X5, müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1956-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış, Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 fevral 2025-ci il tarixli 4(009)-82/2025 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı şəhərində olarkən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş xarici ölkələrdə yaşamaqla müxtəlif sosial şəbəkələrdə müntəzəm olaraq Azərbaycan Respublikasına qarşı təxribat xarakterli çıxışlar edən Azərbaycan Respublikası vətəndaşları X11 və X6, eləcə də X12 “Youtube” platforması və digər sosial şəbəkələrdən əldə etdiyi xarici ölkələrin mobil operatorlarına məxsus nömrələri ilə əlaqə saxlayıb sövdələşməklə, 28 may 2023-cü il və 16 iyul 2024cü il tarixlərdə Qurban Məmmədova, 26 və 27 oktyabr 2024-cü il tarixlərdə Teymur Eminova, habelə 21 fevral 2025-ci il tarixdə Qabil Məmmədova sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılması üçün dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda Azərbaycan dövlətinə qarşı nifrət yaradılmasını təşviq edən təhrif edilmiş məlumatlar ötürərək, həmin şəxsləri Azərbaycan Respublikası vətəndaşları tərəfindən toplaşıb güc tətbiq etməklə və digər kütləvi qanunsuz hərəkətlər törədərək ölkə ərazisində hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına yönələn təkrar açıq çağırışlar etməyə, habelə mediada bu cür məzmunlu materialları yaymağa sövq edib dövlət əleyhinə yönələn açıq çağırışlara təhrik etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində 25 fevral 2025-ci il tarixdə, saat 17:05 dəqiqədə tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A04” markalı “SM- A045F/DS” modelli mobil telefona baxış keçirilməsi haqqında 27 fevral 2025-ci il tarixli baxış protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma mobil tədbiqi vasitəsilə xarici ölkələrdə yaşamaqla müxtəlif sosial şəbəkələrdə müntəzəm olaraq Azərbaycan Respublikasına qarşı təxribat xarakterli çıxışlar edən istifadəsində +**********036 saylı mobil nömrə olan X9, istifadəsində +**********59 saylı mobil nömrə olan X7, istifadəsində +**********3 və +**********8 saylı mobil nömrələr olan X2 və yazılı mesajlar göndərərək dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda Azərbaycan dövlətinə qarşı nifrət yaradılmasını təşviq edən təhrif edilmiş məlumatlar ötürərək, ölkə ərazisində hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına yönələn təkrar açıq çağırışlar etməyə, habelə mediada bu cür məzmunlu materialları yaymağa sövq edib dövlət əleyhinə yönələn açıq çağırışlara təhrik etməsi müəyyən edilmişdir. Həmin danışıqlardan bəziləri aşağıdakılardır: xx.xx.2025-ci il, saat 23:21-də Təqsirləndirilən şəxs WhatsApp Audio səs yazısı: "Qabil, Elşada baxıram, tam doğru deyir. Ancaq ayağa qalxmaq üçün camaatın taqəti qalmayıb. Çox da qalmayıb, qısa müddətdə qalxacaq, ancaq camaatın üstünə getmək lazımdı. Danlasın, desin düz deyir. Çox desin özdə, lap səndə de düz deyirsən. Bunları siz qaldırmasaz kim qaldıracaq. Burdan çətin məsələdi. Düzdü Əli müəllimdə çalışır, ancaq qalxan azdı. Bizdə hərtərəfli çalışırıq. Allah qoysa, mənə elə gəlir 2 aya qalxar camaat. Kömək eliyin. İncimiyin, incimiyin camaatdan. Camaatı bədbaxt eləyiblər. Nə deyirsiz düzdü. Sağolun." xx.xx.2025-ci il, saat 13:47-də Qabil Məmmədov WhatsApp-da məlumatı qəbul etməsinə dair mesaj göndərmişdir.xx.xx.2023-cü il, saat 03:48-də Qurban Məmmədovun WhatsApp mesajı: "Salam Ədalət bəy. İndi işləmirsizmi? xx.xx.2023-cü il, saat 10:10-da Təqsirləndirilən şəxs WhatsApp mesajı: "Xeyir, ishlemirem. İki defe meni ishden cixariblar. Bizimkilere burda ish yoxdu. Ushaqlarimida ishden cixariblar. Bir qeder vekil ishtedim, bu dehsetdir, qanunsuzluq bash alıb qedir. Erze verdim cixdim. Siz ve avropada olan siyasetciler, bir lider qabaqa cıxartsanız, biz onun arxasinda birleshe bileriy. Size inanan çoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 4(009)-82/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 fevral 2025-ci il tarixdən hesbalanmışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sosial şəbəkələrə baxış keçirilməsi haqqında 14 mart 2025-ci il tarixli baxış protokolunun məzmunundan görünür ki, “Youtube” platformasında mövcud olan və müxtəlif sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasına qarşı təxribat xarakterli çıxışlar edən Azərbaycan Respublikası vətəndaşı X15 tərəfindən yaradılaraq idarə olunan “ABA Media” adlı kanalda iş üzrə Təqsirləndirilən şəxs “Whatsapp” üzərindən əlaqə saxladığı İsveç mobil operatoruna məxsus və Teymur Eminovun istifadəsində olan +**********8 saylı mobil nömrənin, o cümlədən “Youtube” platformasında mövcud olan Azərbaycan Respublikası vətəndaşı X11 tərəfindən yaradılaraq idarə olunan “AzerFereedom TV” adlı kanalda iş üzrə Təqsirləndirilən şəxs “Whatsapp” üzərindən əlaqə saxladığı Qurban Məmmədova məxsus +**********59 saylı mobil nömrənin qeyd olunması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli 4/559-4/571-4/598 saylı kompleks məhkəmə fonoskopiklinqvistik ekspertizasının rəyinin məzmunundan görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 01 ədəd “hp” markalı CD-R diskdə olan “İMG_3041” adlı mübahisəli videofonoqramdakı tədqiqatı tələb olunan danışıqlar şəxsiyyəti eyniləşdirmək üçün yararlıdır. 2. Ekspertizaya təqdim olunmuş 01 ədəd “hp” markalı CD-R diskdə olan “İMG_3041” adlı mübahisəli videfonoqramdakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətdən ibarətdir. 3. Ekspertizaya təqdim olunmuş 01 ədəd “hp” markalı CD-R diskdə olan “İMG_3041” adlı mübahisəli videofonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi –Təqsirləndirilən şəxs məxsusdur. 4. Ekspertizaya təqdim olunmuş 01 ədəd “hp” markalı CD-R diskdə olan “İMG_3041” adlı mübahisəli videofonoqram üzrə aparılmış audutiv və liinqvistik tədqiqatların nəticələrinə görə mübahisəli videofonoqramda qeydə alınmış ayrı-ayrı səsli mesajlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. 5. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd hp markalı CD-R diskdə qeydə alınmış “İMG_3041” adlı səs faylında aşkar edilmiş məlumatlarda ekspert qarşısına qoyulmuş suala əsasən, dövlət əleyhinə yönələn açıq çağırışlara təhrik etmə alamətləri müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A04” markalı “SM-A045F/DS” modelli mobil telefon maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Youtube” platformasına baxış keçirilməsi haqqında 18 mart 2025-ci il tarixli baxış protokolunun məzmunundan görünür ki, 15 mart 2025-ci il tarixdə İctimai-TV-də yayımlanmış Baş Prokurorluğun qanunvericiliyə uyğun olaraq təqdim etdiyi rəsmi məlumatda Azərbaycan Respublikası vətəndaşı X6 Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 29 oktyabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan olunması, eləcə də iş üzrə toplanmış sübutların məcmusuna əsasən 17 iyul 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi üzrə yenidən ittiham elan edilməsi üçün qərar qəbul edilməsi, həmçinin Azərbaycan Respublikası vətəndaşı X3 Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 07 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində axtarış elan olunması, 13 mart 2025-ci il tarixdə isə Qurban Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilməsi qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi etirafedici ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxx 1956-ci ildə Masallı rayonunda doğulmuş, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin “hüquq” fakültəsini bitirmiş, Universiteti bitirdikdən sonra Naxçıvan şəhərində Səhiyyə Nazirliyi nəznində olan X10 “hüquq məsləhətçisi” vəzifəsində işə başlamışdır. 1985-1989-cu illərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Komunist Partiyasının Naxçıvan Vilayət Komitəsində təlimatçı vəzifəsində, 1989-1990-cı illərdə Naxçıvan Muxtar Respublikası Prokurorunun böyük köməkçisi vəzifəsində çalışmış, 1990-cı ildə isə Azərbaycan Respublikası Baş Prokurorluğunda “Ümumi nəzarət idarəsi”-nin prokuroru vəzifəsinə təyin olunmuşdur. Bir müddət sonra isə həmin idarənin şöbə rəisi vəzifəsinə təyinat almışdır. 1993-cü ilin aprel ayından 2000-cı ilin sentyabr ayınadək Masallı rayon məhkəməsinin hakimi və sədri vəzifələrində çalışmış, 2000-2005-ci illərdə isə hər hansı bir fəaliyyətlə məşğul olmamışdır. 2005-ci ildən yenidən prokurorluq orqanlarına təyinat almış və 2005-2007-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun istintaq işləri üzrə köməkçisi, 2007-2012-ci illərdə isə qəbul üzrə köməkçi vəzifələrində çalışmışdır. 2012-2016-cı illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Təşkilati analitik idarə”-nin prokuroru vəzifəsində işləmişdir. 2016-cı ilin noyabr ayından prokurorluq orqanlarından təqaüdə göndərilmiş və 2017-2019-cu illərdə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili kimi fəaliyyət göstərmişdir. Verilən suallara cavab olaraq o, oğlu İlqar Həşimovun əvvəllər Nəsimi RPİ-nin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində çalışdığını, lakin 2019-cu ildə guya biznes fəaliyyəti ilə məşğul olduğu üçün DİN orqanlarından xaric edildiyini qeyd etmişdir. Həmçinin həmin ildə digər oğlu Vüqar Həşimov DYP isnpektoru vəzifəsindən kənarlaşdırılaraq Xətai RPİnin sahə rəisi vəzifəsinə keçirilmiş, lakin oğlu işə getməkdən imtina etdiyi üçün DİN orqanlarından xaric edilmişdir. O, övladları ilə bağlı verilmiş bu qərarların övladlarına qarşı haqsız qəbul olunduğunu və bu səbəbdən də dövlət strukturlarına qarşı narazılığının yarandığını bildirmişdir. 2023-cü ilin noyabr ayında oğlu İlqar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Belə ki, oğlu İlqar DİN orqanlarında çalışdığı dövrdə dostundan biznes quracağı adı altında dələduzluq yolu ilə 146.000 ABŞ dolları məbləğində pul vəsaiti alaraq aldatmaqda təqsirli bilinmiş və oğlunun barəsində toplanmış cinayət işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılmışdır. Övladlarına qarşı haqsız qərarlar qəbul olunduğundan o, bir neçə dəfə müxtəlif dövlət orqanlarına ərizə ünvanlamış, lakin müsbət cavab almamışdır. O, yerli dövlət orqanlarından kömək ala bilmədiyini görüb xaricdə yaşayan və orada siyasi fəaliyyətlə məşğul olan şəxslərlə əlaqə saxlamaq qərarına gəlmişdir. Bu səbəbdən də o, 2023-cü ilin aprel ayında İngiltərədə siyasi fəaliyyətlə məşğul olan, “Youtube” platformasında “AzerFreedom TV” kanalını idarə edən istifadəsində olan +44 7859 168159 saylı mobil nömrəsi olan Qurban Məmmədov ilə “Whatsapp” ani mesajlaşma mobil tədbiqi üzərindən əlaqə saxlamışdır. O, Qurban ilə tələbə yoldaşı olduğundan sonuncu ilə əvvəldən tanışlığı olmuş və aralarında yaxşı münasibətləri olmuşdur. Qurban ilə danışıqları zamanı “Youtube” platformasında yayımladığı video çıxışları izlədiyini, fikirləri ilə razı olduğunu və hər cürə Qurbana dəstək olduğunu bildirmişdir. Qurban da öz növbəsində dəstək olduğu üçün ona öz təşəkkürünü bildirmişdir. Bundan başqa o, 2023cü ilin sentyabr ayında İsveçrədə siyasi fəaliyyətlə məşğul olan Teymur Emimbəyli ilə əlaqə saxlamaq qərarına gəlmiş və bu məqsədlə “Youtube” platformasında Teymur Emimbəyli tərəfindən idarə olunan “ABA Media” kanalında qeyd olunmuş və Teymurun istifadəsində olan +46 70 776 03 03 saylı mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma mobil tədbiqi üzərindən əlaqə saxlamışdır. Teymurla da söhbətləri zamanı “Youtube” platformasında yayımladığı video çıxışları izlədiyini, fikirləri ilə razı olduğunu və dəstəyini bildirmişdir. 2024-cü ilin oktyabr ayında Almaniyada siyasi fəaliyyətlə məşğul olan Qabil Məmmədov ilə də əlaqə saxlamaq qərarına gəlmişdir. Belə ki, Qabil çıxışlarını daha emosional və çılğın etdiyindən o, Qabil ilə əlaqə saxlayıb fikirlərini çatdırmaq istəmişdir. Bununla əlaqədar “Youtube” platformasında Qabil tərəfindən idarə olunan “Haqsızlığa susma!” kanalında qeyd olunmuş Qabilin istifadəsində olan +**********036 saylı mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma mobil tədbiqi üzərindən əlaqə saxlamış və əlaqə zamanı Qabilə video çıxışları izlədiyini və əksər fikirləri ilə razı olduğunu bildirmişdir. Əlavə suallara cavab olaraq o, istifadəsində olan “Samsung A04” markalı mobil telefonundan aşkar olunan xarici ölkələrdə yaşamaqla orada siyasi bloqer kimi fəaliyyət göstərən Qurban Məmmədov, Teymur Eminbəyli və Qabil Məmmədova göndərdiyi səsli və yazılı mesajları yaşadığı evdə olarkən, internet şəbəkəsinə qoşularaq göndərdiyini, həmin mesajları göndərməkdə məqsədinin yerli dövlət orqanlarından olan əsəbini soyutmaq, dövlət hakimiyyət orqanlarına qarşı mübarizə üçün mitinqlərə çıxmaq, bununla da narazılığını bildirməyə, bu istiqamətdə hər şeyə hazır olduğunu çatdırmaq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun əməlində cinayət tərkibi yoxdur. Bütün hadisələrinin yaranmasına səbəb dövlət orqanlarının rəhbərləri tərəfindən ona qarşı haqsızlığın olunmasıdır. Belə ki, övladı əsassız olaraq daxili işlər orqanlarından xaric edilmiş, barəsində cinayət işi açılaraq qanunsuz olaraq həbs edilmişdir. Bu məsələ ilə bağlı bir çox dövlət orqanlarının rəhbərlərinə və səlahiyyətli şəxslərə müraciət etməsinə baxmayaraq ona qarşı etinasızlıq göstərilmiş, şikayətlərinə baxılmamışdır. Bu səbəbdən də oğlunun qanunsuz həbs edilməsi barədə faktları işıqlandırmaq və problemi həll etmək məqsədi ilə əvvəldən də şəxsi tanışlığı olan Qurban Məmmədov adlı şəxslə telefon danışığı etmiş, Almaniyada yaşayan bloger Qabil Məmmədova isə sadəcə mesaj göndərmişdir. Lakin daha sonra vəziyyətin daha da pisləşəcəyini fikirləşərək həmin şəxsləri sosial şəbəkələrdən blok etmişdir. Ömrünün əsas hissəsini dövlətçiliyə həsr etmişdir. Bəzi məmurlara qarşı aqresiyası olsa da onun dövlətə və dövlətçiliyə qarşı heç bir qərəzi olmamışdır. Sadəcə özü və ailəsinə qarşı olunmuş haqsızlıqlara görə əsəbi olmuş və belə bir səhv etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 32.4. ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Maddə 281.2. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 11.1. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Maddə 25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 59.2 cəza təyin edilərkən Bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş xarici ölkələrdə yaşamaqla müxtəlif sosial şəbəkələrdə müntəzəm olaraq Azərbaycan Respublikasına qarşı təxribat xarakterli çıxışlar edən Azərbaycan Respublikası vətəndaşları X11 və X6, eləcə də X12 “Youtube” platforması və digər sosial şəbəkələrdən əldə etdiyi xarici ölkələrin mobil operatorlarına məxsus nömrələri ilə əlaqə saxlayıb sövdələşməklə dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda Azərbaycan dövlətinə qarşı nifrət yaradılmasını təşviq edən təhrif edilmiş məlumatlar ötürərək, həmin şəxsləri Azərbaycan Respublikası vətəndaşları tərəfindən toplaşıb güc tətbiq etməklə və digər kütləvi qanunsuz hərəkətlər törədərək ölkə ərazisində hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına yönələn təkrar açıq çağırışlar etməyə, habelə mediada bu cür məzmunlu materialları yaymağa sövq edib dövlət əleyhinə yönələn açıq çağırışlara təhrik etdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayətin təşkilatçısı, təhrikçisi, və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur. Belə ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin obyekti Azərbaycan Respublikasının konstitusiya quruluşunun təhlükəsizliyi ilə əlaqədar ictimai münasibətlərdir. Bu cinayət obyektiv cəhətdən Cinayət Məcəlləsinin 281-ci maddəsində göstərilən hərəkətlərdən hər hansı birinin edilməsində ifadə olunur. Belə ki, 1) hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla devrilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə 2) bu cür məzmunlu materialları yayma. Çağırışlar dedikdə, insanların iradəsinə təsir edərək, onları Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər başa düşülür. Açıq çağırışlar, bir qayda olaraq qeyriməhdud şəxslər dairəsinə yönəlir və kütləvilik çağırışın məcburi ünsürü hesab edilir. Televiziya, radio, səs gücləndirici vasitələr, mitinqlər keçirməklə müraciət çağırışın kütləviliyinə aid edilə bilər. Çağırışın açıqlığı dedikdə təqsirləndirilən şəxsin bu cinayəti törədərkən kütləni aşkar surətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və s qanunsuz hərəklətlər etməyə sövq edən yazılı və ya şifahi müraciətlərində ifadə olunur. Bu cür məzmunlu materiallar dedikdə, hakimiyyəti ələ keçirməyə, saxlamağa və ya Azərbaycan Respunblikasıın konstitusiya quruluşunu zorla dəyişdirməyə, yaxud ərazi bütövlüyünü parçalamağa yönəlmiş məzmuna malik olan müxtəlif əyani vəsaitlər, texniki vasitələr başa düşülür. Belə məzmunda materiallar duyğu orqanlarının köməyi ilə hissi qavrayışın müxtəlif formalarında insanların təfəkküründə yer tutmaqla onların iradəsinə təsir göstərərək həmin insanları Cinayət Məcəlləsinin 281-ci maddəsində göstərilən əməllərdən birinin törədilməsinə sövq edə bilər. Həmin materialları yayma dedikdə, onların qeyriməhdud şəxslər dairəsinə ötürülməsi, verilməsi və ya təqdim edilməsi başa düşülür. Burada da kütləvilik yaymanın məcburi ünsürü hesab olunur. Açıq çağırışların edildiyi və materialların yayıldığı andan cinayət başa çatmış hesab edilir. Bu cinayət subyektiv baxımdan birbaşa qəsdə törədilir və təqsirləndirilən şəxs hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etdiyini, yaxud bu cür məzmunlu materialları yaydığını dərk edir və bunları arzu edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünün təqsirsiz olması ilə bağlı göstərdiyi xüsusatları özünün müdafiə olunması məqsədilə söylənmiş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun məhkəmədə verdiyi ifadəsini bu hissədə inandırıcı hesab etmir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirərək, övladının işdən azad edilməsi, cinayət məsuliyyətinə cəlb edilərək qanunsuz həbs edilməsi və digər ona qarşı olunan haqsızlıqlarla bağlı dövlət orqanlarına ünvanladığı müraciətlərinin cavabsız qalması və ona qarşı etinasızlığın göstərilməsi səbəbindən yaranmış ani əsəblə qeyd olunan hərəkətləri etdiyini bildirmişdir. İş materiallarında olan telefona baxış keçirilməsi haqqında protokollarından görünür ki, o, ayrı-ayrı vaxtlarda yəni 28 may 2023-cü il və 16 iyul 2024-cü il tarixlərdə “Youtube” platformasında “AzerFreedom TV” kanalını idarə edən Qurban Məmmədova, 26 və 27 oktyabr 2024-cü il tarixlərdə “Youtube” platformasında “ABA Media” kanalını idarə edən Teymur Eminova, habelə 21 fevral 2025-ci il tarixdə “Youtube” platformasında “Haqsızlığa susma!” kanalını idarə edən Qabil Məmmədova sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılması üçün dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda Azərbaycan dövlətinə qarşı nifrət yaradılmasını təşviq edən təhrif edilmiş məlumatları təkrar ötürmüş, həmin şəxsləri Azərbaycan Respublikası vətəndaşları tərəfindən toplaşıb güc tətbiq etməklə və digər kütləvi qanunsuz hərəkətlər törədərək ölkə ərazisində hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına yönələn təkrar açıq çağırışlar etmiş, habelə mediada bu cür məzmunlu materialları yaymağa sövq edərək dövlət əleyhinə yönələn açıq çağırışlar etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində törətdiyi əməldə cinayət tərkibinin olmamasını, etdiklərinin nəticəsinin hazırki müstəviyə gəlib çıxmasına heç bir ehtiyyacın olmadığını, adı çəkilən şəxslərin əməllərindən məlumatlı olmadığını, heç bir şəxsi hansısa cinayəti törətməyə təhrik etmədiyini bildirsə də, onun gətirdiyi həmin dəlillər iş üzrə məhkəmədə elan və tədqiq olunmuş yuxarıda sadalanan çoxsaylı sübutlarla tamamilə təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş “Youtube” platformasına baxış keçirilməsi haqqında 18 mart 2025-ci il tarixli baxış protokolunun məzmunundan görünür ki, 15 mart 2025-ci il tarixdə İctimai-TV-də yayımlanmış Baş Prokurorluğun qanunvericiliyə uyğun olaraq təqdim etdiyi rəsmi məlumatda Azərbaycan Respublikası vətəndaşı X6 Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 29 oktyabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan olunması, eləcə də iş üzrə toplanmış sübutların məcmusuna əsasən 17 iyul 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi üzrə yenidən ittiham elan edilməsi üçün qərar qəbul edilməsi, həmçinin Azərbaycan Respublikası vətəndaşı X3 Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 07 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində axtarış elan olunması, 13 mart 2025-ci il tarixdə isə Qurban Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilməsi qeyd olunmuşdur. Odur ki, Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və maddənin sanksiyası çərçivəsində ona azdlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirlədirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 fevral 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməli, iş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi mateiallarına əlavə edilmiş “Samsung Galaxy A04” markalı “SM-A045F/DS” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 55 (əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 281.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş “Samsung Galaxy A04” markalı “SM-A045F/DS” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 55 (əlli beş) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar