Məhkəmə qərarları › İş №1(101)-1545/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1545/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1545/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bak ışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əli Ələsgərov küçəsi, dalan 4, ev 9 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 300 manat ödənişlə psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 15 aprel 2021-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində 32 ədəd kağız bükümlərdə - onlardan 25 ədəd bükümdə ümumi təmiz çəkisi 0,962 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,154 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və əldə edilmiş məlumat əsasında davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı ünvan 5 ünvanda axtarış aparılan zaman mənzilin yataq otağındakı taxta dolabın üzərindən bir ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 52,092 qram, yəni külli miqdarda açıq qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd "200 g x 0,0lg-' markalı gümüşü rəngli üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl tanımadığı Tofiq adlı şəxsdən hesabına kartla 40 manat məbləğində pul ödəməklə şəxsi istifadəsi üçün 15 büküm kakos almışdı. O məhəllədə gəzərkən, polis əməkdaşları tərəfindən saxlanıldı və üzərində olan narkotik vasitəni onlara təqdim etdi. Bundan sonra onlar bildirdilər ki, dediklərini etiraf kimi bildirsə, buraxacaqlar. Onlar tərəfindən hətta təzyiq göstərildi və onu döydülər. Bundan sonra polis əməkdaşları ilə birgə yaşadığı ünvana getdilər. Orada evdə axtarış keçirmək məqsədilə yaşlı anası və atası evdən çölə çıxarıldı. Yaşadığı evdə narkotik vasitə və tərəzi tapıldı, lakin onlar ona məxsus deyildi. Həmin narkotik vasitə və tərəzi polis əməkdaşları tərəfindən qoyulmuşdu və videoçəkiliş zamanı onların işarə etdikləri yerləri göstərməklə bundan həmin vaxt xəbərsiz olduğu aşkar şəkildə görsənir. O narkotik vasitə satışı ilə məşğul olmamış və həmin 15 bükümü öz şəxsi istifadəsi üçün nəzərdə tutmuşdu. Polis əməkdaşları təzyiq göstərmişdilər və buna görə ifadə vermişdim. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci il 15 aprel tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. O həmin məlumatın əməliyyat yolu ilə yoxlanılmasına icazə verilməsi üçün Suraxanı rayon Polis İdarəsinin rəisinin adına yazılı raportla müraciət etdi və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun tərkibində o və Şahid2 iştirak edirdi. Həmin gün onlar Təqsirləndirilən şəxsı Suraxanı rayonu ərazisində saxlayıb Suraxanı rayon Polis İdarəsinə gətirdilər. Orada təhqiqatçı tərəfindən ona hüquq və vəzifələr izah edildi və o, vəkillə təmin olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan 32 ədəd büküm narkotik maddəyə bənzər maddəni təqdim etdi. Həmin bükümlər kağız zərfdə qablaşdırılaraq möhürlənib götürüldü. Təqsirləndirilən şəxs həmin bükümləri təqdim edərkən bildirdi ki, təqdim etdiyi narkotik vasitələri Tofiq adlı şəxsdən 300 manata alıb, həmin narkotik vasitələri satmaqla əldə olunan pulları Tofiqə verməli olduğundan, habelə bir neçə bükümü isə öz təlabatı üçün istifadə etmək məqsədi ilə üzərində saxlayıb və gəzdirmişdir. Həmin narkotik vasitələrin nə olmasını soruşduqda isə kibrit qutusunun içərisində olan bükümlərin içərisində heroin və metamfetamin olduğunu bildirdi. Bundan əlavə o, yaşadığı evdə də Tofiqə məxsus narkotik vasitələrin olmasını bildirdi. Bundan sonra onun razılığı ilə yaşadığı evə baxış keçirdilər. Baxış zamanı yaşadığı evin fərdi yaşayış otağında yerləşən taxta dolabın üzərindən yaşıl rəngli şəffaf sellofonda olan bükümdə narkotik vasitəyə bənzər maddə, eyni vaxtda dolabın üzərində 01 ədəd tərəzi aşkar edildi. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilənlər barədə soruşduqda aşkar olunan narkotik vasitə və tərəzinin Tofiq adlı şəxsə məxsus olmasını bildirdi. Aşkar edilmiş büküm və tərəzi zərfə qoyularaq möhürlənib götürüldü, müvafiq protokollar tərtib edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 15 aprel 2021-ciu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli 6/1483 nömrəli rəyindən görünür ki, "Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə” yazısı olan paketdəki 1 (bir) ədəd kibrit qutusunun içərisində 32 ədəd kağız bükümlərdə, onlardan 25 ədəd bükümdə ümumi təmiz çəkisi 0,962 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 7 ədəd bükümdə isə ümumi təmiz çəkisi 0,154 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə” yazısı olan paketdəki bir ədəd polietilen bükümdə təmiz çəkisi 52,092 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə” yazısı olan paketdəki bir ədəd “200g x 0,01g” markalı “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəkilində olduğu heroinin çəkisinin müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərinədn və yaşadığı evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 53,054 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki kompponentləinə görə eynidirlər.28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir”. Heroinin ümumi təmiz çəkisi 52,092 qram və 0,962 qram, tədqiqata sərf edildi 0,2 qram və 0,12 qram, qalıq: 51,892 qram və 0,842 qram, metamfetaminin təmiz çəkisi 0,154 qram, tədqiqata sərf edildi 0,07 qram, qalıq 0,084 qram. Cinayət işində olan 15 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində 32 ədəd kağız bükümlərdə onlardan 25 ədəd bükümdə ümumi təmiz çəkisi 0,962 qram açıq qəhvəyi rəngli tozşəkİlli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,154 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan 15 aprel 2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 15 aprel 2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda axtarış aparılan zaman mənzilin yataq otağındakı taxta dolabın üzərindən bir ədəd yaşıl rəngli sellofan torbada narkotik maddəyə bənzər miqdarda açıq qəhvəyi rəngli tozşəkilli maddə və gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı ünvanda axtarış və götürmə aparıması video görüntülərlə əks etdirilmişdir və videodan da görünür ki, Kamran aşkar olunan narkotik vasitələrin ona məxsus olmasını etiraf edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-Tibbi yoxlamanın 15.07.2021 -ci il tarixli, 2345 nömrəli rəydən görünür ki, "müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür". Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 15 aprel 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 51,892 qram, 0,842 qram heroin və 0,084 qram metamfetamin və 1 (bir) ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, eyni zamanda kirayədə yaşadığı mənzildə axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114,0 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114,0 (yüz on dörd) manat manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 51,892 qram, 0,842 qram heroin və 0,084 qram metamfetamin və 1 (bir) ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, eyni zamanda kirayədə yaşadığı mənzildə axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar