Məhkəmə qərarları › İş №1(101)-1545/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1545/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1545/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2, rus-Azərbaycan dilləri üzrə tərcüməçi X4 iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma barədə qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “İ7M 40” göstəricdi dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu Bakı şəhəri, Səbail rayonunun «Şixov» adlanan ərazisində gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib qeyd edilən çəkilərdə narkotik vasitə qurudulmuş marixuananın 1,739 qramını bir ədəd bükümdə, psixotrop maddə metamfetaminin 2,407 qramını bir ədəd bükümdə və tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan 340 qramını üç ədəd bağlamalarda, psixotrop maddə metamfetaminin qalan 505,05 qramını iki ədəd bükümlərdə, 666,325 qram narkotik vasitə tiryəki iki ədəd bükümlərdə, 51,058 qram psixotrop maddə alfa-pirrolidinovalerofenonu bir ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında olmaqla bir ədəd ağ rəngli sintetik torbada qablaşdıraraq yaşadığı ünvan 2 ünvanda yerləşən evinə daşıyaraq evin yataq otağında yerləşən çarpayıdakı döşəyin altında gizlədərək saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 24 may 2022-ci il tarixdə saat 23:20 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, dalan 5 ünvanında yerləşən “Bolmart market”in qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 25 may 2022-ci il tarixdə saat 01:05dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisindən bir ədəd sellofan bükümdə 1,739 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə 2,407 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsul aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 03:32 dəqiqədən etibarən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman yataq otağındakı çarpayının üzərində olan döşəyin altında gizlədərək saxladığı bir ədəd ağ rəngli sintetik torbanın içərisində üç ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 20 qram, 50 qram, 270 qram - ümumi təmiz çəkisi 340 qram olan həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə tərkibləri eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 140,050 qram, 365 qram - ümumi təmiz çəkisi 505,05 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 161,325 qram, 505 qram - ümumi təmiz çəkisi 666,325 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə 51,058 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə alfapirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında olmaqla külli miqdarda 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, tutulmamışdan təxminən iki-üç ay əvvəl təsadüfən sosial şəbəkələrdən birində adını “Həsən” kimi bildiyi və özünü iranlı kimi təqdim etmiş şəxslə tanış olmuş və onlar bir müddət internet vasitəsilə əlaqə saxlamışlar. Söhbət əsnasında Həsən ona özünün arabir qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Yəni, guya özünü səmimi təqdim edib narkotik vasitə istifadəçisi olduğunu demişdir. Tanışlıqları davam etdiyi müddətdə Həsən onun maddi durumunun zəif olduğunu, 3 azyaşlı uşağı da olmaqla ailəsini dolandırmaqda çətinlik çəkdiyini bilmiş, özü və ailəsinin ağır maddi vəziyyəti barədə ətraflı məlumatlandıqdan sonra ona dolanışığını asanlaşdırmaq üçün o qədər də ağır olmayan bir iş təklif edəcəyini bildirmişdir. Sonradan bu təklifi tədricən açıqlayıb demişdir ki, ona narkotik vasitələr göndərə bilər və göndərəcəyi narkotik vasitələri deyilən yerdən götürüb özündə saxlayaraq sonradan ona deyilən vaxtda deyiləcək ünvanlara qoyması müqabilində ona müəyyən məbləğdə pul verə bilər. Əvvəlcə bu təklifdən çox qorxmuş, tutula biləcəyindən ehtiyatlanmış, bir qərara gələ bilməmişdir. Amma hədsiz maddi sıxıntısı nəhayət onu Həsənin təklifi ilə razılaşmağa vadar etmiş, Həsənin təklifini qəbul etmişdir. Tutulmamışdan təxminən 10-15 gün əvvəl Həsənlə növbəti danışıqları zamanı sonuncu ona Şixov ərazisində narkotik maddələr gizlədildiyini deyərək dəqiq ünvanı ona bildirmişdir. Danışığa əsasən belə olmuşdur ki, Həsən narkotik maddələrin qoyulduğu yerin şəklini telefonla ona göndərmiş, o da həmin şəkil əsasında hərəkət etməli olmuşdur. Həsənin dediyi ünvana yollanaraq ona yerləşmə koordinatı və şəkli atılmış yerdən gizlədilmiş torbanı götürmüş və bu barədə Həsənə məlumat vermişdir. Həmin torbada bir neçə çeşiddə ayrıca olaraq qablaşdırılmış narkotik maddələr və dərman həbləri olmuşdur. O, özü də arabir marixuanadan və metamfetamindən istifadə etdiyi üçün həmin maddələrdən bir qədər özü üçün ayırıb götürərək üzərində saxlamış, yerdə qalan maddələri isə yaşadığı evə aparıb orada gizlətmişdir. Bir məsələni də dəqiq olaraq bildirir ki, əslində torbanın içərisində aşkar etdikləri Həsənin ona göndərməli olduğu narkotik vasitələr olmamışdır. Yəni, danışıqlarına görə Həsən oraya çox az miqdarda «mal» qoymalı idi. Aparıb torbanın içərisinə baxandan sonra başa düşmüşdür ki, Həsən özü səhv salıb və başqa kiməsə çatmalı olan torbanı səhvən onun üçün qoyub. Yalan danışmağı özünə sığışdırmadığı üçün sonradan zəng vurub bu barədə Həsənə demiş, sonuncu da həqiqətən səhv saldığını bildirmiş, amma həmin «malları» deyəcəyi yerlərə çatdırmalı olmasını tapşırmış, o da razılaşmışdır. Həmin ərəfədə evdə təmir işləri görüldüyünə görə həyat yoldaşı və üç uşağı qaynatasıgilin evində olmuş, o isə gürcü millətindən olan Yevstafı adlı usta ilə birlikdə öz evində qalmışdır. Belə ki, Yevstafı təxminən 5-6 gün olardı ki, ona ayırdığı otaqda qalaraq evin təmiri ilə məşğul olmuşdur. O, narkotik maddələri özünün qaldığı otaqdakı çarpayıdakı döşəyin alt hissəsində gizlədərək saxlamış və otağın qapısını da açarla bağlayaraq açarı özündə saxlamışdır. Yəni, həmin maddələr barədə heç kimin məlumatı olmamışdır. O, təxminən 4-5 dəfə Həsənin dediyi növdən olan maddələri ayıraraq qablaşdırmaqla sonuncunun dediyi kimi Zabrat qəsəbəsi ərazisinə qoymuşdur. 24 may 2022-ci il tarixdə saat 23 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, dalan 5 ünvanda yerləşən “Bolmart market”in yanında idarə eldiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayanan zaman bir neçə mülki geyimli şəxs ona olan yaxınlaşmışdır. Həmin şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını deyərək onu həmin polis idarəsinə dəvət edib aparmışlar. Polis idarəsində dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Beləliklə, onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da üzərində “nəşə” və “şüşə” kimi tanınan maddələr olduğunu etiraf edərək əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və üzərində olan nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa, o, şalvarının sağ yan cibindən özünə məxsus mobil telefonu, sol yan cibindən isə idarə etdiyi avtomobilin açarını, bir ədəd “Kapital Bank” tərəfindən verilmiş plastik bank kartını, şalvarının arxa sol cibindən özünə məxsus bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefonları və şalvarın arxa sağ cibindən yaşadığı mənzilin açarlarını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm açıldıqda onun içərisindən iki ədəd sellofan büküm, bir ədəd ağ rəngdə dərman həbi və beş ədəd kağız kəsiyi aşkar edilmişdir. Bükümlər hər biri ayr-ayrılıqda açılaraq içərisinə baxış keçirilən zaman onlardan birinin içərisindən marixuana, digər bükümdən metamfetamin aşkar edilmişdir. O, üstündən aşkar edilmiş beş ədəd kağız kəsiyi və dərman həbi ilə bağlı sorğu edilən zaman həmin kağız kəsiklərini marixuananı onların içinə dolduraraq burub çəkmək məqsədi ilə üstündə saxladığını, dərman həbini n isə narkotik tərkibli olmadığını, baş ağrı dərmanı olduğunu, bildirmişdir. Belə ki, o, həmin dərman həbini Həsənin göndərdiyi torbanın içərisindən tapmış, sonuncudan həmin dərmanın nə olduğunu soruşduqda Həsən onun adi baş ağrı dərmanı olduğunu, təsadüfən həmin torbaya düşdüyünü bildirmişdir. Bundan sonra içərisində marixuana və metamfetamin olan iki ədəd büküm, kağız kəsikləri və dərman həbi bir ədəd kağız paketdə qablaşdırımış və zərfin üstü möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefonlar və bank kartı götürülmüş, pul və açarlar isə onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələr barədə sorğu edilərkən o, həmin maddələri təxminən iki-üç ay əvvəl internet vasitəsi ilə tanış olduğu, iranlı kimi bildiyi Həsən adlı şəxsin vasitəsilə 10-15 gün əvvəl Şıxov ərazisindən götürdüyünü, onları müəyyən ünvanlara qoyaraq yerlərini Həsənə göndərməli olduğunu, müqabilində həmin şəxsin ona müəyyən məbləğdə pul ödəyəcəyini bildirmişdir. Bundan başqa, o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi evində də narkotik vasitələr olduğunu etiraf etmiş və həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Taksi fəaliyyəti üçün icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan iki ədəd plastik kart və ona məxsus xarici pasport aşkar edilmiş, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvana yollanmışlar və videoçəkilişdən istifadə olunmaqla həmin evə baxış keçirilmişdir. Həmin vaxt usta tanışı Yevstafı evdə olmuşdur. Baxış zamanı o özündə olan açarla yataq otağının qapısını açaraq və orada çarpayıdakı döşəyin altında gizlətdiyi içərisində narkotik maddələr olan bir ədəd torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisində baxış keçirilən zaman oradan 8 ədəd iri bükümlər, 38 ədəd dərman həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bükümlərin hər biri açılaraq içinə baxış keçirilmiş, üç ədəd bükümün içərisindən qurudulmuş marixuana, iki ədəd bükümdən tiryək, iki ədəd bükümdən “şüşə” kimi adlandırılan metamfetamin, bir ədəd ağ rəngli toz şəkilində olan adını bilmədiyi maddə aşkar edilmişdir. Aşkar edilmiş dərman həblərinə baxış keçirilən zaman həblərin qablaşdırıldığı listlərin üzərində “metadon 40” sözünün yazıldığıı və hər listdə 10 ədəd həb olduğu məlum olmuşdur. Sorğu zamanı elektron tərəzini narkotik maddələrin çəkisini müəyyən etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr, dərman həbləri və elektron tərəzi qablaşdırılarmış, qablaşdırmanın üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evin digər hissələrinə də baxış keçirilmiş, lakin əlavə heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Aşkar olunmuş maddələr barədə sorğu edilən zaman bir daha bildirmişdir ki, təqdim etdiyi kütlələri internet vasitəsi ilə tanış olduğu, iranlı kimi bildiyi Həsən adlı şəxsin vasitəsi ilə 10-15 gün əvvəl Şixov ərazisindən götürmüşdür, onları Həsənin dediyi ünvanlara qoyaraq şəkillərini Həsənə göndərməli olmuşdur. Bu qaydada narkotik vasitələri satmaqda göstərəcəyi köməyin müqabilində Həsən ona pul ödəməyi vəd etmişdir. Amma tutulduğu üçün Həsəndən hər hansı məbləğdə pul almamışdır. Həsən özü ona zəng etdikdən təxminən bir saat sonra təkrar ona dönüb Şıxov ərazisinə qoyulmuş həmin torba barədə məlumat vermiş və şəklini göndərmişdir. Yəni, Həsən tərəfindən narkotik vasitələrin oraya yerləşdirilməsi cəmi ən uzağı bir saat ərzində baş vermişdir. Həmin aşkar olunmuş narkotik vasitələrin haradan, nə vaxt, kim tərəfindən oraya gətirilib qoyulması barədə heç bir məlumatı yoxdur. Onunla telefonda danışan şəxsin isə həqiqətən İranda, yaxud başqa ölkədə olmasını bilmir. Təmiz Azərbaycan dilində danışan bu şəxsin başqa millətdən ola bilməsini də bilmir. Ona görə də qaçaqmalçılıq cinayətinə onun heç bir aidiyyətinin olmadığı fikrindədir. Məhkəmədən bütün bu halların, ağır maddi vəziyyətə düşməsi səbəbindən buə məli etməyə razılaşmasının, himayəsində 3 azyaşlı uşaqlarının olmasının, ailəsinin yeganə qazanc gətirəni olmasının, heç vaxt başqa cinayət əməli törətməməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 24 may 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatda bu şəxsin qaçaqmalçılıqla məşğul olması barədə heç bir məqam olmamışdır. Bu məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid1 isə qrupunun üzvləri qismində isə təyin edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə saat 23:20-də Sabunçu qəsəbəsi, Şəhər şosesi, dalan 5 ünvanında yerləşən “Bolmart market”in qarşısında idarə etdiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər, ondan da özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış aparılması üçün şərait olmadığından o, idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. Baş İdarədə həmin şəxsin hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuş və onun şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə əməliyyat qrupunun üzvlərinin və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” və “şüşə” kimi tanınan maddələr olduğunu deyərək əynindəki şalvarın sağ cibindən bir ədəd sellofan bükümü və nağd pulu, şalvarın sol yan cibindən avtomobil açarını və bir ədəd plastik bank kartını, şalvarın arxa sağ cibindən mənzil açarını, şalvarın sağ yan kiçik cibindən bir ədəd sarı rəngli “Nokia” markalı mobil telefonu, şalvarın arxa sol cibindən isə bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefon aparatlarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirildikdə onun içərisindən iki ədəd sellofan büküm, bir ədəd ağ rəngli dərman həbi və beş ədəd kağız kəsiyi aşkar edilmişdir. Sellofan bükümlərin içərisinə ayrıayrılıqda baxş keçirildikdə bükümlərdən birinin içərisindən qurudulmuş ota bənzər yaşıl rəngli spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, digər bükümün içərisindən isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kağız parçalarının içərisinə marixuana doldurub çəkdiyi üçün onları üzərində saxladığını, ağ rəngli dərman həbinin isə narkotik tərkibli olmadığını, adi dərman olduğunu bildirmişdir. Qeyd olunan maddələr, kağız kəsikləri və dərman həbi ekspertiza tədqiqatı üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin mobil telefonlar və plastik bank kartı sübut əhəmiyyəti kəsb edə biləcəkləri üçün götürülmüş, nağd pul, mənzil və avtomobil açarları isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrdən başqa, yaşadığı evdə də narkotik maddələr olduğunu, həmin maddələri 10- 15 gün əvvəl sosial şəbəkədə tanış olduğu Həsən adlı İran İslam Respublikasının vətəndaşının ona dediyi yerdən, yəni Şixov adlanan ərazidən götürüb yaşadığı evə apararaq orada saxladığını, ona sonradan deyiləcək çəki və çeşidlərdə müəyyən ünvanlara qoyulması müqabilində Həsən adlı şəxsin ona müəyyən məbləğdə pul verəcəyini, bu qaydada həmin şəxsin dediyi kimi artıq buna qədər narkotik maddələrin müəyyən ünvanlara qoyulmasını təşkil edərək həmin yerlərin fotoşəklini çəkərək Həsənə göndərdiyini, yerdə qalan maddələri də məhz bu məqsədlə üzərində və yaşadığı evdə saxladığını bildirmişdir. Qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən Baş İdarəyə gətirildiyi “Kia Rio” markalı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salon hissəsindən nəqliyyat vasitəsinə aid olan sənədlər, texniki şəhadətnaməsi ilə etibarnamə, Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi, xarici pasport və iki ədəd plastik bank kartı aşkar edilmişdir. Qeyd olunan sənədlər və plastik bank kartları istintaq əhəmiyyəti kəsb edə biləcəkləri üçün götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomobili icarə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvana baxış keçirilməsi məqsədi ilə eyni tərkibdə həmin ünvana yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanda Djikiya Yevstafıy adlı şəxs olmuşdur. Orada videoçəkilişdən istifadə edilməklə ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdə saxladığı dövriyyəsi qadağan edilmiş maddələri təqdim etməsi təklif edilmiş, sonuncu da üzərində olan açarla özünə aid yataq otağının qapısını açıb otağa daxil olmuş və orada yerləşən çarpayının üzərində olan döşəyin altından bir ədəd ağ rəngli sellofan torbanı götürüb təqdim edərək həmin torbanın içərisində “nəşə”, “tiryək” və “şüşə” adlanan narkotik maddələr olduğunu bildirmişdir. Həmin torba açıldıqda onun içərisindən səkkiz ədəd sellofan bağlama, 38 ədəd dərman həblərinin qablaşdırıldığı konvalyutlar və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin sellofan bağlamalara ayrılıqda baxış keçirildikdə üç ədəd bağlamanın içərisindən qurudulmuş ot şəkilli, spesifik iyli yaşıl rəngli maddə, iki ədəd bağlamanın içərisində tünd qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə tiryəkə bənzər maddə, iki ədəd bağlamanın içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd bağlamada isə ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Dərman həblərinə keçirilən baxış zamanı qeyd olunan 38 ədəd dərman konvalyutlarının üzərində “Methadone 40” sözlərinin yazıldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin vasitəsilə narkotik maddələrin çəkisini müəyyən etdiyini bildirmişdir. Bundan sonra mənzilə baxış davam etdirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı maddə və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir daha həmin maddələri Həsən adlı iranlının qoydurduğu yerdən götürdüyünü, onları deyilən çəkilərdə müəyyən edilmiş yerlərə yerləşdirmək məqsədi ilə saxladığını bildirmişdir. Həmin evdə aşkarlanmış maddələr qablaşdırılaraq götürülmüş və qeyd edilənlər barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş maddələrin haradan və nə vaxt, kimlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin maddələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə hər hansı aidiyyətinin olması barədə heç bir məlumat əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid1 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 da Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, ş vərəqə 197-201). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş şahid qismində dindirilmiş Şahid5 Sergeyeviç göstərdi ki, o, ev ustasıdır, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki tanıyır, sonuncu taksi fəaliyyəti ilə məşğul olmuşdur. Yaqub saxlanılmamışdan təxminən bir həftə əvvəl evində malyar işlərinin görülməsi üçün ona müraciət edərək evin boş olduğunu, özündən başqa evdə heç kimin yaşamadığını bildirmişdir. O, razılaşaraq həmin işi götürmüşdür. Özünün yaşadığı ev uzaqda yerləşdiyi üçün hər gün Yaqubun evinin yerləşdiyi Maştağa qəsəbəsinə gedibgəlmək həm vaxt baxımından, həm də maddi cəhətdən ona narahatçılıq yaratdığından o, Yaqubdan təmir işləri bitənə kimi onun evində qalmasına icazə istəmiş, sonuncu da razılaşmışdır. O, Yaqubun evində təxminən 5-6 gün işləmişdir. Həmin müddətdə Yaqub arabir gecələr evə gəlmiş, deməsinə görə ailəsi ilə birlikdə başqa ünvanda yaşamışdır. Yaqubun evi ümumilikdə 3 otaqdan, yəni iki yataq otağı və bir zaldan ibarət olmuşdur. Yataq otaqlarından birinin qapısı həmişə açarla bağlı olmuşdur. Yaqubun deməsinə görə o, zalın və dəhlizin təmirini başa çatdırandan sonra yataq otaqlarına keçməli olmuşdur. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə o, evdə tək olmuş və həmin vaxt qapı döyülmüşdür. Qapını açanda ona məlum olmuşdur ki, polis əməkdaşları Yaqubu saxlamışlar və onlar həmin evə baxış keçirmək üçün gəlmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini istəmişlər, o da özünü təqdim etmişdir. o, polis əməkdaşlarına həmin evdə müvəqqəti yaşadığını itib dilində şifahi olaraq bildirdiyi üçün ona tərcüməçi təyin edilmişdir. Budan sonra ona məlum olmuşdur ki, Yaqubu narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlamışlar və sonuncunun evdə də həmin maddələrdən saxlamasına şübhələr var. Ondan bu barədə məlumatının olub-olmadığını soruşmuşlar, o da bu işdən uzaq olduğunu, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, Yaqubun və vəkilin iştirakı videoçəkilişlə həmin evə baxış keçirilməyə başlanılmışdır. Çəkiliş vaxtı orada iştirak edən şəxslər bir-bir özlərini təqdim etmişlər, sonra isə Yaquba həmin maddələrin olduğu yeri göstərməsini təklif etmişlər. Yaqub üzərində olan açarla özünün yataq otağının qapısını açaraq içəri daxil olmuş və orada çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd ağ rəngli torbanı çıxarıb təqdim edərək həmin torbanın içərisində “nəşə”, “tiryək” və “şüşə” olduğunu bildirmişdir. Polis əməkdaşı həmin torbanı boşaldaraq içərisinə baxış keçirdikdə həmin torbanın içərisindən səkkiz ədəd sellofan bağlama, 38 “Üst” dərman həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra həmin sellofan bağlamalar bir-bir açılaraq içərisinə baxış keçirildikdə üç ədəd bağlamanın içərisində yaşıl rəngli qurudulmuş ot şəkilli, spesifik iyli maddə, iki ədəd bağlamanın içərisində qəhvəyi rəngli, spesifik iyli maddə, iki ədəd bağlamanın içərisində kristal şəkilli, ağ rəngli maddə, bir ədəd bağlamanın içərisindən isə ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Dərman həblərinə baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan 38 dərman listlərinin üzərində “Metadon” sözləri yazılmışdır. Bundan sonra həmin evə baxış davam etdirilmiş, lakin başqa hır hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin vasitəsilə narkotik maddələrin çəkisini müəyyən etdiyini, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsin vasitəsilə əldə edərək pul müqabilində deyilən çəkilərdə olan müəyyən edilmiş yerlərə yerləşdirmək məqsədi ilə saxladığını bildirmişdir. Polis əməkdaşları Yaqubdan bu işlə nə vaxtdan məşğul olduğunu soruşduqda sonuncu artıq iki-üç dəfə belə etdiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş, baş verənlər barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, Yaqubun nə işlə məşğul olmasından tam məlumatsız olmuşdur (cild 1, iş vərəqə 221-224). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması etimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” və “şüşə” kimi tanıdığı maddələr olduğunu bildirib əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-32). Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə gizlədib saxladığı narkotik vasitələri, psixotrop maddələri və narkotik tərkibli dərman həblərini təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evin yataq otağındakı çarpayıdakı döşəyin altından ağ rəngli torbanın içərisində 01 ədəd ağ rəngli sintetik torbanı təqdim etmişdir. Həmin torbanın içindən 08 ədəd sellofan bağlama, 38 ədəd konvalyutda dərman həbləri və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 44-48). Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 25 may 2022-ci il tarixli 7/532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbacığın içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,739 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan ağ rəngli sintetik bağlamadakı 03 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 20 qram; 2) 50 qram; 3) 270 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 341,739 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin və 05 ədəd kağız kəsiyinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 341,539 qram təşkil etmişdir (cild 1, iş vərəqə 72-76). Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 25 may 2022-ci il tarixli 6/2952 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan paketdə bir ədəd bükümdə təmiz çəkisi 2,407 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd ağ rəngli dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edir, 5 ədəd kağız kəsiyinin səthində narkotik vasitələrə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” sözləri olan kağız yapışdırılmış bir ədəd torbada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 140,050 qram, 365 qram - ümumi təmiz çəkisi 505,05 qram olan ağ rəngli kristallik hissəciklərdən barət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. İki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 161,325 qram, 505 qram - ümumi təmiz çəkisi 666,325 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. Bir ədəd bükümdə təmiz çəkisi 51,058 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış alfa-pirrolidinovalerofenon (a-PVP) maddəsidir, 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq-qəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Kağız paketdəki və torbadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 507,457 qramdır. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in Siyahısına (Siyahı l), metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in Siyahısına (Siyahı İİ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İ), alfa-pirrolidinovalerofenon (a-PVP) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İ), preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Ekspert tədqiqatından sonra tiryəkin qalıq çəkisi 666,225 qram, metamfetaminin qalıq çəkisi 2,357 və 504,950 qram, alfapirrolidinovalerofenon (a-PVP) qalıq çəkisi 51,008 qram, preqabalin kapsulunun qalığı 1/2 hissə, metadon həblərinin qalığı 378 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 77-87). Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone”, 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, bir ədəd ağ rəngli “İphone” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Emir Gohum” kimi qeyd olunmuş +**********27 saylı, adı “Magsud Emircan” kimi qeyd olunmuş +**********47 saylı, adı “X59” kimi qeyd olunmuş +**********70 saylı, adı “X37” kimi qeyd olunmuş +**********27 saylı, adı “İbo Raman” kimi qeyd olunmuş +**********828 saylı, adı “Vasif Ramani” kimi qeyd olunmuş +**********21 saylı, adı “Veli Suraxanı” kimi qeyd olunmuş +**********82 saylı, adı “İbo Ukrin” kimi qeyd olunmuş +**********74 saylı və adı “Zeka Hsn” kimi qeyd olunmuş +**********03 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktlar, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mobil telefon tətbiqinin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə yuxarıda adı “İbo Ukrin” kimi qeyd olunmuş +**********74 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçinin 24 may 2022-ci il tarixdə saat 22:50-də Təqsirləndirilən şəxs “...setivi aç da işim var səninlə tez” səsli mesaj, həmin tarixdə saat 23:07-də “Zank vur gardas” mətnli yazılı, həmin tarixdə saat 23:10-da “raz gəlmirsən mən camaat deyim amanatı götürsün də., niyə bu cür edirsən..niyə?”, 25 may 2022-ci il-tarixdə saat 14:48-də “salam əleykum necəsən qardaş..salamatçılıqdır? nə xəbər qardaş bunu sən götürəyəcəksən niyə mənə əvvəlcədən demirsən gətirmə qoydurma..qısa məni niyə burdan bura zərərər salırsan? mənim nəyim var? Çörək pulum yoxdur..zəng də vurmursan..zəng vururam telefonumu açmırsan...Allah sənin xeyrini versin..köməyin olsun..get işivi gücüvü gör..səni işindən eləmiyim..çox sağol səni... ” səsli mesaj yollaması məlum olmuşdur. Bundan başqa, həmin mobil telefon cihazının daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə yuxarıda adı “Zeka Hsn” kimi qeyd olunmuş +**********03 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçinin 24 may 2022-ci il tarixdə saat 03:29-da Təqsirləndirilən şəxs “salam qardaş necəsən axşamın xeyir.. Yaqub sənə qurban olum neyləyə bildin? Ney nədin? danışa bildin?yerbəyer elə qalmasın..ertədən gəl onu yerbəyer edək qalmasın...” səsli mesaj, həmin tarixdə saat 12:39-da “Salam necəsən qardaş yaxşısan? Qardaş bəs hardasan sən? Telefonu da açmırsan? Nə oldu sənə sən ki belə eləməzdin? Hər zaman zəng edəndə açardın.. Olmaya bir iş-miş var?sənə qurban Allah eləməsin sənin başıva bir iş gəlsin...onda məni gərək rəsmən basdıralar...yəni mənim güvəndiyim bir Nahid idi..bir sən.,sənin başıva iş gəldisə mən batdım...” mətnli yazılı mesaja cavab olaraq Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:21-də “qardaş sən bax dənə gör bunları necə pul edirsən...necə edək kimə edək ki pul olsun amma hava qaralandan sonra günorta yox” mətnli cavab məktubu, həmin tarixdə saat 22:32-də həmin istifadəçi Təqsirləndirilən şəxs “salam qardaş necəsən yaxşısan? Qadan alım gedib çatdın ora? … dənə ünvandı çox deyil...onları ataq..yammda oturub...qardaş canı çörək pulum yoxdu məcbur oldum bunlar xırda olsa da ünvanla ataq qadan alım sənin...bir də o qardaşdan nə xəbər? onu danış qalmasın..bunlar məni darıxdırır, deyir malınızı götürüb edərlər..daha bizlik deyil malınız aralıqda itib eləsə..ürəyim sənə qurban Yaqub” səsli mesaj yollaması məlum olmuşdur. Həmin mobil telefon cihazının daxili yaddaşına keçirilən baxış zamanı fotogörüntülər olan bölməsində Təqsirləndirilən şəxs tərəfindən dövriyyəsi qadağan edilmiş maddələrin gizlədilərək yerləşdirildiyi yerlərin fotogörüntüləri və konkret olaraq gizlədilmiş maddənin qoyulduğu yerin xüsusi işarələrlə çəkilmiş fotogörüntüləri müəyyən edilmişdir (cild 1, iş vərəqə 188-191). Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Menem reshad 35 manat göndərim karta 05 alınar?? Javab yazdaaa”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Salama brat yjgdim yatmısan deyesen oyanan kimi mene zeng ele o meseleni hell eliyek vacibdi bilirsen gozledim seheri ama acmırsan teli ozun yjg mene daldabdal” sözlərini yazmış, cavab olaraq Təqsirləndirilən şəxs ona “X50 X25 Onnan Goruwum. X38” , daha sonra müxtəlif vaxtlarda “X51 11 X45 X52 X60 Gelim,?, X39 X5 Qaqa”, xx.xx.2022ci il tarixdə “Ay ASKA senin emanetini goturmushemaa, mendedi, seni gozduyurema, helem daydaya bidene shey gelib tebiet smert, Sen ozun harda qaldin seni gozduyurem axi... **********821056... qaqash bir qramm istirdinde sen? cunki demishem hazirdi gozduyurler pul neqededi sende?... qaqi salam necesen men seher terefdeyem emanet goturub yigacam sene biryerde gorusheriy tel sonecey ozum yigacam seni... ayda qaqa men deyirem axi mene zeng gelmiwdi beyax yaxshiki indi baxdim yene bashim qarishib sobete fikrimnen cixib, emanetin mendedi, ustunnen cekmishiy biraz, catim kende sene deyecem gel qaqa...Qaqa goturmuwem pativu.. menim ozumun iwim var ona gore iliwib qalmiwam hemde patinin ustunnen cekmiwdiy ona gorede bele alindi Yeke oğlansan sen gor neler fikirlesirsen gelib puluvuda, goturersen pativida qardawim”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda “X26 X53 X54 X46, Ucunnende İstiyir. Kofe, goyerti, Padpress, X61 X27 “No Problem.., Mene patini 30 verir... Birazdan olacag. Gor veziyet ne yerdediki tural da qirir bu oda buna ele qiymet deyir ki Baha, Bide gelmesin...İndi hal hazırda aparatin qabagindadi vurur opshi 50manat olmalidi 30bir. 20de bir” mətnli qısa mesajlar yazmış, həmin şəxs də ona xx.xx.2022-ci il tarixdə “Ya getir indi pulu ver yada goturduylerivi gozdiyirem indi gel ver,.. Getir ya zibilleri ver yada pulu indi bizim seynen berk söhbetimiz olucey yoxsa bilesen zarafat elemirem... Pulu ya da zibilleri getirirsen indi yoxsa yox??????” mətnli qısa mesaj yazmış, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda “X40 Oyatdim Yuxudan indi Oda Gelir, X19 Gelecem... X7 X41 X31 X14, X42 Biraz Ucun, X47 Yerden Gotureriy, X23 Dedi Gelirem... X62 X55 X24 Axwam Gelecey, X28 X48 X29, X63 X8 X56 X49 X30,.. X15 Nese Varda, X66 X6, X43 X64 X32 Kayfulla Adamsane, Tezdennen Gorushmushuy indi X57 X33 indi X58 X65 Elememishem, X34 X35?... pati varindi biraz mendede kakos var, men emelli bashdi pati lomkasindayam. belede birazdan goturecem patida kakosda ikisaata gelib cixacag o” mətnli, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda “Qaqa o ushag cixib harasa gelir mende evlerindeye gelsin emaneti goturub gelirem...qaqash sebirli ol gelirem senin qadanalaram, men hele bele shey gormemishem, bu gun ancag her shey tersine gedir, o ushag catir kakosu yoxaydu indi goturub gelir, mende naxadu goruwdum onan gelirem...”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “X36 X20, 1dene Pati 3 Qrammda Kakos, X21 X9 X16 Atdelni, X10 X44 Qardashimsan” mətnli qısa mesaj yazmışdır (cild 1, iş vərəqə 225-226). Bank məlumatlarına baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan 5374 3951 5195 8635 nömrəli plastik kart üzrə elektron hesaba xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 34.65, 11.53, 30,15, 20, 50, 50, 177, 70, 60, 500, 200, 33.17, 10.16, 5, 70, 20, 100, 100, 71, 20, 20, 35, 10, 30, 50, 70, 50, 33, 17, 50, 10, 30, 50, 45, 30, 19, 17, 5, 20, 20, 35, 35, 105, 6, 210, 6, 101, 32, 30, 20, 9, 10, 51, 20, 5, 60, 20, 20, 10, 50, 90, 50, 5, 20, 15, 50, 50, 10, 10, 90, 80, 25, 10, 10, 6, 2, 3,5, 15, 10, 5, 2, 50, 7, 5, 80, 50, 28, 7, 5, 10, 4, 205, 110, 100, 50, 45, 40, 30, 25, 25, 20, 20, 15, 15, 15, 14, 13, 6, 49, 29, 5, 65, 10, 80, 50, 175, 60, 20, 15, 140, 31, 30, 140, 10, 60, 40, 40, 30, 30, 24, 20, 20, 100, 50, 40, 30, 22, 20, 20, 20, 60, 30, 10, 40, 30, 30, 20, 20, 16, 10, 9, 30, 20, 15, 14, 10, 55, 20, 95, 50, 40, 40, 30, 30, 27, 65, 40, 30, 30, 20, 20, 18, 15, 10, 10, 15, 10, 7, 95, 90, 43, 40, 40, 34, 20, 6, 80, 70, 61, 60, 50, 50, 50, 40, 40, 32, 20, 20, 10, 70, 50, 40, 40, 34, 30, 30, 20, 10, 95, 5, 3, 180, 130, 25, 25, 19, 18, 12, 100, 30, 30, 30, 30, 30, 29, 29, 26, 25, 25, 21, 20, 12, 10, 5, 2, 210, 41, 40, 130, 90, 40, 40, 26, 25, 20, 20, 18, 115, 77, 43, 35, 25, 25, 50, 50, 32, 30, 22, 21, 49, 20, 11, 349, 70, 60, 30, 10, 100, 30, 10, 5, 25, 16, 10, 8, 7, 47, 25, 25, 21, 21, 15, 5, 50, 30, 30, 7 manat məbləğində pul mədaxil edilmişdir (cild 1, iş vərəqə 239). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyun 2022-ci il tarixli 3183 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 234-235). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 11 iyun 2022-ci il tarixli 5284 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 185). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 iyul 2018-ci il, 12 iyul 2010cu il və 08 sentyabr 2011-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 229-231). Təqsirləndirilən şəxs narkotik vasitəni, külli miqdarda psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 27 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 306-308). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 236). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram narkotik vasitə qurudulmuş marixuana. 507.457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51.058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Həsən” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni keçirdikdən sonra o, təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “İ7M 40” göstəricdi dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0.150 qram təşkil edən 01 ədəd kapsulu Bakı şəhəri, Səbail rayonu, Şıxov adlanan ərazidə gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib qeyd edilən çəkilərdə narkotik vasitə qurudulmuş marixuananın 1,739 qramını bir ədəd bükümdə, psixotrop maddə metamfetaminin 2,407 qramını bir ədəd bükümdə və tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan 340 qramını üç ədəd bağlamalarda, psixotrop maddə metamfetaminin qalan 505,05 qramını iki ədəd bükümlərdə, 666,325 qram narkotik vasitə tiryəki iki ədəd bükümlərdə, 51,058 qram psixotrop maddə alfa-pirrolidinovalerofenonu bir ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında olmaqla bir ədəd ağ rəngli sintetik torbada qablaşdıraraq yaşadığı ünvan 2 ünvanda yerləşən evinə daşıyaraq evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan həmin Həsən adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni keçirdikdən sonra... Bakı şəhəri, Səbail rayonu, Şixov adlanan ərazidə gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etmişdir”. Göründüyü kimi, narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni Bakı şəhəri, Səbail rayonunun Şıxov adlanan ərazisinə bilavasitə gətirib konkret yerə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə külli miqdarda narkotik vasitəni, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə başlamışdır (cild 1, iş vərəqə 1-2). Təhqiqat orqanın topladığı ilkin materiallarda olan bütün dəlillər də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat ətrafında cəmlənmişdir (cild 1, iş vərəqə 4-10). Yəni, qaçaqmalçılıq cinayəti ilə bağlı hər hansı məlumat olmamışdır və külli miqdarda narkotik vasitəni, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Bakı şəhəri, Səbail rayonunun Şıxov adlanan ərazisində əldə olunması, onların həmin yerə qabaqcadan iranlı olması ehtimal edilən Həsən adlı şəxs tərəfindən yerləşdirilib gizlədilməsi barədə bütövlükdə cinayət işində olan məlumatlar yalnız Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə 20) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 107-108). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yuxarıda qeyd olunan ittiham üzrə nəticəyə gələrkən məhkəmə xüsusi vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında əsaslandırılmış qərar çıxarılmalı, həmin qərarda həm də cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi göstərilməklə ittihamın mahiyyəti, cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilməlidir. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərarda isə ona ittiham elan olunarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsinə münasibətdə bu zəruri əlamətlərin heç biri əksini tapmamış, ümumi fikir şəklində onun “Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Həsən” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni keçirdikdən sonra onun təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “İ7M 40” göstəricdi dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu Bakı şəhəri, Səbail rayonunun Şixov adlanan ərazisində gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib qeyd edilən çəkilərdə narkotik vasitə qurudulmuş marixuananın 1,739 qramını bir ədəd bükümdə, psixotrop maddə metamfetaminin 2,407 qramını bir ədəd bükümdə və tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan 340 qramını üç ədəd bağlamalarda, psixotrop maddə metamfetaminin qalan 505,05 qramını iki ədəd bükümlərdə, 666,325 qram narkotik vasitə tiryəki iki ədəd bükümlərdə, 51,058 qram psixotrop maddə alfa-pirrolidinovalerofenonu bir ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında olmaqla bir ədəd ağ rəngli sintetik torbada qablaşdıraraq yaşadığı ünvan 2 ünvanda yerləşən evinə daşıyaraq evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlaması” göstərilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında bu qərarın bilavasitə özündən də göründüyü kimi, təqsirləndirilən şəxsin törədilməsində iştirak etdiyi israr edilən qaçaqmalçılıq cinayətinin kim tərəfindən və nə vaxt törədilməsi, cinayətin törədildiyi yer, onun törədilmə üsulu ümumiyyətlə müəyyən edilməmişdir. Şərh olunan hallar “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmır və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən “gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi”nin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətməsinə dair Cinayət-Prosessual Məcəllənin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında ifadə edilmiş qəti hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti ilə bağlı obyektiv cəhəti təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməməsi işin mübahisəsiz halıdır. Bununla belə, təqsirləndirilən şəxsin əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı hər hansı sübut olmadığı bir halda ona ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Amma bu halda da Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində “qabaqcadan vəd etməklə köməklik göstərməsi”nin hansı hərəkətlərlə ifadə olunması barədə hər hansı sübut mövcud deyildir. Digər tərəfdən, bütövlükdə iş üzrə ittiham aktında istinad edilən bütün sübutlar məcmusu – təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər isə Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildiyinə dəlalət edən hər hansı məlumat yükü daşımır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir”. Sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunan qaydalara görə: “145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X17 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, amma onun azadlığı faktiki 24 may 2022-ci il tarixdən, saat 23:20-dən məhdudlaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 20, 146-151). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələbi rəhbər tutulmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan - 24 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 341,539 qram təşkil edən qurudulmuş marixuana, 666,225 qram təşkil edən tiryək, 507,307 qram təşkil edən metamfetamin, 51,008 qram təşkil edən alfapirrolidinovalerofenon (a-PVP), qalıq 378 ədəd metadon həbləri, 1/2 hissə preqabalin kapsulu və və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 73, 78, 344). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3cü maddələri ilə 8 (səkkiz) il 6 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 341,539 qram təşkil edən qurudulmuş marixuana, 666,225 qram tiryək, 507,307 qram metamfetamin, 51,008 qram alfapirrolidinovalerofenon (a-PVP), 378 ədəd metadon həbləri, 1/2 hissə preqabalin kapsulu və və 01 ədəd elektron tərəzi məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar