Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1546/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 14 avqust 1988-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Göyçay şəhəri, R.Rza küçəsi, ev 67-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol 8, ev 12, mənzil 53-də yaşamış, 18 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,691 qram və 0,311 qram, ümumi təmiz çəkisi 11,002 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzini əynindəki qara rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamış, 17 aprel 2021-ci il tarixdə saat 23:45 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol 8, bina 12 ünvanının yaxınlığında piyada hərəkət edərkən şübhəli şəxs qismində saxlanılaraq, Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,691qram və 0,311 qram, ümumi təmiz çəkisi 11,002 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 17 aprel 2021-ci ildə evdən çıxarkən 2 maşından 10 nəfərə yaxın polis əməkdaşları düşüb ona yaxınlaşmış, onun adının Səməd olduğunu dəqiqləşdirmişlər. Sonra polis işçiləri onda narkotik olduğunu bildirib saxlamış, harada yaşadığını soruşmuşlar. Həmin vaxt o, rayona gedəcəyi üçün əlində geyim əşyaları olan çantaları olmuşdur. Polis işçiləri çantalardan heç nə aşkar etməmiş, onun maşınına da baxmışlar. Sonra evə qalxmışlar və evdə maşınından narkotik olan büküm aşkar edildiyini demişlər. Daha sonra yenidən onu aşağı düşürdərək maşına diqqətlə baxmaq lazım olduğunu bildirmişlər. Artıq ikinci dəfə maşına baxdıqda, guya tərəzi də aşkar edildiyini söyləmişlər. Sonra polis işçiləri onu idarəyə gətirmişlər. Təqsirləndirilən şəxs ifadəsinə görə, ibtidai istintaq zamanı o, ifadə verməkdən imtina etmişdir. Əslində isə, o, nə narkotik vasitə istifadəçisi, nə də narkotik vasitə satan deyildir. Polis əməkdaşları onun qabağında şərt qoymuşlar ki, əgər narkotiklərin ona məxsus olduğunu etiraf etməzsə, onda gedib rayondakı evdən də narkotik çıxaracaqlar. Buna görə də, o, Baş idarədə videoçəkiliş aparılanda polis əməkdaşları necə demişlərsə, o cür izahat vermiş və aşkar olunmuş psixotrop maddələrin özünə məxsus olduğunu etiraf etmişdir. İlkin izahatın da məzmununu oxumadan imza etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə ifadə verməkdən imtina edərək, bunu məhkəmədə edəcəyini söyləmişdir (cild 1, iş vərəqi 51, 64, 180-181). Məhkəmədə Təqsirləndirilən şəxs təhqiqata verdiyi ilkin izahatı elan və tədqiq olunarkən müəyyən edildi ki, o, həmin izahatında Baş idarədə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri İran vətəndaşı Mehriyar adlı şəxsdən aldığını, psixotrop maddələrdən həm özünün istifadə etdiyini, həm də dostlarına hədiyyə kimi verdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 34-35). Məhkəmə iclasında dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 aprel 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində mütəmadi olaraq satış məqsədi ilə küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün rəhbərliyə məruzə edilmiş və onun iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 17 aprel 2021-ci il tarixdə saat 23:45 radələrində Təqsirləndirilən şəxs Yasamal rayonunda yaşadığı binanın qarşısında müəyyən edilib saxlanılmışdır. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhə edildiyini bildirərək, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, sonuncu da, etiraz etmədən onlarla birlikdə idarəyə gəlmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra vəkil dəvət edilmiş, onun, həmçinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Sonuncuya narkotik vasitələr, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metanfetaminə oxşar maddələri, 4 ədəd dərman preparatının kapsulunu çıxarıb masa üzərinə qoymuş, iki ədəd bükümdəki maddənin «şüşə» adlanan metamfetamin, 4 ədəd dərman kapsullarının isə güclü təsiredici preqabalin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış zamanı bir ədəd elektron tərəzi, bir ədəd “lphone”markalı mobil telefon, bir ədəd plastik bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 100 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin iki ədəd bükümdəki «şüşə» adlanan metanfetamini Mehriyar adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Sonra aşkar olunmuş maddələr və elektron tərəzi təhqiqatçı tərəfindən zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və həmin protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra faktla bağlı toplanmış material aidiyyəti üzrə istintaqa göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilirək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 aprel 2021-ci il tarixli üzləşdirmə protokollarına əsasən, şahidlər Şahid1 və Şahid2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkətləri keçirilmiş, bu zaman şahidlər Şahid1 və Şahid2 18 aprel 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsində vəkilin iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki büküm 13 qram çəkidə psixotrop maddə metamfetaminin, 4 ədəd dərman kapsulunun və bir ədəd elektron tərəzinin aşkar edilib götürüldüyünü şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişlər, sonuncu isə üzərindən bir büküm psixotrop maddə metamfetaminin aşkar edilib götürüldüyünü təsdiq edərək, digər xüsusatlar üzrə ifadə verməkdən imtina etmişdir (cild 1, iş vərəqi 56-57). Cinayət işində olan 18 aprel 2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən, sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə içərisində ağ kristallik şəkildə psixotrop maddə - metamfetamin, 4 ədəd dərman kapsulları və bir ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin iki büküm psixotrop maddə metamfetaminin, 4 ədəd preqabalin dərman kapsulunun və bir ədəd elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir (cild 1, iş vərəqi 30-33). Məhkəmə-kimyəvi ekspertizasının 18 aprel 2021-ci il tarixli 6/1519 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış 1 №-li kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,691 qr., 0,311 qr., ümumi təmiz çəkisi 11,002 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. 4 ədəd üzərində göy-narıncı rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" (1 nömrəli əlavə) daxildir (cild 1, iş vərəqi 39-46). Məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 1752 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı S.S.Cəbrayilov narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 152-153). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2021-ci il tarixli 1469 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Vət. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb, qərarda qeyd edilən əməli törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 154-156). İbtidai istintaq orqanının 01 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilib götürülmüş iki ədəd bükümdə təmiz çəkisi 11,002 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddələrin ekspertiza tədqiqatından sonra qalıq qalan 10,902 qram metamfetamin, tərkiblərində preqabalin maddəsi olan 3 ədəd dərman kapsulları və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, saxlanılması üçün Bakı şəhəri,Səbail rayon Polis idarəsinə təhvil verilmişdir. Həmçinin, 18 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd CD disk, eələcə də mobil telefonlarla aparılmış danışıqlara dair məlumatları özündə əks etdirən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş iki ədəd disk sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 157-162). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən, həmçinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.03.2015-ci il təvəllüdlü Muhəmməd adlı azyaşlı uşağı vardır, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 131-132). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 27 aprel 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 177.2.2, 69.3-cü maddələrinə əsasən 2 il 1 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun ibtijdai araşdırma zamanı həbsdə saxlanıldığı 1 il 20 gün nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir (cild 1, iş vərəqi 102-103, 134-145). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, ittihamda qeyd olunan psixotrop maddələrin ona məxsus olmadığını, özünün heç vaxt psixotrop və narkotik vasitələrdən istifadə etmədiyini, eləcə də həmin maddələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi izahatında Baş idarədə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri İran vətəndaşı Mehriyar adlı şəxsdən aldığını, psixotrop maddələrdən həm özünün istifadə etdiyini, həm də dostlarına hədiyyə kimi verdiyini etiraf etmişdir. Bundan başqa, məhkəmədə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-200-1420 və ***- ***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglər, «SMS» yazışmaları tədqiq olunarkən də verilmiş ittihamı təsdiq edən bir sıra yanakı sübutların olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 114-130, 147-151). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərini onun məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və məhkəmə baxışınadək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cəzadan azad edildiyindən, o, məhkumluğu olmayan şəxs hesab olunmalı, həmçinin həmin hal Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Səbail rayon Polis idarəsində saxlanılan maddi sübutlar – Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 11,002 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetaminin, 4 ədəd tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən kapsulların ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,902 qram çəkidə psixotrop maddə metamfetamin, 3 ədəd preqabalin kapsulları və bir ədəd elekton tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut hesab olunan 3 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Səbail rayon Polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 11,002 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminnin, 4 ədəd tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən kapsulların ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,902 qram çəkidə psixotrop maddə metamfetamin, 3 ədəd preqabalin kapsulları və bir ədəd elekton tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 3 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1546/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1546/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver