Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1546/2023 12.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və 23 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edərək daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 0,279 qram, 0,486 qram, 0,208 qram, 0,864 qram, 0,285 qram və 0,358 qram olmaqla ümumi təmiz çəkisi 2,480 qram olan qəhvəyi rəngli eyni tərkibli kutsar üsulla hazırlanmış narkotik vasitə heroini və 3 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 0,031 qram, 0,024 qram və 0,045 qram olmaqla, ümumi təmiz çəkisi 0,100 qram kristal hissəciklərdən ibarət eyni tərkibli kutsar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 fevral 2023-cü il tarixdə saat 15:00-da Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, nömrəsiz evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ- nin 31-ci PB-nin inzibati binasına gətirilmiş və orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,279 qram, 0,486 qram, 0,208 qram, 0,864 qram, 0,285 qram və 0,358 qram olmaqla, ümumi təmiz çəkisi 2,480 qram olan kutsar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,024 qram və 0,045 qram olmaqla ümumi təmiz çəkisi 0,100 qram olan kutsar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə saat günorta saatlarında qəbirstanlıqdan qayıtdıqdan sonra Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində olan aptekə bint almaq üçün daxil olmuşdur. Uzun müddət əvvəl bədbəxt hadisə nəticəsində ayağından travma almışdır. Apteki tərk edib yaxınlıqda olan polis sahə rəisinin məntəqəsinin yaxınlığından keçərkən polis əməkdaşları onu saxlayıb üzərinə baxış keçirdikdən sonra onu Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. Orada baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunmamışdır. Polis bölməsində otaqların birində polis əməkdaşları qarşısına 1 büküm narkotik vasitə qoyaraq videoçəkilişlə keçiriləcək şəxsi axtarış zamanı həmin bükülünün ona məxsus olduğunu bildirməyini tələb etmişlər. Narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını və bu ittihamla razılaşmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun ayağına rezin dəyənəklə vuraraq xəsarət yetirməyə başlamışlar. O da məcbur olub videoçəkiliş zamanı həmin bükülünün ona məxsus olduğunu demişdir. Oxuyub-yazmağı bilmədiyi üçün sənədlərə oxumadan imza etmişdir. Polis əməkdaşları onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək azadlığa buraxacaqlarını demişlər. Sonuncu dəfə narkotik vasitələrdən saxlanılmazdan 7 ay əvvəl istifadə etmişdir. Saxlanılmazdan əvvəl nəinki polis əməkdaşları ilə, heç bir şəxslə arasında ədavəti olmamışdır. Polis əməkdaşlarının onu hansı səbəbə görə saxladıqlarını bilməmişdir. Saxlanılan zaman əynində qara rəngli gödəkcə və idman şalvarı olmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olmuş, saxlanılmazdan əvvəl son 7 ayda ancaq spirtli içkilərdən istifadə etmişdir. Üzərinə baxış keçirilərkən narkotik vasitə olmamışdır. Qardaşı 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Əvvəllər narkotik vasitələrdən istifadə etməyə görə məhkum olunmuşdur. Onu döydükləri üçün narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Onu Nurlan adlı polis əməkdaşı rezin dəyənəklə döymüşdür. Təcridxanaya daxil olarkən bədənində olan xəsarətləri tibbi kitabçasına qeyd etmişlər. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təqribən bir neçə il heroin kimi tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə etmiş, narkotik vasitəni hər dəfə tanımadığı şəxsdən alaraq istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat verərək narkotik vasitə əldə etmişdir. Həmin gün təxminən saat səhv etmirsə 15:00-da Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək onu yaxınlıqda olan PB-nə gətirib təhvil vermişlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş, hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən “Samsung Duos” markalı mobil telefonu, həmin gödəkcənin sol iç cibindən 3 ədəd işlənmiş iynə və içərisində 9 ədəd ağ rəngli bükümlərə narkotik vasitə heroini və psixotrop maddə metafetamini çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddələr narkotik vasitə heroin və psixotrop maddə metafetamindir. Sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 78-79). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı tam etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələri əldə etməsi, saxlaması və dövriyyəsi barədə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və onu cinayət başında ifşa etmək məqsədi ilə 27 fevral 2023-cü il tarixdə o və Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 27 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onun özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razılaşaraq onlarla birlikdə bölməyə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması Təqsirləndirilən şəxs qabaqcadan bildirilərək şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs da ərizə verərək müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da təklifə əsasən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 3 ədəd işlənməmiş şpris və içərisində bükümlər olan bükümü təqdim edərək bükümlərin içərisindəki maddənin narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu, 27 fevral 2023-cü il tarixdə Suraxanı qəsəbəsindən şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs o və Şahid2 küçədə saxlamışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlamışlar. Əməliyyat qrupunun rəhbəri özü olmuş və Təqsirləndirilən şəxs saxlanılarkən küçədə üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərindən elektron tərəzi aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 3 ədəd işlənməmiş şpiris və içərisində 9 ədəd bükümlərdə narkotik vasitə və psixotrop madəyə bənzər kütlə, sağ yan cibindən “Samsung Duos” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” barədə 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında təhqiqatçı, polis baş leytenantı X2 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və sahə inispektoru polis leytenantı Şahid2 iştirakı ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki əynində qara rəngli gödəkcənin sağ yan cibindən “Samsung Duos” markalı mobil telefonu, həmin gödəkcəsinin sol iç cibindən 3 ədəd işlənməmiş spiris və içərisində 9 ədəd bükümlər olan bükümü təqdim edir və təqdim etdiyi bükümlərin içərisindəki maddənin narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu və 27 fevral 2023-cü il tarixdə Suraxanı qəsəbəsində 25 manata şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 9 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülür. Həmçinin 3 ədəd spiris və 1 ədəd “Samsung Duas” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir (cild 1, iş vərəqə 61). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2023-cü il tarixli 6/1202 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,279 qram, 0,486 qram, 0,208 qram, 0,864 qram, 0,285 qram, 0,358 qram, ümumi təmiz çəksi 2,480 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,024 qram, 0,045 qram, ümumi təmiz çəkisi 0,100 qram olan ağ rəngli kristlalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,480 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 2,380 qram, metafetaminin ümümi təmiz çəkisi 0,100 qram, tədqiqata sərf edildi 0,060 qram, qalıq 0,040 qram, cild 1, iş vərəqə 46-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 31 may 2023-cü il tarixli 3343 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 126-127). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 31 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,480 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,100 qram psixotrop maddə metafetamin və 3 ədəd işlənməmiş şpiris maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 1 ədəd “Samsung Duas” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etmədiyindən təqsirləndirirlən şəxsin ailə üzvlərinə qaytarılması nəzərə alınmışdır (cild 1, iş vərəqə 133-143). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 8 sentyabr 2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 mart 2023-cü il tarixində 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Baxış zamanı həbs edilmiş şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır (cild 2). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, 23 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 96-97). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 “1-ci Qarabağ Müharibəsi” zamanı şəhid olmuşdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs qardaşı X6 “1-ci Qarabağ Müharibəsi” zamanı şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89-92). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,380 qram olan narkotik vasitə heroin, 0,040 qram olan psixotrop maddə metafetamin və 3 ədəd işlənməmiş şpiris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 fevral 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,380 qram olan narkotik vasitə heroin, 0,040 qram olan psixotrop maddə metafetamin və 3 ədəd işlənməmiş şpiris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1546/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1546/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver