Məhkəmə qərarları › İş №1(101)-1548/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1548/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1548/2021 18.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi, döngə 2, ev 11-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda 1 (bir) bükümdə təmiz çəkisi 18,969 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq ünvan 1 ünvanının yaxınlığına daşımış, 10 mart 2021-ci il tarixdə, saat 03:30-da həmin yerdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis bölməsinə aparılmış, orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə ümumi çəkisi 18,969 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki ildir ki, narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. O, narkotik vasitə heroini “kakos” kimi tanımışdır. O, 09 mart 2021-ci il tarixdə axşam vaxtı “İnstagram” sosial şəbəkəsində vaxt keçirərkən bir elan olun diqqətini cəlb etmişdir. Həmin elan narkotik vasitələrin reklamı ilə əlaqədar olmuşdur. O da narkotik vasitə alüdəçisi olduğundan həmin elanın yerləşdiyi səhifə ilə yazışmağa başlamışdır. O, həmin səhifə ilə yazışarkən məqsədi öz istifadəsi üçün “kakos” almaq olmuşdur. Həmin səhifəni idarə edən şəxs ona “kakos” sata biləcəyini demişdir. Bundan sonra o, öz istifadəsində olan mobil nömrəsini həmin səhifədə yazmışdır. Sonra bir nəfər həmin səhifədən onun mobil nömrəsinə “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə mesaj yazmışdır. O da həmin şəxsə “kakos” almaq istədiyini bildirmişdir. O, yazışdığı şəxsin adını və soyadını bilməmişdir. Bundan sonra həmin şəxs onun nömrəsinə üzərində hesab nömrəsi olan, lakin digər məlumatları silinmiş bank kartının şəklini göndərmiş və ondan həmin bank hesabına 300 (üç yüz) manat pul göndərməsini istəmişdir. O da yaşadığı yerə yaxın olan, yəni Balaxanı qəsəbəsində yerləşən poçtun yanında yerləşən “Milli ön” aparatı vasitəsi ilə ona göndərilmiş bank hesabına 300 (üç yüz) manat pul göndərmişdir. O, pul göndərdikdən bir qədər sonra onun yazışdığı şəxs ona “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə yenidən mesaj yazaraq ona satacağı narkotik vasitənin yerləşdirdiyi yerin şəklini göndərmiş və ona Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə gedərək narkotik vasitəni götürməsini demişdir. Sonra o, taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmiş və oradan narkotik vasitə “kakosu” götürmüşdür. O, “kakosu” götürdükdən sonra az bir hissəsini istifadə etmişdir. Bundan sonra o, “kakosun” qalan hissəsini yaşadığı Balaxanı qəsəbəsinə gətirmişdir. 10 mart 2021-ci il tarixdə o, yaşadığı yerə yaxın ərazidə olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu tutmuşlar və Polis bölməsinə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən 18,969 qram çəkidə “kakos” aşkarlanmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə “kakosu” öz istifadəsi üçün almışdır. O, narkomaniya xəstəsi olduğundan və hər dəfə narkotik vasitə aldıqda tutulmaqdan qorxduğundan sonuncu dəfə 20 (iyirmi) qrama yaxın narkotik vasitə heroin almış, sonra az hissəsini şəxsən istifadə etmiş, qalan hissəsini isə növbəti istifadəsi üçün üzərində saxlamışdır. O, heç vaxt heç kəsə narkotik vasitə satmamış və belə bir niyyətlə narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və bu maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, şahid ifadəsini, elan olunmuş şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, həmin vasitənin olduğu bükümün sayını mübahisələndirməsə də, verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib saxlamasını və daşımasını bildirmişdir. Məhkəmə qeyd edilən hissədə Təqsirləndirilən şəxs verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də təqsirləndirilən şəxsin məhkəmə istintaqında bu hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda, yəni üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün əldə etməsi barədə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, 10 mart 2021-ci il tarixdə, təxminən saat 03:30 radələrində digər polis əməkdaşı Şahid2la birlikdə ünvan 1 ünvanında xidmət aparmışdır. Həmin vaxt onlar bir nəfər şəxsin qaranlıq küçə ilə hərəkət etdiyini və özünü şübhəli apardığını görərək həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Həmin şəxs isə bu vaxt qaçmağa başlamışdır. Onlar da həmin şəxsi saxlamaq üçün sonuncunun arxasınca qaçmışlar. Həmin şəxs onlardan təxminən 10-15 metr irəli qaçdıqdan sonra birdən ayağı ilişərək yerə yıxılmışdır. O, Şahid2la birlikdə cəld şəkildə həmin şəxsə yaxınlaşaraq qaçan şəxsi tutmuşlar. Baş vermiş məsələnin aydınlaşdırılması məqsədi ilə onlar həmin şəxsi işlədikləri 12-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində onlara məlum olmuşdur ki, onların tutqduqları şəxs Təqsirləndirilən şəxs olmuşdur. Onlar Polis bölməsində Təqsirləndirilən şəxs onlardan qaçmasının səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs də narkotik vasitə alüdəçisi olduğundan və həmin vaxt üzərində narkotik vasitə heroin olduğundan onlardan qorxduğunu və çıxış yolu kimi onlardan qaçdığını bildirmişdir. Bundan sonra Polis bölməsində otaqların birində Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş spesifik iyə malik olan, içərisində toz şəkilli maddəni çıxararaq onlara təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs onlara təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin vasitəni bir gün əvvəl sosial şəbəkə vasitəsi ilə öz istifadəsi üçün aldığını, aldıqdan sonra bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə öz istifadəsi üçün üzərində saxladığını onlara bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Prima” siqareti və 1 (bir) ədəd alışqan aşkarlanmışdır. Lakin qeyd edilən əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar vasitə qablaşdırılmışdır. Bundan sonra protokol tərtib eilmiş və bütün iştirakçılar həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, 10 mart 2021-ci il tarixdə, təxminən saat 03:30 radələrində polis əməkdaşı Şahid1lə birlikdə ünvan 1 ünvanında xidmət apararkən bir nəfər şəxsin qaranlıq küçə ilə hərəkət etdiyini və özünü şübhəli apardığını görmüşdür. Onlar bunu görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən vəsiqənin olub-olmadığını soruşmuşlar. Həmin vaxt isə özünü şübhəli aparan şəxs səbəbsiz yerən onlardan qaçmağa başlamışdır. Onlar da həmin şəxsi tutmaq üçün sonuncunun arxasınca qaçmışlar. Həmin şəxs onlardan təxminən 10-15 metr irəli qaçmış və birdən ayağı hansısa predmetə ilişərək yerə yıxılmışdır. O, Şahid1lə birlikdə cəld şəkildə həmin şəxsə yaxınlaşmışlar və sonuncunu tutmuşlar. Baş vermiş məsələnin aydınlaşdırılması məqsədi ilə onlar həmin şəxsi işlədikləri 12-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində onlara məlum olmuşdur ki, onların tutqduqları şəxs Təqsirləndirilən şəxs olmuşdur. Onlar Polis bölməsində Təqsirləndirilən şəxs onlardan qaçmasının səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs də narkotik vasitə alüdəçisi olduğundan və həmin vaxt üzərində narkotik vasitə heroin olduğundan onlardan qorxduğunu və çıxış yolu kimi onlardan qaçdığını bildirmişdir. Bundan sonra Polis bölməsində otaqların birində Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş spesifik iyə malik olan, içərisində toz şəkilli maddəni çıxararaq onlara təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs onlara təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin vasitəni bir gün əvvəl sosial şəbəkə vasitəsi ilə öz istifadəsi üçün aldığını, aldıqdan sonra bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə öz istifadəsi üçün üzərində saxladığını onlara bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Prima” siqareti və 1 (bir) ədəd alışqan aşkarlanmışdır. Lakin qeyd edilən əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar vasitə qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş və bütün iştirakçılar həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, habelə ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 03:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin polis əməkdaşları Şahid1 və Şahid2 ünvan 1 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək həmin şəxsə yaxınlaşaraq sonuncudan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Lakin özünü şübhəli aparan həmin şəxs heç bir sənəd təqdim etmədən qaçmağa başlamışdır. Sonra həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis bölməsinə aparılmış, orada tutulan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğu üçün polis əməkdaşlarından qaçdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 15) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı o, əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd qara və şəffaf sellofanlara bükülmüş, içərisində spesifik iyə malik olan toz şəkilli maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi vasitəni bir gün əvvəl öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qara rəngli qısa qol gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd “Prima” siqareti və 1 (bir) ədəd alışqan aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli aktdan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs sağ qaşının üstündə xəsarət aşkar olunmuşdur. O, həmin xəsarəti yıxılaraq aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/978 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 39-40) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə qablaşdırılmış 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 18,969 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 50-51) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-158/2021 saylı qərarından (cild 1, iş vərəqə 75-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli, onun tutulduğu vaxtdan, yəni 10 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 78) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefondan sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs özünə məxsus mobil telefondan hər hansı məlumat əldə olunması mümkün olmasın deyə polis əməkdaşları onu saxlayarkən telefonunu yenilədiyini və polis əməkdaşlarının bunu görmədiklərini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 96-97) görünür ki, cinayət hadisəsi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə toplanmış material üzrə polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 1397 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 147-149) görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik müəyyən edilmir. Onda yüngül kəmağıllılıq (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 2170 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 144-145) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-470/2021 saylı qərarından (cild 1, iş vərəqə 134-137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 10 avqust 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 140-141) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 28 fevral 2021-ci il tarixdə, saat 21:59:54-də göndərilmiş “Qaqa men temaya alacaqim pulu borcuma verdim sen dedin olacaq mende ona gore.1 gundu taniwiq her yiqdiqimda duzunu daniwmisan deye 2ci kelmeni dememiwem ama bawqa tema varsa yenede mene aciq ol men dosta qardawa gore canimida qurban vererem ama dostuma gore aqrida qalsam sozumu ycmiw olsam dostluq olmaz bu” mətnli, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 03 mart 2021-ci il tarixdə, saat 19:58:45-də göndərilmiş “Kenddeyem mehlevizde hardasan cix birdene gorusek gorek senin mene borcun qalir yoxsa menim sene Sen onu bilmirsen ki o pul qiza catir? Bes divijeniya edende meti satanda bes sene qret olunan metıler vozduxdan gelirdi senin deyesen basinda prablemin var" mətnli, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 06 mart 2021-ci il tarixdə, saat 09:19:34-də “Birat salam gor ne diyirem axwama derman olsa 5 dene ver mene qaliq heqesabida vericem axwam goruwsey”, saat 23:07:43-də "İwdı falqa olsa gotur olmasada pirablem doyur ama tez gel", 07 mart 2021-ci il tarixdə, saat 20:38:11-də "Bawa duwmurem evdeyem gel daniwaq birdeki 10 manatdig kola tapda gotur yaxwi biratimsan”, saat 22:20:46-da “Birat qardawimsan gor derman oldu 4 dene gotur saxla yanıma hacan geldun götürürdün menimcun yaxwi ay adaw”, 08 mart 2021-ci il tarixdə, saat 20:48:55-də "Meni qoymadun dunen dermanimi alim umud eledın adaw meni he. Gorursen adaw neynirsen sen”, 09 mart 2021-ci il tarixdə, saat 21:20:04-də “Adaw dermamın yoxduya birat”, saat 21:55:34-də “Goturmuyceysense dermani diyirem bawima care tapimda ay adaw olmadiki bu uje” mətnli, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə 02 mart 2021-ci il tarixdə, saat 13:54:41-də “**********467178 millionde bank xidmetleri kapital bank karta medaxil pulu vur. Vasif rzayev.ceki atma saxla”, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə saat 23:03:47-də “Ac telfonu sene gore isim diyanir iranli meni gozdiyir xiyar” mətnli, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə 07 mart 2021 -ci il tarixdə, saat 20:31-də “Adas gelirem yoldayam diyanmicam 80 m yarim das 100 m digda ver aparim sabah 150 haqqsab eliyeg alinir?” mətnli mesajlar aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 184-185) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 151-152) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 160- 160) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 182-183) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,969 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,919 qram təşkil edən narkotik vasitə heroinin, habelə 1 (bir) ədəd “Huawei” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 186-199) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,919 qram təşkil edən narkotik vasitə heroinin və 1 (bir) ədəd “Huawei” markalı mobil telefonun maddi sübut kimi saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd diskin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və qeyd edilən 2 (iki) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 201-202) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2008-ci il tarixli 863 nömrəli sağlamlıq vəziyyətinin müayinəsi aktından (cild 1, iş vərəqə 78) görünür ki, Təqsirləndirilən şəxs ilkin psixofiziki inkişafı ləng getmiş, anadan olduqdan sonra inkişafdan qalmış, vaxtından gec yerimiş və danışmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs “debillik” dərəcəli ağıl zəifliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayantarixdə və mənbədən külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə, o cümlədən nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 10 mart 2021-ci il tarixdə, saat 03:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı yerə yaxın ərazidə olarkən iki nəfər polis əməkdaşının ona yaxınlaşması və Təqsirləndirilən şəxs həmin polis əməkdaşlarından səbəbsiz yerə qaçması, sonradan onun polis əməkdaşları tərəfindən tutulması və 12-ci Polis bölməsinə aparılması, orada onun üzərində şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı ondan 1 (bir) bükümün içərisində külli miqdarda, ümumi təmiz çəkisi 18,969 qram təşkil edən narkotik vasitə heorinin aşkar edilməsi təsdiq olunmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrdə üzərindən aşkarlanmış narkotik vasitənin çəkisini, növünü, həmin vasitənin olduğu bükümün sayını (cəmi 1 (bir) büküm), onun üzərindən aşkarlanmış narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığını bildirərək qeyd edilən halları dəfələrlə etiraf etmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsində göstərmiş olduğu hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadəsi ilə tam şəkildə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini, növünü, həmin vasitənin olduğu bükümün sayını (cəmi 1 (bir) büküm) məhkəmə istintaqında etiraf etsə də, üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda, yəni 18,969 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın polis əməkdaşlarında olub-olmaması, onun tutulma şəraitini, tutulması üçün səbəbləri və cinayət işinin materiallarında olan sənədlərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulanadək, yəni 10 mart 2021-ci il tarixədək onun narkotik vasitə heroinin satışı ilə məşğul olması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi ilə bağlı polis əməkdaşlarının məlumatı olmamış, bununla bağlı hər hansı bir polis orqanına əməliyyat məlumatı daxil olmamış, onun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qanunla müəyyən edilmiş qərar qəbul edilməmiş və əməliyyat qrupu yaradılmamışdır. Başqa sözlə, 10 mart 2021-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onun tərəfindən dövriyyəsi qadağan olunmuş əşyaların əldə edilməsi ilə bağlı heç bir məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin Təqsirləndirilən şəxs tutulma şəraitini təhlil etdikdə məlum olur ki, o, gecə vaxtı yaşadığı yerə yaxın ərazidə hərəkət edərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs heç bir əsas olmadan həmin iki nəfər polis əməkdaşından qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşlarından qaçması səbəbi kimi – həmin vaxt onun üzərində külli miqdarda dövriyyəsi qadağan edilmiş narkotik vasitə heroinin olması və bu səbəbdən də tutulacağından qorxması ilə izah etmişdir. Məhkəmə istintaqında müəyyən edilmiş və yuxarıda göstərilmiş hallar ilkin olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmamasına, külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etməsinə dəlalət edir. Lakin cinayət işinin materiallarında olan 09 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və həmin diskdə qeydə alınmış yazılı məlumatlardan görünür ki, müxtəlif şəxslərin istifadəsində olan mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” ilə əlaqədar sms-lər (mesajlar) daxil olmuşdur. Həmin sms-lərin (mesajların) mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslər ondan narkotik vasitə və psixotrop maddə əldə etmək niyyətində olmuşlar, habelə həmin şəxslərin bəziləri Təqsirləndirilən şəxs müəyyən məbləğ dəyərində narkotik vasitə istədiklərini bildirmişlər, hətta bəzi “müştərilər” Təqsirləndirilən şəxs hərəkətlərindən (vaxtında narkotik vasitəni satmaması və sair) narazı qalaraq ona öz iradlarını bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs yazılmış sms-lərin (mesajların) əksəriyyəti jarqon dildə “kola”, “patı”, “meti”, “dərman” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqında ifadə vermiş Təqsirləndirilən şəxs heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmadığını iddia etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə istintaqında araşdırılmış və obyektiv şəkildə hüquqi qiymətini almış 09 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və həmin diskdə öz əksini tapmış yazılı məlumatlardan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə mesajlar yazaraq, eləcə də müxtəlif şəxslərdən mesajlar alaraq faktiki olaraq narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” ilə məşğul olmuşdur. Məhkəmə qeyd edilən nəticəyə gələrkən Təqsirləndirilən şəxs yazmış olduğu, həmçinin başqa şəxslərin Təqsirləndirilən şəxs yazmış olduqları mesajların mahiyyətini və məzmununu əsas tutmuşdur. Belə ki, sözügedən mesajların məzmunu tam və ətraflı şəkildə təhlil edildikdə açıq aşkar görünür ki, daxil olan və göndərilən mesajlar bilavasitə narkotik vasitə və psixotrop maddənin növləri, çəkiləri, keyfiyyəti, həmin vasitə və maddələrin çatdırılması və qeyd edilən vasitə və maddələrin qiyməti ilə bağlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə edib saxlamış və daşımışdır. Çox təəssüf ki, ibtidai istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində heç bir tədbir görülməmiş və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə ibtidai istintaq orqanı natamam araşdırma aparmış və faktiki olaraq Təqsirləndirilən şəxs “müştərilərinin” əməllərinə hüquqi qiymət verməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, ibtidai istintaq orqanı qeyd edilən məsələlər üzrə ətraflı və obyektiv araşdırma aparmalı olduğu halda, məhkəməyə məlum olmayan səbəblərdən bunu etməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində hər hansı bir tədbir görülməsə və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsə də, eləcə də Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin sms-lərlə bağlı mövqeyi aydınlaşdırılmasa da, məhkəmə belə nəticəyə gəlir ki, həmin smslərin (mesajların) həqiqiliyinə şübhə yoxdur və həmin sms-lərin Təqsirləndirilən şəxs bilavasitə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısına dair yazılması şübhəsizdir. Bu səbəbdən də maddi sübut kimi tanınmış diskdə olan mətnlər (yazışmalar) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün müstəsna rol oynayırlar. Məhkəmə istintaqında tədqiq edilmiş diskdən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir əsas müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla və daşımaqla həmin maddəni gələcəkdə satmaq məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ən əsası da uzun müddət ərzində “debillik” dərəcəli ağıl zəifliyi xəstəliyindən əziyyət çəkməsini və dəfələrlə müalicə olunması, bu xəstəliyin ona pis təsir etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, uzun müddət “debillik” dərəcəli ağıl zəifliyi xəstəliyindən əziyyət çəkməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz aşağı həddə cəzanı ona təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 mart 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan edilmiş 05 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,919 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd “Huawei” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,919 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd “Huawei” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar