Məhkəmə qərarları › İş №1(101)-1548/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1548/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1548/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 26,198 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini ayrı-ayrı şəxslərə satıb qazanc əldə etmək məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə saat 19.00-da Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 29-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 26,198 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə etdiyi 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etməyi ilə əlaqədar məhkum olunmuş, sonuncu dəfə 2021ci ilin iyul ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, bu il, yəni 2022-ci ilin yanvar ayında isə azadlığa buraxılmışdır. Təxminən on ildir ki, narkotik vasitə olan heroin qəbul edir, narkoman xəstədir. xx.xx.2022-ci il tarixdə «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə olan heroin almış, həmin narkotik vasitə 1 bükümdən ibarət olmuş, qeyd olunan narkotik vasitədən heç kimə satmamış, yalnız özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində polis əməkdaşları yaşadığı Yasamal rayonu, V.Əliyev küçəsi 218 ünvanında yerləşən evinə gələrək onu polis bölməsinə aparmış, tutulan zaman üzərində həqiqətən də narkotik vasitə olan heroin olmuş, lakin heroinin çəkisi 3 qram təşkil etmişdir. Cinayət işinin materiallarında üzərindən 26,198 qram heroin aşkar edildiyi qeyd olunsa da, onun üzərində sadəcə 3 qram heroin olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, tutulan zaman üzərində narkotik vasitə olan heroin olmuş, lakin heroinin çəkisi 26,198 qram deyil, 3 qram təşkil etmiş, üzərində olan narkotik vasitənin çəkisini dəqiqliklə bilməyinin səbəbi isə, tutulmamışdan əvvəl narkotik vasitəni istifadə etməyə hazırlaşması və istifadə etməzdən əvvəl də çəkisini ölçməsi ilə əlaqədardır. Axtarış zamanı götürülən tərəzi ona məxsus olmuşdur. Tutulan zaman onu döyən, işgəncə verən və ya qeyri-qanuni davranış göstərən olmamış, istintaq zamanı ifadəsini özü oxuyub imzalamış, istintaq materiallarında narkotik vasitənin çəkisinin 26,198 qram qeyd olunduğunu görmüş, lakin buna heç bir etirazını bildirməmiş, ifadəsini imzalamaq üçün ona təzyiq göstərən olmamışdır. Subaydır, atası, anası var, heç bir yerdə işləmir. Narkotik vasitəni əldə etmək üçün pulu ordan-burdan tapmış, narkoman olan tanışları ilə aralarında «atışıb» almışlar. Əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etməyi ilə əlaqədar məhkum olunmuşdur, bu səbəbdən də 3 qram heroinin də külli miqdar təşkil etdiyini bilir, 3 qram heroin də külli miqdar təşkil etdiyi halda, ondan aşkar edilmiş heroinin miqdarının 26,198 qram yazılmasının səbəbi ona da aydın deyil. Cinayət işinin materialları ilə tanış olmuş, o cümlədən onun istifadəsində olan mobil telefon nömrəsinə gələn sms mətnlərini istintaq zamanı ona təqdim etmişlər. Bunun qarşılığında verəcək bir cavabı yoxdur, etiraf edir ki, müxtəlif vaxtlarda narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Müxtəlif vaxtlarda müxtəlif şəxslərə narkotik vasitə satmış, qarşılığında müəyyən məbləğlərdə pul almışdır. İstintaq zamanı heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsinin səbəbi bu barədə danışmaqdan utanması olmuşdur. Ona görə də, istintaq zamanı ifadəsində narkotik vasitələri satmadığını bildirmişdir. O, özünü təqsirli bilir, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur, əməlindən peşmandır, lakin tutulan zaman üzərində aşkar olunmuş narkotik vasitədən heç kimə satmamış, onu özü istifadə etmək məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkilidir, polis polkovnik-leytenantı rütbəsi daşıyır. O, «Təqsirləndirilən şəxs» adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə özünün və Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə 23 aprel 2022-ci il tarixdə əməliyyat qrupu təşkil etmiş, xx.xx.2022-ci il tarixdə saat 19:00-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 3 ünvanının yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar İbrahimə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib saxladıqları ərazi üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd elektron tərəzini çıxardıb qarşısındakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, 27 manat nağd pul və həmin şalvarın sol yan cibindən isə 01 ədəd «Bakı kart» adlı metro kartı, 01 ədəd qara rəngli tibbi maska və 01 ədəd qara rəngli kişi qol saatı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən çıxardıb qarşısındakı masanın üzərinə qoyduğu bir ədəd şəffaf sellofan bükümə digər iştirakçıların gözü qarşısında baxış keçirilən zaman həmin bükümdə qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Həmin şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi ilə birlikdə iştirakçıların gözü qarşısında içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon sonuncuya izah edildikdən sonra götürülmüş, 01 ədəd «Bakı Kart» metro kartı, 01 ədəd kişi qol saatı, 01 ədəd qara rəngli tibbi maska və 27 manat nağd pul isə İbrahimin özünə qaytarılmışdır. Orada Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda İbrahim bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, spesfık iyə malik kütlə narkotik vasitə heroindir. O, həmin narkotik vasitə heroini saxlanılmadan 2-3 gün əvvəl «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi və arada narkotik vasitə istifadə edən tanışlarına ağrısı olanda istifadə etmələri üçün pay kimi vermək məqsədi ilə ümumilikdə, 500 manat pul müqabilində aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, saxlanılan zaman üzərindən aşkar olunmuş maddədən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir iş üçün sübut əhəmiyyəti kəsb edəcək əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Daha sonra məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 könülllü olaraq verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs 10 ildir ki, narkotik vasitələrdən istifadə edir. O, özü hal-hazırda narkotik vasitələrdən istifadə etməsə də, əvvəllər o da narkotik vasitələrin istifadəçisi olmuşdur. Qardaşı İbrahim narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, istintaq orqanı tərəfindən İbrahimin üzərindən aşkar edilib götürülən telefon İbrahimə məxsus olmuş, sadəcə olaraq həmin telefonun üzərində olan mobil nömrə onun adına olmuşdur. Həmin mobil nömrəni dəqiq xatırlamır. O, qardaşı İbrahimdən narkotik vasitə almamış, lakin qardaşı ilə birlikdə narkotik vasitədən istifadə etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 23 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi, həmçinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində ***-***- **-** sim nömrəsi olan 01 ədəd «Samsung» markalı mobil telefon. 27 manat nağd pul, həmin şalvarın sol yan cbindən isə 01 ədəd Bakı karta məxsus metro kartı, 01 ədəd qara rəngli tibbi maska və 01 ədəd qara rəngli kişi qol saatı aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin narkotik vasitə heroin bükümü, 01 ədəd elektron tərəzi, eləcə də 01 ədəd «Samsung» markalı mobil telefon aparatı üzərində olan nömrə ilə birlikdə götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı tərəfindən verilmiş müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan, qəhvəyi rəngli maddənin narkotik vasitə «heroin» olduğunu, həmin narkotik vasitəni həm özü istifadə etmək, həm də narkotik vasitə istifadəçisi olan dost-tanışlarına istifadə etmələri üçün pay kimi vermək məqsədi ilə bir neçə gün əvvəl Bakı şəhərində, «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə 500 manata əldə etdiyini, özünün təxminən 10 ilə yaxındır narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, başqa heç bir yerdə saxlamadığını, onun bu əməlindən heç kimin məlumatının olmadığını, polis şöbəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. (iş vərəqə: cild İ, səh. 33-35). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 23 aprel 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər 23 aprel 2022-ci il tarixdə saat 20:15-də qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 29-cu PŞ-də yerləşən xidməti otaqdır. Videogörüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Vüsal Həsənquliyevin yanında ondan sağa doğru birinci ayaq üstə dayanmış şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1dur. Təhqiqatçının qarşısında masanın arxasında əyləşmiş şəxs Mərkəz vəkil bürosunun vəkili X4r. Xidməti otaqda Şahid1 yanında dayanmış, əynində qara rəngli gödəkçə, qara rəngli köynək və qara rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Video çəkilişin davamında təhqiqatçı Vüsal Həsənquliyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd ədəd elektron tərəzi və 01 (bir) ədəd sellofan bükümünü, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd üzərində ***-***-**-** GSM nömrəsi olan «Samsung» markalı mobil telefonunu, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd Bakı karta məxsus gediş kartını, 01 (bir) ədəd qara rəngli tibbi maskanı və 01 (bir) ədəd qara rəngli kişi qol saatını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 27 (iyirmi yeddi) manat nağd pul aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən aşkar olunmuş bir ədəd qara rəngli qol saatı, bir ədəd Bakı karta məxsus gediş kartı, bir ədəd qara rəngli tibbi maska, qara rəngli cins şalvarının sağ yan cibində aşkar olunmuş 27 (iyirmi yeddi) manat məbləğində nağd pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, bir ədəd üzərində ***-***-**-** GSM nömrəsi olan «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs hüquqları izah olunaraq iş üçün sübut əhəmiyyəti kəsb etdiyinə görə götürülmüş, təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda, həmin bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin olması aşkar edilmişdir. Bundan sonra həmin sellofan bükümdə aşkar edilmiş kütlə təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə kütlənin çəkisinin 27,2 (iyirmi yeddi tam onda iki) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm və elektron tərəzi 01 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzlalanmışdır. Həmçinin tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunan narkotik maddələnin heroin olduğunu, həm öz istifadəsi üçün, həm də narkotik vasitə istifadəçisi olan dost-tanışları istədiyi zaman onlara pay verməsi üçün üzərində saxladığını, əvvəllər bir neçə dəfə narkotik maddə istəyən yaxın dost-tanışlarına narkotik tərkibli maddələri pay kimi satış məqsədi olmadan verdiyini, həmin bükülüdəki maddəni təxminən 2-3 gün əvvəl Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 500 (beş yüz) manat müqabilində əldə etdiyini, özünün təxminən 10 (on) ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, «CD diskə baxış keçirilməsi» haqqında 30 may 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan smslər və mətnləri həmin nömrələrin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. Həmin 01 ədəd «CD» diskdə 01 ədəd "SMS_T arixçəsi_**********1715_5 53383774» adlı, 01 ədəd «SMS_Tarixçəsi _**********1718 553383774» adlı, 01 ədəd «Zənglərin Detallaşması **********5746 553383774»,01 ədəd «Zənglərin_Məxsusluq_Tarixçələri **********5750 ********* BKC» adlı fayllar aşkar olunmuşdur. «X1 **********5750_553383774_ BKC» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin qardaşı Şahid3 adına qeydiyyatda olması qeyd olunmuşdur. Tədqiq olunan protokolda həmçinin qeyd olunmuşdur ki, «SMS Tarixçəsi_ **********1715_553383774» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan mesajların siyahısı və mətnləri göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsinin istifadəçisi xx.xx.2022ci il tarixdə saat 22.49-da «İbiw neynirsen Qaqaw?menem Fuad.Qaqaw 10 man var.seher de 10 verecem.20 ye Eger alinirsa ne goturmek olar?Eger raziliq varsa ki 10 nu DA seher verim..her ikisi olar DA yeqin ki» məzmununda yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 11:11 -də «Qaqaw sende de mende de pt yoxdur.sene de mene de lazimdi.onsuz alinmir.qardawcani ele 15 e hem yari hem de ustunde pt ala bilirem.o adama zeng catmir.yeqin yatib.gorum pt tapa bilsem seni yigacam.var 51ik 10 luq..o DA az olur.sen dediyin kimi dobri olmur,bagiwla seni narahat eledim» məzmununda yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 02.16-da «neynirsen?Qaqaw cox sag ol.normal idi.o birisi var a.az olan mene verdiyin bele bawa duwdum ki o bu 15 manata daxil deyil.onun DA 15 manatdan elave oz qiymeti var» məzmununda yazılı mesaj, 21.04,2022-ci il tarixdə saat 21:41-də «Qaqaw bayaq 12 idi.indi ise duzeltdim pulu.pa..ni bir az cox imkan varsa.» məzmununda yazılı mesaj, xx.xx.2022ci il tarixdə saat 22:53-də «Qaqaw ne olar axi varsA imkan p..ni bir az qoy DA.imkan varsa.metrodayam» məzmunlu yazılı mesaj göndərmişdir. «***-***-**-**» mobil nömrəsinin istifadəçisi həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 18:13-də «Qaqas meni burdan sixirlar ne oldu qaqas gec alinar bularda elden cixacaq sen yerdi men gelim qaqasimsan bir xeber de» məzmununda yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 02:17-də «imkanın varsa bitke pati qoyda qerdesimsen imkan varsa yoxdu canın sağ olsun qerdesun evezin cixar inwe Allah» məzmunlu mesaj, xx.xx.2022-ci il tarixdə saat 02:44-də «Qaqaş mehlede heç kim yoxdu tez bazar çox ver» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 18:58-də «Sedi patiya elin cat» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 21:51 -də «Neqede lazimdi» məzmunlu yazılı mesaj göndərmişdir. «***-***-**-**» mobil nömrəsinin istifadəçisi həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 18:08-də «Qaqaş burda bir qıram idi mal» məzmunlu yazılı mesaj göndərmişdir. «***-***-**-**» mobil nömrəsinin istifadəçisi həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 00:45-də «Yenada Kelib cixmadun, kec oldu, koturum mal??» məzmunlu yazılı mesaj göndərmişdir. «077- 280-80-76» mobil nömrəsinin istifadəçisi həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 16:39-da «Qaqa başqa şey fikirleşmə imkan varsa hərəsindən 5/5 ya axşam yada seher vererəm pul sene yaxşı deyil veziyyet əgər imkan varsa» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 18:57də «Qaqa gəlirəm 10 kola 5 patı» məzmunlu yazılı mesaj göndərmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Tədqiq olunan protokolda həmçinin qeyd olunmuşdur ki, «SMS_Tarixçəsi **********1718_„553383774» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək göndərilən mesajların siyahısı və mətnləri göstərilmişdir. Siyahıya baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan «***-***-**-**» mobil nömrəsi vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 22:25-də «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə «Behruz menem ibiwdi yig meni vacib o tema daniwdig seynen onu goturmey olar cavab de» məzmunlu yazılı mesaj, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə saat 23:23-də «Aga axwamin xeyir menem ibiw iwim var seniynen ogun soz demiwdin mene o tema alinar» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 00:18-də «Mene on dene lazimdi alinar gozdeyim axdarmayim birdene pati he yox de deqiq» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 21:12-də «Qaqaw menem ibiwdi tema lazimdi duzeler» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 19:17-də «Ay brat mene deqiq bir soz de men iwimi bilimde 10 den kola 1 den pati neyniyim men» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 20:00-da «Qaqaw men agriyiram dedim sene gotur birsoz de ibiwdi» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 02:24-də «Qaqaw bawiva donum mene bir sozde duzeldi ???» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 23:03-də «Aga hecolmasa gotur adama bir sozde var yoxdu agrida qalmiwam» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 00:58-də «Brat oyagsan yatmisan bes men sene arxayinam canim agriyir mene bir sozde olmadiki» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 15:01 -də «Qaqaw sen ol oluruy ikimizde dunen geceden komey ele on dene tema yarim pati hacan yigarsan gozdeyirem» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 19:51 -də «Qaqaw on dene lazimdi mene» məzmunlu yazılı mesaj, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə saat 00:00da «Yoldayam sene ne qeder lazimdi» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 01:47-də «Tema verim men seni qoymaram agrida» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 00:50-də «Qaqaw bu ariz iwi alinmadi qaldi sabaha gelirem meliye gorum kimnen yarim goturum boley afser gelsin duwurem» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 01:43-də «Qaqaw gor kimde var murad gelir yarim goturey bizde agridayig» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 01:59-da «Murad yanimda olur agridan mal yoxdu pulumda var yer tap alag birqram sene qret edirem sen ol» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 01:17-də «Qaqaw 1 dene putoy goturmuwem.istiyirsen gel yasamala veim biraz sene.a..g menim iwimi alindirseydi yaxsi olardi.» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 15:45-də «Dunen men oturduğum yerde menim kimi otur orda sol elinde pencerede ag naftazinin altinda ora qoymusam» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 03:29-da «Gelisen dur gel tema verim agriyisan» məzmunlu yazılı mesaj, xx.xx.2022ci il tarixdə «Qaqaw sen resulnan daniw gor atar on dene bele olmur catdirmiram yoldayam» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 00:11-də «Brat salfetka qabinin icinde gotur» məzmunlu yazılı mesaj, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə saat 18:58-də «Sedi patiya elin catir» məzmunlu yazılı mesaj, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə saat 22:04-də «Anar yaxwi tema var isdesen yig ibi» məzmunlu yazılı mesaj, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə saat 00:53-də «Qaqaw muradnan ikimizde oluruy sen allah mene deqiq de gozdemeyne gozdeyirem deqiq de alinir he yox nece deyqiye yuz fayiz» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 22:00-da «Yarim saata ordayam ne qalar saba vererem» məzmunlu yazılı mesaj, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə saat 10:54-də «Brat sen isdysen gel seni yola salim men taparam yarim besdi sene» məzmunlu yazılı mesaj, xx.xx.2022-ci il tarixdə saat 11:04-də «Qaqaw mende duzeldi pati gelirem ora cix yola oturum sene gedim» məzmunlu yazılı mesaj göndərmişdir. (iş vərəqə: cild İ, səh. 127- 129) İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 24 aprel 2022-ci il tarixli, 6/2350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 26,198 qram olan qəhvəyi rəngli maddə ustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (iş vərəqə: cild İ, səh. 42-44). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1686 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vərəqə: cild İ, səh. 159- 161) İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3480 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild İ, səh. 156-157). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 26,198 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 26,148 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. (iş vərəqə: cild İ, səh. 162-178, 221). Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş üzərində ***-***-**-** sim nömrə olan 01 ədəd «Samsung Duos» markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. (iş vərəqə: cild İ, səh. 162-178, 221). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi 26,198 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 01 ədəd bükümdə daşıyıb saxlaması, onun məhkəmədə verdiyi ifadəsində narkotik vasitələri satması ilə bağlı etirafı, üzərindən narkotik vasitə ilə yanaşı elektron tərəzinin aşkar olunması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda kifayət qədər aydın sms yazışmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bildiyini qeyd edib, müxtəlif vaxtlarda narkotik vasitələrin satışı ilə məşğul olmasını, bunun qarşılığında müəyyən məbləğlərdə pul almasını etiraf etsə də, onun polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində aşkar olunan narkotik vasitənin çəkisinin 3 qram təşkil etməsi, həmin narkotik vasitədən heç kimə satmaması, öz istifadəsi üçün əldə etməsi məzmunundakı ifadələrinə də qiymət verərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə aşkar olunmuş maddə qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən həmin maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 26,198 qram təşkil etdiyi qeyd olunmuşdur. Bundan əlavə o, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ona qarşı heç bir zor tətbiq edilmədiyini, ifadələrini oxuyub imzaladığını, narkotik vasitənin çəkisini mübahisələndirmədiyini bildirmişdir. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin 3 qram olması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhz saxlanılan zaman üzərindən aşkar edilmiş heroini özünün istifadə etməsi məqsədi ilə əldə etməsi, heç kimə satmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, eyni zamanda üzərindən narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə edilən üzərində narkotik vasitə heroinə bənzər izlərin olduğu 01 ədəd elektron tərəzinin aşkar olunması, həmçinin Təqsirləndirilən şəxs məxsus «Samsung Duos» markalı mobil telefonun üzərində olan ***-***-**-** sim nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" MMC-dən daxil olmuş diskə keçirilmiş baxış protokollarında narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı yazışmaların olması, eyni zamanda M.İbrahimovun narkotik vasitələrin və psixotrop madddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş əməliyyat məlumatının olmasını, habelə Təqsirləndirilən şəxs özünün məhkəmə iclasında narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı etirafedici ifadələri ilə qeyd olunan narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyi tam sübuta yetirilmişdir. Bu səbəbdən M.İbrahimovun göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin qardaşı Şahid3 qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun yalnız qeyd olunan vasitələrin istifadəçisi olması ilə bağlı ifadəsinə qiymət verərək məhkəmə qeyd ki, şahidin ifadəsində göstərdiyi xüsusatlar iş materialları ilə tam təkzib olunur və məhkəmə Şahid3 təqsirləndirilən şəxsin yaxın qohumu olması ilə əlaqədar onun bu ifadəsini qardaşının vəziyyətini yüngülləşdirmək məqsədi daşıması ilə əlaqələndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmləri ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və müvafiq qaydada məhkumluqları ödənilmişdir. O, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin sorğusuna əsasən Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş və məhkəmə iclasında elan olunmuş məktubun məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə həmin cəzaçəkmə müəssisəsinə qəbul edilmiş məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilsə də, narkomaniyadan məcburi müalicəsi ləğv edilmədiyi (müəssisəyə daxil olarkən narkomaniyadan məcburi müalicə kursunun tamamlanması üçün kifayət qədər vaxt olmamışdır) üçün cəza müddətinin sonu ilə xx.xx.2022-ci il tarixdə müəssisədən azad edilmişdir. Baxılan cinayət işi üzrə cinayət hadisəsinin 23 aprel 2022-ci il tarixdə baş verməsini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu yeni cinayətin törədildiyi tarixədək ödənilməmiş, həmçinin götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir, lakin yeni cinayət törətdiyi 23 aprel 2022-ci il tarixədək qanunla müəyyən olunan iki illik müddət keçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur və bu hal cəza təyin edilərkən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2022-ci il tarixli 3480 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 aprel 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 26,148 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olub Yasamal RPİ-nin məsul saxlancında saxlanılan «Samsung Duos» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli BKC/LGL-7472/22 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd «CD» disk və habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 81 (səksən bir) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Yasamal RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 26,148 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olub Yasamal RPİ-nin məsul saxlancında saxlanılan «Samsung Duos» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli BKC/LGL-7472/22 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd «CD» disk və habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar