Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1548/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi 4 ünvanında yerləşən 2 saylı yataqxanada yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən, uşaq pornoqrafiyasını yayma, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaymaq və reklam etmək məqsədilə əldə etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Telegram” sosial şəbəkə platformasında cinayətkar niyyətini həyata keçirmək məqsədilə “GuLieff” adı altında gizli hesab yaradaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi 4 ünvanında yerləşən 2 saylı yataqxanada 27 iyun 2022-ci il tarixdə əvvəllər tanımadığı “KK_2000k” adlı hesabın istifadəçisi Təqsirləndirilən şəxs 5 manat pul müqablində, təkrarən həmin ünvanda 06 iyul 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Gtyhhg” adlı hesab istifadəçisindən əvəzsiz olaraq məzmununda fikrin yalnız azyaşlı uşağın və kişinin cinsiintim nahiyələrinə yönəldilməsi, insanın seksuallığının ayrı-ayrı momentlərinə cəlb edilməsi, azyaşlı qızların cinsi-intim həyatının üzə çıxarmaqla seksuallığı müstəsna olaraq cinsi aktla həyata keçirilməsi ilə bağlaması, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, insanın və erotikanın humanistliyini məhv etməklə primitiv hislər və münasibətlər yaratması, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırılması, başqalarında ikrah hissi oyatmaq və gəlir əldə etmək məqsədi daşıması, seksual davranışın biədəb formada həyata keçirilməsi əlamətləri olan uşaq pornoqrafiyasından ibarət materialları yaymaq və reklam etmək məqsədilə əldə edərək istifadəsində olan “Realme GT Master Edition” markalı, “RMX3363” modelli, **********49556 və **********49549 İMEİ kodlu mobil telefonunun yaddaşında olan “Telegram Plus” mobil telefon tətbiqində “Dont000” adlı gizli qrup yaratmaqla həmin qrupa köçürüb saxlamış, cinayətkar niyyətini davam etdirərək qeyd edilən ünvanda “KK_2000k” adlı hesab istifadəçi Şahid yaratdığı gizli qrupa əlavə edərək bu materialların əldə edilməsinə şərait yaratmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda təkrarən müxtəlif vaxtlarda 11 mart 2023-cü il tarixədək olan müddətdə “KK_2000k” adlı hesab istifadəçisi Şahid və istintaqla araşdırılan digər istifadəçilərə uşaq pornoqrafiyasını qarşılıqlı olaraq göndərməyi təklif etmiş, həmin şəxslərdən də bu kimi materialları qarşılıqlı şəkildə əldə edərək ümumilikdə 1409 ədəd uşaq pornoqrafiyasından ibarət materialları istifadəsində olan mobil telefonunda saxlamaqla göndərmiş və yaymışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildə “Telegram” platformasında ona məxsus ***-***-**-** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “GuLieff” adlı hesab açmış, həmin platformada olan hesaba mütəmadi olaraq daxil olub musiqi paylaşımı etmişdir. Həmin hesabı musiqi kanalı kimi istifadə etmiş, “Gulieff” hesabı tək özünün istifadəsində olmuş və qeydiyyatdan keçdiyi tarixdən etibarən bütün yazışmalar, danışıqlar onun tərəfindən aparılmışdır. Təxminən 3000 (üç min) nəfər orada ona məxsus kanalı izləmiş və hər gün orada müxtəlif musiqilər paylaşmışdır. Bundan başqa onun “Telegram” platformasında bir çox qrupa üzvlüyü də olmuş, həmin qruplardan biri də “Bədbəxt kişilər klubu” adlanan qrup olmuşdur. Həmin qrupun təxminən 20000-ə (iyirmi min) yaxın üzvü olmuş və qrupda mütəmadi olaraq paylaşılan xəbərlərə və məlumatlara baxmışdır. Oradakı yazışmalarda iştirak etməmiş, qrupa qoşulmaqda məqsədi də baş vermiş hadisələrdən məlumatlı olmaq olmuşdur. Bundan başqa bir neçə qrupda da üzvlüyü olmuş və qruplarda da mütəmadi olaraq paylaşımları izləmişdir. 23 iyun 2022-ci il tarixdə “KAYFHUB 18+” və “X11 {KKK}” qruplarda ortaq üzvlüyü olan “Telegram” platformasında “Gtyhhg” adlı hesab “X11 {KKK}” qrupunda azyaşlı uşaqların porno videolarının olması ilə bağlı ona yazıb, əgər istəyən olarsa, həmin videoları göndərə biləcəyini də bildirmişdir. Həmin tarixdə həmin şəxsə yazıb videoları atmasını xahiş etsə də, həmin şəxs videoları atmamışdır. Bundan sonra 6 iyul 2022-ci il tarixdə yenə də həmin şəxsə yazıb videoları atmasını istəmiş, həmin şəxs də təxminən ümumilikdə 100 dənə məzmununda uşaqların pornosunu əks etdirən foto və videoları göndərmişdir. Həmin şəxsin göndərdiyi videoları öz istifadəsi üçün təxminən həmin vaxtdan 10 gün əvvəl açdığı və özündən başqa hər hansı üzvü olmayan “DontOOO” adlı qrupda saxlamışdır. Videoları “DontOOO” adlı yaratdığı qrupa göndərdikdən təxminən 2-3 gün sonra videolarla birlikdə həmin qrupu silmişdir. Həmin qrup gizli olduğu üçün heç kim ora dəvəti olmasa, qoşula bilməzdi. Təxminən 27 iyun 2022-ci il tarixdə yaşadığı ünvanda ona məxsus “Telegram” platformasında olan “GuLieff” adlı hesaba “KK_2000k” adlı hesabdan ismarıc gəlmiş, “KK_2000k” adlı hesabla “Bədbəxt kişilər qrupu” adlı qrupda ortaq üzvlüyü olduğunu görmüşdür. Bundan sonra ismarıca daxil olmuş, həmin tanımadığı şəxs ona xarici uşaq pornoqrafik videoları olduğunu bildirib həmin məzmunlu videolardan qarşılıqlı paylaşmaqlarını təklif etmişdir. Həmin vaxt “Telegram” platformasında olan “Bədbəxt kişilər klubu” və “Türki İfşa” adlı qruplardan götürdüyü uşaq pornoqrafik videoları var idi və həmin şəxslə razılaşmışdır. Bundan sonra qarşılıqlı olaraq videolar göndərmişlər, təxminən onda 100-ə yaxın video olmuşdur. Həmin videoların hamısını ona yazan “KK_2000k” adlı hesaba yönləndirmişdir. Həmin şəxs ona dəqiq xatırlamadığı sayda video göndərdikdən sonra uşaq pornoqrafik videolarının çox olduğunu deyib həmin videoları satdığını demiş, pul göndərməyi müqabilində daha çox həmin məzmunlu videolar göndərəcəyini bildirmişdir. Həmin videolar marağını çəkdiyi üçün həmin hesabın sahibi ilə razılaşmışdır. Həmin şəxs 5 manat müqabilində videolar atacağını demiş və o da etiraz etməmişdir. Bundan sonra “Telegram” platformasında ona məxsus hesaba həmin şəxs özünə məxsus "xxxx" ASC-yə aid 4098 5844 5870 9837 saylı “LeoBank” plastik kartını göndərmiş, o da xatırladığı qədəri ilə özünə məxsus "xxxx" ASC-yə aid 4098 0944 2180 4558 “U Card” plastik bank kartından “KK_2000k” hesabının sahibi tərəfindən ona göndərilmiş kart hesabına 5 manat göndərmişdir. Lakin həmin vaxt istifadəsində “U Card” plastik bank kartından başqa "xxxx" ASC-yə məxsus 4098 5844 7181 3962 nömrəli “LeoBank” plastik bank kartı, "xxxx" ASC-yə məxsus 5213 6751 9211 9700 nömrəli debet kartı, "xxxx" ASC-yə məxsus 5402 6919 5982 1272 nömrəli əmək haqqı kartı, "xxxx" ASC-yə məxsus 4169 7388 5720 3669 nömrəli “BirKart” debet kartı da olmuşdur. “KK_2000k” adlı hesabın sahibinə 5 manatı göndərdikdən sonra həmin ödəməni təsdiq edən ekran görüntüsünün şəklini “Telegram” platformasından “KK_2000k” adlı hesabın sahibinə göndərmiş və 5 manatı göndərdikdən sonra hesabın sahibi ona yenə də yeni videolar göndərmişdir. Həmin videoların sayı xatırladığı qədəri ilə təxminən 100-150-ə yaxın olmuş, həmin videoları “Telegram” platformasında ismarıc formasında saxlamışdır. Həmin videoların 2-3 dənəsinə baxdıqdan sonra qalanlarına baxmamış, lakin “KK_2000k” adlı hesabla “Telegram” platformasında olan yazışmanı silmədiyi üçün həmin videolar da orada qalmışdır. Həmin şəxs ona bundan sonra 2 iyul 2022-ci il və 9 iyul 2022-ci il tarixlərdə yazsa da, həmin yazışma zamanı bir-birilərinə heç bir şəkil və ya video göndərməmişlər. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, o, “GTHYH” telegram kanalından uşaq pornoqrafiyasına aid olan videolar istəmiş, birinci dəfə həmin kanal göndərməsə də, ikinci dəfə həmin videoları göndərmişdir. O, Şahid 5 manat qarşılığında uşaq pornoqrafiyasına aid olan videolar almışdır. Belə ki, uşaq pornoqrafiyasına aid olan videoları qarşılıqlı olaraq göndərmək ilə bağlı Şahid ona yazmışdır. Şahid əlavə videolar göndərməsi üçün ondan 5 manat istəmiş, o da Kamranın kart hesabına 5 manat pul göndərmişdir. Həmin videoların 2-3nə baxmışdır. Ona əvvəl göndərilən videolar ilə Kamranın atdığı videolar eyni məzmunlu olmuşdur. Əvvəllər Şahid tanımamış, sonuncu ilə arasında başqa mövzularda danışıqlar olmamışdır. O, uşaq pornoqrafiyasına aid olan videoları 2 nəfərdən başqa heç kəsə göndərməmişdir. “GTHYH” kanalının göndərdiyi videolardan 1 həftə sonra Şahid ona eyni məzmunlu videolar göndərmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən iyun ayından etibarən ona məxsus ***-***-**-** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “KK_2000k” istifadəçi adı ilə “Telegram” platformasında hesab açmışdır. Həmin hesab təkcə onun istifadəsində olmuş, hesabdan başqa şəxslər istifadə etməmişdir. 2022-ci ilin təxminən iyun ayından etibarən orada aparılan bütün danışıqlar, şəxsi yazışmalar ona məxsus olmaqla özü tərəfindən aparılmışdır. Təxminən 2022-ci ilin avqust ayında adını dəqiq xatırlamadığı, lakin məzmununda “kişilər” sözünün də olduğu “Telegram” platformasındakı qruplardan birinə daxil olmuşdur. Həmin qrup çat qrupu olmaqla, qrup üzvləri arasında müxtəlif mövzularda söhbətlər aparılmışdır. O, mütəmadi olaraq qrupda gedən yazışmaları oxumuş, lakin qrup yazışmalarında iştirak etməmişdir. Təxminən 10-15 gün sonra qrup yazışmasını oxuyanda “Telegram” platformasında hesabın adını xatırlamadığı bir nəfər şəxs qrup yazışmasında türkçə “çoçuk pornoso var, kim isterse direct mesajı yazsın” məzmunlu ismarıcla qrupa yazmışdır. Həmin vaxt o da qrupdakı ismarıcları oxuduğu üçün həmin ismarıc diqqətini çəkmiş, həmin hesaba şəxsidən yazıb həmin uşaq pornolarını ona atmağını xahiş etmişdir. Həmin şəxs də ona məzmununda uşaq pornoqrafiyasını əks etdirən təxminən 50 ədəd video göndərmişdir. Bundan sonra həmin şəxs də atdığı videoların qarşılığında ondan uşaq pornoqrafiyasını əks etdirən videolar atmağını istəmiş, o da özündə uşaq pornoqrafiyasını əks etdirən videoların olmadığını demişdir. Həmin şəxs ona heç olmasa, normal türk pornoqrafiq videolar atmağını istəmişdir. Bundan sonra “Telegram” platformasında olan axtarış vasitəsi ilə bir neçə türk porno videosu tapıb həmin şəxsə göndərmişdir. Həmin şəxs də mütəmadi olaraq ona bir neçə dəfə uşaq pornoqrafiyasını əks etdirən videolar atmış, göndərilən videoların sayını dəqiqliklə xatırlamır. Həmin şəxs onunla olan yazışmaları başqa şəxslərə də yönləndirdiyindən ona məxsus “Telegram” platformasında olan hesaba bir neçə dəfə özlərini Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi təqdim edən şəxslər də yazmışdır. Həmin şəxslər də ona yazıb onlarda olan uşaq pornoqrafiyasını əks etdirən videoları atmış, o da öz növbəsində ilkin olaraq ona atılmış uşaq pornoqrafiyasını əks etdirən videoları həmin şəxslərə göndərmişdir. 27 iyun 2022-ci il tarixdə “Telegram” platformasında “X11 {KKK}” adlı qrupda “GuLieff” adlı hesabın sahibinin də uşaq pornoqrafiyasını marağı olduğunu görüb həmin şəxsə yazmağa qərar vermiş, həmin şəxsə yazaraq azyaşlı uşaqların pornoqrafiq videolarının olduğunu bildirərək həmin videoları qarşılıqlı olaraq bir-birilərinə göndərməyi təklif etmiş və həmin şəxs də etiraz etməyib razılaşmışdır. Həmin şəxsə təxminən 100-150 uşaq pornoqrafiyasını əks etdirən foto və videolar atmış, həmin şəxs də təxminən həmin sayda foto və video göndərmişdir. Bundan sonra həmin şəxs ona əlavə video istədiyini demiş, o da 5 (beş) manat müqabilində əlavə foto və video göndərə biləcəyini demişdir. “Telegram” platformasından “GuLieff” adlı hesaba məxsus "xxxx" ASC-yə aid 4098 5844 5870 9837 saylı “LeoBank” plastik kartını göndərmiş, həmin şəxs də ona məxsus karta 5 (beş) manat pul göndərmişdir. Bundan sonra o, uşaq pornoqrafiyasını əks etdirən videoları həmin şəxsə göndərmişdir. 2 iyul 2022-ci il tarixdə və 9 iyul 2022-ci il tarixdə həmin hesabın sahibinə yazsa da, həmin vaxt aralarında foto və video göndərilməsi ilə bağlı hər hansı hərəkət olmamışdır. 2023-cü ilin sonlarında “Telegram” platformasında ona məxsus “KK_2000k” adlı hesaba əvvəllər tanımadığı “Unknown” adlı hesabdan ismarıc gəlmiş, həmin şəxslə danışıq zaman bilmişdir ki, onunla danışan şəxs azərbaycanlıdır. Həmin hesabın onunla eyni qrupun üzvlüyündə olduğunu gördüm. Həmin şəxs uşaq porno videolarını ona da atmağını təklif edib, həmin videoların qarşılığında özündə olan uşaq porno videolarını da ona atacağını demişdir. O da razılaşmış və qarşılıqlı olaraq biri-birilərinə uşaq porno videoları atmışlar. Bir müddət sonra təxminən 2023-cü ilin mart ayının əvvəllərində həmin şəxs yenidən ona yazaraq uşaq porno videoları istəmiş, o da həmin şəxsə özündə olan uşaq porno videolarını göndərməsini demiş, əvəzində həmin videoları göndərəcəyini bildirmişdir. Lakin həmin şəxs özündə uşaq porno videoları olmadığını bildirmiş, o da ona heç nə yazmamışdır. Növbəti gün həmin şəxs ona yenidən yazmış, o da həmin şəxsə 5 (beş) manat müqabilində uşaq porno videoları ata biləcəyini demişdir. Həmin şəxs belə razılaşmışdır ki, öncədən 3 (üç) manat ödənişi göndərsin, o da foto və videoları göndərəndən sonra isə qalan 2 (iki) manatı da göndərmişdir. Həmin şəxs 3 (üç) manat atdıqdan sonra 100-150 ədəd uşaq pornoqrafiyasını əks etdirən foto və videoları ona göndərmiş, bundan sonra da həmin şəxs qalan 2 (iki) manatı ona məxsus “LeoBank” plastik kart hesabına göndərmişdir. Onunla arasında başqa hər hansı danışıq olmamışdır. Bundan başqa “Telegram” platformasında “R” adlı hesabın sahibi ilə də təxminən 4-5 dəfə danışığı olmuş, həmin şəxsi də “Telegram” platformasından tanımışdır. Onunla da danışıq zamanı birbirilərində olan uşaq pornoqrafiyasını əks etdirən foto və videoları göndərmişlər, ümumilikdə təxminən biri-birilərinə 150-dən çox foto və video atmışlar. Həmin hesabın sahibindən foto və videolar üçün hər hansı məbləğdə pul almamış, həmçinin həmin şəxsi “Telegram” platformasında qısa müddət ərzində tanıdığı üçün onun anket məlumatları və əlaqə nömrələrini bilməmişdir. O, Təqsirləndirilən şəxs uşaq pornoqrafiyasına aid olan link formasında olan videoları 5 manat pul qarşılığında atmışdır. Cinayət işinin materiallarında olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Realme GT Master Edition” markalı “RMX3363” modelli mobil telefon cihazı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. SİM kart yuvasında “Bakcell” mobil operatoruna aid +**********55 saylı və “Azerfon” mobil operatoruna aid +**********04 GSM mobil nömrələri, mobil telefon aparatının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası vardır. Həmin mobil telefonun “Fotoğraflar” tətbiqinə keçid edib “Videolar” bölməsinə daxil olduqda həmin bölmədə “VİD_20230311_115719_210”, “VİD_20230311_120959_103”,“VİD_20230311_122156_7047”,“VİD_20230311_122305 _054”, “VİD_20230311_122304_191” ,“VİD_20230311_122304_888”, “VİD_20230311_122304_180”, “VİD_20230311_122345_698”, “VİD_20230311_122345_252”, “VİD_20230311_122438_477”, “VİD_20230311_122438_112”, “VİD_20230311_123425_645”, “VİD_20230311_123426_129”, “VİD_20230311_123426_275”, “VİD_20230311_123425_392”, “VİD_20230311_123517_806”, “VİD_20230311_123615_464”, “VİD_20230311_123703_654”, “VİD_20230311_123703_165”, “VİD_20230311_123703_607”, “VİD_20230311_123723_264”, “VİD_20230311_123723_533”, “VİD_20230311_123723_034”, “VİD_20230311_123722_918”, “VİD_20230311_123735_649”, “VİD_20230311_123835_307”, “VİD_20230311_123835_286”, “VİD_20230311_123835_326”, “VİD_20230311_123835_713”, “VİD_20230311_124035_325”, “VİD_20230311_124101_722”, “VİD_20230311_124213_180”, “VİD_20230311_124248_112”, “VİD_20230311_124256_718”, “VİD_20230311_124303_197”, “VİD_20230311_124322_980”, “VİD_20230311_124328_462”, “VİD_20230311_124342_962”, “VİD_20230311_124346_814”, “VİD_20230311_124628_190”, “VİD_20230311_124639_236”, “VİD_20230311_124643_617” adlı məzmununda uşaq pornoqrafiyasına oxşar videogörüntülər müəyyən edilmişdir. Mobil telefonun “Telegram plus” mobil tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs çoxsaylı şəxslərlə yazışmalarının olması aşkar olunmuşdur. «KK_2000k» adlı istifadəçi ilə aralarında olan mesaj mübadiləsinə nəzər yetirdikdə həmin istifadəçi ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdən başlamaqla yazışmaların olması, qarşılıqlı şəkildə çoxlu sayda uşaq pornoqrafiyasına oxşar foto və videogörüntülərin biri-birilərinə göndərilməsi müəyyən edilmişdir. Bundan başqa “Gtyhhg” adlı istifadəçi tərəfindən də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə çoxlu sayda uşaq pornoqrafiyasına oxşar foto və videogörüntülərin göndərilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs mobil telefonunda olan pornoqrafik xarakterli videogörüntüləri “Telegram” sosial şəbəkə platformasında “Bədbəxt kişilər klubu” və “Türk İfşa” adlı qruplardan əldə etdiyini, azyaşlı uşaqlara qarşı seksual xarakterli marağı olduğu üçün həmin videogörüntüləri saxladığını və uşaq pornoqrafiyasına qarşı marağı olan “KK_2000k” adlı istifadəçiyə həmin foto və videgörüntüləri göndərdiyini, uşaq pornoqrafiyasına marağı olan şəxsləri cəlb etmək məqsədi ilə “Telegram” mobil tətbiqində “Dont000” adlı qrup yaratdığını, həmin səhifəyə uşaq pornoqrafiyası ilə bağlı 1390 ədəd videogörüntü və 19 ədəd fotoşəkil göndərdiyini, “KK_2000k” adlı istifadəçini də həmin qrupa əlavə etsə də, sonradan cinayət məsuliyyətinə cəlb olunmasından qorxduğu üçün həmin qrupu sildiyini bildirmişdir (cild 1, iş vərəqə 29-30). Cinayət işinin materiallarında olan “xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, xarici yaddaş qurğusunda “Ekspertiza 5-419” adlı faylın olduğu müəyyən olunmuş və həmin fayla daxil olduqda “2023-04-12.12-31-00” adlı qovluq, həmin qovluğun daxilində isə “Xiaomi_M1906F9Sİ Mi A3” adlı qovluğun olduğu görülmüşdür. “Xiaomi_M1906F9Sİ Mi A3” adlı qovluğa daxil olduqda Təqsirləndirilən şəxs məxsus mobil telefon cihazının yaddaşında olan və yaddaşından silinmiş məlumatların bərpa olunaraq ayrı-ayrılıqda 19 ədəd qovluqda qruplaşdırıldığı müəyyən olunmuş və həmin qovluqlara baxış keçirildikdən sonra “thumbnails” adlı qovluqda iş üzrə əhəmiyyət kəsb edən materiallar, yəni pornoqrafik və uşaq pornoqrafiyasına oxşar foto və videogörüntülər olması aşkar olunmuşdur. “Thumbnails” adlı qovluqda bir hissəsi pornoqrafik və uşaq pornoqrafiyasına oxşar fayllar olmaqla, ümumillikdə 43937 ədəd faylın olduğu görülmüşdür. Həmin fayllara baxış keçirilərək orada olan pornoqrafik və uşaq pornoqrafiyasına oxşar foto və videogörüntülər seçilərək bir ədəd DVD formatlı diskə köçürülmüşdür. Həmin DVD formatlı diskdə yaradılmış “Şahid məxsus mobil telefondan bərpa olunanlar” adlı qovluqda “1” və “2” adlı qovluqlar yaradılaraq mobil telefon cihazından aşkar olunaraq məhkəmə kompüter-texniki ekspertizası tərəfindən təqdim edilmiş xarici yaddaş qurğusunda olan materiallardan uşaq pornoqrafiyasına oxşar foto və videogörüntülər seçilərək “1” saylı qovluğa, pornoqrafik foto və videogörüntülər isə seçilərək “2” saylı qovluğa köçürülmü, bundan sonra “1” saylı qovluqda ümumillikdə 324 ədəd, “2” saylı qovluqda isə 612 ədəd fayl qruplaşdırılmışdır (cild 1, iş vərəqə 190). Cinayət işinin materiallarında olan “bank kartı üzrə keçirilmiş əməliyyatlara baxış keçirilməsi haqqında” 3 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskdə "xxxx" adlı qovluqda 3 ədəd “3962”, “4558” və “Baş Polis İdarəsi 7 iyul” adlı fayllar mövcüddur. Həmin fayllardan “3962” və “4558” adlı fayllara daxil olduqda həmin fayllarda müvafiq olaraq Təqsirləndirilən şəxs məxsus sonu 3962 və 4558 olan bank kartlarından Bakı şəhərinin müxtəlif yerlərində yerləşən "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatlar vasitəsilə məxaric olunan zaman qeydə alınmış fotoşəkillərin olduğu görülmüşdür. “Baş Polis İdarəsi 7 iyul” adlı fayla daxil olduqda orada 4098 **** **** 9837, 4098 **** **** 4558 və 4098 **** **** 3962 nömrəli bank kartları üzrə aparılmış əməliyyatların olduğu “9837”, “4558” və “3962” adlı “X5” tipli faylların olması aşkar olunmuşdur. “9837” adlı faylda olan “müştəri məlumatı” adlı hissədə 4098 **** **** 9837 nömrəli bank kartının Təqsirləndirilən şəxs məxsus olması, həmin bank kartının 5.02.2022-ci il tarixdə açılması, eləcə də Şahid doğum tarixi, şəxsiyyət vəsiqəsinin FİN kodu, ona məxsus mobil telefon nömrəsi də eynilik təşkil etməsi görülmüşdür. Şahid məxsus 4098 **** **** 9837 məxsus bank kartı ilə "xxxx" ASC-yə məxsus digər müştərilərdə olan bank kartları arasında aparılmış bank əməliyyatlarına baxdıqda X2 istifadəsində olan sonu 9537 olan bank kartından 3-20 manat olmaqla, 4.06.2022, xx.xx.2023, xx.xx.2022, 2.10.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023cü il tarixlərdə, X6 məxsus 9224 olan bank kartından isə 5.12.2022-ci il tarixdə 5 manat, 2.01.2023-cü il tarixdə isə 10 manat pul vəsaitləri köçürülmüşdür. Digər banklara məxsus kart hesabları ilə “cardtocard” əməliyyatlarına baxış keçirildikdə Şahid məxsus bank kartına xx.xx.2022-ci il tarixdə 3 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2022-ci il tarixdə 4 manat, xx.xx.2022-ci il tarixdə 15 manat pul vəsaitləri köçürüldüyü müəyyən olunmuşdur. Bundan başqa “eManat” və “MilliÖN” ödəmə terminalları vasitəsilə Şahid məxsus bank kartlarına 2022-ci ilin iyun-avqust ayları ərzində müxtəlif vaxtlarda 3-10 manat miqdarında bir neçə dəfə pul vəsaitləri köçürülmüşdür. “4558” və “3962” adlı fayllarda olan “müştəri məlumatı” adlı hissədə 4098 **** **** 4558 və 4098 **** **** 3962 nömrəli bank kartlarının Təqsirləndirilən şəxs məxsus olması, həmin bank kartlarının müvafiq olaraq 4.03.2022-ci və xx.xx.2022-ci il tarixlərdə açılması, eləcə də Təqsirləndirilən şəxs doğum tarixi, şəxsiyyət vəsiqəsinin FİN kodu, ona məxsus mobil telefon nömrəsi də eynilik təşkil etməsi görülmüşdür. Bundan başqa həmin bank kartları ilə aparılmış bank əməliyyatlarına baxdıqda iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər hallar aşkar edilməmişdir (cild 1, iş vərəqə 211- 212). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2023-cü il tarixli 4/460 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “VİD_20230311_115719_210”, “VİD_20230311_120959_103”, “VİD_20230311_122156_707”,“VİD_20230311_122305_054”,“VİD_20230311_122304_ 191”, “VİD_20230311_122304_888”, “VİD_20230311_122304_180”, “VİD_20230311_122345_698”, “VİD_20230311_122345_252”, “VİD_20230311_122438_477”, “VİD_20230311_122438_112”, “VİD_20230311_123425_645”, “VİD_20230311_123426_129”, “VİD_20230311_123426_275”, “VİD_20230311_123425_392”, “VİD_20230311_123517_806”, “VİD_20230311_123615_464”, “VİD_20230311_123703_654”, “VİD_20230311_123703_165”, “VİD_20230311_123703_607”, “VİD_20230311_123723_264”, “VİD_20230311_123723_533”, “VİD_20230311_123723_034”, “VİD_20230311_123722_918”, “VİD_20230311_123735_649”, “VİD_20230311_123835_307”, “VİD_20230311_123835_286”, “VİD_20230311_123835_326”, “VİD_20230311_123835_713”, “VİD_20230311_124035_325”, “VİD_20230311_124101_722”, “VİD_20230311_124213_180”, “VİD_20230311_124248_112”, “VİD_20230311_124256_718”, “VİD_20230311_124303_197”, “VİD_20230311_124322_980”, “VİD_20230311_124328_462”, “VİD_20230311_124342_962”, “VİD_20230311_124346_814”, “VİD_20230311_124628_190”, “VİD_20230311_124639_236”, “VİD_20230311_124643_617” adlı fayllardakı çəkilişlərə baxış keçirdikdən sonra müəyyən oldu ki, tədqiq olunan çəkilişdə cinsi əlaqənin bayağı, kobud şəkildə təsviri bütövlükdə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik ifadə edərək, sağlam mənəviyyata zərbə vurur. Bundan başqa çəkilişlərin bir çoxunda pedofiliya (uşaqların cinsi istismarı və uşaqlara qarşı cinsi meyl) nümayiş etdirilir ki, bu da insan hüquqlarının daimi və çox ağır pozuntularından biridir. Qeyd edilənlərə əsasən həmin çəkilişlərin tədqiqi, onların məzmunu haqqında aşağıdakı fikirləri yürütməyə əsas verir: -tədqiq olunan çəkilişlərdə fikir ancaq insanın seksuallığının ayrı-ayrı momentlərinə cəlb edilir. Cinsi əlaqəni həyati konteksdən çıxarır və seksuallığı acaq cinsi aktla həyata keçirilməsi taktikası ilə bağlayır; -tədqiq olunan çəkilişlər ancaq bir məqsəd və məram daşıyır ki, bu da cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsidir; -tədqiq olunan çəkilişlərdə seks səhnələri fiziologiyaya gətirib çıxarır. Çəkilişlərdə təsvir olunan cinsi əlaqələrin mənəviyyatsızlığı insanın və erotikanın humanistliyini yox edir; -tədqiq olunan çəkiliş mənəviyyatı inkar edir, insanı mənən alçaldır. Tədqiqatın nəticəsi: Ekspertizaya təqdim olunmuş 1 ədəd telefonda olan: “VİD_20230311_115719_210”,“VİD_20230311_120959_103”,“VİD_20230311_122156_ 707”, “VİD_20230311_122305_054”, “VİD_20230311_122304_191”, “VİD_20230311_122304_888”, “VİD_20230311_122304_180”, “VİD_20230311_122345_698”, “VİD_20230311_122345_252”, “VİD_20230311_122438_477”, “VİD_20230311_122438_112”, “VİD_20230311_123425_645”, “VİD_20230311_123426_129”, “VİD_20230311_123426_275”, “VİD_20230311_123425_392”, “VİD_20230311_123517_806”, “VİD_20230311_123615_464”, “VİD_20230311_123703_654”, “VİD_20230311_123703_165”, “VİD_20230311_123703_607”, “VİD_20230311_123723_264”, “VİD_20230311_123723_533”, “VİD_20230311_123723_034”, “VİD_20230311_123722_918”, “VİD_20230311_123735_649”, “VİD_20230311_123835_307”, “VİD_20230311_123835_286”, “VİD_20230311_123835_326”, “VİD_20230311_123835_713”, “VİD_20230311_124035_325”, “VİD_20230311_124101_722”, “VİD_20230311_124213_180”, “VİD_20230311_124248_112”, “VİD_20230311_124256_718”, “VİD_20230311_124303_197”, “VİD_20230311_124322_980”, “VİD_20230311_124328_462”, “VİD_20230311_124342_962”, “VİD_20230311_124346_814”, “VİD_20230311_124628_190”, “VİD_20230311_124639_236”, “VİD_20230311_124643_617” adlı fayllar – pornoqrafik xarakterli çəkilişlərdir (cild 1, iş vərəqə 46-47). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2023-cü il tarixli 5/419 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Mİ A3” markalı” “M1906F9SH” modelli “**********39057, **********39065” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Tədqiq olunan “Xiaomi Mİ A3” markalı” “M1906F9SH” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesaj, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı, “İnstagram”, “TikTok” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcüd olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya) 3.Təqdim edilmiş “Xiaomi Mİ A3” markalı” “M1906F9SH” modelli mobil smartfonun yaddaşında hal-hazırda “Telegram” proqram təminatı müəyyən olunmadı (bax rəyə əlavə olunmuş “7.60.0.27 versiyalı UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmuş “hesabat”a) (cild 1, iş vərəqə 55-56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2023-cü il tarixli 11/162 saylı rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə sənətşünaslıq tədqiqatı “X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş videogörüntülər (.trashed-**********-VİD- 20230302-WA0026, .trashed-**********-VİD-20230302-WA0028, .trashed-**********-VİD- 20230302-WA0029, .trashed-**********-VİD-20230302-WA0031, .trashed-**********-VİD- 20230302-WA0032, .trashed-**********-VİD-20230304_163127_050, .trashed-**********- VİD-20230304_163123_274, .trashed-**********-VİD-20230304_163132_831, .trashed- **********-VİD-20230304_164352_969, .trashed-**********-VİD-20230304_164316_455) üzərində aparıldı. Həmin videogörüntülərdə azyaşlı uşaqların cinsi-intim zonalarının (döşünün, arxasının, vaginal orqanının) görüntüsü, həmin orqanlara fokuslanma, azyaşlı uşaqlarla vaginal və anal yolla cinsi əlaqə, o cümlədən azyaşlı uşağın minet (ağız və dil ilə kişi cinsiyyət orqanına təsir etməklə yerinə yetirilən orogenital cinsi əlaqə forması) etməsi və kişi cinsi orqanını əli ilə tutması, həmin orogenital cinsi əlaqəyə fokuslanma müəyyən olunur. Aparılmış ekspert tədqiqatı əsasında “X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş videogörüntülərin bəzilərində uşaq pornoqrafiyasına aid görüntülər üzə çıxır. Həmin “X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş videogörüntülərə (.trashed-**********-VİD-20230302- WA0026, .trashed-**********-VİD-20230302-WA0028, .trashed-**********-VİD-20230302- WA0029, .trashed-**********-VİD-20230302-WA0031, .trashed-**********-VİD-20230302- WA0032, .trashed-**********-VİD-20230304_163127_050, .trashed-**********-VİD- 20230304_163123_274, .trashed-**********-VİD-20230304_163132_831, .trashed- **********-VİD-20230304_164352_969, .trashed-**********-VİD-20230304_164316_455) baxan şəxslərdə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması kimi hallar ortaya çıxır. Bu səbəbdən belə qənaətə gəlmək olar ki, “X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş videogörüntülər (.trashed-**********-VİD-20230302- WA0026, .trashed-**********-VİD-20230302-WA0028, .trashed-**********-VİD-20230302- WA0029, .trashed-**********-VİD-20230302-WA0031, .trashed-**********-VİD-20230302- WA0032, .trashed-**********-VİD-20230304_163127_050, .trashed-**********-VİD- 20230304_163123_274, .trashed-**********-VİD-20230304_163132_831, .trashed- **********-VİD-20230304_164352_969, .trashed-**********-VİD-20230304_164316_455) pornoqrafik xarakterlidir. Pornoqrafiyanın (yunanca “pornos” – pozğun, “grapho” – yazıram) anlayışı – hissi ehtirasların qıcıqlanmasına səbəb olan vulqar naturalistik əsər. Bu səbəbdən “X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş videogörüntülərin məzmunu onun haqqında aşağıdakı fikirləri yürütməyə əsas verir: -tədqiq olunan videogörüntüdə fikir yalnız azyaşlı uşağın və kişinin cinsi-intim zonalarına yönəlir, cinsi ehtiras sağlam olmayan şəkildə oyadılır, insanın seksuallığının ayrı-ayrı momentlərinə (anlarına) cəlb edilir; -tədqiq olunan videogörüntü yalnız bir məqsəd daşıyır ki, bu da cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsidir; -tədqiq olunan videogörüntüdə azyaşlı qızların cinsi-intim həyatı üzə çıxmaqla, seksuallığı müstəsna olaraq cinsi aktla həyata keçirilməsi taktikası ilə bağlayır; -tədqiq olunan videogörüntüdə cinsi-intim münasibətlər insanın və erotikanın humanistliyini məhv edir, primitiv hislər və münasibətlər yaradır; -tədqiq olunan videogörüntünün başlıca məqsədi ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaq və gəlir əldə etməkdir. Aparılmış məhkəmə-sənətşünaslıq tədqiqatı “X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş videogörüntülərin pornoqrafik xarakterli olmasına əsas verir. Tədqiqatın nəticəsi: -“X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş videogörüntülər pornoqrafik xarakterlidir. -“X14 A3” markalı mobil telefonun yaddaşından bərpa olunmuş bəzi videogörüntülər tədqiqat məzmununa görə uşaq pornoqrafiyası hesab olunur (cild 1, iş vərəqə 62-63). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2023-cü il tarixli 5/545 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli “**********46488, **********46488” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Tədqiq olunan “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli mobil telefonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video fayllar, “WhatsApp” proqam təminatı vasitəsilə aparılmış audio, foto, video fayllar və sairə) mövcüd olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). 3.Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş olunan “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “Telegram” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 4.Təqdim edilmiş olunan “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli mobil telefonun yaddaşında quraşdırılmış “Telegram” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı) mübadilələri müəyyən olundu, lakin rəyin Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (cild 1, iş vərəqə 80-82). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 11/483 saylı rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə-sənətşünaslıq tədqiqatı 01 ədəd DVD formatlı diskdə olan foto və videoların skrinşot görüntüləri üzərində aparıldı. 01 ədəd DVD diskə baxış zamanı “Şahid məxsus mobil telefon” adlı qovluq üzə çıxdı. Həmin qovluğun içərisində “1” və “2” adlı qovluqlar müəyyən olundu. “1 qovluğunun içərisində olan foto və videoların skrinşot görüntülərindəki fayllarda (.trashed-**********- VİD_360p_87.thumb.jpg, .trashed-**********-VİD_20230304_120652_117.thumb.jpg, .trashed-**********-VİD_20230304_120028_008.thumb.jpg, .trashed-**********- VİD_20230304_120644_899.thumb.jpg, .trashed-**********- VİD_20230304_120639_911.thumb.jpg, .trashed-**********- VİD_20230304_120017_581.thumb.jpg, .trashed-**********- VİD_20230304_123302_111.thumb.jpg, .trashed-**********- VİD_20230304_123256_156.thumb.jpg, .trashed-**********- VİD_20230304_123253_568.thumb.jpg, .trashed-**********- VİD_20230304_164823_319.thumb.jpg, .trashed-**********- VİD_20230304_163137_028.thumb.jpg, .trashed-**********- VİD_20230309_005118_406.thumb.jpg) qadın cinsi-intim zonalarının (vaginası, anus dəliyi, döşləri) təsviri, kişi penisinin görüntüsü, həmin orqanlara fokuslanma, azyaşlı qız uşağının kişi cinsi orqanını əli ilə tutması, azyaşlı uşaqlarla vaginal və anal yolla koitus (cinsi əlaqə), o cümlədən azyaşlı uşağın minet (ağız və dil ilə kişi cinsiyyət orqanına təsir etməklə yerinə yetirilən orogenital cinsi əlaqə forması) etməsi və həmin orogenital cinsi əlaqəyə fokuslanma müəyyən olunur. Aparılmış ekspert tədqiqatı əsasında 1 ədəd DVD formatlı diskdə olan “1” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərindəki fayllarda uşaq pornoqrafiyasına aid görüntülər üzə çıxır.Ekspert tədqiqatı zamanı 1 ədəd DVD formatlı diskdə olan “2” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərindəki fayllarda (.trashed-**********- VİD_20230302_WA0035.thumb.jpg, .trashed-**********- VİD_20230302_WA0037.thumb.jpg, .trashed-**********- VİD_20230302_WA0040.thumb.jpg, .trashed-**********- VİD_20230302_WA0042.thumb.jpg, .trashed-**********- VİD_20230302_WA0047.thumb.jpg, .trashed-**********- VİD_20230302_WA0055.thumb.jpg, .trashed-**********- VİD_20230302_WA0063.thumb.jpg, .trashed-**********-VİD_360p-85.thumb.jpg, .trashed-**********-VİD_360p-35.thumb.jpg, .trashed-**********- VİD_20230304_120646_512.thumb.jpg, .trashed-**********- VİD_20230304_123247_118.thumb.jpg, .trashed-**********- VİD_20230304_151703_750.thumb.jpg) qadın cinsi-intim zonalarının (vaginası, anus dəliyi, döşləri) təsviri, kişi penisinin görüntüsü, kişinin əli ilə qadın vaginasına toxunması, həmin hərəkətlərə və orqanlara fokuslanma, qadınla vaginal və anal yolla koitus (cinsi əlaqə), o cümlədən qadının minet etməsi və həmin orogenital cinsi əlaqəyə fokuslanma müəyyən olunur. Tədqiqat əsasında 01 ədəd DVD formatlı diskdə olan “2” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərindəki fayllarda pornoqrafik görüntülər müəyyən olunur. Həmin 01 ədəd DVD formatlı diskdə olan “1” və “2” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərinə baxan şəxslərdə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması kimi hallar ortaya çıxır. Pornoqrafiyanın (yunanca “pornos” – pozğun, “grapho” – yazıram) anlayışı – hissi ehtirasların qıcıqlanmasına səbəb olan vulqar naturalistik əsər. Bu səbəbdən 1 ədəd DVD formatlı diskdə olan “1” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərinin məzmunu onun haqqında aşağıdakı fikirləri yürütməyə əsas verir: -tədqiq olunan videogörüntüdə fikir yalnız azyaşlı uşağın və kişinin cinsi-intim zonalarına yönəlir, cinsi ehtiras sağlam olmayan şəkildə oyadılır, insanın seksuallığının ayrı-ayrı momentlərinə (anlarına) cəlb edilir; -tədqiq olunan videogörüntü yalnız bir məqsəd daşıyır ki, bu da cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsidir; -tədqiq olunan videogörüntüdə azyaşlı qızların cinsi-intim həyatı üzə çıxmaqla, seksuallığı müstəsna olaraq cinsi aktla həyata keçirilməsi taktikası ilə bağlayır; -tədqiq olunan videogörüntüdə cinsi-intim münasibətlər insanın və erotikanın humanistliyini məhv edir, primitiv hislər və münasibətlər yaradır; -tədqiq olunan videogörüntünün başlıca məqsədi ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaq və gəlir əldə etməkdir. Bu səbəbdən belə qənaətə gəlmək olar ki, 1 ədəd DVD formatlı diskdə olan “1” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərdəki fayllar uşaq pornoqrafiyası hesab olunur. 1 ədəd DVD formatlı diskdə olan “2” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərinin məzmunu onun haqqında aşağıdakı fikirləri yürütməyə əsas verir: -tədqiq olunan videogörüntüdə fikir yalnız azyaşlı uşağın və kişinin cinsi-intim zonalarına yönəlir, cinsi ehtiras sağlam olmayan şəkildə oyadılır, insanın seksuallığının ayrı-ayrı momentlərinə (anlarına) cəlb edilir; -tədqiq olunan videogörüntü yalnız bir məqsəd daşıyır ki, bu da cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsidir; -tədqiq olunan videogörüntüdə azyaşlı qızların cinsi-intim həyatı üzə çıxmaqla, seksuallığı müstəsna olaraq cinsi aktla həyata keçirilməsi taktikası ilə bağlayır; -tədqiq olunan videogörüntüdə cinsi-intim münasibətlər insanın və erotikanın humanistliyini məhv edir, primitiv hislər və münasibətlər yaradır; -tədqiq olunan videogörüntünün başlıca məqsədi ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaq və gəlir əldə etməkdir.Bu səbəbdən belə qənaətə gəlmək olar ki, 1 ədəd DVD formatlı diskdə olan “2” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərdəki fayllar pornoqrafik xarakterlidir. Tədqiqatın nəticəsi: -1-ci sual üzrə: 1 ədəd DVD formatlı diskdə olan “1” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərdəki fayllar uşaq pornoqrafiyası hesab olunur. -2-ci sual üzrə: 1 ədəd DVD formatlı diskdə olan “2” saylı qovluqdakı foto və videoların skrinşot görüntülərdəki fayllar pornoqrafik xarakterlidir (cild 1, iş vərəqə 203-204). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Realme GT Master Edition” markalı, “RMX3363” modelli, **********49556 və **********49549 İMEİ kodlu bir ədəd mobil telefon, 31 avqust 2023-cü il tarixli xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD formatlı disk, "xxxx" ASC tərəfindən 18 oktyabr 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 1 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 120-142). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 48). Cinayət işinin materiallarında olan tutma haqqında 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqə 68). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 110-118). Cinayət işinin materiallarında olan 2 aprel 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 3). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir (cild 2, iş vərəqə 55). Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə müsbət xarakterizə olunmuşdur (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs atasının vəfat etməsini, hərbi xidmət üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun təyin olunacaq əsas cəza olan azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə cəza çəkmədən islah olunması mümkündür və həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun əsas cəza olan azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə cəza çəkmədən islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 105 (yüz beş) manat pulun digər cinayət işi üzrə Şahid tutularaq dövlət nəfinə keçirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -31 avqust 2023-cü il tarixli xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD formatlı disk, "xxxx" ASC tərəfindən 18 oktyabr 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd CD formatlı disk, məhkəmə kompüter-texniki ekspertizasının 13 aprel 2023-cü il tarixli 5/419 saylı ekspert rəyinə əlavə edilmiş xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalı, -Təqsirləndirilən şəxs məxsus “Realme GT Master Edition” markalı, “RMX3363” modelli, **********49556 və **********49549 İMEİ kodlu bir ədəd mobil telefon onun özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasına şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin və əlavə cəzanın çəkilməsinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 105 (yüz beş) manat pulun digər cinayət işi üzrə Şahid tutularaq dövlət nəfinə keçirilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar: -31 avqust 2023-cü il tarixli xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD formatlı disk, "xxxx" ASC tərəfindən 18 oktyabr 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 1 ədəd CD formatlı disk, məhkəmə kompüter-texniki ekspertizasının 13 aprel 2023-cü il tarixli 5/419 saylı ekspert rəyinə əlavə edilmiş xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın, -Təqsirləndirilən şəxs məxsus “Realme GT Master Edition” markalı, “RMX3363” modelli, **********49556 və **********49549 İMEİ kodlu 1 ədəd mobil telefon onun özünə qaytarılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1548/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1548/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver