Məhkəmə qərarları › İş №1(101)-1549/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1549/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1549/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X25 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi: Qanuni nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs2 (xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2mış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasinda saxlanılan) və Təqsirləndirilən şəxs1 (xx.xx.1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4da yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasinda saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Belə ki, o, özgənin, yəni dayısı, Rusiya Federasiyasında yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və geniş maddi imkanlara malik Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda pulu hədə-qorxu yolu ilə tələb etmək məqsədilə həmyerlisi və dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə bunun nəticələrini arzu edərək hazırladıqları cinayətkar plana uyğun olaraq hadisədən əvvəl, yəni 2021-ci ilin iyun ayının əvvəlində Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini Şahid4 şifahi razılaşma ilə 3 günlük müddətə kirayə götürdükdən sonra 8 iyun 2021-ci il tarixdə, saat 16 radələrində dayısı Zərərçəkmiş şəxs1 övladı xx.xx.2002ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 həmin evə qonaq dəvət edib dövlət qeydiyyat nişanı və sürücüsünün şəxsiyyəti məlum olmayan taksi ilə sonuncu ilə birlikdə kirayə tutduqları həmin evə gəldikdən və Zərərçəkmiş şəxs2la birlikdə yemək yedikdən sonra Təqsirləndirilən şəxs1lə qabaqcadan aralarında sövdələşdikləri cinayətkar plana uyğun olaraq əvvəlcədən əldə edərək həmin evdə saxladıqları yapşıqanlı lentlə həmin evin qonaq otağında stulda əyləşmiş Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edərək əllərini və ayaqlarını bağladıqdan sonra Təqsirləndirilən şəxs1 həmin vəziyyətdə ona məxsus “Samsung” markalı mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 fotoşəklini çəkmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Mirhəsən Seydiovun əllərini və ayaqlarını açsa da fərdi yaşayış evinin giriş qapısını açarla bağlayaraq sonuncunu iradəsinə zidd olaraq 3 saat ərzində saxlayıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, eləcə də hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının, yəni oğlunun və digər ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə dayısı Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda əmlakını tələb edib ələ keçirmək, cinayətin izini itirmək, qohumlarının ondan şübhələnməmələri və yaxalanmamaq məqsədilə məqsədilə ümumi cinayətkar niyyətə və plana uyğun olaraq həmin evi tərk edib ünvan 5 ünvanında yerləşən «Xəzri» kafesinə gələrək orada həmin kafenin “Khazri Restaurant” adlı Wi fi internet şəbəkəsindən istifadə etməklə mobil telefonla çəkilmiş Zərərçəkmiş şəxs2 əlləri və ayaqları bağlı vəziyyətdə olan fotoşəkilini +**********2 telefon nömrəsi üzərindən qeydiyyatdan keçirdikləri “whatsapp” proqramı vasitəsilə 08.06.2021-ci il tarixdə saat 17:08-də dayısı Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********3 mobil telefon nömrəsinə göndərib, ardınca da “sizin oğlunuz hal hazırda əlimizdədir, sizinlə heç bir şəxsi qərəzliliyimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük olmayan 500.000 ABŞ dolları. Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa, novasibirski və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız, sizdən yalnız tələb edilən məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn sms lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə, pullar yoxlanıb və izlənilmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır” məzmunda ismaric göndərməklə Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan dayısı Zərərçəkmiş şəxs1 həm oğlu Zərərçəkmiş şəxs2, həm də yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə 500.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə xüsusilə külli miqdar hesab edilən 850.000 manat pulunu tələb edərək Zərərçəkmiş şəxs2 08.06.2021-ci il tarixdə saat 17 radələrindən saat 20 radələrinədək olan, yəni 3 saat müddətində Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Belə ki, o, özgənin, yəni Rusiya Federasiyasında yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və geniş maddi imkanlara malik Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda pulu hədə-qorxu yolu ilə tələb etmək məqsədilə həmyerlisi və dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə bunun nəticələrini arzu edərək hazırladıqları cinayətkar plana uyğun olaraq hadisədən əvvəl, yəni 2021-ci ilin iyun ayının əvvəlində Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini Şahid4 şifahi razılaşma ilə 3 günlük müddətə kirayə götürdükdən sonra 8 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs1 övladı xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 həmin evə qonaq dəvət edib dövlət qeydiyyat nişanı və sürücüsünün şəxsiyyəti məlum olmayan taksi ilə sonuncu ilə birlikdə kirayə tutduqları həmin evə gəldikdən və Zərərçəkmiş şəxs2la birlikdə yemək yedikdən sonra Təqsirləndirilən şəxs2la qabaqcadan aralarında sövdələşdikləri cinayətkar plana uyğun olaraq əvvəlcədən əldə edərək həmin fərdi yaşayış evində saxladıqları yapşıqanlı lentlə həmin evin qonaq otağında stulda əyləşmiş Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edərək əllərini və ayaqlarını bağlayıb həmin vəziyyətdə Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon vasitəsi ilə sonuncunun fotoşəklini çəkmiş, bundan sonra əllərini və ayaqlarını açsa da fərdi yaşayış evinin giriş qapısını açarla bağlayaraq Zərərçəkmiş şəxs2 iradəsinə zidd olaraq 3 saat ərzində saxlayıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, eləcə də hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının, yəni oğlunun və digər ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda əmlakını tələb edib ələ keçirmək və cinayətin izini itirmək məqsədilə ümumi cinayətkar niyyətə və plana uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 fərdi yaşayış evini tərk edib ünvan 5 ünvanında yerləşən «Xəzri» kafesinə gələrək orada həmin kafenin «Khazri Restaurant» adlı Wi fi internet şəbəkəsindən istifadə etməklə mobil telefonla çəkilmiş Zərərçəkmiş şəxs2 əlləri-ayaqları bağlı vəziyyətdə olan fotoşəkilini +**********2 telefon nömrəsi üzərindən qeydiyyatdan keçirdiyi “whatsapp” proqramı vasitəsilə 08.06.2021-ci il tarixdə saat 17:08-də Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********3 mobil telefon nömrəsinə göndərib, ardınca da “sizin oğlunuz hal hazırda əlimizdədir, sizinlə heç bir şəxsi qərəzliliyimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük olmayan 500.000 ABŞ dolları. Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. Əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa, novasibirski və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız, sizdən yalnız tələb edilən məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn sms-lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə, pullar yoxlanıb və izlənilmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır” məzmunda ismaric göndərməklə Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan Zərərçəkmiş şəxs1 həm övladı Zərərçəkmiş şəxs2, həm də digər yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə 500.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə xüsusilə külli miqdar hesab edilən 850.000 manat pulunu tələb edərək Zərərçəkmiş şəxs2 08.06.2021-ci il tarixdə saat 17 radələrindən saat 20 radələrinədək olan, yəni 3 saat müddətində Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sədərək ticarət mərkəzində xalça satışı ilə məşğul olan zaman məlum pandemiya baş verdiyindən işləri pozulmuş və təxminən 80.000-100.000 manat borcu yaranmışdır. Dayısı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyası vətəndaşıdır. Mirəkbər 1988-ci ildən Novosibirsk şəhərində yaşamış və orada gül alqı-satqısı ilə məşğul olmuşdur. Dayısı Zərərçəkmiş şəxs1 maddi imkanı yaxşı olduğundan borcunun yarandığı vaxtdan bir neçə dəfə ondan xahiş etmişdir ki, ona maddi köməklik etsin, lakin dayısı hər dəfə müxtəlif bəhanələrlə ona köməklik etməmişdir. Zərərçəkmiş şəxs1 ailəsi Rusiyada olmuş və adətən yay aylarında Bakı şəhərinə gəlmişdir. Təxminən cari ilin qış aylarında dayısının ailəsi Bakı şəhərinə gəlmişdir. Dayısı bir neçə ay əvvəl Bakı şəhərinə gəlib qayıtmışdır. Zərərçəkmiş şəxs1 Rusiyada başqa ailəsi də olmuş, həmin arvadı miliyyətçə rusdur. Dayısı oğlu Zərərçəkmiş şəxs2la arasında yaxşı münasibəti olmuş və arabir görüşmüşlər. Zərərçəkmiş şəxs2 əqli cəhətdən inkişafdan qalmış, sonuncunun 19 yaşı olsa da, ağlı təxminən 12-13 yaşında uşaq ağlı olmuşdur. Dayısı Zərərçəkmiş şəxs1 xahişi ilə bir neçə ay əvvəl Zərərçəkmiş şəxs2 qadınlar olan yeyib-içmək məclisinə aparmış və həmin vaxtdan sonra Zərərçəkmiş şəxs2 mütamadi olaraq onunla əlaqə saxlayıb xahiş etmişdir ki, onu yeyib-içməyə aparsın. O da tez-tez Zərərçəkmiş şəxs2la görüşmüş, hər dəfə də sonuncu özü zəng edib görüşmək istəmişdir. O, dostu Təqsirləndirilən şəxs1lə tez-tez görüşmüş, hər dəfə işləri ilə bağlı ümumi söhbətlər etmişlər. Bir neçə dəfə Təqsirləndirilən şəxs1lə söhbət zamanı dayısı Zərərçəkmiş şəxs1 Rusiyada bir neçə dəfə mağazasından və avtomobilindən pul oğurlandığını, lakin buna baxmayaraq dayısının şikayət etmədiyini demişdir. Təqsirləndirilən şəxs1 də onun həmkəndlisi kimi dayısını Zərərçəkmiş şəxs1 tanımış və maddi rifahı barədə məlumatı olmuşdur. Hadisədən təxminən 1 həftə əvvəl Təqsirləndirilən şəxs1 ona dayısı Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2la yeyib-içməyə gedən zaman hansısa bir yerdə saxlayıb əvəzində dayısından pul tələb etməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs1 bu əmələrindən polisin xəbər tutacağını, camaat içində biyabır olacağını demişdir. Bu söhbətdən təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1lə telefon vasitəsilə danışıb görüşmüşdür. Söhbət zamanı o, Zərərçəkmiş şəxs2 onsuz da onunla öz təşəbbüsü ilə tez-tez yeyib-içməyə getdiyini, nə vaxtsa Mirhəsən yenə yeyib-içməyə getməyi təklif edən zaman bir yerə yeməyə gedib orada Mirhəsənin inandırıcı bir şəklini çəkib dayısı Mirəkbərə göndərib sonuncudan külli miqdarda pul tələb etməyi təklif etmiş və bildirmişdir ki, əldə edəcəkləri pulun bir hissəsini ona verəcəkdir. Təqsirləndirilən şəxs1 dərhal onunla razılaşmışdır. Daha sonra onlar Zərərçəkmiş şəxs1 tələb edəcəkləri pulun məbləğini müzakirə etmişlər. O, Təqsirləndirilən şəxs1 demişdir ki, elə məbləğ olmalıdır ki, dayısı hüquq mühafizə orqanına şikayət etməsin və istəyəcəkləri məbləğdə pulu versin. Bu səbəbdən o, Zərərçəkmiş şəxs2 qaytarmaq müqabilində 500.000 ABŞ dolları tələb edəcəyini bildirmişdir. Bunun Zərərçəkmiş şəxs1 üçün elə də böyük pul olmadığını fikirləşmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 qeyd olunan pulu əldə etdikdən sonra həmin puldan 200.000 ABŞ dollarını özünə ev alması üçün verəcəyini demişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhərində kirayədə yaşayır. Zərərçəkmiş şəxs2 saxlamaq üçün ev lazım olduğundan o, köhnə tanışı Ramana qəsəbəsində yaşayan Nigar adlı qadının mobil telefonuna zəng edərək Anar adlı dostunun qonağı gələcəyini və buna görə onlara kirayə ev tapmaq lazım olduğunu demişdir. Nigar demişdir ki, rəfiqəsi Sevinc adlı tanışının evini 3 günlük kirayə verər. Həmin evdə təxminən 4 il əvvəl Nigarla görüşmüşdür. Nigar onlara Sevincə məxsus Ramana qəsəbəsində yerləşən evin açarını vermiş, o da Nigara 100 manat kirayə pulu ödəmişdir. Belə ki, evin bir sutkası 30 manat olmuşdur. Nigarın deməsinə görə Sevinc həmin vaxt rayonda olmuşdur. O, Nigara zərurət olsa, yəni qalma müddəti uzansa hər sutkaya görə əlavə pul ödəyəcəyini bildirmişdir. Çünki, dayısından hədə-qorxu ilə pulu nə zaman alacağını dəqiq bilməmişlər. 08 iyun 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1lə Qara Qarayev metrostansiyasının yanında görüşmüşdür. Zərərçəkmiş şəxs2 ona demək olar ki, hər gün zəng etmişdir. Onlar planlaşdırdıqları işi məhz həmin gün həyətə keçirmək barədə razılaşmışlar. X23 metrostansiyasında olan zaman razılaşmışlar ki, Zərərçəkmiş şəxs2 bu dəfə zəng edən zaman sonuncunu gedəcəkləri yerdə zorla saxlayıb atasından pul tələb etsinlər. O, Zərərçəkmiş şəxs2 evdə saxlayan zaman inandırıcı görünməsi üçün əllərini yapışqanlı lentlə bağlamaq üçün “1001 xırdavat” mağazasına girmiş, bir ədəd yapışqanlı lent almışdır. Daha sonra ərzaq mağazasından çörək, qril, keks, siqaret və sok alıb kirayə tutduqları evə getmişlər. Yapışqanlı lenti və ərzağı həmin evdə qoyub Neftçilər metrostansiyasının yanında adını bilmədiyi kafeyə getmişlər. Həmin gün saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs2 ona vatsappla zəng edərək restorana getməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə ara yol ilə Nizami rayon Dövlət Təhlükəsizliyi Xidmətinin yaxınlığında yolda olan təsadüfi “Mercedes-Benz” markalı, ağ rəngli, dövlət qeydiyyat nömrəsini xatırlamadığı taksini saxladıb minmişlər və qeyd olunan avtomobil ilə getmişlər. Onlar Zərərçəkmiş şəxs2la Nizami rayonundakı «Komfort» restoranının yanında görüşmüşlər. Orada Zərərçəkmiş şəxs2 ilk dəfə Təqsirləndirilən şəxs1 görüb tanış olmuş, bundan sonra onlar Ramana qəsəbəsində kirayə tutduqları Sevincin evinə getmişlər. Evdə yemək yeyəndən sonra o, üzərində olan “Samsung” markalı, qızılı-çəhrayı rəngli mobil telefonu Təqsirləndirilən şəxs1 vermişdir ki, sonuncu Zərərçəkmiş şəxs2 şəkilini çəksin. “Samsung” markalı, qızılı-çəhrayı rəngli mobil telefonu Təqsirləndirilən şəxs1 həmin gündən bir neçə gün əvvəl vermiş və tapşırmışdır ki, həmin telefonda “whatsapp” proqramını qeydiyyatdan keçirsin və nömrə Rusiya Federasiyasına aid olsun. Belə ki, planlarına əsasən Zərərçəkmiş şəxs1 elə düşünməli idi ki, oğlu Rusiya Federasiyasında yaşayan adamların əlindədir. O, Təqsirləndirilən şəxs1 hansı nömrə ilə “whatsapp” proqramından qeydiyyatdan keçdiyini dəqiq bilməmişdir. Qeyd olunan mobil telefonu Təqsirləndirilən şəxs1 08 iyun 2021-ci il tarixdə görüşən zaman onun özünə qaytarmışdır. Təqsirləndirilən şəxs1 onun yanında Zərərçəkmiş şəxs2 qollarını və ayaqlarını bağlayaraq kirayə evdə qonaq otağındakı stulda əyləşdirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 şəklini həmin telefon vasitəsilə çəkdikdən sonra telefonu ona qaytarmışdır. Həmin telefonda sim kart olmamışdır. Zərərçəkmiş şəxs2 əlinin qolunu Təqsirləndirilən şəxs1 bağlayan zaman Zərərçəkmiş şəxs2 nə baş verdiyini başa düşməmiş, sonuncunun ayaqları və qolları şəkil çəkmək üçün 1-2 dəqiqə ərzində bağlı qalmış və həmin zaman heç bir başqa zorakılıq tətbiq etməmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əlləri-ayaqlarını bağlayan zaman cibindən sonuncuya məxsus mobil telefonu götürmüş, o, otaqdan çıxan zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əllərini və ayaqlarını açmışdır. Bundan sonra o, həmin gün saat 18 radələrində Neftçilər metrostansiyasının yaxınlığındakı “Xəzri” restoranına getmiş, “Xəzri” restoranında əsas işlətdiyi, içərisində ***-***-**-** mobil telefon nömrəsi olan “İphone 11 PRO” markalı telefonunun yaddaşında olan dayısının Rusiya mobil operatoruna aid nömrəsini Zərərçəkmiş şəxs2 şəklini çəkdikləri “Samsung” markalı telefona köçürmüş və dayısına oradan “Whatsapp” mobil tətbiqi ilə Zərərçəkmiş şəxs2 qolları və ayaqları yapışqanlı lentlə bağlı şəklini atmış və ona aşağıdakı məzmundə ismarıc yazmışdır: “Salam aleykum. Sizin oğlunuz hal hazırda əlimizdədir. Sizinlə şəxsi heç bir qərəzliyimiz yoxdur. Şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük məbləğ olmayan 500.000 ABŞ dollarını Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul 100 dollarlıq əskinazla olmalıdır. Əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnərsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa Novosibirskdə və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız. Sizdən yalnız tələb olunan məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn SMS-lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə pullar yoxlanıb və izlənmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır”. Bu ismarıcı yazandan sonra telefonunu və Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı telefonu ayağı ilə tapdalayıb qırmış və Xəzər Universitetinin yanındakı zibilliyə tərəf atmışdır. Bundan sonra o yenidən “Xəzri” restoranına qayıtmışdır. Daha sonra restorana qayıtmış, orada çay içmiş, təxminən 10-15 dəqiqə sonra dayısı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasından ona “Whatsapp” mobil tətbiqi vasitəsilə videozəng etmişdir. Həmin vaxt kənara çəkilərək telefona cavab vermiş, dayısı ondan oğlu Zərərçəkmiş şəxs2 onunla olub-olmadığını soruşmuş, o, Zərərçəkmiş şəxs2 onunla olmadığını demiş və Zərərçəkmiş şəxs1 heç nə deməyərək əlaqəni kəsmişdir. 1-2 dəqiqə sonra dayısının arvadı Məlahət də onun həmin zaman istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək oğlu Zərərçəkmiş şəxs2 evdə olmadığını və sonuncunun onunla birlikdə olub-olmadığını soruşmuş, o, inkar etdikdə Məlahət xahiş etmişdir ki, o da Zərərçəkmiş şəxs2la əlaqə saxlasın. O, Məlahətlə razılaşaraq Məlahətin evinə getmişdir. O, dayısının yoldaşı Məlahətə yalandan demişdir ki, ola bilər ki, Zərərçəkmiş şəxs2 telefonunda enerji bitmişdir. Dayısının arvadının nigaran olmasını hiss etmiş və məsələnin üstünün açılacağından da narahat olduğu üçün onların yaşadığı evə getmişdir ki, ab-havaya baxsın. Məlahətin evinə getməsinə həmçinin səbəb Zərərçəkmiş şəxs2 onunla olmadığına əmin olmalarına və hadisə barədə heç kimin ondan şübhələnməməsi olmuşdur. O, Təqsirləndirilən şəxs1 də demişdir ki, uşaqla qalsın, dayısının evində ab-havaya baxmaq üçün gedir. Evə çatan zaman anasının və digər qohumlarının orada olduğunu görmüş və anlamışdır ki, dayısına göndərdiyi şəkil qohumlarının bəzilərində, məsələn qardaşı Vahiddə vardır və həmin şəkili orada görmüşdür. Evdəki danışıqlardan başa düşmüşdür ki, həmin şəkili dayısı öz qayını İlhama da göndərmişdir. Zərərçəkmiş şəxs1 artıq hamıya bu məsələni deməsini, qohumlarının kimlərəsə, həmçinin polisə müraciət etmək istədiklərini görüb ifşa olunacağından qorxduğu üçün Təqsirləndirilən şəxs1 xatırlamadığı nömrəsinə “whatsapp” vasitəsilə ilə zəng edib Zərərçəkmiş şəxs2 taksi ilə əvvəlcədən danışdıqları qaydada evə gətirməsini demiş və Təqsirləndirilən şəxs1 tapşırmışdır ki, Zərərçəkmiş şəxs2 evlərinin yaxınlığına gətirsin, amma özü görünməsin. Belə etməkdə məqsədləri hamıda Zərərçəkmiş şəxs2 sadəcə həyətdə azması barədə fikir formalaşdırmaq olmuşdur. Onlar əvvəlcədən dayısının heç kimə, heç nə deməyərək sakitcə qorxub, pulu onlar deyən yerə göndərəcəyini fikirləşsələr də dayısının və qohumlarının hay-küy saldığını görüb, hamının, o cümlədən polisin onların əməllərindən xəbər tutacağından və danışıqlara əsasən polisə müraciət olunacağından, bununla da ifşa olunacaqlarından qorxduğu üçün Zərərçəkmiş şəxs2 qaytarmışlar. Zərərçəkmiş şəxs2 evə girən zaman hamı sevinmiş, Zərərçəkmiş şəxs2 anası ondan harada olduğunu soruşmuş, Zərərçəkmiş şəxs2 isə cavabında onunla restoranda olduğunu demiş, anası kiminsə ona zor tətbiq edib-etməmədiyini soruşduqda Zərərçəkmiş şəxs2 belə bir halın olmasını inkar etmişdir. O, Zərərçəkmiş şəxs2 hadisələri dərk etməyəcəyini fikirləşdiyindən ona qarşı məlum cinayəti törətmişdir. Əslində onların fikri pulu aldıqdan sonra Zərərçəkmiş şəxs2 evlərinə ötürmək olmuşdur. Belə ki, onsuz da Zərərçəkmiş şəxs2 əqli inkişaf problemi olduğu üçün kiməsə həmin gün onunla birlikdə olduğunu desə də əqli probleminə görə səhvən onun adını çəkdiyini deyəcəyini fikirləşmişdir. Planlarına əsasən heç kim də onun Təqsirləndirilən şəxs1lə cinayət törətdiyini bilməyəcəkdir. Zərərçəkmiş şəxs1 az əvvəl qohumlara tapşırdığı kimi polisə artıq məlumat verildiyindən, evdə olan qohumlarından kimsə demişdir ki, həyətdə polis əməkdaşları söhbət etmək üçün Zərərçəkmiş şəxs2 gözləyir. Onun ehtimalı düz çıxmış və qohumlarının artıq polisə müraciət etdiyini başa düşmüşdür. X9 Seyidovu aşağı düşürmüş, təxminən 10-15 dəqiqə sonra o, evə getmək üçün oradan çıxmış, daha sonra böyük qardaşı Şahid5 ona xatırlamadığı nömrə verib polisin nömrəsi olduğunu bildirərək həmin nömrəyə zəng etməsini demişdir. O, artıq ifşa olunduğunu və fakt qarşısında qaldığını başa düşmüşdür. Polis onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmiş, o da könüllü olaraq oraya gedib binaya daxil olan kimi dərhal cinayətlərini səmimi etiraf etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Sədərək bazarında xalça satışı ilə məşğul olmuşdur. 2016-cı ildə Respublikada olan devalvasiya ilə bağlı olaraq işləri pozulmuş və xeyli miqdarda ziyan etmişdir. Məlum pandemiya da işlərinə mənfi təsir etmişdir. Təqsirləndirilən şəxs2 ilə dostdur, Təqsirləndirilən şəxs2 da onun kimi əvvəllər Sədərək ticarət mərkəzində xalça satışı ilə məşğul olmuş, sonuncu da onun kimi ziyan etmiş və xeyli miqdarda borcu yaranmışdır. Onlar Təqsirləndirilən şəxs2la tez-tez görüşmüşlər, sonuncu ilə hər dəfə görüşdükdə maddi cəhətdən sıxıntı çəkdikləri barədə danışmışlar. Hadisədən bir həftə öncə o, Təqsirləndirilən şəxs2la görüşən zaman sonuncu ona demişdir ki, dayısı oğlu Zərərçəkmiş şəxs2 Bakı şəhərindədir və onu hardasa bağlı yerdə saxlayıb atasından pul tələb edə bilərlər. Elə o da Təqsirləndirilən şəxs2 bu barədə əvvəllər ümumi söhbətdə təklif etmişdir. Həmin fikir bir növ hər ikisinin ağlına birdən gəlmişdir. Təqsirləndirilən şəxs2 dayısı Zərərçəkmiş şəxs1 bir neçə dəfə maddi köməklik istəsə də dayısı müxtəlif bəhanələrlə kömək etməmiş, ancaq bundan birmənalı imtina da etməmiş, sadəcə pul verəcəyini yalandan vəd edib gözlətdirmişdir. Sonra onlar yenə görüşən zaman Təqsirləndirilən şəxs2 fikrinin ciddi olduğunu demiş və bildirmişdir ki, bu işdə onun köməyi lazımdır. O da Təqsirləndirilən şəxs2la razılaşmışdır. Təqsirləndirilən şəxs2 ona demişdir ki, dayısı oğlu Zərərçəkmiş şəxs2 demək olar ki, hər gün onunla əlaqə saxlayır və görüşlərin birində yeyib-içmək təklifi ilə razılaşıb Zərərçəkmiş şəxs2la gedəcəkləri yerdə onu evdən çıxmağa qoymayıb atasından pul tələb edə bilərlər. Bunun üçün onlara ev lazım olmuşdur. Təqsirləndirilən şəxs2 demişdir ki, evi özü təşkil edəcək. Təxminən hadisədən 2-3 gün əvvəl Təqsirləndirilən şəxs2 ona Ramana qəsəbəsində icarəyə ev götürdüyünü demişdir. Həmin evi Təqsirləndirilən şəxs2 Nigar adlı tanışı tapmışdır. Ev Nigarın rəfiqəsi Sevinc adlı qadının olmuşdur. Təqsirləndirilən şəxs2 Nigara demişdir ki, rayondan qohumları gəlib evdə qalacaq. Təqsirləndirilən şəxs2 həmin evə görə Nigara 100 manat kirayə haqqı da vermişdir. Rafiq ondan fərqli olaraq əvvəllər həmin evdə olmuşdur. Təqsirləndirilən şəxs2la birlikdə hadisədən 2-3 gün əvvəl gedib həmin evə baxmışlar və evin açarını Nigardan götürmüşlər. 08.06.2021-ci il tarixdə saat 10-11 radələrində o, Təqsirləndirilən şəxs2la Qara Qarayev metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin vaxt birlikdə olmuşlar. Saat təxminən 16 radələrində o, Təqsirləndirilən şəxs2la bir yerdə olan zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 zəng etmişdir. Onlar danışan zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 demişdir ki, «Komfort» restoranının yanına gəlsin. Onlar planlaşdırdıqları işi həmin gün həyata keçirmək barədə razılaşmışlar. Təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs2 həmin yerə gəlmişdir. O, Zərərçəkmiş şəxs2la ilk dəfə orada tanış olmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 demişdir ki, bir ev var, gedib orada yeyib-içək. Zərərçəkmiş şəxs2 da onlarla razılaşmışdır. Bundan sonra o, yoldan keçən taksini saxlatmış və bir başa həmin tanımadığı taksi ilə Ramana qəsəbəsində Təqsirləndirilən şəxs2 kirayə tutduğu evə getmişlər. Oraya həmin gün əvvəlcədən toyuq qrili, özünün cəkdiyi “Magna” markalı siqaret və şirniyyat alıb aparmışlar. Evə çatandan sonra hər üçü oturub yemək yemişlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 heç nə deməmişlər. Yeməyi yeyib qurtardıqdan sonra o, həmin gün alış-veriş zamanı inandırıcı olması üçün qabaqcadan alıb evə qoyduqları boz rəngli yapışqanlı lentlə Zərərçəkmiş şəxs2 əllərini bağlamağa bağlamışdır. Skocu və yeməyi Təqsirləndirilən şəxs2 pulu ilə almışlar. Həmin vaxtı Mirhəsən nə üçün əllərini bağladığını soruşduqda demişdir ki, “narahat olma, sən mənim dostumsan, atan da mənim dostumdur, səninlə zarafat edirik”. Zərərçəkmiş şəxs2 da ona heç bir müqavimət göstərməmişdir. O, Zərərçəkmiş şəxs2 əllərini bağladıqdan sonra ayaqlarını da həmin lentlə bağlamış və sonuncunu elə yemək yedikləri qonaq otağındakı stulda əyləşdirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 cibində olan Samsung markalı telefonu götürüb Təqsirləndirilən şəxs2 vermiş və Zərərçəkmiş şəxs2 demişdir ki, narahat olmasın mobil telefonu sonra qaytaracaqlar. Zərərçəkmiş şəxs2 da heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 çoxdandı işlətmədiyi və məhz bu iş üçün nəzərdə tutduqları “Samsung” markalı telefonunu ona vermişdir ki, Zərərçəkmiş şəxs2 şəklini çəksin. Həmin telefona vatsapp mobil telefon proqramını hadisədən bir neçə gün əvvəl yükləmiş, həmin proqramda isə əvvəllər Rusiya Federasiyasına məxsus mobil operatora aid nömrə ilə qeydiyyatdan keçmiş, nömrəni isə 3 il əvvəl Rusiya Federasiyasına gedən zaman oradan almış və həmin nömrə +**********2 olmuşdur. Mobil telefon nömrəsini isə işlətməmişdir. Onun həmin zaman istifadəsində olan telefon nömrəsi isə ***-***-**-** olmuşdur. Rusiya mobil operatoruna məxsus nömrə ilə qeydiyyatdan keçmiş vatsapp mobil telefon proqramı işlətməkdə isə məqsədləri Zərərçəkmiş şəxs1 hədə-qorxu gələn zaman Azərbaycanda olmaqlarının bilinməməsi olmuşdur. Onlar ifşa olunmamaq üçün gizli hərəkət etmişlər. O, Zərərçəkmiş şəxs2 əlləri və ayaqları bağlı vəziyyətdə şəklini çəkdikdən sonra telefonu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu onun çəkdiyi həmin şəkli Whatsapp mobil tətbiqi ilə dayısına, yəni Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 göndərməsi üçün evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 dayısına ismarıc yazaraq ondan oğlunun azadlığa buraxılması müqabilində 500.000 ABŞ dolları pul tələb etməli idi. Əvvəlcədən razılaşmışlar ki, həmin puldan Təqsirləndirilən şəxs2 ona ev alması üçün təxminən 200.000 ABŞ dolları civarında pul verəcəkdir. Təqsirləndirilən şəxs2 xarici ölkə operatoruna, yəni Rusiyaya məxsus mobil nömrədən istifadə etməklə dayısına ismarıc yazan zaman kimliyini bildirməməli idi. O, şəkil çəkdikdən sonra Zərərçəkmiş şəxs2 əllərini və ayaqlarını açmışdır. Təqsirləndirilən şəxs2 dayısına ismarıc göndərmək və sonuncunun evlərindəki vəziyyəti öyrənmək üçün çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 gedən zaman Zərərçəkmiş şəxs2 götürdükləri telefonu da özü ilə aparmışdır. Əvvəlcədən aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 şəkli dayısına göndərdikdən sonra həm özünün telefonunu, həm də Zərərçəkmiş şəxs2 telefonunu sındırıb atacaqdır. Təqsirləndirilən şəxs2 getdikdən onra o, Zərərçəkmiş şəxs2la evdə qalmışdır. Təxminən 2-3 saat sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək demişdir ki, vəziyyət qarışıb və buna görə də, Zərərçəkmiş şəxs2 sərbəst buraxmaq lazımdır. O da başa düşmüşdür ki, artıq polisin hadisə barədə məlumatı var. Təqsirləndirilən şəxs2la əvvəlcədən razılaşmışlar ki, pulu aldıqdan sonra o, Zərərçəkmiş şəxs2 taksi ilə evlərinə yaxın bir yerdə düşürsün, amma özü görünməsin. Çünki, Təqsirləndirilən şəxs2 əqli cəhətdən zəifdir və evlərini uzaq məsafədən sərbəst tapa bilmir. Təqsirləndirilən şəxs2 onu arxayin etmişdir ki, Zərərçəkmiş şəxs2 buraxdıqdan sonra evlərində onları ifşa etsə əqli probleminə görə uşağa heç kim inanmayacaqdır. O, taksi sifariş verib həmin tanımadığı taksi ilə Zərərçəkmiş şəxs2 evlərinin qarşısına gətirib evlərinə yola salmış, özü isə evlərinə getmişdir. Bu hadisələrdən bir qədər sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq onu DİN-in BMCMİ-nə dəvət etmişlər. Lakin, o, həyəcanlı olduğu üçün həmin gün ora getməmişdir. İstifadəsində olan Çin istehsallı, markasını bilmədiyi mobil telefonu ertəsi gün DİN-ə gələn zaman yolda maşından ataraq sındırmışdır. Həyəcanlı olduğundan həmin yerin hara olması yadında qalmamışdır. Belə etməkdə məqsədi iz itirmək olsa da əslində heç həmin telefonla bağlı problem olmamışdır. Zərərçəkmiş şəxs2 saxladıqları evdə sonuncu olan zaman qorxmasın deyə evdəki bütün mətbəx bıçaqlarını gizlətmişdir. Təqsirləndirilən şəxs2la əvvəlcədən danışmışlar ki, Zərərçəkmiş şəxs2 heç bir halda zor tətbiq etməyəcəklər. Onlar Təqsirləndirilən şəxs2la əvvəlcədən razılaşmışlar ki, Zərərçəkmiş şəxs1 pulu Rusiyadan Azərbaycana kiməsə göndərib həmin pulu onların deyəcəkləri məntəqəyə qoyduqdan sonra pulu oradan götürəcəklər. Bu danışıqlar üçün isə yeni telefon alacaqlarını fikirləşmişlər. Pulun qoyulma yerini isə Təqsirləndirilən şəxs2 müəyyən edərək oradan götürməli idi. Lakin Təqsirləndirilən şəxs2 ona zəng edərək polisə məlumat verildiyini dedikdən sonra o, Zərərçəkmiş şəxs2 evlərinə qaytarmışdır. Zərərçəkmiş şəxs2 polisə məlumat verəcəklərini gözləməmişlər, çünki onun imkanlı, qorxaq olmasını fikirləşib tələb olunan pulu verməyə razılaşacaqlarını gözləmişlər. Zərərçəkmiş şəxs2 əlləri vəayaqlarını bağladığı yapışqanlı lenti Ramana qəsəbəsindəki evdə zibil paketinə atmış, həmin evin açarını isə kirayə yaşadığı evdə qoymuşdur. Məhkəmədə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, 1993-cü ildə dayısı X1 Seyidovla ailə həyatı qurmuş və bu evlilikdən iki övladı var. Mirəkbər ailə həyatı qurduqları vaxtdan Rusiya Federasiyasında gül ticarəti ilə məşğul olmuş və bu səbəbdən o, ailə həyatı qurduqdan sonra Novosibirsk şəhərinə köçərək əri ilə birlikdə orada yaşamışdır. Övladları artıq məktəb yaşına çatdıqda, yəni 2005-ci ildən belə qərara gəlmişlər ki, uşaqlar məktəbə Bakı şəhərində getsinlər və bu səbəbdən o, övladları ilə birlikdə Bakı şəhərinə gələrək burada yaşamağa başlamışlar. Mirəkbərin işi Rusiya ilə əlaqəli olduğundan Bakı şəhərinə teztez gedib gələ bilməmişdir. Uşaqların yay tətili vaxtlarında ərinin yanına gedib orada qalmışlar. Hazırda 2002-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs2 onun yanında Bakı şəhərində yaşayır. Oğlu Mirhəsən əqli cəhətdən inkişafdan qalmışdır. Mirhəsəni uzun müddətdir ki, əsasən Rusiya Federasiyasında psixoloqla müalicə etdirir. Bakı şəhərində də mualicələri olunur, lakin həm Bakı şəhərində, həm də Rusiya Federasiyasında hər hansı dispanserdə qeydiyyatda yoxdur. Onlar son 6-7 ay olar ki, Bakı şəhərindədirlər və Rusiya Federasiyasına getmirlər. 08 iyun 2021-ci il tarixdə saat 15-16 radələrində oğlu Mirhəsən ona qohumları Rafiqlə harasa gedərək yemək yeyəcəklərini bildirərək evdən çıxmışdır. Təqsirləndirilən şəxs2 baldızı Şamamanın oğludur və o, tez-tez Mirhəsəni gəzməyə aparmışdır. Rafiq Mirəkbərin bacısı oğlu olduğundan Mirhəsəni Rafiqə etibar etmişlər. Saat təxminən 17 radələrində əri Mirəkbər Rusiya Federasiyasında istifadəsində olan +7***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Mirhəsənin evdə olub-olmadığını soruşmuşdur. O, Mirəkbərə Mirhəsənin saat 16 radələrində Rafiqlə birlikdə harasa getdiyini demişdir. Mirəkbər onunla sağollaşmış və artıq bir söz deməmişdir. Mirəkbərlə sağollaşdıqdan sonra öz nömrəsi ilə Rafiqin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Mirhəsənin Rafiqlə olub olmadığını soruşmuşdur. Rafiq isə ümumiyyətlə həmin gün Mirhəsəni görmədiyini, heç hara getmədiyini ona bildirmiş və həmin danışıqdan sonra Rafiqlə sağollaşmışdır. Bundan sonra Mirhəsənin yoxa çıxdığını başa düşmüş və qohumlarına zəng edərək Mirhəsənin itməsi ilə bağlı xəbər vermişdir. Təxmini olaraq saat 17:45-də artıq qohumları onlara gəlmişlər. Evdə qaynı Mirəlinin kiminləsə telefon danışığını eşitmiş və həmin danışıqdan Mirhəsəni oğurlandığını və əvəzində 500.000 dollar pul tələb edildiyini başa düşmüşdür. Artıq bunu eşidən kimi daha çox qorxuya düşmüş və hətta qardaşı İlhama zəng edərək ağlaya-ağlaya övladının tapılmasını və istədikləri pulun bir hissəsini düzəldə biləcəyini belə demişdir. İlham isə narahat olmamağı, uşağının tapılacağını ona bildirmişdir. Artıq evdə çoxlu sayda qohumları, o cümlədən Rafiqin anası, qardaşları və özüdə onlarda olmuşdur. Rafiq onun hönkürhönkür ağlamağını görüb yanına yaxınlaşaraq narahat olmamasını bildirmişdir. Daha sonra öz telefonunu çıxararaq ona Mirhəsənin əlləri və ayaqları yapışqanlı lentlə bağlı vəziyyətdə şəklini göstərərək “bax Mirhəsən salamatdı və vəziyyəti yaxşıdır”, pulu tələb edən adamlar Mirəkbərə bu şəkli atıblar və Mirəkbər pulu verdikdən sonra iki üç günə uşaq salamat qayıdacaq” sözlərini demişdir. Fotoşəkildə gördüklərinə əsasən Mirhəsənin əlləri və qolları boz rəngli yapışqanlı lentlə bağlanmışdır. Saat təxmini olaraq 22 radələrində evin qapısı açılmış və Mirhəsən evə daxil olmuşdur. O, Mirhəsənə yaxınlaşaraq harada və kimlə olduğunu soruşmuşdur. Mirhəsən donmuş vəziyyətdə olmuş və Rafiq Mirhəsənin yanından keçib gedəndə sonuncu üzünü Rafiqə tutaraq “niyə məni orda qoydun getdin?” sualını vermişdir. Mirhəsən əqli inkişafında qüsurlu olduğundan Rafiqə hansı səbəbdən belə dediyini heç kəs başa düşməmişdir. Mirhəsən tapılmamışdan qabaq artıq qardaşı İlham və qaynı Mirkazım Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütətəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Mirhəsənin oğurlanması və hədə-qorxu ilə külli miqdarda pul tələb olunması ilə bağlı müraciət etmişlər və evdə hamının bundan xəbəri olmuşdur. İlhamla danışıq əsnasında ona artıq polisdə olduqlarını demişdir. Mirhəsən evə gələn kimi o, qardaşına zəng vurmuş və Mirhəsənin evə gəldiyini demişdir. Bundan sonra Mirhəsəni danışdırmaq üçün polis idarəsinə aparmışlar. Həmin vaxtı Mirhəsənin polis idarəsinə kiminlə getməsini xatrılamır. Gecə saat 24 radələrindəəri Mirəkbər ona zəng etmiş və onu baldızı Şamama ilə birlikdə sakit bir otağa keçməklərini demişdir. Onlar ayrı otağa keçdikdə Mirəkbər onlara Mirhəsənin Rafiq tərəfindən oğurlandığını və həmin məbləğdə pulu da sonuncu tərəfindən istənildiyini bildirmişdir. O, həmin vaxt Mirhəsənin evə gəldikdən sonra hansı səbəbə görə Rafiqə “niyə məni orda qoydun getdin?” sözlərini dediyini başa düşmüşdür. Daha sonra Mirəkbər ona ətraflı şəkildə Rafiqin öz dostu Anarla birlikdə qabaqcadan əlbir olaraq oğlunu yeyib-içmək adı ilə Ramana qəsəbəsində yerini bilmədikləri ünvana aparıb, orada əllərini və ayaqlarını bağladıqdan sonra fotoşəklini çəkərək Mirəkbərə göndərərək ondan 500.000 ABŞ dollar pul tələb etdiyini demişdir. Mirhəsənin oğurlanmasından hamı qorxmuşdur. Mirhəsən axtarışda olarkən Rafiq onların evində olmuşdur və oğlunun oğurlanmağı ilə bağlı polisə müraciət olunduğunu bildiyindən Rafiq ifşa olunmamaq üçün Mirhəsəni sərbəst buraxmışdır. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2002-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində anadan olmuşdur. Atası Zərərçəkmiş şəxs1 Novosibirsk şəhərində gül alqı-satqısı ilə məşğul olur. O və atası Rusiya Federasiyası vətəndaşlarıdırlar. Anası Qanuni nümayəndə isə evdar qadındır. Onda əqli cəhətdən zəiflik vardır. Onlar əsasən Rusiyada yaşayır. Onlar Bakı şəhərinə də gələrək ara-bir qalmışlar. Təxminən hadisədən 6-7 ay əvvəl Bakı şəhərinə gələrək qalmışlar. Təqsirləndirilən şəxs2 onun bibisi oğludur. Təqsirləndirilən şəxs1 isə tanımır. 08 iyun 2021-ci il tarixdə saat 16 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs2 onun mobil telefonuna vatsappla zəng edərək onu evlərinin yaxınlığındakı “Komfort” şadlıq sarayının yanına çağırmışdır. Təqsirləndirilən şəxs2 onu yeyib içməyə dəvət etmiş və o da razılaşmışdır. O, anasına Təqsirləndirilən şəxs2la görüşməyə getdiyini demişdir. Anası da ona icazə vermişdir. Təqsirləndirilən şəxs2la görüşən zaman yanında bir nəfər də olmuşdur. Təqsirləndirilən şəxs2 həmin şəxsi onunla tanış edərək həmin şəxsin adının Anar olduğunu və onun dostu olduğunu bildirmişdir. Anar və Rafiq ona ev tutduqları və həmin evdə yeyib-içərək qızlarla əylənəcəklərini demişlər, o da onlarla getməyə razılaşmışdır. Anar və Rafiq taksi sifariş etmişlər və onlar birlikdə Ramana qəsəbəsində dəqiq ünvanını bilmədiyi həyət evinə getmişlər. Onlar heç bir yerdə dayanmamışlar və birbaşa həmin evə getmişlər. Taksi maşını “Mercedes” markalı olmuş, onun rəngi və sürücüsünün adı isə yadında qalmamışdır. Taksi sürücüsü Rafiq və Anarı tanımamışdır. Onlar həqiqətən də Ramana qəsəbəsindəki həyət evində toyuq qrili yemişlər. Anar da Rafiq kimi siqaret çəkən olmuşdur. Yemək yedikdən sonra Rafiq və Anar ona guya qızların gələcəyini demişdir. Lakin, qızlar gəlməmişdir. Rahat və sərbəst şəkildə yemək yedikdən sonra Anar onun qollarını boz rəngli yapışqanlı lentlə bağlamağa başlamışdır. Anar ona şəkilini çəkərək atasına yollayacağını demişdir. Lakin o, qollarının bağlanmasına etiraz etdikdə Anar qışqıraraq ona qollarının uzatmasını demiş o da qorxaraq qollarını uzatdıqda Anar onun qollarını həmin lentlə bağlamışdır. Qollarının bağlanması anında müqavimət göstərsə də gücü çatmamış və Anar onun qollarını bağlamışdır. O, Anarın onun üstünə qışqırmasından qorxmuşdur. Anar onun ayaqlarını da eyni lentlə bağlamışdır. Anar ona şəklini çəkdikdən sonra qollarını və ayaqlarını açacağını demişdir. Rafiq kənardan duraraq onları izləmişdir. Rafiq və Anar şəkil çəkən zaman ona qışqıraraq sakit durmasını demişlər. Anar onun ayaqlarını bağlamadan öncə onu stula əyləşdirmiş, şəklini mobil telefonla həmin stulda əlləri və ayaqları bağlı şəkil də çəkmişdir. O, qışqıraraq onunla belə rəftar etməməyi dedikdə ondan sakit durmasını istəmişlər. Rafiq və Anar ona şəkli atasına göndərəcəklərini demişlər, lakin bunu hansı məqsədlə etdiklərini deməmişlər. Hətta Anar əlində olan bıçağı da ona göstərərək sakit durmasını demiş, oxşar bıçaqdan onların da evində vardır. Anar onu bıçaqla vuracağı barədə hədələməmişdir. Anar onun “Samsung A51” markalı telefonunu da götürərək Rafiqə vermişdir. Bir qədər sonra Rafiq haraya getdiyini demədən evdən çıxıb getmişdir. Rafiq onun telefonunu da özü ilə aparmışdır. O, Anarla evdə tək qalmışdır. Onun əlləri və ayaqları təxminən 5 dəqiqə ərzində bağlı qalmışdır. O, evdə Anarla tək qalmış, ancaq Anarla qalmaq istəməmişdir. Onun əlləri və ayaqlarını Anar açmışdır. Rafiq getdikdən sonra isə o, Anarla evin həyətində gəzmişdir. Ancaq o, darvazadan bayıra çıxmaq istədiyini və sıxıldığını dedikdə Anar qapını bağlamış və onu bayıra buraxmamışdır. O, Anarla birgə evdə qalmaqdan narahat olmuşdur. Həmin gün axşam saat 21 radələrinədək orada qalmışlar. Anar sonda onu məcburən evlərinə aparmışdır. Belə ki, Rafiq Anara zəng edib demişdir ki, onu evlərinə qaytarsın, çünki, dayısı İlham artıq polisə onun qaçırılması barədə məlumat vermişdir. Anar da onu bu dəfə başqa taksi ilə evlərinə qaytarmışdır. Anarın onu qaytardığı taksinin modeli yadında qalmamışdır. Anar onu evlərinin yaxınlığındakı “Azza” şirniyyat mağazasının yanında düşürmüş və oradan özü evlərinə piyada getmişdir. Anar oradan özünün evə gedə bilib-bilməyəcəyini soruşmuş, o da gedə biləcəyini demişdir. Evə girdikdə Rafiq, bibisi Şamama, dayıları İlham və Namiq, həmçinin başqa qohumları da orada olmuşdur. Evə girən kimi Rafiqi görüb əsəbi halda ona qışqıraraq “Rafiq niyə məni tək qoydun?” demişdir. Rafiq isə yalandan onunla bir yerdə olmadığını demişdir. Rafiqin yalan danışmasına əsəbiləşmiş və qışqıraraq yalan danışmamasını tələb etmişdir. Anası həmin zaman sevincdən qışqıraraq ağlamiş və onu qucaqlamışdır. Rafiqi isə polis telefonla çağırdığından Rafiq çıxıb getmişdir. Anarla Rafiqin dəvəti əsasında onlarla evə könüllü getsə də onlar yemək yedikdən sonra evdə onu zorla saxlayaraq buraxmamışlar, yalnız polisin xəbər tutmasından sonra onu buraxmışlar. Məhkəmədə Zərərçəkmiş şəxs1 Heydər oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, bibisi qızı Qanuni nümayəndə ilə evlidir. Oğlu Həsəndə əqli inkişafın zəifliyi vardır. Onu heç bir psixi dispanserdə qeydiyyata almamışlar. Təqsirləndirilən şəxs2 onun bacısı Şamamanın oğludur. Təqsirləndirilən şəxs1 isə onun həmkəndlisidir, onunla həmkəndli kimi bir və ya iki dəfə ümumi yerlilərlə birlikdə oturub yemək də yemişlər. 08 iyun 2021-ci il tarixdə o, Novosibirsk şəhərində işləri ilə məşğul olan zaman Bakı vaxtı ilə saat 17 radələrində onun +**********3 mobil telefon nömrəsinə +**********2 mobil telefon nömrəsindən “watsapp” mobil tətbiqi vasitəsi ilə hədə dolu mesaj gəlmiş, altından isə oğlu Mirhəsənin qolları və ayaqları bağlı şəkil göndərilmişdir. Mesajda "sizin oğlunuz hal hazırda əlimizdədir, sizinlə heç bir şəxsi qərəzliliyimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük olmayan 500.000 ABŞ dolları. Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa, Novasibirski və Bakıda olan ailənızi təhlükə altna salacaqsınız, sizdən yalnız tələb edilən məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn sms lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə, pullar yoxlanıb və izlənilmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır" yazılmışdır. O, dərhal narahat olaraq Rafiqin ***-***-**-** mobil nömrəsinə qeyd etdiyi nömrədən “watsapp”la zəng etmişdir. Çünki, o, arvadı Məlahətlə həmin gün danışan zaman arvadı ona Mirhəsənin axşam Rafiqlə yeyibiçməyə gedəcəyini demişdir. Həm də o, Mirhəsəni yeyib-içməyə aparmağı ancaq Rafiqə tapşırmışdır. Bütün bu səbəblərə görə o, hədə-qorxu dolu dediyi ismarıc, Mirhəsənin qolları və ayaqları bağlı şəklini görən kimi ilk olaraq Rafiqə zəng etmişdir ki, Mirhəsənin yeri ilə maraqlansın. Rafiqlə qısaca danışıb Mirhəsənin onunla olub-olmadığını soruşmuşdur. Rafiqə həmin danışıq zamanı demişdir ki, Mirhəsən onunla getməli idi. Rafiq isə Mirhəsəndən xəbəri olmadığını və onunla birlikdə olmadığını ona demişdir. O, Mirhəsənin ***-***-**-** mobil telefon nömrəsinə həm vatsapla, həm də adi qaydada zəng etsə də, Mirhəsənin nömrəsinə zəng çatmadığından çox narahat olmuşdur. Oğlunun başına bir iş gələcəyindən narahat olmuş, ilk ağlına gələn o olmuşdur ki, Mirhəsəni qətlə də yetirə bilərlər. Daha sonra arvadı Məlahətin ***-***-**-** mobil telefon nömrəsinə “watsapp” proqramı vasitəsi ilə zəng etmiş və ondan Mirhəsənin yeri barədə soruşmuşdur. Arvadı ona Mirhəsənin Rafiqlə getməli olduğunu və onların bir yerdə olmalı olduqlarını demişdir. Arvadı ondan Mirhəsənə nəsə olub-olmadığını soruşduqda o, qorxmasın deyə bir şey olmadığmı demişdir. Bundan sonra yenidən bu dəfə “watsapp”la Rafiqə zəng etmiş və ona Məlahətin onunla getməsi barədə dediyini bildirmişdir. Rafiq Mirhəsənin onunla olmadığını və onu həmin gün görmədiyini, Mirhəsənin yeri barədə xəbərsiz olduğunu demişdir. O, bundan sonra Rafiqə ona hədə dolu sms gəldiyini və Mirhəsənin əlləri və ayaqları bağlı şəklinin göndərildiyini demişdir. Rafiq həmin şəkli və smsi ona göndərməsini demişdir və o, da həmin məlumatları Rafiqə göndərmişdir. Bundan sonra Rafiqlə danışmamışdır. Bundan bir qədər əvvəl isə qaynı Şahid2, qardaşı Mirkazım Seyidova, Rafiqin qardaşı Şahid5 da həmin sms və şəkli göndəmiş, adı çəkilən şəxslər onun evinə getmişlər. Şəkli göndərdiyi qohumlara dərhal polisə şikayət etmələrini tapşırmışdır. Həmin qohumlar ona hətta Mirhəsənin təhlükəsizliyi üçün bir az gözləməsini məsləhət görmüşlər. Çünki, sms-in mətnində polisə məlumat verməmək tələb olunmuşdur. Ancaq o, hamıya demişdir ki, bu tip işlərdə dərhal polisə məlumat vermək lazımdır. Çünki, o, 20 ildən çoxdur ki, Rusiyada yaşayır, gördüyü və eşitdiyi hallardan bilmişdir ki, bir qayda olaraq adam oğlurlanıb pul tələb edilən zaman girovu izi itirmək üçün öldürürlər. O, polisə ona görə dərhal müraciət etmişdir ki, polis məsələyə müdaxilə edərək Mirhəsəni öldürməyə qoymasın və onu oğurlayanlar dərhal tapılsın. Polisə məlumat verməmək və pul tələb edənlərə pul vermək fikri olmamış, çünki oğlununun sağ qalacağına inanmamışdır. Qaynı İlham bir qədər sonra ona “watsapp”la zəng edərək artıq polisə müraciət etdiklərini demiş və o, artıq polisin Mirhəsəni axtardığına əmin olmuşdur. Nəsə içində bir hiss olmuşdur ki, polis Mirhəsəni tapacaq. İlham təxminən Bakı vaxtı ilə saat 19 radələrində polisə ərizə yazmışdır. Bakı vaxtı ilə saat 22 radələrində arvadı Məlahət ona “watsapp”la zəng edərək Mirhəsənin özünün evə gəldiyini demişdir, o, Mirhəsənin harada olduğunu soruşduqda sonuncu həyəcandan və sevincdən ona Mirhəsənin harada olması barədə dəqiq bir şey deməmişdir. O, təxminən 1 saat sonra artıq həyəcandan və qorxudan özünə gəldikdən sonra qohumları ona demişlər ki, polisdə Rafiq Mirhəsəni həmkəndliləri Anarla birgə oğurladığını və ondan pul tələb etdiklərini etiraf etmişdir. O da həmin zaman qohumu olmasına baxmayaraq Rafiqi və həmkəndlisi olmasına baxmayaraq Anarı etdikləri əmələ görə qınadığını bütün qohumlarına demiş, övladına və ona qarşı etdikləri hərəkətlərin nə kişiliyə yaraşdığını, nə də qanuna uyğun olduğunu bildirmişdir. Ancaq bacısı Şamamaya yazığı gəldiyi üçün və Anarın atası Kamil müəllimə hörməti olduğu üçün hazırda şikayətçi deyil. Hətta Mirhəsən evə girən zaman Rafiq onlarda olmuşdur. Sonradan bilmişdir ki, X13 saxladıqları evdə qoyub onlardakı ab-havaya baxmağa gəlmiş, evdə ağlaşma olmasına baxmayaraq Rafiq Mirhəsəni oğurladığını onlara deməmiş, artıq polisin məlumatlı olduğunu bilib, ifşa olunmamaq üçün Anara zəng etmişdir ki, sonuncu Mirhəsəni evə yola salsın. Zərərçəkmiş şəxs1 ifadəsində onu da bildirmişdir ki, oğlu Mirhəsən yalan danışan deyil, uydurmalara isə əqli qabiliyyəti çatmır, gördüklərini olduğu kimi və düzgün təsvir edir, həmişə düz və olanları danışır. Mirhəsən sərbəst mağazaya alış-veriş üçün gedir, pulları tanıyır, istədiyini alır, pulları saya bilir və aldıqlarının riyazı hesabatını verir. Mirhəsən səmimi və ürəyi yumşaqdır, ancaq əsəbiliyi var, onun ağlı təxminən 9-10 yaşlı uşaq ağlındadır. Rafiqin isə Sədərək bazarında işlədiyini bilmiş, məlum vəziyyətlə bağlı bazar bağlandığı üçün Rafiq işləməmiş, gələcəkdə yenə xalça sataraq dolanmağı düşünmüşdür. Anarın isə müflis olduğunu, evini və bazarda dükanını satdığını eşitmişdir. Rafiq şəxsən ondan borc istəməmişdir. O, əvvəllər Rafiq kirayədə olan zaman 3-4 ay kirayə pulunu vermişdir. O, elə də hədsiz imkanlı adam olmamışdır ki, Rafiqə daimi maddi dəstək olsun. Sadəcə dayı kimi arabir kirayə pulun vermiş, Bakıda olan zaman Rafiqə paltar da almışdır. Ancaq Rafiqin ondan tələb etdiyi 500.000 ABŞ dolları, onların fikirləşdiyi kimi onun üçün heç də az pul deyil. Onun da öz problemləri var. Onun Rusiyada 4 gül mağazası var, gül işi mövsümi olduğuna görə adətən mart ayında qadınlar bayramı ilə bağlı gəliri çox olur. Digər vaxtlarda elə də böyük qazancı olmur. Sadəcə imkan qədər qohumlara kömək etdiyi üçün və xeyriyyəçilik etdiyi üçün Rafiq və Anar onun hədsiz imkanlı olduğunu düşünmüşlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, bacısı X2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, xalası oğlu X6 ilə ailəli olmuş, birgə nikahdan 1 qız övladı olmuşdur. Daha sonra 2008-ci ildə X4 ilə ailə qurmuş, birgə nikahdan 1 oğlan övladı olmuşdur. X18 xalası Afətlə birlikdə ona məxsus evdə yaşayır, oğlu Murad Süleymanov isə onunla birlikdə yaşayır. 2014-cü ildə keçmiş əri Elnur Süleymanov cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Həmin vaxt Elnur Süleymanovla o, rəsmi boşanmışdır. Təqsirləndirilən şəxs2la 4 il münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 qohumlarının adlarını bilir, hətta bir neçə dostlarını tanımışdır. Təqsirləndirilən şəxs2 bir neçə dayısı olmuşdur. Onlardan birinin adı Mirəkbər olmuşdur. Mirəkbər Rusiya Federasiyasında yaşayır və bütün qohumlarına köməklik etmişdir. Hətta bildiyinə görə Rafiqin ev alınmasına dayısı Mirəkbər köməklik edərək evin dəyərinin yarısından çoxunu vermişdir. Təqsirləndirilən şəxs2 bəzən dayısı Mirəkbərin oğlu Mirhəsən barəsində danışmışdır. Deməsinə görə Mirhəsən əqli cəhətdən zəif inkişaf etmişdir. Təqsirləndirilən şəxs2la son vaxtlaradək hər ay 2-3 dəfə görüşmüşdür. Təqsirləndirilən şəxs1 Rafiqin dostu kimi tanımışdır. Belə ki, təxminən 3 il əvvəl Anar, Rafiq və o, adını xatırlamadığı restoranda birlikdə yemək yemişlər. Rəfiqəsi Şahid3 və Şahid1 onunla eyni qəsəbədə yaşayır. Şahid1 yaşadığı Bakı şəhəri Ramana qəsəbəsi, Südçülük sovxozundakı evi təxminən 2 il əvvəl 1 il müddətinə bir ailəyə kirayə vermiş, təxminən 1 ildir ki, həmin evdə Şahid1 özü yaşayır. 2021-ci ilin may ayının son günlərində dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Ramana qəsəbəsində kirayə gündəlik 30-40 manata 10-15 gün, yaxud 1 ay müddətinə evin olub-olmasını soruşaraq dayısı Mirəkbərin bir nəfəri müalicə elətdirdiyini, həmin şəxsin Rusiya Federasiyasından Bakı şəhərinə müalicə olunması üçün gələcəyini demişdir. O, Təqsirləndirilən şəxs2 kirayə evin olub-olmadığını bilmədiyini demiş və maklerlərdən maraqlanacağını demişdir. Lakin, Rafiq tanış adamlardan ev istədiyini demişdir. O, Sevincin rayona getməli olduğunu, sonuncudan soruşub xəbər edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2la sağollaşdıqdan sonra Sevincə zəng edib onun yaşadığı evə getmiş və Sevincə Rafiqin ona dediklərini bildirmişdir. Həmin vaxt Yeganə də həmin evdə olmuşdur. Belə ki, həmin vaxtlar Yeganənin qızı internetdən istifadə etdiyi üçün Yeganə qızları ilə birlikdə həmin evdə qalmışlar. Sevinc onunla razılaşmış və gələn şəxslərin kim olduqlarını maraqlanması xahiş etmişdir. 01 iyun 2021-ci il tarixdə Sevinc Sabirabad rayonuna getmişdir. 06 iyun 2021-ci il tarixdə saat 15-16 radələrində Rafiq ona zəng edərək taksi ilə gəldiyini, yarım saata Sevincin evinin qarşısına çatacağını bildirmişdir. O, da Yeganəyə zəng edib Sevincin evinin açarını verməsini bildirmişdir. Daha sonra o, Sevincin evinin qarşısına getmişdir. Həmin vaxt o, idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili darvazanın qarşısında saxlamışdır. Təxminən 10 dəqiqə sonra Rafiq Sevincin evinin qarşısına çatmışdır. Rafiq gümüşü rəngli, “Opel” markalı, dövlət qeydiyyat nömrəsini görmədiyi, lakin üzərində taksi nişanı olmayan avtomobildən düşmüşdür. Həmin vaxt Rafiqin dostu Anar da həmin avtomobildən düşmüş, lakin sükan arxasında olan şəxs isə avtomobildən düşməmişdir. Həmin şəxs təxminən 35-37 yaşlı, dərisinin rəngi qara, üzü az tüklü və kök olmuşdur. O, Rafiq və Anarla salamlaşıb Yeganəni gözləmişdir. O, yenidən Yeganəyə zəng edib harada olduğunu soruşmuş, Yeganə isə 1-2 dəqiqəyə çatacağını bildirmişdir. Yeganə darvazanın qarşısına çatıb onlarla salamlaşmış və Sevincin evinin həyətinə giriş qapısını açmışdır. Həmin vaxt o, Rafiqdən qonaqlar harada olduğunu soruşmuş, Rafiq isə “sən səhv başa düşmüsən. Anarın qohumu xəstədir. Onu Mirəkbər müalicə elətdirir” demişdir. Həmin vaxt Anar yaşlı ər-arvadın xəstə uşaqları ilə birlikdə qalacaqlarını demişdir. Onlar birlikdə evin həyətinə daxil olub evə qalxmışlar. Həmin ev, birmərtəbəli, kürsülü, 3 otaqdan ibarətdir. Yeganə ev əşylarının yerini Anar və Rafiqə göstərmiş, daha sonra Anar Yeganəyə rəngini və modelini xatırmadığı mobil telefonu verib xahiş etmişdir ki, onun telefonunu “wifi” xəttinə qoşsun. Yeganə telefonu internet xəttinə qoşduqdan sonra Anarın özünə qaytarmışdır. X19 evə məxsus qaz kartını istəmiş, o da qazın kartını və evin açarını Anara vermişdir. Daha sonra Yeganə ilə o, çıxıb getmişlər. 08 iyun 2021-ci l tarixdə saat 16 radələrində Rafiq zəng edərək ona Sevincin evinin kirayə üçün verəcəyi puldan 100 manat məbləğində pulu verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 harada olduğunu soruşduqda Rafiq Ramana qəsəbəsində yerləşən “Nur” marketə doğru getdiklərini bildirmişdir. O isə başqa küçədə bibisi qızı Aynurun yaşadığı evin küçəsi ilə gəldiyini demişdir. Aynura məxsus ev Sevincə məxsus evə yaxın yerləşir. Rafiq Aynurun evindən təxminən 30 metr məsafədə irəli gələrək onu qarşılamışdır. Təqsirləndirilən şəxs2 ona 100 manat kirayə pulunu vermiş və dayısı Mirəkbərin əlavə 200 manat pulu 2-3 günə göndərəcəyini bildirmişdir. O, pulu götürüb, geriyə öz yaşadığı evə qayıtmışdır. 09 iyun 2021-ci il tarixdə axşam saatlarında bibisi qızı Aynura kabab bişirilməsi üçün setka lazım olduğundan ondan xahiş etdi ki, Sevincin evindən həmin setkanı götürsün. O, Rafiqə “whatsapp” proqramında “Rafiq hardasan? Mənə zəng elə” yazmış, lakin, yazdıqları onun nömrəsinə çatmadığını anlayıb, istifadə etdiyi mobil telefon nömrəsinə zəng etmişdir. Lakin, Rafiqin telefon nömrəsinə zəng çatmamışdır. O, özünə məxsus kabab setkasını Aynura vermişdir. Daha sonra o, narahat olduğundan və Rafiqlə əlaqə saxlaya bilmədiyindən 11 iyun 2021-ci il tarixdə saat 21 radələrində Sevincin evindəki yaşayan şəxslərin kim olduğunu bilmək üçün birlikdə həmin evə getmiş, Sevincin yaşadığı evə çatan zaman evin qarşısında və həyətində hüquq mühafizə orqanlarının əməkdaşlarının olduqlarını görmüşdür. Həmin yerdə ona məlum olmuşdur ki, Rafiq və dostu Anarla birlikdə dayısı oğlu Mirhəsənin oğurlamış və dayısından oğlunu azad etmək müqabilində 500.000 ABŞ dolları məbləğində pul tələb etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid1 ifadələrində Şahid4 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Zərərçəkmiş şəxs1 Mirheydər oğlu onun dayısıdır. Dayısı Mirəkbər bibisi Ceyranın qızı Məlahətlə tarixini dəqiq xatırlamadığı vaxt ailə həyatı qurmuşdur və bu evlilikdən 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 1998-ci il təvəllüdlü Təhminə Seyidova adlı iki övladı dünyaya gəlmişdir. Mirhəsən əqli cəhətdən inkişafdan qalmışdır. Dayısı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyası vətəndaşı olmaqla uzun illər Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayır və orada gül alqı-satqısı ilə məşğuldur. Dayısı uşaqları da Rusiya Federasiyasında doğulub orada yaşadıqlarına görə onlarda Rusiya Federasiyası vətəndaşıdırlar. Mirəkbərin ailəsi yay aylarında Bakı şəhərinə gəlib burada qalırlar. Mirəkbər özü də yay aylarında işi seyrək olan zaman Azərbaycana gəlib burada ailəsi ilə birlikdə qalır. O, Mirəkbərin Bakı şəhərində yerləşən evləri ilə qonşuluqda yaşayır. Təxmini olaraq 6-7 ay olar ki, dayısı arvadı Məlahət və oğlu Mirhəsən Bakı şəhərinə gələrək burada qalırlar. Dayısı qızı Təhminə isə ailəlidir və hazırda Rusiya Federasiyasında atasının yanında yaşayır. Mirhəsənin Bakı şəhərindən çox vaxt keçirdiyi adam Rafiq olmuşdur. Belə ki, dayısı Mirəkbər oğlunu çox vaxt Rafiqə etibar etmişdir. O, 08 iyun 2021-ci il tarixdə saat 18 radələrində evdən çıxaraq dostu ilə görüşüb bulvarda çay içməyə gedən vaxtı dayısı Mirəkbər “whatsapp” proqramı vasitəsilə Rusiya Federasiyasında istifadəsində olan +7***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dayısı oğlu Mirhəsənin əlləri və qollarıbağlı vəziyyətdə stulda əyləşmiş şəklini və şəkilin aşağı hissəsində “Salam aleykum. Sizin oğlunuz hal hazırda əlimizdədir. Sizinlə şəxsi heç bir qərəzliyimiz yoxdur. Şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük məbləğ olmayan 500.000 dolları Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul 100 dollarlıq əskinazla olmalıdır. Əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnərsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa Novosibirskidə və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız. Sizdən yalnız tələb olunan məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn SMS-lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə pullar yoxlanıb və izlənmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır” məzmunlu mətni göndərmişdir. O, həmin fotoşəkli görüb mətni oxuduqdan sonra aralarında münasibətlər yaxşı olduğundan əvvəl dayısının onunla zarafat etdiyini zənn etmişdir. Mirhəsənin əlləri və ayaqlarının bağlanıldığı lent boz rəngdə olmuşdur. Dayısı vasitəsilə ona zəng edərək zarafat etmədiyini, təcili özünü onlara çatdırmasını xahiş etmişdir. Bu danışıqdan sonra o, Mirhəsənin oğurlandığını başa düşmüşdür. Təcili olaraq Mirəkbərgilin evlərinə getmişdir. Yolda olarkən onun mobil telefonuna Mirəkbərin qaynı Şahid2 zəng etmişdir. Əsəbi və həyəcanlı olduğundan həmin vaxt İlhamın telefonuna cavab verib-vermədiyini hazırda xatırlamır. Həmin zəngdən sonra qardaşı Rafiq ona zəng etmişdir. O, Rafiqində Mirhəsənin oğurlanması ilə bağlı ona məlumat verəcəyini güman etdiyindən qardaşının telefonuna cavab verməmişdir. Dayısıgilin evinə daxil olduqda artıq evdə qohumlarının əksəriyyətinin orada olduğunu görmüşdür. Yəni, Mirhəsənin oğurlanması haqqında məlumatı olan qadın qohumlarının çoxu dayısıgildə olmuşlar. O, həyəcanlı olduğundan evdə dəqiq kimlərin və neçə nəfərin olduğuna fikir verməmişdir. Mirhəsənin oğurlanmasından hamı qorxmuşdur. Dayısı ilə danışıq əsnasında sakit şəkildə polis orqanlarına məlumat vermək qərara gəlinmişdir. Şahid2 və Mirəkbərin qardaşı Mirkazım binanın həyətində bir müddət Mirəkbərlə müzakirə apardıqdan sonra ikisi polisə baş vermiş hadisə ilə məlumat vermək üçün DİN-nin BMCMİ-yə getmişlər. O isə gah aşağıda, gah da dayısıgilin evlərinə qalxmışdır. Evdə çoxlu sayda adam olmuş, qardaşı Rafiqi də dayısıgilin evlərində görmüşdür. Təxminən saat 21 radələrində o, evin mətbəx otağında olduğu zaman qadın səs-küyü eşitmişdir. Mətbəxdən çıxdıqda Mirhəsənin evə daxil olduğunu görmüşdür. Hamı Mirhəsənin başına yığışmışdır. Mirhəsəndən harada olduğunu soruşduqda o, qardaşı Rafiq tərəfə baxaraq “Sən niyə məni orada qoydun, niyə gəlmədin ki?” sözlərini demişdir. Onlar məsələnin nə olduğunu başa düşməmişlər. Bundan sonra aralarından kimsə Məlahətin dayısına zəng edərək Mirhəsənin evə gəldiyini bildirmişdir. Rafiqin Mirhəsən gəldikdən sonra harasa getdiyini görmüşdür. Mirhəsənin arxasınca bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər və o, Mirhəsəni polis idarəsinə yola salmışdır. Mirhəsən polis idarəsinə getdikdən təxminən yarım saat sonra İlham ona zəng edərək Mirhəsənin qardaşı Rafiq tərəfindən oğurlandığını demişdir. Bundan sonra Rafiqə zəng edərək Mirhəsəni oğurlayıb-oğurlamamasını soruşmuşdur. Qardaşı isə bir səhv etdiyini ona demişdir. Belə olan halda o, Rafiqə onu DİN-nin BMCMİ-də gözlədiklərini və ora getməyi tapşırmışdır. Rafiq polis idarəsinə getdikdən sonra hazırda saatını dəqiq xatırlamadığı vaxt onun mobil telefonuna Anar adlı həmyerlisi zəng etmiş və Rafiqin polis idarəsindən çıxıb çıxmadığını soruşmuşdur. O, əvvəl Anarın ondan hansı səbəbdən bu sualı soruşduğunu anlamamışdır. Saat təxmini olaraq 23-24 radələrində o, da Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin qarşısına getmişdir. X10 idarədən çıxmaqlarını gözləmişdir. İlham idarədən çıxdıqdan sonra ona ətraflı şəkildə Mirhəsəni oğurlayan və dayısı Mirəkbərdən hədə-qorxu ilə xüsusilə külli miqdarda pul tələb edən şəxsin qardaşı Təqsirləndirilən şəxs2 və Rafiqlə birlikdə bu işdə iştirak edən dostu və həmyerliləri Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Bundan sonra o, Anarın hansı səbəbə ona bir neçə dəfə zəng edərək Rafiqin polis idarəsindən çıxıb-çıxmadığını soruşduğunu anlamış və Anarın hazırda xatırlamadığı, ona zəng etdiyi mobil telefon nömrəsinə geri zəng edərək Anarı danlayaraq təslim olmağını, xoşluqla polisə getməsini bildirmişdir. Anar da polisə özünün gedəcəyini demişdir. Rafiq öz dostu Anarla birlikdə qabaqcadan əlbir olaraq Mirhəsəni yeyib-içmək adı ilə Ramana qəsəbəsində yerini bilmədiyi ünvanda əllərini və ayaqlarını bağladıqdan sonra fotoşəklini çəkərək dayısı Mirəkbərə göndərərək sonuncudan 500.000 ABŞ dolları məbləğində pul tələb etmişlər. O, Mirhəsən oğurlanan vaxt dayısı gildə olmuş və orada dayısı arvadı Məlahət hamıdan uşağının tapılmasını xahiş etmişdir və hətta deyilən pulun bir hissəsini özünün verməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 11 iyun 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əli oğlu hər ikisi həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əli oğlunun barələrində həbsetmənin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" Telekom MMC-dən daxil olmuş 02.07.2021-ci il tarixli 13566 nömrəli məktubdan görünür ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" mobil operatorundan əldə olunmuş 1 ədəd CD formatlı diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə hadisə baş verən gün, yəni 08.06.2021-ci il tarixdə aşağıdakı anten dairələrində danışıqlar aparılmışdır: 08.06.2021-ci il tarixdə saat 13:08-də qeyd olunan mobil nömrə Bakı şəhəri, Sabunçu rayonu, «Şuşa» qəsəbəsi (Zərərçəkmiş şəxs2 qanunsuz azadlıqdan məhrum edildiyi evin yerləşdiyi Abşeron rayonu, Ramana südçülük sovxozu) antenasının, saat 16:40-da Bülbülə qəsəbəsi antenasının, saat 17:09-dan saat 17:44-dək ünvan 8 ünvanındakı antenanın, saat 17:53-də ünvan 9ndakı antenanın, saat 17:54-dən saat 22:36-dək Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 25 (Zərərçəkmiş şəxs2 yaşadığı evin yerləşdiyi küçə) ünvanındakı antenanın əhatə dairəsində olmuşdur. Baxış zamanı həmçininin müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 Mirhəsən oğlunun istifadəsində olan Rusiya mobil operatoruna məxsus **********93 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə saat 17:10-da zəng daxil olmuş və 52 saniyə danışıq aparılmış, saat 17:11dəəks istiqamətdə zəng daxil olmaqla 13 saniyə danışıq olmuş, həmçinin saat 17:13-də yenidən Zərərçəkmiş şəxs1 Mirhəsən oğlunun istifadəsində olan **********93 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng daxil olaraq 49 saniyə danışıq aparılmış, həmin gün saat 17:16-da isə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 Mirhəsən oğlunun istifadəsində olan **********93 mobil telefon nömrəsinə daha bir zəng daxil olaraq 24 saniyə danışıq aparılmışdır. Danışıqlar zamanı Təqsirləndirilən şəxs2 ünvan 8 (dayısı Zərərçəkmiş şəxs1 oğlu Mirhəsənin şəklini və ismarıcı göndərdiyi «Xəzər» kafesinin yerləşdiyi yer) ünvanındakı antenanın əhatə dairəsində olmuşdur. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, 08.06.2021-ci il tarixdə saat 17:14-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi arasında 91 saniyə danışıq aparılmışdır. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 11 (dayısı Zərərçəkmiş şəxs1 oğlu Mirhəsənin şəklini və ismarıcı göndərdiyi «Xəzər» kafesinin yerləşdiyi yer) ünvanındakı antenanın əhatə dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan Bakcell mobil operatorun əldə olunmuş 1 ədəd CD formatlı diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Rafiq oğlunun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə hadisə baş verən gün, yəni 08.06.2021-ci il tarixdə aşağıdakı anten dairələrində danışıqlar aparılmışdır: 08.06.2021-ci il tarixdə saat 09:46-da qeyd olunan mobil nömrə ünvan 12 ünvanındakı antenanın, saat 13:18-də Sabunçu rayonu, Ramana qəsəbəsi, 450 mənzillik köçkün qəsəbəsindəki (Zərərçəkmiş şəxs2 qanunsuz azadlıqdan məhrum edildiyi evin yerləşdiyi Abşeron rayonu, Ramana südçülük sovxozu) antenanın, saat 17:30-dan etibarən saat 21:06-dək yenidən eyni antenanın, saat 21:42-də Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 210 saylı Qazanxana antenasının, saat 21:44-də Bakı şəhəri, Nizami rayonu, Şərifli 2599-cu məhəllə (Zərərçəkmiş şəxs2 yaşadığı evin yerləşdiyi küçə) ünvanındakı antenanın, saat 22:14-də ünvan 14ndakı antenanın əhatə dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 05.11.2006-cı il təvəllüdlü X11, 05.06.2014-cü il təvəllüdlü X7, 29.11.2003-cü il təvəllüdlü X5 adında 3 yetkinlik yaşına çatmayan övladları vardır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 isə 24.03.2011 ci il təvəllüdlü X8 və 19.06.2012-ci il təvəllüdlü X12 adlı iki azyaşlı övladları vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar lik dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində iki yetinlik yaşına çatmayan övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar lik dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində üç yetinlik yaşına çatmayan övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Azərbaycan Respublikası CM-in 61.1.6-cı və 61.1.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü məddəsində nəzərdə tutulan cinayəti tamah məqsədi ilə və psixi pozuntulardan əziyyət çəkən şəxsə qarşı törətmələri onların cəzalarını ağırlaşdıran hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu üçün onlar cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. İş üzrə maddi sübut tanınmış və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “Samsung A51” markalı mobil telefonun zədələnmiş hissələri, Təqsirləndirilən şəxs1 istifadə etdiyi “Magna” markalı siqaretin boş qutusu, Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozundakı evin açarları, Zərərçəkmiş şəxs2 əlləri və ayaqları bağlanan zaman istifadə olunmuş yapışqanlı lent hissələri və yapışqanlı lent bağlaması (rulonu) məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 57 (əlli yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- 11 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 11 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 11 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “Samsung A51” markalı mobil telefonun zədələnmiş hissələri, Təqsirləndirilən şəxs1 istifadə etdiyi “Magna” markalı siqaretin boş qutusu, Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozundakı evin açarları, Zərərçəkmiş şəxs2 əlləri və ayaqları bağlanan zaman istifadə olunmuş yapışqanlı lent hissələri və yapışqanlı lent bağlaması (rulonu) məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 57 (əlli yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar