Məhkəmə qərarları › İş №1(101)-1549/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1549/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1549/2022 19.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 xx xxxx 1998-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, xx xxxxxx 1985-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş ünvan 3 ünvanda yaşamış, barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin məsləhətləri və zəruri məlumatları ilə etdiyi köməkliklər əsasında Şahid şadlıq sarayının sahibi olması, yaşadığı mənzildə külli midarda pul saxlaması barədə məlumat alıb, həmin məlumatları ona ötürdükdən sonra, qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə kuryer xidmətinin əməkdaşları olmaları görünüşünü yaratmaqdan ötrü 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, 01 ədəd motosiklet kaskası və ağ-qara rəngli jilet əldə etdikdən sonra, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə o, özü ilə 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu götürüb, qrupun digər üzvü isə başına motosiklet kaskası, əyninə isə ağqara rəngli jilet geyinməklə, 11 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 21 nömrəli evin 17 saylı mənzilin qarşısına gəldikdən sonra, Şamhar Abdullayev pilləkanlarda durub gözlədiyi halda, o, mənzilin giriş qapısını döyüb, Zərərçəkmiş şəxs kuryer kimi təqdim edərək, əri Şahid çatacaq bağlama gətirməsi barədə yalan məlumat verməklə, mənzilin qapısının sonuncu tərəfindən açılmasına nail olduqdan sonra, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən aerozol qurğu vasitəsi ilə onu sifət nahiyəsinə gözyaşardıcı və qıcıqlandırıcı maddə püskürdüb, müqavimətini qırmaqla halsızlaşdırıb, onun qışqıraraq kənar şəxsləri köməyə çağırmaq imkanını məhdudlaşdırmaqdan ötrü əlləri ilə onun ağızından və boynundan tutaraq, mənzilin içərisinə doğru itələyərək Təqsirləndirilən şəxs2lə birgə yaşayış sahəsinə qanunsuz daxil olmuş, Zərərçəkmiş şəxs ayağının büdrəyib yerə yıxılmasından sonra onu stul üzərində əyləşdirib, qorxu və həyəcan hissləri keçirməsi səbəbindən müqavimət göstərə bilməyəcəyini dərk etdikdə Təqsirləndirilən şəxs2 evdə axtarış aparıb, mənzilin yataq otağındakı dolabın içərisindən seyf aşkar etdikdən sonra, Zərərçəkmiş şəxs seyfə aid açarı alıb oradan sonuncuya məxsus qızıl-ziynət əşlayarını, habelə həmin otaqdakı dolabın siyirtməsindən içərisində 10 manat pul olan 01 ədəd qadın portmanatı və digər əşyalar aşkar etməklə, həmin əşyaları özləri ilə gətirdikləri çantaya yığmalarına baxmayaraq, mənzildən pul tapa bilmədikləri üçün götürdükləri qızıl-zinət əşyları, portmanat və digər əşyaları götürməkdən İmtina edib, portmanatdakı ümumilikdə 10 manat pul ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq, quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin məsləhətləri və zəruri məlumatları ilə etdiyi köməkliklər əsasında Şahid şadlıq sarayının sahibi olması, yaşadığı mənzildə külli midarda pul saxlaması barədə məlumat alıb, həmin məlumatları Təqsirləndirilən şəxs1 ötürdükdən sonra, qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə kuryer xidmətinin əməkdaşları olmaları görünüşünü yaratmaqdan ötrü 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, 01 ədəd motosiklet kaskası və ağ- qara rəngli jilet əldə etdikdən sonra, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 özü ilə 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu götürüb, o isə başına motosiklet kaskası, əyninə isə ağ-qara rəngli jilet geyinməklə, 11 aprel 2022-cİ il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri,Xətai rayonu, Neapol küçəsi 21 nömrəli evin 17 saylı mənzilin qarşısına gəldikdən sonra, o, pilləkanlarda durub gözlədiyi halda, Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını döyüb, Zərərçəkmiş şəxs özünü kuryer kimi təqdim edərək, əri Şahid çatacaq bağlama gətirməsi barədə yalan məlumat verməklə, mənzilin qapısının sonuncu tərəfindən açılmasına nai! olduqdan sonra, hücuma məruz qalmışZərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən aerozol qurğu vasitəsi ilə onu sifət nahiyəsinə gözyaşardıcı və qıcıqlandırıcı maddə püskürdüb, müqavimətini qırmaqla halsızlaşdırıb, onun qışqıraraq kənar şəxsləri köməyə çağırmaq imkanını məhdudlaşdırmaqdan ötrü əlləri ilə ağzından və boynundan tutaraq, mənzilin içərisinə doğru itələyib, onunla birgə yaşayış sahəsinə qanunsuz daxil olmuş, Zərərçəkmiş şəxs ayağının büdrəyib yerə yıxılmasından sonra onu stul üzərində əyləşdirib, qorxu və həyəcan hissləri keçirməsi səbəbindən müqavimət göstərə bilməyəcəyini dərk etdikdə o, evdə axtarış aparıb, mənzilin yataq otağındakı dolabın içərsində seyf aşkar etdikdən sonra, Zərərçəkmiş şəxs seyfə aid açarı alıb oradan sonuncuya məxsus qızıl-ziynət əşlayarını, habelə həmin otaqdakı dolabın siyirtməsindən içərisində 10 manat pul olan 01 ədəd qadın portmanatı və digər əşyalar aşkar etməklə, həmin əşyaları özləri ilə gətirdikləri çantaya yığmalarına baxmayaraq, mənzildən pul tapa bilmədikləri üçün götürdükləri qızıl-zinət əşyları, portmanat və digər əşyaları götürməkdən imtina edib portmanatdakı ümumilikdə 10 manat pul ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq, quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, subaydır, əvvəllər məhkum olunmamış, hadisədən əvvəl şirniyyat sexində fəhlə kimi işləmişdir, Şahmarı isə təxminən 1-2 il olar ki, tanıyırmış. Həmin evə Şahmarın təklifi əsasında biryerdə getmişlər. Evə birinci o girmişdir. Evə girmədən əvvəl ev sahibi xanımın ağzından tutaraq onun gözünə dezodorant püskürtmüş və xanımla evə daxil olmuşlar. Qışqırmağını istəmədiyi üçün xanımın ağzını tutmuşdur. Xanım evə daxil olduqdan sonra ayağı büdrədiyi üçün yıxılmışdır, Şahmarla birlikdə xanımı ayağa qaldırıb sakitləşdirmişlər, ona heç bir xəsarət yetirməmişlər. O, xanımın yanında dayanmışdır, Şahmar isə həmin vaxt evdə axtarış aparmağa başlamışdır. Şahmar bir neçə yerə baxdıqdan sonra evdən qızıl-zinyət əşyaları tapmışdır, lakin xanımla bir qədər söhbət etdikdən sonra peşman olduqları üçün evdən heç nə götürmədən çıxıb getmişlər. Törətdiyi əməldən səmimi peşmandır. Evdən oğurluq etmək istəyirmişlər. Dezodorantı evdən çıxıb getdikdən sonra yolda zibil qabına tullamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, subaydır, heç bir yerdə işləmir, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Tərlan adlı şəxs ona Vüqar adlı tanıdığı şəxsin bir çox kafe və restoran sahibi olduğunu, həmin şəxsin yaşadığı evdə qızıl-zinyət əşyaları və yüksək məbləğdə pul saxlaması barədə məlumat vermişdir. O ona Vüqarın arvadı və oğlu ilə birgə yaşadığını da bildirmişdir. O oğurluğu tək törədə bilməyəcəyi üçün bu barədə Şəki şəhərindən uzun müddətdir ki, tanıdığı və yoldaşlıq münasibəti saxladığı Pərvizə bu barədə danışıb ona təklif etmişdir. O da onunla razılaşmışdır. Həmin evə kuryer kimi getmək barədə Pərvizlə razılığa gəlmişlər. Pərvizin pula ehtiyacı oluğu üçün ona etiraz etməmişdir. Onlar qapını döyüb özlərini kuryer kimi təqdim etmişlər. Sonradan xanım qapını açmış, qapını açdıqda Pərviz onu boynundan və ağzından tutaraq gözünə dezodorant püskürtmüşdür, daha sonra xanımın ayağı büdrədiyi üçün yerə yıxılmışdır. Onlar onu yıxıldığı yerdən qaldırıb oturtmuşlar. Daha sonra o evdə cəmi bir siyirməyə və bir dolaba baxmış, siyirmədən pul qabı tapmış, ancaq orda çox az məbləğdə pul var imiş. Daha sonra seyfdə olan qızılları götürmüşlər, lakin ev sahibi xanımla bir az söhbət etdikdən sonra törətdikləri əməldən peşman olmuşlar. Hər hansı məbləğdə pul və ya qızıl-zinyət əşyası götürmədən həmin evdən çıxıb getmişlər. Xanıma heç bir xəsarət yetirməmişlər, ona təzyiq göstərməmişlər. Törətdiyi əmələ görə səmimi peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o ünvan 4 ünvanında yoldaşı Şahid və oğlu X3 ilə birlikdə yaşayır. Yoldaşı restoran işlətdiyi üçün hər gün səhər saatlarında evdən çıxıb işə gedir və axşam saat 10-11 radələrində evə qayıdır. 11 aprel 2022-ci il tarixdə saat təxminən axşam 7 radələrində yaşadığı evdə tək olduğu zaman, qapının döyüldüyünü eşitmişdir. Qapıya yaxınlaşmış, qapının gözlüyündən baxdıqda üzündə qara rəngli tibbi maska, əlində də qutu olan kişi cinsindən olan şəxsin olduğunu görmüşdür. Həmin şəxsdən kim olduğunu və nə ilə əlaqədar gəldiyini soruşanda, yoldaşına çatası bağlama gətirdiyini demişdir. O, inanmadığı üçün qapını açmamış, bir qədər sonra getdiklərini düşünüb qapının ağzındakı ayaqaltını yumaq üçün qapını açmışdır. Qapını açan kimi birdən kimsə bir əli ilə boynundan tutub, bir əli ilə ağzını bağlayaraq gözünə nəsə püskürtmüşdür. Püskürtdükdən sonra onu evin içinə tərəf hərəkət etdirmişdir, ayağı büdrədiyi üçün yıxılmışdır. Onlara bildirmişdir ki, nə istəyirlərsə aparsınlar, ona heç nə etməsinlər, şəkər xəstəsidir, övladı da xəstədir, onlara bildirmişdir ki, çıxıb getsələr polisə şikayət etməyəcək. Onlar da ona qulaq asaraq heç nə götürmədən getmişlər. Evdə nağd pul yox imiş, ona görə də evi axtaran zaman pul tapmamışlar. Ancaq seyfdə 3000-4000 manat məbləğində dəyəri olan qızıl-zinyət əşyaları var imiş. Həmin qızıl zinyət əşyalarını tapıb əvvəlcə götürüb getmək istəmişlər, lakin götürməmişlər. Ona heç bir xəsarət yetirməmişlər, heç bir təzyiq göstərməmişlər. Evdən çıxarkən bildirmişlər ki, əgər onlar barədə polisə şikayət etməsə, evi onlara göstərən və külli miqdarda pul olması barədə məlumat verən şəxsin ad soyad və ünvanını deyəcəklər. Mənzildən pul və ya hər hansı əşya ələ keçirilməmiş, hər hansı məbləğdə ziyan dəyməmişdirb. Hadisədən sonra 4 ay mənəvi sıxıntı keçirmişdir. Onlara qanunla müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında arvadı Rəna Cümüşdova və oğlu Elşən Cümşüdovla birgə yaşayır. 11 aprel 2022-ci il tarixdə saat təxminən axşam 7 radələrində işdə imiş, oğlu zəng etmiş və bildirmişdir ki, anası, yəni həyat yoldaşı Rəna ona zəng edib və evə iki nəfərin basqın etdiyini bildirib. Dərhal işdən çıxıb evə getmiş, yoldaşı halsız vəziyyətdə imiş, oğlu da ona dərman verirmiş. Daha sonra yoldaşını sakitləşdirib, baş verənlər barədə sual vermişdir. O, iki nəfər şəxsin əvvəlcə özünü kuryer kimi təqdim edərək qapını döydüyünü, sonra isə yoldaşı qapını açar-açmaz onun gözünə qıcıqlancırıcı maddə püskürtdüyünü bildirmişdir. Yoldaşı həmin şəxslərin üzərində skoç, ip olduğunu demiş, daha sonra həmin şəxslər pul və qızıl tapmaq üçün evi axtarmışlar. Daha sonra yoldaşının dediyi qədərilə iki nəfərdən cavan olan şəxs evi tərk etməyi təklif edib və onlar çıxıb getmişlər. Digər təqsirləndirilən şəxs yoldaşına bildirmişdir ki, əgər barələrində polisə şikayət etməsələr, ünvana göndərən şəxin ad soyadı və ünvanını onlara deyəcəklər. Ancaq hələ də onlara məlum deyil ki, həmin şəxs kimdir və həmin vaxt evdə yoldaşının tək olduğunu haradan bilib. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Səlimov X2 və Şahmar Rəfael oğlunun quldurluq etmək niyyətində olmamaları sadəcə oğurluq etmək istədiyi barədə verdiyi ifadələrinə tənqidi tənqidi yanaşaraq özlərini müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, onlar, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Belə ki, təqsirləndiilən şəxslər ibtidai istintaqda hər biri ayrı ayrılıqda ifadə verərək, bildirmişdirlər ki, onlar birgə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən evə basqın etmişdirlər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il Qərarının 7ci bəndində qeyd olunur ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci i! tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2,4-cü maddələri ilə təqsirli bilinib, 4000 manat cərimə cəzasına məhkum edilmiş, bundan sonra o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 228.1 -ci maddələri ilə təqsirli bilinib, CM-in 67-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzası həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına birləşdirilməklə, qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 177.3.2- ci maddəsindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019- cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, xx.xx.2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş 4000 manat cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021 -ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 20 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 15 iyun 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmişə qarşı basqın etsələr də sonda ona heç bir maddi ziyan vurmayaraq əməllərindən çəkinmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 residiv olması cəzanı ağırlaşıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar