Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1549/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 09:30-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Aygün Mall” ticarət mərkəzinin yaxınlığında məişət tullantıları yığıb işini yekunlaşdırdıqdan sonra onunla məişət tullantıları yığan “İsuzu” markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomaşında eyni növbədə işləyən Zərərçəkmiş şəxs ona zəng edərək başqa obyektlərdən də məişət tullantıları yığması təklifinə avtomaşını dayanacağa təhvil verməli olduğuna istinad edərək etiraz etməsi ilə bağlı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onunla telefonla və sonradan Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin yaxınlığında olduğu ünvana gəlib avtomaşının salonuna daxil olaraq salonun içində mübahisə yaradıb ünvanına nalayiq sözlər işlətməsi, habelə birgə olduqları avtomaşını tərk etməsini kobud formasında ondan tələb edib yumruq və təpiklə ona ənsə və kürək nahiyələrinin qançırları, alın, sol gözyuvasıaltı, burun və boyun nahiyələrinin sıyrıqları xəsarətləri yetirməsi səbəbindən özünü alçalmış və təhqir olunmuş hesab edərək avtomaşından götürmüş olduğu istintaqla müəyyən edilməmiş kəsici-deşici alətlə sonuncunun bədənindən bir dəfə qəsdən vurmaqla insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik və kor bağırsaqların zədələnmələri ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1 ildən çox müddətdir ki, "xxxx" MMC-yə məxsus məişət tullantıları yığan avtomaşında fəhlə olaraq işləyir. Zərərçəkmiş şəxs da onunla birgə həmin müəssisədə işləmişdir. 29 noyabr 2023-cü il tarixdə axşam saatlarında iş yerinin rəhbərliyi tərəfindən ona “İsuzu” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı avtomobili qaraja aparılması tapşırıldığına görə həmin avtomobili qaraja aparmaq istəyərkən Zərərçəkmiş şəxs ona zəng edib əlavə bir neçə yerdən də məişət tullantılarını götürməsini bildirdikdə, o, Zərərçəkmiş şəxs ona avtomaşının qaraja aparılmasının tapşırıldığını və bunu edə bilməyəcəyini söylədiyi üçün aralarında mübahisə yaranmışdır. Daha sonra Zərərçəkmiş şəxs avtomobilin olduğu yerə gəlmiş, avtomobilin salonunda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs altına yıxıldığından, düşdüyü vəziyyətdən çıxmaq üçün əlinə oturacağın altından vintburan açarını götürüb həmin predmetlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 dəfə vurmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə vaxtı "xxxx" MMC-də fəhlə işlədiyini, qonşu rayonlardan olduğundan Zərərçəkmiş şəxs hadisədən əvvəl tanıdığını, hadisənin baş verdiyi avtomobilin məişət tullantılarını yığmaq üçün nəzərdə tutulduğunu, Zərərçəkmiş şəxs ondan harada olduğunu soruşduqda “Aygün Mall” Ticarət Mərkəzinin qarşısında olduğunu söylədiyini, həmin yerə Zərərçəkmiş şəxs tək gəldiyini, Zərərçəkmiş şəxs avtomobilin salonuna əyləşdikdən sonra mübahisələrinin yarandığını, Zərərçəkmiş şəxs onun üzünə yumruqla vurduqdan sonra altına yıxıldığını və həmin an özünü müdafiə etmək üçün əlinə keçənin nə olduğunu bilmədən mübahisə zamanı götürdüyü vintburan açarını Zərərçəkmiş şəxs qarın boşluğuna batırdığını, bundan sonra aralandıqlarını, vintburan açarını tulladığına görə harada olduğunu bilmədiyini, avtomobildən düşüb əl-üzünü yumaq üçün, Zərərçəkmiş şəxs isə müayinə olunmaq üçün xəstəxanaya getdiyini, daha sonra onun da xəstəxanaya Zərərçəkmiş şəxs yanına gəldiyini və sonuncu ilə barışdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 noyabr 2023-cü il tarixdə evdə olarkən Təqsirləndirilən şəxs zəng edib bir neçə yerdən məişət tullantılarını yığmaq lazım olduğunu dedikdə sonuncu avtomobili qaraja aparmalı olduğunu dediyinə görə aralarında mübahisə yarandığından şəxsi avtomobili ilə Təqsirləndirilən şəxs idarə etdiyi “İsuzu” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı avtomobilin olduğu “Aygün Mall” Ticarət Mərkəzinin qarşısına getmiş, həmin avtomobilin salonunda aralarında yaranmış mübahisə zamanı əvvəlcə o, Təqsirləndirilən şəxs sifət nahiyəsinə yumruqla vurub yığmış, sonuncu avtomobildən götürdüyü vintburan açarla 1 dəfə onun qarın nahiyəsinə vurmuşdur. Daha sonra aralanmış, Təqsirləndirilən şəxs əl-üzünü yumağa, o da öz avtomobilinə əyləşib xəstəxanaya getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiasının olmadığını, Təqsirləndirilən şəxs tərəfindən onun sağlamlığına vurulmuş ziyanla bağlı yaranmış xəstəxana xərclərinin hamısının ödəndiyini, mübahisənin “İsuzu” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda baş verdiyini, mübahisə vaxtı Təqsirləndirilən şəxs vurduğuna görə sonuncunun onun altına yıxıldığını, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Aygün Mall” Ticarət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs qarnının kəsilmiş-deşilmiş yara xəsarətini alması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə baş verən yer “Aygün Mall” ticarət mərkəzinin yaxınlığı, S.Qarayev küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısında yerləşən sahədir. Həmin sahə avtomobillərin park edilməsi nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən maddi sübut müəyyən olunub götürülməmiş, qan izləri, bıçaq və ya digər kəsici-deşici alət müəyyən olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 6-9) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 29 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qarayev küçəsi, “Aygün Mall” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs qarnının kəsilmiş-deşilmiş yarası xəsarəti alması ilə bağlı məişət tullantıları yığan “İsuzu” markalı “**-JV-***” dövlət qeydiyyat nömrəli xüsusi təyinatlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, həmin avtomobilin salonuna baxış zamanı qan izləri aşkarlanmamış, istintaq əhəmiyyət kəsb edən maddi sübut müəyyən olunmamışdır. (Cild 1, iş vərəqə 10-11) xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 13; 22) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 38) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 50-51) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-884/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 69-77) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə yeri və şəraiti barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 79-80) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2023-cü il tarixli, 2954 nömrəli ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs nazik və kor bağırsaqların zədələnmələri ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. (Cild 1, iş vərəqə 84-86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2023-cü il tarixli, 2943 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs ənsə və kürək nahiyələrinin qançırları, alın, sol gözyuvası altı, burun və boyun nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (Cild 1, iş vərəqə 87-88) Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 49-2/2-828 nömrəli məktubundan görünür ki, hazırki cinayət işi üzrə şahidlərin müəyyən edilib dindirilməsi üçün əməliyyat-axtarış tədbirləri müsbət nəticələnməmişdir. (Cild 1, iş vərəqə 93) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli, 36 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar ounmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 94-96) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmış, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 99-104) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cİnayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 107-108) xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə özünü işgüzar və bacarıqlı işçi kimi göstərmiş, ona verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmiş, iş yoldaşları arasında hörmət qazanmışdır. (Cild 1, iş vərəqə 121) xx.xx.2024-cü il tarixli, 33 nömrəli "xxxx" MMC-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazıradək həmin cəmiyyətdə fəhlə vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında isə göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, tələb və iddiası yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, həmin Məcəllənin 59.1.12-59.1.13-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, səmimi peşmanlığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsini rəhbər tutaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-884/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hökmün elan edildiyi vaxta, yəni 06 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət cəza təyin edilərkən hesablanmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, məhkəmə məsrəflərinin, xüsusi müsadirə edilməli əmlakın və maddi sübutların olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Namazov Hakimlər Telman Hüseynov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1549/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1549/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver