Məhkəmə qərarları › İş №1(101)-155/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-155/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-155/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1982-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, Zərdab rayonu, İşıqbağı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, nömrəsiz fərdi evdə yaşayan, 21 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 15 yanvar 2023-cü il tarixədək uzadılmış, Suraxanı rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin 10 yanvar 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 04 fevral 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri dəyişdilmədən saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, 2022-ci ilin iyun ayının təxminən əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,490 qram, 2,993 qram, 5,152 qram, 0,076 qram, 0,135 qram, 0,434 qram və 1,373 qram olmaqla, ümumi təmiz çəkisi 10,653 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə etmiş, həmin narkotik vasitələri üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz evinə daşımış, qeyd edilən kustar üsulla hazırlanmış 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroini evin yataq otağında yerləşən termonun üst siyirməsində bir ədəd ağ rəngli lampada, qeyd edilən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,076 qram heroini isə açıq vəziyyətdə həmin lampanın içində, digər kustar üsulla hazırlanmış 1 ədəd bükümdə təmiz çəkisi 0,490 qram olan heroini isə evin zalında yerləşən güzgülü termonun üzərindəki güldanın içində yerləşdirməklə saxlamış, qalan kustar üsulla hazırlanmış 3 ədəd bükümdə ümumi təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram eyni tərkibli heroin narkotik vasitəsini 2022-ci ilin iyun ayının təxminən ortalarında 30 manat müqabilində yaşadığı ünvanda tanışı X2, Elşən Abıyev həmin narkotik vasitənin şəxsi istehlak miqdarında olan 1 bükümünü, yəni 0,135 qramını 2022-ci ilin iyun ayının təxminən ortalarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində fəaliyyət göstərən “Ülvi” inşaat və tikinti materialları mağazasının yaxınlığında tanışı X10 55 manat müqabilində satmış, qalan 2 büküm kustar üsulla hazırlanmış heroinın təmiz çəkisi 1,373 qram olan 1 bükümünü üzərində, digər 1 bükümdə təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış heroini isə avtomobilində saxlamaqla daşımış, Xəzər rayon Polis idarəsi, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Cəfərov 18 iyun 2022-ci il tarixdə saat 12:30da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin, 3cü Polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 13:10-da xidməti otaqların birində videoçəkiliş ilə Əli Cəfərovun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən Elşən Abıyevdən 55 manat müqabilində şəxsi istifadəsi üçün aldığı həmin 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda 0,135 qram ümumi təmiz çəkisi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədirləri nəticəsində Elşən Abıyev xx.xx.2022-ci il tarixdə saat 15:30-da icarə əsasında idarə etdiyi “Hyundai” markalı “Matrix” modelli ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində fəaliyyət göstərən “E və L” tikinti materialları mağazasının yaxınlığında dayanan zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə gətirilmiş, 18 iyun 2022-ci il tarixdə saat 16:10-da polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Elşən Abıyevin üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən Təqsirləndirilən şəxs aldığı həmin 1 ədəd selofan bükümdə ümumi təmiz çəkisi 1,373 qram olan küstar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra isə 18 iyun 2022-ci il tarixdə saat 18:25-də Elşən Abıyevin icarə əsasında idarə etdiyi “Hyundai” markalı “Matrix” modelli avtomaşına axtarış keçirilən zamanı avtomobilin sükanının alt hissəsində kiçik saxlanc yerindən Təqsirləndirilən şəxs aldığı həmin 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda ümumi təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra 21 iyun 2022-ci il tarixdə saat 10:20-də Xəzər RPİ, İstintaq şöbəsinin və 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin zalında olan güzgülü termonun üzərindəki güldandan həmin 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram kustar üsulla hazırlanmış heroin, evin yataq otağında yerləşən termonun üst siyirməsindən isə bir ədəd ağ lampanın içində həmin 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroin və həmin lampanın içində açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram olmaqla, ümumi təmiz çəkisi 1,942 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitələri 2022-ci ilin iyun ayının təxminən ortalarında 30 manat müqabilində yaşadığı ünvanda tanışı X1 öz təsdiqini tapsa da, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin zalında olan güzgülü termonun üzərindəki güldandan aşkar edilmiş 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram kustar üsulla hazırlanmış heroini, evin yataq otağında yerləşən termonun üst siyirməsindən bir ədəd ağ lampanın içində həmin 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroini və həmin lampanın içində açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələrini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması epizodu üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədi. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, hadisə günü yaşadığı evdə olmuş və yatmışdır. Ayılanda polis işçilərinin evə girdiklərini görmüşdür. Polis əməkdaşları Rasif adlı şəxsi axtarmış, lakin sonradan onu tutub polis idarəsinə aparmışlar. O, özü narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitə kimi nəşədən istifadə etmişdir. Özü kafedə ofisiant işləyir. Həyat yoldaşı isə “kokos” kimi tanıdığı narkotik vasitələrdən istifadə etmişdir. O, özünün yaşadığı mənzilə keçirilən baxışda iştirak etmişdir. Yuxudan oyananda artıq polislərin evdə gəzdiklərini görmüşdür. Həmçinin o, polis işçilərinin onun evindən narkotik vasitə çıxarmalarını görmüşdür. Polis əməkdaşları Rasif adlı şəxsi axtardıqlarını bildirmişlər. İzahatını polis işçilərinin onu öyrətdiyi kimi yazmış, Xəzər rayonunda ifadə verməmişdir. O, Şahid6 axtarış zamanı evdə görməmişdir. Elşən adlı şəxsi tanıyır və əvvəllər bir neçə dəfə ona narkotik satmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4 ay olar psixotrop maddə metamfetamin qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində o, evdə ailə üzvləri, yəni qızları xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə olan zaman qapı döyülmüş, evin qapısını açan zaman onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ona “Təxirəsalınmaz qaydada axtarış və götürmə” istintaq hərəkəti həyata keçirəcəklərini bildirmişlər. O, qərarla tanış olmuş və ərizə ilə müraciət edərək yaşadığı evdə axtarış və götürmə keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və tanımadığı iki hal şahidinin iştirakı ilə yaşadığı evdə axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı evin zalında olan termonun üzərindəki göy qızılı rəngli güldanın içindən bir ədəd gümüşü siqaret kağızı bükümü aşkar edilmişdir. Həmin bükümün içində qəhvəyi rəngli toz halında maddə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına həmin maddənin heroin narkotik vasitəsi olduğunu və ona məxsus olduğunu bildirmişdir. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Qablaşdırmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evin yataq otağında sol küncdə yerləşən termonun üst siyirməsindən bir ədəd ağ rəngli lampa aşkar edilmişdir. Həmin lampa açılaraq içindən iki ədəd selofan büküm aşkar edilmişdir. Həmin iki ədəd selofan bükümlərin içinə baxış zamanı orada qəhvəyi rəngli toz halında kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin iki ədəd selofan bükümlər qablaşdırılaraq götürülmüş və möhürlənmiş, qablaşdırmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin lampanın içində də toz halında qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı o, həmin kütlənin də narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmiş, həmin ağ lampa içindəki kütlə ilə birlikdə qablaşdırılaraq götürülmüş və möhürlənmiş, qablaşdırmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin zalında sağ tərəfdə divanın qarşısında yerləşən jurnal masasının üzərindən bir ədəd elektron tərəzi aşkar edilmiş, şifahi sorğu zamanı həmin elektron tərəzinin ona məxsus olduğunu və narkotik vasitələrin dövriyyəsi zamanı istifadə etdiyini bildirmişdir. Həmin elektron tərəzi qablaşdırılaraq götürülmüş və möhürlənmiş, qablaşdırmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da evində axtarış və götürmə başa çatmışdır. Daha sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, imzalarla düzgünlüyü təsdiq edilmişdir. İstintaq zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur, həmin narkotik vasitələri satmaq məqsədi ilə saxlamışdır. O, Elşəni tanıyır və bir neçə dəfə ona narkotik vasitə satmışdır. Həmin narkotik vasitələri təxminən 15 gün əvvəl tanımadığı Suraxanı rayon sakinindən almışdır. Ailə üzvlərinin evdə narkotik vasitə saxlanmasından xəbəri olmamış, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə gizli məşğul olmuşdur. (cild 2, iş vərəqi 9-11, 195-196). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadədən onun xəbəri olmadığını, ifadəni oxumadan imzaladığını, narkotik vasitəni evə polis əməkdaşlarının qoyduğunu, polis işçiləri ilə onun arasında üzləşmələr aparıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, 3-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında Elşən adlı şəxs onlar tərəfindən saxlanılmış və idarəyə gətirilmişdir. İdarədə Elşənin üzərinə şəxsi axtarış keçirilərkən sağ yan cibindən bir bükümdə narkotik vasitə aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat onlarda olmuşdur. Baxış keçiriləndə hal şahidləri iştirak etmiş, lakin həmin hal şahidlərini kimin dəvət etdiyini xatırlamır. Həmin şəxslər Binə qəsəbəsinin sakinləri olmuşlar. Saxlanılarkən onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq edilməmişdir. Şəlalənin evinə baxış keçirilməsi tədbirində 4-5 nəfər polis əməkdaşı iştirak etmişdir. Həmin tədbirin nə qədər davam etdiyini xatırlamır. Baxış zamanı mənzilin hər yerinə baxılmış, güldanın içindən bir büküm, yataq otağında olan lampanın içindən iki büküm, zal otağında olan jurnal masasının üzərindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin həyat yoldaşı Elçin adlı şəxs olmuşdur, o da, narkotik vasitələrə görə həbs olunmuşdur. Onlara Şəlalənin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsin əri tutulandan sonra Şəlalə barədə onlara məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, 3-cü Polis şöbəsinin sahə rəisi Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu keçirilmiş əməliyyat tədbirləri ilə bağlı tanımışdır. Belə ki, şöbəyə Elşən Abıyev barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında onlar Elşəni «E və L» tikinti materialları mağazasının qarşısında saxlayaraq idarəyə aparmışlar. Elşənin üzərinə şəxsi axtarış keçirilərkən cibindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Elşəndən narkotik vasitəni haradan və kimdən əldə etdiyini soruşduqda, o, Şəlalə adlı qadından özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişər. Şəlaləni yaşadığı evdə saxlayıb mənzilə baxış keçirilmişdir. Mənzildə güldanın və lampanın içərisindən narkotik vasitələr aşkar olunmuş və götürülmüş, həmçinin otaqdakı masanın üzərindən elektron tərəzi də aşkar edilmişdir. Verilən sualları cavablandıran Şahid2 bildirdi ki, həmin vaxt evdə Şəlalədən başqa heç kim olmamış, evin qapısını da Şəlalənin özü açmışdır. Şəlaləyə narkotik vasitəni kimdən alması barədə şəxsən o, sual verməmişdir. Təqsirləndirilən şəxs barəsində şöbəyə məlumat o, saxlanılmamışdan təxminən 3 ay əvvəl daxil olmuşdur. Evə baxış keçirilməsi ilə bağlı əməliyyat tədbirinə müstəntiq rəhbərlik etmişdir. Baxışın hal şahidlərinin iştirakı ilə keçirilməsi qərarını müstəntiq vermişdir və hal şahidləri onların tanımadığı kənar şəxslər olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Post- Patrul Xidməti bölüyünün polis nəfəri Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, təqsirləndirilən şəxslə əvvəllər tanışlığı olmamış, onu keçirilmiş tədbirlə bağlı tanımışdır. Belə ki, o, iş yoldaşı Şahid4 ilə hadisə baş verən gün xidmətdə olarkən Binə qəsəbəsindən əməliyyat qrupu onları köməyə çağırmışdır. Həmin vaxt günorta saatları olmuşdur. Onlar gələndən sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, evdən narkotik vasitələr və tərəzi aşkar olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid3 bildirdi ki, Post-Patrul Xidmətinin əməkdaşları kimi onları əməliyyat qrupuna kömək etmək üçün çağırmışlar. Onlar çağırışdan sonra birbaşa Təqsirləndirilən şəxs mənzilinə getmişlər. Onlar mənzilə gedəndə artıq narkotik vasitə aşkar olunmuşdur. Uzun müddət keçdiyi üçün o, axtarışın dəqiq detallarını dəqiq xatırlamır. Axtarışda işğtirak edən şəxs kimi o, tərtib olunmuş sənədlərə imza etmşdir. İfadələri arasında müəyyən ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi cild 2, iş vərəqi 106-109-da olan ifadəsi elan və tədqiq olundu. Həmin ifadə ilə bağlı sualları cavablandıran şahid istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Post- Patrul Xidməti bölüyünün polis nəfəri Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, həmkarı Şahid3 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə günü o, küçədə olarkən polis əməkdaşı ona yaxınlaşaraq keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etməyi xahiş etmiş, o da, bununla razılaşmışdır. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Həmin vaxt evin qapısını təqsirləndirilən şəxsin qızı açmış və bundan sonra onun mənzilinə daxil olmuşlar. Baxış zamanı evdə olan lampanın içindən iki büküm narkotik vasitə aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid5 bildirdi ki, həmin tədbirdə iştirak etmək üçün günün hansı vaxtı oraya getdikləri onun yadında qalmamışdır. Söhbət zamanı Şəlalə özü narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Polis əməkdaşları onun yanında narkotik vasitəni qablaşdırmışlar. Həmin tədbirin keçirilməsində ondan başqa daha bir nəfər və Təqsirləndirilən şəxs özü də iştirak etmişdir. Onlardan başqa tədbirin keçirilməsində müstəntiq və daha 3-4 nəfər polis işçisi iştirak etmişdir. O, özünü dəvət edən polis əməkdaşını əvvəllər tanımamış, həmçinin əvvəllər bu cür tədbirlərdə iştirak etməmişdir. Həmin vaxt onun istifadəsində 070 361-61-17 nömrəli mobil telefon olmuşdur. Həmin vaxt evdə Təqsirləndirilən şəxs başqa bir qız uşağı da olmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə saat 10 radələrində Binə qəsəbəsi ərazisində olduğu vaxt polis əməkdaşları ona yaşınlaşmış və ondan zərurətlə əlaqədar hal şahidi kimi iştirak etməyi xahiş etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşlarına hal şahidi kimi iştirak edə biləcəyini bildirmişdir. Bundan sonra Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən Şəlalə adlı qadının evinə getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı evə axtarış keçirilməsinə heç bir etirazı olmaması barədə polis əməkdaşlarına ərizə verdikdən sonra polis əməkdaşlarının, onun və bir nəfər digər hal şahidinin iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evin zal otağında güzgülü termonun üzərində olan güldanın içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra evin yataq otağında olan termonun üst siyirməsinin içərisindən ağ rəngli lampa aşkarlanmış və lampanın içərisindən iki ədəd selofan büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Şəlalə İsayevə həmin bükülüdəki maddənin narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu demişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər və lampa qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evin zal otağında jurnal masasının üzərindən bir ədəd elektron tərəzi aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin elektron tərəzinin ona məxsus olduğunu və narkotik vasitənin satışı zamanı istifadə etdiyini bildirmişdir (cild 2, iş vərəqi 46-48). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid5 evdən güldanın içindən və lampanın içindən iki büküm aşkar olunaraq götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi Binə qəsəbəsində görmüşdür. Belə ki, onun özü taksi sürücüsü işləyir və Şəlaləni qəsəbə sakini kimi tanıyır. Bir gün polis işçisi ona zəng edərək Şəlalə xanımı tutduqlarını bildirmiş və gəlib sənədlərə imza etməsini demişdir. O, nəyə imza etdiyini soruşduqda, ona hal şahidi qismində sənədləri imzalayacağını bildirmişdir. Polis işçisi ona demişdir ki, Şəlalənin evindən narkotik vasitə aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid6 bildirdi ki, Şəlalə çayxanada ofisiant işləyir, onlar da onun yanına çay içməyə getmişlər. Lakin o, Şəlalənin harada yaşadığını, kiminlə qaldığını bilmir. 2022-ci il iyun ayının 21-də polis işçiləri səhər saat 10-11 radələrində ona zəng edib çağırmışlar. O, həmin vaxtdan sonra Şəlalənin evinə getməmişdir. Həmin vaxt Xəzər rayon Polis idarəsində sənədləri imzalamışdır. Bu zaman ona fotoşəkillər göstərmişlər. Bundan sonra o, hardasa başqa sənədlərə imza etməmiş, onu idarəyə çağırsalar da, oraya getməmişdir. Ona bir videogörüntü göstərmişlər və həmin görüntülərdə qızılı kağıza bükülmüş narkotik görmüşdür. Həmin videogörüntünü ona idarədə göstərmişlər, o, Şəlalənin evinə getməmişdir. Onu Xəzər rayon Polis idarəsindən zəng vurub hal şahidi kimi çağırmışlar və orada sənədlərə imza etmişdir. Həmin vaxt o, öz qardaşının işi ilə əlaqədar Xəzər rayon polis idarəsinə getmişdir. Çünki həmin vaxt polis idarəsində qardaşı barəsində olan cinayət işinin istintaqı aparılmış və o, Şəlalənin işindən qabaq həmin işlə əlaqədar müstəntiqin yanına gedib-gəlmişdir. Ümumiyyətlə isə, o, əvvəllər bir dəfə Türkandan bir nəfərin tutulması ilə bağlı hal şahidi qismində iştirak etmişdir. Polis işçisi Şəlalədən aşkar olunmuş narkotik vasitəni ona göstərəndə, Şəlalə özü orada olmamışdır. O, idarəyə gedəndə Şəlaləni görmüş, Şəlaləni apardıqdan sonra onu otağa dəvət etmişlər. O, Şəlalə ilə idarədə üzbəüz qalmamış, onunla üzləşdirilməmişdir. Bundan sonra müstəntiq onu çağırmamış, onun fotoşəklini heç kim çəkməmişdir. Ona məxsus şəxsiyyət vəsiqəsinin surətini Tural adlı şəxs qardaşının işi ilə əlaqədar polis idarəsinə gedəndə çıxarmışdır. Sonuncu dəfə də polis idarəsinə gedəndə onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmışlar və şəxsiyyət vəsiqəsinin özünü isə ona qaytarmışlar. O, ümumiyətlə yazıb-oxumağı bacarmır. Sənədləri ona axtarış keçirildiyi gün imzalatmışlar. Ona demişlər ki, hal şahidi qismində iştirak etməyi barədə sənədlərə imza edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Şahid6 dindirilməsi ilə paralel olaraq Təqsirləndirilən şəxs yaşadığı evə axtarış və götürmə aparılması barədə cinayət işinin cild 1, iş vərəqi 201-204-də olan protokoldakı imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə şahidə təqdim olunmuş, bununla bağlı sualları cavablandıran Şahid6 protokolun 1-ci vərəqəsində olan imzanın ona məxsus olduğunu, qalan vərəqələrdəki imzaların isə onun tərəfindən çəkilmədiyini, həmçinin öz soyadı qarşısında olan imzanın da ona məxsus olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinin cild 2, iş vərəqi 43-45-də olan dindirmə protokolundakı imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə Şahid6 təqdim olunmuş, sonuncu, həmin protokoldakı imzaların ona məxsus olmadığını, 29 iyul 2022-ci il tarixdə Xətai rayon polis idarəsində olmadığını, Xəzər rayon polis idarəsindən başqa heç bir polis idarəsinə getmədiyini, Şəlalənin işinin istintaqını aparan müstəntiqin uzun oğlan olduğunu, lakin adını bilmədiyini, sonradan onun Suraxanı rayon polis idarəsinə çağırıldığını, lakin imkanı olmadığı üçün həmin idarəyə getmədiyini, sənədə imza edəndən 1 ay sonra onu Suraxanıya çağırdıqlarını, lakin gedə bilmədiyini, axtarış protokolunda adı yazılmış ikinci hal şahidini tanımadığını, onunla Şəlalənin arasında üzləşdirmə keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, o, Xəzər RPİ-nin Uçot qeydiyyatı üzrə baş inspektor vəzifəsində işləyir. 21 iyun 2022-ci il tarixdə işdə olduğu zaman idarənin baş müstəntiqi, polis mayoru X15 adlı qadının narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində tutulduğunu və qadın olduğu üçün onun üzərinə keçiriləcək şəxsi axtarış zamanı istintaq hərəkətində iştirak etməyi bildirmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı o da, iştirak etmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç nə olmadığını bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya yaxud predmet aşkarlanmamışdır (Cild 2, iş vərəqi 114-116). Məhkəmə iclasında ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilən Elşən Abıyev ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb edilməyinə dair qərarın surətini almışdır. Əməlindən peşmandır. O, günü 25 manata icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Avtomobili metronun Elmlər stansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı salondan götürmüşdür. Təqribən 3 il olar ki, narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitənin kakos kimi bildiyi heroin növündən olanını çəkməklə qəbul etmişdir. O, narkotik vasitələri müxtəlif şəxslərdən alsa da, əsasən Binə qəsəbəsində yaşayan Şəlalədən almışdır. O, narkotik vasitənin bir bükümünü Şəlalədən 10 manata alır, bəzi hallarda isə 10 manata aldığı bükümün üstünə 5-6 manat qoymaqla satışını həyata keçirmişdir. Bəzi hallarda isə tanışları Vüqar, Nurlan və Natiq adlı şəxslərə pay vermişdir. Eləcə də, onlar da özlərində narkotik vasitə olanda ona pay vermişlər. Bir neçə gün bundan qabaq o, Şəlalədən 80 manata 8 büküm kakos almış, həmin bükümlərdən 2 bükümünü Binə qəsəbəsindən tanıdığı Əli adlı şəxsə 27 manata satmış, bir neçə bükümünü özü istifadə etmişdir. İki bükümü qalmışdır ki, onlardan bir bükümünü cibində, bir bükümünü isə maşında saxlamışdır. 18 iyun 2022-ci il tarixdə saat 15:30 radələrində tanışları Mahir və Mehman adlı şəxslərlə birlikdə idarə etdiyi “Hyundai” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “E və L” adı ilə tanınan tikinti mağazasının yaxınlığında dayanmış vəziyyətdə olarkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və bundan sonra idarə etdiyi avtomobillə birlikdə onu Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində saxlanılmağı ilə bağlı protokol tərtib olunaraq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra hüquqları ona izah olunmuş, sonra isə xidməti otaqların birində üzərinə baxış və götürmə aparılmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və bu barədə o, öncədən məlumatlanmışdır. Baxış zamanı ona təklif edilmişdir ki, üzərində cinayət xarakterli alət və ya vasitə varsa, təqdim etsin. O, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın qabaq sağ kiçik cibindən üzərində saxladığı 1 ədəd selofan bükülüdə olan kakos kimi tanıdığı maddəni təqdim etmişdir. Eləcə də, idarə etdiyi avtomobildə də narkotik vasitə heroin və tərəzi olduğunu, onları təqdim edə biləcəyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təstiq edilmişdir. Bundan sonra o, şəxsi istifadəsində olan “Redmi” markalı mobil telefon aparatını və iki ədəd plastik bank kartını araşdırmaya təqdim etmişdir. Daha sonra istintaq orqanına ərizə ilə müraciət edərək idarə etdiyi “Hyundai” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, müdafiəçinin iştirakı ilə həmin avtomobildə axtarış və götürmə aparılmağa başlanmış, istintaq hərəkəti zamanı avtomobildə sükanın alt hissəsində olan kiçik saxlanc yerindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş kakos kimi bildiyi bükümü və sükan tərəfdən olan qapının içərisinə yerləşdirdiyi narkotik vasitəni çəkmək üçün saxladığı elektron tərəzi aşkar edilmişdir. Həmin büküm və elektron tərəzi də qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanaraq götürülmüşdür (Cild 1, iş vərəqi 174-175). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs Gündüz qızının yaşadığı Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən evində təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti aparılan zaman evin zalında olan güzgülü termonun üzərindəki güldandan 1 ədəd gümüşü siqaret kağızı bükümündə, evin yataq otağında yerləşən termonun üst siyirməsindən bir ədəd ağ lampanın içində 2 ədəd bükümdə və həmin lampanın içində narkotik vasitələr heroin aşkar edilərək götürülmüşdür (Cild 1, iş vərəqi 201-214). Məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2022-ci il tarixli 6/3468 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin zalında,..” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,490 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında...” yazılan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,993 qram və 5,152 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında... ağ rəngli lampa...” yazılan zərfdə 1 ədəd lampanın içərisində təmiz çəkisi 0,076 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs 1 ədəd elektron tərəzi...” yazılan zərfdə 1 ədəd 11*6 sm ölçüdə, gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir (Cild 1, iş vərəqi 242-247). Məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2022-ci il tarixli 4066 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 52-530). İbtidai istintaq orqanının 03 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,711 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,511 qram heroin və 1 ədəd elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Suraxanı RPİ-nin saxlancına təhvil verilmişdir (Cild 2, iş vərəqi 141-142). Məhkəmənin 04 oktyabr 2023-cü il tarixl qərarı ilə cinayət işinin 1-ci cild, iş vərəqi 201-204-də olan axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokoldakı və cild 2, iş vərəqi 43-45-də olan dindirmə protokolundakı imzaların Şahid6 tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunaraq keçirilmiş, ekspertizanın 11 dekabr 2023-cü il tarixli 4/1704 saylı rəyi ilə müəyyən edilmişdir ki, axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokolun 3-cü vərəqinin aşağı hissəsində soldan sağa doğru ikinci imza, 4-cü vərəqində «Hal şahidləri:» hissəsində «1» rəqəminin qarşısındakı imza, həmçinin cild 2, iş vərəqi 43-45-də olan 29 iyul 2022-ci il tarixli şahidin dindirilməsi protokolundakı Şahid6 adından olan 3 ədəd imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə portalının məlumatından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il və xx.xx.2008-ci il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (Cild 2, iş vərəqi 166-167). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, yaşadığı evdən narkotik vasitələrin aşkar olunduğunu görsə də, həmin narkotiklərin ona məxsus olmadığını, onları evinə polis əməkdaşlarının qoyduğunu, istintaqdakı ifadələri oxumadan imzaladığını bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Şəlalə Həsənova müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, onları tutulmamışdan təxminən 15 gün əvvəl tanımadığı Suraxanı rayon sakinindən aldığını, Elşəni tanıdığını, bir neçə dəfə Elşənə narkotik vasitələr satdığını, narkotik vasitələrin satışı ilə gizlin məşğul olduğunu bildirmişdir. Cinayət işində olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 260-63-53 saylı mobil telefonla 01 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan dövrdə müxtəlif mobil operatorlara məxsus mobil nömrə müştəriləri ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı çoxsaylı yazışmalar aparmış, həmin yazışmaların məzmunundan görünür ki, zəng edən şəxslər narkotik və psixotrop maddələr üçün Təqsirləndirilən şəxs müraciətlər etmiş, sonuncu da, onları həmin maddələrlə təmin etmişdir (cild 2, iş vərəqi 222-235). Cinayət işinə əlavə olunmuş Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmündən görünür ki, X3 adı qadından yaşadığı ünvanda 3 ədəd bükümdə ümumi təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram eyni tərkibli narkotik vasitə heroini 2022-ci ilin iyun ayının təxminən ortalarında 30 manat müqabilində alıb əldə etdiyinə, sonra həmin narkotik vasitənin 1 bükümünü, yəni 0,135 qramını 2022-ci ilin iyun ayının təxminən ortalarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində fəaliyyət göstərən “Ülvi” inşaat və tikinti materialları mağazasının yaxınlığında tanışı X10 55 manat müqabilində satdığına, qalan 2 büküm heroini isə avtomobilində saxlamaqla daşıdığına görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarı ilə Elşən Abıyevə verilmiş ittiham üzrə hökm qüvvədə saxlanılaraq, cəzaya aid hissədə 3 ilə endirilmişdir. İstintaq orqanı tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, tapşırıqda adı çəkilən Şəlalə adlı qadın xx xxxxxxxx 1982-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Zərdab rayonu, İşıqbağı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 192- 195). Göründüyü kimi, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram olmaqla, ümumi təmiz çəkisi 1,942 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitələri 2022-ci ilin iyun ayının təxminən ortalarında X1 yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiqini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun Elşən Abıyevə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satması barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evindən aşkar edilmiş 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram kustar üsulla hazırlanmış heroini, evin yataq otağında yerləşən termonun üst siyirməsindən bir ədəd ağ lampanın içində 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroini və həmin lampanın içində açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələrini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması epizodu üzrə cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə baxışında müəyyən edildi ki, istintaq orqanının təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılmış, həmin tarixli axtarış və götürmə aparılması barədə protokola əsasən qeyd olunan ünvandan 1 ədəd elektron tərəzi, 1 ədəd zərfdə 2 büküm heroinə bənzər kütlələr, 1 ədəd zərfdə 1 büküm narkotik vasitə heroinə bənzər kütlələr və 1 ədəd içində heroin kütləsi olan lampa aşkar edilərək götürülmüşdür. Qeyd olunan kütlələr ekspertiza tədqiqatına göndərilmiş və məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2022-ci il tarixli 6/3468 saylı rəyinə əsasən, həmin maddələrin 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroin və lampanın içində açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs da yuxarıda qeyd olunan narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması cinayətini törətdiyinə, həmçinin 3 ədəd bükümdə ümumi təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram olan eyni tərkibli narkotik vasitə heroini Elşən Abıyevə satma cinayətlərini törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsə yaşadığı evdən aşkar olunaraq götürülmüş maddi sübutlarla bağlı verilmiş ittihamda narkotik vasitələrin aşkar edildiyi yer kimi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi ev göstərilsə də, istintaq orqanının təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli qərarında və həmin qərara əsasən tərtib olunmuş axtarış və götürmə aparılması protokolunda maddi sübutların Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz fərdi evindən aşkar olunaraq götürüldüyü qeyd olunmuşdur. Bundan başqa, həmin protokolda narkotik vasitələrlə bərabər, maddi sübut kimi elektron tərəzinin də götürüldüyü göstərilsə də, bu hal, Təqsirləndirilən şəxs verilmiş ittihamda öz əksini tapmamışdır. Bundan əlavə, son zamanlar narkotik və psixotrop maddələrin aşkar olunaraq götürülməsi ilə bağlı təhqiqat və istintaq orqanları tərəfindən həyata keçirilən istintaq hərəkətləri bir qayda olaraq videoçəkiliş vasitəsilə qeydə alınmaqla keçirilməsinə baxmayaraq, hazırkı iş üzrə yuxarıda göstərilən axtarış və götürmə hərəkəti hal şahidlərinin iştirakı ilə aparıldığından, məhkəmə iclasında həmin halın qanuniliyi yoxlanılmışdır. Bununla bağlı məhkəmə iclasında hal şahidi qismində adı protokola salınmış Şahid6 dindirilərkən Təqsirləndirilən şəxs yaşadığı evə axtarış və götürmə aparılması barədə cinayət işinin cild 1, iş vərəqi 201-204-də olan protokoldakı imzalardan 1-ci vərəqədəki imzanın ona məxsus olduğunu, qalan vərəqələrdəki imzaların isə onun tərəfindən çəkilmədiyini, həmçinin öz soyadı qarşısında olan imzanın da ona məxsus olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinin cild 2, iş vərəqi 43-45-də olan dindirmə protokolundakı imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə Şahid6 təqdim olunmuş, sonuncu, həmin protokoldakı imzaların ona məxsus olmadığını, 29 iyul 2022-ci il tarixdə o, Xətai rayon polis idarəsində olmadığını, Xəzər rayon polis idarəsindən başqa heç bir polis idarəsinə getmədiyini, sonradan onun Suraxanı rayon polis idarəsinə çağırıldığını, lakin imkanı olmadığı üçün həmin idarəyə də getmədiyini bildirmişdir. Tədqiq olunmuş protokollardakı imzaların Şahid6 tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, ekspertizanın 11 dekabr 2023-cü il tarixli 4/1704 saylı rəyi ilə müəyyən edilmişdir ki, axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokolun 3-cü vərəqinin aşağı hissəsində soldan sağa doğru ikinci imza, 4-cü vərəqində «Hal şahidləri:» hissəsində «1» rəqəminin qarşısındakı imza, həmçinin cild 2, iş vərəqi 43-45-də olan 29 iyul 2022-ci il tarixli şahidin dindirilməsi protokolundakı Şahid6 adından olan 3 ədəd imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinin tələbinə görə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evindən 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroinin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroinin və açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi epizodu üzrə sübutlar ciddi prosessual pozuntulara yol verilməklə əldə olunmuşdur. Həmin sübutlar nəinki verilmiş ittihamı təsdiq edir, əksinə, ittihamı təkzib edən sübutlardır və bu səbəbdən onların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, onun Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evindən 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroinin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroinin və açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin hissədə ona verilmiş ittiham ümumi ittihamdan xaric edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs hərəkətlərində 2022-ci ilin iyun ayının təxminən ortalarında X6 şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram olmaqla, ümumi təmiz çəkisi 1,942 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitələri satma cinayətinin tərkibi olduğundan, onun əməli Azərbaycan Respublikası 234.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs qadın olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 15 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Suraxanı rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin 10 yanvar 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 04 fevral 2023-cü il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri dəyişdilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdən başlayaraq məhkəmə hökmü çıxarılana qədər həbsdə və ev dustaqlığında olduğu bütün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2022-ci il tarixli 4066 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroinin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroinin və açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi epizodu ilə bağlı ittiham sübuta yetirilmədiyinə və ümumi ittihamdan xaric edildiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, eyni zamanda Bakı şəhəri, Suraxanı RPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlar - 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroin, açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 1 ədəd elektron tərəzi həmin materiallara əlavə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 55 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 88 (səksən səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evdən aşkar olunmuş narkotik vasitələrlə bağlı ittiham ümumi ittihamdan xaric edildiyindən və ekspertiza tədqiqatı məhz həmin narkotik vasitələrə aid olduğuna görə, Təqsirləndirilən şəxs həmin məhkəmə məsrəflərini ödəməkdən azad edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı işdən həmin epizod üzrə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcəyi nzərə alınaraq, həmin məsələ qeyd olunan material üzrə qəbul olunacaq yekun qərarla həll edilməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs fasiləsiz olaraq həbsdə və ev dustaqlığında olduğu bütün müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evindən 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroinin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroinin və açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi epizodu üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, həmin hissədə verilmiş ittiham ümumi ittihamdan xaric edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bakı şəhəri, Suraxanı RPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlar - 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroin, açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 1 ədəd elektron tərəzi həmin materiallara əlavə edilsin. Təqsirləndirilən şəxs yaşadığı nömrəsiz fərdi evdən aşkar olunmuş narkotik vasitələrlə bağlı verilmiş ittiham ümumi ittihamdan xaric edildiyindən və ekspertiza tədqiqatı məhz həmin narkotik vasitələrə aid olduğuna görə, Təqsirləndirilən şəxs həmin məhkəmə məsrəflərini ödəməkdən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı işdən həmin epizod üzrə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcəyi nzərə alınaraq, həmin məsələ qeyd olunan material üzrə qəbul olunacaq yekun qərarla həll edilsin. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar