Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-155/2025 13.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli, AR-İİİ 473004 nömrəli etibarnamə və xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər- Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, işsiz, Masallı rayonu Kürdəbaz kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə qismən toplanmaqla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu olmayan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxxx 1968-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/Y, 1472K ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 13 mart 2025-ci il tarixdə, saat 10:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda və xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 '‘MİDA” sosial yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs2 32000 (otuz iki min) manat müqabilində güzəştli şərtlərlə mənzil almaqda köməklik edəcəyini bildirib əslində sonuncuya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayında V.Mənsimovdan Bakı şəhəri Yasamal rayonu “Qəbələ” dairəsinin yaxınlığında 15600 (on beş min altı yüz) manat, 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında 16400 (on altı min dörd yüz) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 32000 (otuz iki min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdıqları Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 “MİDA” sosial yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs1 67500 (altmış yeddi min beş yüz) manat müqabilində güzəştli şərtlərlə mənzil almaqda köməklik edəcəyini bildirib, əslində Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə özü 28 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Olimp” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 32500 (otuz iki min beş yüz) manat pulu aldıqdan sonra onun təlimatı ilə qrup üzvləri arasında qabaqcadan olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 06 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşüb pulun geridə qalan hissəsini ələ keçirmək üçün onlarda əminlik yaratmaq məqsədi ilə yalandan özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi “Əfqan” adlı şəxs kimi təqdim edərək guya güzəştli şərtlərlə mənzillərin hazır olmasını bildirib Zərərçəkmiş şəxs1 naməlum sənədləri imzalatmaqla sonuncuya veriləcək mənzilə baxış keçirilməsi üçün dəvət olunmasını bildirən hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlərə aidiyyəti olmayan istintaqa məlum olmayan şəraitdə hazırladıqları bildirişi təqdim edərək Zərərçəkmiş şəxs1 güzəştli şərtlərlə mənzil əldə edəcəyinə arxayınlıq yaradıb həmin vaxt pulun geridə qalan hissəsini, yəni 35000 (otuz beş min) manatını sonuncudan alıb həmin yerdən getməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 67500 (altmış yeddi min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdıqları Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 “MİDA” sosial yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil alınmasında köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs1 müraciət etdikdə sonuncu bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs1 67500 (altmış yeddi min beş yüz) manat müqabilində güzəştli şərtlərlə mənzil almaqda köməklik edəcəyini bildirib, əslində Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə Təqsirləndirilən şəxs1 28 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Olimp” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 32500 (otuz iki min beş yüz) manat pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 təlimatı ilə qrup üzvləri arasında qabaqcadan olan razılaşmaya uyğun olaraq o, 06 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşüb pulun geridə qalan hissəsini ələ keçirmək üçün onlarda əminlik yaratmaq məqsədi ilə yalandan özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini işçisi “Əfqan” adlı şəxs kimi təqdim edərək guya güzəştli şərtlərlə mənzillərin hazır olmasını bildirib, Zərərçəkmiş şəxs1 naməlum sənədləri imzalatmaqla sonuncuya veriləcək mənzilə baxış keçirilməsi üçün dəvət olunmasını bildirən hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlərə aidiyyəti olmayan istintaqa məlum olmayan şəraitdə hazırladıqları bildirişi təqdim edərək Zərərçəkmiş şəxs1 güzəştli şərtlərlə mənzil əldə edəcəyinə arxayınlıq yaradıb həmin vaxt pulun geridə qalan hissəsini, yəni 35000 (otuz beş min) manatı sonuncudan alıb həmin yerdən getməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 67500 (altmış yeddi min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, digər Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 Elşad adlı şəxs onunla tanış etmişdir. O, Zərərçəkmiş şəxs2 uzun müddətdən bəri tanıyır. Özü üçün ev istədiyinə görə Zərərçəkmiş şəxs2la aralarında danışıq olmuş, o və Təqsirləndirilən şəxs2 birgə tanışı olan Əfqan adlı şəxs həmin məsələni həll edə biləcəyini demişdir. Hətta o, Əfqan adlı şəxsin anket məlumatlarını ibtidai istintaqı aparan müstəntiqə də vermişdir. Aralarındakı razılaşmaya görə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonunda yerləşən “ASAN Xidmət” mərkəzinin yanında onunla görüşüb ev almaq məqsədilə ona 2 dəfəyə, ümumilikdə 18000 manat pul vermişdir. 4-5 gün sonra Əfqan adlı tanışı ona zəng edib götürəcək evin sənədlərinin hazır olduğunu, sənədləri götürmələrini dediyindən, o da Təqsirləndirilən şəxs2 həmin sənədləri götürüb Zərərçəkmiş şəxs2 verməsini xahiş etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 adlı tanışının da ev istədiyini demiş, daha sonra sonuncu üçün alınacaq evin pulu 2 dəfə Əfqan adlı şəxsə verilmişdir. İlk dəfə Zərərçəkmiş şəxs2 32500 manat məbləğində pul vermiş, o da Bakı şəhəri, Yasamal rayonu ərazində yerləşən H.Cavid parkında görüşüb həmin pulu Əfqan adlı şəxsə təqdim etmişlər. Həmin vaxt o, görüş yerinə dövlət nömrə nişanının sonu “097” olan “Jeep” markalı avtomobillə getmişdir. İkinci dəfə isə o, pulu Təqsirləndirilən şəxs2la birgə aparıb Əfqan adlı şəxs vermiş, daha sonra Əfqan adlı şəxs istifadəsində olan mobil telefonları söndürüb edilmiş zəngləri açmamışdır. Əfqan adlı şəxs görüş zamanı Dövlət Təhlükəsizlik Xidmətinin “MİDA” evlərinin uduşu ilə bağlı prosesi nəzarətə götürdüyündən, 2022-ci ilin iyun ayında hər hansı evi uda bilmədiyini, həmin ilin oktyabr-noyabr aylarına təxirə salındığını deməklə onları aldatmışdır. O, bu barədə tanışı Şahid3 məlumat vermiş, sonuncu məsələni həll edəcəyini deyib Rəşad adlı şəxsi gətirərək sonuncunu yüksək vəzifəli şəxs kimi təqdim etmişdir. O, Şahid3 Zərərçəkmiş şəxs1 ev alması ilə əlaqədar 24500 manat məbləğində pul vermiş, Şahid3 evin həmin ilin noyabr ayında veriləcəyini vəd etmişdir. O, xx.xx.2022-ci il tarixdə həbs olunmuş, Zərərçəkmiş şəxs2la sonradan əlaqə saxladıqda sonuncu ona Şahid3 ev vermədiyini, verilmiş pulu isə qaytarmadığını bildirmişdir. Şahid3 Zərərçəkmiş şəxs2 yanında ona 24500 manat borc pulunun olmağını desə də, sonradan Şahid3 həmin pulu qaytarmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 götürdüyü puldan 11000 manat pulu Zərərçəkmiş şəxs2 qaytardığını, Zərərçəkmiş şəxs2 18000 manat və 32000 manat məbləğində aldığını, birinci dəfə pulu Zərərçəkmiş şəxs2, ikinci dəfə isə Zərərçəkmiş şəxs1 ev alması üçün əldə etdiyini, hərbi hissədə sürücü vəzifəsində işlədiyini, “MİDA” yaşayış kompleksində evlərin hansı şəxslərə və hansı şərtlərlə verildiyini bilmədiyini, Əfqan adlı şəxsin ona ev məsələsini həll edəcəyini dediyini, mobil nömrəsini verməsinə baxmayaraq müstəntiqin Əfqan adlı şəxsi axtarmadığını, Əfqan adlı şəxsin hansısa şəxsə pul verib “MİDA” yaşayış kompleksində ev ala biləcəyini söylədiyini, Zərərçəkmiş şəxs2la görüşdükdə yanlarında Əfqan adlı şəxsin olmadığını, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Əfqan adlı şəxslə görüşdürmədiyini, Əfqan adlı şəxsin heç kimlə görüşmək istəmədiyini, Şahid3 və Əfqan adlı şəxsdən verilən pulları geri almadığına görə özünü qismən təqsirli bildiyini, bu səbəbdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 götürülmüş pulları geri qaytara bilmədiyini, pulların hamısının Əfqan adlı şəxsdə olduğunu, Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə pul verilmədiyini, iş həll olunduğu təqdirdə sonda pul verəcəyini vəd etdiyini, Əfqan adlı şəxsin soyadının Əliyev olduğunu, Gürcüstan Respublikasından Təqsirləndirilən şəxs2 adına “Chevrolet Cruze” markalı avtomobili gətizdirdiyini, daha sonra məhkəmə qərarı əsasında həmin avtomobilin üzərinə həbs qoyulduğunu, həmin proses zamanı Əfqan adlı şəxslə tanış olduğunu, Zərərçəkmiş şəxs2 ilk dəfə 2022-ci ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs1 məxsus olan 32000 manat pulu, sonra isə 2 dəfəyə olmaqla özünə ev alması üçün ümumilikdə 18000 manat pul verdiyini bildirdi. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ona CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 vasitəsilə, sonuncu ilə isə Elşad adlı tanışı vasitəsilə tanış olmuşdur. Bundan sonra aralarında səmimi münasibət yaranmışdır. Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayında ona yaşadığı evi satdığını və “MİDA Yasamal” layihəsində mənzil əldə etmək üçün keçirilən müsabiqədə hər biri üç otaqlı olmaqla ümumilikdə iki mənzil əldə etməyi xahiş etdikdə, o, bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb bunun mümkün olub-olmayacağını soruşmuşdur. Təqsirləndirilən şəxs2 isə ona cavabında həll edə biləcəyini, bunun üçün, yəni hər bir mənzilin əldə edilməsi üçün 9000 manat olmaqla, ümumilikdə 18000 manat pul lazım gəldiyini bildirmişdir. O da bunu Zərərçəkmiş şəxs2 zəng edib bildirmiş, sonuncu razılaşdıqdan sonra təxminən 2022ci ilin mart ayında Bakı şəhəri “Xətai” və “Nizami” metrostansiyaları yaxınlığında görüşərək iki dəfəyə ümumilikdə 18000 manat pul vəsaitini alıb, həmin vaxtlarda Bakı şəhəri Yasamal və Binəqədi rayonları ərazisində Təqsirləndirilən şəxs2la görüşərək sonuncuya çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 “MİDA Yasamal” layihəsində Zərərçəkmiş şəxs2 tanımadığı şəxsə məxsus mənzili aparıb göstərib Vasifə veriləcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs2la ortaq tanışı Elşad adlı şəxs 2022-ci ilin aprel ayında onunla mobil telefonla əlaqə saxlayıb tanışı Zərərçəkmiş şəxs1 də “MİDA Yasamal” layihəsində mənzil almaq niyyətinin olduğunu bildirib ondan bunun mümkün olubolmadığını soruşduqda, o, Təqsirləndirilən şəxs2la mobil telefon vasitəsilə əlaqə saxlayıb bu barədə məlumat vermiş, Təqsirləndirilən şəxs2 isə ona 50000 manat pul müqabilində müvafiq mənzilin əldə edilərək Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilə biləcəyini söyləmişdir. O, bu barədə Zərərçəkmiş şəxs2la danışıb ümumilikdə 67500 manata həll olunacağını məlumat vermişdir. 28 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona Bakı şəhəri, Yasamal rayonu, “Olimp” adlanan yerdə tək görüşüb 32500 manatı ona vermiş, ikinci dəfə isə Zərərçəkmiş şəxs2 onunla telefonla danışdıqda uzaqda olduğu üçün sonuncuya Təqsirləndirilən şəxs2la görüşüb pulu Natiqə verməsini söyləmişdir, çünki evi Natiq həll edəcəyi üçün pulu Təqsirləndirilən şəxs2 vermələrini münasib bilmişdir. 06 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2la görüşüb 35000 manat pulu sonuncuya vermiş, Təqsirləndirilən şəxs2 əvvəlcə ona həmin ilin may ayında mənzillərin hazır olacağını vəd etsə də, müvafiq mənzilləri qeyri-qanuni yolla əldə edə biləcək şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulduğunu bildirib, vədinin 2022-ci ilin oktyabr ayında reallaşdıra biləcəyini qeyd etmişdir. Bundan sonra 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 onunla görüşərək, pulunun geri qaytarılmasını tələb etmiş və o da öz vəsaitindən Zərərçəkmiş şəxs1 11000 manat pulu həmin ay Hüseyn Cavid parkının yaxınlığında görüşərək qaytarmışdır. Lakin, sonradan başqa işlə əlaqədar tutulduğu üçün Zərərçəkmiş şəxs1 ev məsələsi alınmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, digər Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 onun adına Gürcüstan Respublikasından avtomobil gətirdikdən sonra həmin avtomobilin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş, həmin məsələnin aydınlaşdırılması üçün Təqsirləndirilən şəxs1 tək “Asan Xidmət” mərkəzinə getdikdə Əfqan adlı şəxslə tanış olmuş, aralarında münasibət yaranmışdır. O isə sonradan Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımış, sonuncuların Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mida” yaşayış kompleksindən ev almaq istədiklərini öyrənmişdir. Əfqan müəllim Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 siyahıdakı evlərə qeydiyyata düşə bilmələri üçün sonunculara imzalatdırmaları məqsədilə bəzi sənədlər verdiyindən, Təqsirləndirilən şəxs1 həmin sənədləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 imzalatmalarına köməklik etməsini ondan xahiş etdiyinə görə sonuncularla görüşmüşdür. Belə ki, ilk dəfə o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə “Nizami” metrostansiyasının yaxınlığındakı çay evində görüşüb Təqsirləndirilən şəxs1 zəng etdikdə sonuncu tıxacda olduğuna görə gecikəcəyini söyləmiş, o, müvafiq sənədləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 imzalamaları üçün təqdim etmişdir. Sənədləri imzaladıqdan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona pul verməli olduqlarını dedikdə, o, hansı puldan söhbət getdiyini anlamadığını söyləmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə pulu çıxarıb kağız faylının içərisinə qoymuş və Təqsirləndirilən şəxs1 zəng edib pulu verdiklərini demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 bunu təsdiqləmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 getdikdən sonra o, “Nizami” metrostansiyasından aşağı düşüb orada olan marketin yanında Təqsirləndirilən şəxs1 gözləmiş, sonuncu onu avtomobillə götürdükdən sonra birgə “Elmlər Akademiyası” metrostansiyasına getmişlər. Həmin ünvana Əfqan adlı şəxs gəlib faylın içərisindəki pulları Təqsirləndirilən şəxs1 götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 ona yalnız bir dəfə, 35000 manat pulu sayıb verdiyini, həmin pulun hansı məqsədlə verildiyini bilmədiyini, soruşduqda ev üçün təqdim edildiyini söylədiklərini, Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 imzaladıqları sənədin “MİDA” yaşayış kompleksindəki evlərə qeydiyyata düşə bilməklə əlaqədar sənəd olduğunu, həmin şəxslərlə 3-4 dəfə görüşüb çay içdiklərini, sonuncular pullarının aqibətini soruşduqda ünvana çatdırdığını, evin veriləcəyini söylədiyini, həmin məsələlərlə bağlı daha çox Təqsirləndirilən şəxs1 danışdığını, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ondan adını soruşmadığını, ona “müəllim” deyə müraciət etdiklərini, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olduğunu, Əfqan adlı şəxsi 2 dəfə gördüyünü, sonuncunun təxminən 60 yaşında olduğunu, sosial evlərlə bağlı məsələləri həll edə bildiyini, sonuncu dəfə “MİDA” yaşayış kompleksində Vasifgillə görüşərkən oraya Rəşad və Raminin də gəldiklərini, onun rolunun Təqsirləndirilən şəxs1 yanında olmaq olduğunu, sonuncu ondan birgə getməyi xahiş etdiyinə görə getdiyini, həm də evlərin zərərçəkmiş şəxslərə verilib-verilməməsini müəyyən etmək üçün yanlarında olduğunu, pul götürənədək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul götürəcəyini bilmədiyini, Təqsirləndirilən şəxs1 ona verdiyi sənədi imzaladacağını söylədiyini, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona həmin pulu verdikdə sonunculara Təqsirləndirilən şəxs1 pul götürməklə əlaqədar hər hansı söz tapşırmadığını söylədiyini, həmin şəxslərin onun yanında Təqsirləndirilən şəxs1 zəng edib müəllimin yanlarında olduğunu və pulu gətirdiklərini söylədiyini, Təqsirləndirilən şəxs1 ona Əfqan adlı şəxsin ev işlərini düzəltdiyini, onlara da hörmət edəcəyini dediyini bildirdi. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Zərərçəkmiş şəxs2 Fikrət oğlu onun tanışıdır. O, 2022-ci ildə dostu Məhəmməd vasitəsilə Zərərçəkmiş şəxs2la tanış olmuş, daha sonra aralarında ünsiyyət yaranmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs2 ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksində mənzillərin paylanmasının Dövlət Təhlükəsizlik Xidmətinin nəzarəti altında həyata keçirildiyini və həmin ünvanda ev almanın mümkün olmasını dedikdə, o, ailə üzvləri ilə məsləhətləşdikdən sonra razılaşmışdır. Zərərçəkmiş şəxs2 ona evlərin alğı-satqısının 2 formada, yəni nağd və ya ipoteka formasında həyata keçirildiyini, ipoteka ilə alacağı təqdirdə ilkin ödəniş etməli olacağını demiş, o isə həmin vaxt evi nağd qaydada alacağını söyləmişdir. Zərərçəkmiş şəxs2 ona 3 otaqlı evin qiymətinin 67500 manat olduğunu demiş, 2-3 gün sonra o, “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs2 razılaşdığını söyləyib evi əldə etmək üçün nə lazım olduğunu soruşduqda, sonuncu ona şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamənin lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ona pulu 2 dəfəyə verməli olduğunu söyləmiş, sonuncunun dediyi sənədləri hazırladıqdan sonra o və Zərərçəkmiş şəxs2 Yasamalda notariusun yanında görüşmüş və pulun ilk hissəsini o, sonuncuya vermişdir. Zərərçəkmiş şəxs2 həmin ilin may ayında məsələnin həll ediləcəyini, evin təhvil veriləcəyini demişdir. Bir qədər keçdikdən sonra pulun ikinci hissəsini təqdim etmək müddəti çatdıqda artıq müqavilə məsələsi də həll edilməli olduğundan, Bakı şəhəri, “Nizami” metrostansiyasının yaxınlığındakı kafelərdən birində görüşdükdə oraya özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs2 da gəlmişdir. Təqsirləndirilən şəxs2 əlindəki sənədlər müqavilə və bildiriş olmuşdur. Təqsirləndirilən şəxs2 müqaviləni təqdim etdikdən sonra o, müqaviləni imzalamış, aralarında olan razılaşmaya görə pul ödənildikdən sonra müqaviləni ala biləcəyi, bildirişi alacağı ona bildirilmişdir. Ona həmin bildiriş əsasında “MİDA” yaşayış kompleksinə çağıracaqlarını, mənzil göstəriləcəyini və evin təqdim ediləcəyini, həmin prosesin xx.xx.2022-ci il tarixdə başa çatacağını söyləmişlər. Lakin deyilən tarixdə ev ona təqdim edilmədiyindən, 3-4 gün sonra, yəni 13 və ya 14 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 evin alınması mümkün olmadığı təqdirdə pulun qaytarılmasını istəmiş, çünki o, pulu müqaviləni imzalayarkən Təqsirləndirilən şəxs2 yox, Zərərçəkmiş şəxs2 vermişdir. 2 dəfə başına oyun açılmış, ilk dəfə “Asan imza” almalı olduğunu, daha sonra isə Təqsirləndirilən şəxs2 müvafiq sənədləri qarışdırdığını demiş, habelə onun “Asan imza”-sı da götürülmüşdür. O, Zərərçəkmiş şəxs2 həmin işi kimin görməsi ilə bağlı tələb etdikdən sonra Təqsirləndirilən şəxs1la “MİDA” yaşayış kompleksinin yaxınlığında olan gölün ətrafında görüşmüş, oraya Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Rəşad adlı tanışı gəlmişlər. Həmin danışığın nəticəsində məsələnin 3-4 günə həll ediləcəyi deyilsə də, nəticə olmamışdır. O, Zərərçəkmiş şəxs2 artıq ev almaq istəmədiyini, pulunun qaytarılmasını istədiyini dedikdən sonra görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 ona 11000 manat pul vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 yenidən onu görüşməyə çağırdıqda yanında Şahid3 adlı şəxs də olmuş, sonuncu özünü “MİDA” yaşayış kompleksində komissiyanın sədr müavini kimi təqdim edərək həmin məsələni tənzimləyəcəyini bildirmişdir. Şahid3 “MİDA” yaşayış kompleksində olan 3 otaqlı evə gedib baxmasını söylədiyindən arvadı ilə bağlı evə baxmış, hətta evi bəyənmişlər. O, həmin evin çıxarışının olduğunu deyib məsələnin necə həll ediləcəyini soruşduqda, Şahid3 buna fikir verməməsini, evin 92000 manata satıldığını, onun heç nəyə qarışmayacağını, verdiyi puldan əlavə pul verməyəcəyini, qalan işləri özlərinin həll edəcəyini söyləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ona 11000 manat pul qaytardığını, digər pulun isə ona qaytarılmadığını, hər hansı mənzil istəmədiyini, pulun qaytarılmasını istədiyini, pulu Zərərçəkmiş şəxs2 vasitəsilə təqsirləndirilən şəxslərə təqdim etdiyini, Təqsirləndirilən şəxs2la müvafiq sənədləri imzalayarkən, Təqsirləndirilən şəxs1la isə “MİDA” yaşayış kompleksinə gedərkən görüşdüyünü, Təqsirləndirilən şəxs2 özünü “Əfqan müəllim” kimi tanıtdığını, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib ərizə yazarkən Şahid3 və Zərərçəkmiş şəxs2 ona bunu etməməsini xahiş etdiyini, pulu verərkən Zərərçəkmiş şəxs2 sürücü işlədiyini, Zərərçəkmiş şəxs2 ona ”MİDA” yaşayış kompleksində ev almaq imkanının olduğunu söylədiyini, həmin yaşayış kompleksinin internet səhifəsində arvadının adının da göründüyünü, Zərərçəkmiş şəxs2 ona götürdükdən sonra pulun agentliyə ödənməli olduğunu, pul verildikdən sonra müqavilə bağlanılacağını söylədiyini, Əfqan adlı şəxsi tanımadığını, həmin işləri Zərərçəkmiş şəxs2 gördüyünü, ona təqdim edilmiş müqavilədə adı və soyadının yazıldığını, müqavilənin digər tərəfi kimi agentliyin çıxış etdiyini, həmin müqavilədə agentlik rəhbərinin imzası və möhürünün olub-olmadığını xatırlamadığını, lakin olmadığı təqdirdə imzalamayacağını düşündüyünü, 11000 manat pulu qaytardıqdan sonra Zərərçəkmiş şəxs2 qalıq pulun Təqsirləndirilən şəxs1 olduğunu söylədiyini, sonradan Şahlargilin pulun özlərində olduğunu etiraf etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Zərərçəkmiş şəxs1 onun tanışıdır. O, 2022-ci ildə Təqsirləndirilən şəxs1la tanış olub 2 dəfəyə 32000 manat pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ona ev istədiyini dediyindən, bu barədə Təqsirləndirilən şəxs1 söylədikdə sonuncu mümkün olduğunu bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ilk dəfə 16000 manat pulu Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs1 özünü sürücü kimi təqdim etdiyini, həmin pulu ev almaq üçün ilkin ödəniş kimi verdiyini, evin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyinin deyildiyini, ikinci dəfə də pulu Təqsirləndirilən şəxs1 təqdim etdiyini, həmin vaxt onu Təqsirləndirilən şəxs1la tanış edən Elşad adlı tanışının da orada olduğunu, Elşad adlı tanışının ona Təqsirləndirilən şəxs1 hansısa general rütbəli şəxsin sürücüsü olduğundan köməklik edə biləcəyini dediyini, Təqsirləndirilən şəxs2 sonradan tanıdığını, “Nizami” metrostansiyasının yaxınlığındakı kafedə Təqsirləndirilən şəxs2 ilə görüşdüklərini, sonuncunun özünü “Əfqan müəllim” kimi tanıtdığını, görüşdə Təqsirləndirilən şəxs2 ona imzalamaq üçün bəzi sənədləri təqdim etdiyini, Təqsirləndirilən şəxs2la görüşlərinin həm Zərərçəkmiş şəxs1 məsələsi, həm də öz məsələsi ilə əlaqədar olduğunu, pulu ilk dəfə verdikdə Zərərçəkmiş şəxs1 yanında olmadığını, ikinci dəfə verdikdə isə Zərərçəkmiş şəxs1 yanında olduğunu, ikinci dəfə pulu verdikdə Təqsirləndirilən şəxs1 gecikdiyi üçün pulu sonuncunun deməsindən sonra Təqsirləndirilən şəxs2 verdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la telefon vasitəsilə əlaqə saxladığını, Təqsirləndirilən şəxs1 ona 11000 manat pul qaytardığını, qaytarılmış həmin pulu Zərərçəkmiş şəxs1 təqdim etdiyini, ona 32000 manat məbləğində zərər dəydiyini, Zərərçəkmiş şəxs1 dair evin alğı-satqısından heç bir qazanc əldə etmədiyini, Zərərçəkmiş şəxs1 ilə ev alğı-satqısı ilə bağlı danışarkən sonuncu da ev almaq istədiyindən, Təqsirləndirilən şəxs1 dedikdə, sonuncunun ev almağa köməklik etməyə dair razılıq verdiyini, Təqsirləndirilən şəxs2la 5-6 dəfə görüşdüyünü bildirdi. Məhkəmədə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Zərərçəkmiş şəxs1 onun əridir. Digər Zərərçəkmiş şəxs2 isə əri vasitəsilə tanımışdır. Ev axtardıqları vaxt Zərərçəkmiş şəxs2 onun ərinə “Mida” yaşayış kompleksində satışda ev olduğunu dediyindən, o və əri məsləhətləşib razılaşmışlar. 2022-ci ilin aprel ayında pulun bir hissəsi Zərərçəkmiş şəxs2 verilmiş, digər hissəsi isə nağd şəkildə “Əfqan” adı ilə tanıdığı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la görüşüb təqdim edilmişdir. xx.xx.2022ci il tarixdə evin təhvil verilməsi söz verilsə də, bu baş verməmişdir. Pulun geri qaytarılmasını Zərərçəkmiş şəxs2 tələb etdikdə sonuncu onları Təqsirləndirilən şəxs1la əlaqələndirmiş, daha sonra Zərərçəkmiş şəxs2 onlara satışda olan evlərdən birini təqdim etdiyindən, o da gedib baxmaq üçün getsə də, mənzil yox, yalnız mənzilin yerləşdiyi bina göstərilmişdir. İkinci dəfə, həmin ilin yayında “MİDA” yaşayış kompleksində 3-cü və ya 4-cü mərtəbədə satışda evin olduğu bildirilmiş, evə baxmağa getdikdə evin sahibi qapını açıb evi göstərmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 aşağıda onları gözləmişlər. Daha sonra o, Şahid3 da tanımış, sonuncu özünü “MİDA” yaşayış kompleksinin işçisi kimi təqdim etmişdir. Evdən çıxdıqdan sonra ərindən evi bəyənibbəyənmədiyini soruşduqda, əri Zərərçəkmiş şəxs1 bəyəndiyini dediyindən, evin onlara satılacağı söylənilmişdir. Hətta vəd verilmişdir ki, 1 həftə ərzində evin açarı təhvil veriləcəkdir. Lakin nə evin açarı verilmiş, nə də ki pul geri qaytarılmışdır. Bu səbəbdən, polis orqanlarına şikayət edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 ümumilikdə 67500 manat pul verdiklərini, pulun birinci qisminin Zərərçəkmiş şəxs2, digər qisminin isə Təqsirləndirilən şəxs2 təqdim edildiyini, Təqsirləndirilən şəxs2 özünü “Əfqan” adlı şəxs kimi təqdim etdiyini, 11000 manat pulun geri qaytarıldığını, ərinin ona Zərərçəkmiş şəxs2 ev aldığını söylədiyini, onlar üçün də ev ala biləcəklərini bildirdiyini, Təqsirləndirilən şəxs2 əri ilə Zərərçəkmiş şəxs2 tanış etdiyini, Təqsirləndirilən şəxs2 ərinə sosial qurumda işlədiyini dediyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu, 3 otaqlı ev üçün pul verildiyini bildirdi. Məhkəmədə Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. O, “Mida” Yaşayış Kompleksində hüquqşünas vəzifəsində işləyir. İbtidai istintaq dövründə işlədiyi qurumdan həmin quruma məxsus möhür nümunəsi istənilmişdir. Müəyyən edilmişdir ki, həmin quruma məxsus möhür və blanklar saxtalaşdırılmışdır. Nümunə üçün təqdim edilmiş sənəd standartlara uyğun olmayan sənəd olmuşdur. Arayışda qurumun rəhbərinin adı səhv qeyd edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 sənədlərdə möhür və yaxud arayışın olmadığını, təqsirləndirilən şəxslərdən heç birini tanımadığını, Zərərçəkmiş şəxs1 adına evin rəsmiləşdirilməsini xatırlamadığını bildirdi. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. O, Təqsirləndirilən şəxs1la dostu Zərərçəkmiş şəxs1 ev alması ilə əlaqədar bir neçə dəfə görüşmüşdür. Bildiyinə görə pulu dostu Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vermiş, sonradan evi almaqda kömək edən şəxsin Təqsirləndirilən şəxs1 olduğu ona məlum olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs1 evin alınacağını deyib əminlik vermiş, sonda isə ev alınmamışdır. Zərərçəkmiş şəxs1 ümumi borcdan 11000 manat pul qaytarılmış, 56500 manat pul isə qaytarılmamış qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksində ev almaqda köməklik edəcəyinə dair söz verdiyini, bəzi vaxtlarda Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 görüşərkən orada olduğunu, Zərərçəkmiş şəxs1 onun yanında Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 pul vermədiyini, pulun ilk öncə Zərərçəkmiş şəxs2 verildiyini, sonuncunun sonradan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la tanış etdiyini, Təqsirləndirilən şəxs1 ev alışını həyata keçirəcəyinə dair söz verdiyini, Təqsirləndirilən şəxs1 11000 manat pulu Zərərçəkmiş şəxs1 qaytarması üçün Zərərçəkmiş şəxs2 verdiyini, Təqsirləndirilən şəxs2 tanımadığını və görmədiyini, sonuncuya “Əfqan” adlı şəxs kimi səslənildiyini eşitdiyini, bildiyinə görə pulun hamısını Zərərçəkmiş şəxs1 2 dəfəyə olmaqla Zərərçəkmiş şəxs2 verdiyini, Zərərçəkmiş şəxs2 dediyinə görə ilk dəfə, yəni 32500 manat pulun Təqsirləndirilən şəxs1, ikinci dəfə, yəni 35000 manat pulun isə Təqsirləndirilən şəxs2 təqdim edildiyini, həmin prosesdə Ramin adlı şəxsin də olduğunu eşitdiyini bildirdi. Məhkəmədə istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 2012-ci ildə 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olduğu Təqsirləndirilən şəxs1 2022-ci ilin iyun ayında ona zəng edib probleminin olduğunu dedikdən sonra onu “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığına görüşə dəvət etmişdir. O, həmin ünvana gedib Şahlarla görüşərkən sonuncu ona bir nəfərə mənzil almaq vədi verərək 65000 manat pul aldığını, lakin həmin mənzili ala bilməyib çətinə düşdüyünü demiş, Şahların ondan xahişi həmin şəxslərlə görüşüb Şahlar üçün vaxt qazanması olmuşdur. Təqsirləndirilən şəxs1 ona “MİDA”-da işləyən tanışı vasitəsilə həmin mənzili gələcəkdə mütləq əldə edəcəyini dedikdən sonra sonuncu ilə dostluq münasibəti olduğu üçün o, kömək etmək qərarına gəlib həmin məqsədlə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 mobil nömrəsini götürərək sonuncuya zəng edib Təqsirləndirilən şəxs1 dostu olduğunu bildirmiş və “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən H.Cavid adına parka görüşə çağırmışdır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə həmin ünvanda görüşmüşlər. Görüş zamanı o, həmin şəxslərə Təqsirləndirilən şəxs1 dostu olduğunu söyləmiş, o, Zərərçəkmiş şəxs1 Şahlara bir ay möhlət verməsini xahiş etdikdə, razılıq əldə etmişlər. Təxminən 15 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edib Zərərçəkmiş şəxs1 üçün mənzil tapmaq üçün onu “MİDA”-ya məxsus mənzillərə baxmağa dəvət etmiş, o, Şahlarla birgə satışa çıxarılmış “MİDA”-ya məxsus “Qanlı göl” kimi tanınan ərazinin yaxınlığında yerləşən mənzillərə baxmaq üçün həmin yerə getmişlər. Soraqlaşaraq adı və ünvanını xatırlamadığı bir nəfər hərbi qulluqçuya məxsus evin 130000 manata satışa çıxarıldığını öyrəndikdən sonra həmin şəxsə bir nəfər şəxsin həmin mənzili almaq üçün gəlib baxmaq niyyətində olduğunu bildirmiş və sonuncudan mənzilə baxması üçün razılıq almışlar. Xatırladığı qədəri ilə o, həmin gün Zərərçəkmiş şəxs1 zəng edib Təqsirləndirilən şəxs1la birlikdə “MİDA”-dan 3 otaqlı mənzil tapdıqlarını bildirmiş və Anarı həyat yoldaşı ilə birlikdə həmin mənzilə baxmağa dəvət etmişdir. Zərərçəkmiş şəxs1 həmin mənzilə baxdıqdan sonra ona bildirmişdir ki, mənzil Şahlara verdiyi puldan daha baha qiymətədir. O isə pulun çatışmayan hissəsinin Təqsirləndirilən şəxs1 tərəfindən tamamlanacağını Zərərçəkmiş şəxs1 bildirib narahat olmamasını xahiş etmişdir. Bundan bir neçə gün sonra o, Zərərçəkmiş şəxs1 həmin mənzili əldə etmək üçün “MİDA”-nın büdcəsinə tələb olunan vəsaitin köçürüldüyünü bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə ərizə ilə müraciət edib ev almaq adı ilə ona qarşı dələduzluq edildiyini bildirmişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 40-41) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 50-51) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 129-131) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 133-135) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 138-140) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 149-150) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 174-176) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı “Whatsapp” mobil tətbiqində Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 aralarında olan yazışmaların fotoşəkillərinin olması, həmin yazışmaya əsasən Şahlar və Əfqan adlı şəxslər barəsində, həmçinin ev işinin düzəlib-düzəlməməyi barədə söhbətin getməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 177) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 178-180) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 181-186) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə üzrə ittiham elan edilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 195-196) xx.xx.2023-cü il tarixli “Könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlmişdir. (Cild 1, iş vərəqə 203) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1479 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 21 may 2022-ci il tarixli Zərərçəkmiş şəxs1 mənzilə baxmaq üçün dəvət olunması barədə bildirişin blankı, üzərində olan çap mətni və möhür əksi axınlı printer vasitəsilə çap edilmişlər. Təqdim edilmiş 21 may 2022-ci il tarixli Zərərçəkmiş şəxs1 mənzilə baxmaq üçün dəvət olunması barədə bildirişin üzərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti” MİDA” məzmunlu möhür əksi təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. Təqdim edilmiş rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli (gelli) qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “Sənədlərin blanklarının nəşr olunma vaxtı müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmamışdır. (Cild 1, iş vərəqə 206- 210) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “Polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 235-236) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətlədirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Fleşkart” və bir ədəd bildiriş maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqə 240-250) xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tələbnaməsindən, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 66.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzaçəkmə müddətinin sona çatması ilə əlaqədar həmin cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddəsi üzrə cəzalanmasına dair müddəalar xaric edilməklə Təqsirləndirilən şəxs1 üzərində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələri ilə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1148/2024 nömrəli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2243/2024 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tələbnaməsindən, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-1275/2025 nömrəli məktubuna görə Təqsirləndirilən şəxs2 “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin xx.xx.2016-cı il tarixli qərarının təsiri altına düşdüyündən islah işləri cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Plenum qərarının 31-ci bəndindən görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrıayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Məhkəmə qeyd edir ki, Şahid3 məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişdir. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin məhkəmə baxışında elan edilməsi ilə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrində hər hansı dələduzluq fəaliyyəti ilə məşğul olmadıqlarını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ev almağa köməklik etmək məqsədilə sonunculardan götürdükləri müvafiq pulları “Əfqan” adlı şəxsə təqdim etdiklərini, həmçinin hazırki iş üzrə Şahid3 pulun müəyyən qisminin qaldığını bildirmişlər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, habelə şahidlər Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 özünü onlara “Əfqan” adlı şəxs kimi təqdim etdiyini, sonuncuya həmin proses dövründə “Əfqan müəllim” kimi müraciət etdiklərini, müvafiq pulları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiklərini bildirmişlər. Məhkəmə onu da vurğulayır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Əfqan” adlı şəxsin başqa şəxs olduğunu iddia etsələr də, həmin şəxsə dair hər hansı məlumatı məhkəməyə təqdim etməmişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaqı aparan müstəntiqə “Əfqan” adlı şəxsin anket məlumatlarını təqdim etdiyini bildirsə də, bu cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. 17 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Şahid3 əməli barəsində ayrıca material ayrılmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri işin hallarına uyğun olmamaqla, özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməli, sübut kimi hər iki təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdikləri ittihama uyğun ifadələri qiymətləndirilməlidir. Bundan savayı, məhkəmə qeyd edir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq hesab edilir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdikləri ittihama uyğun ifadələrini, zərərçəkmiş şəxslərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, şahid ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanışları vasitəsilə “MİDA” yaşayış kompleksində ev ala bilən şəxsi kimi təqdim etsələr də, əslində qeyd olunan sahə üzrə hər hansı səlahiyyətə malik olmamışlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət – konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Yuxarıda qeyd edilən mövqedən də görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi əməl ümumi məqsədə yönəlməli, ilk cinayət törədilərkən sonrakı cinayətin törədilməsinə dair niyyət olmalı, hər iki cinayət əməli vahid niyyətlə birləşməlidir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 dair epizod üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 niyyəti zərərçəkmiş şəxsdən əldə etdikləri vəsait müqabilində vəd etdikləri işi, yəni ev alacağına dair vədi həyata keçirməyə deyil, məhz əvvəlcədən məqsədli şəkildə özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirilməsinə, yəni ümumi məqsədə yönəlmiş, ilk cinayə törədilərkən sonrakı cinayətin törədilməsinə dair niyyət olmuşlar. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 həmin məqsədlə müəyyən vaxt aralığında hissə-hissə olmaqla pul alıb ələ keçirmişlər. Eyni mənbədən götürülən, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən bir sıra oxşar cinayət hərəkətlərindən ibarət davam edən cinayət təkrar törədilən cinayətdən fərqləndirilməlidir. Qeyd edilməlidir ki, faktiki olaraq təqsirləndirilən şəxslərin əməlləri eyni halla bağlı, yəni ev alması adı ilə zərərçəkmişləri aldatmağa yönəlmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ilə bağlı epizod vahid niyyətlə əhatə olunan qəsdlə törədildiyindən həmin əməl hər bir epizod daxilində müstəqil cinayət hesab olunmamalıdır, buna görə də eyni bir zərərçəkmişə, yəni Zərərçəkmiş şəxs1 münasibətdə təkrarçılıq əlaməti kimi qiymətləndirilməməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarına əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyan ümumilikdə 67500 (altmış yeddi min beş yüz) manat, Zərərçəkmiş şəxs2 dəymiş ziyan ümumilikdə 32000 (otuz iki min) manat təşkil etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda, Zərərçəkmiş şəxs1 isə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla, Təqsirləndirilən şəxs2 isə eyni qaydada Zərərçəkmiş şəxs1 vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişlər. Bu səbəbdən, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onların ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini, istintaq hərəkəti protokolları və digər sənədləri tədqiq edib Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən, yəni Zərərçəkmiş şəxs2 tam şəkildə, Zərərçəkmiş şəxs1 isə qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə icraatındakı davranışını Təqsirləndirilən şəxs2 əməlində cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, təqsirləndirilən şəxsin əvvəllər də eyni kateqoriyadan olan cinayətləri törətməsini, həmin cinayətlərə görə ona yüngül cəza təyin edilməsini, hətta humanizm prinsipinə əsasən dövlət tərəfindən ona güzəşt edilməsini, əvvəlki cinayətlərə görə təyin edilmiş cəzaların onu islah etməyə və yeni cinayətlərin törədilməsinin qarşısını almağa kifayət etməməsini, hazırkı cinayət işi üzrə törədilmiş cinayətin üsulunu və mexanizmini, habelə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın tam aradan qaldırılmamasını və nəticədə zərərçəkmiş şəxslə barışmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı çəkməsinə görə cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən, yəni Zərərçəkmiş şəxs2 tam şəkildə, Zərərçəkmiş şəxs1 isə qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə icraatındakı davranışını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Bu hissədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-1(102)-38/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 hüquqi vəziyyəti yüngülləşdiyindən və əvvəlki məhkəmə aktlarına əsasən onun əməlində cinayətlərin təhlükəli residivi qəbul edildiyi halda, kassasiya instansiyası məhkəməsinin qərarına əsasən onun əvvəlki məhkumluğu sadə residiv kimi qəbul edildiyindən hazırkı iş üzrə onun əvvəlki məhkumluğunun yenidən residiv kimi nəzərə alınması onun vəziyyətini ağırlaşdıran hal kimi çıxış edir. Başqa sözlə, eyni məhkumluq bir dəfə residiv kimi qəbul edildiyi və həmin residiv nəzərə alınmaqla cəza təyin edildiyi halda, habelə bu cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən başqa cəza ilə tam və ya qismən toplanacağı halda nəzərə alınmış əvvəlki məhkumluğun yenidən residiv kimi qəbul edilməsi təqsirkar şəxsin eyni halla bağlı hüquqi vəziyyətini əsassız şəkildə ağırlaşdıran hal kimi çıxış edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluğu Azərbaycan Respublikası Ali Məhkəmə tərəfindən artıq sadə residiv kimi qəbul edildiyindən və bu ağırlaşdırıcı hal nəzərə alınmaqla ona cəza təyin edildiyindən hazırkı iş üzrə onun əvvəlki məhkumluğu cəzanı ağırlaşdıran, yəni təhlükəli residiv kimi qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, təqsirləndirilən şəxsin əvvəllər də eyni kateqoriyadan olan cinayətləri törətməsini, həmin cinayətlərə görə ona yüngül cəza təyin edilməsini, hətta humanizm prinsipinə əsasən dövlət tərəfindən ona güzəşt edilməsini, əvvəlki cinayətlərə görə təyin edilmiş cəzaların onu islah etməyə və yeni cinayətlərin törədilməsinin qarşısını almağa kifayət etməməsini, hazırkı cinayət işi üzrə törədilmiş cinayətin üsulunu və mexanizmini, habelə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın tam aradan qaldırılmamasını və nəticədə zərərçəkmiş şəxslə barışmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı çəkməsinə görə cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Sözügedən Plenum qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-491/2024 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham birinci iş üzrə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 491/2024 nömrəli hökmü çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-491/2024 nömrəli hökmünün çıxarılmasına əsas olmuş cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulmuşdur. Sözügedən hökmlə Təqsirləndirilən şəxs2 üzərində 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq orqanı tərəfindən “Polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 barəsində həmin qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-491/2024 nömrəli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 728/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış 06 (altı) il müddətə azadıqdan məhrumetmə cəzası hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə cəmi 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılmalı və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-408/2024 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1148/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinə nisbətdə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2243/2024 nömrəli qərarı ilə kassasiya şikayətinə nisbətdə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən hökmlə Təqsirləndirilən şəxs1 üzərində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham birinci iş üzrə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 408/2024 nömrəli hökmü çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1148/2024 nömrəli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2243/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 Əizaman oğluna təyin ediləcək cəzanın əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə cəza çəkməsi nəzərə alınmalı və ona hazırki hökmlə hər hansı qətimkan tədbiri seçilməməlidir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, bir ədəd “Fleşkart” və bir ədəd bildiriş cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hazırki iş üzrə məhkəmə məsrəfi yoxdur. Habelə üzərinə həbs qoyulası əmlak yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar 100 (bir yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 50 (əlli) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialara dair məhkəmənin mövqeyi: Belə ki, Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş zərərin əvəzi kimi 56500 (əlli altı min beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 260 (iki yüz altmış) manat olmaqla, cəmi 56760 manat (əlli altı min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi təqdim edərək vurulmuş zərərin əvəzi kimi 32000 (otuz iki min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclaslarında zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, müvafiq mülki iddialara münasibətdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə müvafiq mülki iddialara münasibətdə mülki cavabdeh qismində tanınmışlar. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddialar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Plenum qərarına əsasən, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi olaraq 56500 (əlli altı min beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 260 (iki yüz altmış) manat olmaqla, cəmi 56760 manat (əlli altı min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 28380 (iyirmi səkkiz min üç yüz səksən) manat olmaqla tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 maddi ziyan tam ödənildiyindən iddiadan imtina etməklə mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddiaçı iddiadan imtina etdiyindən və bu imtina da qəbul edilməli olduğundan, mülki iddia üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu mülki iddiaçıya qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-408/2024 nömrəli hökmünə əsasən təyin edilməklə həmin hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-964/2024 nömrəli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2243/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkməsi nəzərə alınsın və ona qətimkan tədbiri təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-491/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilməklə həmin hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə cəmi 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Fleşkart” və 01 (bir) ədəd bildiriş cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 56500 (əlli altı min beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 260 (iki yüz altmış) manat olmaqla, cəmi 56760 manat (əlli altı min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 28380 (iyirmi səkkiz min üç yüz səksən) manat olmaqla tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı 32000 (otuz iki min) manat maddi ziyanın mülki cavahdehdən tutularaq mülki iddiaçıya qaytarılması tələbinə dair mülki iddiaya xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 186 (bir yüz səksən altı) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 50 (manat) olmaqla tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-155/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-155/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver